psixoloq

Psixoloq az

www.psixoloq.az

Arıqladım hər şey dəyişdi,yeganə dəyişməyən-Psixoloq Narınc Rüstəmova

Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız  peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq  Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az 

Uzun müddət davam edən terapiyanı pul tələsi hesab edirlər-Psixoloq Şahin Əliyev

Psixoloq Şahin Əliyev özünün sosial şəbəkə hesabından paylaşım edərək insanların psixoloji xidmətdən istifadə edərkən əvvə nəticə almadıqları psixoloq və psixiatrlarla yeni müraciət etdiyi psixoloqa inamsız yanaşmanın yalnış olduğu barədə müraciət edib . Psixoloq.az həmin paylaşımı olduğu kimi təqdim edir: Psixoloq, Psixiatrlarla bağlı aktual bir məsələni insanların diqqətinə çatdırmaq istəyirəm. Peşə fəaliyyəti ərzində qarşılaşdığım bir situasiya var. İnsanlar fayda almadıqları psixoloq və ya psixiatrı hal hazırda müraciət etdiyi psixoloq və ya psixiatrla eyniləşdirir və yenədə bir şeyin dəyişməyəcəyini qətiyyətlə iddia edirlər. Bu cür ümumiləşdirmə adətən daha spesifik pozuntulardan əziyyət çəkən insanlarda daha çox olur. Məsələn, panik pozuntu, obsessiv - kompulsiv pozuntu, yeme pozuntuları xüsusi ilə anoreksiya və s. Əziz insanlar, bütün psixoloqlar, psixiatrlar onların terapiya metodları eyni deyil, fərqlidir. Psixoloq psixoterapiya, psixiatr derman terapiyası edərək müraciət etmiş şəxsə kömək etməyə onda olan problemi korreksiya etməyə çalışır amma bəzən bu kifayət etmir, çünki həmin şəxsin ailə dinamikası, yaşayış yeri, işi ümumilikdə sosial faktorlar, bioloji faktorlar(genetik ötürücülük) uşaqlıq yaşantıları və s hamısı şəxsdə olan problemə öz təsirini göstərir. İnsanlar isə daha tez sağalmaq daha tez fayda almaq istəyirlər, uzun müddət davam edən terapiyanı isə (8-12 seans) pul tələsi hesab edirlər. Amma bu belə deyil. Düşünün zamanla sizdə yaranmış bir problemi qısa zamanda necə terapiya etmək olar? Yuxarıda yazdıqlarımı xatırlayın. Bundan başqa sizin məndə heç bir problem yox idi birdən yarandı deyə düşündüyünüz psixoloji narahatçılıqlar, birdən yaranmır, həm yuxarıda sadaladıqlarım faktorlar həmdə yaşantılarla pillə pillə toplanır və sizin dediyiniz O bir anda ortaya çıxır. Bu səbəbdən bəzən mütəxəsisi günahlandırmaq və ya ümumiləşdirmə, eyniləşdirmə aparmaq əvəzinə müraciət etdiyiniz mütəxəsisə və işinə daha çox inanın. O zaman terapiya proseduruna köməklik etmiş olarsınız. Əksinə avtomatik (irrasional) düşüncələrin əsiri olsanız, ən yaxşı hesab etdiyiniz mütəxəsis belə sizə kömək edə bilməyəcək.

EFA komandası Azərbaycan çempionatının qalibi oldu - FOTO+VİDEO

Yeniyetmələr arasında keçirilən çimərlik futbolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb. Psixoloq.az xəbər verir ki, Bakı Su İdman Sarayında keçirilən son turda "Yasamal" komandasına 5:3 hesabı ilə qalib gələn EFA birləşməsi Azərbaycan çempionu adına layiq görülüb. Teymur Eyvazov və Kamran Bayramovun yetirmələri, turnir ərzində savadlı və əzmkar oyunları ilə rəqiblərindən üstün olduqlarını nümayiş etdiriblər. EFA komandasının oyunçusu Nihat Əhmədzadə isə ilk ölkə çempionatının ən yaxşı oyunçusu seçilib. Ümid edirik ki, gənc futbolçularımızın kariyerasındakı ilk çempionluq onlara uğur gətirər və müvəffəqiyyətləri davamlı olar. Bu münasibətlə biz də təbriklərə qoşulur, "European Football Academy" futbol klubunun bütün heyətini və EFA azarkeşlərini qələbə münasibəti ilə təbrik edirik.

Siz məqalənizi yazın - Biz sizi tanıdaq

Artıq psixoloq, psixiatr, loqoped, defektoloq, yaşam koçları habelə bu sahələr üzrə təhsil alan gənc mütəxəssislər portalda qeydiyyatdan keçərək sahələri üzrə məqalələr yazaraq portalda yerləşdirə biləcəklər. Psixoloq.az xəbər verir ki, portalınn sözçüsü Aysun Karagobekli bildirib ki, məqalələr sayt redaktoru tərəfindən redaktə edildikdən sonra oxucu auditoriyasına çatdırılacaq: "Bunu etməkdə məqsədimiz, ölkədə psixoloqların mediaya çıxışını təmin etməklə cəmiyyətə psixi sağlam xəbər oxutmaqdır". Bu səbəblə portal tərəfindən "Məqalə yaz" videosu hazırlanıb. Həmin videonu sizə təqdim edirik.

Anar Nağılbaz vəfat edib - Ölüm xəbəri təsdiqləndi

Tanınmış reper Anar Nağılbaz vəfat edib. Psixoloq.az xəbər verir ki, bu barədə bakupost-a reperə yaxın şəxslər məlumat verib. Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlanılıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib. Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.

Psixoloqlara vacib xəbər

Dəyərli psixoloqlar portalı yaratmaqda məqsədimiz Azərbaycanda vahid psixoloq bazasını bir portalda birləşdirərək, Azərbaycanda psixoloji mariflənmənin aparılmasına, psixoloqların xidmətlərindən istifadə edə bilmələri üçün böyük oxuyucu auditoriyamıza secim imkanlarından yararlana bilmələrini sağlamaq, cəmiyyət və psixoloqlar arasında körpü qurmaq, psixoloqları narahat edən mövzuları işıqlandıraraq  cəmiyyətdə psixi informasiya konfortu yaratmaqdir. Portal ölkədə psixi xidmətlər göstərən hər bir Psixoloji Mərkəzin, Psixoloqların, Psixiatr, Loqoped və Defektoloqların diplom və sertifakisiyalarının tanınması və qeydiyyatını aparmaqla portalda yazılan press relizlərin, psixi xəstəliklər barədə marifləndirici məlumatların, peşekarlar tərəfindən yayılmasının təminatını verir. Artıq bu istiqamətdə çalışan psixoloq,psixiatr loqoped, defektoloq, yaşam koçları və eyni zamanda psixologiya sahəsində təhsil alan gənc psixoloqlar portalda qeydiyyatdan keçərək məqalə yazmaq, marifləndirmək  hüququna sahib olurlar. Bu isə ölkə insanının psixi sağlam və təhlükəsiz xəbər oxumasına səbəb olmaqla yanaşı psixologiya sahəsinin  intibah dövrünün yaşamasına yardım etmiş olur. Layihəyə qoşulmaq istəyən psixoloqlar mütəxəssis bazasına daxil olmaq üçün info@psixoloq.az elektron ünvanına qoşulma istəkləri və peşəkar məlumatlarını bizə göndərə bilərlər.Ətraflı məlumat üçün 051 853 53 20 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Aysun Karagobekli Psixoloq.az portalının yeni sözçüsü və siması təyin edildi

Psixoloq.az portalının yeni sözçüsü təyin edilib.  Artıq portalda nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsi ,əməkdaşlıqlar və digər  tədbirlərlə bağlı portalın  təmsilçiliyi  Aysun Karagobekliyə həvalə olunub. Qeyd edək ki ,Aysun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır  Digər yeniliklərlə bağlı məlumatları nəzərinizə çatdıracağıq.   

Sabaha olan hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olması tövsiyə edilir. Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 

İş yerini itirmək,maddi təminatın aşağı olması ən ciddi stresslər siyahısındadır

“Əsəbiyəm, məni danışdırma, yükləmə...”Tez-tez eşitdiyimiz, istifadə etdiyimiz cümlələrdən biri. Bunun üstünə nəqliyyatda, mağazada, küçədə sayı gün-gündən artan aqressiv insanları da gəlin, mənzərə qara rənglərin fonunda olacaq. Azərbaycan insanı aqressivləşir, özü yükləndikcə başqalarını da yükləyir. Ağlagəlməz intiharlar, ən qəddar qətliamlar... son günlərin gündəmində bunlardan nə qədər desən var. Yaxşı, bəs səbəb nədir? Azərbaycan insanının psixologiyasında nələr baş verir? Niyə yüklənirik, nəyə doluruq? Doğrudanmı bütün bəlaların kökündə maddi problemlər dayanır?- Bir məşhur məsəl var. Deyir, hamı dəliyə həsrət, biz ağıllıya... Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanımızın psixoloji durumu pisləşməyə doğru gedir, ya yaxşılığa?- Son illərdə nəinki Azərbaycanda, dünya nüfuzunda da insanların psixoloji vəziyyətində bir gərginləşmə tendensiyası var. Klassik səslənsə də, bunun əsas səbəbi sürətlənmiş həyat tərzi, meqapolis mühiti və sosial ünsiyyətin azalmasıdır. - Bu gün Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər hansılardır? Daha çox nədən əziyyət çəkir insanlar? - Şəxsi müşahidəmin də, rəsmi statistika da, beynəlxalq hesabatların da göstərdiyi odur ki, son illərdə Azərbaycanda depressiya, həyəcan, təşviş xarakterli pozuntular, yəni nevrozların sayında ciddi mənada bir artma var.Əsəbilik şikayəti ilə müraciət edən insanların böyük əksəriyyətində müayinə sonunda depressiya və ya nevrozun hər hansı bir formasının olduqunu aşkar edirik.Bu problemlerin çoxu stresslərdən, avtoqəzalardan, ailə münaqişələrindən , maddi təminatın aşağı olmasından yaranan psixi pozuntulardır.O ki qaldı ağır ruhi xəstəliklər olan şizofreniya, ağıl zəifliyi və sair kimi xəstəliklərin rast gəlməsində heç bir artma yoxdur. Hətta bəzən zarafatla deyirlər ki, şizofreniya “ədalətli” xəstəlikdir.Varlı, kasıb, qadın, kişi, ali, orta təhsilli fərqi qoymadan illərdir ki, dünyanın hər yerində rast gəlmə tezliyi 1-3 % dir. Bu, nə artır nə də azalır.- Belə rəy var ki, psixoloqa ancaq imkanlı şəxslər müraciət edir. Dərdi olmadığı halda özünə dərd uyduran, problemsizlikdən, boş-bekarçılıqdan depressiyaya düşən varlı xanımlar, onların övladları... Nə dərəcədə doğru qənaətdi? - Bəli, Avropa və ya hər hansı inkişaf etmiş ölkə üçün bu bəlkə də belədir.Çünki ailənin şəxsi psixoloqunun olması prestij, elitaya mənsubluq göstəricisi hesab olunur.Amma bizim ölkə üçün bu, belə deyil. İnsanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər. Mən univertsitetdə dərs zamanı tələbələrə azərbaycan insanının psixoloq və ya psixiatra getmə diaqramını təqdim edirəm. O diaqram təxminən belədir: Falçı – Molla – Terapevt – Nevropatoloq – Psixiatr və ya Psixoloq. İntelektual səviyyədən asılı olaraq müraciət oluna ixtisas sahiblərinin ardıcılıığı dəyişir.“Pasiyentlərimə tövsiyyəm: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, “xoşqədəm, zaur” tipli verilişlərdən uzaq durun”- Son aylar ölkədə baş verən səs-küylü intiharlar, körpülərə çıxmalar, ailəni, nəsli qətliam etmələr diqqət çəkir. Çox vaxt bunu insanların televiziyadan gördükləri şiddətin təsiri altında etdiyini deyənlər tapılır. Amma buna sosial problemlərin daha çox səbəb olması da təkrarlanan fikirlərdəndir. Əslində səbəb nədir?- Hər 2 səbəb olduqca aktualdır. Həm sosial səbəblərin, həm də medianın burda rolu var. Psixologiyada “Verter effekti” anlayışı var. Bu, Hötenin “Gənc Verterin iztirablari” əsərindən götürülüb. Həmin əsərin qısa məzmunu beledir ki, əsərin qəhrəmani Verter sevgilisinin ölümünə dözə bilməyərək o dəfn olunmadan onu o biri dünyada qarşılamaq üçün intihar edir. Əsər çap olunduğu il də intiharların sayı kəskin artır. Bu tendensiya yaxın keçmişimizdə qonşu Türkiyədə Murat Kəkillinin “ Bu akşam ölürüm” mahnisi ətrafinda da oldu. Yəni, sübut olunan budur ki, müzakirə olunan hadisənin cəmiyyətdə rast gəlmə tezliyi artir. Kütləvi qətllər isə zaman-zaman dünyanın bir çox ölkələrində rast gəlinir. Fərdi cinayətlərdə, motivin tamah məqsədi olduğu cinayət hadisələrinin çoxunun kökündə maddi təminatın aşağı olması dayana bilər.- Uşaqların, yetişən nəslin psixologiyasına necə təsir edib bu hal? Hansı travmalarla müşayiət olunur?- Uşaqlara hansı informasiyanın necə təsir etməsini yaş dövrünə görə ayırd etmək lazımdır. Məsələn, 0-3 yaş arası uşaqlar ümumiyyətlə TV-dən uzaq tutulmalıdır. 4-7 yaşda uşaqlar reallıqla TV obrazini ayıra bilmirlər, hər şeyi real qəbul edirlər. 7-12 yaşda isə valideynin nəzarəti ilə olmalıdır. Çünki hər bir informasiya gələcəyə yönəlmiş travmalar verə bilər. Bu tip hallar nəinki uşaqların, hətta böyüklərin də psixi vəziyyətinə təsirsiz ötüşmür. İllərdir bütün pasientlərimə tövsiyyə etdiyimiz bir məsələ var: kriminal xarakterli xəbərlərdən, tibbi verilişlərdən, İŞİD –ın videolarına baxmaqdan, xoşqədəm, zaur tipli verilişlərdən uzaq durun.- Şəxsi müşahidəmi deyim. Son aylar küçələrdə öz-özünə danışaraq gedən insanları daha çox görməyə başlamışam. Bu, psixoloji hal hansı xəstəliyin əlamətidi?- Haqlısınız, son vaxtlar öz- özünə danışanlara mən özüm də tez - tez rast gəlirəm.Öz-özünə danışanların 2 qrupu var. İlk qrupa psixotik xəstlər aiddir. Bu xəstələrin öz dünyaları olur, onlar o dünyalarındakı xəyalı obrazlarla söhbət edə bilərlər və ya qulaqlarına gələn hallüsinator səsə cavab verə bilərlər. Digər qrup isə bunu öz stresslərinin öhdəsindən gəlmək üçün, beyinlərində illərdir yığılan probelmlərini bir növ həll etmək üçün edirlər.Yəni danışaraq öz beyinlərində çək –çevir edirlər. Bir çox hallarda bu insanlar bunu yüksək səslə etdiklərinin fərqində deyillər.Ya öz səslərinə özləri sanki oyanırlar ya da kənardan qəribə baxişları üzərlərində hiss edəndə fərqində olurlar. İlk qrup daha ciddi problemdir və mütləq peşəkar müdaxilə tələb edən vəziyyətdir.- Cəmiyyətdə hələ də psixiatrla psixoloqun fərqini bilməyən kəsim var. Sizin təcrübənizdə belə hallar olurmu? İnsanlar Sizə asanlıqla, komplekssiz müraciət edirlər? - Sevindirici hal bundan ibarətdir ki, psixiatr və psixoloqa müraciətlərin sayında bir artım var. Psixologiya sahəsində vəziyyət daha qənatbəxşdir demək olar ki. Hətta bu sahədə bir bum yaşanır. Yəqin ki, qarşıdakı bir neçə ildə burda ələnmələr olacaq və yalnız keyfiyyətli xidmət verən yerlər qalacaqdır. Qayıdaq bizim yaralı yerimiz olan psixiatr ve psixoloqun fərqinə. Mən hətta buraya psixoterapevt və nevroptaoloqu da əlavə etmək istəyirəm. Demək olar ki, bunu illərlə anlatmamıza baxmayaraq, hələ də fərqi bilməyənlər, psixiatr əvəzinə nevropotoloqa gedənler kifayət qədər çoxdur. Psixiatr kimdir? Azərbaycan qanunvericiliyinə görə, psixiatrlar müvafiq 6 illik tibb təhsilindən sonra xüsusi imtahan verərək, əlavə 2 illik rezidentura təhsili alaraq bu ixtisasa yiyələnə bilirlər. Tibbdə rezidentura sistemi tətbiq olunmamışdan əvvəl 1 illik internatura keçdikdən sonra ixtisas sahibi olmaq mümkün idi. Psixiatrlar psixi problemlərin kökünün beyindəki fiziki, hormonal (serotonin, dofamin, adrenalin və s) dəyişikliklərlə bağlı olduğuna əsaslanaraq problemi dərmanlar təyin etməklə həll edirlər.- Psixoloq kimdir?- Psixoloqlar isə psixologiya ixtisası mövcud olan universitetlərdə 4 illik bakalavr baza təhsili almış mütəxəssislərdir. Psixoterapiya ilə məşğul olmaq üçün isə bakalavr təhsilindən sonra 2 illik magistr təhsili alaraq klinik psixoloq ixtisasına yiyələnmələri əsas şərtdir. Psixoloqlar problemlerin səbəbini insanın düşüncəsində olduğuna əsaslanaraq öz müalicələrini danışaraq (söhbət) həyata keçirirlər.- Psixoterapevt kimdir?- Psixoterapiya bir müalicə metodudur. Bu işi həyat keçirən, onunla məşğul olan insanlara psixoterapevt deyilir. Bu işi xüsusi kurslar keçdikdən sonra həm psixiatrın özü, həm də psixoloq həyat keçirə bilər.- Nevropatoloq kimdir?- Xalq arasında nevrologiya adətən nevropatoloq adlandırılan həkimin ixtisaslaşdığı və əsəblərin müalicə olunduğu tibb sahəsi kimi başa düşülür. Lakin nevrologiya sinir, beyin və əzələ sistemi ilə əlaqəli olan daha geniş sahəni, məsələn, baş ağrıları, sinir-əzələ ağrıları, qıcolmalar, beyin insultları, qan dövranı pozuntuları, unutqanlıq, hərəkət xəstəlikləri və s. ehtiva edir.- Dövrümüzün bəlasının nevroz, panik atak olduğu deyilir. Ümumi hesablamalarla götürəndə bu, xəstələrin nə qədər hissəsini əhatə edir? - Artıq müasir kitablarda nevroz terminindən demək olar ki, istifadə olunmur. Köhnə terminologiya ilə götürsək, panik atak nevrozun bir formasidir. Başqa formalar da var.Məsələn, tez –tez ellerini yuyanlar var. Bu, obssesiv- kompulsiv pozuntudur. Daimi bəd xəbər eşitmekden qorxanlar –təşviş pozuntusu, xəstələnmək qorxusu ilə həkimləri, labaratoriyalari gəzənlər isə ipoxindriklərdir və sair. Konkret panik atak isə həqiqətən son vaxtlarda tez tez rast gəlinir. Bu xəstəliyin əsas əlaməti anidən gələn qorxu tutmasıdır ki, bu anda insan 10-15 dəqiqə müddət içində öləcəyini, infarkt keçirəcəyini düşünür.Buna o qədər inanir ki ,təcili yardım çağırır, xəstəxanaya getmək istəyir. - Ailədaxili problemlər, cütlüklər arası anlaşmazlıqlar tez-tezmi ciddi psixoloji problemlər yaradır? - Ailədaxili problemler psixoloq müraciətlərinin əsas səbəbidir. Vaxtında müdaxilə olunmazsa ciddi problemlər yarada bilər. Çox vaxt ailələr “hər ailədə belə şeylər olur” düşüncəsi ilə problemlərinin təbii bir şey olduğunu qəbul edib üzərindən keçirlər. Və beləcə stres keçirə-keçirə illərini başa vururlar. Halbuki vaxtında peşəkar yardım alinsaydı, həyatı daha zövqlü, daha da doyaraq dadını çıxarmaq olardı. Ailə terapistləri bu sahədə düşündüyünüzdən daha çox işlər görə bilirlər. Hətta gələcəkdə Azərbaycanda psixoloji yardım haqqında qanun qəbul olunduqdan sonra boşanma üçün müraciətlərdə ailəyə düşünmək üçün verilən müddətdə mütləq psixoloji yardım alınması da məcburi şəkil alacaqdır. - İnsanlar xəstəliklərini, problemlərini asanlıqla qəbul edirlərmi? Ya da olmayan problemi böyüdüb isterik həddə çatdırırlar? Bizdə bu halların hansı daha geniş yayılıb?- Psixiatriyada xəstənin öz xəstəliyinə tənqidi anlayışı vardır. Yəni, xəstə özünün xəstə olduqunu qəbul edir ya etmir. Xəstənin özünün xəstəliyini qəbul etməsi, tənqidi yanaşa bilməsi sağalmaq göstericisidir. Ümumiyyətlə, bir cəmiyyətin inkişaf göstəricilərindən biri də həmin cəmiyyətin psixi xəstəyə münasibətidir. Ölkədə bu vəziyyət təəssüf ki, ürəkaçan deyil. İnsanlar hələ də damğalanmaqdan qorxurlar. Fikirləşirlər ki, məni psixiatrın qəbulunda kimsə görsə dəli olduğumu düşünər. Bir müşahidəmi deyim sizə: Ölkənin ən böyük psixiatrik xəstəxanası olan Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixiatriya Xəstəxanasına gedən 172 saylı marşrut avtobusu keçmiş Əzizbəyov metro-stansiyası ətrafından tərpənirdi. Deməli həmin avtobusda gedənlərdən, əgər kiminsə yaxını xəstəxanada yatırdısa, o insan “xəstəxananın yanında saxlayın”, xəstəsi olmayanlar isə “dəlixananın yanında saxlayın” deyirdilər. Zənnimcə, bu qısa müşahidə böyük bir cəmiyyətin psixiatriyaya , psixi xəstələrə olan münasibətinə bütün çılpaqlığı ilə güzgü tutur.- İşini itirmək qorxusu, aşağı qazanc, yaşam qayğısı insanları hansı həddə catdirir? Bu, hansı hallarda və necə xəstəliklərlə sonuclanır?- İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi streslər siyahsındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və bu işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress 1-ə 10 qat artır. Çunki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stresə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.

Xəyanəti gizlətməyin yolları

Kişilərin yuxuda adətən gizli sirlərini etiraf etdikləri məlum olub.  Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb məsələni necə həll edəcəyin barədə düşünürsən. Səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda ifşa etmisən. Yuxuda danışmaq bir çox kişilərin başının bəlasıdır. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub. Qadınlar, daha "iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də", "yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm", "yəqin baxdığım filmin təsirindəndir", kimi bəhanələrə inanmayın. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realda baş verən hadisələrin nəticəsidir, özü də kişilər yuxuda ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu isə yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür. Bəs bundan xilas mümkündür? Siqareti tərgidin. Xoşagəlməz halın səbəbkarlarından biri də odur. Onu tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, axşam saat 8-dən sonra çəkməməyə çalış və spritli içkilərdən uzaq dur. Başını müxtəlif çərəzlərlə qat. Efir yağı və sərin otaq. Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. Yataq otağının gecə isti olmamasına çalış. Çünki gecə yataq otağının isti olması da hərarətin qalxmasına və lazımsız şeyləri çərənləməyə səbəb ola bilər. Bəyaz vərəq. Problemin var və onu heç kimə danışa bilmirsənsə, ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirlərini kağıza yazıb etibarlı bir yerə qoy. Günün ikinci yarısından sonra qəhvə içmə. Yaxşı olar ki, yatmazdan əvvəl içinə bal qatılmış süd içəsən. Yatağa getdikdən sonra qəzət, kitab və ya jurnal oxu.

Qadınlar 1 addım öndə ...

Aparılan daha bir araşdırmanın nəticəsinə görə, qadınlar kişilərdən daha çox şeyə qadirdir.  Məsələn, qadınlar insanlarla ünsiyyət qurmaqda kişilərdən daha bacarıqlıdırlar. Mehriban, anlayışlı olmaları ilə başqalarının onların yanında özlərini güvəndə hiss etmələrinə kömək edir. Qadınlar duyğu və düşüncələrini daha rahat aça bildikləri üçün kişilərdən fərqli olaraq, özlərini daha yaxşı ifadə edə bilir. Qadınlar ətrafdakı insanları özlərinə çəkən xoş qoxuya sahibdirlər. Hətta kişilərin çoxu bu cür gözəl təbii qoxuya sahib olduqları halda, qadınların başqa ətirlərdən istifadə etməsini o qədər də xoşlamır. Qadınlar kişilərdən fərqi olaraq uşaq, yaşlarında tualet vərdişlərini daha tez öyrənirlər. Qadınlar gigiyena ilə bağlı hər şeyi kişilərdən daha tez qavrayır. Qadınlar nəyin harada olduğunu hər zaman bilərlər. Hətta özünə aid olmayan, neçə müddətdir istifadə etmədiyi əşyanın belə. Çünki onlar beyinlərində hər zaman xəritə, plan hazırlamaqda mahirdir. Qadınlar bədənlərində başqa bir varlıq daşıya bilir. Son araşdırmalar zamanı qadınların kişilərdən daha yüksək İQ-ə sahib olduqları ortaya çıxıb. Qadınlar süd istehsal edərək, körpələrini əmizdirə bilirlər. Daha kiçik ölçülü bədənə sahib olduqları üçün qadınlar kişilərdən fərqli olaraq, daha az yemək yeyər, geyimləri üçün daha az parça istifadə edər, daha kiçik mebelə, maşına ehtiyac duyarlar. Eyni anda bir beçə işi birgə görmək qadınların qanında var. Bu hal kişilər üçün sıxıntı ola bilər. Qadınlar eyni anda yemək bişirə, ev təmizləyə, televizora baxa, telefonla danışa, uşağı sakitləşdirə bilər. Kişi bir neçə metr qaçanda bütün köynəyi su olar, ətrafa heç də xoş olmayan tər qoxusu yayarlar. Bu cür hallarda onu dərhal hamama göndərməkdən başqa əlac yoxdur. Ancaq qadınlar tərlədikdə cildləri nəmlənər və parıldayar. Bu onları daha seksi göstərir. Qadınlar birgə yaşadıqları kişini uğurlu edər. Uğur qazanan bir kişiylə rastlaşdığınızda onu yox, xanımını təbrik edin. Qadınlar daha uzunömürlüdürlər, çünki onlar mükəmməldir