19 Sep
Loqoped Svetlana Tomilina Bakıda. Möhtəşəm təlimlə qarşınızda.

The İnternational Association of Professional Development-in (The İAPD) təşkilatçılığı və Rusiya Federativ Respublikası "Logoped Master" Təlim Mərkəzi ilə əməkdaşlığı sayəsində həyata keçirilən 4 günlük "DİZARTRİYANIN KORREKSİYASINDA ZOND MASAJI VƏ LOQOPEDİK MASAJ" adlı PRAKTİK TƏLİMƏ qeydiyyat başladı!Təlimin məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi mütəxəssislərinin Peşəkarlıq səviyyələrinin yüksəldilməsi və praktiki biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. Konfrans zamanı verilən SIRF praktiki biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə yardımçı olacaq! PROQRAM:* Loqopedik masajın tətbiq edilməsi haqda göstərişlər (Показания к применению логопедического массажа)* Loqopedik masajın fizioloji təsirləri (Физиологическое действие логопедического массажа)* Artikulyar aparatın quruluşu haqda anatomik-fizioloji məlumatlar (Анатомо-физиологические сведения о строении артикуляционного аппарата)* Diaqnostika (Диагностика)* Loqopedik praktikada istifadə edilən masaj növləri (Виды массажа, используемого в логопедической практике)* Nə zaman masaj etmək olmaz? Masaj edilməsinə dair əks göstərişlər (Противопоказания к проведению массажа)* Əsas masaj texnikaları. ( təcrübədə öyrədiləcək).(Основные приемы массажа (практика))* Aktivləşdirici masaj (təcrübə). (Активизирующий массаж (практика))* Loqopedik masajın gigiyenik həyata keçirilməsi qaydaları. (Гигиена проведения логопедического массажа)* Zond masajı metodikalarının loqopediyada istifadəsinin nümayiş etdirilməsi (Обзор методик зондового массажа в логопедии)* Loqopedik iş zamanı təlimçilər və vestibulyar plastinkalar (Трейнеры и вестибулярные пластинки в логопедической работе)* Zond masajı (Зондовый массаж).* Loqopedik masaj zamanı köməkçi alətlərdən istifadə (Использование подсобных приспособлений для проведения логопедического массажа) Master-klasda iştirakçılar təcrübədə loqopedik masajın texnikalarını öyrənərkən, nəzəri və praktik hissələr harmonik şəkildə vəhdət yaradır. Siz cütlükdə işləyəcəksiz. Buna görə də rahat geyinin və özünüzlə dəyişiyə rahat ayaqqabı gətirin. (В мастер-классе гармонично сочетаются теоретические и практические блоки, когда слушатели на практикеосваивают приемы логопедического массажа. Вам предстоит работа в парах. Поэтому оденьтесь в удобнуюодежду. Захватите сменную обувь)Kimlər iştirak edə bilər : Loqopedlər, defektoloqlar, loqopediya və defektologiya fakultəsi tələbələri və valideynlər. Təlimçi : SVETLANA TOMİLİNA - l1975-ci ildə Lenin adına defektologiya fakultəsini bitirmişdir. Bir neçə il Şepkin adına teatral peşə məktəbində səhnə danışığı kafedrasında çalışmışdır. Artıq 45 ildir ki Loqopediya və Defektologiya sahəsində müxtəlif ölkələrdə təlimlərlə çıxış edir, dünya üzrə 1000lərlə peşəkar loqoped və defektoloqlar yetişdirib. Kəkələmənin müalicəsi metodikaları adlı kitabın müəlifidir.(Патент № 2450835 от 24.04.2012) , LOGOPED PLYUS TƏLİM MƏRKƏZİ-nin rəhbəridir. Təlimin vaxtı : 19-22 Sentyabr 2018- ci il , saat 13.00-18.00, çay fasiləsi təşkil olunur.Təlimin dili: Rus dili, Azərbaycan dilinə tərcümə olunacaq.Satışda Rusiyadan gətiriləcək xüsusi loqopedik zondlar və digər materiallar olacaq! Sonda iştirakçılara dünyada tanınan LOGOPED PLYUS TƏLİM MƏRKƏZİ-nin 72 akademik saat qazandıran BEYNƏLXALQ SERTİFİKATI veriləcək. *** Nəzərinizə çatdırım ki, Svetlana Tomilina-nin rəhbərliyi ilə keçirilən təlimlərdə 144 akademik saat ( 2 fərqli təlim) toplayan iştirakçılara xüsusi TƏLİMÇİ VƏSİQƏSİ təqdim olunur.Təlimin qiyməti: 400 azn Təlimdə iştirak etmək üçün aşağıda qeyd olunan nömrə ilə MÜTLƏQ əlaqə saxlayıb yerləri bron etmək lazımdır! Əlavə ətraflı məlumat üçün: ☎️ 050 687 96 58, office@iapd.az-a müraciət edə bilərsiz.

  • 11:00
  • Oratio nitq mərkəzi
  • Meltem Kerimova
13 Oct
Azərbaycanda bir İLK! Dünyaca məşhur və məhsuldar

The İnternational Association of Professional Development-in (The İAPD) təşkilatçılığı və Almaniya Federativ Respublikası "PEC" ( Pyramid Educational Consultants) şirkəti ilə əməkdaşlığı sayəsində həyata keçirilən 2 günlük PECS LEVEL 1 adlı PRAKTİK TƏLİMƏ qeydiyyat başladı! Təlimin məqsədi Azərbaycanda Psixologiya sahəsi mütəxəssislərinin Peşəkarlıq səviyyələrinin yüksəldilməsi və praktiki biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. Konfrans zamanı verilən SIRF praktiki biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə yardımçı olacaq!PECS aşağıdakı problemləri (diaqnozlu) olan kəslərdə istifadə (tətbiq) edilə bilər:* 18q Detoksikasiya sindromu (De-Grouchy sindromu I və II)*Агнесизз Коллоидного Тела*Aykardi sindromu*Morbus Alzqeymer sindromu*Asperger sindromu*Autizm*Beyin anomaliyaları (doğuşdan öncəki və sonrakı)*Beyində şiş *Angelman sindromu*Afaziya*Serebral iflic*Charge sindromu*Sitomeqaliya virusu* Korneliya de Lanqe sindromu*Cri du Chat sindromu*Dandy-Walker sindromu*İnkişaf geriliyi*Daun sindromu*Fetal Alkoqol sindromu*Zərif X sindromu*Pitt–Hopkins sindromu*Izodisentrik 15 / idic 15*Mikrosefaliya*Neyrofibramatoz*Qismən Trisomiya 4P*Felan-McDermid sindromu (22q13 silinmə)*Epilepsiya*Seçici mutizm*Septo-optik Displaziya*Nitq pozğunluğu*Rett sindromu*Turetta sindromu* Travmatik/sonradan qazanılmış beyin travması*Tuberklyoz sklerozu*Törner sindromu*Birtərəfli polimikrokrigiyaTəlimin proqramı:1. Effektiv təhsil mühitinin yaradılmasında açar komponentlərin öyrədilməsi2. Sonsuz sayda nitqi bərpa etmək strategiyalarının yaradılması3. Ənənəvi nitqi bərpa etmə metodları ilə PECS arasındakı fərq və oxşarlıq4. Analitik davranış oriyentasiyası olan şəxslərə PECS-in 6 fazasının tətbiq edilməsi üsulları5. PECS-dən digər kommunikasiya metodlarına keçid meyarları6.Şəkillərin arxasında dayanan nəzəri biliklərin öyrədilməsiMƏQSƏDLƏR:Şəkil Mübadiləli Ünsiyyət Sistemi (PECS), məhdud funksional ünsiyyəti olanlara ünsiyyət bacarıqlarını sürətlə öyrətmək üçün istifadə olunur. PECS, uzunmüddətli öncədən hazırlıq olmadan ictimai kontekstdə ünsiyyət qurmağa kömək edir. PECS-i öyrənmək spontan bir tələbi öyrənməklə başlanır və suallara cavab vermək və şərh etmək kimi əlavə kommunikativ funksiyaları da öyrətməklə davam edir. Məktəbəqədər autizmli və əlaqədar əlilliyi (qüsuru) olan uşaqlar üçün müstəqil danışmağı öyrədən ən yüksək məhsuldarlığı olan uşaqları cəlbedən (marağına səbəb olan)proqramdır. İştirakçılar, PECS-in altı mərhələsini, video nümunələri, atributları, təlimçilərin demonstrasiyalarını və rollu oyunları necə tətbiq edəcəklərini öyrənəcəklər. İştirakçılar təlimi autizmli, inkişaf geriliyi və ya məhdud ünsiyyət bacarıqları olan uşaqlara PECS-i necə tətbiq etməsini tam mənimsəyərək tərk edəcəklər!DİQQƏT!!! BU MASTER-CLASS PRAKTİK TƏLİM 45 NƏFƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB! YERLƏRİN SAYI MƏHDUDDUR! TƏLƏSİN!Tədbirin vaxtı : 13-14 Oktyabr 2018- ci il (şənbə və bazar) saat 09.00-18.00,Yüksək səviyyədə nahar və çay fasiləsi təşkil olunur.Tədbirin dili: Alman dilindən Azərbaycan dilinə sinxron tərcümə olunacaq.- Təlimdə kimlər iştirak edə bilər :Psixo-pedaqoqlar, Psixoloqlar( uşaq-yeniyetmə,yetkin), Klinik psixoloqlar, Əmək psixoloqları,Psixoterapevtlər,Paraprofessionallar,Supervizorlar, Xüsusi təhsil müəssisələrinin mütəxəssisləri, sosial işçilər, dil və ünsiyyət patoloqları, məktəbəqədər və məktəb müəllimləri,tələbələr, ailə üzvlərində nitq problemi olan və onu aradan qaldırmaq istəyən hər kəs- Təlimin qiyməti: 400 azn - Təlimin məkanı: "ORATİO" Psixoloji və Nitq İnkişafı Mərkəzi, Xan Şuşinski küç. 21.- Təlimdə iştirak etmək üçün aşağıda qeyd olunan nömrə ilə MÜTLƏQ əlaqə saxlayıb yerləri bron etmək lazımdır! Ödəniş dərhal deyil, avqust ayında toplanacaq.- Təlim zamanı iştirakçılara mövzuyla əlaqəli materiallar veriləcək. - Təlim iştirakçılarına bütün dünya ölkələrində tanınan və keçərli PECS LeveL 1 praktik təlimini keçmənizi sübut edən və sizə bu proqramı qanuni şəkildə həm tətbiq, həm də tədris etməyə icazə verəcək Beynəlxalq Sertifikat veriləcəkdir.Sertifikat sizə 13 akademik saat qazandıracaq və Almaniyadan gətiriləcək.Əlavə ətraflı məlumat üçün: ☎️ 050 687 96 58 , office@iapd.az və the.iapd.iapd@gmail.com müraciət edə bilərsiz."ORATİO" Psixoloji və Nitq İnkişafı Mərkəzi-nə göstərdiyi təşkilati dəstək üçün minnətdarlığımızı bildiririk!

  • 09:00
  • Oratio nitq mərkəzi
  • Meltem Kerimova
15 Oct
Psixodrama üzrə master-class! Beynəlxalq təlim!

Psixologiya,Təhsil və Səhiyyə sahəsi mütəxəssislərinin NƏZƏRİNƏ!The İnternational Association of Professional Development İAPD-nin təşkilatçılığı və Almaniya Federativ Respublikasının Bergerhauzen Psixoterapiya İnstitutunun əməkdaşlığı sayəsində həyata keçirilən " BEYNƏLXALQ ALMANİYA TƏCRÜBƏSİ " adlı layihəsinin iki (2) günlük Master-Class təlim kursuna qeydiyyat başladı.Layihənin məqsədi Azərbaycanda Təhsil, Səhiyyə və Psixologiya sahəsi mütəxəssislərinin Peşəkarlıq səviyyələrinin yüksəldilməsi və praktiki biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. Təlim zamanı verilən praktiki biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə yardımçı olacaq! Təlim zamanı yalnız praktik biliklər, konkret metodikalar, texnikalar tədris ediləcək! BU TƏLİM YÜKSƏKİXTİSASARTIRMA TƏLİMİDİR VƏ SİZİ TƏLİMÇİ SERTİFİKATI ALMAĞA 14 AKADEMİK SAAT DAHA YAXIN EDƏCƏK!Təlimçilər :1 .Almaniya Federativ Respublikasından dəvət olunmuş Beynəlxalq Kliniki Psixologiya və Psixoterapiya Mərkəzinin rəhbəri,Humanistik Psixodrama-nin yaradıcısı,beynəlxalq dərəcəli Təlimçi və 1973-cü ildə yaradılan Bergerxauzen Psixoterapiya İnstitutunun yaradıcısı və rəhbəri - Prof. Dr. Hans-Werner Gessman2. Almaniya Federativ Respublikasından dəvət olunmuş Köln Universitetində tədris edən Xüsusi təhsil mütəxəssisi - Markus Josef Farber* PROGRAM : ** Humanistik Psixodrama- Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim -** 1-ci modulda siz " PSİXODRAMA KÖMƏKÇİSİ (ASİSTENTİ)" pilləsi üzrə ixtisasartırma dərslərini keçəcəksiz.Təlim qapalı terapevtik qrup şəklində aparılır.Təlim kursu "Psixodrama köməkçisi" Humanistik Psixodramada bir giriş kursudur. Bu, psixodramatistlərin təlimində ilk addımdır.Bu qrupda psixodramanın spesifik diaqnostik və müalicəvi metodları ilə necə işləməyi öyrənirlər.Onlar psixodramanın metodlarını həyat təcrübəsi kontekstində tətbiq edə bilməyi, terapevtik işi qrupa və hər bir qrup üzvünə yönəltməyi və onların biliklərinə uyğun olaraq onlara verilmiş sərhədləri görməyi öyrənəcəklər."Psixodrama köməkçisi" sertifikatını alıb psixodramatik terapevtik sessiyalarda terapevt kimi işləyə, özünütanıma qruplarına rəhbərlik edə bilərsiniz. Qruplar ilə işləmək üçün müstəqil təlim təcrübəsində psixodramanın metodlarından istifadə etməyə rəsmi şəkildə icazə verəcək.Kvalifikasiyanın yüksəldilməsi üzrə təlim aşağıdakıları etməyi tədris edəcək:*Psixodrama terapevti köməkçisi kimi qrupda işləmək;*Özünübilmək (tanımaq) qruplarına rəhbərlik etmək;*· Öz sosial təcrübələrinə əsaslanaraq mübahisəli qarşıdurmaları yoluna qoymağı, davranışları öyrənmək və zərurət yarandıqda öz baxışlarını dəyişdirməyi bacarmaq:*Psixodramanın diaqnostik və müalicəvi metodlarına yiyələnmək;*Psixodrama üçün vacib olan psixoloji diaqnostika, qrup inkişafı psixologiyası və ayrıca fərdin psixologiyası biliklərinə yiyələnmək,onları psixodramatik təcrübədə istifadə etmək bacarıqlarını inkişaf etdirmək:*Psixodramatik metodları necə istifadə etmək haqda təsəvvürün yaradılması*Dinləyicilərə psixodramanın əsas üsullarını öyrətmək*Dinləyicilərə qrup və fərdlərlə iş zamanı müxtəlif psixodramatik metodları tətbiq etməyi öyrətmək*İştirakçılara müxtəlif problemlərin həllində şəxsi psixoterapevtik təcrübələrinin istifadəsini təmin etmək*İştirakçılara şəxsi təcrübələriylə qrup məşğələsi və fərdi konsultasiyası etməyi tədris etmək*Psixodramada bir səhnə yaratmaq (Praktik dərslər)*İsinmə metodları*Psixodramanın əsas üsulları (dupling, roldəyişdirmə)*Sosial bir atomun qurulması və onun müxtəlif psixoloji təcrübələrdə tətbiq edilməsi."Psixodrama köməkçisi" kursu üzrə nəzəri seminarların mümkün mövzusu-- Qrup psixoterapiyası və psixodramasının tarixi və inkişafı;- Psixodramatik iş üzrə təlimatlar- Psixodramatik metodun vəsaitləri (səhnə, qəhrəman, rejissor, əlavə "Mən", auditoriya)- Psixodramatik sessiya tipik bir sxemdir- Psixodrama prosesinin üç mərhələsi (isitmə, hərəkət, paylaşma).- Ya.L.Moreno-nun Şəxsiyyət nəzəriyyəsi - Metodların kiçik qruplarda praktiki dərsdə tətbiq edilməsi- Ailə problemlərinin həllində Psixodrama (praktik dərslər)- Ailə problemləri ilə işləyən zaman psixodramanın texnika və texnologiyaları.- Genosocendra (ailələrin keçmişləri ilə iş), ikili mesajlarla işləmək.- Müxtəlif travmalarla iş zamanı Psixodramanın özəllikləri- Zorakılıq və şiddət qurbanları ilə iş zamanı psixodramanın xüsusiyyətləri.- Zorakılıq və şiddət qurbanları ilə işin xüsusiyyətləri.- Sosiodramanın qurulması üsulları- Humanistik Psixodramanın struktur və metodik əsasları;- Psixodramanın fəlsəfi və psixoloji əsasları;- Sosiometriya və qrup prosesləri;( praktik dərslər)- Genosociogram ilə yaratma və iş təcrübəsi- Qarşılıqlı əlaqə və ünsiyyət konsepsiyası;- Humanistik Psixodramada rolların inkişaf nəzəriyyəsi.Konfransda iştirak edə bilərlər : tibbi, psixoloji, sosial, məktəb-pedaqoji və teoloji peşə sahibləri, eləcə də insanlara qayğı ( qulluq) ilə məşğul olan peşə sahibləri.Bundan əlavə, motivasiya xüsusilə vacibdir. Təlim qrupu formalaşdırılan zaman böyük əhəmiyyətə malik olur və istisna hallarda həlledici rol oynayır.Konfransın dili : Alman dilindən azərbaycan dilinə tərcümə olunacaq.Təlimin vaxtı : Cəmi 5 qrup yığılacaq və hər qrupda maksimum 16 nəfər iştirakçı olacaq.Hər qrup 2 gün ( 4 sessiya) dərs keçəcək. 15i və 16.10.2018 ilk qrup, 17si və 18.10.2018 - 2ci qrup, 19u və 20.10.2018 - 3cü qrup, 21i və 22.10.2018 - 4cü qrup, 23ü və 24.10.2018 - 5ci son qrup dərs keçəcəklər. Təlimin davamiyyəti hər gün saat 10.00-18.00,nahar və çay fasiləsi təşkil olunur.Təlimin keçirildiyi məkan: Oratio psixoloji və nitq inkişafı mərkəzi, Xan Şuşinski küç. 21 AZ 1000Konfrans başa çatdıqdan sonra hər bir iştirakçı yüksəkixtisaslaşma üzrə BERGERHAUSEN PSIXOTERAPIYA INSTITUTUNUN 14 akademik saat qazandıran BEYNƏLXALQ DƏRƏCƏLİ SERTİFİKATI ile təmin ediləcəkdir !İştirakçılara nəzəri dərs materialı veriləcək!DİQQƏT!!! Master-class-da iştirak haqqı : 150 AZN ( ödənişlər sentyabr ayında toplanılacaq)Qeydiyyatdan keçmək və ətraflı məlumat üçün 050 687 96 58 və ya the.iapd.iapd@gmail.com müraciət edə bilərsiz.Yerlər məhdud olduğundan qeydiyyatı son tarixə saxlamaq tövsiyə olunmur.Təlimin keçirilməsində bizə təşkilati dəstək göstərən Oratio psixoloji və nitq inkişafı mərkəzinə minnətdarlığımızı bildiririk!

  • 10:00
  • Oratio nitq mərkəzi
  • Meltem Kerimova