oratioaz

Oratio Nitq Mərkəzi

“Oratio” Psixoloji və Nitq İnkişaf Mərkəzi

Xan Şuşinski küç. 21, AZ1000, Bakı, Azərbaycan.


(+99412) 441 41 25

(+99450) 441 41 25

www.oratio.az

Daun sindromlu uşaqların psixoloji xüsusiyyətləri

Daun sindromlu” uşaqlar bir-birinə oxşayır,  stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalırlar. Kəlləsi kiçik və yumru olur və üz nahiysində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur. Göz yarığı çəp, dili böyük, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Daun xəstəlik deyil sindromdur. Bu sindrom,  daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromason anomaliyasıdır. Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Onların immunitetləri zəif olur və bu uşaqlar qulaq, göz infeksiyasına meyillidirlər. Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur. Daun sindromlu uşaqlarda, öz aralarında əqli səviyyələrinə görə fərqlənirlər. Onların içərisində daha istedadlıları olur. Onlarda gəzməyi, oxumağı, yazmağı, rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilər. Bunu təmin etmək üçün isə yalnızca müəyyən olunma proqram əssasında Daun sindromlu uşaqlarla işləmək lazımdır.

Covid-19 sonrası yarana biləcək sosio-psixoloji problemlər və alınacaq tədbirlər

Dünyanın məruz qaldığı  ağır və travmatik müddətində virusun təsiri  ilə milyonlarca həyat ciddi şəkildə dəyişdi. Çətin və uzun müddətli streslə mübarizə hal hazırda davam etməktədir. Bu virusdan heç şübhəsiz daha çox təsir edən psixoloji faktorlar təsir göstərməkdədir. Bu müddətdə stres faktorları arasında: sağlığımızın təhdid altında olması, sevdiyimiz insanlardan, emosional anlardan və sosial  münasibətlərdən uzaq qalmaq səbəbi ilə tənhalıq, gərginlik hislərini ifadə edə bilərik. Aparılan araşdırmalar, sosial məsafə, karantina və ya izolyasiya müddətində bunları yaşaya biləcəyiniz müşahidə edilməkdədir:Qorxu və narahatlıq: özümüz və yaxın çevrəmizin Covid-19’a tutulma riski ilə özünüzü narahat hiss edə bilərsiniz. Bəzi insanlar bu müddəti daha gərgin şəkildə keçirdə bilər; yuxu və qida rejimində pozulmalar və s. Depresiya və gərginlik: günlük həyatımızda baş verən maneələr, planlarımızın təxirə salınması qəmginlik və ruh halımızın pozulmasına səbəb ola bilər. Evdə uzun müdətli zaman keçirmək, sosial münasibətlərdən uzaqlaşmaq gərginlik və yalnızlıq duyğusuna səbəb olmaqdadır.Qəzəb və xəyal qırıqlığı: izolyasiya və karatina səbəbilə azadlığın məhdudlaşması və s.Necə tədbir almalıyıq? Nələr etməliyik? Bu çətin müddətdə zamanın düzgün idarə olunması, psixososial dəstək, ailənizin və özünüzün istər fizioloji, istərsə də psixoloji müdafiə formaları ilə bağlı ətraflı və doğru məlumat əldə etməyə çalışın.Gün boyu pandemiya haqqında istər sosial şəbəkələr, televizyalardan aldığınız xəbərlər, bizi narahat edən və get-gedə artış göstərən rəqəmlər təşviş və qorxu duyğusunda artışa səbəb olmaqdadır. Gündəlik olaraq məlumat aldığınız xəbər saytlarının güvənilir olduğuna diqqət edin.Sağlıqlı həyat tərzi qurmağa çalışın. Yuxu saatlarınıza, qida rejiminizə diqqət etməyə çalışın. Lazım olduqda, psixoterapiya üçün onlayn dəstəkdən qaçınmayın. Sinir bilim uzmanı, Psixoloq Rəna İmanova 

Uşaq serebral iflici

Serebral iflicli uşaqların çox  normal uşaqlara nisbətən həyat üçün vacib olan əsas qabiliyyət və bacarıqlara gec yiyələnirlər.Bunun səbəblərindən  biri uşağın hərəkət etməkdə və bədənin müqavimətini saxlamaqda çətinlik çəkməsidir.Həmçinin əqli cəhətdən qüsurlu görmə və eşitmə problemi olan uşaqlarda da qavrama qabiliyyəti zəif olur və onlarda əsas bacarıq və qabiliyyətlər gec inkişaf edir.Uşağın ləng inkişafının səbəbləri müxtəlif çatışmazlıqlarla izah olunur.Uşağın yeni bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün siz ilk növbədə onun bütün hərəkətlərini müşahidə etməlisiniz.Normal uşaqda olduğu kimi serebral iflicli uşaqlarda da eyni ilə bu qabiliyyət və bacarıqlar inkişaf etdirilməlidir.Uşağa bacarıqların inkişafına yavaş-yavaş kiçik addımlarla kömək edin.Əgər onu tələsdirsəniz o həvəsdən düşə bilər və irəli getməkdənsə daha da geriləyə bilər.Bu ən çox uşağa hələ gəzməyə hazır vəziyyətdə olmadığı zaman məcburən ayaq üstə durmağa və gəzməyə məcbur etdikdə baş verə bilər.USİ-li şəxsin bacarıq və qabiliyyətlərinin inkişafına nail olmaq uzun vaxt səbr,enerji,sevgi və qayğı tələb edir.Bunun üçün bütün ailənin və icmadakı insanların köməyinə ehtiyac duyulur.Yadda saxlayın USİ-li şəxsin bədəninin  rahat və düzgün vəziyyətdə saxlanması çox vacib şərtdir.Müxtəlif hərəkətlərin icrası zamanı uşağı düzgün vəziyyətdə otuzdurmalı,uzatmalı və ya ayaq üstə qoymağa çalışmalısınız.Çünki,bədəni rahat vəziyyətdə olduqda uşaq hərəkətləri daha düzgün icra edər və daha çox müvəffəqiyyətə nail olar.Yaxşı balans USİ-nin inkişafı üçün lazım olan əsas şərtlərdən biridir.Uşağın balansını kiçik yaşlardan başlayaraq düzgün inkişaf etdirmək çox vacibdir. Bu diaqnoz qoyulmuş uşaqlarda əqli geriliyin olması danılmaz faktorlardandır. Belə şəxslərin demək olar ki, yarısında əqli gerilik müşahidə olunur.Bu hallarda uşaqlara  kömək edərək onlara bacarıqlarını inkişaf etdirməyə  imkan vermək lazımdır.Bunun sayəsində əqli inkişafdan geri qalmış hesab edilən uşaq kömək və məşqlər nəticəsində lazımi qədər intellekti olduğunu nümayiş etdirə bilər.İntellektin daha da inkişafı üçün isə insan həyatında hər daim istifadə olunan oyun fəaliyyət növünü məsləhət bilirik.

Bu yaşdakı uşaqlar... - Körpələrin mərhələli nitq inkişafı

Uşaq üçün ən intensiv inkişaf dövrü onun həyatının ilk üç ilidir ki, bu da beynin inkişafda və kamilləşməkdə olduğu bir dövrdür. Bu bacarıqlar uşaqlar arasındə ünsiyyətin yaranmasına kömək edir. Nitq mexanizmi (çənə, dodaq,dil) və səs inkişaf etdikcə, uşaq daha da formalaşmış sözlər tələffüz etməyə başlayır. Uşağın 1-11 aylıq dövrünü əhatə edən mərhələ iisə “Nitqə hazırlıq mərhələsi” adlanır.  0-3 aylıq - Uşaq anadan olan zaman ağlayır, narahatçılığı olanda, bir yeri ağrıyanda ağlamaqla biruzə verir. Onunla danışanda gülüşlə cavab verir, müxtəlif səslər çıxarır. 4 aylıq - Səsin gəldiyi yerə baxaraq, onunla söhbət edən zaman qığıldayır.  5-6 aylıq - Dərhal səs gələn tərəfə çevrilir, bəzən uzun-uzadı sait səsləri (a,e,o,ü,u,ö,ə,ı,i) çıxarır. Beləliklə, anlama prosesi inkişaf etməyə başlayır.  7-9 aylıq - Çoxsaylı təkrar hecalar deyir, səslərə diqqətlə qulaq asır və ona öyrədilmiş hərəkətləri icra edir. Məsələn: Əl çalır.  10 -11 aylıq - Valideynlərin göstərişi ilə oyuncaqlarla oynayır və ona öyrədilən hərəkətləri yerinə yetirir. Məsələn: Kubiklərlə oynayır, üst-üstə qoyur “Ver” göstərişi ilə tanıdığı əşyanı tapır və verir.  Sözləri və sadə göstərişləri başa düşür, təkrar hecalardan yavaş-yavaş sözlərə keçir.  1 yaş - Bu yaş dövründə ünsiyyət qurma, təqlid etmə, ümumiləşdirmə bacarıqları sürətlə inkişaf edir. Kənardan gələn səsin mənbəyini axtarır. Məsələn: maşın səsi, uşaq səsi və s. Artıq təqribi 10-12 söz ifadə edir.  1 yaş 6 aylığında uşaqda 30-40 söz civarında söz bazası yaranmış olur.  2-3 yaşında – Bu yaş dövrü lüğət tərkibinin kəskin artması dövrüdür. Uşaq əşyaları tanıyır, onlar haqqında qısaca 2-3 sözdən ibarət sözlər işlədir. Səsləri daha aydın tələffüz etməyə başlayır. Sadə dialoqlara keçir. Öz cinsini (qız,oğlan) tanıyır və söyləyir. 

Riyazi qabiliyyətlər bu yaşda formalaşır - Uşağın yaş dövrlərinin xüsusiyyətləri

Yaş dövrləri uşaq psixologiyasının ən mühüm amilərindəndir. Onun düzgün müəyyənləşdirilməsi, dövrə müvafiq şəkildə təlim-tərbiyə işlərinin aparılmasına imkan verir.İnkişaf dayanmadan fasiləsiz davam etdiyindən dövrlər arasında keçidi müəyyənləşdirmək çətindir. Bununla belə, inkişaf fərdi planda diskret  gedə bilər, onun cərəyanı, gediş sürəti arta və ya azalaraq keyfiyyət fərqləri yarada bilər. Lakin fərdi xüsusiyyətlərindən asılı olmayaraq uşağın bütün inkişaf mərhələlərini ardıcıl və fasiləsiz keçməli olduğu  bir qanunauyğunluq mövcuddur.Fərdi inkişaf prosesi(ontogenez) 2 mərhələdən ibarətdir. İlkin mərhələ dölün ana bətnindəki inkişaf müddətini əhatə edir və prenatal ontogenetik inkişaf adlanır. Digəri isə anadan olandan ömrünün sonuna qədər olan müddətdir ki, ona  postnatal ontogenetik inkişaf deyilir.Uşağın anadanolma prosesi  dölün ana ilə qan əlaqəsinin kəsilməsi və onun yad mühitə düşməsi ilə müşayiət olunduğundan böhran və güclü stress kimi qiymətləndirilir. Körpənin ilk günlərdə çəkisini itirməsi də bununla bağlı olub orqanizmin yeni şəraitə uyğunlaşması üçün bütün fizioloji mexanizmlərin yenidən qurulması göstərilir.Uşaqda inkişafın ayrı-ayrı mərhələlərindən psixikanın müxtəlif istiqamətlərdə formalaşması üçün daha əlverişli şərait yaranır. Müəyyən psixi fəaliyyət növlərinin güclənməsi üçün optimal vaxt mövcuddur. Belə yaş dövrləri psixi xüsusiyyət və keyfiyyətlərin inkişafı üçün nisbətən əlverişli olarsa, bunları sensetiv dövrlər adlandırmaq olar. Məsələn, nitqin inkişafı üçün 1-5 yaş, riyazi qabiliyyətlərin formalaşması üçün 15-20 yaş sensetiv dövr hesab olunur.Uşaqlar təkcə əldə etdikləri bilik və bacarıqların miqdarına görə deyil, psixi xüsusiyyətlərinə, ətrafdakı gerçəkliklərə münasibətlərinə görə də ayrı-ayrı  yaş dövrlərində bir-birindən fərqlənirlər. İnkişafın dövrlər üzrə təsnifində ”aparıcı fəaliyyət” prinsipi  diqqəti xüsusi ilə cəlb edir. Hər bir aparıcı fəaliyyət yalnız həmin yaş üçün səciyyəvi olan keyfiyyət və xüsusiyyətlərin meydana gəlməsinə səbəb olur.Psixologiyada subyektin dəyişməsinə istinadən dövrlər aşağıdakı kimi səciyyələndirilir:   Yeni doğulan uşaq dövrü (0-1 yaş) Körpəlik d.(1-3 y.) Məktəbəqədər yaş d.(3-6 y.) Kiçik məktəb yaş d.(6-10 y.) Yeniyetməlik yaş d.(10-15 y.) Gənclik d.(15-30 y.)

Təfəkkür və Nitqin xüsusiyyətləri

Təfəkkür və nitq psixi hallardan olub bir-birilə sıx bağlılıq təşkil edir.Belə ki,nitqin ləng inkişafı, lüğətin passiv olması ümumiləşdirmələrin zəifliyi və ayrı-ayrı analizatorların qüsurları təfəkkürün funksiyalarının zəifliyinə gətirib çıxarır.Təfəkkür mürəkkəb xarakterli olub,beynin şərti-reflektor fəaliyyətinin mükəmməlləşdirilməsini tələb edir.Oliqofrenlərdə(intellekt pozuntusu olan uşaqlar)yeni,xüsusi ilə də mürəkkəb şərti əlaqələr  çətinliklə və ləng  formalaşır.Buna görədə hər hansı bir psixi pozuntusu olan uşaqlarda ümumiləşdirmə gec və  konkret  formalaşır.Nitq təfəkkürdən asılı olduğu kimi sadə təfəkkürün formalaşması da qavramadan asılır.Buna görədə psixologiyada təfəkkür qavramanın növbəti mərhələsi kimi qəbul edilir.ümumiləşdirmə,fərqləndirmə,müqayisəetmə,təsnifləşdirmə və qruplaşdırma ayrılıqda təfəkkür prosesi kimi öyrənilir.Bu proseslərinin hər hansı birinin pozulması bütövlükdə təfəkkürün pozulması deməkdir.Əqli cəhətdən geri qalan məktəblilərin təfəkkürünün əsas çatışmazlığı –ümumiləşdirmənin zəifliyidir.Bu çatışmazlıq təlim prosesində biruzə verir (qaydaların,ümumi anlayışların mənimsənilməsində). Buna görə də qrammatikanın və riyaziyyatın öyrənilməsi zamanı qaydaların mənimsənilməsinin çətinlikləri müşahidə olunur. Streotip təfəkkür,analiz və sintezin xüsusiyyətləri də oliqofrenlərə xasdır.Bu isə nitqdəki qüsurları qaçınılmaz edir.Nitq inkişafının gec başlamasından əlavə,bu uşaqlarda passiv və fəal lüğətin zəifliyi müşahidə edilir.Mənimsənilən sözlər onun fəal lüğətinə daxil edilsə də,düzgün mənisənilməmiş olur.İntellekt pozuntusu olan uşaqlarda sözün mənasının mənimsənilməsi çox hallarda onun gerçəkliyinə uyğun olmur.Nitqin qrammatik quruluşu zəif inkişaf edir,mürəkkəb cümlələr olmur,onlar öz fikirlərini izah etməkdə çəinlik çəkirlər.Nitqin inkişafsızlığı və təfəkkürün konkretliyi qarşılıqlı əlaqədə və qarşılıqlı asılıdırlar.Buna görədə istər intellekti pozulmuş,istərsədə normal intellekte sahib olan uşaqlarla işləyən zaman psixi prosesləri həmçinin onların sensetiv dövrlərini bilərək işə başlasanız daha uğurlu nəticə əldə etmiş olarsınız.Psixi hallar arasında əlaqələrin yaradılması isə bilavasitə intellektin artmasına gətirib çıxarır.

Hərəkət məhdudluğu, psixi əlillik - Rett sindromu nədir?

Bu vəziyyət hələlik qızlarda təsvir olunub, başlanğıc xüsusiyyətlərinə və simptomlarının xüsusiyyətlərinə görə autizmdən ayrılır. Tipik hallarda xarici normal və ya demək olar ki, normal inkişafın arxasınca, qazanılmış manual və nitq vərdişlərinin hissəli və ya tam itməsi, kəllənin böyüməsinin ləngiməsi, adətən 7-24 ayında başlayır. Xüsusən məqsədli əl hərəkətlərinin itirilməsi, xəttin stereotipiyası və təngnəfəslik xarakterdir. Sosial və oyun inkişafı ilk iki və ya 3 yaşda ləngiyir, amma, sosial maraqların saxlanılmasına tendensiya qalır. Orta uşaq yaşında skolioz və ya kifoskoliozla müşahidə oluna gövdənin ataksiyasının və apraksiyanın inkişafına tendensiya olur. Vəziyyətin sonunda ağır psixi əlillik inkişaf edir. Erkən və ya orta uşaq yaşlarında tez-tez epileptik tutmalar əmələ gəlir. Diaqnostik göstəricilər:Xəstəlik əksər hallarda 7-24 aylığında başlayır. Ən xarakterik əlaməti əllərin məqsədli hərəkətlərinin və qazanılmış incə motor manual vərdişlərin itirməkdən ibarətdir. Bu nitqin parsial və ya tamam itməsi ilə müşahidə olunur; əllərin xarakter stereotip hərəkətləri qeyd olunur, məs: əllərini əzablı çatlatmaq və ya əyib sındırmaq, “əl yuma”, əllər döş qəfəsinə və yaxud çənəyə sıxılır; stereotip olaraq əllərini tüpürcək (ağız suyu) ilə islatmaq; qidanı ağızda lazımı qədər çeynəməmək ; demək olar ki, sidik kisəsi və bağırsaqların fəaliyyətində nəzarət olmur; tez-tez ağızdan su axmaq və dilini bayıra çıxarmaq; sosial həyata daxil olması itirilir. Uşağın “sosial gülüş” yaratmaq, baxışla “lehinə” və ya digər insanların “vasitəsilə” əlaqə görünüşü yaradır, amma erkən uşaqlıqda onlarla sosial qarşılıqlı əlaqə (baxmayaraq ki, sosial qarşılıqlı əlaqə adətən sonrada inkişaf edir) yaratmır. Pozası və yerişi ayaqlarını geniş qoymaqla müşahidə edilir, əzələləri hipotonikdir, gövdənin hərəkətləri adətən pis koordinasiya olunur, skolioz və ya kifoskolioz inkişaf edir. Yeniyetmə və yetkin yaşda, təxminən yarı hallarda ağır spesifik atrofiya əlilliyə gətirib çıxarır. Sonradan, xüsusən yuxarı ətrafa nisbətən, aşağı ətrafda daha çox əzələlərini spastik gərginliyi təzahür olunur. Əksər hallarda, 8 yaşa qədər müxtəlif növlü kiçik epileptik tutmalara rast gəlinir. Autizmidən fərqli olaraq, özünə qəsdən xətər yetirmək, kompleks stereotip maraqlar və yaxud qoyulmuş qaydalar olmur və ya az təsadüf edilir. Differensial diaqnoz: Rett sindromun diaqnozu ilk növbədə, əllərin məqsədyönlü hərəkətlərinin yoxluğu, kəllənin böyüməsinin ləngiməsi, ataksiya, stereotip hərəkətlər, “əl yumaq” və müvafiq çeynəmənin olmamağı əsasında təyin edilir. 

Bir sıra problemləri aradan qaldırır - Tomatis metodu nədir?

Bu metodun ixtiraçısı Prof.Dr.Alfred Tomatis 1920-2001- ci illər arasında yaşamış  bir qulaq, burun, boğaz həkimi və səs alimidir. Tomatis eyni zamanda Antropoloji və Psixoloji sahələrində ixtisaslaşıb. Fransada ixtisası olan karlıq üzrə çalışmalar həyata keçirərək məşhur müğənnilərə  uzun illər şəxsi məsləhətçilik edib.  Tomatis metodu sağ və sol qulağın balanslı işləməsini və yaxşı səs analizini apara bilməsini həyata keçirir. Metodun başqa bir məqsədində isə sağ qulağın daha təzyiqli olması  hədəflənir. Sağ qulaq sol beyinə gedən ən qısa və ən tez yoldur. Sol beyin analitikdir və məntiqlə idarə olunur. Sol qulaq sağ beyinə gedən yol isə daha emosional , yaradıcı, sosiallığı çox yüksək , empati quran şəxsləri təmsil edir. Şagird(öyrənən) yaxşı eşitdiyi  və eşitdiyini doğru analiz edəbildiyi müddətcə dərslərini dinləməkdən zövq alır, diqqətini və əsasəndə seçici diqqətini artırır, özünə olan güvəni yerinə gəlir, beləliklə də qabiliyyəti yüksəlir.  Bundan başqa əlaqə qurmaq qabiliyyəti qüvvətlənir, nitqində axıcılıq yaranır, sosiallaşması artır, stress və narahatlığı azalır(əsasən öyrənənlərin daha sıx yaşadığı imtahan həyəcanı,narahatlığı və stressi), oxuma və oxuduğunu anlama  və yazma bacarıqları qüvvətlənir, motor bacarıqlarında problem varsa onları aradan qaldırır, akademik bacarıqları artırır, hiperaktivlik problemlərini  və planlama təşkilatçılıq pozuntularını, autizm, depressiya, sinir kimi duyğu və davranış problemlərində də gözlə görüləbiləcək bir dəyişiklik yaradır.Tomatisə görə qulaq  sadəcə bir dinləmə, eşitmə orqanı deyil, eyni  zamanda koordinasya  mərkəzi (vestibulyar sistem) , beynin ən önəmli enerji qaynağı ve sinir sistemimizə açılan bir qapıdır. Səsin, qulaqlıq  vasitəsi  ilə  həm sümük  həm də sinxron olaraq  havadan qulağa gəlməsini təmin edir,  daha diqqətli  bir dinləmə və bu səbəbdən  daha təmiz nitqi təmin edən bir alternativ metoddur Qulaqlar  daha az eşitməyə başlayanda  lazımi səsləri qulağa tam olaraq çatdıra bilmədiyində beyində əksik və ya yanlış qəbuletmələr ola bilər. Bunun nəticəsində yorğunluqdan depressiyaya,öyrənmə çətinliyindən əlaqə   pozulmasına, diqqət əksikliyi sindromundan qulaq küyünə qədər bir çox problemə səbəb olur. Bəzən isə eşidirik ancaq dinləmirik.Qulağa düzgün tezliklərlə düzgün səslər yönləndirildiyində isə tam əksinə olaraq bir sıra xəstəliklərin sağalmasına şərait yaranır. Tomatis metodu da tam bu nöqtədə hərəkətə keçir. Tomatis metodu autizmdən öyrənmə çətinliyinə, depressiyadan diqqət pozuntusuna qədər fərqli problemlər üçün yaxşı bir həll yoludur. Bəs dinləmə seansları hansı müddətdə davam edir? Hər bir şəxsə ayrı-ayrılıqda yaşadığı problemə görə dinləmə  proqramı  hazırlanır və qulaqlıq ilə seçilən musiqilər dinlədilir. Şəxsə uyğun hazırlanan dinləmə seansları 14 gün ərzində hər gün  30-120 dəqiqə arası olmaqla davam edir və 4 və ya 6 həftəlik aradan sonra şəxsin ehtiyacına və aparılan testlərin nəticəsinə uyğun olaraq  lazım bilinərsə ikinci  14 günlük proqrama başlanılır. Dinləmə müalicəsində necə musiqilər dinlətdirilir? Xüsusi seçilmiş musiqilər şəxsin ehtiyacına və problemlərinə görə təyin olunur və qulaqlıq vasitəsilə dinlətdirilir. Dr.Tomatisə görə qulağın erkən inkişafının səbəbi sinir sisteminin inkişafına enerji təmin etməkdə oynadığı roldur. Məhz bundan faydalanaraq Dr.Tomatis seçilmiş səslərdən istifadə etməyə qərar vermiş və qulağın səsləri ayırdetmə funksiyasının asanlaşdırılması yolunu tapmışdır. 4000 hz ətrafında filtrasiya xidməti sayəsində beyin özünü müəyyən sahələrin akustik analizinə yönləndirir. Musiqilərdə əsasən tezlikləri və şiddətləri dəyişdirilmiş Mozart musiqiləri istifadə edilir. Tomatis metodundan hansı vəziyyətlərdə faydalanılır? Uşaqlar üçün istifadə sahələri: Aksiyete(narahatlıq,qorxu,gərginlik,sıxıntı halı) İmtahan stressi və narahatlığı Diqqət əksikliyi hiperaktivlik pozuntusu(DDHP) Danışıq və ifadəetmə bacarıqlarının gücləndirilməsi Kəkələmə və nitqdə ləngimə Konsentrasiya əksikliyi Özünə inam əksikliyi Öyrənmədə çətinlik Disleksiya Çox rastlanan inkişaf pozuntusu Fiziki qüsurlu(Daun,serebral iflic) Autizm Disqrafiya Asperger sindromu Yetkinlər üçün istifadə sahələri Stress İmtahan narahatlığı Depressiya  Effektiv emosional pozuntu Yorğunluq,enerjisizlik Yuxu problemləri Təşkilati pozulmalar Özünə inam əksikliyi Psixo-somatik xəstəliklər(Migren,panik atak və s.) Konsentrasiya əksikliyi Səs və musiqi duyumunun inkişafı Elaqə və ifadə etmə zəifliyi Diqqət əksikliyi Ana namizədləri üçün istifadə olunan sahələr Rahatlama Stressdən qorunma  Doğuş qorxusu və narahatlığı Əmizdirmə çətinlikləri Qorxuları azaltma  Körpə ilə daha yaxşı əlaqəyə girmə Yuxu keyfiyyətinin artması Körpənin həyata uyğunlaşma müddətini qısaltmaq.

Uşaq həyatının ən çətin anı...Yaş böhranlarında nə baş verir?

“Yaş böhranları” psixi funksiyaların davranış  modellerinin, köhnə artıq ömrünü  yaşamış münasibətlərin dağılması  və yenilərinin formalaşmasının sürətlə inkişaf etdiyi bir dövrdür. Sabit dövrdə hiss olunmayan, yavaş-yavaş baş verən  dəyişiklik, böhran dövründə uşağın şəxsiyyətində sıçrayışa bənzər dəyişikliklərlə, sınmalarla əvəz olunur. Təkcə ayrı-ayrı hisslər deyil, o bütövlüklə dəyişir.Böhran dövründə uşaqda nə baş verdiyini anlamaq çox vacibdir. Yaxınlarının onu başa düşməsi və dəstəyi böhranların daha sakit keçməsinə kömək edir. 1 yaşın böhranı - bu böhran körpəlikdən erkən uşaqlığa keçid mərhələsidir. Uşaq aktiv olaraq iməkləməyə, yeriməyə, ətraf aləmi öyrənməyə başlayır. Nəzərə alınmalıdır ki, bu dövrdə uşağın hər istəyinin həyata keçməməsi,öz valideynlərindən və digərlərindən tez-tez “olmaz” kəlməsini eşitməsi güclü emosional reaksiyanın, etirazın yaranmasına səbəb ola bilər. Böhran dövrlərində belə neqativ halların qarşısının alınması üçün həmin müddətdə valideynin vəzifəsi  uşağa biraz müstəqillik vermək,daha səbrli olmaq,ən əsası isə dözüm nümayiş etdirməkdən ,bugün nəyə isə “olar” deyib,icazə verdiyinə sabah “olmaz” deyib ,qadağa qoymaq kimi halları aradan qaldırmaqdan ibarət olmalıdır. Əsas yenilik uşaq “nitqi”, başqa sözlə, avtonom  nitqdir. Həmin  nitq öz səslənməsi, mənası ilə böyüklərin nitqindən fərqlənir və çox vaxt uşaqla birlikdə yaşayanlar üçün aydın olur. 3 yaşın böhranı - uşağın həyatının ən çətin və dönüş anı hesab olunur.Bu isə uşağın yaş müstəqilliyi və aktivliyi ilə bağlıdır.Bu dövrdə də hər şey valideynin səbrindən və tez uyğunlaşmasından asılıdır. Əgər uşaqla münasibət qurmaq mümkün olmursa , onun təşəbbüsü böyüklərin rəğbətini qazanmırsa, tələb etdiyi  müstəqilliyə nail ola bilmirsə, bu zaman böhran göstərciləri meydana çıxır.Neqativizm - böyüklərin onlardan istədiklərini etmirlər.İnadkarlıq - bu uşaq nəyi isə həddən artıq çox istəyir demək deyil, sadəcə olaraq, o , böyük adamın onun fikri ilə hesablaşmasını istəyir.Höcətlik - bu, erkən uşaqlıqda qurulmuş bütün münasibətlər sisteminə, ailədə qəbul olunmuş tərbiyə normalarına qarşı yönəlib.Uşağın müstəqil davranmağı öyrənməsi, əşyalarla manipulyasiya  etməyi bacarması, həmçinin nitqə yiyələnərək aktiv danışmağa başlaması və ona deyilənləri başa düşməsi 3 yaş böhranının nəticəsidir. Bu yaş dövründə böyüklərin dəstəyi çox vacibdir. Uşaqların bu dövrdə tənqidə kəskin reaksiya verdiklərini nəzərə alaraq onları nailiyyətlərinə görə tərifləmək, həmçinin nöqsanlarını çox yumşaq şəkildə nəzərlərinə çatdırmaq lazımdır. 

Loqopediya nədir? - Əsas vəzifələri

Loqopediya - nitq inkişafı zamanı əmələ gələn qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq, insana məxsus olan ali psixi funksiyadır. O, uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır. Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq, onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir. Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və  qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir. Nitq inkişafı qüsurları anlayışı təkcə şifahi nitqlə məhdudlaşmayıb, onun yazılı formasına da aid edilir. Bu sahə nitqdə baş verən dəyişmələri onun yaşla əlaqədar dəyişmələrindən fərqləndirir. Belə ki, müəyyən yaşa qədər səslərin səhv tələffüzü, lüğətin azlığı, cümlənin düzgün qurulmaması, dilə yiyələnmə prosesində normal sayılaraq fizioloji hadisə kimi qiymətləndirilir. Bu hadisəni nitq inkişafının patologiyası ilə qarışdırmaq olmaz. Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən isə nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir. Və son olaraq isə çox geniş bir sahəni əhatə edən loqopediyanın məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarət olduğunu bildirməliyik. Bu isə bizdə bu sahənin nəinki məktəbəqədər və məktəb yaşlı uşaqlarda korreksiyanın aparılması o cümlədən də, yaşlılarda hər hansı parezlərdən və ya əməliyyat zamanı səs tellərinin zədələnməsindən əmələ gələn nitq pozulmalarını aradan qaldırdığı fikrini əsaslandırır.

WISC 4 nədir?

Wisc-4 wechsler Zəka Testi 6-16 yaş qrupuna aid olan ən ətraflı və ən güvənli zəka testidir. Bu test fərdi olaraq tətbiq olunur. Dünya üzərində  istifadə edilən keçərliliyi və güvənirliliyi Avropa standartları səviyyəsində gerçəkləşdirilmiş olan ən məşhur tətbiqi zəka testidir. Zəka səviyəsini (İQ) təyin etməmizdə və lazımi istiqamətləri həyata keçirməyimizdə bizə köməkçi olurUşaqlarımız nə üçün Wisc- 4 zəka testindən keçməlidir?Wisc-4 zəka testi uşağın zəka səviyyəsini təyin etmək üçün keçirilir.Bundan əlavə ,bu test aşağıda sadalanan bacarıqların uşağın yaşının alt və ya üst səviyyədə  olmasını müəyyənləşdirdikdən sonra doğru istiqamətləndirə bilmək üçün tətbiq olunur.Test hansı bacarıqları ölçür?Test 4 əsas bölmədən ibarətdir:1. Şifahi qavrama (5 ayrı alttestdən ibarətdir): fikir irəli sürmə, qavrama, anlayışların formalaşdırılması, şifahi məlumat və şifahi  ifadə qabiliyyəti işlədilir. Hər tapşırıq xəbərdaredici səsi anlama, uzunmüddətli yaddaşda şifahi olaraq kodlanmış məlumatı xatırlama, reaksiyaları sözlə ifadə edəbilmək bacarıqlarını tələb edir. Bura öyrənilmiş informasiya və bacarıqları əks etdirən kristal fikir irəli sürmə də aiddir.2. Alqısal fikir irəli sürmə (4 ayrı alttestdən ibarətdir): axıcı və alqısal fikir irəli sürmə və alqısal təşkiletməni ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual olaraq təqdim olunan sözsüz vəsaitdən istifadə edərək fikir irəli sürmə, idarəetmə və rəhbərlikdə istifadə olunan bacarıqları tələb edir.3. Çalışma yaddaşı (3 ayrı alttestdən ibarətdir): qısamüddətli səs yaddaşı, diqqət, konsentrasiya, çalışma yaddaşını ölçür. Hər tapşırıq seçmə və izləmə diqqətini, zehni manipulyasiya bacarıqlarını tələb edir.4. İcraetmə  sürəti (3 ayrı alttestdən ibarətdir): Zehni, hərf-motor tapşırıqlarını icraetmə sürətini ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual incələmə, diqqətin tam idarə edilməsi, cəhdetmənin davam etdirilməsi, sürət kimi çoxlu motor reaksiyaların məhsuldar istehsalını tələb edir.Testin bütün bu 4 istiqaməti ilə bərabər ümumi bir yoxlama da aparılır ki, bunun sayəsində yekun nəticə çıxarılır və uşağın zəka xəritəsi yaradılır.5. İSC-4-ün tətbiqetmə yaş aralığı 6 yaşdan 16 yaş 11 aya qədər uzadılmışdır.Testin keçirilmə müddəti nə qədərdir?Testin keçirilmə müddəti testdən keçən uşağın tapşırıqları yerinə yetirmə sürətindən asılı olaraq 65-115 dəqiqə arasında dəyişirTestə gəlmədən əvvəl nələrə diqqət etmək lazımdır?Uşağı testə dincəlmiş,yuxusunu almış,tox və motivasiyası yüksək vaxtda gətirmək lazımdır.Uşaq rahat geyimdə olmalıır.Həyəcan və gərginliyin yaranmamağı üçün uşağa testə aparıldığı deyilməməli,”test,zəka testi,imtahan”kimi ifadələr istifadə olunmamalıdır.Bundan əlavə,uşağa “diqqətli ol,düzgün elə”kimi təlimatlar verilməməlidir.Testdən öncə psixoloq tərəfindən lazımi açıqlamalar verilir.Testin sonunda hesabat verilirmi?Nə zaman?Testin nəticəsinə əsaslanaraq ən tez 2 gün ən gec 5 gün ərzində mütəxəssis tərəfindən ətraflı hesabat verilir.

Hər kəsə adi gələn, əslində isə böyük olan problem - Depressiya nədir?

Depressiya – halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya həyəcan, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur.Depressiyada olan insanlar durğun olurlar , alçaq səslə , yavaş və az danışırlar. Kədərli və ağrılıdırlar. Tez-tez ağlayırlar və narahatdırlar. Əvvəllər həvəslə gördükləri işlərə qarşı maraqsız və istəksizdirlər. Düşüncələr nisbətən yavaşlamışdır. Belə olan insanın çarəsiz və ümidsiz olduğuna dair düşüncələri vardır.Depressiyanın risk faktorlari:Bioloji:• irsi meyllilik• bəzi somatik xəstəliklər• alkoqol və narkotiklərin qəbulu• bəzi preparatların qəbuluPsixoloji:• uşaq vaxtı keçirilmiş psixoloji travmalar• ailədaxili və şəxsiyyətlərarası problemlər• həyatda baş verən önəmli dəyişikliklər• yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər• tənhalıqSosial:• kasıblıq• işsizlik• cinayətkarlıq• sosial müdafiənin olmamasıDepressiyanın əsas əlamətləri:Pasient üçün qeyri-normal hesab edilən səviyyəyədək uzun müddət əhvalın enməsiAdətən pasient üçün xoş olan məşğuliyyətə aydın formada marağın və alınan zövqün azalmasıDemək olar ki, hər gün müşahidə edilən yorulma və güc tükənməsi.Özgüvən hissinin aşağı olmasıSəbəbsiz özünütənqid və ya qeyri-adekvat günahkarlıq hissiTəkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışıDüşünmə və fikir cəmləmə qabiliyyətinin azalmasıİstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq, süstlük)Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi (artması və ya azalması)

Uşaq psixologiyasında fərdi işin rolu

Uşaq psixologiyası dərin bir sahə olub özündə uşaqların normal inkişaf cədvəlini,qarşıya çıxan problemlərin həlli yollarının tapılmasını,yaş dövrlərini,yaş böhranlarını və bütün bu mərhələlərdəki cüzi və ya böyük sıçrayışlı dəyişiklikləri öyrənir. Bütün bunlarla yanaşı uşaq psixologiyasında fərdi işin də özünəməxsus yeri var.Hansı ki,bəzi diaqnozlar zamanı hətta uşaqla uzunmüddətli fərdi iş planının hazırlanaraq tətbiqi daha məqsədəuyğun hesab olunur. Uşağın probleminin mənbəyini kiçik münaqişələr,stress və ya keçmişdə baş verən müəyyən vəziyyətlə bağlı yaşanılan və hal-hazırda da özünü biruzə verən müəyyən emosional pozuntular təşkil etdiyi hallarda onlarla fərdi iş aparılmasına daha çox ehtiyac duyulur. Az yaşlı uşaqlarla psixoloq çox vaxt oyunlar vasitəsilə ünsiyyət qurmalı olur.Bu,hər şeydən əvvəl  uşaqla böyüklər arasında münasibətin formalaşmasını təmin edir.Oyun zamanı istifadə olunan oyuncaqlar uşaqların duyğularını,düşüncələrini və narahatlıqlarını ifadə etməyə imkan verir.Rənglər, plastilin,ailə üzvlərini əks etdirən balaca oyuncaqlar,əsgər fiqurları,tüfənglər heyvanlar-bütün bunlar oyunun keçirilməsinə kömək edən vasitələrdir. Fərdi iş zamanı aşağıdakıları yadda saxlamaq lazımdır.1) Psixoloji  çətinliklərin təbiətinin dəqiq  müəyyən edilməsi bütün gələcək fəaliyyətin ən vacib məqamı hesab olunur.Psixoloq uşağın bu çətinliklərinin və ya problemlərinin yaranmasına imkan verən və onun əsasında duran psixoloji  səbəbləri  müəyyən etməlidir.2) Psixoloq uşağa qulaq asaraq ,onun öz hisslərini və fikirlərini bildirməsi üçün şərait yaradır.3) Psixoloq uşağı başa düşdüyünü və var gücü ilə kömək etməyə hazır olduğunu ona göstərməlidir.4) Psixoloq və uşaq görüşlərin məqsəd və vəzifələrini müəyyən etməlidir.Terapiya fəaliyyətinin hansı xüsusi istiqamətə yönəldiyi və nə ilə bağlı olduğununun uşaq tərəfindən başa düşülməsi mühüm əhəmiyyət kəsb edir.5) Psixoloq uşağa onun davranışında hansı halların qəbul olunmaz və mənasız olduğunu izah etməlidir.6) Terapiya uşağın davranışının dəyişdirilməsinə yönəldiyi hallarda ,təkcə uşaqla fərdi şəkildə deyil,bütünlükdə ailədə belə  terapiyanın aparılması daha faydalı ola bilər.

Ailədə autizmli uşaqların digər övladlara təsiri

Autizm spektr pozuntusu olan uşaqların bacı-qardaşlarının psixologiyasına müsbət və mənfi təsirləri mövcuddur. Çox vaxt uşağına autizm spektr pozuntusu diaqnozu qoyulan ailə böyük bir şok yaşayır və yenicə diaqnoz qoyulmuş autik uşağa görə həyat tərzini dəyişməyə başlayır. Məsələn,valideynlərdən biri autik uşağın qayğısına qalmaq üçün  tez-tez uşaqla evdə qalır,digər bacı-qardaşlar kiçik köməkçi rolunu yerinə yetirməyə başlayırlar və digər valideyn isə ailənin hər ehtiyaclarını təmin etməyə çalışır. Xəstə uşağının problemlərinə hədəflənmiş valideynlər sağlam uşaqlarına qarşı laqeyd davranırlar. Valideynlərin autik uşağa həddindən çox olan qayğısı normal inkişaf edən uşaqlarda imtina edilmişlik hissi yaradır, amma onlar “kiçik ana” və “kiçik ata” rolunu öz üzərlərinə götürüb vaxtından əvvəl böyüyürlər. Bəzən “xüsusi uşaq” olan ailələrdə normal inkişaf edən uşağa olan gözləntilər daha çox olur. Beləliklə, sağlam uşaqlar məsuliyyət götürməyi özlərinə borc bilib valideynlərinə dəstək olurlar. Bir sıra müəlliflər (D.J. Meyer, P.F. Vadasi, 1996) bu növ uşaqlarda müəyyən emosional reaksiyalara diqqət yetirirlər: qəzəb, nalayiqlik, günahkarlıq, qısqanclıq, qardaşına və ya bacısına görə utanmaq, təklik hissi və başqaları.        Xüsusilə sağlam uşağın autizm spektr pozuntusu olan qardaş və ya bacısına daimi qayğı göstərməsi, gələcəkdə onun seçəcəyi peşənin insanlara kömək edən sahə ilə bağlı olmasına səbəb ola bilər. (Meyer, Vadasi, 1996). Unutmamaq lazımdır ki,ailədə nə qədər böyük çətinlik olursa olsun hər uşağın öz uşaqlığını normal yaşamaq haqqı var.