Uşaq Psixologiyası

Uşaqlarda masturbasiya?!

Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsəl inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsəl orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsəl orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.  Bu kimi hallar daha çox tez- tez yalnız və tək qalan, ailə diqqətindən kənarda qalan uşaqlarda görülür. 2-3 yaşlarında tamamən fizioloji proses sayılan bu hadisə yaş artdıqca davam edərsə ciddi problem var deməkdir. Uşaqlıq dönəmində saatlarca vaxt alan, uşağın yemək və yatmaq kimi günlük rutininə əngəl olacaq tezlikdə masturbasiyalara rast gəlinə bilər. Bu tip uşaqlar hər boş vaxt olan kimi otağa qapanır və masturbasiya etməyə davam edərlər. Uşaq bu davranışı etməkdən özünü dayandıra bilmir, etmədiyində isə narahatlıq və gərginlik hissi keçirir. Uşağın cinsəl orqanında qaşıntılı yara olması da bu hala səbəb ola bilər. Həmçinin cinsəl istismara məruz qalmış uşaqlarda hədsiz dərəcədə davamlı masturbasiya görülür.  Eyni zamanda yeniyetməlik dönəmində də bu durum kəskin və davamlı hal ala bilər. Bu halda ailənin uşağa günahkar və hədələyici davranış , reaksiyalardan qaçınılması gərəklidir. Əks halda uşaqda depressiya,okp əlamətləri görülə bilər. Ana və atalar uşaqlarında masturbasiyasiyaya bənzər davranışlar gördüyü zaman bu situasiyaya cinsəl məna yüklədikləri üçün əsəb və gərginlik keçirirlər. Utanc hissi səbəbilə uşaqlarına təyziq göstərir , hərşeyi kontrol altına almağa çalışır və davamlı etməməsi gərəkdiyini bildirir , çox vaxt isə ağır cəzalar verir, şiddət göstərirlər. Halbuki bu cür yanaşma uşaqda durumu daha da alovlandırır. Uşaq daha çox meyl edir. Olmaz və qadağa edilən hərşey uşaqda maraq , həvəs yaradır. Mütləq halda uşaq və yeniyetmə psixoloquna müraciət edilməlidir. Valideynlər isə belə halla qarşılaşdığı zaman elədiyini uşağın üzünə çırpmaq əvəzinə, diqqətini yayındırmalı və uşağın marağını fərqli yönlərə yönəltməlidir. Psixoloq Aysu Əliyeva 

Uşaqlarda yorucu həyəcan və ya məktəb qorxusu

Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır. Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır. Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir. Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır. Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar: ·        Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s. ·        Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s. ·        Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur. Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur. V       alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır. Ayxan Hüseynli AYB-nin üzvü psixoloq

Uşaqlarda sıx görülən davranış problemləri

"Uşaqlarda ən sıx görülən davranış problemləri " 1)Uşaqlarda dırnaq yemə , dodaq dişləmək, dəri və yaxud saç yolma kimi problemli davranışlar görülə bilər. Bunlardan ən çox rast gəlinən dırnaq yemə davranışıdır. Bu davranışdan nəinki uşaqlar, yeniyetmə və yetişkinlər də əziyyət çəkir.  Dırnaq yemə bəzi uşaqlarda gərginliyin ifadəsi ola bilər. Əsasən stress yaradan situasiyalarda ortaya çıxır. Məsələn, sakit halda televizor izləyən uşaq qorxulu səhnə gördüyündə və yaxud ailənin uşaqdakı dərs uğursuzluqları barədə danışmağa başlaması ilə dırnağını yeməyə başlayarlar. Davranışı edə bilməyəndə sıxıntı, hüzursuzluq və əndişə duyar.  Dırnaq yemə əksərən uşaqlıq dönəmində başlayır, yeniyetməlik dönəminə artır. Lakin yaş artdıqca azalması gözlənilir. Fəqət hər yaş artan şəxsdə dırnaq yemə azaldığı görülmür , bəzən daha da şiddətlənə bilər. Uşağın dırnağını yeməsi ana və atanı olduqca narahat edir. Bu durumu uşağı tənqid edərək , danlayaraq, qəzəblənərək və cəzalandıraraq düzəldəcəklərini düşünürlər. Lakin uşaq bütün bu əngəllərə rəğmən dırnaq yemə davranışını davam etdirir. Şəxsin ailəsi dırnaq yeməyi əngəlləmək və qarşısını almaq üçün bir neçə tədbir görür. Bunlara aiddir; dırnağa lak vurmaq, acı bibər sürtmək, əlcək geyindirmək və s. Lakin unutmamaq lazımdır ki, bu əngəllər geri qalxan kimi yemə alışqanlığı da geri dönür. Dırnaq yemə vərdiş halıdır. Şəxs etməməsi gərəkdiyini bildiyi, hətta canını incitdiyi halda bu davranışı tərgitməkdə çətinlik çəkir. Hətta ən pik nöqtədə uşağın əli yara içində qalır. Bu vəziyyətdə uşağın dərisində infeksiya və xəstəliklərin yaranma riski çox yüksəkdir . Təbii ki, bu durum uşağın sosial həyatına təsirsiz ötüşmür. Uşaq dostları, sosial çevrəsi tərəfindən təklənir, oyunlara qəbul edilmir və ələ salınır.  Dırnaq yemənin müalicəsində ilk və ən vacib addım , uşaqda bu duruma səbəb ola biləcək gərginliyi aradan qaldırmaqdır. Hər növ cəzanın verilməsi, uşağa davamlı sərt reaksiyanın verilməsi problemi çözmək əvəzinə daha da qabardır. 2) Barmaq əmmək- Həyatın ilk illərində görülən davranışdır. Uşaq əmzik əmdiyində əldə etdiyi doyumu yaş artdıqca barmaq əmməklə təmin etməyə çalışır. Bu davranış , uşağın narahatlıq və gərginliklərini azaltma çabası olaraq da görülə bilir.   Ana südündən tez kəsilən, əmzik istifadə etməmiş və yaxud çətinliklə əmzikdən ayrılan uşaqlarda daha çox rast gəlinən durumdur. Valideynlər bu davranışı əngəlləmək üçün bir neçə yola əl atır. Məsələn; uşağın əlini bağlamaq, ələ acı bibər sürtmək , əlinə xətkeşlə vurmaq və s . Lakin bu tipli cəzalandırıcı davranışlar problemi azaltmaq əvəzinə daha da artırır. 3-4 yaşlarda uşaqlardakı barmaq əmmə davranışının öz-özünə yox olub getməsi gözlənilir. Əgər davam edərsə , uşaq psixiatrından dəstək alınmalıdır.  3) Saç yolma- Önəmli dərəcədə saç itkisi ilə nəticələnəcək dərəcədə , şəxsin təkrarlayan formada öz saçını yolmasına " Trikotilomaniya " deyilir. Uşaqların ən çox tük yolduğu bölgələr: ən çox saç , qaş və kirpik. Saç yolma davranışının sonunda bir rahatlama, həzz alma və zövq , doyum hissi yaşanır.  Müalicəsi zamanı dərmanlar və psixoterapiyadan istifadə edilir. Psixoloq Aysu Əliyeva 

Uşaq istismarı

Uşaq istismarı dövrümüzün böyük və həll  olunması vacib problemlərindən biridir. Uşaq istismarı nədir? Uşağa qarşı törədilən fiziki və ya psixoloji şiddətdir.Bunu törədən tək bir insan da ola bilər, bir qrup da, dövlət də..  Uşaq istismarı cəmiyyət tərəfindən yanlış davranışlar olaraq qeyd edilir.Kobud davranışlar,cinsi,coğrafi ərazi və digər formalarda özünü göstərə bilir.Uşaqlarda fiziki,hissi,cinsi və zehni inkişafı əngəlləyir.  Dünya üzrə istismarın 4 forması ayırd edilmişdir: 1. Fiziki istismar; 2. Cinsi istismar; 3. Emosional istismar; 4. Laqeydlik.  Fiziki istismar: İşgəncə, yaralama və s. kimi fiziki yollarla edilən istismar formasıdır. Buna aşağıdakıları göstərə bilərik: şillə vurmaq, yıxmaq, itələmək və ya dartmaq, yumruq vurmaq, təpik atmaq, çimdikləmək, boğmaq, yandırmaq, yatmağa imkan verməmək, elektroşok tətbiq etmək, təhlükəli heyvanların yanına qoymaq, zəhərləmək, əl-qolunu/ağzını bağlamaq, daş atmaq, silahla yaralamaq və s. Bəlkə də bəziləriniz sadalananlardan bir neçəsinə adi birşey kimi yanaşırsız/yanaşacaqsız..Hətta çox təəssüf ki, bəzən bəzi valideynlər tərbiyədə bu yollara əl atırlar. Fiziki şiddət yoluyla tərbiyə olmaz əziz valideynlər, himayəçilər, dayələr. Gələcəkdə sağlam ruhlu insan olmağını istəyirsizsə, övladlarınıza fiziki şiddət tətbiq etməyin və tətbiq etdirməyin. Bunlar da fiziki istismar sayılır!.  Cinsi istismar: Cinsi istismar insan hüququnun çox ağır pozuntularından biridir.Yetkinlik yaşındakı birinin 4-11 yaşlı uşaqlara qarşı cinsi maraqları "Pedofiliya" adlanır. Pedofillər istənilən yaş dövründə, istənilən peşə sahibi ola bilər. Bunlar daha çox uzaq qohum və qonşular olur. Birinin uşağı əzizləyərkən daxilən hansı hisləri keçirdiyini,hansı düşüncələrdə olduğunu bilmədiyimiz üçün kimisə ittiham etmək doğru olmaz. Ancaq diqqətdən də yayındırmamalıyıq. Cinsi istismara məruz qalan uşaq və gənclər bu səbəbdən çoxsaylı psixoloji əziyyətlərə düçar olurlar. Zorakılığa məruz qalan insanın təkcə fiziki yox, psixoloji sağlamlığı da ciddi şəkildə zərər görür. Tək qurtuluş yolunu ölümdə gördükləri üçün intihar halları da çox olur. Bəziləri patoloji qorxu içində yaşayır, bəzilərində travma səbəbli stress halları görülür. Yuxusuzluq, qara basma, iştahasızlıq müşahidə olunur. Ağrılarının qarşısını almaq üçün spirtli içki və narkotik maddələrə əl atırlar.  Ailədə zorakılığa şahid olan uşaqlarda çox böyük mənfi təsirlər yaranır. Qız uşaqları gələcəkdə ailə həyatı qurduqda belə halla qarşılaşarsa, bunu adi qarşılaya bilər. Çünki uşaqlıqdan bəri bunun şahidi olublar. Oğlan uşaqları isə bəzən öz həyatlarında da bunu (zorakılığı) tətbiq edirlər. Çünki bununla böyüyüblər və doğru olduğunu sanırlar.  Digər istismar formaları kimi, cinsi istismar da bütün dünyanın böyük və həll olunması vacib problemlərindən biridir. Cinsi istismar qurbanı olan uşaqlar psixoloji müalicə almasalar, gələcəkdə onlarda pedofiliya əlamətləri görülə bilər.  Uşaqlarda cinsi istismar daha çox yeniyetməlik dövründə rast gəlinir. Bu yaş dövrü uşaqlarda cinsi inkişaf dövrüdür. Hormonal dəyişikliklər səbəbiylə cinsi maraq yaranır. Həmçinin uşaqlar birinin onlara nə məqsədlə yaxınlaşdığını, ünsiyyət qurduğunu bilmirlər, əksər zamanlarda isə müqavimət göstərməyə gücləri yetmir. Buna görə də uşaqları lazımi dərəcədə nəzarətdə saxlamaq (nəzərdə tutulan onları məhdudlaşdırmaq deyil), onlara tanımadıqları insanlarla ünsiyyət qurmamağı, onların təkliflərini dinləməməyi öyrətmək lazımdır. Xüsusilə də azyaşlı uşaqlara. Hər bir şəxs öz övladı (övladları) üçün lazımi tədbirləri görərsə, istismarın qarşısı müəyyən qədər alınar.  Emosional istismar: Emosional istismara məruz qalan uşaqlarda qorxu, utancaqlıq, kədər müşahidə olunur. Özlərini tək, dəyərsiz hiss edirlər. Emosional istismara bunları göstərə bilərik: uşağın emosional ehtiyaclarını gözardı etmək; yaşına, fiziki gücünə uyğun olmayan fiziki iş vermək; qorxduğu bir şeylə qorxutmaq, hədələmək; təhsil almağına mane olmaq; uşağı tərk etmək; fiziki şiddətlə, psixoloji zərər verəcək yollarla cəzalandırmaq; ev işlərini görməyə zorla məcbur etmək; yüksək səslə qışqırmaq; uşağı tez-tez tənqid etmək, alçaltmaq; kömək istədiyi zaman köməklik etməmək, bunun üçün onu danlamaq və s. Bu cür emosional istismara məruz qalan uşaqlar sevilmədiklərini, dəyərsiz olduqlarını hiss edirlər. Bu uşaqlarda özgüvən,özünəəminlik aşağı olur. Ətrafdakılarla ünsiyyətdə çətinlik çəkirlər. Emosional istismar fiziki və cinsi istismarı da tətikləyir.  Emosional istismara məruz qalan övladınızla necə davranmalısınız? Ona dəyərli olduğunu xatırladın, hiss etdirin, onu hər daim dinləyin, fikirlərinə hörmətlə yanaşın, onunla oyunlar oynayın. İstədiyi fəaliyyətlə məşğul olmasına şərait yaradın, dostlarıyla vaxt keçirməsini təmin edin. Əgər digər valideyn emosional istismarçıdırsa, övladınızı onunla tək buraxmayın. Diqqətcil, tədbirli olun və bunu övladınıza da aşılayın,onlarla yaxın əlaqə qurun, mümkün olduğu qədər çalışın çox vaxt keçirəsiniz. Lazımi üsullarla, həddən artıq reaksiya vermədən, qorxutmadan, həyəcanlandırmadan övladlarınızı bu cür hallara qarşı məlumatlandırın.  Bir çox ölkələrdə istismarın qarşısının alınması məqsədilə qanun üzrə qərarlar alınmış, həmçinin cəzalandırma üsulları hazırlanmışdır. Ancaq bütün bunlara rəğmən uşaq istismarı böyük problemlər sırasında qalır. Bizlər də müəyyən qədər qarşısının alınmasında köməklik göstərə bilərik.İstismara qarşı bizlərin görəbiləcəyimiz və görəcəyimiz tədbirlər istismarın qarşısının alınmasında böyük rol oynayacaqdır.  Umutmayın! "18 yaşa qədər hər insan uşaq sayılır." Psixoloq Gülçin Qarayeva 

Uşaqlar niyə yalan danışır?

Yalan danışmaq edilən bir davranışı , bir qüsuru gizlətmək üçün həqiqətdən kənar ifadənin istifadə edilməsidir. Hansı ki bu hal uşaq və yeniyetmələrdə çox rastlanan durumdur. Həmçinin yetişkinlər də yalan danışmağa meyillidir.   Başqalarını bilə-bilə aldatmaq üçün deyilən sözlər gerçək yalanlardır. Uşaqların söylədiyi yalanlar böyüklərinkinə müqayisədə məsumdur. Çünki ; uşaqlar yalanı deyərkən aldatmaq niyyətilə etmirlər. Uşaqlar əsasən gerçəyi düzgün dəyərləndirə bilmədiyindən gördüyü şeyləri özünün qavradığı şəkildə danışır yaxud uydururlar. Bəzi valideynlər bu hadisəni yalan olaraq görüb, uşağı cəzalandırırlar. Halbuki 3-5 yaşlarında uşağın xəyal dünyası çox zəngindir, bu yaş dönəmində uşaqlar xəyalla gerçəyi ayırd edə bilmirlər. Bu səbəbdən uşağın 7 yaşından öncə danışdığı gerçəyə zidd ifadələri yalan olaraq adlandırmaq doğru deyil. 3 yaşında uşağın fantastik hekayələr uydurması, xəyali dostlarının olması və təqlid oyunlarını sevməsi normaldır . Və inkişafının yaşına müvafiq olduğunu göstərir. Uşağın xəyal gücü nə qədər zənginsə, uşaq gələcəkdə o qədər uğurlu olur.   Uşağa gerçəyə sadiq qalmağı üçün məcbur edilməməli, yalanını ortaya çıxarmaq üçün təzyiq göstərilməməlidir. Uşaq gerçəklə yalanı ayırd etməyə başladıqdan sonra hələ də yalan danışmağa davam edirsə, mütəxəssisdən yardım almaq lazımdır . Çünki bu dönəmdə yalan danışan uşaq əslində subliminal olaraq sizə ismarıc verməyə çalışır . Məsələn: ailəyə yeni fərd - bacı , qardaş gələndən sonra diqqətdən və qayğıdan kənar qalan uşaqlar valideynin diqqətini çəkmək üçün yalan danışmağa meyl edə bilər. Yaxud uşaq sinifdə müəllimənin diqqətini çəkmək üçün dağıdıcı davranışlar sərgiləyə- yalan, oğurluq , isterika göstərə bilir .  Yalan söyləmə davranış pozuntusu olan uşağın çevrəsi ilə olan münasibəti də qaydasında getmir. Uşaq yetərincə sosiallaşa bilmir . Uşaqda hədsiz paxıllıq və özünü , davranışlarını idarə edə bilməmə halları görülür . Uşaq hadisələri gerçəkdə olduğu kimi deyil , çevrəsindəki yetişkinlərin görmək istədiyi şəkildə göstərmək üçün yalan söyləyər.  Patoloji yalanlar - yalan danışmaq xəstəliyidir. Şəxs məqsəd güdmədən davamlı yalan danışır . Bu xəstəliyə elmdə mitomaniya adı verilir  Xəyali yalanlar- azyaşlı uşaqların gerçəyi düzgün dəyərləndirə bilmədiyi üçün uydurduğu yalanlardır. Təqlid yalanlar - uşaqların ata,anasını , böyüklərini təqlid edərək öyrəndiyi yalanlardır. Sosial yalanlar -cəmiyyətdə ən çox rast gəlinən yalan formasıdır. Getmək istəmədiyimiz yerə getməmək üçün " Xəstəyəm" dediyimiz kimi. Müdafiə yalanları- uşağın özünü qorumaq məqsədilə danışdığı yalanlardır. Uşaq davamlı tənqid edilirsə, sərt reaksiya ilə qarşılaşırsa, mükəmməl olması tələb olunursa uşaq yalana müraciət edə bilir. Gerçəyi söylədiyində belə " yalan danışırsan " deyərək günahlandırılan uşaq yalan danışmağı vərdiş halına gətirə bilər Şişirdilmiş yalanlar -Başqalarının sevgisini və diqqətini əldə etmək üçün danışılan yalanlardır. Bundan əlavə ,bəzən uşaqlar bir istəklərini, ehtiyaclarını dilə gətirmək üçün də yalan danışa bilirlər. Məsələn, anasız bir uşağın " anam var " deməsi kimi . Mükafatlandırılmayan, qayğı , diqqət, sevgi ehtiyacları qarşılanmayan uşaq yalana müraciət edir. Nümunə ; anası ölmədiyi halda, yeni bacı yaxud qardaşı olan uşağın " anam öldü" deməsi qayğı və sevgi aclığını ifadə etməkdədir. Yazar :Psixoloq Aysu Əliyeva

Valideynlərin uşaqlarına zaman ayırması

Valideyinlərin uşağlar ayırdığı zamanın önəmi. Analıq və ya atalıq hissi çox gözəl hiss olmasına rəğmən bir ki qədərdə çətin və məsuliyyətlidir. Çünki uşağın gələcəyi valideynlərinin əlindədir. Ona göstərəcəkləri sevgi, anlayış və tərbiyə uşağın bütün inkişafına təsir edəcək. Belə mühüm vəzifəni üzərinə götürən valideynlər övladlarının inkişafına töhfə vermək üçün hərəkətə keçməli, fəal və təsirli valideyn olmalıdırlar. Əslində heç bir valideyn anadangəlmə tərbiyə bacarığı ilə doğulmur. Amma yaxşı övlad yetişdirmək üçün ətrafdakı ailələri müşahidə edib onların təcrübələrindən faydalanaraq, uşaq inkişafı ilə bağlı kitablar oxuyub təcrübə apararaq, sağlam düşüncəni işə salmaqla təsirli valideyn ola bilərlər. Valideyn – uşaq münasibətlərində ən önəmli amil uşağa ayrılan diqqət və zamandır. Niyə uşaqlara zaman ayrılmalıdır?  Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların narkotik və spirt istifadəsi kimi riskli davranışlarda iştirak etmə ehtimalı daha azdır. Valideyin uşaqlarına onları sevdiyini və onlara qayğı göstərdiyini hiss etdirərək onların əqli və emosional cəhətdən güclü olmasına kömək edir. Bir valideyn olaraq bunu etmənin ən yaxşı yolu müntəzəm olaraq onlarla keyfiyyətli vaxt keçirməkdir. Ailələri ilə daha keyfiyyətli vaxt keçirən uşaqların fiziki cəhətdən sağlam olma ehtimalı daha yüksəkdir.Ümumiyyətlə, ailənin uşaqlarla keyfiyyətli vaxt keçirməsi onlar üçün önəmli, eyni zamanda valideyinin öz rifahı üçün də vacibdir. Valideyn uşaqlarına necə zaman ayıra bilər? • Uşağınızla hər gün əlaqə saxlayın. İstər məktəbdən və işdən əvvəl üz-üzə əlaqələr olsun, istərsə də onlara nahar çantalarında kiçik bir qeyd göndərmək olsun, uşaqlarınızla hər cür əlaqə mühüm və dəyərlidir. • Uşağınıza hər gün onu sevdiyinizi söyləyin. Uşağınıza onu niyə sevdiyinizi və dəyər verdiyinizi bildirin. • Yatmadan əvvəl qısa bir kitab seçmək və oxumaq kimi bəzi adi rituallar yaradın. • Müsbət davranışlarını təqdirinizlə gücləndirin. • Yemək bişirin və birlikdə yeyin. Bu, ailənin bir-biri ilə danışmasına imkan verir və komanda işini təşviq edir. • Uşağınızla bir fəaliyyətlə məşğul olmaq üçün vaxt təyin edin, seçiminə icazə verin. Belə sənətkarlıq, çörək bişirmə, ailə oyun gecəsi və s. • Uşağınızla bir neçə dəqiqəlik də olsa oynayın. • Uşağınızla zarafat edin və gülün. Gülüş emosional sağlamlığı yaxşılaşdırmaq üçün əladır. • Bir müddət texnologiyadan uzaqlaşın və sadəcə uşağınızı dinləməyə və danışmağa vaxt ayırın. Valideynlərə münasibətlərinin uşaqların inkişafına necə təsir göstərməsini başa düşmələrinə kömək göstərmək onların bu gün sağlam olmaları və gələcəkdə sağlam ailəsi olması üçün zəmin yaratmaqdır.

Daun sindromlu uşaqların psixoloji xüsusiyyətləri

Daun sindromlu” uşaqlar bir-birinə oxşayır,  stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalırlar. Kəlləsi kiçik və yumru olur və üz nahiysində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur. Göz yarığı çəp, dili böyük, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Daun xəstəlik deyil sindromdur. Bu sindrom,  daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromason anomaliyasıdır. Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Onların immunitetləri zəif olur və bu uşaqlar qulaq, göz infeksiyasına meyillidirlər. Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur. Daun sindromlu uşaqlarda, öz aralarında əqli səviyyələrinə görə fərqlənirlər. Onların içərisində daha istedadlıları olur. Onlarda gəzməyi, oxumağı, yazmağı, rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilər. Bunu təmin etmək üçün isə yalnızca müəyyən olunma proqram əssasında Daun sindromlu uşaqlarla işləmək lazımdır.

Tənqidi təfəkkür

Tənqidi təfəkkür: Özünüdərketmə və müasir təlimə yanaşmadır Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət  kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə  diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər.       Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki,  tənqidi təfəkkür qarşıya çıxan  məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir.   Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment”  olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir.  Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar.  Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib,  hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr,  uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır. Şagirdlərdə tənqidi təfəkkürün inkişaf istiqamətlərini aydınlaşdırmaq üçün davamlı olaraq və uzun müddətli müşahidələrlə bərabər, 3 mindən artıq eksperiment həyata keçirilmişdir. Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma,  uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı 

Uşaqlar və suallar

Uşaqları anlayan və anladan suallar Uşaqlar öz idrak imkanları ilə xarici dünyanı tanımağa və kəşf etməyə çalışır. Onlar gördükləri haqqında əsasən 2 yaşından etibarən düşünür və sual verməyə başlayırlar və bu proses insanın ömrünün sonuna qədər davam edir. Lakin məlumdur ki, uşaqların hər yaş dövrlərində özünəməxsus maraq dairələri formalaşır, nəticədə sual dolu bir aləmlə qarşılaşır və bu aləmin öyrənilməsinə ciddi səy göstərməyə başlayırlar. Bu zaman onların ən yaxşı köməkçisi, öyrədicisi və məlumat xəzinələri valideynləri olur. Valideynlər isə sanki bilgisiz uşaqlar yetişdirmək eşqi ilə suallara cavab verməkdən boyun qaçırırlar. Uşaqlar sual verdikcə, ilk növbədə özlərini kəşf etməyə çalışır və ətrafı özlərinə uyğunlaşdırmağa cəhd edirlər.  Uşaqların sual verməsi onun nitq qabiliyyətlərinin və idrak qabiliyyətinin inkişafına kömək etdiyi kimi, onların düşüncə imkanlarının genişlənməsinə imkan yaradır. Ona görə də, balacaların çoxlu suallar verməsinə fürsət yaratmaq lazımdır ki, böyüyəndə düşünən və düşündürən nəsil yetişmiş olsun.  Qeyd etmək lazımdır ki, uşaqlar əsasən o an yaşadıqları qorxu, sevinc, həyacan kimi duyğuları nəticəsində sual verir. Bu məqamda isə önəmli olan ona səbrlə, yaşına uyğun, qısa, doğru və dolğun cavab verməkdir. Cavab verərkən, uşağın idrak inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bu inkişaf səviyyəsinin əsas xüsusiyyətləri arasında uşağın yalnız konkret anlayışları öyrənə bilməsini, eqosentrik olmasını, yəni dünyanı öz gözü ilə qiymətləndirməsini saymaq olar. Uşaqların tez-tez istifadə etdiyi suallarda “Bu nədir? və niyə belədir? “Bu nəyə lazımdır?” Bunun nəyi qəşəngdir? kimi sualların düzgün mənalandırmaqla izahına çalışmaq lazımdır. Belə ki, kiçik məktəbəqədər yaş dövründə yaranan bu suallar uşaqlarda əşyalara və hadisələrə məna vermək, onları müəyyən formaya salmaq kimi bacarıqları formalaşdırmış olur. Niyə, nəyə, nəyi, necə bu suallar məktəbəqədər yaş dövründə öz mənasını, həllini və dəyər gücünü tapması gərəkən suallardır. Əsas məsələ odur ki, böyük həvəslə, diqqət-qayğı ilə bəzədilmiş cavablar uşaqlarda estetik baxışın və zövqün formalaşmasına zəmin yaradır. Məhz ilk olaraq, uşaqlarda estetik təsəvvürlərin düzgün formalaşmasına nəzər yetirmək lazımdır. Estetik baxışın formalaşması üçün isə sevinərək verilən suallara, sevərək cavab vermək gərəkir. Çünki uşaqlar ilk olaraq sevgini, qayğını, diqqəti ana bətnindən öyrənmiş olaraq dünyaya gəlir. Nəticə etibarilə qeyd etmək lazımdır ki, valideynlərlə uşaqlar arasında ən doğru münasibətin əsası, məhz uşaqların suallarından başlayır.  Çünki, suallar valideynlə övlad arasında əlaqə, dünya ilə insan arasında körpü rolunu oynayır. Fatma Musayeva Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı

Uşaq şəxsiyyəti və informasiya texnologiyaları

Uşaqlarda şəxsiyyətin xassələrinin formalaşması üçün əlverişli şərait yaratmaq, müasir dövrdə tərbiyə probleminin ən mühüm məsələlərindən biri sayılır. Bu dövrdə təlim prosesindən daha çox, tərbiyə prosesi ön plana çəkilir. Tərbiyənin təşkili və düzgün qurulması uşaq şəxsiyyətinin formalaşmasının əsasını müəyyən edir. Körpəlik dövründə uşaq şəxsiyyətinin inkişaf zəmini onu əhatə edən yaşlılar tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir gücü kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyir, cəmiyyətin kiçik üzvünə çevrilir. Uşaq bağça yaşı dövründəki inkişaf şərtləri xeyli genişlənir: böyüklərin uşaqlara verdikləri tələblər artır; ictimai əxlaq normaları əsas tələbə çevrilir; idrak imkanlarının genişlənməsi ona xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdısa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışır. Lakin müasir dövrdə uşaqlarda təqlidçilik formasını dəyişərək daha çox informasiya texnologiyalarının təsiri ilə formalaşır və inkişaf edir. Günümüzdə İKT-nin imkanlarından geniş geniş istifadə olunur. Bunun nəticəsidir ki, həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya uşaq şəxsiyyətinə də birbaşa sirayət etmək gücünə malikdir. Uşaq şəxsiyyətinin inkişafında iki cəhət özünü göstərir: 1)    Uşaq xarici mühiti dərk etməyə başlayır və orada öz yerini müəyyənləşdirir ki, bu da əxlaqın yeni motiv tiplərini yaradır. Uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla, bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şəarait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə yarı-yarıya informasiya texnologiyalarının üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir. 2)    Hisslər və iradənin inkişaf etməsi: həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. İnformasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur.           Təsəvvür və hafizə - Məktəbəqədər yaşlı uşaqlar daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Hafizə - keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır. Ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini bir tərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir. Beləliklə demək olar ki, informasiya texnologiyaları uşaqlarda bütün hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizədə hifz olunmasına şəarait yaradır.         Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də şəxsiyyətdə xüsusi ilə uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin. Ayxan Hüseynli doktorant

Aqressiv uşaqlarla psixokorreksiya işinin xüsusiyyətləri

İnsanlar hansı yaşda olduqlarından asılı olmayaraq müxtəlif hiss və duyğular keçirirlər. Bu duyğuların bir qisminə sevinmək, gülümsəmək, əylənmək kimi pozitiv, bir qisminə isə aqressiya, nifrət, qorxu kimi neqativ duyğular daxildir. Neqativ hisləri yaşayan aqressiyalı uşaqlar istər ailələrində, istər çevrələrində problem yaradır, vurur, qışqırır, dava edir və qaydaları pozurlar.Belə uşaqlar eyni zamanda böyüklər ilə kobud rəftar edir. Bu hərəkətlərinə görə cəzalandırılsalar belə kobud hərəkətlərinə davam edirlər və hər zaman özlərinə haqq qazandırırlar. Eyni zamanda başqalarının səhvlərini bağışlamır və qarşısındakı insanlara şiddət göstərirlər.Uşaqlarda aqressiya yaranma səbəbləri uşaqlarda aqressiyanın səbəbi genetik xüsusiyyətlər və ya çevrədən öyrənilmiş davranışlar ola bilər. Belə uşaqlar digərləri ilə müqayisədə ətrafdakı hadisələrə qarşı daha həssas olur və daha çox reaksiya göstərirlər.Digər bir nüans isə ondan ibarətdir ki, uşaqlar aqressiyanı çevrədən və ailədən öyrənirlər. Çünki, uşaqların ilk çevrəsi onların ailələridir. Əgər ailədə uşağa şiddət göstərilirsə, hər etdiyi hərəkətə görə cəza verilirsə və ya ata-ana uşağın yanında münaqişə edirsə və bir-birlərinə şiddət göstərirsə bu uşağın davranışlarına təsir edə bilər. Ailələr uşaqlar üçün rol model rolunu oynayır.Valideynlərin ayrılması, yaşayış yerlərinin dəyişdirilməsi, sevdiyi bir insanı itirmək belə uşaqlarda aqressiv hərəketlərə səbəb ola bilər. Əgər uşaq vaxtının çox hissəsini TV və telefonla keçirisə, oradan mənfi xarakterləri özünə nümunə alırsa bu, onların aqressiv davranışlarını artıracaqdır. Uşaqlarda aqressiv davranışları necə korreksiya etmək olar? Əgər uşaq aqressiv davranışları mütəmadi olaraq sərgiləmirsə bu normaldır. Bəzən uşaqlar valideynləri ilə kifayət qədər vaxt keçirmədikləri üçün onları gördükləri zaman səbəbsiz ağlamaq, dişləmək, vurmaq kimi hərəkətlər edə bilərlər. Uşaqlar duyğularını rahat ifadə edə bilmədiyi zamanlarda belə hərəkətlərlə diqqət çəkməyə çalışır. Valideynlər bu hərəkıtlərlə vurmaq, qışqırmaq, cəzalandırmaq kimi reaksiya verməməlidir. Gün ərzində uşaqlar ilə vaxt keçirilməli, müsbət davranışlar göstərdikdə təqdir edilməlidir.• Böyüklər (müəllimlər, valideynler, mütəxəsislər) aqressiv olduğu zamanlarda uşaqlarla ünsiyyətə girməməlidirlər. Belə halda valideyn əvvəlcə özünü sakitləşdirməli, daha sonra uşaqla ünsiyyətə keçməlidir. Əks halda uşaqla valideyn arasında münaqişə yarana bilər ki, bu da gələcəkdə böyük travmalara səbəb olur. Uşaqlar nə qədər aqressiv davranış göstərirsə göstərsin, valideyn özünü sakit tutmağa çalışmalı və duyğularını idarə etməyi bacarmalıdır.Cəmiyyət içində uşaq hər hansı xoşagəlməz davranışlar göstərdiyi halda, ətrafdakılar narahat olmasın deyə uşağı döymək, cəzalandırmaq olmaz. Bunun əvəzinə uşaqla tək qaldıqda məsələni sakit şəkildə izah etmək lazımdır.Uşaqlara hər zaman “səni anlayıram”, “səni başa düşürəm” deyərək həqiqətən onu anladığınızı və yanında olduğunuzu hiss etdirin.Aqressiv hərəkətləri görmzədən gəlmək bu davranışların daha da artmasına səbəb olacaqdır. Bunun yerinə mütəmadi olaraq birlikdə oturub müzakirələr aparmaq lazımdır.Uşaqların ilk cəmiyyət içində olduqları yer evləridir. Hər bir fərdin cəmiyyətdə düzgün formalaşa bilməyi üçün ilk öncə ona evdə şəxsiyyət kimi davranılmalıdır.

Şagirdlərdə performans və kütlə önündə natiqlik təşvişinə Koqnitiv-bihevioral yardım.

Nədir bu təşviş? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir. Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz. Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir. Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə: Bir mıx nala, Bir nal bir ata, Bir at bir əsgərə, Bir əsgər, bir məktuba, Bir məktub bir savaşa, Bir savaş bir ölkəyə faciədir... Hamısı bir mıxa görə oldu! Normal və anormal təşvişi ayıran özəlliklər Normal təşviş  Stressə qarşı verilən keçici coşqun reaksiya  Adaptasiya ilə bağlı narahatlıq  Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi Anormal təşviş  Hər hansı bir stimul yoxkən ortaya çıxır  Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır  Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir  Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir. Məsələn: Alkoqollu içki qəbulu. Qrinberq və Padeskinin təşvişli həyəcan ölçüsü. Burada maddələr 0-3 arası qiymətləndirilir. Burada qiymətləndirməni aparanda hansı rəqəmin hansı mənanı ifadə etdiyini bilmək vacibdir. Qiymətləndirmə şiddəti ölçmək üçün yox, daha çox özünə yardımı davam etdirdiyiniz müddət ərzində dəyişikliyin fərqinə varmağınıza kömək edir. 0 – heç olmur 1 – bəzən 2 – Tez-tez 3 – Çox vaxt 1.Hüzursuz və narahat hiss edirəm. 2. Nigaranlıq var. 3. Titrəmə və müvazinətsizlik duyuram. 4. Əzələ gərginliyi (sanki sizdən asılı olmadan sıxılıbmış kimi), əzələ ağrıları hiss edirəm. 5. Yerimdə qərar tuta bilmirəm. 6. Asanlıqla və tez yoruluram. 7. Təngənəfəslik olur. 8. Ürək ritmimdə sürətlənmə olur. 9. İsti olub-olmamasından asılı olmayaraq tərləyirəm 10. Ağız/damaq quruluğu olur. 11. Sərsəmləmiş kimi hiss edirəm və ya başım fırlanır. 12. İshal, ürək bulanması və ya mədə narahatlığı var. 13. Tez-tez sidik ifrazı üçün sanitar qovşağı istifadə edirəm. 14. Qəfil istilik gəlir. 15. Boğazda düyünlənmə hiss edirəm, udqunmaqda çətinlik çəkirəm. 16. Özümü indicə partlayacaq bir əl qumbarası kimi hiss edirəm. 17. Tez səksənmə/qorxma 18. Diqqəti cəmləməkdə çətinlik. 19. Yuxuya getmək və ya oyanmaqda çətinlik. 20. Əsəb gərginliyi 21. Təşviş artıracaq məqamlardan, situasiyalardan qaçış. 22. Təhlükə üzərinə fokuslanmış fikirlər /düşüncələr. 23. Özünü mübarizə aparmaq üçün aciz hesab etmək. 24. Çox pis bir şey olacaq düşüncəsi. Nəticə - ümumi balların cəmi qeyd edilir. Balları toplamaq üçün hər maddənin qarşısında tez-tez, bəzən, heç vaxt deyə qeyd etmək yerinə, daha rahat olmağı üçün məsələn birbaşa 2, 3 və ya 0 qeyd edin. Sonra balları toplayıb və əvvəlki həftə ilə müqayisədə qət etdiyiniz məsafənin fərqinə varın. Bəzən dalğalanmaların olması, yəni geriləmə baş verib düşüncəsi yaradan nəticələrin əldə edilməsi sizi ruhdan salmasın. Koqnitiv-bihevioral özü-özünə yardım bələdçisi Özünüzü hər hansı təkrarlanan davranış və ya düşüncələrin mərkəzində tapdıqda, depresiv və ya təşvişli həyəcan içərisində hiss etdiyiniz zaman ilk olaraq ağlınıza gələn düşüncələrin fərqinə varın. Bu düşüncənin sizə nə dediyini duymağa çalışın, o sizə hansı duyğuları yaşadır. Məsələn özünüzü “indicə dəhşətli bir hadisə baş verəcəyi” düşüncəsinin müşayiəti altında necə hiss edirsiniz, hansı emosiyalar sizdə özünü göstərir? Yaxud “Mən heç kimə lazım deyiləm” düşüncəsi sizdə hansı duyğuları yaradır? Bunlar ümumiyyətlə niyə baş verir? ABC modeli ilə buna nəzər yetirək. A – Situasiya B – Düşüncə və Duyğularımız C – Davranışımız A: Axşamdan boyadığınız ayaqqabınızı sabahkı görüş üçün əla bir vəziyyətə gətirmisiniz. Lakin səhər oyanıb görürsünüz ki, yağış yağıb. Hər tərəf palçıqdır B: Düşüncə - mən bilirdim ki, belə də olacaq(avtomatik fikirlər *Koqnitiv təhrif-falçılıq) , heç vaxt bəxtim gətirmir(aralıq inanc/düşüncə), uğursuzam(kök inanc) Duyğu: kədər, özünə yönəlmiş qəzəb, inciklik, ruh düşkünlüyü. C: Davranış – Şəxs özünü evə qapadır və iş üçün müsahibəyə getmir. Başqa bir nümunəyə nəzər yetirək: A: Evdəyəm, pillələri qalxanda ürək döyüntülərimin artdığını hiss etdim, nəbzimi yoxlayıram, sanki döyüntüləri daha da sürətlənib. B1. İnfarkt keçirmək astanasındayam (avtomatik fikir *Koqnitiv təhrif – Emosional fikir irəli sürülür- belə hiss edirəmsə, deməli belədir – Düşünürəm, elə isə qorxmalıyam) B2: Qorxu, təşviş, həyəcan müşahidə olunur C: Təcili yardıma zəng edilir. Müxtəlif fikirlərin, müxtəlif emosiyalar yaratmağını bu iki nümunədə yəgin ki, hiss etdiniz, içində olduğumuz situasiyada, nə düşündüyünüzü anlamaq ilə bərabər o düşüncəni hansı qəlibə yerləşdirib, hansı mübarizə texnikalarını istifadə edəcəyimiz də bir o qədər, bəlkə də daha çox vacibdir. Ona görə də ilkin olaraq koqnitiv təhriflər ilə əvvəlki bölmələrdəkindən fərqli olaraq daha yaxından tanış olmaq lazımdır. Hansı texnikalarla çalışacağıq? Koqnitiv texnikalar Aşkar Etmə Texnikaları 1. Aşağı Ox Texnikası Aşağı Ox texnikası, sizi depressiya və təşvişə sövq edərək mənfi təsir edən inancları müəyyən etməyə kömək edəcək. Mənfi düşüncənizin altına bir aşağı ox çəkin və özünüzdən soruşun: “Gəlin bu düşüncənin həqiqət olduğunu qəbul edək, niyə bu fikir mənə mənfi təsir edir? Bunun mənim üçün nə mənası nədən ibarətdir?” soruşun. Bu vəziyyətdə ağlınıza başqa bir mənfi fikir gələcək. Bunu oxun altına yazın və ikinci fikrin də altına başqa bir ox çəkin. Bunu bir neçə dəfə təkrarlayın. Mənfi düşüncələrinizə baxın və inanclarınızı müəyyənləşdirin. Şəfqətə əsaslanan Texnikalar 2. İkili Standart Texnikası Özünüzü tənqid etmək əvəzinə, əsəbi bir dostunuzla olduğu kimi özünüzlə də şəfqətli bir şəkildə danışın. Özünüzdən soruşun: “Əziz bir dostumun bənzər bir problemi olsaydı, ona qarşı bu qədər sərt davranardımmı? Ona nə deyərdim?” Reallığa əsaslanan texnikalar 3. Dəlillərə Baxış – “Sübut hardadır?” Mənfi düşüncəni həqiqət kimi qəbul etmək əvəzinə özünüzə sual verin: “Düşüncəmi dəstəkləyən hansı dəlillər var? 4. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. 5. Tədqiqat metodu Mənfi düşüncənizi yoxlamaq üçün bir sorğu keçirin. Məsələn, utancaqlığınızın qəribə göründüyünü hesab edirsinizsə, digər dostlarınızdan utancaqlıq hiss edib -etmədiklərini soruşa bilərsiniz. Bu üsulla, insanların hamısının bəzən nələrəsə görə utandığının fərqinə varacaqsınız. Semantik-məna istiqamətli Texnikalar 6. Semantik Metod Semantik Metod, xüsusən, malı və məli cümlələri və etiketləmələrlə çalışmaqda təsirlidir. Burada istifadə etdiyiniz ifadələri daha az təhqir və daha az emosional olanlarla əvəz edin. Məsələn imtahanda uğursuzluq sonrası özünüzü ümumiyyətlə savadsız olaraq qiymətləndirmə də, uğur qazandıqda dahi adlandırmaq da etiketləmə anlamına gəlir. Mənalara diqqət edib, yaşanan hadisə ilə hadisəni yaşayan özünüzə yaraşdırdığınız ad arasındakı uyğunluq haqqında düşünün, “bu o mənaya gəlirmi? Bunu daha rasional necə ifadə edə bilərəm?” suallarını özünüzdən soruşun, lakin bunu yazılı formada həyata keçirin. Sonra isə daha rasional və məntiqə söykənən adlandırmalar edin, məsələn ayrılıq sonrası özünüzü bədbəxt adlandırmaq yerinə daha gerçəyə uyğun bir ifadə istifadə etmək olar, “İnsanlar görüşür, bir-birinə uyğun dünya görüşü olduğu halda birlikdə qalmağa davam edir, yollar fərqlidirsə ayrılırlar, iki insanın bir mövzuda eyni fikirdə olmamağı heç də bədbəxtlik adlandırıla bilməz. Məntiqə əsaslanan texnikalar 7. Bozun Çalarlarında Düşünmək Problemlərinizi ağ -qara həddə görmək əvəzinə, boz rəngli çalarlarda onları real qiymətləndirin. Məsələn “hal hazırda yaşadığım üzüntünü neçə faiz şiddətlə hiss edirəm? 100%? Bəs indikindən daha kədərli olduğum vaxt olubmu? O zaman neçə faiz şiddətlə hiss edirdim kədəri? 100%?” İki situasiya arasında şiddət fərqini müəyyən edin. Bundan əlavə spesifik, rigid düşüncə şiddətli duyğu yaradır, tək düşüncənin yaratdığı müvafiq duyğunun şiddəti həmişə yüksək olur. Bozun çalarları ilə düşünmək deyəndə əsasən alternativ fikirləri dəyərləndirmək nəzərdə tutulur. Plural düşüncə şəxsə xoşbəxtlik vəd edən tək fenomendir. 8. Nəticə və Proses Performansınızı nəticə deyil, proses baxımından qiymətləndirin. Hazırlığınız və işiniz sizdən asılı olsa da, nəticələr çox vaxt sizin ixtiyarınızda deyil. Bunu Markesin “İzah etdiyin qarşındakının anladığı qədər dəyərlidir.” Aforizmi ilə də ifadə edə bilərik. Motivasiya Yönümlü Texnikaları 9. Fayda-zərər təhlili Mənfi düşüncənin (“Mən faydasız biriyəm”), özünü yoran bir inancın (“həmişə mükəmməl olmağa çalışmalıyam”), duyğunun (qəzəb, günahkarlıq və ya təşviş) və ya vərdişin (spirtli içki aludəçiliyi) bütün üstünlüklərini kəşf edin, bəli yanlış oxumadınız və həm də bu düşüncə və duyğuların, eyni zamanda aludəçiliklərinizin mənfi tərəflərini sadalayın. Münasibətlərinizdəki problemlərdə başqalarını günahlandırmağın üstünlüklərini və mənfi cəhətlərini sadalaya bilərsiniz. Özünüzdən soruşun: “Bu düşüncənin, inancın, duyğunun və ya vərdişin mənim üçün üstünlükləri və mənfi cəhətləri nələrdir? Mənə necə kömək edir, mənə necə zərər verir? ” Ağlınıza gələn bütün üstünlükləri və dezavantajları yazdıqdan sonra hər birinin təsirini 0 ilə 100 arasında qiymətləndirin. Sonra özünüzə sual verin ki, üstünlüklər və ya mənfi cəhətlər masa üzərindədir, bəs bunlardan hansının təsiri daha böyükdür. 10. 5 duyum&Nəfəs kombinasiyası Təşviş, qəzəb kimi duyğuların qapınızı döydüyünü gördükdə sadəcə özünüzə aid bir guşə seçin, mütləq deyil ki, bu yer qırmızı xalça sərilmiş, gözəl mebellərin olduğu bir otaq olsun. Mümkün olduğu qədər ətrafınızda sizi narahat edə biləcək şəxslərdən ən azından indi bunu etməmələri ilə bağlı xahiş edin. Yerinizi aldınızsa başlayaq, Dialektik-Bihevioral terapiya, yəni üçüncü dalğa Koqnitiv-bihevioral terapiyalardan birinə aid olan bu kombinasiya texnika yenə diqqəti yayındırıb, sizi olduğunuz anın daxilində saxlayacaq. A. 5 saniyə ərzində nəfəsi alın, 5 saniyə ərzində nəfəsinizi saxlayıb, 5 saniyə ərzində yəni yavaş-yavaş nəfəsinizi buraxın. B. Diqqəti nəfəsinizə yönəldin, hava axınının ciyərlərinizə dolduğunu və oranı tərk etdiyini təsəvvür edin. C. Bu əsnada əlinizin biri mədənizin üzərində, digəri isə sinənizdə ola bilər. D. Bu məşğələni davam edərkən(yəni təxminən 15 dəqiqə tədbiq etdikdən sonra) diqqətin keçirilməsinə hazır olun. E. Bu dəfə mərhələli şəkildə yavaş-yavaş, aramla, heç 5-5-5 sisteminə də ehtiyac olmadan, amma eyni zamanda sürətlə nəfəs alıb qandakı oksigeni artırmadan, əllərinizi elə bayaqkı formada tutaraq sevdiyiniz 5 görüntünü, mənzərəni xatırlayın, ardından sevdiyiniz 5 səsi xatırlayın, sonra sevdiyiniz 5 qoxunu xatırlayın, həmən ardından sevdiyiniz 5 dadı, ən sonda isə toxunduqda zövq aldığınız 5 əşyanı xatırlayın. Texnikanı yerinə yetirərkən düzgün nəfəs aldığınıza diqqət edin. Rahatlama əldə edənə qədər texnikanı tədbiq edə bilərsiniz. Koqnitiv Ekspozisiya 11. Koqnitiv daşırma Bəzən özünüzü qorxduğunuz şeyə klassik formada məruz buraxa bilmirsiniz. Məsələn, təyyarədə uçmaq qorxunuz varsa, qorxunuzu aradan qaldırmaq üçün təyyarə qəzasına uğramağınıza ehtiyac yoxdur! Ancaq bu qorxu ilə zehninizdə Koqnitiv Ekspozisiya istifadə edərək üzləşə bilərsiniz. Özünüzü bir təyyarədə təsəvvür edin. Mümkün qədər təşvişli həyəcan duyğunuzu artırmağa çalışın və mümkün qədər uzun müddət təşviş ilə “baş-başa” qalın. Narahatlıqla mübarizə aparmayın. Əksinə, narahatlığınızı dözülməz hala gətirməyə çalışın. Ona təslim olun. Nəhayət, təşviş özü-özünü söndürəcək. Klassik Ekspozisiya və ya klassik üzləşmə 12. Proqressiv Ekspozisiya Proqressiv Ekspozisiya istifadə edərkən, qorxduğunuz şeyləri kiçik parçalara ayırın. Məsələn, lift fobiyanız varsa, lifti bir mərtəbəyə qaldırın və liftdən enin. Bunu bitirdikdən sonra liftə iki dəfə qalxın və tədricən liftdə keçirdiyiniz vaxtı artırın. Köpək və ya iynə fobiyası kimi hər hansı bir fobiya növü üçün, eləcə də utancaqlıq və ya obsesif-kompulsif pozğunluq kimi narahatlıq növləri üçün Proqressiv Ekspozisiya istifadə edə bilərsiniz. Bu texnikaların hər birini sıra ilə bir həftədən az olmayaraq tətbiq etməyə çalışın, çəkilən nümunələr əvəzinə öz probleminizi təyin edin. Nəticə əvəzinə İnsan var olduğu müddət ərzində ağrı, narahatlıq, kədər, qorxu kimi duyğular qaçınılmazdır, var olmağın əsas əlaməti yaxşı olanı deyil, pozitiv hiss etdirəni deyil, hər şeyi hiss etməkdir. Çünki narahatlıq, funksionallığın aradan qalxması, təşviş, qəzəb, qorxu mənzərəyə geniş prizmadan baxdıqda əvəzedilməz bir ustaddır, o bizə problemin nədən, hardan, niyə və necə gəldiyini işarə edir, müasir tibbi müdaxilələrdə ağrıya tolerantlıq göstərilir və bir çox hallarda ağrının ağrıkəsicilər vasitəsi ilə aradan qaldırılmasına icazə verilmir, bu üsul təqdir edilmir. Təşvişə də, ruh düşkünlüyünə də belə bir yanaşma əslində bizi problemin səbəbinə aparır, bizə yaşanan hadisələri yenidən qiymətləndirməyi təbliğ edir. Emosiyalar da, yaxşı və pis anlayışının üzərində, bizim övladımız kimidir, ona qulaq asmaqla nəyə ehtiyacınız olduğunu öyrənə bilərsiniz. Azərbaycan insanı hələ lap kiçik zamanlardan ailə tərbiyəsində seçim etməyə məcbur qalır, “əgər şokalad yesən, anan axşam sənin yanında yatmayacaq”, “ya dayını sevdiyini de, ya da əmini” və.s bunu böyüdükdən sonra da bizlər özümüzə qarşı tədbiq edirik, ya narahat, ya da yaxşı olmaq deyə bir seçim yoxdur, qorxa bilərsən, üzülə, kədərlənə, ağlaya bilərsən. Həyatı daha doyumlu yaşamaq üçün qorxudan, təşvişdən, kədərdən qorxmaq əvəzinə onlarla birlikdə yoluna davam et. Əgər itirdikdə ağlayacaq qədər dəyərli olan bir kimsəmiz, ya da itirmə ehtimalı bizi narahat edəcək qədər dəyərli bir kimsəmiz yoxdursa əsl məhrumiyyət onda ortaya çıxır, çünki aid olmaq və sahib olmaq insanın ehtiyacıdır, o mexaniki qurğu deyil, sosial bir varlıqdır. Ədəbiyyat siyahısı 1. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013] 2. David Burns – Panik atakta, Psikonet yayıncılık, 2019, s. 533 3. Greenberger&Padesky – Evinizdeki terapist, (Editor:Dr. Emel Stroup),Altın kitaplar, 2019 – s. 329 4. Jeffrey Wood – Dialektik-Bihevioral terapiya, Dev belgesel yayınları, 2013, s. 67 5. M. Z. Sungur – Korona günleri: Belirsizlikle barışmak, kaygı ve endişeyi yönetmek, 2020 6. Nəsimi Qiyasov – 3D: Koqnitiv-bihevioral özünə yardım bələdçisi, Bərdə şəhəri, 2021,s.480  Psixoloq Nəsimi Qiyasov Bərdə şəhəri – 2021