Psixoloji Xəbər

İnternetdə təhlükəli oyun yayılıb - Ölənlər var

Artıq 2 aydır ki, internetdə  Momo adlı suisid təhlükəli onlayn oyunu yayılıb.  Psixoloq.az xəbər verir ki, Mavi Balina kimi təhlükəli olan oyun bu dəfə whatsappda-da qurbanlarını tapır. Belə ki, qorxulu kukla olan oyun whatsapp-ın siyahısında qəfildən peyda olur və yazır. Onu ləğv edib, pozmaq cəhdləri də alınmır.  Momo əvvəl " Salam, necəsən, nə xəbər, neynirsən” kimi suallarla başlayır. Daha sonra haqqınızda hər şeyi bildiyini deyib, şantaja başlayır.Əgər uşaq dialoqu davam etdirsə, onu oyuna dəvət edir. Əksərən gecələr mesajlar göndərən Momo zorakılıq görüntüləri, şəkilləri göndərir və tezliklə səni öldürəcəyini yazır.Bu psixoloji terror o vaxta kimi davam edir ki, uşaq oyuna razı olur. Razılıq verildikdən sonra tapşırıqlar gəlir: gecə evdən çıx, küçəni fırlan gəl, qaranlıq zirzəmiyə düş, boğazına bıçaq daya, qolunu kəs . Qorxub razılaşmayanları yaxınlarının ölümü ilə təhdid edir.Momo ilə nə qədər çox yazışma olsa, bir o qədər çox məlumat telefondan ötürülür və informasiyası çoxalır.Oyunun qurbanları olaraq adətən yeniyetmələr seçilir. Hazırda Amerikada yayılan oyun 12 yaşlı argentinalı qızın ölümünə səbəb olub: o telefonun kamerası qarşısında özünü asıb. Polis onun telefonunda whatsappda Momo ilə yazışmasını aşkarlayıb. Amerikalı psixoloqlar oyunun getdikcə İspaniya, Almaniya, Hindistanda yayıldığını bildirib, tezliklə Rusiya və Asiyaya keçəcəyinin bildirərək, pedaqoq və valideynləri xəbərdar edib.

Əhalinin yarısı bundan əziyyət çəkir - Psixoloji xəstəlik nədir?

Psixoloji xəstəlik nədir? Bu, bəzi davranışların, duyğuların tibbi cəhətdən pozğunluğu deməkdir. Əhalinin yarısı psixoloji xəstəliklərdən birindən əziyyət çəkir. Bəs psixoloji xəstəliklər hansı problemi yarada bilər? Psixoloji problemi olanlar digər insanlardan fərqli davranmazlar. Buna baxmayaraq bəzi xəstəliklər... Cinsi münasibət zamanı problem yarada bilər. Şiddət kimi davranışlara yol aça bilər. Bəzi xəstəliklər intiharla nəticələnə bilər. Özlərində olan bəzi mənfi xüsusiyyətlər daha da arta bilər. Şəhanə Quliyeva

Uzun müddət davam edən terapiyanı pul tələsi hesab edirlər-Psixoloq Şahin Əliyev

Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib . Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir: Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.

Uşaqların psixoloji sağlam olmaqları üçün bunları edin

Övladınızı olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin.Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun."Hamıdan yaxşı olsun" ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən " sən hər kəsdən yaxşı olmalısan" deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da - hər zaman sevdiyinizi ona hiss etdirin.Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar -təkrar xatırlatmağınız yanlışdır.Dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin.Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.(sağlamolun.az)

Avtosinxronizasiya - Sürü psixologiyası

Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, bir icmanın 5%-i eyni anda eyni fəaliyyəti göstərirsə, qalan 95% onların etdiyini təkrar etməyə başlayır. Əgər bir sürüyə daxil olan 5% atı qorxudub onları sakit halda dayanmış digər dəstənin içərisinə buraxdıqda digər atlarda ürkəcək və qaçmağa başlayacaq. Bu bir çox heyvanlar üzərində də sınaqdan keçirilib və eyni nəticəni verib. İngiltərədə bununla bağlı bir eksperiment həyata keçirmişlər. Geniş bir zala insanları dəvət edirlər və özlərinə rahat şəkildə yerləşmək tapşırığı verirlər. Bir qrup insana isə müəyyən edilmiş bir vaxtda hərəkət etmək əmri verilir. Beləliklə eksperiment sübut edir ki, bir qrup içərisində hərəkət edən 5% insan bütün zalı hərəkət etməyə vadar edir.Bu eksperimenti arzusunda olan hər kəs həyata keçirə bilər. Bir qrup dostunuz ilə konsertə gəlmək və konsertin istənilən zamanında, ürəyinizin istədiyi bir vaxtda əl çalmağınız kifayətdir. Bu an bütün zal sizinlə birgə əl çalmağa başlayacaq.Bu eksperimentdən bir çox nəticələr çıxarmaq mümkündür: kollektivləri 20 insandan artıq etmək lazım deyil. 20 insan – / 100% * 5% = 1 – bu bir vahiddir və lider var. İnsanların sayını artırmaq idarə etməni itirməyə səbəb olacaq. 30-40 insandan ibarət auditoriyada tonu qoruyub saxlamaq və qrupu daim diqqətdə saxlamaq mümkün deyil. Bu qanunu digər situasiyalarda da sınaqdan keçirmək olar. Yoxlayın, lakin bütünlüklə ona arxalanmaq lazım deyil. Heç nə tamamilə doğru deyildir.Bu prosesi yalnız insanların öz fəaliyyətlərinin, məqsədlərinin və səbəblərinin fərqində olmadıqları bir zamanda həyata keçirmək mümkündür. Bu o zamandır ki, insanın şəxsi intizamı, şüurluluğu, özünü idarəsi aşağı səviyyədə olur.Marketinq sahəsində bu prosesdən anlayışı olan insanlar kütləni az da olsa idarə etməyə çalışır. Məsələn, hər hansısa bir məhsulun bir neçə gündən sonra artıq tükənəcəyini, uzun müddət olmayacağı barədə şayiə yaradılır. Bu şayiəyə uyan 5% insan arxasıyca 95%-də sürükləyə bilir. 5% təxribatçı sülh şəraitində olan bir mitinqi əsl inqilaba çevirə bilər.

İnsanların seksdən üstün tutduğu 6 şey - Siyahı

Mobil telefon, internet ya da yuxu kimi vərdişlərin seksdən üstün tutulduğunu bilirdinizmi? Sekslə bağlı aparılan bir araşdırmanın nəticələri sizi çox təəccübləndirəcək. İnsanların seksdən daha çox üstünlük verdiyi 6 şey nədir? Yuxu. Yorğun olduğunuz gecələrdə seksimi, yoxsa bir an əvvəl yatmağımı seçərdiniz? Araşdırma zamanı insanların 12 faizinin gecələr seks yerinə, yatmağa üstünlük verdiyi ortaya çıxıb. Ağıllı telefonlar. Ağıllı telefonların həyatımızdan çıxmadığı bir an belə yoxdur. Araşdırmalar zamanı insanların mobil telefonlarına seksdən daha çox bağlı olduqları müəyyən edilib. Tərif. Gözəl bir tərif eşitmək hamının xoşuna gələr. Müasir dövrdə kişilər sevişmək yerinə eqolarını razı salmağa, təriflər eşitməyə daha çox üstünlük verirlər. Bunu araşdırmalar müəyyən edib. Yemək. Araşdırmanın nəticəsinə görə, subay qadınların əksəriyyəti 1 il ərzində sevdikləri yeməkdən uzaq qalmaq əvəzinə, sekslə məşğul olmamağı seçiblər. İnternet. Araşdırma zamanı qadınların 46, kişilərin isə 30 faizinin seksdənsə, internetdə vaxt keçirməyə üstünlük verdiyi ortaya çıxıb. Gənclik. Kosmetik məhsullar markasının apardığı bir araşdırma zamanı seksmi, gənclikmi, sualına cavab verən qadınların əksəriyyəti 1 il boyunca seks yerinə, yavaş-yavaş qocalmağı seçiblər.

Şəxsiyyətin psixoloji portreti

Şəxsiyyətin İndividual Xarakteristikası Konkret olaraq insanın ətraf aləmə şüalandırdığı, göndərdiyi cəmi informasiyaları, siqnalları formasına görə jest adı altında 4 kateqoriyada qruplaşdırmaq mümkündür: 1) somatik 2) psixomotor 3)koqnitiv 4)evokativ Bunlardan birincisi - insanın özünün və ya ayrı-ayrı üzvlərinin fəaliyyətində, davranışında əks olunan ideomotor hərəkət və səsləri(artikulyasiyaları), ikincisi - təfəkkürünün, buna müvafiq olaraq isə nitq və davranışının sürətini, üçüncüsü - təfəkkür proseslərinin formasını və nəhayət, dördüncü - təfəkkürün məzmununu əhatə edir. Məhz bunlar da şəxsiyyətin dinamik baxımdan oaln xarakteristikalarını təşkil edir. Bu xarakteristikalar aşağıdakılardır: Şəxsiyyətin fizioloji (vital) xarakteristikası a) Vizual parametrlər, başqa sözlə, görmə hissiyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Məsələn, forma rəng, hərəkət, şüa və.s kimi. Konkret olaraq insanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir: - fiziki sima-yəni fizionomiya, qüvvə, köklük, boyun uzunluğu, yaş; - zahiri görkəm-yəni paltar, saç düzümü, kosmetika; - müxtəlif ifadəli hərəkətlər-yəni mimika, pantomimika, vokal mimika: poza, manera,yeriş, duruş, gözqırpma; b)  Audial (vokal) parametrlər, başqa sözlə eşitmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər; Məsələn, musiqi, göy gurultusu, çay şırıltısı. İnsanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir: - akustik sima: səsin amplitudası, tembri, tonallığı - paralinqvistik elementlər: temp, ton, ucalıq, intonasiya, tələffüz, gərginlik, uzlaşma kimi nitq çalarları - ekstralinqvistik elementlər: pauza, nəfəsalma, ağlama, gülmə, öskürmə c) Daktil parametrlər, başqa sözlə, toxunma( lamisə hissiyyatı) vasitəsilə fiksiya oluna  bilən parametrlər d) Parfümer parametrlər, başqa sözlə, iybilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər e) Dequstral parametrlər, başqa sözlə, dadbilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) Hissi davranış: emosiyaların dayanıqlılıq tərzi, o cümlədən, emosiyalarını tez büruzə vermək (tez sevinib, tez kədərlənmək kimi) və ya daim nəzarətdə saxlaya bilmək b) İntellektin tempi: təfəkkürünün o cümlədən, onun təzahürü olan davranış və nitqinin sürəti, tempi Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) Rasionalizm, o cümlədən beynin assosiativ qabiliyyəti, səbəb-nəticə arasında əlaqə görə bilmək qabiliyyəti b) Erudisiya potensialı, yəni, məlumatlılıq, kompetensiya, dünyagörüşü Şəxsiyyətin iradi (evokativ) xarakteristikası. Bu kateqoriyaya aiddir: a) məqsəd və motivləri seçə bilmək qabiliyyəti; b) psixi prosesləri yerinə yetirilən fəaliyyət növünü uyğun təşkil edə bilmək qabiliyyəti c) məqsədin əldə olunması yolunda ortaya çıxan maneələrin dəf edilməsi üçün fiziki və psixi imkanları səfərbər edə bilmək qabiliyyəti Bu 4 sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displeyi, illüminatoru, ekranıdır. Hər bir insanın psixi portreti məhz bunların ayrı-ayrılıqda bir-biri ilə necə kombinasiya olması ilə müəyyənləşir. Müəllif: Şəbnəm Cəlilova 

Dodaqlara görə xarakterinizi öyrənin

Dodaq forması ilə  xarakter analizi aparmaq mümkündür. Dodaqların xarakterinizə təsiri barədə məlumatı təqdim edirik: Alt dodaq və üst dodaq bərabərdir Belə dodağı olan şəxslər problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmazlar. İnsanların düşüncələrinə hörmətlə yanaşarlar. Onları hirsləndirmək imkansızdır desək yanılmarıq. Nazik, bir az qabarıq dodaqlar Belə dodaqları olan insanlar nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Çox sadiq və yaxşı dostdurlar. Çox nazik üst dodaq Liderlik ruhlarında var. Təsiretmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, möhtəşəm bir şəxsiyyətdir. Problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Qalın və yumşaq dodaqlar Belə dodaqları olan şəxslər mütləq bir başqasının məsuliyyətini üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. Belə dodaqlı şəxslərin çox yaxşı valideyn olduğu düşünülür. Üst dodaq alt dodaqdan daha qalındır Bu növ dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşq sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər. Maraq dairəsi olmağı xoşlayırlar. Alt dodaq üst dodaqdan daha qalındır Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Nazik dodaqlar Nazik dodaqları olan şəxslər adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Yalnızlığı sevmələrinə rəğmən sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazlar. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilirlər.

Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.

Gündə 3-dən artıq şəkil çəkirsinizsə...Psixoloq “selfi” xəstəliyinin əlamətlərindən danışdı

“Selfi” son illərin ən məşhur trendinə çevrilib desək yanılmarıq. Bəziləri bunu xəstəlik adlandırsa da, bir qism isə həyatın ayrılmaz ayrılmaz hissəsi sayır. Bəs artıq vərdiş halını alaraq hətta  yemək, su yerinə keçən özündən çox sosial şəbəkədə şəkil çəkdirərək paylaşmağı düşünən zehniyyəti xəstəlik adlandırmaq olarmı? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən Bakı  Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru  Ramil Mirzəyevin sözlərinə görə, alimlər selfi ilə bağlı psixoloji pozulmanı 3 səviyyədə göstərirlər: 1.  “Epizodik xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən artıq şəkil çəkdirmir və sosial şəbəkələrdə paylaşmırlar. Bu xarakterli selfi çəkilməsinə hələ də nəzarət oluna bilir. Sonradan iradi səy göstərməklə bu pozulmanı aradan qaldırmaq mümkündür. 2.  Kəskin xarakterli: bu səviyyədə selfi çəkənlər gün ərzində üçdən çox  şəkil çəkdirir və sosial şəbəkələrdə paylaşırlar. Psixikanın yüksək dərəcədə pozulması olub prosesə nəzarət edə bilməməklə xarakterizə olunur. 3.  Xroniki xarakterli: ən ağır haldır, insan tamamilə özünə nəzarət edə bilmir. Hər gün  o, ondan artıq şəkil çəkir və sosial şəbəkələrdə paylaşır. Belə adam harda gəldi öz şəkilini çəkir və sosial şəbəkədə yerləşdirir. Bu isə selfinin xəstəlik olması ilə bağlı ən böyük sübutdur”. Mütəxəssis selfinin xəstəlik səviyyəsində olmasını göstərən əlamətlərdən də bəhs edib. 1.  “İdeal şəkil alınmayanda əsəbiləşmək; 2.  Özünübəyənmə, reallıqdan uzaqlaşmaq, öz foto albomunu dost və yaxınlarının albomundan daha üstün tutmaq; 3.  Sosial şəbəkələrdə yüzlərcə şəklini paylaşmaq; 4.  Şəkillərini sosial şəbəkələrdə yerləşdirə bilməyəndə gərgin və əsəbi vəziyyətə düşmək əsas göstəricilərdir”,-deyə Mirzəyev vurğulayıb. Psixoloq,   tədqiqatların qadın və kişi selfilərini fərqləndirdiyini dilə gətirərək qadınların sosial həyatlarını ikinci plana keçirdiklərini qeyd edib: “Qadınlar ilk yerə xarici görünüşlə bağlı əlamətləri qoyurlar. Kişilərdə bu əksinədir. Onlar ilk yerə sosial həyatlarının bəzi tərəflərini, məs,. idman uğurlarını, səyahətlərini, dostlarla görüşü və s. qoymaqla xarici görünüşlərilə bağlı məsələləri ikinci plana keçirirlər”. Ümumiyyətlə texnalogiyanın sürətli inkişafı yeni formada nevrozların yaranmasını şərtləndirir. Tanınmış psixoterapevt Viktor Frankl haqlı olaraq hesab edirdi ki, hər bir dövrün öz nevrozları var və ona uyğun da müalicə üsulları tapılmalıdır. Müəllif: Şəhanə Quliyeva

Qərarlı ya həyəcanlı... Hansı xarakter tipinə aidsiniz?

İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Xarakter insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Bəs xarakterin hansı tipləri var? Onları qısa şəkildə nəzərdən keçirək: 1. Gipertim tip- bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, az danışan, başladıqları söhbətdən sponton şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi və tənhalığı sevmirlər. 2. Distim tip- onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyillidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır. 3. Tsikloid  tip- belə tip insanlar üçün əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir, bu səbəbdən ətrafdakılarla ünsiyyət qaydaları da dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda isə qapalı olurlar. 4. Təsirlənən( qıcıqlanan ) tip- ünsiyyətdə təmasa az həvəsliliyə, mübahisələr və söyüşə meyillidirlər. 5. Ləngiyən tip- orta ünsiyyətli, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir. 6. Pedant ( xırdaçı ) tip- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, konfiliktə meyilli olurlar. 7. Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər. 8. Emativ tip- seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, həddən artıq həssas və ağlağandır. 9. Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır,  hakimiyyətə və  tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıqa meyillidirlər. 10. Ekstravert tip- ünsiyyətlidir, onların çoxlu dostları var, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər. 11. İntrovert tip- az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyillidir, təkliyi sevirlər, təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. 12. Qərarsız tip- əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz surətdə dəyişir. 13. Şizoid tip- əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, qaradinməz, bir iş olanda özünü kənara çəkəndir. 14. Epileptoid tip- bu tip şəxslər tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, tipik xüsusiyyətləri- qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 15. İsteroid tip- bu tipin əsas əlamətləri eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur, ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclarından birinə çevrilib.

Həyatda xoşbəxt olmaq üçün bu sözlərdən istifdə etməyin

Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə bəzi düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür. Psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu  bildirib. Bəs bu sözlər hansılardır? Səndən nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz. Ölmək istəyirəm – Zarafat üçün olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil. Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi  düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz. Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir. Müvəffəqiyyət qazanacağınıza inanmalısınız. Kefinizi aşağı salmayın.Sizi sevən insanların da olduğunu unutmayın. Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.(hekimtap.az)