Psixoloji Filmlər

Sirr Sənədli filmi - Kvant Psixologiyası

Film motivasiya xarakterli olmaqla elmi-araşdırma yönündə çəkilmiş və daha sonra Ronda Bernin eyniadlı kitabının yazılmasına bir təkan olub.Filmdə insanların ətraf mühitə təsiri və ətrafda baş verən bütün hadisələrin məhz insan düşüncəsinin nəticəsi kimi izah olunur. Filmdə Ronda Bern başda olmaqla, bir neçə tanınmış şəxslərin, elm adamlarının müsahibəsi əks olunub. Müsahibələrdə onlar dünyanın əsas qanuna uyğunluqlarından biri olan, Kvant nəzəriyyəsi və cazibə qüvvəsinin əsas mahiyyətini məhz bu sirrlə bağlayırlar. Bu sirri tapdıqdan sonra onların həyatının necə dəyişdiyini bilmək istəyirsinizsə və ən əsası bu bayram günlərində özünüzü və ruhunuzu müsbət motivasiya ilə qidalandırmaq istəyirsinizsə bu filmi mütləq izləyin:

Ağıl oyunları -Bədii film

Ağıl oyunları -  psixoloji bioqrafik dram filmi 2001-ci ildə rejissor Ron Hovard tərəfindən çəkilmişdir. Baş rolarını Rassel Krou, Ed Harris kimi məşhur aktyorları canlandırdığı film Nobel mükafatı laureatı Con Neşin həyatından bəhs edir. Film kritiklər və eyni zamanda film həvəskarları tərəfindən böyük maraqla qarşılanmış, eyni zamanda 4 əsas istiqamətdə Oskar mükafatı və Qızıl Qlobus, BAFTA, Qızıl Qartal kimi mükafatlar da qazanmışdır. Filmin ilk nümayışı 2001-ci il 21 dekabrda baş tutmuşdu.