nigar

Nigar Jabrail

Assertivlik nədir?

Assertivlik nədir? Dilimizə günü gündən yeni terminlər daxil olur. Belə terminlərdən biri də assertivlikdir.  Assertivlik sözü ingilis mənşəli olub – “iddia etmək” deməkdir. İnsanın öz şəxsi düşüncəsini iddialı şəkildə sübut etməsidir. Psixoloqlar söyləyir ki, bu xüsusiyyətə malik  insan - iddialı,  yetkin, özünəinamlı və başqalarının hüquqlarına hörmət edən, kənar təsirlərdən asılı olmur. Assertivlik- özünü israrla sübüt etmək, hisslərini ifadə etmək, inandırma, münaqişədən qaçma yolu, daxili güc kimi xüxusiyyətləri bir-birində birləşdirən bir davranışdır. Bu qabiliyyət xarici təzyiq şəraitində insanın maraqlarını və davranış xəttini düzgün müdafiə etmək üçün səssiz şəkildə  uyğun olmayan şeylərə "xeyr" deyəməyə imkan verir,  sosial cəhətdən məqbul bir şəkildə isə hüquqlarınızı qorumaqda israrcı bir davranış kimi özünü göstərir. Assertiv insan-özgüvənli, özünəinamlı və məqsədyönümlüdür. O, istənilən bir münaqişədən və mübahisədən qaçmaq üsullarını biləndir. Nə aqressivdir, nə də ki, passiv- sadəcə olaraq hər birmübahisədən qaçmaq üsullarını biləndir.  Nə aqressivdir,  nə də ki, passiv- sadəcə olaraq hər bir məsələdən çıxış yolu tapmağı bacarandır. Yəqinki hər birimiz belə olmaq istərdik?!  Buna necə nail olmaq olar? Əslində hər birimiz belə bir vəziyyətlə rastlaşırıq. Dərhal reaksiya verməkdənsə daha sakit tonla hadisəyə fərqli bir reaksiya verə bilərik. Məsələn,  sizi münaqişəyə vadar edirlər və ya kəskin şəkildə nədəsə gunühlandırırlar. Siz harda səhv buraxdığınızı və yenidən hər şeyi yoxlacağınıza vədd verin. Həmin insan da sizi kəskin şəkildə günahlandırmaqdan qaçacaq. Bu və ya digər vəziyyətlərdə müşahidə edə bilərsiniz ki, düzgün məqamda deyilən doğru sözlər sizi digər insanların gözündə, həmçinin öz gözünüzdə ucaldır. Hətta “yox” sözünü də aqressiv və kəskin olmadan  demək olar.

Bir azca uşaqlıq illərimizə qayıdaq

Bir zamanlar çox gözəl və maraqlı uşaqlıq illərimiz var idi. Kompüterlərdən, uşaq əyləncə mərkəzlərindən və qorxulu filmlərindən uzaqda olan uşaqlıq dövrümüz idi. İndiki dövrdən fərqli olaraq psixikamıza çox gözəl təsir bağışlayan bir neçə sevdiyimiz oyunlar oynayırdıq.Bu yaxınlarda uşaqlıq illərimdən bəri görmədiyim bir qonşuma rast gəldim, hansıki məni  bu məqaləni yazmağa vadar etdi. Bilirsinizimi onlar hansı oyunlardır?Bunlardan biri qızların asudə vaxtlarını səmərəli keçirmək üçün (adi geyimlərdə istifadə olan rezinləri birləşdirərərək) oynadığı oyun, hansıki bir çox qabilliyyətimizi üzə çıxaran və inkişafetdirici təsirə malik olan bu  oyun bizim koordinasiya, vestibulyar apparatımıza müsbət təsir edər, diqqətlilik, qələbə qazanmaq, qürurla məğlub olmaq, hamıdan üstün olmaq və rəqib olduqları halda belə qızlarla dost olmağı öyrədir. Bu zaman həm fiziki, həm verbal aqressiydan da uzaq olmaımıza kömək olurdu.İkinci klassik olaraq hamının oynadığı - asfaltda təbaşir ilə çəkilən damalar, sadə daş ilə damaların xanalarının üzərinə ataraq əyləncəli oyundur. Bu oyunda qalib gələrkən özümüzü  necə xoşbəxt hiss edirdiksə-gördüyümüz bütün insanlarla o sevinc hissimizi bölüşmək istəuirdik. Diqqət, dəqiqlik və  konsentrə olmaq bacarıqlarımızı inkişaf etdirirdi.  Sevdiyimiz daha bir oyun - “Bəli və ya xeyr demək olmaz oyunu”dur. İllər sonra  psixoloq olaraq oyunun  nə gözəl təsirə malik olduğunu anlayıram. İstənilən suala elə cavablar verməli idin ki, o cavabda “bəli” vəya “xeyr” sözünün  əvəzinə digər köməkçi sözlər və ya sinonimlər olmalı idi. Qalib gələn uşağın elə zəngin söz lüğəti olmalı idi ki, istənilən bir suala sıxılmadan səhvsiz cavablar versin. Özünü ələ almaq qabilliyətini inkişaf etdirən bu tapşırıq bizə həm də hazırcavab olmağı öyrədirdi, istənilən vəziyyətdən diqqətli olub çıxış yolu tapmaq qabilliyətini inkişaf etdirirdi.Əslində bu siyahını çox uzatmaq olardı, lakin oxucularımı yormaq istəməzdim. Çox xoşbəxt uşaqlıq illərimiz olub, bunu öz şagirdlərimizə və övladlarımıza yaşatmaq imkanı verək, onlarla daha çox ünsiyyət quraq, onlara güzəştə getməyi öyrədək, onların fikirləri ilə maraqlanaq və ən başlıcası onlara zaman ayıraq.

Emosional Intellektin həyatımızdaki rolu

Son zamanlar emosional intellekt barəsində çox müzakirə aparılır. Emosional intellektinin inkişaf etməsi insan üçün çox faydalıdır. Hər bir insanın ağıl, zəka və intellekt bacarıqları ilə yanaşı, həm də emosional intellekti də inkişaf etməlidir. Təbii ki zəkalı insanların emosional intellekti daha yüksəkdir, onlar reallığı ve gerçək həyatı daha rahat qəbul edib qarşılıqlı əlaqə qura bilirlər. Bu həm fərdlərarası münasibətlərə, həm insanın subyektiv düşüncələrinə, həm də onun cəmiyyətə uyğunlaşmasına və bütün kommunikasiya vasitələrinə köməkdir. Beləliklə, emosional intellekt- effektiv ünsiyyət, idarəetmənin ve  effektiv biznes qurmanın ən vacib detallarından biridir. Hər hansı bir məlumatın qəbul edilməsi -sensor sistemlər vasitəsilə baş verir. Eynizamanda beynin əsas sahələri əvvəlcə hərəkətedir, sonra avtonom sinir sistemi (veqetativ), əzələ və digər sistemlərin reaksiyaları davam edir. Hər hansı bir informasiya ilə, insanın özü iləvə ətraf aləmlə əlaqə əsas sürətləndiriciamillərdən (drayverlerden) asılıdır:özünüdərketmə, özünüqiymətləndirmə,motivasiya, adaptasiya səviyyəsindən asılıdır. Bu sürətləndirici amillər (drayverler) aşağıdakılardır:1. Özünüdərketmə bacarığı -fikir və duyğularınızı,emosialarınızı, bədəninizi vədavranışınızı şüurlu şəkildə anlamanız; 2. Özunüqiymətləndirmə bacarığı- qətiyyətlilik, özünə hörmət, qəbul və asıllılıq (bir insanın xarici təsirlər və qiymətləndirmələrdənasılı olmayaraq, öz davranışını müstəqil tənzimləmə və bunun üçün məsuliyyət daşımaqabiliyyəti); 3. Motivasiya bacarığı-özünü aktuallaşdırmavə qətiyyət arzusu ilə yanaşı motivasiya, həmçinin yeni, güclü hədəflərə istiqamətləndirilmək və uğursuzluqların obyektiv təcrübəsinin açıq şəkildə qəbul edilməsi; 4. Adaptasiya bacarığı -istənilən bir insan ilə empatiyanın qurulması, stress müqaviməti, qərar qəbuletmə bacarığı və fərdlər arasında ünsiyyətqurma bacarığı; Bütün bu bacarıqları inkişaf etdirmək çətin olsa da, mümkündür. Buna görə də fərd öz üzərində hər gün işləyərək müsbət bir nəticə əldə olunana qədər çalışmalıdır.