leyla

Nevroloq Leyla Şahbazova

2002 – 2008ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb

2008 – 2009-cu ildə həkim interna Respublika Neyrocərrahiyyə xəstəxanası

2009 – 2015 Protez Ortopedik Bərpa mərkəzində həkim nevroloq v' EEG mütəxəssisi kimi çalışmışdır

2016cı ildən Real Hospitalda Nevroloq və EEG mütəxəssisi kimi çalışır

2011ci ildə Ə.Əliyev adına həkimləri təkmilləşdirmə institutunda Nevrologiya üzrə kurs keçmişdir

2011-ci ildə Özəl Ethica İncirli hastanesinde EEG və EMG kursu keçmişdir

Gərginlik tip baş ağrısı nədir ?

Gərginlik baş ağrısı mülayim tip baş ağrısıdır. Pasientlər onu sıxıcı baş ağrısı kimi təsvir edirlər. Barmaqlarla gicgah və alın nahiyyələrini ovaraq rahatlandıqlarını qeyd edilər.Bəzən ağrı boyun və ənsə nahiyyələrini əhatə edə bilir. Gərginlik baş ağrısı həm də xronikləşə bilir. Bu zaman pasientlərdən doktor, başım hər gün ağrıyır sözünü eşidirik.Bu hal dərman baş ağrısı adlandırdığımız baş ağrısına yol aça bilər.Dərman baş ağrısı ağrıkəsicilərdən çox istifadə etdikdə əmələ gəlir.Və bu zaman dərman qəbul etməklərinə baxmayaraq ağrı dayanmır,hətta daha kəskin olur. Ürəkbulanma, həyəcan, qusma, yuxu pozulmaları və hətta qıcolma tutmaları ilə müşaiyət oluna bilir. Ona görə də həkimin məsləhəti olmasan hər hansısa dərmanın istifadəsindən çəkinməyiniz məsləhət görülür