redaktor

Şəhanə Quliyeva

Sabahın hava proqnozu

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcəyi proqnozlaşdırılır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti, yüksək dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Rejim yaradıb ona əməl etməmək - Həll etməyin yolları

Dərs çalışmaq üçün  səy göstərən, diqqətini toplaya bilməyən hər kəsin əsas problemi özü üçün rejim yaradıb ona əməl etməməsidir. Bu problem həll etməyin bir neçə yolu var. Psixoloq.az 5 üsulu təqdim edir: Təmiz havada gəzin Əgər dərs və ya iş  prosesində çətinlik çəkirsinizsə, 10 dəqiqəlik gəzmək bir çox problemi həll edir. Bir az ara verib çöldə hava alsanız, beyniniz rahatlaşacaq.  Yenidən işinizə qayıdanda rahatlıqla işləyəcəksiniz. Qısa yemək fasiləsi verin Analar bir çox hallarda dərs çalışarkən uşaqların yanına   qəlyanaltı üçün qidalar qoyarkən əslində haqlıdırlar. Dərs arası belə qidalar beyni və bədəni rahatlaşdırır. Musiqi dinləyin Musiqi hər yaşda insanın zehninin açılmasına və yaxşılaşmasına kömək edir.  Bu da yaddaş və öyrənmə funksiyalarınızın güclənməsini təmin edir. Düzgün yuxu rejimi Nizamlı yatmaq beyinin inkişafına müsbət istiqamətdə təsir göstərir. Ertəsi gün yaxşı çalışmaq üçün yuxunuzu almağınız lazımdır. Rejim yaratmaq Hər gün eyni saatda işə başlayıb, eyni vaxtda dincəlmək beyninizi növbəti işlərə hazır edir. Rejimlə görülən hər bir iş uğuru artırır.(azedu.az)

Göz yaşı qadınların daha çox yaşamasına səbəb olur - Səbəb?

İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır. Çinli professor, psixoloq Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi göz yaşlarıdır. Psixoloq.az bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir. İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır. Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır. Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır.(saglamolun.az)

Valideynlər ən çox səhvi bu zaman edirlər - Körpə xəstələnərsə...

Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır. Bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir: “Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”. Psixoloq.az xəbər verir ki, psixoloqlar, xəstəlik zamanı valideynlərin çox narahat olduğunu, bu səbəbdən düzgün müalicə etmədiklərini bildirirlər. Belə ki, valideyn uşağının dərhal yaxşılaşmasını istədikləri üçün düşünmədən antibiotikə müraciət edirlər. Bununla  yaxşı nəticə əldə edəcəklərini zənn edirlər. Əslində isə antibiotik uşaq sağlamlığı üçün çox zərərlidir. Xəstəlik zamanı sakit olmalı və düzgün addım atılmalıdır.

İşlərdə zəhmətkeş olsanız... - Günün ulduz falı, 8 oktyabr

Qoç -  səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın. Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək. Buğa - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Əkizlər - günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin. Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır. Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin.Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız - bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.Fiziki işlə məşğul olmaq məsləhətdir. Tərəzi - günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun. Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan - səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın. Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin. Oğlaq - səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.Karyeranızı düşünün, planları təftiş edin.Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər. Dolça - təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın. Balıqlar - günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün. Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir. milli.az

"İntim xidmətçi axtarılır" - İnsanları elan verərək intim xidmətə cəlb edirlər/FOTO

Müxtəlif mobil saytlarda insanlar intim xidmətlərə cəlb olunur. Bizimyol.info redaksiyasına daxil olan məlumatda da söz açılan faktın şahidi olduq. Belə ki, mobil saytlardan birində vakansiya elanı verilib. Bakıda yerləşən masaj salonlarından birinə masajist xanım axtarıldığı qeyd edilir. Lakin qeydddə həmin masajist xanımın masaj ortası intim xidmət göstərməsi də qeyd edilir. Bu yolla xannımların əlaqə nömrələrini, onların fotoşəkillərini əldə edir və bu vasitə ilə onları intim xidmətlərə cəlb edirlər. Psixoloq.az xəbər verir ki, psixoloqlara görə, edilən bu hərəkət birbaşa insan tərbiyəsini pozmaq məqsədi daşıyır. Xüsusilə də azyaşlıların tərbiyəsinə zərərdir. Belə elan verən mərkəzlər təcili bağlanılmalıdır. Bu barədə müvafiq orqanlar ciddi nəzarət etməlidir. Redaksiyamıza göndərilən fotoşəkili oxucularımıza təqdim edirik.

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb. İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib. Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır. Qiymət ortalaması 70-84.9 olanlar,  85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər. Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır. Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi  də yüksəlir. Professor Mehmet Engin Dəniz kompüter asılılığı ilə bağlı şagirdlərə məlumatlandırma seminarları təşkil olunacağını bildirib. Onun sözlərinə görə, məktəb psixoloqları bu məsələdə müəllimləri məlumatlandırmalıdırlar: “İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında  çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər. Hədiyyə olaraq verilən kompüter asılılığa yol aça bilər".(AzEdu.az) Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Həmin fikirləri təqdim edirik: Bu asıllıq narkomaniya asıllığı kimi vərdişdir. İnsanın həm psixi, həm də sağlamlığı cəhətdən zərərlidir. Bu mövzuda xüsusilə valideynlər diqqətli olmalıdırlar.

Xoşbəxt münasibətlərin əsas əlaməti AÇIQLANDI

Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar. Psixoloq.az xəbər verir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında “biz” şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir. Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, “biz” şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar. Tədqiqatçılar bildirirlər ki, belə bir vəziyyət təkcə cavanlar üçün yox, yaşlı cütlüklər üçün də aktualdır. Bununla yanaşı, “biz” şəxs əvəzliyinin hansısa münaqişə və ya çətinliklər zamanı işlədilməsi çox vacibdir: “Bu sözlər insanların münasibətini dəyişə bilər və onları daha yaxın və etibarlı edə bilər”.(ölkə.az)

Həftəsonu üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb. Nazirliyin verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, okytabrın 6-sı gündüz, 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

"Qonaq gəlmişik olmaz, sakit ol" - Valideynlərin uşağa verdiyi zülm

-         “Mama.. -         Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə

Hər iki qadından biri bu xəstəlikdən əziyyət çəkir

Daminarkanın Rotterdamlı Erezma universitetinin tərkibindəki Tibb Mərkəzinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az "ölkə.az"-a istinadən bildirir ki, nəticələrə əsasən, hər iki qadından biri demensiya, Parkinson xəstəliyi və ya insulta düçar ola bilər.  Bu barədə geniş məqalə "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilib.  Bu xəstəliklərə isə hər üç kişidən biri düçar ola bilər. 1990-cı ildən 2016-cı ilə qədər aparılan təcrübədə 12 mindən çox insan iştirak edib. İştirakçıların yaşı 45-dən yuxarı olub və onlaın 58%-ini qadınlar təşkil edib. Tədqiqat zamanı 5291 iştirakçı dünyasını dəyişib. Onlardan 3260 nəfəri nevroloji xəstəlikdən əziyyət çəkməyib. 1489 nəfərdə (80 faizində Alsheymer xəstəliyi) demensiya üzə çıxıb. 1285 nəfər insultdan əziyyət çəkib. 263 nəfərdə isə Parkinson xəstəliyi müşahidə edilib. Ümumi olaraq bu üç xəstəlikdən birinin yaranma riski qadınlarda 48%, kişilərdə isə 36% olub. Bu xəstəliyin tam müalicəsi olmasa da, psixiatrın köməyi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.

İlk görüşdə veriləcək suallar

İlk görüşmə zamanı cütlüklər qarşısındakıları daha yaxşı tanıya bilmək üçün qarşılıqlı suallar verirlər. Psixoloq.az xəbər verir ki, bu suallar əksər zaman eyni olduğundan həm görüş sıxıcı olur, həm də eyni suallar qarşısınızdakının xarakterini anlamaqda çətinlik yaradır. Psixoloqlar ilk görüş zamanı verilməsi vacib olan suallar siyahısını hazırlayıb. “Ölmədən öncə nələr etməyi düşünürsən?” Bu sual qarşınızdakının həyata dair xəyallarını ortaya qoyur. Həmçinin xəyalını birlikdə etməyinizə şərait yaradır. “Sənin üçün ideal tətil nədir?” Tətil deyən zaman dəniz, günəş, qumdan başqa bir şey düşünməyən biri ideal tətili evdə futbola baxmaq olaraq düşünən biri ilə anlaşa bilər? Təbii ki anlaşar ancaq bu vəziyyəti əvvəlcədən bilməkdə fayda var. Tətil hər şey demək deyil amma bunun da vacibliyi az deyil. Bu səbəbdən qarşısınızdakının fikrini öyrənin. “Bu günə qədər etdiyiniz ən böyük çılğınlıq nədir?” Hər kəs zamanında bir dəfə də olsa çılğınlıq edib. Ancaq bunu ilk görüşdə anlamaq çətin ola bilər. Buna baxmayaraq sizə həmin xatirəsini rahatlıqla sizə danışırsa və sizi güldürə bilirsə, bu özgüvənli olduğu deməkdir. “Pulun çox olarsa nələr etməyi düşünürsən?”, “Daima eyni mövsümdə qalsaq hansını seçərdiniz?” kimi suallar da ilk görüşdə verilə bilər. Şəhanə Quliyeva

Gərginlik hiss edəcəksiniz - Günün ulduz falı

Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin. Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən həyata keçirin.Yaxşı tanımadığınız insanlara bel bağlamayın.Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.Axşam saatlarında əhvalınız yaxşılaşacaq. Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın. Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin. Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri addımları atın.Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar. Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın. Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq. Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa, məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik yarana bilər.Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin.  Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti, əyləncəni unudun.Axşam saatlarını ailə üzvlərinizə həsr edin. Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın. Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən faydalanmaq zamanıdır.Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər. Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın. Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan münasibətləri qoruyun. Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz. Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək. Milli.Az

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli: Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.Yemək az miqdarla başlanmalıdır.İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.Heç bir halda zorla yedizdirlməməlidir.Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır. Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır. "NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova

Sabah yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.   

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və narahat uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi,  sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır.  Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir. Firuzə Qənizadə

Oqtay Şirəliyev əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Psixoloq.az xəbər verir ki, əmrə əsasən payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər, həmçinin infeksiya üzərində epidemioloji monitorinq güclənləndiriləcək. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb. Eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatıdırılması Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə həvalə olunub. Bundan başqa, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılacaq. Psixoloqlar isə bu qərarın zamanında verilən qərar olduğunu bildiriblər. Belə ki, gücləndirilmiş rejim vəziyyətin ciddiliyini daha da gündəmə gətirəcək və bu sahədə işləyən insanlar işlərinə daha məsuliyyətlə yanaşacaqlar.

Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR

Bəzən sağlam insan xəstə olması ilə bağlı özündə şübhələr formalaşdırır. Bu cür insan bədəninin hansısa bir nayihəsi ağrıdığı zaman sağalmaz bir xəstəliyə yoluxduğunu düşünür. Bu səbəblə tez-tez həkimə gedib müayinələrdən keçir. Nəticələrin müsbət olması belə onun şübhələrinə son qoya bilmir. Psixiatr Orxan Fərəcli açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür: "Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə "Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur. Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan "Xərçəng” olmasa belə "Xərçəng” xəstəsi qədər əziyyət çəkir”. Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır: "Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”. Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur: "Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.(mətbuat.az)

Videooyunlardan asılılıq yayılır - Xəstəliklər siyahısına daxil edildi

Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib.  Psixoloq.az xəbər verir ki, videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da, videooyunlara aludə olan insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiq olunması, internetin əlçatanlığı isə bu sayı daha da artırır.  Məlumata görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur.  Psixoloqların sözlərinə görə, uzun müddət videooyunun oynanılması fiziki aktivliyi azaldır, uşaqlarda aqressivliyə, davranış pozğunluğuna belə gətirib çıxardır.

Dejavu ilə gələcəyi görə bilərikmi?

İlk dəfə yaşadığımız dejavunun yaratdığı qəribə və ani hissləri çoğumuz bilirik.Fransız dilindən tərcümədə "çoxdan görülmüş” mənasını gələn dejavu bizdə əsrarəngiz hisslər yaradır. Yeni araşdırmalarda isə bunun hissiyatdan başqa heç nə olmadığı müəyyənləşib.Bu vəziyyəti açıqlayan bir çox nəzəriyyə mövcuddur. Amma ən qəbul olunan açıqlama yaddaşla bağlıdır. Sözlər dilimizin ucunda olduğu kimi xatirələr də beynimizin ucqar yerlərində ola bilər.Kolorado Universitetinin koqnitiv psixoloqu Anna Kleri araşdırmalarında bu fenomenin hisslərdən başqa bir şey olmadığını qeyd edib. Dejavu yaşayan insan kor-koranə divarın arxa tərəfində nə görəcəyini bilməyən insan kimidir. Digər elm adamları dejavunun xatirələrlə əlaqəli olduğunu müəyyən edib. Ancaq Kleri bundan öncəki araşdırmasında açıqladığı hipotezin qoruyucu açar olduğunu qeyd etmişdi. Xatirələrlə əlaqəsi olmadan, anidən ağlımıza gələn hər hansı məkan və hətta üz başqa bir məkana və ya üzə oxşaya bilər. Kleri qeyd edir ki, öncəki hadisələri xatırlamasaq da beynimiz bu oxşarlığı hiss edir.Kleri deyir ki, sınaqlara aid hesabatlar göstərir ki, dejavuda yaşanan hisslər gələcəyi təxmin edə bilər. 1959-cu ildə temporal korteksə uyğun olaraq, dejavuya səbəb olan hisslərin aradan qaldırıldığı müəyyən olunmuşdu. Bunlar sınaqda iştirak edən iştirakçılar tərəfindən hesabat şəklində qeydə alınıb. Kleri bundan öncəki sınaqlarda iştirakçıların sayını artıraraq 298 nəfərə çatdırıb. Komanda "The Sims” oyununda məkan olaraq eyni, amma quruluş baxımından fərqli olan bağça və tullantı sahəsi yaratmağa başlayıblar. Başqa bir təcrübədə iştirakçıların dejavu hissini yaşadığı təsdiq olunub. Yeni təcrübədə iştirakçılara bir neçə seriyadan ibarət tullantı məkanı və ya akvarium səhnəciklərində qadın səsi ilə səsləndirilən filmlərin adlarını təkrarlamaq tapşırılmışdı.Daha sonra sınaq videolarında üz baxımından fərqli, ancaq eyni tipli hazırlanmış videolar göstərilib. Əsas məqamda videoları dayandırıb, iştirakçılardan dejavu yaşayıb yaşamadıqlarını və bundan sonrakı hissədə nələr baş veriləcəyi soruşulub.İştirakçıların təxminən yarısı dejavu yaşadığını desə də, yerdə qalan heç nə hiss etmədiklərini bildiriblər. Buna görə də gələcəyi təxmim etmək kimi anlayış yoxdur.(xezerxeber)

Kişiyə magik təsir göstərən İKİ TİLSİMLİ SÖZ

Psixoloqların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, qadınlar sadəcə iki sözlə kişinin qəlbini fəth edə bilər. Psixoloqların qənaətinə görə, "Başa düşürəm” sözləri qadınla kişini bir-birinə daha çox bağlayır. Əgər kişi nə vaxtsa ciddi münasibətlərə hazır olmadığını deyibsə, bunun sizi nə qədər məyus etdiyini təssəvvur etmək çətin deyil. Ən gözəl illərini sevdiyin insana həsr etmək, daha sonra isə onun evliliyə hazır olmadığı demək bütün kişilərə lənət oxumaq deməkdir. Amma bundan əvvəl aşağıdakı iki sehrli sözün gücünə inanmağa çalışın. Qadınlar ilk növbədə kişinin evliliyə hazır olmamasının səbəblərini öyrənməyə çalışır, amma bunu etmək lazım deyil. Əks halda siz onu tez-tez danlayan və izahat tələb edən anasına bənzəyəcəksiniz. Kişilər isə öz anaların "dır-dırına” dözmür. Bunun əvəzinə gülməli bəhanələr eşidəndə sadəcə "Mən başa düşürəm" deməklə kifayətlənin. Və daha heç nə deməyin. Fasilə verin, sonra isə özü sizi daha çox cinləndirən və mübahisə etməyə vadar edən "tutarlı” səbəbləri tapmağa başlayacaq. Amma yenə də mübahisə və lazımsız sözlərin əvəzinə sadəcə bunu deyin: "Mən başa düşürəm". Bu qədər sadə cavab və sakit reaksiya onu bu nəticəyə çıxaracaq: "O, məni başa düşür". Əlbəttə ki, onunla razılaşmalı deyilsiniz. Əsəs məsələ ondadır ki, hər bir insanın öz düşündüyünü və hiss etdiyini deməyə haqqı var. Hətta sizi incidən insana ona "Başa düşürəm” deməyə məcbur olsanız da, bu, onu göstərir ki, onun fikirlərinə və qərarına hörmətlə yanaşırsınız. Bu mərhələdə o, özü sizə güzəşt təklif edə bilər. Məsələn: "Amma biz görüşməyi davam etdirə bilərik, görək, nə olacaq?". Onda siz də öz düşüncələrinizi açıq şəkildə etiraf edin:"Mənimlə hələ də görüşmək istədiyini qiymətləndirirəm, amma bu, məni qane etmir. Mən səni sevirəm, eyni zamanda özümə də hörmət edirəm". Bu məqamda qarşı tərəf gedə də, qala da bilər. Və bu problem deyil, çünki kişilər ayrılıq müddətində qadın haqqında daha çox düşünməyə başlayır. Nəticə etibarı ilə sizə qarşı olan hissləri dərinləşir. Bu müddət ərzində onunla görüşmək və ona yazmaq lazım deyil. Əgər onun zəngini və mesajı yazmasını gözləməyə hövsələniz çatsa, bu, onu göstərir ki, o artıq ciddi münasibətlərə hazırdır. Ayrılıq müddətində özü heç bir təzyiq altında qalmadan bu qənaətə gələcək. Yox əgər gəlməsə, deməli, o, sizin həyatınızın kişisi deyil.(publika.az)

Mübahisəyə son qoyun - Günün ulduz falı, 5 oktyabr

Qoç - İntuisiyanız kəskindir. Məhz bu səbəbdən ətrafdakı insanları anlayır, əvvəllər sərin münasibətlərdə olduğunuz şəxslərlə dil tapırsınız. Unutmayın ki, bu gün insanlarla manipulyasiya etmək, onlardan öz maraqlarınızın təminatı üçün yararlanmağa çalışmaq olmaz. Bütün bunlar yaxşı heç nə vəd etmir. Danışıqlar və müzakirələrdə ümumi dil tapmaq asan deyil. Müttəfiqlərlə söhbətlərdə həssas olun. Çətin durumda etibar etdiyiniz insana yardım üçün müraciət edin. Günün ikinci yarısında hövsələsiz olmayın. Bir qədər gözləyin, fasilə verin. Sinirlənməyin, qıcıqlanmayın. Mühüm görüş üçün yaxşı vaxt deyil. Qarşı tərəfdə xoş təəssürat yarada bilməyəcəksiniz. Alış-veriş məsləhət deyil. Buğa - Planları reallaşdırmaq çətinləşir. Şərtlər dəyişdiyindən yeni situasiyaya uyğunlaşmaq gərəkdir. Yeni tapşırıqlar peyda olur. Onlar yorucu, maraqsız, usandırıcıdır. Hər işi tam başa vurmağa, bitirməyə çalışın. Mümkün olmayan yerdə parlaq nəticələrə nail olmağa can atmayın. Alış-veriş, sövdələşmə, anlaşmalar üçün əlverişli gün deyil. Yeni işdə fəaliyyətə başlamaq asan deyil. Çox yəqin ki, ümidləriniz doğrulmayacaq. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Əkizlər - Stabil olmayan gündür. Günün ilk yarısında hadisələrin inkişaf tempi sizi sevindirəcək. Lakin saatlar keçdikcə işin intensivliyi sizi yormağa başlayacaq. Bir qədər durun, nəfəs dərin. Bütün işləri yerinə yetirməyə imkan yoxdur. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan fantaziya, təxəyyül, duruma qeyri-standart baxış tələb edən işlərlə məşğul ola bilərsiniz. Günün ikinci yarısı fiziki iş üçün əlverişlidir. Yaxınlarınızla münasibətləri gərməyin, münaqişə etməyin. Kiçik məsələyə görə yaranmış mübahisəyə son qoyun. Xərçəng - Tələsik yanaşma və qısa müddət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli zamandır. Bütün diqqəti mühüm işə yönəldərək önəmsiz və xırda təfərrüatlara baş qoşmayın. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Sizə birbaşa dəxli olmayan mövzudakı diskussiyada iştirak usandırıcıdır. Konkret məsələnin həllində maraqlı ideya yarana bilər. Dəqiq müşahidələrinizi bölüşün. İşdə nüfuzunuz arta bilər. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil. Emosional fon stabil deyil, kiçik və əhəmiyyətsiz olaylara görə sinirlənirsiniz. Əsassız şübhələrlə sevdiyiniz insanın qəlbini qırmayın. Şir - Ən çətin problemlərin həlli, yorucu və usandırıcı işi görmək üçün əlverişli zamandır. Fəaliyyət potensialınızın səviyyəsi yüksəkdir. Məqsədlərin bəlirlənməsi və onlara çatmaqla bağlı müşküllər yoxdur. Yeni işlərə, birgə layihələrin gerçəkləşdirilməsinə başlamaq olar. İşgüzar xislətinizi nümayiş etdirin. Günün ikinci yarısında xırdalıqlara ifrat önəm verməyin. Məişət zəminində fikir ayrılıqları ciddi münaqişəyə çevrilə bilər. Axşam saatlarında qayğılardan qurtulun, gəzinti və istirahətə vaxt tapın. Dostlarla görüşün, əylənin. Qız - Müsbət təmayüllərin təsiri güclüdür. Kəskin zərurət olmadığı hallarda risk etməyin. Amma uğura şübhə etmirsinizsə, sürətli və qətiyyətli addımlar atın. Yeni iş yerində çalışmağa başlamaq üçün əlverişli zamandır. Müttəfiq və həmfikirlərlə yanaşı, dostlar da tapacaqsınız. Təcrübəli insanların məsləhətlərinə qulaq assanız, səhvlərə yol verməyəcək, başqalarının sürəkli təkrarladığı yanlışlıqlardan qurtulacaqsınız. Günün ikinci yarısı yeni münasibətlər üçün əlverişlidir. İnsanları dürüst qiymətləndirin və onlar ən yaxşı məziyyətlərinizi görəcəklər. İmicdə yeniliklər etmək olar. Başqalarının fikirləri əvəzinə, öz mövqeyinizi üstün tutun. Tərəzi - Fəndgir və aktiv olun, təxəyyülünüzü işə salın. Məhz bu məziyyətlərinizin sayəsində uğur əldə etmək, mürəkkəb məsələləri çözmək, rəqibləri geridə qoymaq şanslarına yiyələnəcəksiniz. Müstəqil çalışın. Bu, heç pis deyil. Məqsədə çatmaq üçün gərəkli hərəkət azadlığına qovuşacaqsınız. Qeyri-standart metodlardan yararlanın, etiraf və izahatlara vaxt sərf etməyin. Şəraitin dəyişməsində xeyir var. Yaxınlarınıza qayğı və diqqətlə yanaşın. Lakin mərhəmət, şəfqət və səmimiyyət adı ilə təzyiq göstərməyin. Təmirə başlamaq, yaşam yerini yeniləmək, interyer əşyaları almaq üçün yaxşı vaxtdır. Əqrəb - Kiçik işlər çox vaxt alır. Onların sayı o qədərdir ki, ciddi, genişmiqyaslı və mühüm işlə məşğul olmağa vaxt qalmır. Üstəlik, işdə həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlər yaranır. Yaxınlarınızla təmaslarda aqressiv olmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Belədə, gələcəkdə pərişan olmazsınız. Günün ikinci yarısında maliyyə məsələlərini təkbaşına həll edin. Ətrafınızdakı insanların məsləhətləri faydalı deyil. Gəlir ola bilər. İş yeri və yaşam arealını qaydaya salın. Axşam saatlarında aktiv istirahəti seçin. Oxatan - Günün ilk yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərin öhdəsindən gəlmək asan deyil. İşdə problemlər var. Rəhbərlik iradlarını bildirəcək. Gündəlik işin icrası qıcıq yarada bilər. Rutin əməllər sizi bezdirir. Yeni iş aramağa tələsməyin. Az sonra hər şey qaydasına düşəcək, adi fəaliyyət rejimi bərpa olunacaq. Günün ikinci yarısında maliyyə durumu əlverişlidir. Planlaşdırılmamış alış-verişə varmaq olar. Yaxınlarınıza hədiyyələr verin. Seçimdə səhv etməyəcəksiniz. İntellektual mübarizədən qalib çıxa bilərsiniz. Oğlaq - Yeni müttəfiq və həmfikir tapmaq çətin deyil. Yanınızdakı insanlar mövqeyinizi bölüşməsələr də, maneçilik etmirlər. İndiyədək sizə rəğbət bəsləməyən insan fikrini dəyişə bilər. Yeni romantik münasibət sürətlə, dinamik şəkildə inkişaf edərək ciddi təmasa çevrilə bilər. Günün ikinci yarısında maliyyə fonu uğurludur. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün yaxşı gündür. Təhsil və iş üçün zəruri nəsnələri almaq olar. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Dolça - Müsbət təmayüllərin təsiri güclüdür. Xoş gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcək, kömək göstərəcəklər. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlar aramaq, yeni işə çıxmaq zamanıdır. Günün ikinci yarısında ətrafınızdakı insanlara yardım edin, xeyriyyə aksiyasına qatılın. Yeni bilik, təcrübə və informasiya əldə etmək olar. Dəvət olunduğunuz tədbirdə iştirak edin. Balıqlar - Hər şey rəvan olmasa da, sakit və soyuqqanlı olun, dürüst qərarlar verin. Belə olarsa, bədxahlar bütün səylərinə rəğmən, sizə mane ola bilməyəcəklər. Seçdiyiniz istiqamət üzrə hərəkəti davam etdirin. Xoş sürprizlər, qəfil hədiyyələr istisna deyil. Böyük gəlirlər olmasa da, günün maliyyə fonu stabildir. Əks cins mənsubları ilə ünsiyyət üçün əlverişli vaxtdır. Romantik münasibətlərin başlanğıcı üçün yaxşı gün deyil. Başqalarının emosiyalarının girovu və qurbanı ola bilərsiniz. Milli.Az

Psixoloq pasiyent konsultasiyasının gizliliyi nə zaman pozula bilər?

Psixoloq pasiyent söhbəti hər zaman gizli qalır. Məhz bunun üçündür ki, pasiyentlər söhbət zamanı daha rahat olurlar. Bəs bu məxfilik pozula bilərmi? Psixoloq.az məxfiliyin pozula biləcəyi məqamları təqim edir: - Pasiyent özü və digər adamlar üçün riskli olarsa; - Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa (zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s.);- Pasiyentin xəstəxanaya yerləşdirilməsi vacibdirsə; - Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə. Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir. Konsultant həmçinin pasiyentə nə etmək istədiyini deməlidir.

Hər növ problemlərin həlli - Psixoloji konsultasiyanın istiqamətləri

Psixoloq.az psixoloji konsultasiyanın bir çox istiqamətlərini təqdim edir: İntim-fərdi konsultasiya. Pasiyentin daxili problemi həll etməyi qarşısına məqsəd qoyur. (buraya həyatın mənasını anlamaq, insanlarla münasibətdə həyəcan, aqressiyanı aradan qaldırmaq və s. daxildir).Ailə konsultasiyası. Buraya təkcə ailə cütlükləri aparılan konsultasiya aid edilmir. Eyni zamanda ailə qurmağı planlayan cütlüklər, sevgili olanlar, valideyn-uşaq münasibətlərini, ailə üzvləri arasında münasibətlərin motivini anlamaq və s. məqamlar daxildi.Peşəkar fəaliyyətlə bağlı konsultasiya. Bu konsultasiya prosesinə peşə seçimi ilə bağlı ortaya çıxan suallara cavab axtarmaq, düzgün seçim etmək kimi məqamlar daxildi.   Təşkilati məsələlərlə bağlı aparılan konsultasiya. Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s bu kimi məqamlara aydınlıq gətirmək daxildi.

Bir çoxlarının dərdi... - Qrijanın yaranma səbəbi və müalicəsi

Bir çox insanın çəkdiyi problem, onların dili ilə desək qrija, daxili orqanların dəri altına keçə biləcəyi deşikdir. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimovun sözlərinə görə, bu deşiklər müxtəlif ölçüdə - kiçikdən böyük ölçülərə kimi, hətta insan başı həcmində belə ola bilərlər.  Qrijalar anadangəlmə və ya sonradan qazanılma ola bilir. Bunlara əməliyyat sonrası yaranmış qrijaları da əlavə etmək olar. Bunlar daha öncə qoyulmuş tikişlərin aralanması nəticəsində yaranır. Təəssüf ki, qrijanın dərmanla müalicəsi mümkün deyil, çıxış yolu yalnız əməliyyatdır. Yaranmasının əsas səbəbi birləşdirici toxumaların zəifliyidir. Qeyd: Daha ətraflı məlumat və ya suallar üçün şəkildə qeyd edilən nömrə vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Belə ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 16-18, axşam 14 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, axşam yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 11-15 dərəcə isti təşkil edəcək. 

Onkoloji xəstəliklərdə bu bitkidən istifadə edin

Bataqlıq gördəvəri Comarum palustre Bataqlıq moruğu, bataqlıq qızılgülü, at sarımsağı, dekop, bataqlıq çiyələyi, dovşanqulağı və s. Bunlar hamısı bir bitkinin – gördəvərin müxtəlif adlarıdır. Bu bitkinin başqa bir adı da var – rus jenşeni. Jenşen kimi bir çox xəstəliklərin müalicəsində tətbiq edildiyinə görə gördəvərə belə ad verilmişdir. Gördəvər dərman bitkisi kimi qədim zamanlardan məlumdur. Hətta onun müalicəvi xüsusiyyətləri haqqında XVII əsr yazılı mənbələrində də məlumat mövcuddur. Laplandlar şaxtalı qütb gecələrində öz güclərini yenidən bərpa etmək üçün gördəvər çayı içirdilər. Çünki bu bitki biostimulyatorlara aiddir. Bəzi mənbələrə görə hətta I Pyotr onun köklərindən hazırlanmış məlhəmdən müalicə məqsədilə istifadə etmişdir. Botaniki təsviri. Bataqlıq gördəvəri çoxillik yarımkol bitkisi olub rütubətli yerlərdə bitir. Rosaceae – qızılgülçiçəklilər fəsiləsinə daxildir. Kökləri uzun, sürünən və oduncaqlıdır. Həm də kök sistemi həddən artıq güclü olduğuna görə qışlaya bilir. Gövdəsi 1 metr hündürlüyə qədər qalxır. Yarpaqları tək lələkvaridir, kənarları dişlidir. Çiçəkləri qırmızı rənglidir. Kimyəvi tərkibi. Bitkinin tərkibində flavonoidlər, efir yağları, keratin, üzvi və fenolkarbon turşuları, vitamin C və s. mövcuddur. Yayılması. Bu bitkini boş yerə bataqlıq gördəvəri adlandırmırlar, çünki o, əsasən bataqlıq, rütubət olan yerlərdə, gölətrafı meşələrdə bitir. Ona Rusiyanın bütün tundra ərazisində rast gəlmək olar. Yığılması. Gördəvərin yerüstü hissəsini bitki çiçəkləyən zaman, yəni yay fəslinin ortalarında toplayırlar. Bu zaman bitkinin tərkibindəki şirələr kökü vasitəsilə qalxaraq onun yerüstü hissəsində toplanır. Lakin onun kökləri bitki çiçəkləyənə qədər yıöılmalarıdır, yəni payızda və may ayında. Bu zaman kök sistemi onun yerüstü hissəsini qidalandırmır. Bir nüansı da qeyd edək ki, kökləri ay batan zaman toplamaq lazımdır. Tibdə tətbiqi. Gördəvər bir çox xəstəliklərin müalicəsində istifadə edilir: artroz, artrit, allergiya, revmatizm, tromboflebit, osteoxondroz, ishal, qrip, qaraciyər xəstəlikləri və s. Hətta bəzi hallarda gördəvər bitkisi onkoloji xəstəliklərin gedişini yüngülləşdirə də bilər. Reseptlər. Gördəvərdən preparatlar yay aylarının ortasında hazırlanır. Çünki bu zaman onun gövdə və yarpaqlarında daha çox şirə toplanır. Diqqət! Dərman preparatı hazırlayarkən gördəvərin kökündən deyil, kökümsovundan istifadə edilir. Spirtli çıxarışın hazırlanması. Gördəvərin xırdalanmış kökümsovları 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra onun üzərinə 0,5 litr araq əlavə edilib qaranlıq sərin yerdə 3 həftə saxlanır. Alınmış çıxarışdan 1 xörək qaşığı götürülüb suda həll edilir və 3 həftə müddətinə daxilə qəbul edilir. Əgər xəstəlik kəskin formada olarsa, onda çıxarışı suda həll etməyə ehtiyac yoxdur. Oynaq ağrıları zamanı spirtli çıxarış ağrı nahiyələrinə yaxılır.Gördəvərin kökləri 1 sm ölçüsündə doğranaraq 1 litrlik bankanın 1/3-ə qədər doldurulur. Bundan sonra bunun üzərinə 0,5 l 40%-li spirt əlavə edilib ağzı polietilen qapaqla kip bağlanır. 21 gün qaranlıq yerdə saxlanır. Sonra süzülüb 1 xörək qaşığı cövhər 50 ml su ilə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 20 gün müddətinə daxilə qəbul edilir.Mədə üçün dəmləmənin hazırlanması. 1 xörək qaşığı qurudulmuş gördəvər bitkisinin üzərinə 1 stəkan qaynar su əlavə edilib termosda dəmlənir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.Gördəvərdən məlhəmin hazırlanması. 1 tubik lanolin məlhəmi (qədimdə bunun yerinə qaz piyindən istifadə edilirdi), 1 xörək qaşığı gördəvər cövhəri, 1 çay qaşığı qırmızı bibər cövhəri, 3 damcı vitamin E və 1 xörək qaşığı bal farfor və ya şüşə qabda qarışdırılır. Alınmış məlhəmlə ağrı olan nahiyələr masaj edilir. Məlhəm soyuducuda saxlanmalıdır. Məhz I Pyotr bu məlhəmdən ümumi halsızlıq, gecə assambleyalarından sonrakı baş, əzələ və oynaq ağrıları zamanı istifadə edərmiş.Təzə yığılmış gördəvər irinli yaraların üzərinə qoyulduqda irinin sorulmasını sürətləndirir.Gördəvərin ən güclü preparatı ondan hazırlanan spirtli çıxarışdır. Bu mədə xərçəngi və leykozdan başqa bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Spirtli çıxarışın xaricə istifadəsi çox vaxt diş ağrıları və diş əti yumşalmaları zamanı tətbiq edilir. Əks göstərişləri. Hamilə və südverən qadınlara, o cümlədən körpə uşaqlara bu bitkidən istifadə etmək məsləhət görülmür. Müəllif: Fitoterapevt Elnur Rəhimov

"Sosial şəbəkələr narkotik asıllığı kimidir"

Sosial şəbəkələrin hər bir insana zərərindən bir çoxları xəbərdardır. Ancaq narkotik asıllı yarada biləcəyindən xəbərdarsınız? Psixoloq.az xəbər verir ki,  psixoloq Gülnarə İnanc bildirib ki, müasir günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkünsüzdür:  "Sosial şəbəkələrdən konkret məqsədlər üçün istifadə etmək olar, həm də tam əksi olaraq sistemsiz istifadə də mümkündür. Sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir. İnsanlar bütünlüklə sosial şəbəkəyə çəkiləndə ailə münasibətləri inkişaf etmir".

Pul insanı dəyişir? - Araşdırma

Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur. Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur. Lakin buradan belə bir sual meydana çıxır: Onların belə xəsis olması varlanmaqlarına səbəb olub, yoxsa pul onların mənəviyyatını dəyişə bilib? Alimlər bunu bir neçə üsullarla müəyyənləşdirməyə cəhd göstəriblər. Məsələn, 1993-cü ildə aparılan araşdırmaya əsasən məlum olub ki,  iqtisadiyyat fakultəsində təhsil alan tələbələrin çoxu psixologiya və memarlıqda təhsil alanlardan daha xəsisdilər. Ümimilkdə  müəyyən edilib ki, pulun çoxluğu tədricən insanı eqoist birinə çevirə bilir. Sosial eksperiment olaraq bir psixoloq San Fransiskoda bir eksperiment keçirib.  Onun eksperimenti piyada yollarının müşahidəsi olub. Məlum olub ki, piyada yollarında bahalı maşınlara sahib insanlar piyadalara daha az yol verirlər. Lakin daha ucuz avtomobili olan adamlar piyadalara daha tez yol verirlər. Bu tədqiqatların əksini iddia edən tədqiqatçılar da var. Onlar bildirirlər ki, əslində az imkanlı insanlar  çox pul xərcləyə bilmirlər.(milli.az)

Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin - Səbəbi?

Qidalar orqanizmi bəslədiyi kimi, rənglər də ruhu bəsləyir. Həyatı rənglərsiz təsəvvür etmək çətin olar. Çünki təbiətin, rastlaşdığımız hər bir obyektin, hətta insanların xarakterinin belə öz rəngi var. Psixoloq.az xəbər verir ki, psixoloq Xatirə Səfərova Baku TV-yə açıqlamasında deyib ki, rənglər insan psixologiyasında böyük rol oynayır: "İstər müştəri xidmətlərində, istər iqtisadi cəhətdən formalaşmasında, iş biznesinin planlamasında, uşaqların inkişafında çox böyük önəmi var".  O, əvvəlcə qırmızı rəngin mənasından danışıb: "Qırmızı rəngi enerjili, daha çox riskli, aqressiyası çox olan və cəsarətli insanlar sevir. Qırmızı rəng iştahaaçıcı rəngdir. Əgər bir insanın iştahası aşağıdırsa, ona qırmızı rəngi məsləhət görürlər". Müsahibimiz mavi rəngi iş görüşmələrinə geyinməyi tövsiyə edib: "Mavi rəng sakitləşdirici, intellekt rəngidir. İş görüşmələrinə gedəndə mavi rəngli paltarın geyinilməsi ağıllı, səmimi söhbətə gətirib-çıxarır. Mavi rəngdən çox istifadə olunması insanı daim gərginlikdə saxlayır. Tünd mavi rəng isə siyasi görüşlərin rəngidir. Tünd göy rəngə müraciət edən insanlar özlərini daim idarə edə bilənlərdir. Uğurlu biznesmenlər tünd göy rəngdən istifadə edirlər". O, yaşıl rəngli geyimləri uşaqlara geyindirməməyi məsləhət görüb: "Yaşıl rəng təbiətin rəngidir. Həmin rəng sakitləşdirici, təmizlik effekti verir. Yaşıl rəng ondan çox istifadə edən insanlarda sakitlik yaradır. Uşaqlara bu rəngi çox geyindirmək olmaz. Çünki uşaqlar öz energetik qabiliyyətlərini, daxili dünyasını çıxara bilmir. Bir növ donub qalır". Xatirə Səfərova digər rənglərin xarakteristikasından da danışıb: "Bənövşəyi rəngi sevənlər yenilikçidirlər, tərifi çox sevirlər və eqolu olurlar. Sarı rəng işıqdır, enerjidir, optimist insanların rəngidir. Sarı rəngi sevənlərin əksəriyyəti fikirlərini tez-tez dəyişirlər. Eyni zamanda, onlar müvəqqəti bir yerdə qalmağı sevmirlər. Sarı rəngi sevən insanlar iddialı olurlar, diqqət çəkməyi bacarırlar. Sarı rəngin mənfi cəhəti də var. O, uşaqların inkişafına yaxşı təsir etmir". O, ölkədə tünd rəngli geyimlərin çox istifadə olunmasının səbəblərini də qeyd edib: "Çəhrayı rəngi sevən insanlar "mən buradayam" deyir. Bu rəngi xoşlayanlar konfliktə meyilli olurlar. Ağ rəngə üstünlük vermək təmizlik, işgüzarlıq qabiliyyətlərinin olduğunu göstərir. İddialı, əmin, inkaredici xarakterə malik insanlardır. Şərq millətləri pessimistliyə meyilli olduğu üçün qara rəngi sevirlər".

Situasiyanı diqqətlə təhlil edin - Günün ulduz falı, 4oktyabr

Qoç - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın. Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin. Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin. Buğa - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün. Əkizlər - Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz. Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun. Xərçəng - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın. Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin. Şir - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır. Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin. Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq. Qız - Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın. Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür. Axşam saatlarında normal istirahət etməyə çalışın. Tərəzi - Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır. Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin. Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə bilərsiniz. Əqrəb - Yaranmış problemləri vaxtında həll etsəniz, olayların axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın, kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq. Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri bağışlamayın. Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın. Sözlərinizə fikir verin. Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün əlverişlidir. Oxatan - Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq. Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun, hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz nəsnənin alınmasını ertələyin. Çətin olsa da, bunu edin. Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin. Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun. Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar. Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin. Oğlaq - Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın. Adekvat yolu seçin. Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla çalışın. Təlimatlara, göstərişlərə əməl edin. Dolça - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın. Axşam saatlarında diqqətli olun. Balıqlar - Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin. Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin. Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək. Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz tutmaq olar. Axşam saatlarında normal istirahət edin.  Milli.Az

İş yerində əsəbiləşənlər üçün – Stress zamanı özünü ələ almağın 5 sirri

Neyropsixoloq  Oleq Molçanov stresli vəziyyətlərdə qısa müddətdə özünü ələ almağın ən effektiv üsullarını açıqlayıb. Daha çox ətrafdakıların təsirindən yolda, küçədə, iş yerində əsəbləşən insanda kin, qəzəb, həyəcan hisslərindən qana yüksək miqdarda adrenalin sıçrayır. Stres hormonu insanda ürək döyünməni sürətləndirir, göz bəbəkləri genişlənir, psixi panika artır, stres daha da güclənir. Çox zaman ürək dayanmasından ölüm faktları iş yerində əsəb partlayışından sonra baş verir. İnsana həmin anda özündən başqa heç kim kömək edə bilmir. Ətrafdakıların " özünü ələ al, sakitləş” sözləri daha da qıcıqlandırır. Belə halda qanda adrenalinin səviyyəsini tez endirmək lazımdır. Bunun üçünsə bir neçə üsul var.Medicina.az məşhur neyropsixoloqun həmin üsullarını təqdim edir.1.Dərindən diafraqmal və qarından nəfəs alDərindən nəfəs alıb vermək orqanizmə və qana oksigenin axınını sürətləndirir, nəbzi qaydaya salır, qanda adrenalini azaldır.Əgər təkliyə çəkilə bilsəz, burundan çox dərindən nəfəs alıb, ağızdan buraxın. 5-7 dəfə belə tənəffüsdən sonra halınız yaxşılaşacaq.Əgər adam arasındasızsa, fikrinizi tənəffüsünüzə cəmləyib, heç nədən narahat olmadan, dərindən nəfəs alıb verin 2.Əzələlərinizi oynadınStres zamanı aktif əzələ hərəkətləri adrenalini qovacaq. Əgər küçədəsizsə, qaçın, yerə oturub qalxın, bir neçə idman hərəkətləri edin. Qapalı yerdəsizsə, əllərinizi yumruq kimi sıxın və yumruq atın. 10-15 belə hərəkət kifayət edəcək. 3.Dilini dişləEl arasında tez-tez işlədilən " dilimi dişlədim” ifadəsi elə özümə gəldim mənasını verir. Gərgin əsəb zamanı öz dilinizi dişinizin arasında sıxın. Ağrı sizin fikrinizi yayındıracaq və orqanizmi özünə gətirəcək.4.Vurma cədvəlini və ya telefon nömrələrini xatırlamaqSizi əsəbləşdirən nöqtədən fikri yayındırmaq üçün emosiyalara azadlıq verməmək üçün ideal variant fikrinizdə vurma cədvəlini xatırlayıb, rəqəmləri bir-birinə vurmaq və ya tanışların telefon nömrələrini yada salmaqdır. 3-4 dəqiqədən sonra siz nəyə hisrləndiyinizi unudacaqsız. Həm də kiminsə üstünə qışqırmaqdan xilas olacaqsız. Rəhbərliyin də gözündə ən ağıllı və dözümlü əməkdaş olaraq yüksələcəksiz.Həmçinin stresə davamlılığı səhərlər soyuq-isti su ilə növbəli bədəni möhkəmlətmək də artırır. Həmçinin xoşbəxtlik hormonu olan serotonini artıran qidalardan çox yemək lazımdır: kakao, lobya, ispanaq, şokolad, meyvələr.(medicina.az)

Sekspatoloqun reklamında BİABIRÇILIQ: "Balacanı da götürün gəlin" - Psixoloqlar nə deyir?/FOTO

Azərbaycanda fəaliyyət göstərən androloq-sekspatoloqlardan birinin sosial şəbəkədə "qeyri-adi" reklamı paylaşılıb.  Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, hər on kişidiən səkkizinin cinsiyyət orqanıyla bağlı problemi var. Reklamda istifadə edilən "Balacanı da götürün gəlin" sözləri isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Adətən azyaşlılarla bağlı işlədilən cümlənin sekspatoloqun reklam mətnində işlədilməsi birmənalı qarşılanmayıb.  Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Belə ki, psixoloqlar reklam vəziyyətində belə insanların psixologiyasını nəzərə almağın vacibliyini vurğulayıblar.  "Bəziləri avropasayağı davranmaq istəyirlər. Ancaq unudulmamalıdır ki, Azərbaycan psixologiyası başqadır. Xüsusilə də uşaq mövzusunda insanlar çox həssasdır. Onların adlarını belə reklamlarda çəkmək düzgün addım deyil. Əgər gerçək problemdən bəhs edilirsə buna daha həssas yanaşılaraq düzgün formada çatdırmaq lazımdır",-deyə psixoloqlar bildirib.

Temperatur 5-8 dərəcə aşağı enəcək — XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji xəbərdarlıq da edilib. Belə ki, oktyabrın 5-i səhərdən 6-sı gündüzədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

Uşağınız yemək yemirsə...Səbəbi psixoloji problemlər ola bilər

Uşaqların iştah və qida davranışının nasazlığı arxasında ciddi psixoloji problemlər gizlənə bilər. Psixoloq.az xəbər verir ki, bu barədə xarici mütəxəssislər məlumat veriblər. Belə ki, tədqiqatda səkkiz yaşdan on iki yaşa qədər iştah və ya qida davranışıyla müxtəlif problemlər yaşayan 215 nəfər uşaq iştirak edib. Psixoloqların gəldiyi qənaətə görə, belə uşaqlar tez-tez psixoloji problemlərdən əziyyət çəkiblər, həyacan və narahatlığ hiss ediblər, həmçinin əhval-ruhiyyənin dəyişməsindən, diqqətin defisiti sindromundan və hiperaktivliydən əziyyət çəkiblər. “Bizim tədqiqatımızın nəticələri göstərir ki, biz yoxlayan uşaqların 22,7 faizi psixoloji təziqdən əziyyət çəkdiyini, (məsələn istehzalar, sataşmaqlar) etiraf ediblər – məhz bunlar onların qida davranışına təsir edib” – deyə məlumatda bildirilib. Sorğunun nəticələrinə görə, uşaqların 69,4 faizı çəki yığmaq qorxusu hiss etdiklərini, 46,6 faizı isə özlərini kök hesab etdiklərini etiraf ediblər.

Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?

"İkinci uşaqdan sonra depressiyaya düşdüm, yaxınlarım elə bilirdi ki, dəli olmuşam, amma heç kəs həkimə aparmadı. Saatlarla ağlayırdım, uşağa yaxınlaşmağa qorxurdum.... Üç aydan sonra güclə özümə gəldim, amma həkimin köməyi ilə daha tez özümə gələrdim. Ancaq bizdə bu qəbul olunmur, necə deyərlər, özünə dəli adı qoydurma", - Azərbaycanda sosial şəbəkədə bir qadın paylaşır. Şərhlər müxtəlifdir. "Bəs, nə düşünürsünüz, ana olmaq asandır?", - qadınlardan biri yazır, anlamaq olmur, gənc anaya dəstək verir, yoxsa irad tutur. "Analarımız-nənələrimiz depressiya nədir, heç bilmirdi. Mən də səhər halsız oyanıram, gecə halsız yatıram, amma özümdə hər hansı güc tapıram. Depressiya bekarçılıqdan olur", - başqa bir ana yazır. "Özünü ələ almalısan, özünə yazığın gəlməsin. Uşağa səndən başqa kim kömək edə bilər, kimə gərəkdir? Hə, çətindir, amma qadın güclü məxluqdur", - sosial şəbəkə istifadəçisi məsləhət verir. Ümümdünya Səhiyyə Təkilatının məlumatlarına görə yeni doğmuş anaların 20 faizi, yəni hər beş anadan biri doğuşdan sonra depressiyaya düşür. "O gündən dəhşətli günlərim başladı" Nigarın həyatından narazı olmağa heç bir səbəbi yoxdur - sevən və sevilən həyat yoldaşı, mülayim xasiyyətli qaynana, ali təhsil, iri şirkətdə yüksək vəzifə... "Ömrüm boyu "əlaçı" olmuşam, hər şeyi bacardığım qədər yaxşı etməyə çalışmışam. Tərifi də çox sevirəm. Hamı məni pozitiv şəxs kimi tanıyır", o deyir. Ancaq uşağı dünyaya gətirəndən sonra həyatı dəyişib: "Hamiləliyim yaxşı keçmişdi. Ancaq məncə uşağım olduğunu tam şəkildə anlamırdım. Qızlar var, böyük ailədə böyüyürlər, ətraflarında kiçik uşaqlar olur. Məndə isə elə deyildi. Necə olacaq, bilmirdim. Lakin başa düşürdüm: həyatım tamamilə dəyişəcək, özümə aid olmayacam. Ən çox valideynlər nəvə görmək istəyirdi. Məncə, bu, Azərbaycanda çox yayılmış haldır: gənc ailə, valideyn olmaq nə deməkdir - bunu tam şəkildə dərk etməyib, öz valideynlərinin təzyiqi altında dünyaya uşaq gətirmək qərarına gəlirlər". "Hər şey çox yaxşı keçdi, - Nigar hekayəsinə davam edir, - bahalı tibb mərkəzi, əla şərait. Amma yeni dünyaya gələn uşaq ilk günlərdən xasiyyətini göstərməyə başladı: ağlayırdı, yeməkdən imtina edirdi. Xasiyyətim ucbatından düşünürdüm: mən ideal ana olmalıyam, ideal ana isə öz uşağını özü əmizdirir, qayğısına özü qalır. Əsəbdən yuxumu itirmişdim, üç gün, demək olar ki, heç yatmadım. Hiss edirdim ki, ağlımı itirirəm, fikirlərim dolaşır, yaddaşım itir. Çağırdığım təcili tibbi yardım həkimi vəziyyətimlə bağlı bunu dedi: "Doğuşdan sonrakı psixoz". O gündən dəhşətli günlərim başladı, heç nəyə reaksiya vermirdim, bir nöqtəyə zillənib otururdum. Uşağa yaxınlaşmağa qorxurdum, elə bilirdim ki, mən ona zərər vermişəm, mənə görə ölə bilər. Başqalarına isə nifrət hissi yarandı. "Anlamırdım, nə baş verir" Yaxınlarım məni heç tanıya bilmirdi. Həmişə gülərüz, zarafatcıl olan mən iki sözü bir-birinə düzüb-qoşmağı bacarmayan birinə dönmüşdüm. Anlaya bilmirdim: axı sevinməliyəm, xoşbəxt olmalıyam, bəs nə baş verir? Öz-özümə danışırdım, dörd-beş gündən sonra səsli qarabasmaları başladı. Mənə elə gəlirdi ki, artıq ölmüşəm, hamı başımın üzərinə yığışıb məni söyür: "Biz elə bilirdik ki, sən yaxşı insansan, bax gör, uşağının başına nə oyunlar açmısan!" Bu zülüm təxminən bir həftəyə yaxın davam etdi. Nəhayət ki, məni güclə yatırtdılar və həkim nəzarəti altında yavaş-yavaş normal həyata qayıtmağa başladım. Bəxtim gətirmişdi ki, yanımda mənə dəstək olan yaxınlarım, həkim var idi. İndi də hərdən, üç-dörd aydan bir panika hücumlarını keçirirəm, amma onların öhdəsindən özüm gəlməyə çalışıram. İndi başa düşürəm ki, tək deyiləm və bir çox qadın belə problemlərlə üzləşir. Bəlkə də bəzi intihar etmiş qadınları buna depressiya sürükləyib. "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Bakıda məktəbəqədər hazırlıq kurslarının birində müəllimlik edən Nazilənin dediklərinə görə, heç bir qadın hamiləlik zamanı depressiya haqqında düşünmür: "Axı bu, xoşbəxtlik dövrü hesab edilir!" Onun depressiyasına səbəb doğuş zamanı keçirtdiyi həyəcan olub. "Uşağım pnevmotoraks olmuşdu, buna görə məcburi qeysəriyyə əməliyyatı keçirtdim. Üç gün ərzində doğum evində uşağın üzünü görmədən qaldım. Evə də onsuz qayıtdıq - körpə reanimasiyada idi. Bir həftədən sonra oğlum evə qayıdanda, sevincimin həddi-hüdudu yox idi, axı, uşağım sağ qaldı. Ancaq eyni zamanda böyük təşviş içində idim, hər kəs mənə məsləhət verirdi, uşaqla, özümlə, ailə həyatımla bağlı... Məsləhətlər o qədər idi və əmr xarakteri daşıyırdı ki, hərdən özümə inamım ölürdü, düşünürdüm ki, oturmuşdum da özüm üçün rahat, bu başağrısı mənə lazım idi?" Bu fikirlərə görə günah hissi keçirirdim, qorxurdum, uşağıma nəsə olar, yoldaşım bezib məni tərk edər. "Ağzından vururlar, sus" Dərdini heç kimə söyləyə bilmirsən: "Dərhal ağzımdan vururdular ki, artıq-əskik danışma, nə olub ki? Hər şey qaydasındadır. Sənin problemlərin məndə olsaydı..." Yaxınların bu yükü sənin çiyinindən götürmür, hər şey öz öhdəndədir: Sən ideal ana olmalı, evini səliqəli saxlamalı, uşağının üst-başına da baxmalısan, axı anan, nənən, qaynanan - onlar da ana olublar, uşaq böyüdüblər, ev-eşiklərinə özləri baxıblar. Hələ bir "sən isə bacarmırsan!" damğası... Qadının həyatındakı ən gözəl məqam - ana olmaq - bu gözləntilərin doğrulmaması ilə üst-üstə düşüb bütün o sevinci zəhərləyir. Yaşlı nəsildən bir istəyim var. Lütfən, gənc ailənin daxili işlərinə qarışmayın! Bəli, onların köməyə böyük ehtiyacları var, bu köməyi əsirgəməyin, amma şəxsi münasibətlərə qarışmayın. Düşünürdüm ki, vəziyyətim öz-özünə düzələcək. Axı, mən hamiləlik zamanı kifayət qədər hazırlıqlı idim, çoxlu məqalə oxumuşdum. Lakin real həyat bu yazılanlarla üst-üstə düşməyə bilər. Cəmiyyətdə hamilə qadına hörmətlə yanaşılır, amma qadının həyatına yox, üstəlik, qarışmağı, məsləhər verməyi də borc bilir: "İşə çıxırsan? Nə? Otur evdə, uşağa bax!" Depressiya zəif iradədirmi? Həkim-nevroloq, tibb elmləri namizədi Kərimə Kərimovanın sözlərinə görə, nəinki doğuşdan sonrakı, hətta adi depressiya haqqında geniş yayılmış anlayış depressiyaya uğramış şəxs üçün təhlükəli ola bilər: "İnsanlar bəzən düşünür ki, depressiya zəif iradə deməkdir. Əslində isə bu, bütün endokrin sistemin tənzimləyicisi - beynin hormonal sisteminin pozuntusudur. Və bu pozuntunun həmçinin orqanizmə təsiri var, özünü o qədər tez aşkar etməsə də, mənfi təsiri azalmır. Pixoloq izah edir: depressiya nədir? Psixoloq Ellada Qorina şərh edir: "Doğuşdan sonrakı depressiya adi depressiyanın bir növüdür. Depressiya kifayət qədər ciddi bir xəstəlikdir, psixoterapevt və psixiatrın nəzarəti altında müalicə prosesi keçilməlidir. Ən effektiv müalicə psixoterapiyanın və farmakologiyanın birgə nəzarətidir. Ancaq qeyd etmək lazımdır ki, qadının orqanizmində baş verən proseslər (yəni hamiləlik, doğuş, doğuşdan sonrakı dövr) mövcud depressiyaya meyilliyi artırır və üzə çıxarır. Adətən, biz pis əhval-ruhiyyəyə, iztiraba depressiya adını veririk. Hamilə qadının qanında endorfin, yəni, sevinc, həzz hormonu üstünlük təşkil edir. Doğuşdan üç gün keçdikdən sonra isə bu sevinc hormonlarının 50 faizi orqanizmdən yuyulur və hamiləlikdən öncəki səviyyəyə enir. Buna görə də qadın daxilində boşluq hiss edir. Bu hallar keçicidir və o qədər təhlükəli deyil. Qadın kədərli, qəzəbli, hamıdan küsmüş, günah hissi keçirə bilər. Qadınların təxminən 80-95 faizi müəyyən psixoloji problemlər yaşayır. Bu problemlər onun özünə də, ətrafdakılara da bəlli olmaya bilər, amma ana olandan sonra özünü depressiya formasında biruzə verir". "Yeni ana olan qadına dəstək vacibdir" Psixoloq Ellada Qorina davam edir: "Qadında yaranmış körpənin yaratdığı xoşbəxt həyatın təsviri real həyatla üst-üstə düşmür. Həm də ki, hamiləlik zamanı qadına xüsusi münasibət bəslənir, uşaq dünyaya gəldikdən sonra qadının hissləri, istəkləri, səhhəti maraqdan düşür. Bu zaman qadın öz prioritetlərini düzgün qurmalıdır. Patriarxal ailədə onun istəklərinə çox da diqqətlə yanaşmırlar, amma, bütün ailə birgə yaşayırsa, ailənin digər qadınları - qaynana, baldız, elti - yeni doğmuş qadına əl tuta bilərlər. Depressiyaya bir çox məqam səbəb ola bilər, amma problemin kökü - ailənin və qadının emosinal qeyri-sabitliyidir. Qadın bu zaman özünü həyatda istədiyi formada doğrultmuş hiss etmirsə, o, uşağın dünyaya gəlməsi ilə əlaqədar kifayət qədər çətin dövr yaşayacaq. Qadın özünü tez itirə bilər və burada tək qohum-əqrəbanın yox, mütəxəssislərin köməyinə ehtiyac var: Psixoloq, əmizdirmə üzrə mütəxəssis və s. Təəssüf ki, bizdə bu mütəxəssislər o qədər də məşhur deyil. Bu arada qadına məsləhət vermək olar ki, öz həyatını özünün və uşağının rahatlığı üçün qursun, ev və ailə səlahiyyətlərini ailənin digər üzvləri arasında düzgün qaydada bölüşdürməyi bacarsın. Özünü doğrultmuş hiss etməyən qadınlara isə məsləhətim belədir: Dərindən nəfəs alın! Hətta sizə elə gələ bilər ki, bu vəziyyət daimi davam edəcək, bu elə deyil. Həm də ki, uşağın dünyaya gətirilməsi və ona qayğı göstərilməsi ilə əlaqədar qadın o qədər yeni bilik və bacarıqlara malik olur ki, bu, ona gələcəkdə özünü şəxsiyyət kimi doğrultmağa mütləq yardımçı olacaq".(milli.az)

Yuxularımız nədən xəbər verir?

Psixologiyada yuxugörmələr və onların analizindən danışarkən ilk növbədə böyük mütəfəkkir Z.Freyd yada düşür. Yuxuları izah edərkən Freyd sübut etməyə çalışırdı ki, yuxugörmələr heç də təsadüfən və məzmunsuz xarakter daşımır. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəklərin  başqa formada icrasıdır. Onun fikrincə yuxular gələcəkdən xəbər vermir, belə bir halların baş verməsi isə tam təsadüfdür. Şüursuzluğun məhsulu olan yuxuların araşdırılması psixoanalitik üçün böyük imkanlar yaradır.Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin  materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir: Yuxugörmələrin təhliliYuxugörmələrin yozulması Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını, yuxunun yozulması isə əksinə, yuxugörmənin məzmununun və simvollarının tapılmasını nəzərdə tutur. Freydin fikrincə, yuxunun konkret məzmunu olduqca az məlumata malik olur. Onun qapalı məzmunu daha genişdir. Yuxugörmələrin təhlili prosesində başlıca məqsəd sərbəst assosiasiyalar metodundan istifadə etməkdir. Bu metoddan istifadə edərkən psixoanalitik bir sıra məqamlara diqqət yetirir. Yuxunun məzmunundan asılı olmayaraq, analitik şüuüraltı sahədə cərəyan edən hadisələri axtarmağa cəhd edir. Yəni yuxu görən şəxs öz yuxusunu nə qədər aydın və təmiz təsvir edirsə etsin, onun yuxuda gördüklərinə yalnız simvollar kimi baxılır. Bu simvollara əsaslanaraq şuüraltı açılır. Yuxugörmələri təhlil edərkən onlar bir neçə elementə bölünür. Patsiyentə təklif edilir ki, o özü hər bir elementi ayrı – ayrılıqda izah etsin. Patsiyent izah edən zaman sərbəst assosiasiyalardan istifadə edir. Məsələn yuxuda gördüyü insanın simasını kiməsə bənzədir, onun haqqında ilkin fikrinə gələn hər bir şeyi sözlə ifadə edir. Bu zaman onun şüuraltı səviyyəsinə enmək daha da asanlaşır. Yuxunun yozulması zamanı analitikin patsiyenti səbrlə dinləməsi, diqqətindən heç nəyi yayındırmaması mühüm şərtdir. Yalnız bu şərtlər daxilində qapalı fikirlərin açılması və yuxunun düzgün analizi mümkündür. Müəllif: Psixoloq Elgül Eyvazova

Depressiya zəif insanların xəstəliyidir? - Psixoloji səbəbləri

İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə, imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depressiyaya girmə daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik streslərlə qarşılaşmağın özü də sonda depressiyaya yol açır. Depressiya düşünüldüyü kimi, zəif insanların xəstəliyi deyildir. Tam tərsinə, daha çox məsuliyyət hiss edən, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depressiyaya daha tez düşürlər. Bundan başqa, mükəmməlliyi sevən, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevənlər, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik hissləri daşıyan, "ya hər şey, ya da heç nə” düşünən insanlar depressiyaya düşə bilər. Depressiyaya düşən insanlarda özünəinam hissi itir, psixoloji komplekslər yaranır, əhval-ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır. Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depressiyanın qarşısını almadıqda insanda yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.(xeberman)

Xoş xəbər alacaqsınız - Ulduz falı, 3 oktyabr

Qoç - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - Faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - Tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - Məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - Məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - Bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - İntizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az

PSİXOTEST RƏNGLƏR VƏ SİZİN ŞƏXSİ HƏYATINIZ

Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticəni” oxuyun. 1. Pəncərə qabağında qoyulan gül dibçəklərini xoşlayırsınızmı? a) Bəli-1 b) Xeyr-2 c) Deyə bilmərəm-3 2. Gəzmək üçün daha çox hara gedərdiniz? a) Meşəyə-1 b) Parka-3 c) Dəniz kənarına-2 3. Bayramlara münasibətiniz necədir? a) Əladır-3 b) Yaxşıdır-1 c) Baxır hansı bayrama-2 4. Sizin zolaqlı (kletkalı) parçadan tikilmiş paltarlara münasibətiniz necədir? a) Çox yaxşı-2 b) Sadə paltarlara üstünlük verirəm-1 c) Buna çox az fikir verirəm-3 5. Tam qaranlıqda özünüzü necə hiss edirsiniz? a) Ürəyim partlaya bilər-1 b) Nə qədər istəsəm qala bilərəm-3 c) Əhvalımdan asılı ola bilər-2 6. Ən çox xoşladığınız gül hansıdır? a) Qızılgül-3 b) Zambaq-2 c) Bənövşə-1 NƏTİCƏ: 15 xal və ondan yuxarı: Rənglər sizin həyatınızda xüsusi mühüm əhəmiyyətə malikdir. Harada olursunuzsa-olun, rənglərə xüsusi münasibət bəsləməli olursunuz. Ona görə sizin geydiyiniz paltarlar adətən, eyni rəngə və yaxud eyni rənglər sisteminə aid olur. Açıq, qeyri-tünd rəngləri xoşlayırsınız. Bundan sonra da rənglərlə bağlı problemlər sizi narahat edə bilər. Çünki siz həssas və tez əsəbiləşə bilən insanlardansınız. Deməli, rənglər probleminə hər yerdə, həmişə ciddi yanaşmağa davam etməlisiniz. 10-14 xallar: Sizin həyatınızda bu rənglər müəyyən mühüm əhəmiyyətə malikdir. Lakin sizin rənglərə münasibətiniz dəyişkəndir və əhvalınızdan asılı ola bilər. Bu baxımdan, qara və əsasən, tünd rənglərə münasibətiniz yaxşıdır. Paltarlarınızın rəngləri baxımından da müəyyən seçim xüsusiyyətlərinə maliksiniz. Bəzən sizi paltarlarınızın rəngi yox, daha çox onun keyfiyyəti, tikilişi və sizə necə yaraşmağı daha çox maraqlandırır. Rənglər sizə o qədər də pis təsir etmir, çünki siz təmkinli və səbirli adamsınız. 9 xal və ondan aşağı: Sizin həyatınızda rənglər o qədər də mühüm əhəmiyyət kəsb etmirlər. Elə ona görə də, sizin psixologiyanızda, xarakterinizdə rənglərlə bağlı ciddi problemlər mövcud deyil. Deməli, nəyin isə rənginin pis və yaxşı olması sizin üçün əhəmiyyətsizdir. Paltarlarınızın rəngləri də müxtəlifdir. Bu gün ağ, sabah isə qırmızı geyinməyiniz sizi narahat etmir. Siz həddindən çox səbirli, təmkinli və müəyyən mənada qapalı adamsınız.

Psixoloji inkişaf yoxlanması hansı aylarda olmalıdır?

Uşaqlar bir birindən fərqli şəkildə böyüyür və inkişafları boyunca fərqli davranış formaları ortaya qoyurlar. Bununla yanaşı, uşağınızın ilk gülümsəməsi, ilk addımı, ilk kəlmələri həm vaxt olaraq həm də forma olaraq başqa uşaqlardan fərqlilik göstərə bilər. İnsanın həyatı boyunca qət etdiyi inkişaf mərhələləri sadəcə uşaqlıq və yeniyetməlik dövrlərində sabitdir deyilə bilər. Aidiyyəti üzrə kifayət qədər elastik olan bu mərhələlərin zamanında və gözlənildiyi kimi yaşana bilməməsi inkişaf baxımından bəzi ipucları ortaya çıxarda bilər. İnkişaf baxımından ortaya çıxan pozuntular vəya ləngimələr vaxtında və erkən təsbit edildiyində lazım olan müdaxilələrlə düzəldilə bilər.İnkişaf mütəxəssisləri həm müşahidəyə bağlı olaraq həm də müasir inkişaf inventarlarının köməyi ilə inkişaf pozuntularını təyin edə bilməkdədir. Bir sıra inkişaf etmiş ölkələrdə İnkişaf Yoxlaması (Developmental Screening) adıyla bu cür müayinə və qiymətləndirmələr məcburidir. İnkişaf Yoxlaması pediatr, uşaq və yeniyetmə psixiatrı, uşaq və inkişaf terapevti kimi mütəxəssislər tərəfindən tətbiq olunur. Ameika Pediatrlar Akademiyası inkişaf yoxlamasını hər uşaq üçün 9-cu ay, 18-ci ay, 24-cü ay və 30-cu aylarda tətbiq olunmasını və bu dövrlər üçün keçərli olan standardların ödənilib ödənilməməsinin təyin olunmasını tövsiyyə edir.(Meduna.az)

Sabah 32 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 3-4-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Evdən çölə çıxmamaq - Baş verən fobiyanın səbəbləri nədir?

Bəziləri evdən çölə çıxa bilmir. Və ya çıxdıqları zaman başlarına bəla gələcəyini düşünürlər. Bəs aqorafobiyanın səbəbləri nədir? 1. Sinir sistemində meydana gələn problemlərdən qaynaqlana bilər. Bu vəziyyət biolojik vəziyyətdən də qaynaqlana bilər.2. Ailə içində aqorafobiyalı biri varsa, bu ehtimal daha çoxdur. Yəni genetik səbəblərdən qaynaqlana bilər.3. Şəxs hansısa travma keçiribsə, bu da həmin fobiyaya səbəb ola bilər.Qeyd edək ki, müalicə üsulu üçün psixoloq terapiyasına müraciət etmək lazımdır. Bəzi dərman və antidepressantlarla müalicəsi mümkündür.

Utancaqlıq, narahatlıq hissi baş qaldırır - Aqorafobiya nədir?

İnsanlar həyatları boyunca bir çox şeydən qorxarlar. Tibbi yöndən isə hər qorxunun öz adı mövcuddur. Bəs çoxlarının bildiyi, amma adını eşitmədiyi aqorafobiya nədir? Psixoloq.az  xəbər verir ki, belə insanlar özünü narahat, utancaq hiss edir, olduğu yerdən qaça bilməyəcəyini düşünürlər. Bu fobiyanın insan həyatına bir çox mənfi təsirləri mövcuddur. Bu qorxu növü panik atak yaşayan insanlarda daha çox müşahidə edilir. Belə insan nəzarəti itirir, öləcəyini və ya dəli olacağını düşünür. Sinə ağrısı, baş dönməsi, titrəmə, mədə bulantısı kimi problemlər yaşayır. Hətta bu fobiya növünə görə evdən çölə çıxmayan insanlar da var.  Aqorafobiyalı insan özünü evdə rahat hiss edir. Cəmiyyətə açıq yerlərdə olmaqdan, alış-veriş etməkdən, səyahətdən qorxurlar. Çox insanın olduğu yerdə olsalar belə, çətinliyə düşdükləri zaman kiminsə kömək etməyəcəyindən narahat olurlar. Yanlarında güvəndikləri insanın olmasını istəyirlər. Şəhanə Quliyeva

Sürətli yemək yeyənlər... - Psixoloqlar bu barədə nə deyir?

Bir çox insan sürətli yeməkdən şikayətçidir. Əksrə insanda bu artıq mənfi vərdiş halına gəlib. Bəs psixoloqlar bu barədə nə deyir? Sürətli yeyən insanlar bu mənfi vərdişdən necə xilas ola bilər? Psixoloq.az həmin yolları təqdim edir: Qidalanma ortamınızın rahat olmasına diqqət edin. Ara qidalar ilə aclığınızı nizamlayın. Yeməklərin qaynar olmamasına nəzarət edin. Yemək zamanı söhbət edin. Hər loxmanı çəngəl, bıçaqla yeyin. Ən əsası isə televiziya izləyən zaman yemək yeməyin. Stresli olan zaman yemək yeməyin. Yavaş yemə vərdişi olanlarla masa arxasına əyləşin. Şəhanə Quliyeva

Yoqa uşaqdakı stresi aradan qaldırır - Maraqlı araşdırma

Yoqa uşaqlarda rahatlanma hissini bərpa edir. Həmçinin beyində xətalı pozisiya hissinin yaranmasını ən aza endirir.  Yoqa bir növ zehin və bədən tibbi olaraq qəbul edilir. Bütün bunlarla yanaşı yoqanın uşaqlara psixoloji faydaları da mövcuddur. Hətta uşaqlarda olan qayğı və stresin yoqa ilə azaldıla biləcəyi də təsdiq edilib. Həmçinin yoqa hərəkət bacarıqlarını inkişaf etdirir. Uşaqların 4 yaşından etibarən bu hərəkətlərlə məşğul ola biləcəyi qeyd edilir. Uşaqların bədən funksiyalarının artması adətən 2-7 yaşlarında müşahidə edilir. Belə ki, qaçma, tullanma, sıçrama adətən bu zamanlarda daha da inkişaf edir. 5 yaşından etibarən isə qazanılan təməl hərəkətlərin uşaqda daha da inkiaf etdiyi bildirilir. Təməl hərəkətlər sırasında sürət, çeviklik, dayanıqlılıq əsas faktor hesab edilir. Yoqa isə bu hərəkətlərin inkişafına təkan verir. Psixoloqlara görə, uşaqlar 7 yaşından sonra daha çox idmanla məşğul olmalıdırlar. Həmçinin ekspertlər yoqanın məktəb öncəsi və məktəblərdə uşaqların dərs siyahısına salınmalı olduğunu vacib hesab edirlər.

Rəqabət istəklərinə fikir verin - Günün ulduz falı

Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun. Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar. Yeni ideylarınız dəstəklənməyəcək. Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın. Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın. Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə "lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın. Başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın. Səhhətinizin qeydinə qalın. Travma və xəstəlik riskləri artır. Texnika ilə çalışanda ehtiyatlı olun. Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir. Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin. Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır. Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil.  Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir. Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək. Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın. Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin. Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar. Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir. Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın. Axşam saatlarına yaxın gərginlik artacaq. Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq. Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün. Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin. Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın. Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın. Normal istirahət etməyə çalışın. Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın. Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək. Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var. Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək. Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin. Milli.Az

Deputat dərslərin sentyabrın 15-də başlamasına qarşı çıxdı - Bu uşaqlara necə təsir edə bilər?

Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanmasını təklif edilir. Modern.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli çıxış edib. Deputat bildirib ki, dərslərin sentyabrın 15-də başlanması təshil sisteminin pozulmasına səbəb olur . “Yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər. Lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilin sentyabrın 1-də qaytarılması daha düzgün olardı”. Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılması məsələsinə toxunub. “Uşaqlara yüklənən vəsait onların sağlamlığına ziyan vurmuş olur. Uşaqlar artıq öz çantalarını daşıya bilmir. Onlara ya sürücü ya da valideynlər kömək edir”. Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Psixoloqların düşüncələrinə görə, dərs yükünün azalması uşaqlar üçün müsbət nəticə verə bilər. Çünki ağır dərs yükü uşaqların azyaşından kurslara getməyini məcbur edir. Bu da onların azyaşlıların normadan çox yüklənməsi deməkdir.

Uşağınız oxuma və yazmağı bilmirsə...

Bəzi uşaqlarda müşahidə edilən oxuma pozuntusu, diqqət əksikliyi və s kimi problemlər əksər zaman ailələrin diqqətindən qaçır. Mütəxəssislər bu barədə valideynləri diqqətli olmağa çağırır. Mövzu ilə bağlı türkiyəli psixoloq Arslan Özcanlı məlumat verib. Psixoloqun sözlərinə görə, əgər uşaqlarda rahat yazma, oxuma yoxdursa şübhə duyulmalıdır. Bu zaman uşağa zəka testi etdirilməlidir. Adətən uşaqlar riyazi hesablarda daha çox çətinlik çəkirlər. Uşaqların bəziləri hərfləri qarışdırma problemini yaşayırlar. Belə ki, b-d, ve-ev və m-lərin n kimi oxunmağı mümkündür. Yaranan problemləri adətən 3 yaşından sonra təsbit etmək mümkündür. Oxumada olduğu kimi yazmada da çətinliklər yarana bilər. Problemi fərq edilməyən uşaqlar, məktəbi buraxmaq məcburunda qalırlar. Bəzən isə uşaqlarda yazıları tərs oxumaq kimi xüsusiyyət formalaşır.Bu vəziyyət ana ata tərəfindən aşkar edilmədiyi zaman çox çətin hal alır. Azyaşlı dərsləri oxuya bilmir, valideyn isə dərində yatan əsas səbəbi anlamır. Nəticədə isə uşaqlar məktəbi tərk etmək məcburunda qala bilirlər.  Belə uşaqların bir qismi tamamilə müalicə edilərək düzəldilir. Müalicə psixoloq, pedaqoqlarla birlikdə aparılır.(həkimtap)

Bu yaşda uşağı bağçaya qoymayın – Psixoloq bağça seçimindən danışdı

Bağça uşağın sosiallaşması baxımından mühüm yerdir. Bu səbəbdən mütəxəssislər valideynlərə müəyyən yaşdan sonra uşaqlarını bağçaya qoymağı tövsiyə edirlər. Ancaq ilk zamanlar istər uşaq, istərsə də ana üçün çətin dövr olur. Çünki hər uşaq baxçaya eyni cür adaptasiya olmur. Bəs bağçada nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özeçelebinin sözlərinə görə, uşaqları bağçaya göndərməmişdən  qabaq  onları bu rejimə alışdırmaq lazımdır:  “Yəni ilk olaraq baxçanın yemək saatına, oyun zamanına diqqət edilməlidir. Bağçadan öncə onun haqqında uşağa məlumat vermək lazımdır. Həmçinin digər uşaqlarla oynamağa, paylaşmağı öyrətmək lazımdır.  Eyni rejim isə evdə tətbiq edilməlidir ki, uşaq buna alışsın”. Psixoloq uşaqların 3 yaşında qoyulmağının əleyhinədir.  “Çalışılmalıdır ki, bağçaya qoyulan zaman uşaq 3 yaş krizinə düşməsin. Ya 3 yaşından əvvəl ya da sonra göndərmək daha məqsədli olar.  Çünki 3 yaş krizində adaptasiya daha çətin olur. Uşağın alışması rahat keçsin deyə uşaq sərbəst buraxılmalıdır. Məs, çalışılmalıdır ki, azyaşlı yeməyi yeyə bilsin, tualet etiyacını görə bilsin. Əgər uşaq özünə baxa bilərsə, adaptasiya müddəti daha rahat olar. Ən əsas məqamlardan biri isə uşağa onun rahat edəcəyi geyimləri geydirməkdir”,-deyə psixoloq vurğulayıb. Şəhanə Quliyeva

Azərbaycanda inanılmaz mağaza: Burada hər şey pulsuzdur - Bu təşəbbüs azyaşlıların...

İsmayıllı sakinləri ehtiyacı olan insanlara əl tutmaq üçün maraqlı bir yola əl atıblar. Psixoloq.az ARB TV-yə istinadən xəbər verir ki, bu rayonda elə bir mağaza var ki, burda satılan hər şey pulsuzdur. Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları təqdim edir. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir. Xamis Babayev – Sakin: “Kimlərinsə maddi imkanı aşağıdır, burden yararlı paltar alıb istifadə edirlər. Gözəl təşəbbüsdür. Kəmalə Xəlilova – Sakin: “5 uşaq anasıyam, uşaqlar bir-birinin paltarını geyinirlər. Eşitdim burada belə bir mağaza var. Gəldim müraciət etdim”. Nariyə Babayeva – Sakin: “Paltar götürmüşüy uşaqlara. Bu mağazanı açanlara, bu şəraiti quranlara təşəkkür eləyirik. Çox sağolsunlar”. Vitrində ayaqqabı, uşaq geyimləri, yay və qış geyimləri üstünlük təşkil edir. Ölçülər də fərqlidir. İsmayıllı ilə yanaşı, qonşu Ağsu və Göyçay rayonlarından da mağazaya maraq böyükdür. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyası çərçivəsində hətta əlil vətəndaşa əlil arabası, bir neçə imkansız ailələrə isə məişət avadanlıqları hədiyyə olunub. Psixoloq.az bu barədə psixoloqların rəyini öyrənib. Belə ki, mütəxəssislərə görə, atılan bu addım digər insanlarda da mərhəmət hissinin yüksəlməsinə, yardımlaşma hissinin artmağına dəstəkdir. Bununla insanlar həm ehtiyacını təmin edə bilir, həmçinin kömək edir. Təşəbbüs xüsusilə də azyaşlıların tərbiyəvi böyüməsinə müsbət təsir göstərir.

Ayın ilk gününə olan HAVA PROQNOZU

Azərbaycanda oktyabrın 1-ə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20°, gündüz 24-28° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 27-32° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 24-29° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti təşkil edəcək. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20°, gündüz 23-28° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti təşkil edəcək.

Yaxşı ailə sahibi olmaq üçün bunlara əməl edin

Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı da məhz düzgün qurulmuş ailədədir. Psixoloq.az xəbər verir ki, bolqar alim-psixoloqlar ailənin dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar. 1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə qadınlıqla bağlı hər şeyə önəm verməlidir. 2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət, qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər qadından tələb olunur. 3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü. Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək. 4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq yenə də hər şey sizdən asılıdır. 5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin, kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz, deməli, həqiqətən də bir-birinizə yaraşırsınız. 6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə, dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq öyrəşmisiniz. 7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız. Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin. Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq. Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq qiymətləndirəcək. 8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər. 9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın. 10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin və ərinizdən də bunları tələb edin.(gencaile.az)

Kitab oxumağın bilinməyən faydası AÇIQLANDI

Kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, kitab oxumaq, insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır.  Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Psixoloqlara görə, mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır.

Romantik tanışlıqlar üçün çox münasibdir - Günün ulduz falı, 1oktyabr

Qoç - Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər. Buğa - Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir. Əkizlər - Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir. Xərçəng - Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz. Şir - Bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər. Qız - Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin. Tərəzi - Sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın. Əqrəb - Köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək. Oxatan - Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır. Oğlaq - Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin. Dolça - Bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir. Balıqlar - Aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq. Milli.Az

Ayaqların qoyuluşu saxladığını sirri biruzə verir - Test edin

Bədən hərəkətlərinin dili — insan haqqında ən əhəmiyyətli informasiya mənbələrindən biridir. Təbii ki, gün ərzində biz çox hərəkət edirik, amma hər bir insanda sevimli pozalar vardir, hansılar ki, onun xarakterindən danışa bilərlər. Bu gün biz oturma zamanı ayaqların müxtəlif vəziyyətləri haqqında danışacayıq. Poza A Bu İnsanlar çox qətiyyətsiz və vasvasıdır. Bu fakt onları fövqəladə məyus edir ki, onlar bununla heç nə edə bilmirlər. Belə insanlar öz güclərini və qabiliyyətlərini qiymətləndirmirlər.Bu introvertlərdir, hansılar ki, səs-küylü ortamlara dözmürlər və təklikdə vaxt keçirməyi sevirlər. Bununla belə, onlar incə analiz etmek bacarığına malikdilər. B pozası Bu insanlar öz güclərinə və imkanlarına cox əmindirlər. Onalar açıq liderlərdir, hansılar ki, karyeraya görə böyük qurbanlara da hazırdır. Hadisələrin sürətli dəyişməsi onların xoşuna gəlir, onlar monotonluqları daşımırlar. Ayaqların belə vəziyyəti Avropada və Asiyada çox yayılmışdır. Poza C Dağinliqliqa , diqqətsizlikdə və pintilikdə bu insanları tez-tez ədalətsiz ittiham edirlər. Əslində onlar yumulu gözlərlə lazımlı şeyi tapa bilərlər. Heyata baxışları bütovlükdə onlara məxsusdur. Əsas onların çatışmazlığı — diqqətsizlikdir. Onların fikri asan yayınır. Poza D  Bu İnsanlar— səmimidir, dürüstdür . Belə keyfiyyətlər onlara məxsusdur, dəqiqlik, metodiklik və pedantizm kimi... Bu insanlar özünü bir az soyuq aparırlar, amma aldadıcı maska arxasında qızıl ürək gizlənir. E pozası Bu insanlar qapalı və təmkinlidir. Onlar tənqidə çox həssasdır, buna görə ən kiçik tənəyə də dözmürlər. Dostları onlarla yaxshi munasibət saxlamaq uçun onların tez sınan ürəyinə toxunmamalıdırlar. 

Gəncliyin ilk dövründə ortaya çıxan problemlər

Yeniyetməlik və gəncliyin ilkin dövründə ortaya çıxan problemlər: Şəxsiyyət pozuntuları və şəxsiyyət ziddiyyətləriYeniyetməlik kriziSosial fobiya və komplekslərAnksiyete (Həyəcan) pozuntularıDepressiya, bipolyar pozuntu və digər emosional pozuntularCinsi problemlərMaddə sui-istifadəsiDavranış problemləriAdaptasiya və sosial problemlərYemə pozuntularıPosttravmatik stress

Bu qadınların övladları daha AĞILLI OLUR - Elmi ARAŞDIRMA

Ciddi və sərt anaların övladları daha ağıllı və bacarıqlı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir. Psixoloq.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur. Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib. Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar. Uşaqlarına böyük ümidlər bəsləyən anaların övladları daha çox özünəinamlı və əzmkardır. Tədqiqatın nəticələri göstərib ki, sərt anaların qızlarının vaxtından əvvəl hamilə qalmaq şansı 4 faiz azdır. Həmçinin sərt anaların uşaqlarının məzun olmaq və yaxşı iş tapmaq ehtimalı daha yüksəkdir. Bu, qeyri-real görünə bilər, amma, tələbkar və ciddi anaların uşaqları daha bacarıqlıdır. Psixoloq məsələni belə izah edib: “Bir çox hallarda valideynlərin iradəsi əleyhinə gedərək bizim üçün ən münasib hesab etdiyimiz işlərdə uğur qazanırıq. Amma biz nə qədər çalışsaq da, valideynlərimizin verdiyi istənilən tövsiyələr qəbul etdiyimiz qərarlara təsir edir. Lakin biz hesab edirik ki, hər şeyi özümüz həll edirik". Uşaqların əksəriyyəti zəhmli anaları düşməni hesab edir. Hərdən elə gəlir ki, onlar uşağın həyatını cəhənnəmə çevirirlər. Amma sonra uşaq böyüyür və buna görə anasına təşəkkür edir. O, anasının onu gücləndirmək üçün etdiyi bütün səylərini anlaya və qiymətləndirə biləcək. Və ehtimal ki, eyni tərbiyə nizamnaməsini növbəti nəslə ötürəcəkdir.(publika.az)

Cavid Gül Tünzaləyə SÖZ ATDI: "Görəsən, ağlayıb pul yığaram?"

Tanınmış aparıcı Cavid Gül ATV-də yayımlanan "Bizimləsən" verilişində Əməkdar artist Tünzalə Əliyevanın “Hummer” markalı lüks maşını olduğu halda efirə çıxıb ağlamasını birmənalı qarşılamayıb. Psixoloq.az xəbər verir ki, aparıcının İnstaqram hesabında paylaşdığı sözlərin aktrisaya ünvanlandığı irəli sürülüb. O, instaqramda qırmızı rəngli bahalı avtomobil şəkli yerləşdirərək, "İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?" qeydini yazıb. Cavidin hesabında yazdığı status müzakirələrə səbəb olub. İzləyicilər bildirib ki, Cavid Gül bu paylaşımı ilə Toppuş bacıya söz atıb və "Bizimləsən" verilişində mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyasını tənqid edib. Lakin bu barədə açıqlama verən aparıcı bildirib ki, yazdıqlarının Tünzalə Əliyeva ilə heç bir əlaqəsi yoxdur: “Kiminsə xəstəliyini lağa qoyacaq dərəcədə alçaq deyiləm və paylaşımımda kiminsə səhhəti haqqında heç nə yazmamışam. Cavid Gülün necə bir insan olduğunu Allah bilirsə, cahil və boşboğaz insanların nə düşündüyü önəmli deyil. İnsana şəfanı da, ruzini də verən Rəbbimdir. Şərhlərdə mənə bəddua və lənət yağdıranlar, "Şübhəsiz, lənət bir kimsəyə yönəldildiyi zaman onun özünə yönələr. Əgər ona bir yol və mənfəz (dəlik) taparsa, (o kimsə lənəti haqq etmişsə) onda qalar. Lənət haqqı deyilsə, "Ey Rəbbim, filan kimsəyə yönəldildim, lakin ona nə bir yol və nə də bir mənfəz tapa bilmədim" deyər. Ona, "Gəldiyin yerə geri dön" deyilər”. (ət-Tergib ve'-Tərhib, 3: 473.) Allah hər kəsin ürəyinə görə versin. Bacı-qardaşlarımıza şəfa, ruzi və hidayət bəxş etsin. Bu mövzu bağlıdır”.(Publika.az)

Sentyabrın son günü hava necə olacaq?

Azərbaycanda sentyabrın son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək. 

Elektron qurğular beyin fəaliyyətini azaldır - Dəhşətli araşdırma

"CHEO" tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltdığını və normal inkişafa mane olduğunu müəyyənləşdiriblər. Psixoloq.az bildirir ki, tədqiqatlara görə, 20 uşaqdan yalnız biri qurğulardan təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verirlər. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azaldığını, eləcə də ümumi səhhətin pisləşdiyini göstərib. Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.(azərtac)

Payız depressiyası psixoemosional dəyişikliklərlə özünü büruzə verir

Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depressiyasından əziyyət çəkir. Mövsümü əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stressə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər. Psixoloq.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib. Onun dediyinə görə, günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur və bunun nəticəsində əhvali-ruhiyyə aşağı düşür. Payız depressiyası daha çox qadınlarda müşahidə olunur. Psixoloq depressiyaya qarşı mübarizə üsulları barədə deyib: "Payız aylarında hava şəraitindən asılı olmayaraq xoş əhvali-ruhiyyə yaradan rəngbərəng geyinməkdən imtina etməmək lazımdır. Meditasiyalara üstünlük vermək, yəni özünə müsbət enerji aşılamaq, daxilən hər şeyin sakit və rahat olduğunu özünə təlqin etmək vacibdir". Respublika Kliniki Uşaq Xəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadə bu barədə danışarkən deyib: "Payız depressiyasından əziyyət çəkənlərin çoxu qanazlığı problemi ilə qarşılaşır. Orqanik qanazlığı depressiyanın səbəblərindən biridir. Çünki əksər hallarda qanazlığı psixoemosional dəyişikliklər, özünəqapanma, halsızlıq, yuxuya daha çox meyilliliklə özünü göstərir". Onun dediyinə görə, depressiya zamanı qidalanmağa ciddi fikir verilmək lazımdır. Kalorili qidalar qəbul etmək, bol su içmək də əsas tövsiyələr sırasındadır.(azərtac)

Daim gülümsəyən uşaqlar - "Xoşbəxt kukla" sindromu nədir?

"Bəzən həyatda daim gülümsər və ya hər zaman dişləri görünən insanlara rast gəlirik. Diqqətlə müşahidə etdikdə onlarda başqa anomaliyaların olduğunu da görmək mümkündür. Bu qeyri-adilik ilk dəfə 1965-ci ildə britaniyalı pediatr Harri Angelman tərəfindən aşkar edilib. Məhz bu səbəbdən problem Angelman sindromu adlandırılıb. Sindroma bəzən "xoşbəxt kukla" da deyilir. 1987-ci ildə Amerikada aparılan araşdırmaya görə, sindromun yaranmasının səbəbi anada 15-ci xromosomda gen çatışmazlığıdır. Psixoloq.az bildirir ki, bu sözləri azərtaca müsahibəsində Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib. Genetik pozuntular səbəbindən meydana çıxan sindromun əlamətləri haqqında məlumat verən həkim bildirib: "Angelman sindromu yuxu pozuntuları, sarsıntılı hərəkətlər, xüsusilə əlləri çırparaq səbəbsiz və mütəmadi qəhqəhə çəkmək və ya gülümsər görünməklə təzahür edən neyrogenetik problemdir. Bu sindromdan əziyyət çəkən insanlarda zehni gerilik, 80 faiz hallarda epileptik tutmalar, nitq qüsurları, anlama qabiliyyətinin nitqə nisbətən daha çox inkişaf etməsi, gəzmədə anormallıq, eləcə də müvazinətin pozulması kimi bir sıra problemlər müşahidə edilir. Həmin insanlar tez həyəcanlanır, səbəbsiz əl çalır, daim xoşbəxt görünür, sosial əlaqə qurmağı sevir, bəzən bir yeri ağrıyanda ağlamaq əvəzinə gülür, hiperaktiv olurlar". Məlahət Qasımovanın sözlərinə görə, rastgəlmə tezliyi tam məlum olmasa da, təxmini hesablamalara görə, bu problem hər 20-25 min insanda bir görülür. Əgər yeni doğulmuşda əzələ tonusu aşağıdırsa, uşağın nitqində ləngimə varsa, hərəkət zamani ayaqlar qatlanmırsa (buna marionetka yerişi deyilir), simasında həddindən çox gülüş varsa, 15-ci xromosomun genetik analizini aparmaq tövsiyə olunur. "Xoşbəxt kukla" sindromu zamanı iki yaşına qədər uşaqların əksəriyyətində baş çevrəsində kiçilmə müşahidə olunur, onların xeyli hissəsində üç yaşından sonra epilepsiya tutmaları başlayır. Yaş artdıqca yuxu pozulmaları, əzələ zəifliyi, qidalanma və udma çətinlikləri, oynaqlarında hərəkət məhdudiyyəti, skolioz kimi onurğa problemləri də müşahidə edilir. Həmin sindromlu uşaqlarda ağız quruluşu daha geniş, çənə irəliyə doğru qabarıq, dişlər seyrək olur. Ağızda daim çeynəmə hərəkətləri və selik axma nəzərə çarpır. Epileptik simptomlar çoxdursa, antiepileptik dərmanlar verilir, yuxu normallaşdıran vasitələrdən istifadə edilir. Bağırsağın hərəkətini normallaşdırmaq üçün isə xəstəyə səna çayı içirmək məsləhətdir. Müalicə zamanı danışma terapiyası, hidroterapiya və musiqi terapiyası tətbiq edilir. Həmin uşaqlar üçün ailənin və cəmiyyətin dəstəyi çox vacibdir. Yaş artdıqca bəzi nəzərəçarpan əlamətlər zəifləyir və xəstəliyin tipik simptomlarını fizioterapevtik müalicələrlə azaltmaq olur, çünki bu, degenerativ sindrom deyil və müntəzəm şəkildə tərbiyə olunanda davranış dəyişikliklərinin baş verməsi mümkündür. Bu sindromla doğulan uşaqlarda yanaşı xəstəliklər olmadıqda onların yaşamasında da problem yaranmır". Xəstəliyin müalicəsi ilə yanaşı uşaqlarla psixoloq da məşğul olmalıdır. Çünki belə vəziyyətlərdə ən yaxşı tərbiyəvi istiqaməti məhz psixoloqlar verə bilər.

Əhvalınızı korlamağa çalışacaqlar - Günün ulduz falı, 29 sentyabr

Qoç - çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da, belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız. Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Əla əşyalar əldə etmək şanslarınız var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər. Buğa - bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur. Əkizlər - günün ilk yarısı əsla nəzərdə tutulmamış, qəfil işin görülməsi zərurəti ilə başlaya bilər. Əhvalınızı korlamağa çalışacaqlar. Emosiyalara uymayın, diqqətli olun. Biznesdə tərəfdaşlarınıza, fəaliyyətinizdəki insanlara diqqətlə yanaşın. Qayğıkeş, səmimi olun. Günün ikinci yarısında bəzi anlaşılmaz məsələləri həll etmək olar. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələri dəf etməyincə irəliləyiş mümkün olmaycaq. Baş verən hadisələrə rəğmən emosiyalara qapılmayın. Sakit, soyuqqanlı olsanız, situasiyanı obyektiv dəyərləndirərək böhranın ən optimal həll variantını tapa biləcəksiniz. Axşam saatlarında normal istirahət edin.  Xərçəng - kiçik, amma dərhal həll olunması gərəkən məsələlər var. İşçi məqamların çözülməsində aramla çalışın. İşdə həmkarlarınızın fikirlərini nəzərə alın. İnzibati məsələlərin həllində yaxın dostlarınız, tərəfdaşlarınız və ya şəriklərinizin köməyindən faydalana bilərsiniz. Günün ikinci yarısında dövlət qurumlarından birinə baş çəkmək, rəhbərliklə müzakirələrə başlamaq, hesabatlar hazırlamaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə bəlli həddi keçməyin. Kommunikasiyalar və təmaslar qarşılıqlı sayğı, anlaşma üzərində qurulmalıdır. Axşam saatlarınızda vücudunuzda ağrılar hiss etsəniz, dərhal mütəxəssisə üz tutun. Şir - gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır. Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər. Qız - məhsuldar fəaliyyətin naminə müəyyən məsələləri qurban vermək olar. Təcili həllini gözləyən problemləri sıralayın. Ən önəmli məqamları seçərək ön plana çıxarın. Situasiyadakı qəfil dəyişikliklərə psixoloji baxımdan hazır olun. Günün ikinci yarısında işdə rəhbərliklə danışmalı olacaqsınız. Gərəkli tonu seçin, ehtiyatlı olun. Sakin və məntiqli olun. Belədə mühüm məsələləri öz xeyrinizə həll edə bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın.  Tərəzi - günün ilk yarısında maddi məsələlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələlərin həllini ertələmək də olar. Aldığınız informasiyaları və məlumatları təhlil etmədən fikir yürütməyin. Qərar qəbul edəndə təmkinli olun. Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Şirnikləndirici vədlər sizi uğursuz plana və ya layihəyə qatmaq məqsədi daşıyır. Yaxın ətrafınızdakı insanlardan biri sizi bilərəkdən yanlış məlumatlar vasitəsilə səhv addım atmağa sövq etməyə çalışır. Ümumi qaydaları pozmayın, ilkin plan çərçivəsindən kənara çıxmayın. Həmkarlarla sıx tərəfdaşlıq xeyrinizə ola bilər. Əqrəb - maliyyə məsələlərində sayıq olun. Mühüm sənədlərin imzalanmasında, işgüzar yazışmalarda təfərrüatları nəzərdən qaçırmayın. Hansısa proseslərlə bağlı şübhələriniz yaranarsa, bir qədər nəfəs dərin. Amma yerinizdə saymayın, irəliləməyə can atın. Günün ikinci yarısında təklifləri dəyərləndirmədən qərar verməyin. Bəzi məsələlərdə tələskənlik ciddi fəsadlar yarada bilər. Hadisələrin pərdəarxasındakı məzmunu anlamasanız, yanlış addım atacaqsınız. Uzaq qohumlardan birinə yardım gərəkdir. Ona kömək etməyi unutmayın. Oxatan - təcili işlərin həllinə yetərincə vaxt ayırın. Diqqətli olun, detallara fikir verin. Bəzi nüanslar fikrinizdən yayınarsa, tələsməyin, onları nəzərdən keçirin. İkinci dərəcəli məsələlərə bütün diqqətinizi ayıraraq vaxtınızı fövtə verməyin. Günün ikinci yarısında cari işlərin həllində təmkinli olun. Emosiyaların tarıma çəkildiyi anlarda soyuqqanlı davranın. Yaxınlarınızın mövqelərinə fikir verin, onların nə istədiklərini anlayın. Sözlərinizdə neytral olun, dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Bədxahları izləyin, onların əməllərini müşahidə edin. Oğlaq - günün ilk yarısı yeni bilik və məlumatların əldə edilməsi, dünyagörüşünün artırılması, hadisələrin mahiyyətinin anlaşılması üçün əlverişlidir. Yaşanan vəziyyətin təkanverici məqamlarını araşdırın. Hadisələrin məğzini anlamağa can atın. Belədə sizi narahat edən məsələlərin həllini tapa bilərsiniz. Günün ikinci yarısında sirlərinizi kimsə ilə bölüşməyin. Yaxşı tanımadığınız insanları niyyətlərinizdən xəbərdar etməyin. Gerçək niyyətləri sizə tam bəlli olmayan insanlarla tərəfdaş olmayın. Axşam saatlarını özünüzə həsr edin. Dolça - günün ilk yarısı mühüm işlərin çözülməsi üçün yararlıdır. Təşkilati və inzibati problemləri həll edərkən məhsuldar çalışın. Toplantıya qatılsanız, həmkarları və ya tərəfdaşları sərt tənqid etməyin. Lider olmaq istəyirsinizsə, ətrafınızdakı insanları arxanızca aparmağı bacarın. Günün ikinci yarısındakı çətin situasiyada məntiqli davranın. Nüfuzunuza zərbə dəyməsini istəmirsinizsə, aktual hadisələrin axarını izləyin. Axşam saatlarında gərəkli məlumatı internetdən araya bilərsiniz. Balıqlar - səhər saatlarını cari məsələlərin həllinə, məişət problemlərinin çözülməsinə və peşə fəaliyyətinizlə bağlı xırda nüansların aradan qaldırılmasına həsr edin. Gün ərzində maksimum dərəcədə təmkinli, səbrli olun. Emosional davranmayın. Hisslərinizə hakim olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdən konstruktivlik, hər sözünüzə cavabdeh olmağı tələb edəcək. Yaşam arealı və daşınmaz əmlakla bağlı məsələlərin həllində tələskənliyə yol verməyin. Yeni layihəyə başlamağa tələsməyin. Milli.Az

WhatsApp-da yayılan ağır xəstəliklə bağlı xəbərə Nazirlikdən reaksiya

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin bəzi bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib.  Psixoloq.az xəbər verir ki, nazirlikdən "Report"a verilən məlumata görə, bu kimi yanlış informasiyalar əsassızdır. Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 dəfə aşağıdır: "Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər yerlərdə olduğu kimi, Bakının Yasamal və Nəsimi rayonlarında da yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir". Bu barədə portalımız psixoloqların da fikirlərini öyrəniblər. Psixoloqlara görə, bu tipli məlumatlar ilk dəfə yayılmır. Bununla bir qrup insanlar təşvişə salmaq və ya hansısa təxribat məqsədi güdürlər. İnsanların ilk eşitdiklərinə inanmamaqlarını və dəqiqləşdirməklərini tövsiyə ediblər.

Psixoloji prosesləri ölçən sahə - Psixometrik qiymətləndirmə nədir?

Psixometriya insanların zehni funksiyalarını, mənəvi vəziyyətlərini, davranışlarını, emosiyalarını və digər psixoloji proseslərini ölçən psixologiya sahəsidir. Psixometrik qiymətləndimə, bu məqsədlə inkişaf etdirilən testlərlə həyata keçirilir. Psixometrik testlər standartlığı və obyektivliyi qəbul olunmuş ölçmə vasitələridir.Psixometrik testlər bizə bir insanın psixoloji vəziyyəti haqqında diaqnostik məlumat verir. Psixometrik testlər şəxsiyyətin daha əsaslı olaraq qiymətləndirilməsinə kömək edir. Bu gün psixometrik testlərdən müxtəlif məqsədlər üçün bir çox sahələrdə istifadə edilir. Diaqnostika və Qiymətləndirmə Bölməmizdə İstifadə Olunan Psixometrik Vasitələr WISC-RStanford-BinetWAISCDRStroop Test(meduna.az)

Sabahın HAVA PROQNOZU açıqlandı

Azərbaycanda sentyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tanınmış rejissordan Tünzalə Əliyevaya - "Həmişə sənə nifrət etmişəm"/Foto

"Tanınmış rejissor Tofiq Teymuroğlu  sosial şəbəkədə aktrisa Tünzalə Əliyeva ilə bağlı status paylaşıb. Psixoloq.az xəbər verir ki, o son zamanlar aktrisanın məhz ipotekası üçün insanlardan pul yığmaq istəyini kəskin şəkildə tənqid edib. Həmin yazını sizə təqdim edirik: "Həmişə sənə nifrət etmişəm. İndi lap çox nifrət etdim. Əsas da hokkabaz Zaura". Məlumat üçün bildirək ki,  bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir. Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. Tünzalə Əliyeva isə  Kərimlinin müsahibəsini oxumadığını qeyd edərək vəziyyətinin yaxşılaşdığını bildirib. "Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" - deyə Əliyeva bildirib",-deyə Əliyeva açıqlayıb. Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə isə aktrisa, könlünün belə istədiyini bildirib.  Psixoloqların sözlərinə görə, bəzi məqamlar, hadisələr var ki insanlar onlara reaksiyasız qala bilmirlər. Buna  xəstəliklər, acınacaqlı vəziyyətlər və s daxildir. Hər halda məşhurların öz məqsədi üçün insanların duyğularından bu şəkildə istifadə etməsi tamamilə yanlışdır. Psixoloqlar insanda olan sevgi hissinin kəskin şəkildə nifrətə çevrilə biləcəyinin mümkün olduğunu vurğulayıblar. Şəhanə Quliyeva

Xəyanət probleminə psixoloji baxış…

Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var: Fiziki, psixi və sosial xəyanət…Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir. Sanki onu cəmiyyətdən uzaqlaşdırır… XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir.Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər.Kişilər üçünsə əksinə….Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəflidir. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.Qadın ərində hər gün bu sözləri eşidir :Yemək hazırdır? Yatım tezdən işə getməliyəm? Nə deyim özün bilirsənki, səni çox istəyirəm? Kişi isə arvadından daha çox bu cümlələri eşidir :Sən yat mən paltarları yumalıyam? Köynəklərin hazırdı? Uşaqların əlindən bezmişəm…Bu yorğun vaxtımda sən nə istəyirsən axı ???Bu sözlər nə qədər çox işlənirsə siz bir o qədər xəyanətə yaxınlaşırsız. Və əgər ailədə xəyanət varsa bu birərəfli deyil. Yəni həm kişinin həm qadının günah payı var.Azərbaycanda qadınların evə ailəyə bağlılıqı və ətrafdan qorxusu o qədər böyükdür ki, onlar özlərini tamam soyuq hissiz ailədə belə dinib-danişmadan ömür keçirməyə məcbur edirlər.Amma kişilər zaman keçdikcə xanımı qarşısında hislər borc hissinə çevrilir: Evə bazarlıq, uşaqlara xərclik, həyat yoldaşına ayda 2 dəfə mehribanlıq…Sırf öz ölkəmizdən danışırıqsa onu da qeyd etmək məcburiyyətindəyəm ki, bizdə ailə quranda sanki hər şey bitir və xanımlar sanki özlərinə elə buna hazırlayırdılar..Təki ailə qurum…Bu düşüncənin özü belə yetər ki, ailədə xəyanət baş versin..Elə yalnışa da bax burda yol verirlər..Ailə qurulanda son yox yeni bir başlangıc yaranır..Kişi xəyanət edirsə bu, ərini belə addım atmağa sövq edən qadının səhvidir. Öz vaxtının həyatının öz istəklərini və nəhayət öz bədəninin qiymətini bilməyən qadına taleyin töhvəsi nə ola bilərki ?Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır.Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir.Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər.Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünya görüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır.Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər.Evdar – günü mətbəxdə keçən qadınlar ən çox xəyanətə məruz qalırlar.Savadlı işləyən xanımları ərləri daha çox istəyir və qiymətləndirir. Axı belə qadınları aldatmaq bir az çətindir…Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq)…Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur..Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər.Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanətkarlıq da var... Amma psixoanaliz bu vəziyyəti tam açıqlayır və bizim bu prosesi öyrənməyimizə yardımçı olur.(psixotest.az)Allahverdiyeva LaləPsixoloq

Uşaqlara fiziki əngəlli uşaqlarla bağlı necə məlumat verilməlidir?

Əvvəla onu qeyd edim ki, bu bir neçə mərhələli prosesdir. 1. Öncə uşaqlara fərqliliklərdən danışın. İnsanların bir-birindən fərqli olmasını nümunələrlə izah edin. Məsələn: sarı və ya qara saç, uzun və ya qısa boy, dolu və ya arıq, əsmər və ya ağbəniz, zarafatçıl və ya ciddi. Sonra bacarıqların da fərqli ola biləcəyindən. Biri rəsm çəkməyi sevirsə, digəri rəqs etməyi sevir. Biri yemək bişirməyi çox yaxşı bacarırsa digəri gözəl yazılar yazmağı və s.2. İkinci mərhələdə mütləq hörmət etməyi aşılamalısınız. İzah etməlisiniz ki, insanlar hər necə görünürlərsə, hər nəyi bacarır və ya bacarmırlarsa onlar istəyirlər ki başqaları onları anlasın, hörmət etsin, olduğu kimi qəbul etsin. Məsələn dərslərini sənin kimi yaxşı dərk edə bilməyən bir uşaq istəməz ki, sən ona bacarıqsız deyib təhqir edəsən, ondan uzaqlaşasan. İstəyər ki yanında olasan, ona dəstək olasan. Fikrimcə sən də bunu istəyərdin.3. Və sonunda izah edin ki bizim ətrafımızda bəzi fərqlilikləri olan insanlar var. Məsələn bir ayağı olmayan və ya danışdıqlarımızı eşitməyən, ya da gözləri görməyən. Onlar hansısa bədən orqanına görə fərqlidirlər. Biz insanlar bütün fərqliliklərimizlə gözəlik və bir-birimizə dəstək olmalıyıq. Əgər uşaqlar sizə gördüyü bir fiziki məhdudiyyəti olan insan haqqında sual versə ona qısa və sadə cümlələrlə izah verin. Əgər fiziki əngəlli şəxs tanışdırsa və özünün də icazəsi varsa şərait yaradın o özü uşağa məlumat versin. Və başqa mövzulardan da müzakirə etsinlər. Söhbət yalnız əngəllər üzərində qurulmasın. Əgər övladınızın bu mövzuda sizi narahat edən yanlış davranışları varsa ona bu mövzunu nağıl şəklində də danışa bilərsiniz. Nağıl zamanı bir gəlincikdən (hər hansısa bir hissəsi olmayan) istifadə etmək təsirli olar. Ümumiyyətlə uşaqların bir hissəsi qırılmış oyuncaqlarını (təbii ki kəsici hissəsi yoxdursa) atmağı məsləhət görmürəm. Onun digər oyuncaqlardan fərqli olduğunu və belə də onunla oynaya biləcəyini öyrədin.  Pedaqoq Lalə Məhərrəmli

Evlilik qorxusu nədir?

“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?” Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir. Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR.Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.Psixoloq Gülnar Həbibova 

Yuxu rejiminizi dəyişməyin - Bu xəstəlikləri yarada bilər

ABŞ-ın Dyukan Universitetinin mütəxəssislərinin fikrincə, yuxu cədvəlini dəyişmək bir sıra sağlamlıq problemləri yarada bilər. Belə ki, bu zaman ikinci tip şəkərli diabet, piylənmə, ürəyin fəaliyyətində pozuntular, stress, depressiya kimi ağır fəsadlarla qarşılaşmaq mümkündür. Psixoloq.az xəbər verir ki, alimlər bu qənaətə 50 yaşdan yuxarı 200 könüllünün üzərində aparılan tədqiqatların nəticəsində gəliblər. Alimlər iştirakçıların yuxu rejimini və davamiyyətini müşahidə ediblər. Mütəxəssislərin sözlərinə görə adətən bu istiqamətdə aparılan tədqiqatlarda yalnız yuxu davamiyyəti nəzərə alınır. Lakin budəfəki təcrübə məhz yuxu rejimini araşdırmağa yönəlib. Məlum olub ki, eyni saatda yatıb-durmaq sağlamlıq baxımından mühüm rol oynayır. Normadan artıq yatmaq və ya az yuxu qəbulu bir sıra psixoloji problemlərə yol aça bilər. Gündəlik həyat vərdişlərinin dəyişdirilməsi beyin funksiyalarına mənfi təsir göstərir. Bu da nəticədə ağrı və sıxıntılara yol aça bilər.

Fastfood depresiyaya səbəb olur

Fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur. Bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib. Psixoloq.az bildirir ki, alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir. Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir. İltihablaşma öz növbəsində insanın psixiki vəziyyətinə də təsir edə bilir. İltihablaşma molekulları beyinə düşür və insanın əhvalını tənzimləyən neyromediatorların iş prinsipini pozur. "Bağırsağın kimyası beynin kimyasına bənzəyir. Buna görə də, bağırsağa təsir edən hər şey beyinə də təsir edir" - deyə doktor Kosmo Hollstrom deyib.(Sputnik Azərbaycan)

Maraqlı görüşlər vəd edir - Günün ulduz falı, 28 sentyabr

Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla risk etməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə aldanmayın. Axşam saatlarında normal istirahət edin. Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu seçin. Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun. Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın. Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq. Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin. Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz. Ehtiyatlı olun, düşünülməmiş addım atmayın. Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə çalışın. Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər. Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz. Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir. Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya nail olmaq mümkündür. Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol verməyin. Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır. Kulinar eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin. Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin. Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin. Axşam saatlarında aktiv istirahəti seçin. Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun. Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın. Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir. Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin. Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar. Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz. Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Maraqlana biləcəyiniz işi tapmaq asan deyil. Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq. Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz. Milli.Az

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək. 

Yuxunun pozulması, yaddaşsızlıq - Qış depressiyasının əlamətləri

Qış fəsli yaxınlaşır, havalar soyuyur. Bu zaman insanlar özlərini kefsiz, ruhən aşağı hiss edə bilərlər. Bu isə qış depressiyasından xəbər verir. Qış depressiyasının əlamətləri:  • Emosional sferanın pozulması — əhvalın azalması, özünü günahkar hiss etmə, özünüdəyərləndirmənin itməsi, müxtəlif məşğuliyyətlərə marağın azalması, daimi həyəcan hissinin olması, həssaslıq, oyanıqlıq və s .• Yuxu pozğunluğu, yuxusuzluq  • Yaddaşın azalması, intellektual səviyyənin enməsi  • İş qabiliyyətinin aşağı düşməsi  • İştahanın azalması • Həzm pozğunluqları  • İmmun sistemin zəifləməsi  • Özünəqapanma  • Sosial problemlərin yaranması və s. 

Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın – PSİXOLOJİ TEST

1. Biri ilə danışanda sözünü kəsirsinizmi? a) Heç vaxt. b) Bəzən. c) Bəli. 2. Biri ilə danışanda üzünə baxırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?a) Bəli.b) Bəzən.c) Heç vaxt. 4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. 8. Biri ilə danışanda təbəssüm edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Xeyr. 10. “Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi? a) Bəli. b) Bəzən. c) Heç vaxt. Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər:Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız. “b” bəndi çoxluq təşkil edənlər:İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz. “c” bəndi çoxluq təşkil edənlər:İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.

Psixologiyanın vəzifələri nədir?

Psixologiyanın vəzifələrinə bunlar daxildir: Psixi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək, insan davranışlarını araşdıraraq ümumi qanun və qanunauyğunluqlar əldə etmək.Hər bir yaş dövrünün psixi inkişafda yaş mərhələlərini müəyyənləşdirmək.Hər bir yaş mərhələsində üzə çıxan fərdi psixoloji fərqləri müəyyənləşdirmək.Psixi hadisələri və onların qanunauyğunluqlarını öyrənməklə yanaşı, bu psixi hadisələrin idarə olunma yollarını müəyyənləşdirmək.Cəmiyyətin hər bir üzvünün hərtərəfli inkişafını təmin etmək, insana sosial mühitə uyğunlaşmaqda yardımçı olmaq.Müasir dövrdə psixoloji araşdırmaların nəticələrindən bir çox sahələrdə- təhsil, tibb, sənaye, iqtisadiyyat və s. kimi sahələrdə yararlanılmasmı təmin etmək.

Psixolinqvistika elmi nədir?

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə mövcuddur. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı daha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə - nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu cür eyniləşdirməyə əsas olsa da, hər-halda bu iki termini bir-birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. Psixolinqvistika olduqca gənc elmdir. Qeyd edək ki, elm, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində meydana gəlib. 

Psixi hadisə nədir? - Bu hallar...

Psixologiya termini iki yunan sözünün “psiyuxe”-ruh, ruhi aləm “loqos” elm, öyrənmək bilik səzlərinin birləşməsindən əmələ gəlir. Psixologiya – psixika haqqında elmdir. Psixologiyanı bilmək üçün ilk öncə onun predmetini təşkil edən anlayışları öyrənmək lazımdır. Psixikaya daxil olan anlayışlar psixi hadisələr adlanır. Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər.  1.Psixi proseslər  2.Psixi hallar (vəya psixi halətlər, vəziyyətlər). 3.Psixi xassələr (və ya xüsusiyyətlər).Psixi proses – termini psixi faktın dinamikasını nəzərə çapdırır. Məs. əlimə tikan batdı. Ağrı duyğusu əmələ gəldi, davam .etdi (10 san) sonra keçdi. Psixi halət – termini psixi faktın nisbi davamlılığını bildirir. Məs. Utancaqlıq, nədənsə utanmaq hissi bir neçə gün davam edə bilər.  Psixi xassə - termini psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Məs. Iki şagirddən biri sakitdir, digəri, coşğundur, biri ünsiyyətlidir, digəri isə qaradinməzdir.

Həyatınızı yaxşılaşdırmağın sadə yolları

Hər bir insan müəyyən zamandan sonra həyatdan yorulur. Bu zaman isə müəyyən tədbirlər görülməlidir, əks alda depressiyaya düşmək ehtimalı yüksəlir. Psixoloq.az xəbər verir ki, psixoloqlar aşağıdakı vasitələrin insan həyatını yaxşılaşdırmasında müsbət rol oynayacağını düşünürlər.  1. Daha çox ev bitkisi alın Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsinizMüəyyən edilib ki, evdəki bitkilər stress səviyyəsini azaldır və insanı xoşbəxt olmağa məcbur edir. Necə?Bitkilər hər şeydən əvvəl karbonu udub oksigeni ifraz etməklə bizim yaxşı nəfəs almağımıza köməklik edir. Bəzi bitkilər hətta havanı gündəlik həyatda məişətdə istifadə etdiyimiz kimyəvi maddələrdən də təmizləmək bacarığına sahibdir.Parlaq yarpaqlar və rənglər ən azından insanın əhval-ruhiyyəsini qaldırır. Heç bir şeyi gözləmədən özünüzə Spathiphyllum bitkisini alın.2. Bədəndəki nəmliyin səviyyəsini qoruyunGün ərzində çoxlu su içmək sağlamlığın təminatıdırSu insan orqanizminin başlıca komponentidir. Qadınlarda bu, təqribən ümumu kütlənin 55%-ni, kişilərdə isə 60%-ni təşkil edir.Bədənin normal işləməsi üçün su əhəmiyyətlidir. Ona görə də bizim həyat enejimizin səviyyəsinin, konsentrasiya bacarığımızın və ümumilikdə sağlamlığımızın nə qədər su içməyimizdən asılı olması təəccüblü deyil.Əgər sizə sadə suyu içmək çətindirsə, o zaman suya bir limon, xiyar dilimi və ya zəncəfil kökü ata bilərsiniz. Əgər siz mütəmadi su içməyi unudursunuzsa, günümüzdə "su içmək zamanıdr" deyərək bunu sizə xatırladacaq müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz.3. Evdə dəyişikliklər edinÇarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Belə bir nəzəriyyə mövcudddur ki, evdəki ab-hava bizim əhval-ruhiyyəmizə, yuxunun keyfiyyətinə və fəallıq səviyyəmizə təsir göstərir.Buna əmin olmaq istəyirsinizsə yataq otağından başlayın. Pəncərəni açıq saxlayın, otağa daha çox təmiz hava və təbii işığın daxil olmasına şərait yaradın. Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.Əgər siz başqa səviyyəyə keçməyə hazırsınızsa o zaman siz fenşuy Çin (təbiətdə olan enerjini yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi) kitabını oxumalısınız. Bu qədim ənənədir, hansı ki adı "külək-su" kimi tərcümə olunur.Onun mahiyyəti fiziki sağlamlığın Tsi enerjisinin - həyat qüvvəsinin insanın yaşadığı ərazidə necə hərəkət etməsindən asılı olmasından ibarətdir.Əgər siz hətta mebeli fenşuya uyğun yerləşdirərək Tsi enerjisini hiss etməsəniz belə ev onsuz da təmiz və rahat olacaq.4. Evin divarlarını boyayınEvdəki divarların rəngi də əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, yaşıl rəng təbiətin təcəssümüdür, harmoniya tapmağa və rahatlanmaga kömək edir.Mavi - sakitləşdirir və hətta yatızdırır. Bu rəng yataq otağı üçün çox uyğundur, yuxunun keyfiyyətini yaxşılaşdırır.Qırmızı rəng arzuolunan deyil. O, bizi tez-tez nəfəs almağa məcbur edir və bu da ürək döyünütüsünü artırır və təzyiqi yüksəldir.5. Quşların nəğməsini dinləyinQuşların nəğməsini lent yazısında da dinləmək olar - effekt eynidirBu, qəribə səslənə bilər. Lakin King`s College London-un alimləri müəyyən ediblər ki, quşaların nəğməsi bizim psixi vəziyyətimizi ən azı 4 saatlığa yaxşılaşdırmağa qadirdir. Könüllülərdən müxtəlif tətbiqlərin köməyilə bir günlük şəhər həyatındakı vəziyyətlərini və əhval-ruhiyyələrini qeyd etmələri xahiş olunub.Nəticələr göstərib ki, kim ki, ağacın altında oturub quşların nəğməsini dinləyib və ya sadəcə buludları müşahidə edib, günün sonunda onlar özlərini digərlərindən yaxşı hiss ediblər.Alimlər günün bir parçasını təbiətdə keçirmək imkanı olmayanlara belə bir məsləhət veriblər: quşların nəğməsini telefonunuza yükləyin, qulaqcıqları taxın, gözlərinizi yumun və bir-birinə tərəf axan təpələri təsvir edin.6. Pişik saxlayınBelə bir pişik sözün əsl mənasında həyatınızı xilas edə bilərAraşdırmalar göstərib ki, pişiyi sığallamaq müalicəvi effekt verir.Minnesota Universiterinin nəzdində olan İfliclərin Öyrənilməsi İnstitutunun alimləri 10 il ərzində 4 min könüllünü müşahidə ediblər. Məlum olub ki, pişik sahiblərinin infarkt və iflic xəstəliyindən ölmə riski digərlərinə nisbətən 30% aşağıdır.Əgər sizin pişiyiniz yoxdursa, dostlarınızdan birindən arada onların pişiyini ziyarət etməsinə icazə vermələrini xahiş edin. Bundan başqa, sahibləri uzaqda olan pişiklərə və itlərə baxmaq xidmətinə tələbat çoxdur. Bu, ev heyvanı saxlamadan onlarla ünsiyyət qurmaq üçün yaxşı imkandır.7. Tez-tez gülünVaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirinGülüş əzələlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və qana azot oksidinin daxil olmasına şərait yaradır. Bu, bizim immun sistemimizi fəallaşdırır.Bundan başqa, gülüş stress hormonlarının zəifləməsinə və bizim vəziyyətimizi yaxşılaşdıran və təbii ağrıkəsici rolunu oynayan kimyəvi komponenti - endorfini ifraz edir.Və bu belədir - gülüş can dərmanıdır.Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin, komediyaya baxmağa gedin. Əgər insanlar arasına çıxmaq istəmirsinizsə, özünüzə bir içki süzün və sevimli videolarınıza baxın.8. İşə skandinavlar kimi yanaşınKim qəhvə ilə kökədən imtina edər? Xüsusilə də işin qızğın vaxtındaSkandinaviya ölkələri - İsveç, Finlandiya və Norveç sakinləri dünyanın ən xoşbəxt insanları hesab olunur. Bəzi vərdişlərin sayəsində onlar hətta iş zamanı belə xoşbəxt və sağlamdırlar.İsveçlilər, məsələn "fika" (işdə fasilə etmək ənənəsi) adlı ənənəni təcrübədən keçirirlər. Hər gün həmkarlar bir yerə toplanır, qəhvə içir və qənnadı məmulatı (evdə bişən arzuolunandır) yeyirlər. Bu cür fasilələr nəinki rəhbərlik tərəfindən dəstəklənir və həm də məcburi hesab olunur.Sizi işlə təmin edəndən soruşun, bəlkə o da belə bir ənənə yaratmaq istəyir? Beləliklə, xoşbəxt iş mühiti məhsuldarlığın təminatıdır.9. Çox yatınİstirahət bizim psixoloji vəziyyətimiz üçün pəhriz və idman kimi çox vacibdir. Yorğunluq immunitetin zəifləməsinə, stress hormonlarının yüksəlməsinə, narahatlığa və depressiyaya gətirib çıxarır.Axı məhz yuxu zamanı bizim orqanizm bərpa olunur və narahatlıqları aradan qaldırır. Var gücünüzlə yuxunuzu yaxşılaşdırmağa cəhd göstərin: yataq otağı gözəl və sakit olmalıdır, gecə yemək yeməyin və bütün cihazları söndürün.Telefonun işığı sizin yuxuya getməyinizə mane olacaq. Və günün ikinci yarısında istehlak etdiyiniz kofeinin miqdarını azaldın.(milli.az)

Dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək

Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar. İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər. “Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir”, - deyən Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb. Əli Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib. “Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir. Eyni zamanda, dərmanların keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi tərəfindən gücləndirilməlidir. Lazım gəlsə, normativ hüquqi aktlarda dəyişiklik edilə bilər. Əminəm ki, bu təkliflərin əsasında qanunvericilikdə edilən dəyişikliklər vətəndaşlarımızın həm rahatlığına, həm də sağlamlıqlarının qorunmasına xidmət edəcək”, - deyə Əli Əhmədov vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, səhiyyə naziri Oqtay Şirəliyev və digər aidiyyəti qurumların rəhbərləri bu sahədə dünya təcrübəsindən yararlanaraq tez bir zamanda yeni təkliflərlə çıxış edəcəklərini bildiriblər. İclasda dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının qısa vaxt ərzində əsaslı şəkildə sadələşdirilməsi barədə tapşırıq verilib.

Xoş xəbər alacaqsınız - Günün ulduz falı, 27 sentyabr

Qoç - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az

Patoloji qısqanclıq nə zaman yaranır?

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar.    Fərizə Əhmədova

Psixoloji CHECK-UP nə üçün vacibdir?

Gündəlik yaşanılan streslər, hadisələr insanın əsəb sisteminə mənfi təsir göstərir. Ancaq təəssüf ki, tibbi cəhətdən psixoloji müayinələrin üzərində ciddi dayanılmır. Psixoloq.az xəbər verir ki, psixoloji check uplar həm erkən diaqnoz baxımından həm də qoruyucu psixoloji sağlamlığının daha davamedici olması baxımından əhəmiyyətlidir. Müəyyən psixoloji problemlər hərkim tərəfindən mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Psixiatr və ya psixoloqlar tərəfindən tətbiq olunan check uplar ümumi psixoloji vəziyyətin xəritəsini ortaya çıxarır. Məhz bu səbəbdən xarici ölkələrdə hər bir insanın öz psixoloqu vardır.  Unudulmamalıdır ki, hər şey insan beyində başlayır.

Psixoloq: "Seksual xarakterli mesajlar yazmaq cinsi zəiflikdən qaynaqlanır"

Ötən gün sosial şəbəkələrdə şirkət rəhbərinin işə düzəlmək üçün müraciət edən xanıma qarşı seksual xarakterli mesajlar yazması müzakirəyə səbəb olub. Cəmiyyətdə şirkət rəhbərinin bu davranışı birmənalı qarşılanmayıb.  Son zamanlar yaşlı kişilərin bu cür hərəkət etməsi barədə xəbərlər yayılır.  Bu cür davranışlar nədən qaynaqlanır. Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini soruşduq. Psixoloq Vəfa Rəşidova oxu.az-a açıqlamasında bildirib ki, hər bir insan seksual xarakterli hərəkətlər etməyə meyilli olur: “İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o, cəmiyyətdəki statusunu qorumaq üçün müəyyən bir formada özünü korreksiya edir. Təəssüf ki, hər adam bu cür addım ata bilmir. Seksual xarakterli hərəkət edən insan travmalı olur. Orta yaşlı şəxsin bu addımı atması onun psixoloji problemlərinin olmasından xəbər verir. Çünki o, yeniyetmə oğlan kimi davranır. Bu, onun emosional yaşının aşağı olmasından xəbər verir. Yəni 40-65 yaş arası adam bunu edirsə, 13-14 yaşlı yeniyetmə davranışı sərgiləyir. Əxlaqsızlıqdan əvvəl, psixoloji problemləri var və kifayət qədər sevgi görmür”. Psixoloq bildirib ki, bu cür davranan adamın güvənsizlik problemi də var: “Bütün psixoloji problemlərin kökündə güvənsizlik dayanır. Belə insanların düşüncəsində qadın zəif obrazdır. Öz aləmində, özünü qəhrəman kimi hiss etməyə çalışır. Bu yaşda bu cür hərəkət edən insanlar cinsi zəiflik yaşayırlar. Onlar monitor arxasında bir qadına qarşı bu cür hərəkət edən zaman özünü tamamlanmış hiss edir. Biz onunla söhbət etsək, o anlayacaq ki, ciddi problemləri var”. Vəfa Rəşidova qeyd edib ki, xanımlar iş üçün müraciət edən zaman şirkətləri araşdırmalıdır: “Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Diqqətli olmaq lazımdır. Ciddi bir şirkət rəhbəri işçisi ilə yazışmaz. İşə qəbul olmaq istəyən xanımın mesajla özü haqda məlumat verməsi, yazışması yanlışdır. Çünki o zaman burada ciddilikdən söhbət gedə bilməz”. Vəkil Xəyal Bəşirov isə bildirib ki, qanunvericiliyin tələblərinə görə, bir şəxs kiməsə münasibət təklif edir və həmin şəxs buna etiraz edirsə, burada cinayət məsuliyyətindən söhbət getmir: “Yetkinlik yaşına çatan şəxsə münasibət təklif olunub. O da qəbul etmirsə, cinayət işi açılmır. Burada, sadəcə, əxlaq normalarına zidd hərəkətlər var. Qanunvericiliyə görə, seksual xarakterli hərəkətlərə məcbur etmə, əmlakın məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər dediyiniz məsələdə məcburetmə olsaydı, yəni əlaqədə olmağa məcburetmə olsaydı, bu maddə olacaqdı”. Vəkil qeyd edib ki, xanım işə götürüləndən sonra ona qarşı sekual xarakterli hərəkətlər edilibsə, bu zaman cinayət işi açıla bilər:“Qadın məhkəməyə müraciət edə, məhkəmə bununla bağlı qərar verə bilər.  Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Yağış yağacaq - Hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək. Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Davranış, nitq pozuntuları - İnkişaf terapiyası nədir?

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq (meduna.az)

Uşaqlarda görülən psixoloji problemlər

Uşaqların yaşadıqları emosional və davranış problemlərinə fokuslanan uşaq terapiyası geniş dairədə psixoloji problemləri əla alan və müxtəlif metodlarla bu problemlərin terapiyasına istiqamətlənən psixoterapiya sahəsidir. Uşaqlar da ən az böyüklər qədər psixoloji problemlərlə üzləşirlər. Böyüklərdən fərqli olaraq uşaqlar problemlərini sadəcə sifahi olaraq ifadə etməzlər. Bu baxımdan uşaqlarla aparılan pxisoterapiyalar sadəcə şifahi metodlarla limitli deyil.Uşaqlarda görülən psixoloji problemlər: A. Emosional PozuntularUşaqlıq depressiyasıDipolyar pozuntuDistimiya (kronik depressiya)Anksiyete (Həyəcan) PozuntularıObsessiv kompulsif pozuntuSosial fobiya (sosial həyəcan pozuntusu)Spesifik fobiyalarPosttravmatik stress pozuntusuPanik atakYuxu ProblemleriSomatoform PozuntularYemə PozuntularıAnoreksiya nevrozaBulimiya nevrozaHəddindən artıq yemə pozuntusuCinsi Şəxsiyyət PozuntularıDiqqət Çatışmazlığı və Hiperaktivlik PozuntusuMəktəblə Bağlı ProblemlərMəktəbə getməməAyrılıq anksiyetesiAkademik problemlərAdaptasiya problemləri Digər Sosial, Emosional və Davranış Problemləri(meduna.az)

Uşaqlar hansı yaşda sosial şəbəkələrdən istifadə etməlidir?

Müasir həyatın bir parçası halına gələn internetin mənfi təsirləri uşaqlardan da yan keçmir. Günümüzdə böyüklərlə yanaşı azyaşlılar da internetin aludəçisinə çevrilirlər. Araşdırmalar göstərir ki, gün keçdikcə sosial şəbəkələrdən (Facebook, Twitter, İnstagram və s.) istifadə edən uşaqların sayında artım müşahidə olunur. Bəs azyaşlıların sosial şəbəkələrdən istifadə etmələri nə dərəcədə doğrudur? Onların uşaqlara hansı müsbət və mənfi təsirləri ola bilər? Uşaqların hansı yaşda sosial mediadan istifadə etməsi düzgündür? Psixoloq Sevinc Baxışova  bildirdi ki, uşaqlara internetdən istifadənin təhlükəli olması kiçik yaşlarda aşılanmalıdır: “Günümüzün uşaqlarının 20-30 il qabaqkı uşaqlarla müqayisəsini aparmaq, onların düşüncə tərzinin eyni olmasını fikirləşmək düzgün olmazdı. İnsan artıq virtual aləmin sakininə çevrilir, reallığını itirir və ailə ilə təmasda ola bilmir. Artıq onun öz dünyası yaranır. Sosial biliklər vasitəsi ilə uşaqlarımız lazımsız informasiyalara sahib olurlar. Mənəviyyatsızlıq, əxlaqsızlıq məsələləri ortaya çıxır, uşaqların tərbiyəsi pozulur. Günümüzdə sosial şəbəkələrin istifadəsi çox dəbdədir. Ancaq istifadə vaxtımıza və məqsədimizə diqqət etmək, uşaqların internetdən isitfadəsinə məhdudiyyət gətirmək lazımdır. Çünki 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadə etmələrinə qadağalar qoyulmalıdır. Uşaqlar (qız və ya oğlan fərq etməz) hər cür təhlükə altındadırlar. Xüsusilə kiçik yaşdakı uşaqların doğru qərar vermə mexanizmi inkişaf etməmiş olduğundan bu vəziyyət pis niyyətli insanlar tərəfindən istifadə edilə bilər. Bir çox ailə övladının həddindən artıq internet istifadə etməsindən və orada oyun oynamasından şikayətçidir. Bunun qarşısı kiçik yaşlarında alınmalıdır. Ona görə ki, yetkinlik dövründə problemi həll etmək bir az daha güclü iradə tələb edəcək. Heç bir şeyə ondan asılı olacaq qədər bağlanmayın. Çünki sağlam duyğuların ifadəsi asılılıq deyil”.(bizimyol.info)

Satılan qidaların tərkibində vərəm virusu var? - İnsanların diqqətlərini bununla daha tez çəkirlər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumata münasibət bildirib. AQTA-dan ölkə.aza-a bildirilib ki, yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır: "Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür. Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik". Məsələ ilə bağlı məhsullarının adı çəkilən "Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr departamenti də mövqeyini bildirib: "Son bir neçə gün ərzində ölkə ictimaiyyətində geniş əks səda yaratmış, Azərsun Holdinqin istehsal etdiyi məhsulların keyfiyyəti ilə bağlı çaşqınlıq yaratmağa yönəlik səs yazısı yayılmaqdadır. İctimaiyyətin narahatlığına səbəb olmuş səs yazısı ilə bağlı mövqeyimizi diqqətinizə çatdırırıq. Azərsun Holdinqin sahib olduğu ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır.  Dəyərli istehlakçılarımız, Azərsun Holdinq öz istehlakçılarına öz istehsal müəssisələrində emal və istehsal olunan məhsulları təqdim etməkdədir. Məhz bu səbəbdən də məhsullarımızın keyfiyyətinin qorunması üçün bütün istehsal prosesini, təcrübəli mütəxəssisləriz ciddi və daimi nəzarət altında saxlayırlar. Hər bir istehsal dövrünə aid məhsullarımız xüsusi dəqiqliklə daxili və xarici akkreditasiya olunmuş labaratoriyalarda müxtəlif sınaqlardan keçərək yoxlanılır. Bundan başqa bütün müəssisələrimiz, satış məntəqələrimiz və anbarlarımız ölkədə qida təhlükəsizliyi və sanitar-gigiyenik normaların icrasına nəzarət edən orqanlar tərəfindən mütəmadi şəkildə yoxlanılır və müsbət rəylər alır.  Son günlər ərzində, məhsullarımız haqqında yayılan səs yazısının məqsədi, şirkətimizin məhsulları haqqında heç bir əsası olmayan şaiyələr yaratmaqla istehlakçılarımız arasında çaşqınlıq cəhdidir. Əminliklə bildiririk ki, burada səslənən fikirlər təmamilə əsassızdır və bizə məlum olmayan, lakin ölkədə ərzaq təhlükəsi fikrini yaymaqla müəyyən hədəflər güdən insanların uydurmasıdır. Bu şəxs və ya şəxslərin tezliklə aşkar edilməsi və onların, qida və ərzaq təhlükəsizliyi kimi həssas məsələdən istifadə edərək ajiotaj yaratmaq üçün davranışlarına müvafiq hüquqi qiymət verilməsi üçün tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.  Dəyərli ictmiaiyyət, biz bir daha vurğulamaq istərdik ki, Azərsun Holdinq olaraq biz hər bir istehlakçımızın məhsulumuz haqda istənilən sualını cavablandırmağa və aydınlatmağa hazırıq. Şirkətimizin 120 qaynar xətti bütün irad, təklifləri qəbul edir və bütün müraciətlərin sahiblərinə dolğun və ətraflı cavablar təqdim olunur. Əmin olun ki, Azərsun Holdinq ailəsi öz süfrəsində yemədiyi məhsulu istehlakçılara təklif etməz. Keyfiyyət Azərsun Holdinqin müqəddəs dəyəridir".  Psixoloq.az bu məlumatı psixoloji cəhətdən araşdırıb. Belə ki, psixoloqlara görə, onlar bu tip məlumatlarla insanların diqqətlərini özlərinə daha tez çəkə bilirlər. Belə məzmunlu yayılan məlumatlar ilk deyil və əksər zaman da təsdiqini tapmayıb. Amma belə fikirlər insanların şüur altına təsir göstərir və nə qədər "inanmıram" desələr də bir tərəfdən narahat olurlar. Bu baxımdan bu tip xəbərlər, insanların zəif nöqtələrindən istifadə edərək istədiklərinə nail olmaq məqsədi daşıya bilər.

Kişi iş tapmırsa... - Yayılmış aqressiyanın səbəbləri

Bir neçə ildir insanların aqressiyalı davranışı psixoloqların da nəzərindən qaçmayıb. Belə ki, avtobusda, yolda baş verən, adi hərəkətdən qəzəblənən vətəndaşları görmək,  vəziyyətin ciddiliyindən xəbərdar edir. Bunun səbəbləri barədə isə psixoloq danışıb. Aqressiya ilk növbədə insanın özündən kənara yönəlmiş etirazı, qəzəbidir. Narazılıq yaradan faktorlar olduqca çoxdur. İndi milli mental şüur formalarımızla xaricdən gələn şüur formaları toqquşur. Amma baxın, əgər bir ailə başçısı olan kişi iş tapmırsa, ailəsini dolandıra bilmirsə, həmin zaman aqressiya onun içində toplanır və həmin şəxs nəhəng aqressiya enerjisini elə bir səmtə yönəldir ki, o, hörmətli insan olsa bele gözümüzdən düşür. Lakin onun hansı səbəbdən bu vəziyyətə düşdüyünün əsl səbəbini isə görə, həmin şəxslə empatiya yarada bilmirik. İnsanlar sanki dava etməyə hazır vəziyyətdə durublar. Çünki onlar beyinlərində yaşadıqları gərginlikləri sosial mühitə, nəqliyyat vasitəsində, yaxud küçədə rastlaşdıqları insana ötürməyə başlayırlar. Əziz insanlar, əgər siz daxilinizdə olan aqressiyaya, mübarizəyə qalib gələ bilmirsinizsə, mütəxəssislərə müraciət edin. Ruhunuzu incidən, zədələyən hisslərdən uzaq olun. Müəllif: Psixoloq Sevinc Baxışova

Günün ulduz falı: 26 sentyabr, 2018

Qoç – Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq. Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq. Buğa – İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür. Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq. Əkizlər – Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz. Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur. Xərçəng – Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar. Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var. Şir – Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz. Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq. Qız – Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda. Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz. Tərəzi – Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz. Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz. Əqrəb – Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz. Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın. Oxatan – Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz. Oğlaq – Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür. Dolça – Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər. Balıqlar – Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq. Milli.Az

Bu 700 illik test xarakterinizi ortaya çıxaracaq!

1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri… 2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın. 3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.İndi isə cavabları oxuyun. Kub:Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz. At:Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.Qara at təhlükə və romantikanı göstərir.Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir. Nərdivan:Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir. Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.

"Hekayəmlə oxucuları təəccübləndirə biləcəyəm" - “Qurbağa öpüşü” təqdim edildi/FOTO+ VIDEO

Sentyabrın 23-ü "BookZone" Kitab evində, Parafraz Nəşrlərinin ilk kitabı "Qurbağa öpüşü" adlı kitabın təqdimat mərasimi keçirilib. Psixoloq.az xəbər verir ki,  çoxsaylı oxucular, media nümayəndələri, eləcə də ədəbiyyat adamlarının iştirak etdiyi tədbiri Parafraz Nəşrlərinin rəhbəri, yazıçı, jurnalist Cavid Qədir açaraq yeni yaranan qurumun hədəfləri haqqında danışıb. Bildirib ki, Parafraz Nəşrlərinin əsas məqsədi kitab industriyasını canlandırmaq, oxucuları keyfiyyətli tərcümə və çap materialları ilə təmin etmək, gənc qələm sahiblərinə dəstək olmaqdır. Kitab 12 hekayədən ibarətdir. Kitabın müəllifi Ceylan Mumoğlu Psixoloq.az saytına açıqlama verərək kitabda daha çox psixoloji mövzulara toxunduğunu bildirib: "Çünki bu mövzu mənimçün maraqlıdır. “Qurbağa öpüşü” yeni yaranmış Parafraz Nəşrlərinin ilk kitabıdır. Düşünürəm ki, elə “Qurbağa öpüşü” hekayəmlə oxucuları təəccübləndirə biləcəyəm". Mumoğlu, qarşıda duran məqsədlərindən də bəhs edib. "Planlarım böyükdür. Tərcümə işlərimə davam edirəm. Yeni ildən yazıçılıq yolunda bədii mütaliə ilə yanaşı daha çox metodiki kitabları oxumağı qarşıma məqsəd qoymuşam. İlk romanımı yazmağa başlamışam. Mövzu uzun zamandır, beynimdəydi, artıq onu üzə çıxarmağın vaxtı yetişib. Daha çox yazmaq və daha çox oxumağı hədəf seçmişəm",-deyə Ceylan Mumoğlu qeyd edib. Qeyd edək ki, bununla yanaşı təqdimatda "Kitabsevərlər" hərəkatının rəhbərlərindən Səbuhi Şahmursoy, Fariz Bayramov, Rəşad Babalı, yazıçılar Dalğa Xatınoğlu, Ülviyyə Tahir, psixoloq Kamil Həmidov, "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xocalı faciəsinin şahidlərindən olan Dürdanə Ağayeva, "Qurbağa öpüşü" kitabının korrektoru Rəna İsayevə çıxış edərək Ceylan Mumoğlu və Parafraz Nəşrlərinə uğur arzulayıb, hazırkı vəziyyətdə kitab bazarına yeni nəfəsin gətirilməsinin vacibliyini vurğulayıblar. Şəhanə Quliyeva  

Sabahdan hava kəskin dəyişir

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

“Mədə əməliyyatından sonra xəstəlik tapdı” - Çünki xəstənin...

“Mədə kiçiltmə əməliyyatı oldu arıqladı”, “Mədəsinə klips taxdırdı”, “Mədə əməliyyatından sonra xəstəlik tapdı”... Psixoloq.az xəbər verir ki, bu kimi xəbərlər son aylarda artmaqdadır. Ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, artıq çəki dünyada artdıqca insanlar əlavə kilolardan qurtulmaq üçün daha tez-tez bu əməliyyata baş vurmağa başlayıblar: "Ancaq zamanla əməliyyatın risklərinin yetərincə izah edilmədiyinin və nəyə əsasən bu yöntəmin seçildiyinin başa salınmadığı ortaya çıxdı. Artıq çəki pasiyentlərinin cərrahi əməliyyata həkimləriylə bir yerdə qərar verməlidirlər. Çünki xəstənin, əməliyyat ərzində və sonrasındakı zamanlarda yaşaya biləcəyi problemlər ilə əməliyyat sonrası eləməkləri olduqları xəstə ilə açıq, detallı müzakirə olunmalıdır". Cərrah həmçinin pasiyentin keçirdiyi əməliyyatdan sonra həkim tərəfindən verilən məsləhətlərə, tövsiyələrə diqqət etməli olduğunun vacibliyini də diqqətə çatdırıb. Əlavə suallar üçün həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 0705798833

Uşaqların inkişafını ləngidən əşyalar

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir. Xodunok. Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır! İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynuyursa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər.(milli.az)

O uşaqlar dərslərini öyrənməkdə çətinlik çəkirlər: necə kömək edək?

Disleksiya haqda valideynlərin ən çox verdiyi suallar və onların cavabları barədə məqaləni təqdim edirik: Əziz valideynlər, siz belə ifadələri tez-tez eşidirsiniz və deyirsiniz - "Mənim uşağım hərfləri tanımır. Öyrədirəm, yaddan çıxarır" və ya "hərfləri bilir, amma oxuya bilmir", "oxuya bilir, amma oxumaq istəmir". Bu, disleksiyadır. Disleksiya nədir? İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir; iməkləyir, yeriyir, danışır, oyun oynayır, məktəbə gedir və s. Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda disleksiya adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadəsi zamanı yaranan çətinliklərlə özünü göstərən öyrənmə pozuntusudur.Disleksiya ilə bağlı valideynləri ən çox narahat edən SUALLAR:1. Mənim uşağım disleksiyadır, növbədə məni nə gözləyir?2. Mən uşağıma necə dəstək göstərə bilərəm?3. Uşağımı başqa mütəxəssisə aparmalıyammı?4. Uşağım oxumağı, yazmağı, riyazi hesablamaları bacarmağı necə tez öyrənə bilər?5. Evdə öyrətmək üçün tapşırıq olaraq nəyi necə işləyim?6. Uşağımın diqqətini necə toplaya bilərəm?7. Mən uşağımın inkişafı ilə bağlı məktəbdə (bağçada) müəllimələrdən nə soruşmalıyam?8. Mən uşağıma necə izah edim kişi/qadını?9. Mənim uşağım oxuya biləcəkmi, məktəbə gedə biləcəkmi?10. Universitetdə oxuya biləcəkmi?CAVABLAR:1. Bunun üçün disleksiya ilə bağlı araşdırmalar aparın, məlumatlanın.2. Uşağınızın şikayətlərinə, qorxularına, narahatlıqlarına hər zaman qulaq asın. Onunla danışın. Empati qurun. Onun kimi düşünməyə çalışın. Hər zaman pozitiv olun. Oyunla kömək etməyə çalışın. Çünki OYUNLA TƏLİM bizim beynimizdə öyrənmənin ən sevimli yoludur.3. Bu cür uşaqlara kompleks yanaşma önəmlidir. Məhz elə buna görə də loqoped, psixoloq, pedaqoqa, idman məşğələlərinə yazılmaq məsləhətdir.4. Bu, uşağın inkişaf göstəricisinə görə nəzərə alınacaq amillərdəndir. Nə qədər tez aşkar edilib, üzərinə düşülsə, erkən müdaxilə ilə daha çox müsbət nəticə əldə etmək olar.5. Valideynlər öz uşaqları üçün ən yaxşı müəllim və müəllimədirlər. Çünki onlar öz uşaqlarını başqalarına nisbətən daha yaxşı bilir və daha çox sevirlər. ƏN YAXŞI MÜƏLLİM valideynlərin özləridir. Ona görə də ən əsası evdə uşağınız üçün vaxt cədvəli qurun. Səhər oyanması, diş yuması, dərs etməsi və s. öncədən planlaşdırın.6. Bunun üçün dərs keçəcəyiniz yeri elə seçməlisiniz ki, diqqəti dağıdacaq əşya çox olmasın. Və yaxşı olardı ki, tapşırığı 20 dəqiqəlik fasilə ilə işləyəsiniz. Arada fasilə verərək, sevdiyi bir əşya ilə oyun qurmaq uşağı dərsi öyrənməyə motivasiya edəcək.7. Uşağın müəlliməsi ilə görüşəndə problemi ilə bağlı onu məlumatlandırın. Çünki müəllimin məlumatlı olması uşağın tərəqqisi üçün önəmli meyardır.8. Uşağın başa düşməsi və anlaması artdıqca bunu izah etmək asanlaşacaq.9. Bəli, məktəbə gedə bilir. (məktəbə gedən, məktəbdə oxuyan disleksiyalı pasientlərim çoxdur) Sadəcə dərs müddətində sinif yoldaşlarından geri qalmamaları üçün onlara əlavə müəllim dəstəyi vacibdir.10. Əgər mütəmadi dəstək olunsa, istər ailə, istərsə də oxumağı ilə bağlı üstün nəticələr əldə edə bilər. Çünki istər Azərbaycanda, istər xarici ölkələrdə dislektik uşaqlarla bağlı araşdırmalar apardığım zaman onların uğurlarıyla bağlı müsbət məlumatlara çox rast gəlmişəm. Məhz bunları eşidib görmək biz mütəxəssislərə onu deməyə əsas verir ki, dislektik uşaqlar uğura çata bilərlər. Loqoped Bəsirə Pənciyeva

Yeni ata olmuş şəxslərin 25 faizi...

İsveç alimlərinin tədqiqatları göstərir ki, yeni ata olmuş şəxslərin 25 faizi uşaqların dünyaya gəlməsi ilə bağlı psixoloji problemlərdən əziyyət çəkir. Psixoloq.az bildirir ki, Lund Universitetinin alimləri 10 il ərzində bu məsələni öyrəniblər və sübut olunub ki, yeni ata olmuş şəxslərin dörddəbirindən çoxu depressiyadan əziyyət çəkir. Bundan əvvəl aparılmış təhlillər onların sayının 4-10 faiz olduğunu göstərmişdi, lakin yeni tədqiqatlara görə, yeni ata olmuş insanlar arasında depressiya keçirənlərin real sayı 28 faizə yaxındır. Maraqlı fakt ondan ibarətdir ki, uşaqlar dünyaya gəldikdən sonra mənəvi cəhətdən sıxıntı çəkən ataların sayı doğuşdan sonra depressiya keçirən qadınlara nisbətən ən azı iki dəfə çoxdur. Bu cür qadınların sayı cəmi 13 faiz təşkil edir. Lund Universitetinin alimi Eliza Psuninin sözlərinə görə, kişilərdə depressiya daha intensiv və ardıcıl şəkildə davam edir. Bu vəziyyətə düşən insanlarda qəzəb, əsəbilik, habelə süstlük müşahidə olunur. Eliza Psuni hesab edir ki, kişilər ailədə münaqişələrlə qarşılaşaraq, yeni ata vəzifəsini gündəlik işi ilə uzlaşdırmalı olur. Bu səbəbdən kişinin əsəb sistemi tab gətirməyə bilər. Bundan başqa, uşaq doğulduqdan sonra atalarda yaranan depressiya qadınlarda olduğundan daha fərqlidir. Qadınlarda depressiya bədəndəki dəyişikliklə, döş nahiyəsindəki ağrı hissi ilə , həmçinin ilk aylar körpənin ağlamasından yaranan əsəbiliklə bağlıdır.(azərtac)

Gecə işləməyin - Bu xəstəliklər yarana bilər

Gündəlik qayğıları nəzərə alsaq bir çox insan gecə saatlarında işləməyə üstünlük verirlər. Amma araşdırmalara görə, gecə işləmək həm psixoloji həm də vücud cəhətdən təhlükəlidir. Psixoloq.az xəbər verir ki, amerikalı psixoloqlara görə, gecə işləmək yorğunluq, depressiya, tükənmişlik sindromu yaradır.  Uzunmüddətli davam edəcəyi təqdirdə istənilməyən nəticələr baş verə bilə. Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır.  Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub.  Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib.  Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb. 

Stresi bu üsulla azaldın

İş, dərslər, müxtəlif problemlər bəzən gün ərzində stresli olmağınıza səbəb olur. Psixoloq.az axşam.az-a istinadən stresdən qurtulmağın 7 yolunu təqdim edir: İdmanla məşğul olun Gün ərzində müəyyən qədər idmanla məşğul olmaq endorfin hormonu yaradır. Qəlb atışını sürətləndirir, dərinin canlanmasına, parlaq görünməsinə səbəb olur. Sevdiklərinizlə zaman keçirin Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin. Vaxtınızı yaxşı dəyərləndirmək sizi stresdən uzaq tutacaq. Yoqa və meditasiya edin Davamlı olaraq yoqa edən insanlar bunun stresi azaltdığını deyir. Əgər yoqanı sevmirsinizsə, meditasiya edin. Bu sakitləşməyinizə yardım edəcək. Yuxu rejiminə diqqət edin Ən vacib amillərdən biri də düzgün yatmaqdır. Bu həm dərinizin yaxşı görünməsinə, həm də stresin azalmasına imkan yaradacaq. Sağlam qidalanın Stresdən azad olmaq üçün xoşbəxtlik hormonunu artıran qidalar qəbul edin. Özünüzə zaman ayırın Gərgin iş rejiminin arasında 10-15 dəqiqə dincəlmək lazımdır. Açıq havaya çıxın. Belə olduqda özünüzü daha yaxşı hiss edəcəksiniz. Stresin sizi əsir almasına imkan verməyin Eviniz ən çox zaman keçirdiyiniz yerdir. Bu səbəblə stresin evinizə girməsinə şərait yaratmayın. Evinizi pozitiv əşyalarla bəzəyin.

Emosiyalara qapılmayın - Günün ulduz falı

Qoç - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır. Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz. Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz. Buğa - yaranmış problemlərin həllini uzatmayın. Cari məsələlərin çözümündə diqqətli olun, sayıq davranın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlərin formalaşması istisna deyil. Mübahisəli məsələlərdə qarşılıqlı anlaşmaya nail olun. Mühüm söhbəti daha əlverişli saydığınız vaxtadək ertələməyin. Günün ikinci yarısında önəmli görüş və ya danışıqlar ola bilər. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə intonasiyanın xüsusi əhəmiyyəti var. Bədgüman və şübhəli olmayın. Neqativ sözlər durumu daha da ağırlaşdıra bilər. Əkizlər - həftənin ən uğurlu günlərindən biri deyil. Cəhdləriniz və əməyinizin məhsuldarlığı planlarınızın reallığından asılıdır. Diqqətli olun, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan biri etimadı doğrultmaya bilər. Rutin işlərdən usanma, yaradıcılıq durğunluğu da istisna deyil. İşgüzar sənədlərdə, yazışmalarda kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın yola çıxsanız, gecikmələr və təxirəsalmalar istisna deyil. Eyni vaxtda bir neçə işə başlamağa çalışmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz.  Xərçəng - təmkinli və sayıq olun. Düşünülməmiş addımlar atmayın. Radikallıq, aqressivlik zamanı deyil. Səbrli davranın. Cari işləri və rutin problemləri həll etmədən irəliləmək mümkün deyil. Ona görə də yarımçıq işlər qoymayın. Əks təqdirdə sabahkı gündə görüləsi işlərin sayı artacaq. Günün ikinci yarısında maraqlı işlər olacaq. Alış-verişdə bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları xərcləmək əvəzinə yığın. Qətiyyətli olun, kiçik problemlərin qarşısında geri çəkilməyin. Şir - günün ilk yarısında əhvalınız pisləşə bilər. Neqativ hisslərin əsiri olmayın. Kiçik diskomfort sizi təbdən çıxarmasın. Yaxın ətrafınızdakı insanları narahat edən məsələlərin fərqinə varın. Situasiyaya maksimum dərəcədə uyğunlaşın. Günün ikinci yarısında fəaliyyət və yaşam arealını qaydaya salın. Dəyər verdiyiniz insana ünvanladığınız iradların sayını artırmayın. Yaşananlarda sizin günahınız da var. Qız - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir. Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq. Qətiyyətli və təşəbbüskar olun. Tərəzi - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır. Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar. Əqrəb - aqressiv, davakar olmayın. Sərt danışıqlar zərər verə bilər. Güzəştlərə meylli olun. Açıq hücum heç də həmişə qələbənin rəhni deyil. Kobud taktika, izafi sərtlik qarşı tərəfdə də qeyri-adekvat davranışa səbəb olacaq. Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərdə düşünülmüş taktikaya üstünlük verin. Riskli sövdələşmələrdən və anlaşmalardan uzaq olun. Qanunsuzluq təsiri bağışlayan əməliyyatlar heç bir xeyir verməyəcək.  Oxatan - günün ilk yarısında işlərdə çətinliklər yaranacaq. Ən kiçik uğurun önəmi artacaq. Texniki detallar və təfərrüatlar hədəfə doğru irəliləyişinizi çətinləşdirə bilər. Diqqətli olun, bədxahların məkrli planlarına aldanmayın. Günün ikinci yarısında səhhətinizə fikir verin. Orqanizminizdəki kiçik ağrı sonradan ciddi fəsad yarada bilər. Yarımçıq işləri tamamlamadan yeni layihəyə başlamayın. Oğlaq - günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimal sürət və intensivliklə çalışın. Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər. Sizi narahat edən məsələni çözmək üçün təcrübəli, bilikli insanla məsləhətləşin. Günün ikinci yarısında qohumlardan və ya dostlardan biri sizdən yardım istəyə bilər. Bütün hallarda situasiyanın mozaikalarını ayrıd etməyə çalışın. Profiliniz üzrə mütəxəssisləri işə cəlb edə bilərsiniz. Fəaliyyətinizin effektiv olmasına çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə çətinliklər yaranacaq. Davranışınıza nəzarət edin. Həmkarlarınız sizinlə danışıqlarda izafi kəlmələr söyləyə bilərlər. Günün ikinci yarısında yeni təmaslar və əlaqələr qurmaq olar. Yaranmaqda olan münaqişənin böyüməməsi üçün qarşı tərəfin əsla xoşlamadığı mövzulara toxunmayın. Daşınmaz əmlak, maliyyə və ya texniki avadanlıqlar, vasitələrlə bağlı məsələnin həllini bir qədər ertələyin. Axşam saatlarını dostlarla keçirin. Balıqlar - günün ilk yarısı asan olmayacaq. Cari problemlərin həllində ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Hətta ən adi, "alışdığınız" məişət problemlərinin çözümündə yeni maneələr və sədlər yaranacaq. Aktiv olun, süst davranmayın. Günün ikinci yarısında yolda problemlər yarana bilər. Nəqliyyat vasitəsində texniki nasazlıq, marşrutun nəzərdə tutulmamış dəyişikliyi istisna deyil. Adi günlərdən fərqli olaraq intellektual fəaliyyətdə çətinliklər yaranacaq. İşdə həmkarlar və rəhbərliklə təmaslarda diqqətli, eyni zamanda nəzakətli olun. Axşam saatlarında əylənə bilərsiniz. Milli.Az

Dərman içmək psixoterapiyanı əvəz edirmi?

Dərman müalicəsini psixoterapiyaya vəya psixoterapiyanı dərman müalicəsinə altenativ görmək yanlış bir metoddur. Hər ikisi də eyni müalicə proqramının bir parçası olduğu ilə yanaşı araşdırmalar xüsusilə psixoloji sağlamlıqla bağlı problemlərinin həm dərman müalicəsinin həm də psixoterapiyanın birlikdə tətbiq olunduğunda daha yaxşı nəticələr verdiyini göstərir. Nə dərman terapiyası ilə bağlı səhv məlumatlar pasiyenti psixoterapiyaya yönləndirməli nə də psixoterapiya müddətinin uzun çəkəcəyi kimi qorxular dərman müalicəsinə aparmamalıdır. Ən effektiv müalicə üsulu mütəxəssis ilə birlikdə qərar verməkdir.

Sevdiyiniz insanın yalan danışıb-danışmadığını belə ayırd edin - Test

– Onun yalan danışdığını düşünürsünüzsə, heç vaxt itirmədən ona bu sualı verin: “Niyə belə etdin?” Sevgiliniz bu suala hirslənərək həddindən artıq kəskin reaksiya verirsə, bu, günahsız olduğunun dəlili ola bilər.Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sıralamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər. – Mütəxəssislər insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bir hissəsində əks olunduğu fikirindədirlər. Sevgiliniz sizinlə bərabər olarkən gülümsəyir, lakin bədən dili, əslində, başqa şeylər hiss etdiyini söyləyir. Bu vəziyyətdə ona soruşacaq suallarınız ola bilər. – Yalan danışan insanlar bunu gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədirlər. Bunun üçün də narahat görünən bir adamdan çox rahat görünən insanların yalan danışma ehtimalı daha yüksəkdir. – Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları” jurnalında iştirak edən bir məqalədə yalan danışdığına əmin olan bir adamla telefon zəngi, yaxud SMS ilə deyil, üz-üzə ünsiyyət qurulması tövsiyə edilir.Bəs siz necə, sevgilinizin yalanını tutmusunuzmu? Sizcə, “dastan bir sevgi” yaşayırsınız, ya özünüzü aldadırsınız?! Onun yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün sizə təqdim etdiyimiz testi keçməyiniz məsləhətdir. 1. İlk görüşdüyünüz günü xatırlayırmı? 2. Sizə son 6 ay ərzində hədiyyə alıbmı? 3. Sevgiliniz xoşlamadığı, lakin sizin sevdiyiniz insanlara qarşı mehriban davranırmı? 4. Sizin ən çox sevdiyiniz yeməyin adını bilirmi? 5. Sizi ilk gördüyü günü necə geyindiyinizi xatırlayırmı? 6. Mübahisə edən zaman o, haqlı olsa belə, sizdən üzr istəyirmi? 7. Sizə olan sevgisini tez-tez dilə gətirirmi? 8. Aranızda olan söhbətlərdə ayrılıq kəlməsi keçən zaman təlaş keçirirmi? 9. Sizin ətrafınızdakı əks cinsin nümayəndələrini qısqanırmı? 10. Sizi tez-tez görmək istəyirmi? Suallara “Bəli” və ya “Xeyr” cavablarını verin. Daha sonra isə cavabların sayını hesablayın. “Bəli” cavabları çoxluq təşkil edirsə: Gözünüz aydın, sizi təbrik etmək olar! O, sizi dəlilər kimi sevir və buna görə də çox qısqanır. Çünki sizinlə bağlı olan bütün məlumatlardan xəbəri var. Sevginizi qoruyun və münasibətlərinizin hər zaman uğurlu davam etməsi üçün mübarizə aparın. “Xeyr” cavabı çoxluq təşkil edirsə: Sizin nəyi sevdiyinizi və nələrdən xoşlandığınızi bilmir. Sizi ayda bir dəfə görmək istəyən adamla münasibətləri davam etdirmək barədə yaxşı yaxşı düşünün və məsləhətdir ki, ciddi olaraq söhbətləşib münasibətlərinizi aydınlaşdırasınız. Yəni cavablardan belə aydın olur ki, siz onun həyatının mərkəzində deyilsiniz. Ayrılmağa hazır olun. Çünki həyatdır, sizi hər an tərk edə bilər.

Cütlükləklərə tətbiq olunur - Cinsi terapiya nədir?

Cinsi terapiya, cinsi problemlərin psixoterapiyası mövzusunda təhsil almış, təcrübəli psixiatr və klinik psixoloqlar tərəfindən cinsi problemləri olan fərd və ya cütlüklərə tətbiq olunur. Elmi və etik olaraq müəyyən edilmiş proseslərdən keçən və effektiv olduğu isbat edilmiş bütün terapiya metodları cinsi problemlərin müalicəsində istifadə olunur. Ancaq günümüzdə ən geniş yayılmış cinsi terapiya metodu Koqnitiv Davranış Terapiya metodudur.Cinsi Disfunksiyaların ortaya çıxmasında anatomik və psixoloji amillər ya da ikili münasibətlərin qarşılıqlı əlaqəsi rol oynaya bilər. Təbii olaraq cinsi disfunksiyaların müalicəsi də, disfunksiyaların əmələ gəlməsində rol oynayan amillərə görə dəyişir. İnsanlar ilə görüşülərək problemi ortaya çıxaran, özünə yer etməsinə səbəb olan amillər birlikdə incələnir. Problemin həllində effektiv olacaq dərman və/və ya psixoterapiyalar seçilir.Cinsi disfunksiya tibbi və bioloji bir səbəbə bağlı isə, müalicəsi dərman və ya digər tibbi metodlar olacaqdır. Bu vəziyyətdə müalicəni uroloqlar, qadın xəstəlikləri və doğuş mütəxəssisləri ya da psixiatrlar aparır. Əgər cinsi disfunksiya psixoloji faktorlarla bağlı isə vəya tibbi bir səbəbə bağlı olaraq ortaya çıxmış olsa belə psixoloji faktorlar vəziyyəti ağırlaşdırmışsa, cinsi terapiyalar tətbiq olunmalı və ya əlavə edilməlidir. Bütün terapiyalar kimi cinsi terapiyalar da elmi məlumatlara bağlı olmağa məcburdur.(meduna.az)

Məktəb dəyişdirməyin uşaqlara təsiri

Mütəxəssislər məcbur olmadıqca məktəb dəyişikliyinin düzgün olmadığını, sosial ortama adaptasiyanın  çətin olacağını bildiriblər. Bu barədə türkiyəli psixoloq Esma Uygun, uşaqların məktəb dəyişiklikləri zamanı çəkdiyi problemlərdən danışıb. Bu məqamda uşaqların əsəb sistemi pozula bilər. Adaptasiya müddətində dəstək olmalıdır. Sinfə daxil olan şagirdin özünü tanıtdırması, özünü qəbul etdirməsii, qruplara daxil olmaq ona çətin gələ bilər. Sosial əksikliyi olan uşaqlar üçün  bu daha da çətin ola bilər. Bu səbəbdən məcbur qalmadıqca uşağın məktəbi dəyişdirilməməlidir. Valideynlər uşaqları ilə münasibət qurmalıdırlar. Onların sıxıntılarını dinləməli, birlikdə həll yollarını düşünməlidirlər. Ən əsası isə uşaqları ilə dost olmalıdırlar. Sıxıntıların yarandığı təqdirdə isə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Psixoloqlar adaptasiya üçün zamana ehtiyacın olduğunu bildirirlər.(hekimtap)

Hava şəraiti ilə bağlı - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Psixoloq.az  xəbər verir ki, xəbərdarlıqda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Niyə bəzi uşaqlar digərlərinə görə daha utancaqdır?

Utancaqlıq çox sıx görülən bir duyğudur. Dərhal hər kəs yeni ictimai vəziyyətlərdə müəyyən ölçülərdə ictimai qayğı yaşaya bilməkdədir. Əslində adamın yeni ictimai vəziyyətə və ola biləcək təhdidlərə qarşı lazımlı tədbirləri alması baxımından, qoruyucu bir xüsusiyyət olaraq da qiymətləndirilə bilər.Utancaqlıqla mübarizədə effektiv yollardan biri də öz fikrini ifadə etməyə cəht etməkdir. Əgər nəsə demək istəyirsinizsə, bunun gülünc görünməyindən qorxmayın. Ünsiyyətə girmək istəyirsinizsə, bunu dərhal edin. İlk addımı başqası tərəfindən deyil, öz tərəfinizdən də gözləyin. Sadə olun və daha rahat yaşayın.Niyə bəzi uşaqlar digərlərinə görə daha utancaqdır?Utancaqlığın müəyyən bir qisimi öyrənilər. Yəni, ailə ətrafı və mədəni normalar digər ətraflara görə adamın daha utancaq görülməsinə yol aça bilər. Məsələn Çinli uşaqlar, İsveçlilərə, ya da Amerikalılara görə daha az danışırlar. Bəzi ailələr uşaqlarını ictimai əlaqələrdən daha uzaq və utancaq olmaları istiqamətində istiqamətləndirər və bu istiqamətdə mükafatlandıra bilərlər.Kənardan, utancaqlığın bioloji əlaqəli istiqamətləri üzərinə tapıntılar gündən günə artmaqdadır. Digər şəxsiyyət növlərinə görə utancaqlığın daha çox genetik xüsusiyyət göstərdiyi görülmüşdür. Övladlığa götürülən uşaqlarla edilən işlər də, bioloji ananın uşağın ictimai xüsusiyyətləri baxımından təyin edici olduğunu ortaya qoymuşdur.Ümumi mənada ictimai qayğıların davamlı olduğu və adamın həyatını çətinləşdirici, ya da maneə törədici ola bildiyində ictimai anksiyete pozuqluğu (SAB) ağla gələ bilər.SABin bilinən ilk tərifi, Hipokrat tərəfindən ictimai mühitlərdə üz qızarmasını xatırladan eritrofobi adıyla edilmişdir. Utancaqlıq səviyyəsindəki ictimai anksiyete, ictimai olaraq qəbul görməyi təmin edə bildiyi ölçüdə uyğun bir xüsusiyyət ola bilməkdəykən, həddindən artıq təhdid qəbulu və insanlardan uzaqlaşmağa səbəb ola bilən ictimai anksiyete funksionallığı əhəmiyyətli səviyyədə poza bilməkdədir. İndiki vaxtda uşaq və yetkinlərdə SAB tərifi içində ən sıx, cəmiyyət içində danışma, yemək yemə, yazı yazma; partilərə qatılma; nüfuz fiqurları ilə danışma; ictimai əlaqələrə qatılma qorxusu; ictimai mühitlərdə nəfəs darlığı, üz qızarması,huşunu itirmə, titrəmə, ağız quruluğu, əzələlərdə gərginlik, qarın ağrıları, ölmə istəyi və baş ağrısı kimi fiziki şikayətlər iştirak edər.Çoxu anksiyete pozuqluğu kimi SAB da sıxlıqla uşaqlıq çağında başlamaqdadır. Son illərdə yüksək görülmə nisbəti və funksionallığı diqqətə çarpan səviyyədə təsir etməsi səbəbiylə SAB daha çox diqqət çəkməyə başlamışdır. Erkən başlanğıcı və hələ patoloji səviyyəyə gəlmədən təsbiti ilə qoruyucu yanaşmanın təmin edilməsi mümkün ola bilməkdədir.Həyat-boyu görülmə nisbəti %13.3dür (kişilər: %11.1, qadınlar: %15.5) və adamın funksionallığını olduqca mənfi təsir edən bir psixopatoloji olan SAB sıxlıqla yetkinlik (13-20, ort:15.5) yaşlarında başlamaqdadır. Bu uşaqların ictimai bacarıqları səviyyələri aşağı olaraq qalar, daha az yoldaş sahibi olarlar, diqqətə çarpan olaraq təklik yaşaya bilərlər və çox sayda fəaliyyətdən uzaq dayanarlar. Bəzi faktlarda ictimai anksiyete məktəb qorxusuna səbəb ola bilər. Yenə bəzi SAB faktları, ictimai qayğıları nəticəsi davranış problemləri, qarşı gəlmə davranışı, alkolizim və pis maddə istifadəsi göstərə bilərlər.Nə etmək lazımdı? Uşağınızın xüsusiyyətlərini tanıyın və onu bir bütün olaraq qəbul edin. Onun bütün maraq sahələrinə və duyğularına həssas olmaq və qəbul edici (daha az tənqidi) yanaşma onun özünə inamını artırmaq baxımından ilk addımlardan biridir.Özünə inamını artırın Utancaq uşaqlar sıxlıqla özləri haqqında mənfi düşüncələrə malikdir və insanlar tərəfindən qəbul edilmədiklərini düşünə bilərlər. Onların bacarıqlarını kəşf etmələrinə və inkişaf etdirmələrinə rəhbərlik edin. Özünü yaxşı hiss edən, özünə inamlı uşaqlar nadir olaraq utancaqlıq hiss edərlər.İctimai bacarıqlarını inkişaf etdirinOnun ictimai əlaqələrdə yaşadığı çətinliklərin səbəblərini araşdırın. Uyğun "ictimai bacarıq sözləri", "ictimai bacarıq üsulları" mövzusunda yol göstərin. Kiçik yaşlardan etibarən ictimai mühitlərə (idman klubu, rəqs məktəbi, teatr vs.) girməsini və ictimai bacarıqlarını inkişaf etdirmə fürsəti tapmasını təmin edin.Yeni mühitlərə alışması üçün fürsət verinTəhdid edici hesab etdiyi bir mühitə girərkən həddindən artıq məcburedici olmamağa diqqət yetirin, oraya alışa bilməsi üçün zaman verin və müsbət xüsusiyyətlərinə (uşağa və mühitə aid) diqqət edin.Yalnız utancaq insanlar deyil, başqaları da müəyyən vəziyyətlərdə sıxıla və ünsiyyətdə çətinlik çəkə bilərlər. Belə ki, statistikaya görə, insanların yalnız 5 faizi həyatı boyu utancaqlıq hiss etməyiblər. Utancaqlıq isə özünü yanaqların, üzün qızarması, qarnın quruldaması, əl-ayaqların titrəməsi, səsin əsməsi, təngənəfəslik kimi göstərə bilər. Bu cür proseslərin baş verməsi bəzən ətrafdakılar tərəfindən diqqətdən kənar qalsa da, utananın özünə mane olur. Belə ki, utancaq adamlar tanımadığı insanlarla ünsiyyətdən qaçır, narahatlıq yaradan vəziyyətlərlə üzləşməkdən qorxurlar. Bu səbəbdən də utancaqlıq normal yaşamağa mane olur.Arzu Rzayeva 

“10-12 yaşlı uşaq sosial şəbəkələrə girirsə deməli böyük təhlükə var…”

Amerikalı uşaqların 56%-nin sosial media hesabı var. Sosial media hesabı açan uşaqların orta yaşı isə 12-dir. Bu barədə San-Fransiskoda yerləşən "Common Sense Media” adlı qeyri-hökumət təşkilatının 2016-cı ilə aid tərtib etdiyi hesabatda bildirilir. Təşkilatın valideynlik üzrə eksperti Kerolayn Knorr deyirki, əgər "övladınız 10 yaşını keçibsə, bir gün, dərs ilinin başlanğıcında gəlib "internetdən filan şeyi endirmək istəyirəm” deməsini gözləməlisiniz”.Bəs uşaqların hansı yaşda sosial media hesabı açması düzgündür? Knorrun sözlərinə görə, ABŞ-da 12-yaşlı uşaqların artıq hər hansı formada sosial media hesabı olur. Bu məlumat onun təmsil etdiyi təşkilatın 2016-cı ilə aid hesabatında da əksini tapıb. Hesabat ABŞ-da yaşayan, övladlarının yaşı 8-18 arasında olan 1786 valideyn arasında keçirilmiş sorğuya əsaslanır. Uşaqları yaşa görə təsnif edəndə bəlli olub ki, 13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var. 8-12 yaşlıların yalnız 23%-nin sosial media hesabı var imiş. Birminqemdəki Alabama Universitetindən uşaq psixoloqu Vivian Fridman yaşı 6-12 arasında olanların konkret düşünmə bacarıqlarının inkişaf etdiyini, 12-18 yaşlar arasında isə abstrakt düşüncə bacarıqlarına yiyələndiklərini deyir. Mütəxəssis hesab edir ki, uşaqlar yeniyetməlikdən öncə daha konkret düşündükləri üçün bəziləri sosial media ilə bağlı abstrakt məsələlərin həqiqiliyini tam təhlil edə bilmir: "Məncə, bunu etməyin ən yaxşı yolu birlikdə oturub övladınızın işlətmək istədiyi proqramı və onların işlədə biləcəyi məxfilik ayarlarını müzakirə etməkdir. Sonra valideynlərlə uşaqların nəyi paylaşıb-paylaşmamağın düzgünlüyünü müzakirə etməsi vacibdir. Hesab edirəm ki, 12 yaş civarı uşaqların sizin qaydalarınıza əməl etmək və onların təhlükəsizlik baxımından vacibliyini anlamaq iqtidarında olduğu dövrdür”, – deyə o bildirir. ABŞ qanunları valideynlərə saytlarda bütün məlumatlar üzərində nəzarət imkanı verir. Qanunlara görə, operatorlar, saytlar və onlayn xidmətlər valideynlərin icazəsi olmadan yaşı 13-dən aşağı olan uşaqlardan hər hansı şəxsi məlumat istəmir və belə məlumatları paylaşmır. Məsələn, "Facebook” bildirir ki, bu platformadan istifadə edən hər kəsin ən azı 13 yaşının tamam olması vacibdir: "Yanlış məlumatla hesab açmaq bizim qaydalarımıza ziddir”, – "Facebook” yazır. "Facebook” eyni səhifədə 13 yaşına çatmamış uşağınız özünə hesab açarsa, onu necə bağlayacağınız haqda təlimat da verir. Burada yaşı çatmayan şəxsin hesabı ilə bağlı şikayət etmək üçün xüsusi forma da verilib. "Valideynlərin çoxu elə bilir ki, bu qaydanın məqsədi uşaqların təhlükəsizliyini qorumaqdır. Əslində isə səbəb odur ki, əksər sosial media platformaları məlumatı paylaşır və məlumat toplayır. Ancaq onların 13 yaşdan aşağı istifadəçilərlə bunu etməyə ixtiyarları yoxdur”, – Knorr deyir. Alabama uşaq xəstəxanasının pediatrı və Birminqemdəki Alabama Universitetinin professoru Kendis Day məsləhət görür ki, valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar: "Onlara deyin ki, bir adamı tanımırsa və o, dost olmağı təklif edirsə, onu qəbul etməsinlər. Kimsə təhqiramiz bir hərəkət edirsə, onu dostluqdan çıxarsınlar…”, – K. Day deyir. Məxfilik və təhlükəsizlik məsələləri vacib olsa da, Knorr, ümumiyyətlə, uşaqların ekran qarşısında keçirdiyi vaxtı uşaqların sosial mediaya gəlməsi baxımından ən ciddi problemlərdən biri sayır. Amerika Pediatrlar Akademiyası 5-18 yaşlı uşaqların yataq otağında cihazların olmamasını, yatmazdan öncəki bir saat ərzində və ailəvi yemək zamanı hər hansı cihaz işlətməməsini tövsiyə edir. Qurum valideynlərə kompüter qarşısında keçirilən vaxtın artıq çəki, yuxu problemləri, kiber-hədə, uşaqların məktəbdə zəif oxuması və digər problemlər ortaya çıxaracağı haqda xəbərdarlıq edir. Bəs Azərbaycanda sosial mediadan istifadə edən azyaşlılarla bağlı vəziyyət necədir? Sosial şəbəkələrin istifadəçisi olan uşaqlarla bağlı statistika məlumdurmu? Araşdırma zamanı məlum olur ki, Dövlət Statistika Komitəsi hər il internet istifadəçilərinin yaş tərkibinə görə hesabat tərtib etsə də, burada azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı statistika əksini tapmayıb. Hesabatdan məlum olur ki, Azərbaycanda ümumi internet istifadəçilərinin əksəriyyətini yaşı 24-dən aşağı olan şəxslər təşkil edir. Məsələn, 2015-ci ildə bu rəqəm 42,9, 2016-cı ildə isə 42,5 faiz olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün virtualaz.org-a bildirdiyinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyəti olmasına baxmayaraq, Azərbaycanda azyaşlılar da sosial şəbəkələrdən yetərincə istifadə edirlər. "Azərbaycanda internetdən istifadə elə sosial şəbəkələrdən istifadə deməkdir. Çünki bizdə internetdən sosial şəbəkələrdən istifadə üçün istifadə edirlər. Azərbaycanda azyaşlıların sosial şəbəkələrdə qeydiyyatdan keçmələri onların mobil telefonlardan istifadəsi ilə bağlıdır. 10-12 yaşlı uşaqlar sosial şəbəkələrədn istifadə edirsə, artıq burada təhlükə var. Əgər valideyn 9-10 yaşında uşağa bütün imkanları olan "ağıllı” telefon və ya notebook verirsə, yaxşı internet verirsə, o başa düşməlidir ki, burada təhlükə yox, çox böyük təhlükə var. Uşaq nəzarətdə olmalıdır. Əgər o sosial şəbəkədə istifadə edirsə belə, birinci dostu valideyn olmalıdır. Valideyn onun ətrafına, dostluğuna nəzarət etməlidir”, – deyə Osman Gündüz bildirir. Ekspert deyir ki, sosial media resurslarının sahibləri öz resurslarında yaşla bağlı məhdudiyyəti qoyurlar və bunu elan edirlər. Amma  buna nəzarət etmək, icrasına  nail olmaq mümkün deyil. Çünki uşaqlar yaşlarını az göstərərk rahatca qeydiyyatdan keçə bilirlər: "Uşaqlar üçün sosial şəbəkələrdə xeyli oyunlar var ki, onların psixikasına çox mənfi təsir edir, onları intihara sürükləyir. Biz bununla bağlı zaman-zaman açıqlamalar veririk. Uşaq hüquqlarını qoruyan təşkilatlar bunun üçün təsis edilir. Amma buna nəzarət etməli olan təkcə hökumət və ya provayder deyil, həm də cəmiyyətdir, medaiadır, valideynlərdir. Uşaqların sosial mediada daha çox evdə istifadə edir. Ona görə də valideynin bilik və bacarıcığı yetərli olmalıdır. Təhsil müəssisələrində bununla bağlı mütəmadi olaraq məlumat verilməlidir”. O. Gündüz deyir ki, son dövrlərdə qanunvericilik azyaşlıların internetin zərərlərindən qorumaq istiqamətində xeyli təkmilləşdirilib. Telekomunikasiya qanununa görə,   istifadəçinin, yəni valideynin provayderdən təhlükəsiz – "halal” internet tələb etməyə haqqı var. Provayder öz informasiya sistemində ciddi dəyişiklik etməli, çeşidlənmiş, süzgəcdən keçirilmiş informasiyaları  ötürməlidir.

Psixoterapiya metodları nədir?

Psixoterapiyanın bir neçə növ var. Fərdi psixoterapiyalar, ailə və cütlük terapiyaları və qrup psixoterapiyaları şəklində tətbiq olunur. Bundan əlavə pasiyentlərin problemlərinə görə terapiya növləri spesifikləşmiş ola bilər. Cinsi terapiyalar, maddə asılılığı terapiyaları, kariyer planlama terapiyaları kimi spesifik problemlər spesifik terapiyalara nümunədir. PSİXOTERAPİYA METODLARI Psixologiya elminin inkişafi ilə birlikdə bir çox terapevtik metod ortaya çıxıb: Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, İnterpersonal (şəxslərarası) Psixoterapiya, EMDR, Geştalt Terapiyası və s. Bu terapiya metodları bir-birinə zidd olmamaqla yanaşı terapiya prosesini ələ alan metodlarda bəzi fərqliliklər göstərirlər. Hansı terapiya metodunun yaxşı olduğunu demək çətin olsa da xüsusilə bəzi psixoloji problemlərdə bəzi metodların daha yaxşı nəticə göstərdiyinə dair araşdırmalar vardır. 

Bu qaydalara riayət edilməlidir - Psixoterapevt kimdir?

Psixoterapevtlər psixiatriya, psixologiya, psixoloji konsultasiya və rəhbərlik, sosial iş kimi müxtəlif psixoloji sağlamlıq ixtisaslarından məzun olun olmuş və psixoterapiya sahəsində lazım olan nəzəri məlumatı, stajı, müşahidəsi və digər kafilik proqramlarını tamamlamış mütəxəssislərdir. Bu psixoloji sağlamlıq mütəxəssislərindən psixiatr həkimlərdən başqa heç birinin dərman yazma səlahiyyəti olmamaqla bərabər tətbiq etdikləri terapiya baxımından hamısı eyni elmi və əxlaqi qaydalara riayət etməyə məcburdurlar.Geniş yayılmış inanışın əksinə psixoterapevtlər bizim əvəzimizə qərar verməz, bizə öz inanclarını zorla yeritməz və psixoterapevt olmaqlarının səbəbi həyatda bizdən daha ağıllı və təcrübəli olmaqları deyil. Psixoterapevtlər insanın emosiya, düşüncə, davranış və koqnitiv proseslərini ilə əlaqədar təhsil aldıqları üçün kömək zamanı bu bilikləri əsas götürürlər və bunu edərkən müəyyən standardlara əməl edərlər. Psixoterapevtlər pasiyentləri düzgün düşünməyə istiqamətləndirərək məsləhətli qərar verməyə yardımcı olur.

Özgüvənlisiniz? - Bu hissi belə aşılayın

Günümüzdə ən çox yayılan problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından, digər ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün də öncəliklə özünüzə sağlam şəkildə hörmət etməlisiniz. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını deyil, özünüzü hörmətə dəyər və qiymətli hiss mənasını verər. Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməyiniz lazımdır …Gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaşdırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın.Ugurlarınıza fokuslanın: Hər günün sonunda nələr edəbildiyinizi gözdən keçirin. Özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özsaygınızın artmasını dəstəkləyir.Xarici yaşamlar yerinə içinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyata söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tamamlayın. Bunun yerinə, öz daxili səsinizin yön verdiyi hədəfinizi təyin edin. Gerçəkdə sizin üçün nə vacibdir? Bunlara uyğun yaşamağa çalışmaq özsaygınızı artıracaq.Həyata aktiv olaraq qatılın: Özünüzə hədəflər təyin edin və hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addım atın. Qrup çalışması güclü bir sinerji yaradır, ancaq əsla birinin bütün vəzifəsi boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.Özünüzə qulluğa zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam qidalanın, kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın. Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantları araşdırın. Hər ehtiyacınız olanı əldə edə bilməsək belə, özsaygınızı artıracaq şəkildə hərəkət etmiş olacaqsınız. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

İşləri yarımçıq qoymayın - Günün ulduz falı

Qoç - Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun. Günün ikinci yarısında fəaliyyətiniz üçün real stimul olacaq. İşlər uğurlu olacaq. Sizi tələsdirsələr də, tələyə düşməyin. İşlədiyiniz kollektivdəki yeni intriqa və şayiələrin ömrü uzun olmayacaq. Aktivlərinizə fikir verin. Etibarlı gəlir mənbəyi əldə edin. Buğa - Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın. Günün ikinci yarısında işdə rəhbərliklə müzakirələrdə irəliləyişə nail olun. Ağır fiziki işdən qaçmayın. Bilik və bacarıqlarınızı real qiymətləndirin. Qarşı tərəfin imkanlarını heç bir halda aşağılamayın. Axşam saatlarında normal istirahət edin. Əkizlər - Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır. Günün ikinci yarısında hədəflərlə məqsədlərdən asılı olmayaraq mövqelərinizi səbatlı edin. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin. İşgüzar tərəfdaşlıqda qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək. Birgə səylərin əhəmiyyəti artır. Nəticələr pis olmayacaq. Xərçəng - Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər. Şir - Təsərrüfat işləri ilə məşğul olmaq mümkündür. Pullarınızın qədrini bilin. Maliyyə vəsaitinizi yalnız real zərurətlərə, praqmat ehtiyaclara ödəyin. Önəmli saydığınız məsələ ilə bağlı qərar verməzdən əvvəl vəziyyəti araşdırın, imkanları götür-qoy edin. Borclarınızı qaytarmağa başlayın. Kredit götürməyə tələsməyin. Günün ikinci yarısında yeni layihəyə başlamaq olar. Tərəfdaşları aldatmayın. Etimadı doğruldun. Sizdən sui-istifadə etmək istəyənlərə aldanmayın. Qız - Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın. Günün ikinci yarısında gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın. Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar. Tərəzi - Gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır. Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz. Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər. İnadkar olmayın, gərəksiz mübahisələr etməyin. Əqrəb - Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir. Ayıq olun. Nə qədər çevik davransanız, bir o qədər yaxşıdır. Maliyyə imkanlarınızı realist qiymətiləndirin. Ani hisslərə qapılmayın. Günün ikinci yarısında birgə fəaliyyətinizdə tərəfdaşların və şəriklərin rolları ilə yerlərini dəqiqləşdirin. Konkretlik vəziyyətin tələbidir. Axşam saatlarına yaxın şəxsi problemlərinizin həllini başa vurun. Sevdiyiniz insanlarla münasibətləri qorumaq istəyirsinizsə, güzəştə getməyi bacarmalısınız. Oxatan - Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Gərgin, əsəblərin tarıma çəkiləcəyi situasiyalarda səbrli davranın. Məqsədə çatmaq üçün ilk baxışdan kiçik, önəmsiz təsir bağışlayan problemləri sürətlə həll etməkdən çəkinməyin. Günün ikinci yarısında aldığınız sifarişlər və ya tapşırıqları vaxtında yerinə yetirin. Tərəfdaşın fərdi yox, işgüzar məziyyətlərini önə çəkin. İşlərinizdə inadkar, qətiyyətli olun. Oğlaq - Az danışın, çox iş görün. Bəzi hallarda ifrata vararaq tələskənlik etməyin. Müvəqqəti passiv gözləntidə fayda var. Vaxtınızdan səmərəli istifadə edin. Alış-verişdə bədxərclik etməyin. Atacağınız addımları əvvəlcədən təhlil edərək hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Maraqlandığınız nəsnə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları fəallaşdırın. Yaşananlara ayıq münasibət bəsləyin. İllüziyalara qapılmasanız, uzunmüddətli, möhkəm, qarşılıqlı faydalı əməkdaşlıq mümkündür. Dolça - Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin. Sizi sinirləndirəcək, qıcıqlandıracaq məqamlar olacaq. Gördüyünüz işə verilən qiymətdən, habelə yeni tapşırıqdan narazı qala bilərsiniz. Konkret işə köklənin. Çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin. Günün ikinci yarısında fəaliyyət və yaşam arealındakı maneələri aşkarlayın. Daşınmaz əmlak, torpaq, mənzil və ya istehsalat məkanları ilə bağlı məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Axşam saatlarını qiymətli saydığınız insanlarla keçirin. Balıqlar - Günün ilk yarısında kollektiv fəaliyyət üçün tərəfdaşı diqqətlə seçin. İşgüzar münasibətlərə fərdi əlaqələr və emosiyalar müdaxilə etməməlidir. Qarşı tərəfi tam anlamaq üçün sayıq olun, sərvaxt davranın. Dəyər verdiyiniz insanın kiçik nöqsanlarına, cüzi səhvlərinə göz yummaq da olar. Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Ciddi rəqabət olacaq. Barrikadaların müxtəlif tərəflərindəki insanların asanlıqla dil tapa biləcəyini düşünməyin. Səbrli, təmkinli olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.  Milli.Az

Beyinin rəqabət sistemləri - Rəqiblər kompleksi nədir?

Neyroanatomiyada beyində bir - biri ilə rəqabət halında olan sistemlər dedikdə niyəsə həmişə məntiqlə emosionallıq misal olaraq göstərilir. Hətta qadınlarda və kişilərdə hansının güclü olduğunu göstərmək üçün mübahisələrə girilir. Bu haqda çox danışıldığından mən bu məqaləmdə bu mövzuya toxunmayacam. Niyyətim məqalə boyunca beynimizin başdan - başa rəqiblər kompleksindən ibarət olduğunu gözlər önünə sərməkdi. Bununla bağlı ilk bariz örnək hamımıza yaxşı məlum olan beyin yarımkürələri ilə bağlıdır. Yarımkürələr " korpus kallosum " adlanan sinir lifləri ilə bir - birinə bağlanmışdır. Bu sinir liflərinin rolu ilə bağlı uzun müddət sabit fikir olmuşdu. Beləki, 1950- ci ilə qədər kimdənsə bu sinir liflərinin funksiyasını soruşsaydınız sizə deyəcəkdi ki, iki beyin yarımkürəsi arasında rabitə rolunu oynayır. Amma Roger Sperry və Ronald Meyers adlı iki neyrobioloq etdikləri bir əməliyyatla hər kəsi ağzı açıq buraxdılar. Bu iki alim meymunların və pişiklərin korpus kallosumlarını kəsdilər. Bilirsiniz nə oldu? Heç bir şey olmadı. Heyvanlar, tamamilə normal davrandılar, sanki bu sinir liflərinin heç bir önəmi yoxdur. Bu təcrübədən sonra split brain adı verilən əməliyyatlar aparılmağa başladı. 1961- ci ildən etibarən epilepsiya xəstələrinin beyin yarımkürələrini bir - birinə bağlayan bu sinir liflərini əməliyyat vasitəsilə kəsməyə başladılar. Çünki tutmanın bir yarımkürədən digərinə keçməsini əngəlləyən bu əməliyyat epileptiklərin son ümidi idi. Bu əməliyyatdan sonra onlar tamamilə normal bir həyat sürürlər. Baxmayaraq ki, beyinlərinin yarısı digər yarısından ayrılmışdı, amma yenə də nəyisə xatırlaya öyrənə, sevə, gülümsəyə, rəqs edə bilə və əylənə bilirdilər. Amma çox qəribə də bir şey olurdu. Öyrənmə prosesində bir yarımkürə nəyisə öyrənsə də, digəri bundan hələ də xəbərsiz olaraq qalırdı. Və ən əsası, bu insanlar eyni anda iki fərqli işi görə bilirdilər. Bu normal bir beyinin əsla izn verməyəcəyi bir şeydi. Beyin yarımkürələri bir - birindən ayrılmış insanlar eyni anda hər iki əlləri ilə müxtəlif yazıları yaza bilir, müxtəlif şəkilləri çəkə bilirlər. Bilirik ki, sağ əlimiz sol beyin yarımkürəmizdən, sol əlimiz isə sağ beyin yarımkürəmizdən əmr alır. Beyin yarımkürələri bir - biri ilə əlaqədar olan insanlar sağ əlləri ilə üçbucaq çəkərkən, sol əlləri ilə də kvadrat çəkə bilməzlər. Amma split - brain əməliyyatından keçmiş insanlar bunu asanlıqla edirlər. Çünki onların beyin yarımkürələri bir birindən asılı olmadan öz həyatlarını yaşayırlar. Beyin yarımkürələri hər biri eyni problemi həll edən, amma həll yolları bir az fərqli olan iki rəqib komanda kimidir. Bu kəşfinə görə Roger Sperry Nobel mükafatı almışdır. Məsələ burasındadır ki, beyin yarımkürələrini iki fərqli siyasi partiya kimi düşünmək lazımdır. Eyni məsələ üzərində baş sındırmalarına baxmayaraq həll yollarını müxtəlif istiqamətlərdə görürlər. Əgər bu partiyalardan biri süquta uğrayıb dağılsa bir şey dəyişməyəcək. Ölkənin işləri yenə öz axını ilə gedəcək. Sadəcə ölkəni idarə etmək üçün istifadə olunan üsullar fərqli olacaq. Eyni şey beyin yarımkürələri üçün də keçərlidir. Bir yarımkürəni əməliyyatla kəsib götürsələr belə digər yarımkürə bütün işləri öz öhdəliyinə götürərək bizi vəziyyətdən çıxara biləcək. Rasmussen ensefalitindən qaynaqlanan epilepsiya xəstəliyinin müalicəsində istifadə olunan bu əməliyyat 8 yaşına qədər olan uşaqların üstündə aparılır. Və uşaq həyatının geri qalan hissəsini normal şəkildə yaşayır. Bu əməliyyata hemisferektomi adı verilib və kifayət qədər uğurlu üsuldur. Çünki beyin yarımkürələri anatomik cəhətdən demək olar ki, eynidir. Beyinin rəqiblər sistemi bununla da bitmir. Yaddaş bizim həyatımızın özəyini təşkil edir. Günlük yaşantılarımız hipokampus və temporal lob adlanan beyin bölgələrində toplanarkən, travma xarakterli xatirələrimiz amiqdalada toplanır. Postravmatik Stress Pozuntularında flashback kimi ani göz önünə gələn acı xatirələr məhz amiqdalada toplanır. Amiqdalada toplanan xatirələri silmək və unutmaq çətindir. Təcavüz qurbanlarının və müharibə iştirakçılarında olduğu kimi flash kimi yanıb - sönən anılar amigdalanın işidir. Göründüyü kimi 19- cu əsrdə hökm sürən frenoloji ideyası tamamilə iflasa uğrayıb. Çünki biz indi bilirik ki, beyində frenolojinin iddia etdiyi kimi bir işdən bir bölgə məsuliyyət daşımır. Əksinə, bir işi bir çox beyin bölgəsi fərqli üsullarla yerinə yetirir. Çünki biologiya tək bir həll yolu ilə nadirən kifayətlənir. Əksərən, təbiət yeni üsullar icad etməyə çalışır. Çünki təbiətin laboratoriyasındakı işlər bizim laboratoriyalardakı kimi getmir. Süni intellekt hazırlamağa çalışan alim məsələn, enerji qaynağı problemini həll etdikdən sonra növbəti mərhələyə keçir. Amma canlılarda milyonlarla mutasiyalar olduğu üçün təbiət yeni varyasiyalar icad edərək problemi yaradıcı bir şəkildə həll edir. Eyni iş üzərində daima çalışdığından daha təkmil sistemlər yaranır. Beynimizdəki eyni işdən məsuliyyət daşıyan müxtəlif bölgələr təkamül nəticəsində müəyyən ardıcıllıqla yaranmış və hər biri özündən əvvəlkindən daha üstündür. Amerikada aparılan bir təcrübə nəticəsində məlum olmuşdur ki, Alzheimer xəstəliyi olan bir çox insanlar həyatları boyu bunun fərqinə varmırlar. Bu insanlar intellektual işlərlə məşğul olduqları üçün xəstəlik nəticəsində beyinlərinin bir hissəsi məhv olsa belə digər hissələr məhv olan hüceyrələrin işini öz öhdəsinə götürüb. Buna neyropsixologiyada koqnitiv rezerv deyilir. Çantasında bir çox alət olan usta çəkicini itirsə belə digər alətlərdən çəkic kimi istifadə edə bilər. Məsələn mismarı baltanın küt tərəfi ilə də vurmaq mümkündür. Beyin də eynən bu şəkildə işləyir. Birincili görmə korteksinin bir hissəsi zədələnən zaman insan görmə sahəsinin bir qismini itirmiş olur. Məsələn gözünün ancaq sağ tərəfində olanları görən bir xəstəni götürək. Onun gözünün sol tərəfində bir üçbucaq tutub əlimizdə hansı fiquru tutduğumuzu soruşaq. O görə bilmədiyini desə də, onu bezdirənə qədər əlimizdə nə olduğunu təxmin etməsini istəyək. O ən sonunda bezib ağlına gələn ilk təxmini edəcək. " Üçbucaq görürəm ". Bəli, bəli düz tapacaq. Çünki gözü görməsə belə gözünün qarşısında duran obyekt subkortikal zonanı qıcıqlandırıcaq. Kor görüşü adlanan bu hadisə görmə qabiliyyəti itsə belə korteks altı bölgələrin işi səhnə arxasından aparmalarını sübut edir. Bu neyroanatomik cəhətdən heç də təəccüblü deyil. Çünki ilanlar da korteksə sahib olmasalar da görürlər. Düzdür bizim qədər yaxşı görmürlər, amma görürlər. Bütün bunlardan çıxan nəticəni Marvin Minskynin sözləri ilə ifadə etmək istəyərdim. " Biz bir bütün olaraq əslində xırda çoxluqların toplamıyıq. Bu xırda çoxluqlar bir - birinə zidd olan, rəqabət aparan və bəzən bir - birilərinin işinə kömək edən hissələrdi." Hansı ki, kəllə qutumuzun içərisində, qaranlıq otağında gizlənən kainatın kəşf edilmiş ən möhtəşəm nəsnəsini əmələ gətirir. Psixoloq Fuad Əsədov

Psixoloji Test - Bədheybətiniz hansıdir?

1- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gücdür.Sadə, qayğısız insansınız. Dünyaya günahsız uşaq baxışları ilə baxırsınız. Ünsiyyət rahat qurursunuz, harmoniyanı dəyərləndirirsiniz. Sevginiz sərhədsizdir və ətrafınızı da sevgiyə sövq edirsiniz. Həyatda dönüşlər sizi tez ruhdan salır. Optimistliyiniz adamların xoşuna gəlir. Həyata münasibətinizlə cəlb edirsiniz. 2- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Siz dərin, düşüncəli, maddi-fikirli insansınız. Xarici şeylərə çox diqqət etmirsiniz. Dayazfikirliliklə heç vaxt mühakimə etmirsiniz. İnsanları başa düşmək, öyrənmək üçün sizə vaxt lazım olur. Hərdən reallıqdan uzaqlqşıb öz dünyanıza düşürsünüz və heç nəyin fərqinə varmırsınız. Ağıllılığınız insanların xoşuna gəlir. Müdrikliyiniz cəlb edir. 3-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı xəsislikdir.Təbii və səmimi insansınız. Göründüyünüz kimisiniz. Artislik etmirsiniz. Komplekssizsiniz. Boş şeyəlrçün narahat olmursunuz. Yaradıcılıqla məşğul olsanız azad hiss edirsiniz. Var-dövlətə ,varlı həyata can atırsınız. Canlı xarakteriniz insanlarin xosuna gəlir. Təbii parlaqlığınız cəlb edir. 4- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı kədərdir.Siz ətrafınızdakı kütlədən seçilirnisiz,hətta seçilmək istəməsəniz belə. Xasiyytəcə və davranışca dürüst insansınız. Özünüzü başgası kimi göstərmək lazım olmadığını başa düşürsünüz. Depressiyaya tez düşürsünüz. Unikallığınızla cəlb ediriniz. Adamlar sizin vecsizliyinizi bəyənmirlər. 5- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı dilxorçuluq.Realist və idealistsiniz. Həyatı olduğu kimi görürsünüz. İnandığınızdan heç vaxt imtina etmirsiniz. Həmişə daha çoxunu arzu edirsiniz. Bəzən xəyalarla çox məşğul olursunuz. Planlarınız böyükdür. Qətiyyətliliyinizi sevirlər. Döyüşçüsünüz bu da insanları cəlb edir. 6-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı gərginlikdir. Enerjili, həyat dolu insansınız. Həyat ətrafınızda hay-küy salır. Uzaqdan nəzərə çarpırsıız. Liderlik qabiliyyətiniz var.Yaşlanmağa YOX deyirsiniz. Onu "otaqda qapamısınız". Alovlu təbiətiniz insanların xoşuna gəlir. Təbiiliyinizlə cəlb edirsiniz. 7-Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı hissiyyatdır.Açıq, çox sevən insansınız. Almaqdan çox bəxş etməyi sevirsiniz. Dünyanın daha gözəl olmasını istəyirsiniz. Malik olduqlarınıza sevinirsiniz. Razısınız həyatınızdakılarla. Çox hissiyatlısınız, bu sizin silahınızdır.Səxavətliliyiniz adamların xoşuna gəlir. Sizi sevmək asandır-bununla da cəlb edirsiniz. 8- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı melanxoliyadır.Taraz insansınız. Həyatınızın bütün sferaları balanslaşıb. Həmişə seçim qarşısında qalanda ortanı seçməyə üstünlük verirsiniz,kompromisslərə getməyi yararlı sayırsınz. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişir. Sizinlə rahat ünsiyyət gururlar,bu da adamların xoşuna gəlir. Siz öz "özün yaşa,başgasına da mane olma" prinsipinizlə cəlb edirsiniz. 9- Sizin bədheybətiniz deyir ki, sizin daxilinzdəki şeytanın adı qürürdur.Etdiyiniz hər şeydə entuziazmla dolusunuz. Həyata dərin maragla yanaşırsınız. Öyrənməyi sevirsiniz. Adamları ittiham etmək yerinə yaxşı başa düşürsünüz. Hərdən lovğalanırsınız. Avantyuristliyiniz insanların xoşuna gəlir. Hər situasiyaya uyğun hərəkət etmə gabiliyyətiniz insanları cəlb edir.

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə Bakıda konsert verəcək. Psixoloq.az xəbər verir ki, tədbir 13 oktyabr, Bakı Konqres Mərkəzində baş tutacaq. Çizgim Event-Noya Yapımın Bakıdakı səlahiyyətçisi Türkay Kıztaşın məlumatına görə, şənbə günü təşkil olunacaq konsertə indidən böyük maraq var: "3400 nəfərlik tutuma malik Bakı Konqres Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır". Verilən məlumatda qeyd edilir ki, konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyindən  də qonaqlar olaraq dəvət ediliblər. Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az -dan əldə edə bilərsiniz.Əlaqə üçün :051 330 5262

“Ailələrin ən böyük problemi uşaqların saatlarla seriallara baxmasıdır”

Televizor faydalı olduğu kimi çox zərərli bir şeyə də çevrilə bilər. Xüsusən uşaqlar üçün televizorun çox təhlükəli nəticələr yaratması mümkündür. Çünki televizorda yayımlanan film və proqramlar uşaqlar üçün hazırlanmış şeylər deyil. Vəziyyət belə olduqda, televizor uşaqlar üçün çox təhlükəli ola bilir. Televizora baxarkən böyüklərdən birinin uşaqla birgə izləməsi, onun yaşına uyğun şərhlər verməsi həm uşağın biliklərini artırar, həm də qavraya bilmədiyi şeyləri səhv anlamasının qarşısını alar.   Elə psixoloq Vəfa Əkbər də açıqlamasında valideynlərin nələrə diqqət etməli olduqlarını qabardıb: “Əslində ailələrin ən böyük problemi evlərində məktəbə gedən uşaqların və hətta məktəbə yaşı düşməyən uşaqların qarşısında əyləşib saatlarla seriallara baxmasıdır. Mövzunu o qədər qabarıq şirin formada danışırlar ki, bu da uşaqları cəlb edir. Azyaşlı uşaqların fəaliyyəti dərs maraqları, oynamaq olmalıdır. Onlar isə, fikirlərini daha çox seriallara, serialda baş vermiş hadisələrə və sujeti  xatırlayaraq onu qabarıq yaşamağa can atırlar. Belə olduğu təqdirdə, uşaqlar daha çox bayağı həyatı, real olmayan həyatı yaşamaq istəyirlər. Çalışmaq, əziyyət çəkmək, nəyəsə nail olmaq istəyi, bu tip uşaqlarda o qədərdə güclü olmur. Əslində burda tərbiyə mühüm rol oynayır. Həm atanın, həm də ananın üzərinə böyük məsuliyyət düşür. İki obraz bir araya gəldikdə uşaqlar bayağı seriallardan uzaq duracaqlar. Öz yaşıdlarının tələb etdiyi fəaliyyətlə məşğul olmuş olacaqlar”.(Moderator.az)

Fırıldaqçı psixoloqların sayı artıb – Məşhurluq üçün yüksək məbləğdə...

Məlum olduğu üzrə xüsusilə də son zamanlar psixoloq adı altında işləyən  qeyri-peşəkarların sayı artıb. Bəzi fırıldaqçılar biznesləri üçün insan əməyindən, pulundan istifadə edirlər.  Bundan əlavə bəzi saytlara da yüksək məbləğlərdə pullar verərək reklamlarını edirlər ki bu zaman da insanlar onların “peşəkarlığına” daha çox inanırlar. Bununla da fırıldaqçıların məşhurluğu ikiqat artır. Psixoloq.az portalı isə onların yalan üzərində qurulan bizneslərini dağıtmağa və professional olaraq psixoloqları vahid mərkəzdə tutmaq məqsədini daşıyır. Saytın direktoru Aytən Hidayətovanın sözlərinə görə, istənilən psixoloq, savadını, peşəkarlığını portal vasitəsilə nümayiş etdirə bilər: “Digər saytlar, kanalllar bunun üçün yüksək məbləğ tələb etdiyi halda bu bizdə tam olaraq pulsuzdur. Biz istəyirik ki bütün mərkəzlər, psixoloqlar vahid mərkəzdə birləşsinlər. Bəziləri elə bilir ki biz də mərkəzik. Xeyr. Biz sadəcə insanlara, savadlı psixoloq, psixoloji mərkəz tapmaqda körpü rolunu oynayırıq. İnsanlar üçün şəffaf şərait yaradırıq ki, onlar psixoloqların savadının nə yerdə olduğunu, təhsili barədə tam olaraq məlumatlana bilsinlər. Zəhmət çəkən hər bir psixoloqa tanınması üçün şərait yaradırıq”. Portalın redaktoru Şəhanə Quliyeva, son zamanlar insanların saytlarda axtardığı açar sözün məhz psixoloqlar olduğunu diqqətə çatdırıb. “Loqopedlər, defektoloqlar, psixoloq və s. barədə bütün məlumatları da insanlar bizim sayt vasitəsilə əldə edə bilərlər. Biz hər psixoloqa eyni şəraiti yaradırıq. Saytımızda psixoloqlarla yanaşı gənc tələbələrimiz də özləri barədə məlumatları yerləşdirə bilərlər. Bununla yanaşı məqalələr yazmaqla həm insanları maarifləndirə, həm də özlərini tanıtdırmaqları mümkündür. Psixologiya elminin daha çox tanınması üçün bu sahənin insanları daha çox əziyyət sərf etməlidirlər. Biz də bu sahəyə portal olaraq dəstəyik. Bir çox mütəxəssislər var ki tək seminarlar edir ki, bu da onları insanlara tam olaraq tanıtdırmır. Bizim sayt onlar üçün əla fürsət yeridir”,-deyə Quliyeva vurğulayıb.

Havalar kəskin dəyişəcək

Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 22-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

Evlilikdə münasibəti necə qorumalı? - Sorğunun nəticələri

Xoşbəxt evlilik yaşamağa həvəsləndirirsə, bədbəxt evlilik stress yaradır. Bəs, evlilikdə xoşbəxtliyi necə qorumaq olar? İnsanlar arasında aparılan sorğunun nəticələrini təqdim edirik: Mütləq həftədə bir dəfə özünüzə vaxt ayırın və birlikdə nəsə edin. Məsələn, evdən çıxın və birlikdə şam edin. Yaxud kinoya baxmağa gedin. Bu, baş-başa qalmağınız üçün bir fürsətdir. Tez-tez yeni bir şeylər kəşf edin. Məsələn, həftə sonları və ya tətildə eyni yerə getməyin. Daha əvvəl getməyiniz yerə gedin və ya etmədiyiniz bir şeyi edin. Bununla birlikdə stressi atmış olarsınız və yeni nəsə öyrənərsiniz. Həyat yoldaşınızın dostları ilə, iş yoldaşları ilə tanış olun. Axşam birlikdə olanda gün ərzində nə yaşadığınızı, xoşbəxtliyinizi, problemləri paylaşın. Uşaqlarınızın varsa, onların da tərbiyəsi ilə birlikdə məşğul olun. Bu şəkildə həyatınızdakı stress azalmış olar. Bir-birinizlə zafatlar edin. Həyatdan və bir-birinizdən zövq alın. Problemlərin həyatınıza daxil olmasına yol verməyin.

Xoşbəxtlik qorxusu nədir? - Səbəb olan amillər

Xoşbəxtlik və qorxu – bir-birinin əksi olan bu iki söz birləşib sanki bir ahəng yaradıb. Görəsən biz qorxu hissi olmadan sadəcə xoşbəxt ola bilmərikmi? Xoşbəxtlik – pozitiv və xoş emosiyalar ilə xarakterizə olunan zehni bir vəziyyətdir. Xoşbəxtlik –bəşəriyyətdəki bütün insanların çatmaq istədiyi son nöqtədir, o nöqtə ki, insan özünü sanki buludların üzərində hiss edir. Bu zaman ortaya qorxu sözü daxil olur və sanki insan buludların üstündən bir anda yerə düşür. Ona görə də çox vaxt insan xoşbəxt olduğu zaman sanki bu xoşbəxtlikdən qorxur və hətta ətrafındakılar da onun bu qorxusunu dəstəkləyir “çox sevinmə”, “bugünün sabahı var” kimi sözlərlə insanın ümidlərini daha da qırırlar. Hətta bəzi mədəniyyətlərdə insanlar işləri yaxşı getdiyində, özlərini xoşbəxt hiss etdiklərində çox qorxurlar, onlar xoşbəxtliyi günah hissi, abırsızlıq və mənəvi tənəzzül kimi anlayışlarla əlaqələndirirlər. Bəzi insanlar düşünə bilər ki, onlar qorxmur sadəcə xoşbəxtdirlər və bu hissə sahiblənmək istəyirlər. Amma bilmirlər ki, əslində var olanların içində ən dəyərlisi sahib ola bilmədiklərimizdir. Xoşbəxtliyə sahib ola bilmərik, sadəcə o qapımızı döydüyü zaman onu qəbul edib, hər gələn qonaq kimi onu da yola salmağı bacarmalıyıq. Biz pis hadisələrlə qarşılaşdıqda, pis insanlarla üzləşdikdə və ya sevdiyimiz birini itirdikdə daim həyatı pisləyirik. Xoşbəxt olmadığımız zamanda yenə günahı həyatın üzərinə atırıq. Axı həyat oğrudur, bizim xoşbəxtlik hissimizi əlimizdən alır. İnsanlar bu cür düşüncələrlə xoşbəxtlik hissini özləri də bilmədən uzaqlaşdırırlar. Çünki insan daim nəyisə fikirləşirsə sanki kainat o düşüncəni insanın həyatına əks etdirir. Əgər bir xoşbəxtliyin içində qorxu varsa, onu xoşbəxtlik adlandıra bilmərik, çünki biz ya xoşbəxt ola bilərik, ya da qorxa bilərik. Buna misallarla belə aydınlıq gətirmək olar: Xoşbəxt olmaq daima kimisə xoşbəxt etməyə çalışmaq, daima basqalarını düşünmək, qazandığın maaşın son qəpiyini də kimin üçünsə xərcləmək deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Xoşbəxt olmaq daima səni incidən insanlara hörmət əlaməti olaraq heç bir söz deməmək, susub sakitcə dayanmaq deyil, bu xoşbəxtlikdən qorxmaqdır.Başqalarına zərər verməmək üçün sakitcə öz həyatını yaşamaqla xoşbəxt olduğunu düşünürsənsə yanılırsan, bu xoşbəxt olmaqdan qorxmaq deməkdir. Öz haqqlarını qoruya bilmirsənsə, başım dinc olsun devizinə sığınırsansa sən xoşbəxt deyilsən, xoşbəxtlikdən qorxursan. Çünki yeri gəldiyində insanların qarşısına çıxıb öz haqqlarını qorumalısan, sən bu cur xoşbəxt olduğunu göstərməlisən. Əslində bizim problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimizdir. Biz sadəcə onun arxasıyca qaçırıq, ona sahiblənmək istəyirik və onu tapdığımızı sanıb itirməkdən qorxuruq. Xoşbəxtlik sadəcə bir andır, olur və bitir. Ona görə də çalışmalıyıq o anın nəbzini tutaq. Nə olursa olsun, hətta ən pis günümüzdə belə, gülümsəməyə bir səbəb tapaq. Çünki bu həyat bizə yalnız bir dəfə verilir, ikinci şansımız yoxdur… Xədicə Aşurova

Ailə terapiyasını vacib edən məqamlar

Ailə terapiyasi problemlərə, ailə üzvlərinin fərdi problemləri olaraq deyil, ailə sisteminin bir problemi olaraq baxar. Terapiyaya  ailənin tək bir üzvü  gətirilərsə  terapiyanın  mərkəz nöqtəsi  ailə sistemidir. Terapiyanın hədəfi, ailə içindəki tək bir fərdin dəyişimi deyil, daha çox ailənin quruluşu və  ailə  daxilindəki fərdlərin bir-birləriylə ünsiyyət formalarının  dəyişdirilməsidir. Hər ailənin problemi başa düşmə şəkli ayrıdır. Bir ailə üçün problem olaraq görünən bir vəziyyət digər bir ailə üçün problem  təşkil etmeyə bilər. Hər ailənin sakit  bir yaşam üçün ehtiyac duyduğu şeylər bir-birindən fərqlidir. Ailə terapiyasında nələr olur? Terapevt və  ya psixoloq, ilk seansda terapiyanın məqsədini  ailə üzvlərilə  birlikdə ortaya qoyar. Ana, ata və lazım gələrsə  uşaqlar məsuliyyətlərini  bildirir. Ailə şüuru  üzərində dayanılaraq, ailə üzvlərindən bir-birlərinin ehtiyacları üzərində dayanılmağının  vacibliyi vurğulanır. Ailə üzvləri açıq və dürüst bir qarşılıqlı içində tapılaraq, günahlandırılmalardan qaçan, ilk öncə  bir-birini başa düşməyə yönelik bir tərz mənimsənilməyə yönləndirilir. Terapiyada gizlilik əsasdır.Başqa cür desək, terapevt ailə  üzvlərindən biri ilə edəcəyi  görüşməni o üzvün icazəsi olmadıqca bir başqası ilə  paylaşmaz. Terapiyanın məqsədi  ailə üzvlərinin davranışlarını daha  müsbət etmək ,üzvləri  arasındakı qarşlıqlı inkişaf elətdirmək  ve problemlərə qalıcı və daimi  həll yolları tapmaq olduğu üçün, terapevt bəzi texnikalar istifadə edir. Terapiya müddətində  ailə üzvlərinin bir çox  ev tapşırıqları  olacaqdır. Hər hansi bir seans sonunda terapevt tərəfindən üzvlərə bir sonrakı seansa qədər  edilməli olacaq ev tapşırıqları verilə bilər. Terapevtin ən önəmli funksiyalarından biri də, emosional partlayışı təmin etməsi  və üzvlər arasındakı bitməmiş  işlərə konsentrasiya olub, üzvlərin bir-birləri haqqındakı mənfi münasibət və duyğularını ifadə etmələri, bir-birlərinə qarşı anlayış inkişaf etdirmələrinə  komək etməsidir. Ailə üzvləri arasında daha  çox yaxınlaşma, işbirliyi və duyğusal paylaşım təin olunmuşsa  terapiya  məqsədinə çatmış  sayılır. Ailə terapiyasının məqsədi; insanlararası münasibəti  işığında narahatlıq və  konfliktlərin aradan qaldırılması, dərkin, özgüvənin artırılması  və  digər duyğusal gərginliklər üçün ailə üzvlərilə işbirliyi qurulması, daxili və xarici  krizlərə qarşı ailənin dözümlülüyünün  artırılması, nesillər arası münasibətlərin  artırılması, düzəldilməsi, ailəni sağlam münasibət qurmağa yönəltməkdir. Ailə terapiyası nə  zaman vacibdir? Ailənin təməl  ehtiyaclarının ödənmirsə  ehtiyacları ödənməz ve güvənli,xoşbəxt bir ailə mühiti yaradılmırsa,deməli ailədəki balanslar pozulur. Ailənin əsas ehtiyacları nələrdir? 1. Dəyərli olmaq duyğsu: Ailədə  fikirləri önəmsənilən, sevildiyi hissetdirilən fərdlər mən dəyərliyəm duyğusu yaşayar  və özünü təsdiqləmək üçün artıq davranışlar etməzlər. 2. Güvəniləcək  Mühit: Ailədəki fərdlər  kənardan gələcək   təhlükələrə qarşı təhlükəsiz  olduqlarını hissetməlidirlər. 3.Yaxınlıq və həmrəklik duyğusu: Güvən duyğusunu bir-birlərinə hissetdirəbilən ailə üzvlərinin varlığı insanları xarici dünyanın çətinlik  və  qayğılarından qurtarır. Ailə daxilində  yaxınlıq və həmrəylik təmin edən bir sistemə aid ailə üzvləri, ətrafıyla de yaxın əlaqələr qura bilər. 4. Məsuliyyət duyğusu: Bütün  ailə fərdləri  muəyyən yaşlarda müəyyən məsuliyyətlərə sahibdir.Uşaqlara gender ayrı-seçkiliyinə görə deyil, inkişaf səviyyəsinə görə vəzifələr verilməlidir. 5. Çətinliklərin öhdəsindən gəlmək :  Hər fərdin öz-özünə və ya ailə üzvlərindən dəstək alaraq həll edə biləcəyi problemləri ola bilər. Uşaqlar da çətinliklərin öhdəsindən  tək başına  gəlməyi öyrənməlidirlər. 6. Xoşbəxtlik və özünü reallaşdırma mühiti: bu mərhələdə fərdlər qiymətli olduqları duyğusunu yaşayarlar və etdikləri fəaliyyətlərdən doyum təmin edərlər. 7. Mənəvi həyatın təməllərini meydana gətirmə: Qatı qaydaların, cezalandırıcılığın olmadığı ailə mühitlərində fərdlər öz daxili dünyalarını araşdırıb kəşf imkanı taparlar. Bu vəziyyət, ailə içində özüylə barışıq , qüvvətli və hörmətli fərdlər yetişməsinə köməkçi olar. Ailə terapiyası simptom göstərən fərdin hər probleminə cavab verməz. Lazımlı olduğu vəziyyətlər ; müalicə üçün gələn fərd bir ailə sistemi içində iştirak edirsə və ya ailə ilə əlaqələri davam edirsə, var olan Ya da ortaya çıxan problemlər ailə sistemini təsir edirsə ailə terapiyasına müraciət edilə bilər. Ibrahimova Aydan 

“Mən niyə zəng edirəm, o etsin” - İnsan içindəki cinlərdən necə qurtulmalı

İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar. Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir? Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib. Psixoloq.az həmin yazını təqdim edir: Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur. "Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir. Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq. Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq. Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər. Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz.(medicina.az)

Tək qala bilərsiniz - Günün ulduz falı, 22 sentyabr

Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər. Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın. Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər. Bədxərclik etməyin. Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın. Hisslərinizi aşkarlamayın, izhar etməyin. Axşam saatlarında yetərincə istirahət etməlisiniz. Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz. Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin. Axşam saatlarında normal istirahət edin. Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın. Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın. Sizi aldatmağa, tələyə salmağa can atanlar var. Axşam saatlarında gəzintiyə çıxın. Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın. Soyuqqanlı və məntiqli davranın. Günün ikinci yarısında səlis davranın, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv çalışın. Tərəzi - günün ilk yarısında insanların gur olduqları məkanlara yollanmayın. Sevdiyiniz, daha doğrusu, yaxşı bacardığınız işlərlə məşğul olun. Əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın. Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlardan yararlanmaq istəyiniz gözlənlən effekti verməyəcək. Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirin. Real resurslardan yararlanın. Əqrəb - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın. Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər. Oxatan - günün ilk yarısında hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Cari məsələlərin həlli, rutin işlərin görülməsi ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər. Günün ikinci yarısında ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz. Sədləri dəf edin. Əzmli və qətiyyətli olun. Oğlaq - günün ilk yarısı genişmiqyaslı laiyhələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bəzi məsələləri təxirə salmaq gərəkdir. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar. Günün ikinci yarısında dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil. Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın. Balıqlar - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın. Kənardan təzyiqlərə boyun əyməyin.  Milli.Az

Kişilər nə üçün yaşca özlərindən böyük qadınlarla evlənir?

Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil. Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır? Psixoloq Səbinə Bayramova açıqlamasında məsələnin psixoloji məqamlarına aydınlıq gətirib. Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: “Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır”. “Böyümək” psixoloji yetkinlik demək deyil Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: “Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki “böyümək” heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir”. Bu tip oğlanlar anasız qərar verə bilmirlər S.Babayeva qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: “Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır. Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar”. Evlənəcəkləri qadının yaşlı və zəngin olmasını istəyirlər Psixoloq məlumat verir ki, ərköyün böyüdülən, daha çox rahatlığa alışan oğlan övladlarında da bu hala çox rast gəlinir: “Valideynlərinin hesabına həyat tərzi keçirən oğlanlarda problemlər olur və tələblərdən dolayı gələcəkdə pul qazanmaqda əziyyət çəkirlər. Belə oğlanlar düşünür ki, evlənəcəyi qadının yaşlı, kifayət qədər də zəngin biri olması onlar üçün sanki ata-ana rolunu əvəz edə, maddi problemlərini həll edə bilər. Bunları ətraflı düşünüb qərar verəndə məhz belə bir xanım seçirlər”. Kişi qadından 4-5 yaş böyük olmalıdır  “Evlilikdə oğlanların qızlardan böyük olması mütləqdirmi?” sualını cavablandıran mütəxəssis deyir ki, bunu qanun kimi qəbul etmək doğru deyil: “Mütləq oğlanlar qızlardan böyük olmalıdır, qızlar kiçik olmalıdır deyə bir qanun yoxdur. Amma çox zaman bu, tövsiyə olunur. Bu da qadınlarda 35 yaşdan sonra klimaksın baş verdiyini, kişilərdən daha tez yetişdiyini, yəni bioloji yaşını nəzərə alaraq tövsiyə edilir. Qadının bioloji baxımdan kişidən tez inkişaf etdiyini nəzərə alsaq, evlilik məqamında qadının kişidən yaşca az olması daha məqsədəuyğundur. İdeal yaş fərqi isə kişinin qadından 4-5 yaş böyük olmasıdır. Amma psixoloji yaşla intellekt üst-üstə düşürsə, qadının kişidən böyük olmasında ciddi problem olmaz”. Evlilikdə 10 il sonranı belə düşünərək addım atılmalıdır “Bəzən olur ki, özündən yaşlı qadınla ailə quran cütlüyün müəyyən problemləri ortaya çıxır. Bir-birini sevə, aşiq ola bilərlər, amma məsələ ciddiyyətə gələndə evlənəndən sonra qadın da kişidən hansısa diqqəti, qayğını, nəzakəti istəyər. Lakin oğlan daha ərköyün, kiçik olduğu üçün qayğını, sevgini yetəri qədər göstərməyə bilər. Bu da qadının üsyan etməsinə gətirib çıxarar. Evlilik çox ciddi bir dönəmdir. Bu zaman hətta 10 il sonranı belə, düşünərək addım atılmalıdır. Ən əsası isə evlilikdə yaşın və həyatın gətirdiklərinə birlikdə sinə gərə bilməkdir. Belə bir situasiyanın içində fikirləri qarışıq olan biriləri varsa, mütləq mütəxəssisə, psixoloqa müraciət edərək bir-birlərinə uyğun olub-olmamalarını, xarakterlərini psixoloji testlər vasitəsilə aydınlaşdıra bilərlər”, -deyə S.Babayeva diqqətə çatdırdı.(ailəm.az)

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Son zamanlar qadınlar iş həyatında aktiv şəkildə yer almaqdadırlar. Əgər qadın evlidirsə və uşağı varsa, iş həyatı ilə birlikdə ortaya bir sıra problemlər çıxır. Bu problemlərdən biri ananın evdə olmadığı vaxtlarda uşağa qayğı göstərmək imkanının olmaması, işdən evə yorğun və gərgin halda gələndə uşağı ilə kifayət qədər vaxt keçirməməsi və sağlam ünsiyyət qura bilməməsidir. Bağça yaşına qədərki dövrdə istər uşaq, istərsə də ana üçün bu period daha da çətin keçə bilir. Bağlanmanın çox əhəmiyyətli olduğu bu inkişaf pilləsində uşaq-valideyn münasibətinin zəif olması gələcəkdə uşağın sosial yaşamında bir sıra neqativ hallarla qarşılaşa biləcəyini unutmaq olmaz. Xüsusilə ilk illərdə baxıcının tez-tez dəyişdirilməməsi və uşağın öz evində olması həm güvən, həm də evə sahiblənmə duyğusunu inkişaf etdirəcək. İş həyatından ayrıla bilməyən və ya ayrılmaq istəməyən analar bağçayaqədərki dövrdə uşağa qayğını ya maaşlı baxıcı ilə, yada yaxınlıqda olan qohumlar, qonşular vasitəsilə təmin edirlər. İşləyən anaların öz uşaqlarını rahat şəkildə əmanət edəbiləcəkləri ilk seçimlərdən biri ana və qayınanadır. Uşağın olması ilə nənə və baba statusu avtomatik ortaya çıxır. Bizim cəmiyyətdə ananın işləyib-işləməməsindən asılı olmayaraq uşaq olduqdan sonra hər iki nənənin uşaq üzərində söz haqqına sahiblənməsi müşahidə olunur. Nənə və babanın nəvəyə baxması onların vaxtının səmərəli keçməsi və nəticədə yaşamağa olan həvəslərinin, həyat sevincinin artmasına səbəb olur. Eyni zamanda nəvələr üçün də nənə və babanın var olmasının bir sıra faydaları var. Belə ki, nənə və baba nəvəyə sevgi, qayğı, şəfqət, yaxınlıq, əxlaqı dəyərlər, sosial dəstək kimi bir sıra faydalar verir. Valideynlər üçün də nənə-babanın olması valideynlik təcrübələrindən faydalanmaq baxımından əhəmiyyətlidir. İlk uşağı olan və uşaq böyütməklə əlaqəli təcrübəsi olmayan ailələr üçün nənə-baba əhəmiyyətli mənbədir. Ənənəvi cəmiyyətlərdə nənə və babanın öz uşaqlarına qarşı daha avtoritar, nəvələrinə qarşı isə daha icazəverici tərzdə davrandıqları müşahidə olunur. Valideynlərin qərarlı və intimazlı davranışları uşaqlar tərəfindən istənilməyən hala çevrilir. Bu zaman əgər nənə və baba uşağın bütün istəklərini qarşılayarsa, valideynlə uşaq arasında anlaşılmazlıqlar yaşana bilər. Nənələr ilə anaların təlim və dissiplinində fərqliliklər ortaya çıxarsa, mübahisədə uşaq özünə rahat olan tərəfi seçir, bununla da bəzən ana istəmədiyi təlim formasına razı olmaq məcburiyyətində qalır. Nənə və baba uşağın tərbiyəsində o zaman məhsuldar olurlar ki, onlar ailədə valideynlərdən üstün təsirə malik olmasın, ana və atanın tərbiyə formasına zidd davranmasınlar. Nənənin uşağa baxarkən o evdə qalması bəzən ananın məsuliyyət duyğusunun azalmasına, uşaq üzərində təsirini itirməsinə səbəb olur. Uşağa nənənin baxması zamanı ortaya çıxan digər bir mənfi hal nənənin valideynlərlə olan münasibətini uşağa ötürməsidir. Bu dövr uşaqların görərək öyrəndikləri ilk illər olduğu üçün nənənin davranış şəkli, ifadə tərzi, reaksiya forması ona keçə bilər. Valideynlər bu halda narahat ola bilərlər. Amma unudulmamalıdır ki, bu hal keçici haldır. Əgər valideynlər bu davranışlara həddindən artıq reaksiya bildirməslər və bununla onu möhkəmləndirməsələr, bağça və məktəb illərindən yeni davranışlar ortaya çıxacaq. Nəticə olaraq istər işləyən, istərsə də işləməyən analara kömək edən nənələr ailə bütünlüyünə, ailə sərhədlərinə diqqət etməlidirlər.(yeniavaz) Maarif Məmmədov, psixoloji konsultant

Oğlan uşağı gəlinciklə oynayırsa...Bunlara diqqət edin

- Ana, mənə gəlincik al… 5-6 yaşlarında bir oğlan uşağı deyirdi bu sözləri. Ana isə oğlunun bu “kiçik” istəyini tez yerinə yetirib, onu sevindirməyə tələsirdi... Bu hadisəyə bir oyuncaq mağazasında şahid oldum və marağımı boğa bilməyib, həmin valideyndən oğluna nə üçün maşın deyil, gəlincik aldığını soruşdum. O isə “kukla da oyuncaqdı. Oğlum onunla oynamaq istəyirsə, burada qəribə nə var ki?”, - deyə gülərək uzaqlaşdı… Uşağın oğlan, yoxsa qız olmasını təyin etmək olmur... İctimaiyyət arasında bu kimi hallara vaxtaşırı rast gəlirik. Müşahidə edirsən ki, bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər. Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Maraqlıdır ki, fikrini dinlədiyimiz yaşlı insanlar məsələyə tamamilə mənfi, nisbətən gənc yaşda olanlar isə bir az loyal yanaşır, bu cür davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər. Birinci qrupun fikrincə, ailədə oğlan uşaqlarının təlim-tərbiyəsinə ciddi diqqət yetirilməlidir. Hələ bir də müharibə şəraitində olan bir ölkədə yaşayırıqsa, oğlan uşaqlarımıza qız kimi bəzənmək deyil, kişi kimi vuruşmağı öyrənmək yaraşır. Düşünür ki, bu, ananın əyləncəsidir Mövzu ilə bağlı danışan psixoloq Vəfa Əkbər ailələrimizdə rast gəlinən bu cür davranışların psixoloji məqamlarına aydınlıq gətirdi. Bildirdi ki, uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli, məhz uşaqlıqdan qoyulur: “Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir - biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün? Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə sadəcə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bəzən valideynlər çox narahat olur ki, oğlanlar anasının kosmetik əşyalarından istifadə etməyə meyl edirlər. Tutaq ki, evdə balaca qız uşağı varsa, onun gəlinciyindən, yoxdursa, getdikləri mağazalarda gəlinciklə oynamağa meyl edir. Əslində uşaq başa düşmür ki, kosmetik vasitələr, gəlincik nə üçündür. Düşünür ki, bu, ananın əyləncəsidir, ananın oyuncağıdır. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu, bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat, qalstuk aksessuarlar taxır. Deyir ki, sən də böyüyəndə atan kimi bu aksessuarlardan istifadə edəcəksən”.

Uşaq verilişində qalmaqal: Obrazlar homoseksual imiş

1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb. Yazar bu barədə “New York Times” nəşrinə danışıb. “Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib. 1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib. “Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib. Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib. Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az) Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.

Dolu gəlir - Sabaha olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Sabah bölgələrdə dəgün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Fiziki qüsurların qismən aradan qaldırılması - Əmək terapiyasının üstünlükləri

Əmək terapiyası fiziki qüsuru olan insanları sosial həyata qaytarmaq, ünsiyyət problemini aradan qaldırmaq, əqlin ləngiməsi zamanı və insanlarla münasibətləri tənzimləmək üçün yerinə yetirilən bir terapiya formasıdır. Qeyd edək ki, əmək terapiyası 1900-cü ildən tətbiq olunmağa başlayıb. Bu terapiya İkinci Dünya Müharibəsindən sonra daha geniş istifadə olunub. Bunun səbəbi isə İkinci Dünya Müharibəsindən sonra insanların çoxunda həm fiziki, həm də əqli cəhətdən ləngimə və qüsurların meydana gəlməsi olub. Hazırda dünyanın bir çox ölkələrində, xüsusilə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrdə əmək terapiyası təhsil sisteminin ayrılmaz bir hissəsinə çevrilib. Psixiatr Samirə Həmidovanın sözlərinə görə, əmək terapiyası itirilmiş fiziki bacarıqların bərpa olunması, fiziki qüsurların qismən aradan qaldırılması və ya mövcud əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün tətbiq olunur: "Bu terapiyanın tətbiqi əmək qabiliyyətini itirmiş və ya əlilliyi olan insaların işə qəbulu zamanı çox vacibdir. Əmək terapiyası psixiatriya, nevrologiya və travmatologiyada geniş tətbiq olunur. İş qabiliyyətinin artırılması isə yanaşı əmək terapiyası somatik xəstəliklər zamanı da tətbiq olunur. Əmək terapiyası psixi xəstələrin əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün çox mühum üsuldur. Belə ki, əmək terapiyası psixi qüsurların azalmasına, konpensasiyasına, bəzi xəstələrin hərəkətsiz olması ilə əlaqədar olaraq əmək qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edir. Psixi xəstəliklərin müxtəlif mərhələlərində əmək terapiyasının fərqli növləri tətbiq olunur". S.Həmidova bildirib ki, ilk növbədə məşğuliyyət xəstəni maraqlandırmalıdır: "Məşğuliyyət xəstənin vəziyyətinə uyğun mürəkkəb olmalı və yerinə yetirilməsi üçün xəstədən müəyyən əmək sərf etməsini, çalışmasını tələb etməlidir. Əmək terapiyası zamanı təklif olunan məşğuliyyətlərinin mürəkkəbliyi xəstənin vəziyyətinə uyğun seçilir. Çox sadə tapşırıqlar xəstənin terapiyaya marağının itməsinə, özünü gücsüz və zəif hiss etməsinə səbəb olacaq. Belə ki, tapşırıqlar xəstənin vəziyyətinə uyğun seçilmədikdə, xəstə ətrafdakıların onun bacarıqsız olduğunu sanmasını düşünür. İkincisi, əmək terapiyası zamanı xəstəyə verilən tapşırıqlar xəstənin bacarıqları inkişaf etdikcə tədricən çətinləşməlidir. Üçüncüsü, əmək terapiyası qrup şəklində tətbiq olunsa, daha səmərəli olar". Həmsöhbətimiz qeyd edib ki, inkişafında ləngimə, fiziki və ya əqli cəhətdən qüsurları olan uşaqların əmək qabiliyyətinin inkişaf etdirilməsi üçün də əmək terapiyası əvəzsizdir. Əllərin hərəkətinin inkişafı intellektin inkişafı ilə bağlıdır. Hətta sadə belə işlərin əllə görülməsi uşağın diqqətini inkişaf etdirir və düşünməyə vadar edir. Mürəkkəb işlərin görülməsi isə beynin daha da inkişaf etməsinə kömək edir. Əmək terapiyası məktəblərdə tədris olunan əmək dərslərindən tamamilə fərqlənir. Çünki əmək terapiyasının məqsədi uşaqların yaşadığı fiziki narahatlıqları müəyyən qədər aradan qaldırıb korreksiya etməkdir. Əmək terapiyası keçən uşaqlar müəyyən zamana bir sıra sosial bacarıqlara yiyələnir. Uşaqlar yazma, kəsmə, qavrama, tutma kimi kiçik motorik bacarıqlara, özünə xidmət əməyinə yiyələnir. Əmək terapiyasında ən önəmlisi göz kontaktının inkişaf etdirilməsidir. Ümumiyyətlə, əmək terapiyasını nəinki əqli geri, autik, daun, serebral iflic, asperger, hətta normal uşaqlara belə tətbiq etmək olar. Çünki əmək terapiyası nəticəsində uşaqların təxəyyülü inkişaf edir və dünyaya fərqli baxırlar. Əmək terapiyasından istifadə etmiş uşaqlar hec nəyə adi gözlə baxmırlar. Məsələn, əvvəl kağız onlar üçün adi idisə, artıq istehsal və düşüncə mənbəyidir. Əmək terapiyasının tikmə-biçmə, kəsib yapışdırmaq, plastilin və gil işi, səhnələşdirilmiş oyunlar, terapevtik rəsm, kulinar bacarıqlar, tikinti materialları ilə iş, quraşdırma, qum terapiyası, sosial bacarıqlar və özünəxidmət əməyi kimi növləri var. Psixoloq qeyd edib ki, uşağın narahatlığına uyğun olaraq bu terapiyalardan müvafiqi seçilib tətbiq olunur: "Məsələn, bəzi uşaqlar üçün sapı iynəyə keçirmək çox fayda verərsə, bəziləri üçün plastilin və gil işi daha çox effekt verər. Uşaq üçün bu məşğuliyyət növlərini seçərkən onun marağını da nəzərə almaq lazımdır. Belə ki, seçilən əmək növü uşağın diqqətini cəlb etməlidir. Öz zəhməti ilə nəsə düzəltmək uşaqlara təhlil etmək bacarığını, tapşırıqları yerinə yetirərkən hərəkətlərini planlaşdırmağı öyrədir. Tədricən uşaqlar özləri müxtəlif əl işlərinə maraq göstərir, onları nəzərdən keçirib necə düzəldiyini anlamağa çalışırlar. Onlar düzəlmə qaydasını təhlil etdikləri əl işlərinə baxdıqda: "Bunu başqa materialdan, parçadan hazırlasam, daha gözəl görünər", "Bu rənglərdən istifadə etsəm, parlaq alınar", "Əl işinə uyğun olaraq, başqa maraqlı bir əl işi düzəldə bilərəm" düşünürlər. Bu da uşaqlarda təxəyyül gücünü inkişaf etdirir". Qeyd edək ki, əmək terapiyası insanın psixi vəziyyətinə təsir edir, insanın özünə güvən hissini artırır, xəstənin fikirlərini əməyin yerinə yetirilməsinə yönəldir və narahatlıqlarını qismən də olsa unutdurur. Xəstə həm də faydalı bir işdə iştirak etdiyi üçün də özünü məmnun hiss edir. (ekspress.az)

Uşağı təkbaşına televizor qarşısında qoymayın - Psixoloq səbəblərindən danışdı

"Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Valideyn autizmli uşaqla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Nəinki autizmli, hətta normal uşaqları da 3 yaşına qədər texnologiyadan uzaq tutmaq lazımdır. Təəssüf ki, bəzən valideynlər autizmli uşaqdan imtina edirlər, onları yaxın qohumları bizə gətirirlər.  Autizmlilərdə yuxarı ətrafların daha çox hərəkət etdirilməsi nitqin formalaşmasına təsir edir. Autizmli uşaqlar 75 faiz hallarda ağrıya qarşı həssas olmurlar, buna görə də özlərinə və ətrafdakılara zərər verə bilərlər... Hamiləlik dövründə ananın alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin yaranmasına təkan verir"... Psixoloq.az xəbər verir ki,  bu sözləri psixoloq Aygül Məlikova deyib. Psixoloq autizmlə bağlı maariflənməyə diqqət yetirildiyini deyib: "Gün ərzində təxminən 10-dan çox valideyn normal uşağının autizmli olması şübhəsi ilə bizə müraciət edir. Bizdə autizmlə bağlı maarifləndirmə işləri çox aparılır, amma autizmlilərlə necə davranmaq barədə məlumat azdır. Maarifləndirmə daha çox problemin aşkara çıxarılması ilə bağlıdır. Bizə müraciət edən valideynlərin əksəriyyətinin uşağı 5, 7,10 yaşdan böyük olur. Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. Amma nitq ləngiməsi problemindən şübhələnmir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Sadəcə, daha erkən yaşda müraciət edəndə problemi həll etmək daha rahat olur. 3 yaşına qədər uşağın qızıl dövrüdür. Bu müddətdə autizmin ayrı-ayrı əlamətlərini aradan qaldırmaq mümkündür". Aygül Məlikova autizmin yaranma səbəblərindən də danışıb: "90 faiz hallarda autizm genetik yolla keçir. Bu zaman son üç nəsil nəzərdə tutulur. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Hamiləlik zamanı ananın qəbul etdiyi dərman preparatları da buna təsir edir. Autizm beyin ensefaloqramında aşkar edilmir. Beyində heç bir əlamət olmasa da, davranışlarda müşahidə etmək olur. Amma ümumiyyətlə, autizmin səbəbi tam bilinmir". Autizmin növləri və formaları barədə məlumat verən qonaq erkən müdaxilənin əhəmiyyətini xüsusi qeyd edib: "Klassik autizm, yəni tipik forma autizmin ən əğır növdür və gələcəyinə heç bir ümid yoxdur. Yüksək funksiyalı autizmlilər iş həyatı, ailə həyatı qura bilirlər. Autizmin Asperger növünə Eynşteyni misal göstərmək olar. Rett sindromu da autizmin ağır növüdür və 98 faiz hallarda qızlarda ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Lakin bu yaşdan sonra söz bazası artmır. Bu zaman valideyn elə bilir ki, uşaq qızdırmadan, qorxudan, yıxılmaqdan sonra belə olur. Rett sindromunda qızılcadan sonra bəzi xromosomlar dəyişdiyi zaman əlamətlər özünü göstərir. Autizmi digər xəstəliklərlə, məsələn dezinteqrativ pozuntularla qarışdırırlar. Bu da müəyyən xəstəlikdən sonra ortaya çıxır. Lakin bu zaman autizmdən fərqli olaraq öyrədilənlər yaddan tez çıxır. Erkən diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsinə yaxşı təsir edir. Autizmlilərə sosial bacarıqlar aşılanır. 3 yaşında reabilitasiyaya gələn uşağı stulda oturtmaq mümkündür, amma 5 yaşında artıq onları oturtmaq çətindir, stulu aşırırlar, müəlliməyə vururlar". Aygül Məlikova bəzən autizmli uşaqlarla valideynlərin yanlış davrandığını da qeyd edib: "Autistik uşaqlar çox həssasdırlar. Onlara toxunaraq, qucaqlayaraq sakitləşdirmək olur. Ancaq əgər onlarla aqressiv davranılarsa, nəinki sakitləşdirmək, öz aləmlərinə qaytarmaq mümkün olmayacaq. Autizmlilərin özlərinə xas xəyal dünyası var, özlərinə xas nitqlə danışırlar. Bu zaman valideyn onunla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Valideynlər autistik uşaqları, həmçinin normal uşaqları da texnoloji avadanlıqlardan - televizor, kompüter, planşet və sairdən  3 yaşına qədər uzaq tutmalıdır. Bəzən valideynlər autizmli uşaqlardan imtina edirlər, nənə-baba və ya xala, dayı onları gətirib bizə müraciət edirlər. Bəzən atalar autistik uşaq doğulanda ailəni tərk edir". Psixoloq daha çox genetik faktorla əlaqəsi olan autizmin hamiləlik zamanı xüsusi testlərlə müəyyənləşdirilməsinin mümkün olduğunu deyib: "Elə ailələr var ki, 3 uşaq da autistikdir. Bu isə genetik faktorun təsirini gücləndirir. Bəzən isə ailədə bir autizmli uşaq doğulanda artıq ikinci uşağı istəmirlər. Lakin bu heç də o demək deyil ki, ikinci uşaq da mütləq autizmli doğulacaq. Hamiləliyin 12-ci həftəsində ikili test analiz olunur, 16-cı həftədə isə dördlü test analizi olunur. Əgər uşaqda əqli problem olarsa, bu analizdə özünü göstərir". Aygül Məlikova autizmlilərin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyib: "Autizmli uşağı olan valideynlər ictimai nəqliyyatdan rahat istifadə edə bilmirlər, ətrafdakılar onları qınayır. Cəmiyyət onları qəbul etmir, buna görə də valideyn onları cəmiyyət içərisinə çıxara bilmir. Digər tərəfdən də, autistik uşaqlar nəqliyyatdakı səsləri, siqnal səsini, metronun səsini qəbul edə bilmir. Təəssüflər olsun ki, bizdə küçə nəqliyyatında olduqca aqressiv davranış var. Bu lazımsız səs-küy autizmli uşaqların cəmiyyətdə sosiallaşmasına mane olur". Qonaq autizmin müalicəsində tətbiq olunan yeni metodlar barədə məlumat verib: "Hazırda 3D texnologiyası ilə müalicə ilə autizmliləri öz xəyal dünyasından ayırmaq mümkündür. Davranış terapiyası ilə onlara sosial bacarıqlar aşılanır. Bunlara özbaxım aiddir. Özbaxım deyərkən, paltarını geymək, yeməyini yemək və s. nəzərdə tutulur. Bu davranışlar orqanizmin kiçik motor aparatını hərəkətə keçirir. Kiçik motor aparatı nə qədər çox inkişaf etsə, onların nitqinə daha yaxşı təsir edəcək. Normal şəxsin barmaqlarının ucunda sinir ucluqları var. Amma autistik uşaqlarda nitq yoxdursa, onların barmaqlarında sinir ucluqları da inkişaf etmir. Autizmli uşaqların 75 faiz hallarda ağrıya qarşı həssaslığı olmur. Onlar yıxılanda, əziləndə hiss etmirlər. Amerikada autizmin müalicəsi üçün hipoterapiyadan, yəni atlarla terapiyadan istifadə olunur. Bu çox gözəl effekt verir. Təəssüf ki, bizdə mərkəzlərdə belə şərait yoxdur. Hipoterapiyada təmas, at üzərində oturma və at hərəkət edərkən özünü saxlamaq vərdişləri yaranır. Bu zaman onların həm kiçik, həm də böyük motor aparatı işləməyə başlayır. Autizmlilər ağrı bilmədiklərindən özlərinə də xəsarət yetirə bilərlər, məsələn, bıçağı götürüb əlini, ayağını kəsə bilərlər, başqasını zədələyə bilərlər. Onlarda duyğuları, ağrı hissini formalaşdırmaq üçün sensor otaqlardan istifadə olunur. Bu otaqlarda analizatorlar var. Musiqi terapiyasından, aromaterapiyadan istifadə edirik". Psixoloq autizmli uşaqların xüsusi pəhrizlə qidalanmasını vacib hesab edir: "Autizmli uşaqlara hər şeyi yedirmək olmaz. Onlara xüsusi pəhrizlər təyin olunur. Hər səhər mütləq bir yumurta yeməlidirlər. Tefal tavalarda qızartmalar olmaz, qızartmalarda zeytun yağından istifadə olunmalıdır. Çeynəmə zəif olduğundan ət yeməklərini sevmirlər, yalnız çəkilmiş əti yeyə bilirlər. Lakin valideyn hər dəfə ona blenderdən çəkilmiş yemək verməməlidir. Çünki terapiya görən uşaqlarla loqoped işləyir və artikulyar aparat inkişaf etdirilir". Aygül Məlikova valideynlərin autizmin qarşısın almaq və övladları ilə məşğul olması üçün məsləhətlərini verib: "Ananın hamiləlik dövründə alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin olmasına təkan verir. Reabilitasiya ilə yanaşı, valideyn çox səbirli olmalıdır. Seanslar ləngiyirsə, gətirməyə imkan yoxdursa, uşaqla işləməyi saxlamaq olmaz. Valideyn özü də uşaqla işləməlidir, onlar öz-özünə düzəlmir. Aqressiv davranılarsa, heç bir nəticə əldə olunmayacaq. Ətrafdakı insanların fikirlərinə çox əhəmiyyət verməsinlər, buna görə uşaqları evdə saxlamasınlar".

"Valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir" - Autizmli uşaqlar necə seçilir?

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir. Psixoloq.az azərtac-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib. L.Abbasova deyib: "Autizmin müxtəlif əlamətləri var. Bu xəstəlikdən əziyyət çəkən uşaqların göz kontaktı demək olar ki, olmur və yaxud çox zəif olur. Onları çağırdıqda, adlarını çəkdikdə heç bir reaksiya vermirlər. Bəzən valideynlər bunu karlıqla əlaqələndirirlər. Belə uşaqların öz dünyaları var. Onlar beyinlərində qurduqları dünyada yaşayırlar. Bu səbəbdən onlar bizə reaksiya verməyə bilərlər. Bunun eşitmə ilə heç bir əlaqəsi yoxdur. Bu uşaqlarda fırlanan əşyalara qarşı çox böyük maraq olur. Onlar saatlarla paltaryuyan maşının fırlanan hissəsini izləyə bilərlər. Bundan əlavə belə uşaqlar oyuncaqlarla mənasına görə oynamırlar. Onlar gəlinciyi maşın kimi sürə və yaxud oyuncaq maşının yalnız təkərlərini saatlarla fırlada bilərlər. Başqa uşaqlarla oynamağı qətiyyən sevmirlər. Onlar təkliyə üstünlük verirlər. Autizmdən əziyyət çəkən uşaqlar söz birləşmələrini qavramaqda çətinlik çəkir və ya qətiyyən başa düşmürlər. Onlar deyiləni anlamır, istifadə olunan sözlərin hər birinin ayrı-ayrılıqda hərfi mənasını başa düşməyə çalışırlar. Bundan əlavə bu xəstəlikdən əziyyət çəkən uşaqlarda müəyyən exolaliyalar olur. Exolaliya - verilən sual və yaxud deyilən cümlənin eyniliklə təkrarlanmasıdır. Belə uşaqlar bir sözü gün ərzində minlərlə dəfə təkrarlaya bilərlər. Bu da onların nitqi düzgün anlamaması ilə bağlıdır. Bizim istifadə etdiyimiz cümlələr onlara hərif və ya işarə yığını kimi görünür. Onlar verilən sualı başa düşmədiklərinə görə eyniliklə dəfələrlə təkrar edirlər. Autizmli uşağın bir cümləni düzgün qavraması üçün onu mərhələli şəkildə öyrənməsi lazımdır. Başlanğıc olaraq qısa, ən çox iki sözdən ibarət söz birləşməsi ilə başa salmağa çalışmaq lazımdır. Bu onların qavramasına kömək edir. Misal üçün autizmdən əziyyət çəkən bir uşağın "Get mətbəxdən qırmızı qələmi gətir" cümləsini anlaması mümkün deyil. Burada ilk öncə rəng öyrədilməli, sonra qələmin nə olduğu başa salınmalıdır. Artıq sonra rənglə qələmi bir araya gətirərək bunun nə olduğunu anlamasına kömək etmək lazımdır. Uşaq "qırmızı qələm"in nə olduğunu tam başa düşdükdən sonra ondan qırmızı qələmi gətirməsini xahiş edə bilərik. Bütün bunlardan sonra artıq məkan barəsində danışmaq olar. Belə uşaqlarla işləmək hövsələ və çox böyük diqqət tələb edir. Lakin bunu bacardıqda çox yaxşı nəticələr əldə etmək mümkündür. Bəzi autizmli uşaqlar çox aqressiv olurlar. Onların öz istəklərini ifadə edə bilməməsi aqressiya ilə nəticələnir. Bu zaman dərman terapiyası tələb olunur və bu uşaqlarla artıq psixoloq deyil, psixiatrlar məşğul olurlar. Əsasən sakitləşdirici və beyin fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur ki, bu da bizim işimizə çox böyük köməklik göstərir. Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur, bu uşaqlarda nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq, onlara insanlarla ünsiyyət qurmaq çətin olur, maraq və məşğuliyyətlərinin məhdud olması, qrup şəklində işləməkdən qaçmaq, çətin adaptasiya olmaq onları digər uşaqlardan fərqləndirir. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər. Atipik autizm olan uşaqlar üç yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin 3 yaşdan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey silinir. Hətta bu uşaqların nitq qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir. Autizmin bu növü başlama yaşına görə digər növlərindən fərqləndirilir, digər bütün əlamətlər eyni olaraq qalır. Ümumiyyətlə, autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Onu qeyd etmək istərdim ki, bu xəstəliyin müalicəsində ən vacib faktor vaxtında olunan müdaxilə və başlanılan müalicədir".

Asperger sindromlu uşaq psixologiyası

Asperger sindromu və ya Asperger pozulması cəmiyyətdə stereotipik münasibətlərlə tanınan bir autistik spektrum pozuqluğudur (ASP). Dil və zehni inkişafda olan ümumi gecikmələr sindromun standart əlamətləri arasında verilməsə də, bu problem zamanı motorikanın inkişaf qüsuru və atipik danışığa tez-tez rast gəlinir. Psixoloq.az istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Asperger sindromunun psixoloji hallar spektrumu olan autistik spektr və ya yayılmış inkişaf pozulmalarından biri olduğunu söyləyib: "Digər inkişaf pozulmaları kimi xəstəlik körpəlik və uşaqlıqdan başlayaraq müəyyən vaxtda təkrarlana bilər və onun autizmə bənzər xüsusiyyətləri var. Aspergerli uşaqlar tünlük yerləri sevmir və əsasən tək qalmağı üstün tuturlar. Onlara əlil və şikəst kimi baxmaq düzgün deyil. Bu uşaqların cəmiyyətə inteqrasiyasına çalışmaq lazımdır. Həmin uşaqlarda diaqnostik əhəmiyyəti olmayan, lakin özlərinə və ailələrinə ciddi təsir göstərən əlamətlərə rast gəlmək mümkündür. Həmin sindromlu uşaqlar digər çoxfunksional autistik xəstələrdən fərqli olaraq görmə yaddaşı və eşitmə analizi sahəsində daha zəif olurlar. Asperger sindromlu uşaqlarda diaqnostik baxımdan əhəmiyyətsiz, lakin ailəyə və özünə təsir edən mühüm simptomlarla yanaşı motor bacarıqlarında, yuxuda və ya emosiyalarda müəyyən problemlər ola bilər. Onlar ətrafdakı kiçik dəyişiklikləri çox tez görə bilirlər. Bundan fərqli olaraq autizmi olan Asperger sindromlu fərdlərdə görmə, eşitmə və hafizə bacarığında çatışmazlıqların olması da mümkündür. Onlar səs, işıq, qoxu, ağrı, təmas, toxunuş və digər hisslərə qarşı adi reaksiya verə bilərlər. Asperger sindromlu uşaqlar bir çox şeyə nail ola biləcəklərini düşünür, kiçik dəyişiklikləri sevir və daha çox nəticə əldə etmək arzusunda olurlar. Onlar velosiped minmək və ya qazan qapağını açmaq kimi elementar işlərdə bacarıq qazanmaqda gecikə bilirlər. Koordinasiyaları zəif olur, qəribə və hoppanaraq yeriyirlər, yazını pis yazırlar və ümumən vizual-motor bacarıqlarda çətinlik çəkirlər. Asperger sindromlu uşaqların yuxuya getmək problemi var. Onlar gecələr tez-tez oyanır və səhər erkən durmağa meyilli olurlar. Həmin uşaqların öz duyğularını büruzə verə bilməmək halı aleksitimiya ilə əlaqədardır. Keyfiyyətsiz yuxu və aleksitimiya arasında sıx bağlılıq olmasına baxmayaraq onlar səbəb-nəticə əlaqəsini bilmirlər". Psixoloq onların danışıq qabiliyyəti barədə bunları deyib: "Asperger sindromlu uşaqlar ünsiyyət və sevgiyə qarşı diqqətli olmasalar da, danışıqdan istifadə etmək bacarığı qazanırlar. Onların ünsiyyət, informasiyanı əldə etmə və istifadə bacarıqları çox zaman atipikdir. Bu cür uşaqlarda söz qarışıqlığı, sözləri düzgün mənada şərh etməmək və bəzi nüansları səhv başa düşmək halları da olur. Asperger sindromlu uşaqların danışığı anlaşılmasa da, dediklərinin aydın eşidilməsi üçün bəzən yüksək tonla danışmağa çalışırlar. Xəstəliyin autizmə oxşarlığı olduğu kimi, fərqliliyi də var. Danışıq sahəsində həmin uşaqlarla loqopedlər məşğul olurlar. Asperger sindromlu uşaqlarda yaşlarına görə danışıqlarında da çətinliklər yaranır, söz və kəlmələri çox vaxt məcazi mənada işlədirlər. Onlar dostluq münasibəti qurmaqda bacarıqsız olur, ətrafdakılarla ünsiyyətdən zövq almır, sosial və emosional qarşılıq gözləmir, göz təması, üz ifadəsi, duruş, əl hərəkətləri kimi davranışlarda çatışmazlıqlar nəzərə çarpır. Bu uşaqlar soyuqqanlı olur, ətrafdakılardan tez ayrılmaq istəyir və özlərinə qapanırlar". Belə uşaqların müalicəsi barədə psixoloq bunları qeyd edib: "Asperger sindromlu uşaqların müalicəsi yaşa uyğun sosial və peşə bacarıqları öyrətmək, əsas əlamətlərə əsaslanan müalicələrdir. Lakin ən yaxşı müalicə üsulu kimi qəbul olunan bir üsul yoxdur, sadəcə olaraq klassik tibbi fikri rəhbər tutmaq lazımdır: müalicə nə qədər erkən olarsa, normaya doğru inkişaf da bir o qədər sürətli gedər. Müalicə digər yüksək funksiyalı Asperger sindromu nəticələrinə bənzəsə də, onlardan fərqli olaraq dil bacarıqlarına, şifahi çatdırmanın güclü tərəflərinə və sözlə ifadə olunmayan ünsiyyətin zəif tərəflərinə daha çox diqqət yetirilir. Asperger sindromlu uşaqlarda müalicə proqramının tipik məzmunu fərdlərarası təsirli qarşılıqlı ünsiyyət üçün sosial bacarıq təhsili, depressiya və həyəcan kimi problemlər üçün dərman müalicəsi, motor koordinasiya üçün peşə və ya fiziki müalicə, xüsusilə evdə istifadə ediləcək davranış texnikalarının valideynlər tərəfindən öyrədilməsi və dəstəklənməsindən ibarətdir. Hazırda bir çox araşdırmalar sindromun irsiyyətlə bağlı olduğunu üzə çıxarsa da, onun dəqiq səbəbi öyrənilməyib. Asperger sindromunun müalicəsi birtərəfli aparılmamalı və xəstəliyin müalicəsində əsas aparıcı hissəni davranış terapiyası təşkil etməlidir, çünki həmin sindromlu uşaqların diqqət və mənəvi dəstəyə çox böyük ehtiyacı var".(azərtac)

Uşağa boşanma qərarı necə deyilməli?

Boşanma mərhələsi həm yetkin insanlar, həm də uşaqlar üçün asan deyil. Streslə dolu olan boşanma cütlüklərin həyatında yeni bir yol çəkməsi ilə yanaşı, uşaqların da sosial və mənəvi həyatında vacib rola malikdir. Psixoloq.az  bildirir ki, bəs uşaqlar yeniyetməlik dövründədirsə?  İlkin yeniyetməlik dövründə, yəni 9-12 yaş aralığında uşaqlar bir çox yeni sosial və zehni qabiliyyətlər qazanır. Bu dövrdə həyatdakı ən vacib insanlar həmcinsləri olur. Qarşı cinsə maraq hələ yeni başlayır. Dəyişən bədən formasının da təsiri ilə güzgü qarşısında uzun vaxt keçirir, özləri ilə bağlı xəyal və düşüncələrə sahib olurlar. Yeniyetməlik dövrünün xüsusiyyətləri uşaqların ana atalarının boşanma qərarına verdiyi reaksiyanı əslində bir qədər yüngülləşdirir. Çünki bu dövrdə onlar üçün maraqlı olan şey özləri və həmyaşıdlarıdır. Bəs boşanma qərarını necə açıqlamalı? - Xüsusilə bu yaşlarda uşaqların imtahan dövrü başlayır. Buna görə də evdə psixoloji gərginliyin olmaması vacindir. Boşanma ilə bağlı açıqlamalar məktəb qurtardıqdan sonra, yay aylarında edilməlidir. - Həyat yoldaşınız ilə ortaq bir danışıq tərzi müəyyənləşdirməli və vəziyyəti övladınıza açıqlamalısınız. - Boşanma qərarı ən sadə sözlər ilə və konkret misallarla açıqlanmalıdır. Onun böyüdüyünü düşünərək çox xırdalıqlara getməməlisiniz. - Söhbət əsnasında ata ilə ana eyni qədər danışmalıdır. Əks halda uşaq onlardan birinin tərk edildiyini düşünə bilər. - Onunla bağlı qərarların yenə ata-ana olaraq sizin tərəfinizdən alınacağını ona bildirməlisiniz. - Bu söhbətdən ən çox 1-2 həftə sonra evlərin ayırılması idealdır. Bu müddətdə uşaq cavab axtardığı suallarını da sizə vermək fürsəti tapa bilər. - Yaşlarına görə çox reaksiyasız ola və ya həddindən artıq reaksiya verə bilərlər. - Sizin üçün çətin olsa da yorğun, melanxolik olmamağa, ağlamamağa və həyat yoldaşınız haqqında mənfi danışmamağa çalışın.(gencaile.az)

Dəyişikliklər və yeniliklərdən qorxmayın - Günün ulduz falı

Qoç - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın. Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür. Buğa - günün ilk yarısında münaqişə riski artacaq. İnciklik, günah hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri bağışlamasın. Günün ikinci yarısında təkbaşına çalışın, müstəqil olun və fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri, sözləri, işarələri yanlış qiymətləndirməyin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin. Axşam saatlarında normal dincəlin. Əkizlər - günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın. Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var. Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa çatdırılması üçün münasib zamandır. İndiki dəyişikliklər pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları diqqətlə dinləyin. Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz. Xərçəng - nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın. Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli, təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın. Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can atmayın. İmicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə rəğmən pozitiv olun. Maliyyə məsələləri izafi diqqət tələb edir.  Şir - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər. Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir. Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq. Axşam saatlarında qəfil görüş ola bilər. Qız - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir. İnadınız və iradəniz sonucsuz qalmayacaq. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün. Tərəzi - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın. Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan ağır fəsadlar yarada bilər. Günün ikinci yarısında inandığınız insanın müdrik məsləhətindən yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir. Axşam saatları sadə olmayacaq. Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə bərpa edin. Əqrəb - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə müqayisədə daha çox güzəştlər etməli olacaqsınız. Günün ikinci yarısında hadisələrə təsir imkanlarınız məhdudlaşacaq. Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla yanaşı, informasiya alınmasında aktiv olun. Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam aydın deyil. Oxatan - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri hazırlayın. Vicdanınıza xilaf çıxmayın, ədalətli olun. Günün ikinci yarısı yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi problemlərin həllində çətinliklər yarana bilər. Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin. Təfərrüatlara və detallara barmaqarası baxmayın. Oğlaq - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və aldığınız təklifləri dəyərləndirin. Günün ikinci yarısında avantüralara qatılmayın. Konstruktiv məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa edin. Maliyyə məsələləri aktuallaşacaq. Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional travmaya uğramayın. Dolça - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri gücləndirin. Günün ikinci yarısında situasiya sizdən qəti qərar, vidalaşma, bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər. Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli hisslər yarana bilər. Balıqlar - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun. Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər. Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun. Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə mühüm söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var. Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq. Alış-verişdə çox pul xərcləməyin. Milli.Az

Ətrinə görə xarakterini tanıyın - Test

Jan-Pol Qerlen belə deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər. Bəs siz hansı ətirlərdən istifadə edirsiniz?  Yüngül qoxular Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir. Sitrus tərkibli ətirlər Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür. Bitkilər və otlar Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar. Zərif gül ətirləriÇox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.

Heyvanların obrazlarından istifadə etmək - Animaloterapiya nədir?

XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir. Psixoloq.az bildirir ki, animaloterapiya (latınca "animal"-"heyvan" sözündən götürülüb)-psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən-obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir. Animaloterapiyanın tarixi Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi. Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. . Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan-daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib. Animaloterapiyanın növləri Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir. Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür: İppoterapiya-animaloterapiyanın bu növündə əsas təmas vasitəsi kimi atlardan və at sürməkdən istifadə edilir. Bu, çox səmərəli müalicəvi bədən tərbiyəsidir. İppoterapiyadan dayaq-hərəkət aparatının pozuntularında, aterosklerozda, çənə-beyin zədələrində, poliomielitdə, mədə-bağırsaq xəstəliklərində, prostatitdə, skoliozda, kəmağıllıqda istifadə edilir. Atla təmas öz-özlüyündə müalicəvi olan dayanıqlı müsbət emosional fon yaradır. Delfinoterapiya-təbabətdə və psixoterapiyada delfinlərdən çox tez-tez istifadə olunur. Delfinlərlə təmas insanın psixi-emosional vəziyyətini sabitləşdirməyə, psixoloji gərginliyi aradan qaldırmağa kömək edir, adam sakitləşir, fikirləri stabilləşir və böhranlı vəziyyətdən tez çıxış yolu tapır. Bu, əsəb sistemi xəstəliklərindən-autizmdən, serebral iflicdən, oliqofreniyadan, Daun sindromundan əziyyət çəkən uşaqlar, həmçinin ekstremal şəraitə, zəlzələyə, fırtınaya, qəzaya düşən və başqa şəkildə güclü stress keçirən adamlar üçün ən gözəl psixoloji reabilitasiya üsuludur. Kanisterapiya-animaloterapiyada itdən istifadə etməkdir. İt-azhərəkətli həyat tərzi keçirməklə əlaqədar yaranan hipodinamiyaya qarşı ən yaxşı "dərman"dır. İtlə gəzinti ürək-damar xəstəliklərinin, infarkt miokardın əmələ gəlməsi ehtimalını azaldır. İt insanın ünsiyyət yetərsizliyini aradan qaldırır, ünsiyyətcilliyini yaxşılaşdırır, hətta sahibinin ailəsində münaqişələri yoluna qoyur. İtin ağız suyundakı lizosim fermenti xəstəlik əmələ gətirən mikroorqanizmləri məhv edir. Kanisterapiya nevrasteniyada, isteriyada, psixasteniyada və nevrozlarda məsləhət görülür. Hospislərdə və psixatriya klinikalarında itlər xeyirxah qonaqlar hesab olunur. Pasiyentlərlə işlərkən heç də hər it kara gəlmir-yalnız, sakit, hikkəsiz və sabit psixikalı itlərdən istifadə edilir. Felinoterapiya-pişiklərin müalicəvi təsiridir. Pişiklər tənhalığı unutdurur, adamı sakitləşdirir, arterial təzyiqi aşağı salır, ürəyin işini sabitləşdirir, oynaq və baş ağrılarını götürür. Pişik miyoltusu müəyyən səs titrəməsi (20-50 hers tezlikli) kimi sağalma prosesini stimullaşdırır. Pişiklə uzunmüdətli dostluq immun sistemini möhkəmləndirir, sağlam və uzunömürlü olmağa kömək edir. Apiterapiya-arı zəhəri ilə müalicədir. Müalicəvi faunada arı mütləq liderdir. Bioloji növ kimi 50 milyon illik mövcudluğu ərzində arı ən müxtəlif iqlim şəraitində həyat sürməyə öyrəşib ki, bu da nadir arı zəhərinin yaranmasına gətirib çıxarıb. Fizioloji proseslərin ən güclü katalizatoru olması arı zəhərinin möcüzəsidir. Onun bir damcısında zülal maddələri, 20 vacib amin turşusundan 18-i, saysız-hesabsız turşular, bütöv Mendeleyev cədvəli və çoxlu vitaminlər var. Hirudoterapiya-tibb zəliləri ilə müalicə venaların varikoz genişlənməsinin, tromboflebitlərin, dəri, ağciyər və qadın xəstəliklərinin, miqrenin, haymoritlərin, nevritlərin və bir sıra digər xəstəliklərin müalicəsində heyranedici nəticələr verir. Son vaxtlar zəlilərin köməyi ilə sellülitləri müalicə edir, arıqlayır, hətta cavanlaşırlar. Zəlilərin müalicəvi təsirinin sirri bundadır ki, onları seliyi orqanizmin toxumalarının dərinliklərinə nüfuz edərək xəstəliyə hüceyrə səviyyəsində təsir göstərir. Başqa heyvanlardan istifadə olunması Bütün canlı varlıqlar insana effektiv psixoloji kömək göstərə bilər. Animaloterapiyada digər heyvanlardan çox az istifadə edilir, çünki belə hallarda müalicənin səmərəsi xeyli aşağı olur.(azərtac)

Bu üsulla bal yemək stressin qarşısını alırmış - Maraqlı araşdırma

Stress, demək olar ki 80 faiz insanda rastlanılan psixoloji problemlər sırasında yer alır. Bu barədə müxtəlif müalicələr, terapiyalar aparılsa da qarşısını nə nevroloqlar, nə də psixoloqlar tam şəkildə ala bilir. Çünki problemə səbəb olan düşüncələr insan beyninin içərisində daim cərəyan edir. Həmçinin stress yaradacaq hadisələr mütəmadi şəkildə yenilənir. Bu səbəbdən bunun qarşısını tam olaraq alan müalicə üsulu yoxdur.  Psixoloq.az xəbər verir ki, son zamanlar bu barədə Ruminiyada maraqlı araşdırmalar aparılıb. Belə ki, mütəxəssislərin tədqiqatlarına görə, insanlar, stressin qarşısını almaq üçün baldan istifadə etməlidirlər. Bunun üçün balı otaq temperaturunda nizamlı olaraq istifadə etmək əsas şərtdir. Araşdırmalara görə, balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir. Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi də tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra  üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal  sinir sistemini nizamlayır və insanı rahatlaşdırır.  Xarici psixoloqlar isə hələ bu barədə dəqiq rəylərini bildirməyiblər. Şəhanə Quliyeva

Sabah hava necə olacaq?

Sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.

Yaxşı psixoloqu necə seçməli... - Bütün psixoloqlar nəyi bilməlidir?

Hər bir psixoloqun özü ilk olaraq psixoanalizdən keçməlidir. Psixologiyanın bütün sahələrinə dərindən yiyələnməli və empatiya qura bilməlidir. Bildiyimiz üzrə uşaq və böyük olmaqla psixoloqlar adətən qrupa bölünür. Belə ki, uşaq psixoloqları adətən azyaşlı və yeniyetmələrlə çalışır. Ancaq psixoanalizlər zamanı isə hər bir insanın uşaqlığına nəzər salınır. Bu məqamda isə belə bir sual meydana çıxır. Bütün psixoloqlar uşaq psixikasını bilməlidirmi? Psixoloq.az xəbər verir ki, mütləq şəkildə uşaq psixologiyasını, bu sahəyə məxsus hər bir mütəxəssis bilməlidir. Çünki qeyd etdiyimiz kimi müəyyən mərhələlər  var ki bunu hər insan keçir. Hansı ki uşaqlıq dövrü, sonradan yaranan eqo, yeniyetməlik və s. Psixoloq isə bunları dərindən bilməlidir ki, pasiyenti psixoanaliz edən zaman bu dövrdə yaşanılan problemləri, travmaları və digər məsələləri analiz edə bilsin. Qeyd edək ki, uşaqlarla işləyən psixoloqlar böyüklərlə də işləməyi bacarırlar. Şəhanə Quliyeva

Alkoqolizmin müalicəsi - 4 günlük...

Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən əsas prinsipləri vardır. Bir alkoqolizm müalicə proqramında aşağıdakı mərhələlər olur. Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa bir həkimin rəhbərliyinə ehtiyac duyula bilər. Ayrıca bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin,əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər. Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi lazımlıdır. Tibbi müalicə Əgər alkoqolizmlə qaynaqlanan tibbi problemləriniz varsa,bunlar müalicə edilməlidir.Ən çox rastlananlan yüksək qan təzyiqi, qan şəkəri artımı,qaraciyər və ürək xəstəlikləridir.Bunlarla yanaşı, xəstəliklə əlaqədar bəslənmə problemləri də diaqnoz edilərək uyğun bir pəhrizlə müalicə edilməlidir. Sağaltma proqramları Spirtdən təmizləməyi müşahidə etməklə,ən əhəmiyyətli yaxşılaşdırma proqramı keçirilməsi lazım olan bir reabilitasiya dövrüdür. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunacaq. Bu müddətdə ruhi dəstək və əgər lazım olsa tibbi müalicə də alına bilər,yaxşılaşdırma proqramları gündəlik danışıq və film izləmə, qrup müalicəsi, məsləhət xidmətləri və məşğul ol müalicəsindən meydana gəlməkdədir. Alkoqolun tamamilə kəsilməsi Bu unudulmamalıdır ki,əgər içməyə davam edilsə xəstəlik ya çox az və ya heç nəzarət edilməyəcəkdir. Bu səbəblə, alkoqoliklər üçün müalicə proqramları,spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır. Xəstəliyin qəbul edilməsi Xəstə olduğu həqiqəti qəbul etməlidir. Xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir.Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bundan imtina edir. Xəstələrin inkar etməyi davam etdirmələri müalicəyə zərər verə biləcəyi kimi tamamilə təsirsizləşdirə də bilər. Spirtə olan istəyini qəbul etməniz şəfa üçün ən əhəmiyyətli addımdır.Həmçinin bu müalicə proqramınız üçün də əsas şərtdir. Beləcə bəlkə də ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul edilmiş olacaq. Psixiatrik müalicə və psixoloji dəstək Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixoatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir.Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa,xəstə sağalmaz. Bu bir neçə şəkildə (qrup müalicəsi və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə,alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq. Dərman müalicəsi Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılığa yol açar; yalnız məhrumluq əlamətlərinin müalicə müddətində istifadə edilə bilər. Müalicə, bu gün yaşanılanlar,keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur.Buna görə də xəstəyə yaxınlaşarkən təmkinli olmaq da içki içmənin aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün,spirt qəbulu güclülük və azadlıq kimi yanılsamalara səbəb olar. Spirtin təsiri altındaykən,özlərini bütün ictimai təzyiqlərdən xilas olmuş kimi hiss edirlər.Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.Alkoqolizm,ictimai əlaqələrin pozulmasına səbəb ola bilər. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir,digəri isə iş yeridir.Amerikan Milli Alkoqolizm Şurası,özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini təyin etmişdir.Müalicə yalan,inkar və səmimiyyətsizlikdən imtina edərək,özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini təməl alacaq sağlam və etibarlı əlaqələr meydana gətirməyi öyrənmə üzərində diqqətlə qurulmalıdır. Dəstəyin davam etdirilməsi Yaxşılaşdırma proqramının müvəffəqiyyəti müalicənin sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki olması alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir.Spirt və ya dərman asılılığından xilas olmağa çalışan kəslərə istiqamətli olaraq,həyatlarını davam etdirmələrinə və xəstəlik əgər yenidən baş qaldırarsa, zamanında görülməsinə köməkçi ola bilmək üçün,müalicə sonrası proqramlar nəzərdə tutulmuşdur. Nərmin Quliyeva

Problemli düşüncələrdən necə xilas olmalı? - Mütəxəssisdən həyata yeni baxış bucağı

Bir insan yolla gedir. Onu bıçaqlayıb, pullarını da oğurlayıb qaçırlar. Bir insan ağır xəstə olur. Əməliyyat masasında onu da bıçaqla yarırlar, sonra yardıqları yerdə işlərin bitirib qapadırlar. Hər iki halda insana bıçaq dəyir amma demək olmaz ki hər iki hal insanın zərərinədir. Bəzən sıxıntılar da əməliyyat masasında bizi yaran bıçaq kimidir. Yaran Yaradandandır. Bəlkə də o yarılan yerdə əməliyyat gedir, bitdikdən sonra daha sağlam davam edəcəksiniz həyatınıza. Bu həyatda hadisələrin gedişatını dəyişə bilməyən yeganə şey üsyan, göz yaşı, dərd çəkmək və depressiyadır. Amma ən çox müraciət edilən də onlardır. Bəs nədən, necə başlayaq? Başlamayacaqsınız... bitirəcəksiniz...1. Öncə boş zaman keçirməyi ( mütləq etməyə birşey tapılar)2. Pis təsir edən film, serial və proqramları.3. Özünüzü içinizdə deyil çölünüzdə axtarmağı.4. Yalnız həyatda problemləri görməyi :) Problemlər bir ovuc duz kimidir. Siz fincan yox, göl olun. O duzu içinizdə həll edin, dağıdın getsin.Pedaqoq Lalə MəhərrəmliPsixoloq.az

"Aşura məclisləri uşaqlara psixoloji təsir edir" - Uşaqlar belə mərasimlərə aparılmalıdır?

"Bir dəfə Aşura günündən bir gün əvvəl İranda idim. Orada mərasimə hazırlıq mərhələsini gördüm. İnsanlar meydanda içərisi qırmızı maddə ilə dolu (qana bənzər) şarlar düzəldiblər. Yanımdakı insanlardan soruşdum ki, bunlar nə edir. Dedilər ki, sabah bu şarlar xəncərlərlə kəsiləcək və bu onu göstərir ki, İmam Hüseynin qanı belə axıb. Bu hədsiz dərəcədə cahillikdir. Bax ona gör deyirəm ki, sabah həmin günün anılması, o gün canından keçən insanların xatirəsinə hörmət əlaməti olaraq düzgün şəkildə məscidlərə gedib o günü yad etmək məqbuldur. Məscidlərdə yaxşı olar ki o günün mahiyyəti haqqında danışılsın. İnsanlara məlumat verilsin. Elə məclis qurumalıdır ki, insanlar, hətta azyaşlı uşaqlar belə oradan mənəvi qida alsınlar. Təəssüf ki, bu gün bizim məclislərimiz buna hazır deyil”. Psixoloq.az xəbər verir ki, bu sözləri publika.az-a  sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq onu da qeyd edib ki, bu gün ölkədə keçirilən Aşura məclislərində cəhalət elementləri o qədər güclüdür ki, böyüklərdən tutmuş, uşaqlara qədər psixoloji təsir edə bilər: “Mən şəxsən bu səbəbdən istəməzdim ki, bu mərasimlərə azyaşlı uşaqlar aparılsın. Bu mərasimlərdə insanların qollarına qara ip bağlayaraq bununla nəzir toplayanlara da rast gəlirik. Bütün bunlar dinimizdə yoxdur. Bu heç xoşa gələn, arzu edilən nüasnlar deyil. Biz bu mərasimləri yığışdıra bilmərik. İslam aləmin birləşdirən günlərdən biridir. Amma mərasimlərin keçirilməsinin bu şəkildə də davam etməsinə şərait yaratmaq olmaz. Yaxşı olardı ki, ümumiyyətlə qan tökmək, baş yarmaq olmasın. “Qurani-Kərim”də bu davranışlar qətiyyətlə pislənir". Psixoloqlar isə bu mərasimlərə azyaşlı uşaqların aparılmasının əleyhinədir. Çünki uşaqların dərk etmədikləri yaşda qan görməkləri, vəhşilik simvolu olan hərəkətlər onlarda travmaya səbəb ola bilər. Məsləhətdir ki, bu günün xüsusiyyəti barədə uşaqlara elmi məlumatlar ötürülərək maarifləndirilsinlər. 

"Öncə bu stisuasiyada olmuşam" - Dejavu xəstəlikdir?

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu stiuasiyanı yaşamışıq. Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir. Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir. Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır. Uşaqlar əgər tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalır və mütəxəssisə müraciət etməlidir. Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər. Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır. Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır). Aysel Məmmədzadə

Bu xüsusiyyətlər uşaqlarınızda varsa... Şizofreniyanın əlamətləri nədir?

Şizofreniya xəstəliyinin uşaq yaşlarında da rast gəlindiyini heç kəs inkar etmir.Xəstəliyin uşaqlarda yaşla əlaqədar xüsusiyyətlərini düzgün təhlil etmək üçün psixiatriyada qəbul olunmuş yaş dövrlərini nəzərə almaq lazımdır: 1.Uşaqlıq dövrü (9 yaşadək) 2.Yeniyetməönü dövr (10-12 yaş) 3.Yeniyetmə dövrü (13-15 yaş) 4.Gənclik dövrü (16-18 yaş) Əhali arasında xəstəliyin rast gəlinən bütün formalarının təqribən 1/4-i 18 yaşadək,5-7%-i isə uşaqlıq dövründə (10 yaşadək) təsadüf edilir.Qızlara nisbətən oğlanlarda xəstəlik daha tez-tez (60-70%) baş verir. Uşaq yaşlarında rast gəlinən şizofreniyanın ən başlıca xüsusiyyətlərindən biri pozitiv əlamətlərin yaşa uyğun dəyişməsidir.Yəni bir sıra əlamətlərin yaşa uyğun olaraq daha parlaq nəzərə çarpması və bir sıra sindromların əsas etibarilə uşaqlarda təsadüf etməsidir.Məsələn:ümumi inkişafın,o cümlədən,psixi inkişafın ləngiməsi,hərəkətlərdə və nitqdə ifadə olunan stereotipiya,patoloji uydurmalar və s. Uşaq yaşca nə qədər kiçikdirsə,psixopatoloji əlamətlər bir o qədər qabarıq nəzərə çarpır və polimorf olur.Yeniyetmə dövrü üçün xarakterik əlamətlərdən anoreksiyanı,metafizik intoksikasiyanı,ipoxondriya və heboid sindromları qeyd etmək olar.Uşaqlarda şizofreniyanın gedişi (o cümlədən,klinik formaları) böyüklərdən,demək olar ki,fərqlənmir.Kiçik yaşlı uşaqlar arasında fasiləsiz və şubvarı süst gedişli formalar daha çox,fasiləli (rekurrent) gedişli şizofreniya isə az rast gəlinir.Bir sıra hallarda tutmaların klinik təsviri əlamətlərin polimorfluğu hesabına konkret bir gediş tipi çərçivəsində deyil,dəyişkən olur. Ağır gedişi xarakterizə edən başlıca əlamət,sürətlə inkişaf edən şəxsiyyətin dəyişilməsidir ki,bu da autizm,emosional çatışmazlıq,hərəkət və nitq pozuntusu,psixi aktivliyin enməsi ilə meydana çıxır.Süst gedişli şizofreniya uşaqlar arasında geniş yayılmışdır.Böyülərdən fərqli olaraq uşaqlarda bu forma bəzi "əlavə xüsusiyyətlərə" malikdir.Bu formaya məxsus olan klinik əlamətlərlə yanaşı (yaxın adamlara qarşı marağın sönməsi,autizm,psixi aktivliyin zəifləməsi) bir sıra məhsuldar psixopatoloji əlamətlər də qeyd olunur.Məsələn:belə uşaqlar bəzən uydurma suallarla böyüklərə müraciət edir,adi söhbətlərə qeyri-adi maraq göstərirlər.Sarışan hallar,qorxu,şübhə əlamətləri daha tez-tez təsadüf edilir.Bunlarla yanaşı belə uşaqlarda cinsi sferaya məxsus patoloji meyllər aşkar edilir. Süst gedişli fasiləsiz şizofreniyanın uşaqlar arasında geniş yayılmış variantları,əsasən nevrozları və psixopatvari debutla başlayan formalardır.Tutmalarla şiddətlənən şubvarı şizofreniyanın nisbətən az təsadüf etməsinə baxmayaraq,o,zəngin atipik əlamətlərlə (müxtəlif qorxu,patoloji uydurma,nitq pozuntusu və s.) diqqəti cəlb edir.Affektiv,ipoxondrik,senestopatik əlamətlər,hallüsinasiyalar,sayıqlama və katatoniya əalmətləri nisbətən az rast gəlinir. Fasiləli (rekkurent) gedişli şizofreniya uşaqlar arasında az hallarda (5-10%) təsadüf edilir.Bu forma çərçivəsində rast gəlinən psixoz kəskin əlamətlərlə başlayır və şəxsiyyət pozuntuları ilə remissiya verir.Bir çox hallarda tutma hər hansı bir zərərli amillərlə əlaqədar (infeksiya,somatik xəstəliklər,psixi travma və s.) baş verir. Uşaqlar arasında rast gəlinən şizofreniyanın son dövrünün tez və ya gec meydana çıxması,qüsur əlamətlərinin zənginliyi xəstəliyin hansı yaş dövründə başlanmasından və gedişinin şiddətindən asılıdır.Adətən ağır şizofreniya kobud qüsur əlamətləri ilə nəticələnir.Digər gediş formalarında isə xəstəlik nə qədər tez başlayırsa,bir o qədər ağır son dövr əlamətləri ilə nəticələnir.Lakin bəzi hallarda (xüsusən xoşxassəli gediş formalarında) uzunmüddətli qüsursuz remissiya,hətta praktik sağalma da mümkündür. Nərmin Quliyeva

Ehtiyatlı olun - Günün ulduz falı

Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz, kobud, bisavad insanlardan mümkün qədər uzaq durun. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı edin. Qətiyyət uğurun rəhnidir. Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı yaxşılaşdıra bilər. Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə, xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər. Ehtiyatlı olun.  Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli, təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın. İşdə aktiv olun, işgüzar insan olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın. Axşam saatlarını açıq havada keçirin. Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar. Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq, sərbəst olmaq mümkündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var. Axşam saatlarında normal istirahət edin.  Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın, ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə etməmiş qərar verməyin. Günün ikinci yarısında başqalarının işlərini görərək öz maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər. Diqqətli davranın, sayıq olun. Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və dostların sayını artıra bilərsiniz. Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın. Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə bilərsiniz. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun. Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır. Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv dəyərləndirin. Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can atın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın. Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis zaman deyil. Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz. Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə sayıq davranın. Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar. Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır. Məntiqi unutmayın. Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın. Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın. Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər. Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə nəzərə alın. Soyuqqanlı olun, amma laqeyd insan təsiri bağışlamayın.  Milli.Az

Şimşək çaxacaq, yağış yağacaq — Sabahın hava proqnozu

Azərbaycan ərazisində sentyabrın 20-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.    

Nitqin gecikməsi, kəkələmə... - Nitq terapiyası nə zaman gərəklidir?

Müəyyən səbəblərdən ötrü insanlarda danışmaq məhdudluğu yaranır. Bu vəziyyət xüsusilə də azyaşlı uşaqlarda baş verir. Həmin problem, insanda sosial, emosional və idrakla bağlı bir çox problemlərə yol açır.  Psixoloq.az xəbər verir ki, nitq terapiyası isə diaqnoz, qiymətləndirmə, müalicə, və reabilitasiya məqsədilə xidmət göstərən sahədir. Şifahi ünsiyyət qurmağın əngəllənməsinə səbəb olan bəzi nitq və danışma pozuntuları inkişafla bağlı müəyyən bir səbəbə bağlı olmadan ortaya çıxa bilər. Bununla yanaşı, eşitmə problemi, Autizmlə əlaqəli pozuntular, koqnitiv pozuntular, Uşaq Serebral Palsi, Daun sendromu və s. nevrotik inkişaf pozuntularına və bir çox xarici amillərə əlaqədar olaraq ortaya çıxa bilər. Nitq və danışma sadəcə uşaqlarda deyil eyni zamanda böyüklərdə də görülür. Nitq terapiyası hansı problemlər zamanı tövsiyə edilir? Nitqin gecikməsiKəkələməAutizmə bağlı nitq problemləriArtikülasiya pozuntularıFonotek pozuntularUdqunma ilə bağlı nitq qüsurlarıAfaziya və sonradan qazanılmış nitq pozuntularıMotor danışma pozuntularıTaxilaliya (Həddindən artıq sürətli danışma)Eşitmə ilə bağlı nitq qüsurlarıDodaq və damaq quruluşuna bağlı nitq qüsurları

Uşağınız məktəbə getmək istəmir?

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər. Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir. Hətta bəziləri istəksizliyini "məktəbə getmək istəmirəm” deyə ifadə etmək yerinə "ayaqqabım sıxır”, "qarnım ağrıyır” kimi bəhanalər səsləndirirlər. Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər. Psixoloq.az xəbər verir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər. Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı? Məktəb bazarlığını birlikdə edin Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.  Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.  Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın. Müəllimlərindən kömək istəyin Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun. Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın Əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər. Buna görə uşaqdan məktəbdə zövq aldığı dərsləri, nüansları öyrənin. Uşaqdan cavabını ala bilmədiyiniz "dərslər necə” keçdi kimi suallar soruşacağınıza, "idman dərsində nə oynadınız” kimi şeyləri soruşun. Uşaq bu suallara zövqlə cavab verəcək. Bununla uşağın məktəbin əyləncəli tərəflərini görməsinə şərait yaradacaqsınız. Bir problem olduğunun fərqinə varmısınızsa, mütəxəssisdən yardım almaqdan çəkinməyin Uşaqların sadaladığımız bu problemləri əslində bir neçə həftə içərisində həll olmalıdır. Lakin hər hansı dəyişiklik olmursa, uşaq yenə eyni əhval-ruhiyyədədirsə, bəhanələr səsləndirirsə, mütəxəssisə müraciət edin. Xüsusi qeyd: mükəmməl uşaq anlayışı ilə qiymətləri çox yaxşı olan uşaq anlayışını qarışdırmayın. Aşağıda yazılanları mütləq edin! Məktəbdən gələndə uşağınızdan gününün necə keçdiyini soruşun. Bütün suallarına sıxılmadan cavab verin. Bəzi məsələlərdə ondan fikrini soruşun. Uşağınızla iş birliyi edin. Uşağa hansısa iş verib, məsuliyyət yükləməkdən qorxmayın. Uşaqlarınıza güvənin. Sözlə də, hərəkətlə də ona dəyərli olduğunu hiss etdirin.(medicina.az)

Bağırsaq xərçənginin müalicəsi mümkündür? - Həkimdən öyrənin/VİDEO

Bağırsaq xərçəngi digər bədxassəli şişlərdə olduğu kimi hüceyrələrin dayanmadan çoxalması nəticəsində meydana gəlir.  Psixoloq.az xəbər verir ki, bu barədə ümumi və transplant cərrah Bəhruz Səlimov danışıb. Bağırsaq xərçəngi barədə həmin süjeti sizə təqdim edirik: Daha ətraflı məlumat üçün qeyd edilən nömrələr vasitəsilə həkimlə birbaşa əlaqə yarada bilərsiniz.

Uşaqlarda psixomotor inkişaf geriliyi nədir?

Minimal beyin disfunksiyası termini valideynlərə çox tanışdır. Belə uşaqlarda beyin funksional sisteminin  gecikməsi olur, bu da davranış, nitq, diqqət, yaddaş, qavrama, hissetmə və s. psixi fəaliyyət növlərində özünü göstərir. Ümumiyyətlə uşaqlıq- insan həyatının təməlini qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əsaslanır. Uşaq beyni çox həssas və elastik olur, onun qəbul etdiyi informasiya bəzən ömürlük qalır. Qeyd etmək lazımdır ki, əqli və fiziki inkişafda geriliyi olan uşaqlardan bəziləri ola bilsin ki, bütün həyatı bacarıqlarını (oxumaq, yazmaq, ünsiyyət) və s. inkişaf etdirməyə nail olmayacaq. Ola bilər ki, ümumi intellektual inkişaf normal səviyyədə olsa da , onların məktəbdə, təhsillə bağlı sosial adaptasiya ilə bağlı çətinliklər meydana çıxacaq. Belə uşaqları (məktəbdə, evdə, diqqətsizliklə günahlandırmaq əvəzinə onlara kömək etmək və xüsusi yananaşmaq lazımdır. (tərifləmə) Minimal beyin disfunksiyasının əsas səbəb mərkəzi sinir sisteminin prinatal zədələnməsi yarımçıq doğulma, erkən yaşda olan kəllə-beyin travmaları neyro infeksiyalardır. Minimal beyin disfunksiyasını necə təyin etmək olar? 1) Uşaqlarda erkən psixo motor inkişafı yaşa görə geri qalır, gec oturur, gec danışır, gec yeriyir. 2) Uşaq çox hərəkətlidir, hövsələsiz, diqqətsiz, tələskən, impulsiv və ya çox sakitdir, az hərəkətlidir, tez yorulur və s. 3) Belə uşaqlarda  qamət pozgunluğu əyripəncəlik, görmə zəifliyi, bağ ağrıları, kəkələmə, enurez, kiçiki motorikanın geriliyi (düymə bağlamağı, ayaqqabı geyinməkdə, qayçıdan istifadə etməkdə) çətinlik çəkirlər. II Uşağın fiziki və əqli inkişafını düzgün istiqamətləndirməsək: Fizkiki qüsurluq , əqli qüsursuzluğa , Əqli qüsurluq fiziki qüsursuzluğa gətirib çıxarır. Əgər valideynlər uşaqıarın bu əlamətlərin bir neçəsini görürsə mütləq Nevropotoloq, loqoped, pediatr, psixoloq (psixopedaqoq) ortoped və s. mütəxəssislərin  nəzarəti ilə kompleks şəkildə aparılmalıdır. Belə uşaqlar hər gün eyni saatda yatmalı, eyni vaxtda oyanmalıdır. Televizor, kompüter qarşısında minimum sutkada 30 dəqiqəyə qədər vaxt keçirməlidirlər. Belə uşaqları üzgüçülük, rəqs, gimnastika ilə uşaqla taktil kontakt  (masaj) yazdırmaq lazımdır. Kompleks yanaşmada psixoloji-pedaqoji, psixo-terapevtik  korreksiyadan əlavə medikamentoz müalicədə nootroplar beyin-qan dövranını yaxşılaşdırın, sakitləşdirən vasitələrdən  istifadə olunur. Rəna Kazımova Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu

Təbii fəlakətlər zamanı psixoloji yardım

İnsanların psixologiyasında dərin izlərin açılmasına səbəb olan fəlakətlər, bəzilərinin həyatını itirməsnə səbəb olarkən, geridə qalanları da dözülməz ağrılar içində buraxaraq keçmişdə qalır. Keçmişdə qalan fəlakətdir. Fəlakətin buraxdığı psixoloji təsirlər isə insanların mənəvi həyatlarında dərin izlər buraxır. Bildiyimiz kimi təbii fəlakətlərin meydana gəlməsində insan faktoruna nisbətdə təbiət hadisələri böyük rol oynayır. Ancaq bu təbiət hadisələrinə qarşı tədbir görülmədikdə fəlakətdən sonra yaranan nəticələrə görə məsuliyyət məhz insanların üzərinə düşür. Təbii fəlakətlər insan psixologiyasında dərin izlər buraxan travmatik yaşantıdır. Bu hadisələri yaşayanlar, yaşayanların yaxınları və ya bu hadisələri görüb-eşidənlər uzun müddət sağalmayan psixoloji travmalara məruz qalır. Həyatımızda əvvəldən müəyyənləşdirib idarə edə bilmədiyimiz hadisələrin olduğunu anlamaq və qəbul etmək insanlar üçün olduqca çətin olur. Çox zaman da biz bu hadisələri təsirsiz hala gətirə bilmir, təkrar başımıza gəlməsinin qarşısını ala bilmir və çarəsiz qalırıq. Fəlakətlər, yalnız insan həyatına son qoyub zədələr yaradan hadisələr deyil, eyni zamanda psixoloji zərbədir. Amma baş vermiş faciə nəticəsində yaranan psixoloji dəyişikləri qaydaya salmaq, onun maddi və mənəvi ziyanlarının aradan qaldırılmasına nisbətən daha çox vaxt tələb edir. Psixoloji yardım, bir sıra ölkələrdə bədbəxt hadisədən sonra əhaliyə göstərilən yardımın əsas hissəsini təşkil edir. Yəqin ki, biz də bunu hiss etmişik ki, həlak olanların ailələri ilə işləmək üçün psixoloq, psixoterapevtlərə kəskin ehtiyac var. Mütəxəssislərin fikrincə, fəlakətlər zamanı psixoloji travma aldıqdan sonra ilk sutka ərzində göstərilən psixoloji yardım daha təsirli olur. Sonra isə uzunmüddətli müşahidə və psixoterapiya lazımdır. Qəza yerində yaxınlarına göstərilən psixoloji yardım, sözün həqiqi mənasında insanları xilas edə bilər. Faciələr zamanı yalnız zaman ərzində stresin intensivliyi deyil, həm də onun uzun sürməsi də insan psixologiyasına təsir edir (bəzən həftələrlə sürən kədər və ümid). İnsan orqanizminin ehtiyatları məhduddur və qaçılmaz olaraq stresin son stadiyası - üzülmə mərhələsi çatır. Son ümidlər də boşa çıxdıqda, fəlakət qurbanını xilas etmək mümkün olmadıqda, onların yaxınlarını xilas etmək lazımdır. İnsanların çoxu baş vermiş fəlakətin qurbanları haqqında danışdıqda çox vaxt söhbət bilavasitə  zərərçəkənlərdən gedir. Amma təsirin həqiqi həcmi daha dərin, daha genişdir. Baş vermiş fövqəladə hadisə, insanların böyük miqdarda sayına, o cümlədən dolayısıyla zərər çəkən insanlara - xilasedicilər, hadisənin iştirakçıları, peşə borclarına görə xilasetmə işində iştirak edənlərin psixologiyasına neqativ təsir göstərir. Zərbə zərərçəkənin həmkarlarına, tanışlarına dəyir. Baş verən hadisə ilə televiziya verilişləri vasitəsilə tanış olan insanlar bəzən daha güclü həyəcan keçirirlər. Sonradan onlar özlərini pis hiss etdiklərindən, real nasazlığın yaranmasından şikayət edirlər. Hadisələr zamanı kütləvi informasiya vasitələrinin təsirini "dəyənəyin iki ucuna" bənzətmək olar. Bir tərəfdən onlar əhaliyə baş vermiş hadisələr haqqında informasiya çatdırır. İnformasiyaya qarşı təmin olunmamış tələbat özü stress yaradır. Digər tərəfdən isə vəziyyətin ağırlaşmasına səbəb olurlar. Hadisə yerindən verilən reportajlar, bəzi epizod və müsahibələrin təkrarən verilməsi, ziddiyyətli məlumatların verilməsi və bunun böyük auditoriya qarşısında yayımlanması baş vermiş hadisənin mənfi təsirlərini gücləndirir. Psixoloji sonluqların bütün növlərinin ümumi bir adı var "ikincili stress". İnsanların stresə qarşı olan reaksiyaları müxtəlif olur. Bu reaksiyaların xüsusiyyətlərini öyrənməklə siz özünüzdə və yaxınlarınızda hansı mənzərənin yarandığını müşahidə edə bilərsiniz. Psixoloji yardımı daha real və operativ olaraq ailə və dostlar göstərə bilər. Bunda məqsəd - təhlükəsizlik hissiyatı yaratmaq, iztirab çəkən insanda ümid, inam yaratmaqdır. Psixoloji yardımda "Aktiv dinləmə" çox vacib komponentdir. Zərərçəkmiş həmsöhbət yardımçıdan diqqətlilik, hörmətlə münasibət tələb edir. Dünyaya onun gözləri ilə baxmağa çalışmalı, təhlükəsiz və isti şəraitdə danışmalı, baş verənlərə ürəklə yanaşmalıdır. Öz emosiyalarını iztirab çəkənə bildirməməlidir, çünki onun yanğısı, qüssəsi kifayət qədər var. Günahlandırıcı, etiraf edici mövqedə dayanmaq lazım deyil. Psixoloji yardım  bir sıra hallarda bilavasitə zərərçəkənin mənəvi rahatlanmasını təmin edir, uzunmüddətli psixoloji problemlərin yaranma riskini aşağı salır və sonrakı yaşam üçün ümid verir.(fhn.gov.az)

Bu proses ən çox qəza keçirmiş şəxslərin başına gəlir - Özgələşmə nədir?

Özgələşmə, müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif edib. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə, geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.   Özgələşmə insanları yalnızca çətin və təhlükəli vəziyyətlərdən deyil, həmçinin dözülməz emosional hadisələrdən qoruyur. İzafi emosional insanlar ən adi emosional hadisələr zamanı belə özgələşə bilərlər. Belə insanlar çətinliklə emosional əlaqə qururlar və kənardan baxanda soyuqqanlı və ya soyuq təbiətli təsəvvürü yaradırlar. Hadisələrin "ayıq" qiymətləndirilməsini təmin edən "özgələşmə", həmçinin baş verən hadisənin emosional tərəfinin düzgün dərk edilməsinin qarşısını ala bilər. Xüsusilə ağır psixi sarsıntı və ya qəza keçirmiş şəxslər özgələşməyə meylli olurlar.

Uşağınız məktəbə hazırdırmı? - Test edin

Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir.  Uşağınızın məktəbə hazır olub-olmamasını necə yoxlamaq olar? Bunun üçün sizə bir neçə özünəməxsus maraqlı testlər təqdim edirik.  Bu testlər sizə uşağınızın məktəbə hazırlıq səviyyəsini müəyyən etməyə kömək edər. 1. Uşaga heyvanlar haqqında bir nağıl danışın. Bu nağılda hər bir personaj nəyə görə məktəbdə oxumaq istədiyini bildirir. Məsələn, məktəbli dovşan deyir: ”Mən məktəbə ona görə gedirəm ki, anam məni buna məcbur edir”. Tülkü balası isə cavab verir: ”Mən məktəbə ona görə gedirəm ki, oxumaq, yeni şeylər öyrənmək, tapşırıq yazmaq mənim xoşuma gəlir. Hətta məktəb olmasa idi, mən yenə də oxumağı, yazmağı öyrənərdim”. Üçüncü qəhrəman deyir: ”Mən məktəbə ona görə gedirəm ki, orada çoxlu uşaqlar var, onlarla oynamaq, danışıb-gülmək olar”. İndi bu sualı uşağınıza verin: ”Necə fikirləşirsən, nəyə görə məktəbə getmək lazımdır? Sən nə üçün məktəbə getmək istəyirsən?” Əgər uşaq sizə təxminən nağılımızın birinci və üçüncü qəhrəmanı kimi cavab verərsə, deməli, o hələ məktəbə getməyə, bilik almaq kimi mürəkkəb prosesə hazır deyil. 2. Uşağın məktəbə hazırlıq dərəcəsinin daha bir göstəricisi - nitqin inkişafıdır. Uşaqdan ona oxuduğunuz kiçik (6-7 cümlə) hekayəni sizə danışmağını və ya baxdığı multiplikasiya filminin məzmununu söyləməyini xahiş edin. Əgər uşaq sözləri çətinliklə uzlaşdırırsa, düzgün cümlə qura bilmirsə, süjet xəttini (başlanğıc, orta, son) məntiqi şəkildə qura bilmirsə, demək, nitqin inkişaf etdirilməsi üzərində hələ çalışmaq lazımdır. Bu halda ən effektiv üsul - ucadan kitab oxumaqdır. Gündə yarım saatdan az olmayaraq uşağa nağıl və hekayələr oxuyun. Sonra isə oxuduğunuzdan ona suallar verin. Bu zaman siz onun diqqət və yaddaşını məşq etdirib möhkəmləndirirsiz. 3. Uşaqla “artıq sözü tap” oyunu oynayın. Hər hansı bir sözü seçin. Məsələn, nar sözünü. Sözü bir neçə dəfə təkrar edin, sonra arada onun əvəzinə oxşar söz deyin: Nar, nar, nar, nar, nar, qar, nar. Uşağa tapmaca verin:”Qoyun sözü “q” hərfini itirsə nə olacaq? və ya “qo” hecasını itirsə nəyə çevriləcək”? Əgər uşaq asanlıqla sözü hecalara bölürsə, deməli, fonematik eşitmə hissi inkişaf edib. Bu isə məktəbdə oxumaq üçün vacib şərtdir. Əks halda, uşaq ana dilini (xüsusilə orfoqrafiyanı) öyrənməkdə çətinlik çəkəcək. 4. Uşağın məntiqinin nə dərəcədə inkişaf etməsi də əhəmiyyət kəsb edir. Aşağıdakı cümlələri bitirməyi uşaqdan xahiş edin: “Qışda paltarsız küçəyə çıxsan...”, “Yağış yağıb, ona görə də...”. 5. “Dördüncü artıqdır” oyununda uşağa 4 sözdən ibarət sıralar təklif edin. Hər bir sırada uşaq artıq olan bir sözü tapmalıdır. Məsələn: stol, stul, divan, pəncərə. Söz-məntiq dərrakəsi 6-7 yaşlarında formalaşmağa başlayır. Yuxarıdakı məsələləri həll edərkən uşaq yalnız 1-2 səhvə yol verərsə, deməli, onda bu proses normal gedir. Səhvi daha çox olarsa, uşaqla məşqləri davam etdirmək zəruridir. 6. Kiçik motorika, yəni əllərin kiçik əzələlərini işlətmək uşağın inkişafı üçün çox vacibdir. Plastilindən əşyalar düzəldilməsi, kağızdan cürbəcür aplikasiyaların kəsilməsi kiçik motorikanı yaxşı inkişaf etdirir. Məktəbə hazır olan uşaq çox asanlıqla qayçıyla kağızdan müxtəlif fiqurlar (həndəsi fiqurlar daha yaxşı olar) kəsərək kağıza yapışdırır, dama-dama dəftərdə çəkilən və həndəsi fiqurlardan ibarət olan naxışları təkrar edə bilir, kağızda müxtəlif uzunluqda olan xəttlər və sadə şəkillər çəkir, şəkilləri rəngləyir, plastilindən sadə əşyalar düzəldir. Əgər bu tapşırıqları yerinə yetirmək uşaq üçün çətin olarsa, demək, onun əlinin kiçik əzələlərini müvafiq idman məşğələləri ilə inkişaf etdirmək lazımdır. Nəyə görə bu, vacib hesab olunur? Məsələ ondan ibarətdir ki, insanın baş beynində nitq qabiliyyətinə və əl barmaqlarının hərəkətinə cavabdeh olan mərkəzlər bir-birinə çox yaxın yerləşmişlər. Beləliklə, kiçik motorikanı stimullaşdırarkən, biz həmçinin beyində uşağın nitq qabiliyyətini inkişaf etdirən mərkəzi də aktivləşdiririk. Beləliklə, kiçik bir nəticəni qeyd edək. 5-6 yaşında olan uşaqlar nəyi bacarmalıdırlar? 1. Yaddaş, diqqət, düşüncə: şəkillərdə olan səhvləri və uyğunsuzluqları tapmaq; 6-8 sayda şəkilləri düzgün ardıcıllıqla düzmək; verilmiş şəkildə olan 5-6 əşyanı yadda saxlamaq; əşyaların düzülüşündə olan qanunauyğunluğu aşkar etmək; iki əşya və rəsmlər arasında olan oxşarlıqları və fərqləri tapmaq; verilmış əşyalar arasında artıq hesab ediləni tapmaq və bunu izah etmək; bütün rəngləri düzgün demək və onları ayırd etmək; təbiət hadisələrini ayıra bilmək; ilin fəsillərinin ardıcıllığını və həftənin günlərini, günün hissələrini (səhər, günorta, axşam) düzgün müəyyən etmək; “dünən”, “sırağagün”, “bu gün”, “sabah”, “birisigün” sözlərinin mənasını bilmək; “bizin planet necə adlanır? (yaşadığı şəhərin adını, Vətənimizin paytaxtını) və s. bu kimi sualına cavab vermək və s. 2. Riyaziyyat: 1-dən iyirmiyədək və əksinə və onluqlarla olmaqla 100-dək saymağı bilmək; rəqəmləri tanımaq, onları düzgün ardıcıllıqla düzmək və yazmaq; əşyaların sayını müqayisə etmək, “>”, “<”, “=” işarələrinin mənasını bilmək; əşyaları ölçülərinə (uzunluğu, eni, hündürlüyü, qalınlığı) görə müqayisə etmək; tək və cüt rəqəmləri ayırmağı bilmək; sadə toplama və çıxmaya aid mısal və məsələləri həll etmək; həndəsi fiqurları (dairə, oval, üçbucaq, kvadrat, düzbucaq, romb, trapesiya) tanımaq və adlarını demək. 3. Nitqin (danışıq qabiliyyətinin) inkişafı: ətrafdakı əşyaların adını demək, insanların və heyvanların hərəkətlərini danışmaq; “mebel”, “oyuncaqlar”, “nəqliyyat”, “qida məhsulları”, “meyvələr”, “tərəvəzlər”, “paltar”, “musiqi alətlər” və s. ümumiləşdirici sözlərin mənasını bilmək; əşyaları əlamətlərinə görə (dondurma - soyuq, ağ, şirin) tanımaq, əşyanın əlamətlərini müstəqil şəkildə demək; bir-birinə yaxın və əks olan sözləri (dayaz-dərin) tapmaq; içərisində, üstündə, altında, arxasında, arasında, önündə, yanında və s. bu tip sözlərin mənasını bilmək; müxtəlif peşələrin, bayramların adlarını bilmək; danışmağı bacarmaq (suallara cavab vermək və düzgün sual vermək); bir neçə şeir bilmək, tapmacaları tapmaq; verilmiş şəkilə baxmaqla 6-7 cümlə ilə onun haqqında danışmaq; danışılan əhvalatın sonunu özündən qoşmaq; sözdə olan ilk və son səsləri tapmaq; hərfin səsdən fərqini bilmək; iki və daha artıq hecadan ibarət olan sözləri oxumaq və onların mənasını bilmək; sözləri hecalara bölmək; cümlələri və kiçik mətinləri oxumaq; oxuduğunun mənasını bilmək; hərifləri və hecalarla oxumağı bilmək. Əgər sizin uşaqda yuxarıda adları sayılmış qabiliyyətlər yoxdursa və ya çox az inkişaf edibsə, deməli, o hələ məktəbə hazır deyil. İmkan dairəsində, uşağı inkişaf etdirən və ya hazırlıq qruplarına yazdırın ki, gələn il o özü üçün yeni olan dünyaya sakitlik və sevinc hissi ilə daxil ola bilsin.(saglamolun.az)

"Dərslərin 8-də başlanılmasının əleyhinəyəm" - Psixoloq uşaqların psixoloji hazırlığından danışdı

Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir.  Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə  psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət?  -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər.  Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər.  Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir.   Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir.  Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın.  Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır.  Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi?  -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var.  Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır.  Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər.  -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər.  -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər.  Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır.  Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq.  Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar.   Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək.  Valideynlər  uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur.  Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik.  Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn  övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox.  Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.

Psixoloji anlamlara aldanmayın - Proqnoz,19 sentyabr

Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın. Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın. Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib. Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin. Axşam saatlarında ağır fiziki işdə çalışmayın. Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin. Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın. Axşam saatlarında orijinal ideya yarana bilər. Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil. Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin. Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın.  Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır. Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur. Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq. Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın. Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil. Axşam saatlarında istirahət edin. Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun. Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız. İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin. Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır. İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın. Əqrəb - Ambisiyaların reallaşdırılması üçün müvafiq zamandır. Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Asan yollara üstünlük verin. Hədəfə daha tez çatmaq üçün ən əlverişli metoddan yararlanaraq rəqibləri qabaqlayın. Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Təftiş və təhlilə başlaya bilərsiniz. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın. İşgüzar olun, aktiv işləyin. Biliklər azdırsa, əlavə məlumatlar əldə edin. Axşam saatlarında gəzintiyə çıxın. Oxatan - Günün ilk yarısı uğurludur. Enerjili olun, işlərə aktiv başlayın. Cari problemləri hadisələrə təsir imkanlarına malik insanın yardımı ilə həll edin. Bilik və bacarıqlarınızdan yararlanın. Günün ikinci yarısında kollektiv fəaliyyətdə fayda var. Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Axşam saatlarında bədxərclik etməyin. Yeni işlər üçün maliyyə ehtiyatınız olmalıdır. Normal istirahət etməyə çalışın. Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Özünüzə həddən ziyadə güvənsəniz, ciddi səhvlərə yol verə bilərsiniz. Vədlərə, təkliflərə, dilətutmalara aldanaraq yolunuzdan sapmayın. Günün ikinci yarısında maliyyə məsələlərində istənilən düşünülməmiş addım, avantüra təhlükəlidir. Çox zəif, illüzor şanslara uymayın. Bahalı heç nə almayın. Axşam saatlarına yaxın daha səbatlı, məntiqi və praktiki şanslarınız yaranacaq. Hisslərinizin etirafına tələsməyin. Dolça - Praqmat olun. Qeyri-konstruktiv hisslərə qapılmayın. Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Maddi məsələlər münasibətlərdə sərinləşmə və fikir ayrılıqlarına səbəb ola bilər. Günün ikinci yarısında yaşam arealında islahatlar aparmaq olar. Ödənişlərdə diqqətli olun, hesablamalarda səhvlərə yol verməyin. Kredit götürməyin, borcları vaxtında qaytarın. Maddi məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil. Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun. Balıqlar - Hadisələrin zahiri effektləri bu gün həlledici rol oynayacaq. Proseslərə süni müdaxilə etməyin. Olaylara təkana ehtiyac duyulmursa, hiperaktivlik yalnız zərər verə bilər. Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin. Günün ikinci yarısında rutin prosedurlar uğurlu olacaq. Problemlərin həllinə kreativ yanaşın. Cari işlərin görülməsində yeniliklər edə bilərsiniz. Axşam saatlarına yaxın əlavə xərclər istisna deyil. Gəzintiyə çıxmağı unutmayın. Milli.Az

Ay tutulmalarının vaxtı açıqlandı

Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb.  Psixoloq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək. O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”. Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: “Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”. X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: “Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.    

"Əksər gənclər ailə qurmağa qorxurlar" - Ailələrdə olan gərginliyin səbəbi

Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. İnsanlarımız 30 yaşa qədər ailə qurmaq istəmirlər. Araşdırmalar nəticəsində insanların 70 faizi buna səbəb kimi maddi imkanlarını əsas gətirirlər.   Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında evlilik yaşının artmasının müxtəlif səbəblərinin olduğunu bildirdi: “İndi cəmiyyətdə baş verən faktora yalnız bir tərəfdən baxmaq düzgün deyil. Buna səbəb təbii ki, iqtisadi tərəfdi, insanların bir çoxlarında ailə qurmaq üçün maddi imkanlar və mənzil şəraiti onların ailə qurmasına imkan vermir. Digər tərəfdən, mənəvi amillərdə buna öz təsirini göstərir, yəni 30 il, 50 il bundan qabaq böyüyən gənc bilirdi ki, onun evlilik yaşı çatıbsa, bu bir vəzifədir, evlənmək lazımdır. Burda ictimai qınağı da nəzərə alırdılar. İndi cəmiyyətdə artıq o münasibətlər dəyişib. Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar. Çünki bəziləri ilə söhbət etmişəm və deyiblər ki, “Filankəs evləndi və bir neçə ay sonra boşandı. İndi ailə qurmaq çətindi”. İndi evlənmək üçün özünə seçəcəyin adamı tapmaq da çətinləşib. Qabaqlar ümumi bir standart həyat şəraiti var idi, oğlanlar və qızlar elə bir səviyyədə böyüyürdü ki, hər biri ailə məsələlərini çox yaxşı bilirdi. Sovet dövründə evlənmək mənəvi tərəflərə daha çox əsaslanırdı. İndi isə evlilik daha çox mənəvi dəyərlərin təsiri altında yox, nəyinsə hesablanmalarına görə baş verir. Bir müddət sonra mənəvi faktorular işə düşür və həmin ailələrdə gərginlik yaranır. Bizdə ailə haqqında təsəvvürlər aydınlaşdırılmalıdır. Ailə quran gənclərə köməkliklər olmalıdır. Ailə qurmaq məsələsində iqtisadi, mənəvi və dünya görüşü faktorları rol oynayır. Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər. Amma bəzən elə olur ki, hər bir şəraiti olan gənc ailə qurmağa ehtiyyat edir”.   Xatırladaq ki, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23,4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildı kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qyed alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artma qeyd alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ar-arda üçün ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cüq ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib. 

Bacarıqlarını göstərə bilməyən uşaqlar...

Uşaq Psixologiyasının əsası olan İnkişaf terapiyası, uşaqların 18 yaşına qədər inkişaflarını diqqət mərkəzində saxlayır və bu mərhələdə inkişaf problemlərinin terapiyasını və reabilitasiyasını əhatə edir. Uşaqların inkişafı sadəcə fiziki inkişafla məhdud olmayıb, nitqin inkişafı, sosial adaptasiya, motor bacarıqlarının inkişafı, psixoseksual və koqnitiv inkişaf kimi müxtəlif sahələrlə birgə düşünülməlidir. Son dövrlərdə inkişaf pozuntuları adı altında bir çox diaqnoz geniş yayılmağa başlamışdır. Bu pozuntuları yaşayan uşaqlar bacarıqlarını göstərməkdə çətinlik yaşayırlar. Bununla yanaşı, nevroloji və xromosom pozuntuları ilə bağlı xəstələiklər yaşayan uşaqlarda qabiliyyət itkiləri ortaya çıxır. İnkişaf terapiyası, hər iki halda uşaqların qarşılaşdıqları çətinliklərin və ləngimiş bacarıqların mümkün olan səviyyəyə qədər reabilitasiyasını hədəfləyir. İnkişaf terapiyasının tətbiq olunduğu hallar: Nitq pozuntularıKoqnitiv / Zəka problemləriAutizmin spektr pozuntularıGeniş yayılmış inkişaf pozuntularıSensomotor pozuntularDiqqət catışmazlığı və hiperaktivlik pozuntusuDavranış pozuntularıSosial fobiya (Sosial Həyəcan Pozuntusu)Görmə və eşitmə ilə bağlı problemlərMotor pozuntularıAkademik uğursuzluq(meduna)

Sabah yağış yağacaq - Hava Proqnozu

Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Problemli anınızda köməyinizə çatır - Məşğuliyyət terapiyası nədir?

Ürəyi sıxılan, problemi olan insanlara adətən "özünə xobbi tap, başını qat" sözünü deyirlər. Məhz bu məqamda köməyə məşğulluq terapiyası gəlir. Psixoloq.az xəbər verir ki, məşğuliyyət terapiyası psixoloji problemlərin terapiyası, sosial və gündəlik həyat bacarıqlarının yaxşılaşdırılması məqsədi daşıyan müəyyən fəaliyyətlərin terapevtik istifadəsidir. Məşğuliyyət terapiyasında əsas qayə şəxslərin gündəlik həyat fəaliyyətlərində iştirak etməsini təmin etməkdir. Erqoterapiya olaraq da bilinən məşğuliyyət terapiyası musiqi, rəsm, ebru, rəqs və s. fəaliyyətlərdən ibarətdir. İştirakçıların sayı fərqli olsa da məşğuliyyət terapiyası fərdə fokuslanır və fərdin reabilitasiya müddəti, məmnuniyyəti və gördüyü fayda ön planda tutulur.

Psixoloji problemləri aradan qaldırmaq - Oyun terapiyası nədir?

Uşaqlar böyüklər qədər hisslərini və düşüncələrini göstərməzlər və özlərini rahatlıqla ifadə etməzlər. Alternativ qarşılıqlı əlaqə ehtiyacından əmələ gələn oyun terapiyası sayəsində uşaqlar kəlmələri işlətmək yerinə oyun və oyuncaqlar vasitəsi ilə, özlərini ifadə edə bilməyi, gündəlik həyatlarında başa çıxa bilmədikləri probleməri həll etməyi və neqativ davranışlarını dəyişdirə bilməyi öyrənirlər. Oyun terapiyasının məqsədi uşağın özünü emosional olaraq yaxşı hiss etməsini təmin etməkdir. Uşağın normal inkişafına təsir edən emosional, davranış və psixoloji problemləri aradan qaldırmaq və problemin böyüməsinə əngəl olmaqdır. Oyun terapiyaları müəyyən yaş qrubundakı uşaqlarla, bir və ya birdən çox uşağın iştirakı ilə həyata keçirilir. Bundan əlavə bəzən valideynlərin də terapiyada iştirak etməsi lazım gəlir.

Dodaq boyanıza görə xarakterinizi analiz edin

Hər keçən gün insanların üstündə gördüyümüz rənglər əlbəttə ki onlardan bir parçadır və izlər daşıyar. Məsələn, davamlı tünd rəng geyinən birinin çox da macərapərəst biri olduğunu deyə bilmərik. Paltarların olduğu qədər, dodaq boyalarının rəngi də insan xarakterini əks etdirdiyi bir gerçəkdir. Qırmızı dodaq boyası Heç şübhə etmədən deyə bilərik ki, kişilərin diqqətini çəkməyi sevən və ilgi sevən xanımlar qırmızı pomada rənginə ən çox üstünlük verənlərdir. Olğun qadınlardır, özlərini bəyənərlər, özlərinə güvəni yüksəkdir və zəngin kişiləri sevərlər. Çəhrayı dodaq boyası Ümumilikdə daha çox rahatlığına düşkün qadınlar pomada üçün çəhrayı rəng tərcih edərlər. Gözəl və rahat həyat tərzi onlar üçün ən yaxşısıdır. Məsələn iti dabanlı ayaqqabı yerinə babetlər geyərlər və yanlarında daima çəhrayı dodaq boyası daşıyarlar. Bu qadınlar dostlarına çox sadiqdirlər. Bütün kişilərin yalançı olduğuna inanar və onlara güvənməzlər. Ümumilikdə çəkici kişiləri sevərlər. Narıncı dodaq boyası Əylənməyi sevərlər. Sosial mövzulara maraqları yüksəkdir. Musiqi onlar üçün olmazsa olmazdır. Kompüterlərinin yaddaşının böyük bir qismi film ilə doludur. Ən çox gündəmdə olan kitabları deyil, özlərinə bir şey öyrədəcək kitabları seçərlər. Ağıllı və əyləncəli tiplər onlara görədir. Bənövşəyi dodaq boyası Bu pomada bizə ağ xanımları xatırladır. Onlar çox duyğusaldırlar. Bəzən sərt xarakterlərdə qarşımıza çıxa bilərlər. "Bəlkə" deyil, "bəli" və ya "xeyr"-dir onlar üçün! Ağlı-başı yerində, olğun tipləri sevərlər. Mat dodaq boyası Bu rəngi çox vaxt bəsit xanımlar tərcih edərlər. Gözlərini ön plana çıxarmaq istəyən xanımlar dodaqlarını arxa planda qoymaq üçün bu rəng tonlarını tərcih edə bilərlər. Kəskin baxışlıdırlar və çəkici kişilər onlar üçün idealdır.

“Bu amil oyunun sonuna 20 saniyə qalmış uduzmağımıza səbəb oldu” - Baş məşqçi Vüsal Mustafayev

Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi. Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra  açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb:  "Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik". Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib. "Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb. Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb: "Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək". 

Əsəb və emosiyaların idarəsi... - Psixoterapiya nədir?

Psixoterapiya, psixoloji problemlərin sağaldılması məqsədilə psixiatr, klinik psixoloq kimi psixoloji sağlamlıq mütəxəssisləri tərəfindən tətbiq olunan və qarşılıqlı şifahi ünsiyyətə dayanan prosesisin ümumi adıdır. Psixoterapiya zamanı pasiyent öz emosiya, düşüncə və davranışları haqqında məlumat sahibi olur və onları idarə etməyi öyrənir. Psixoterapiya adından bəlli olduğu kimi terapevtik bir prosesdir və müalicəyə yönəlmişdir. Hər nə qədər bütün psixoloji sağlamlıq ilə əlaqəli problemlərdə işə yarasa da psixoterpiyadan fayda görənlərin hamısı bir psixoloji sağlamlıq diaqnozu daşımır. Bu baxımdan psixoterapiya gündəlik problemləri həll etmə, əsəb və digər emosiyaların idarəsi, sosial və ailə əlaqələri, karyera və məslək problemləri kimi geniş dairədə kömək təklif edir.

Uşağın sosial mühitdə danışmaması - Selektiv mutizm nədir?

Selektiv Mutizm (və yaxud Elektiv Mutizm), yəni “seçici susma”, uşağın tanıdığı mühitdə, məsələn, ev mühitində axıcı və səlis danışmasına baxmayaraq, danışmasının gözləndiyi məktəb o cümlədən başqa sosial mühitlərdə danışmamasıdır. Bu susqunluğun şiddəti yalnız yadlarla danışmamaqdan başlayıb cəmiyyət içində demək olar ki hər yerdə səssiz qalmağa qədər dəyişə bilər. Selektiv mutizm bir çox hallarda uşaqlardakı utancaqlıqla qarışdırılır. Lakin normalda uşaq yad mühitə öyrəşdikdən bir müddət sonra qaçıb yaşıdları ilə oynadığı, boyuklərlə ünsiyyət qurduğu halda elektiv mutizmli uşaqlar səssiz qalmağa davam edirlər. Qız uşaqlarında oğlanlara nisbətən daha çox müşahidə olunur. SELEKTİV MUTİZM ƏSAS ƏLAMƏTLƏRİ: – Uşaq bir mühitdə danışdığı halda digərində davamlı olaraq susur – Uşağın danışmaması onun təhsilini,sosial ünsiyyətini minimuma endirir – Problem ən az bir aydır davam edir (məktəbə başladıqdan sonrakı ilk ay xaric) – Əsasən 1-3 yaş arasında özünü göstərir – Bərabərində hədsiz utancaqlıq, içə qapanma və ata-anaya hədsiz bağlılıq gətirir NƏ ETMƏLİ? Ana-ata və ya müəllim belə bir vəziyyət müşahidə etdikdə uşağı danışmadığı üçün cəzalandırmamalı, danışmağa məcbur etməməli, aldatmamalı və danışması üçün “rüşvət” təklif etməməlidir. Belə halda uşaq üçün güvənli və dəstəkləyici bir mühit yaradıb, mərhələli olaraq uşağın inkişaf sürətinə uyğun hədəflər qoymaq lazımdır. Müalicə üçün bir qrup terapiyası vacib şərtdir. Belə ki, psixoloq, müəllim, pedaqoq və s. birgə işləməlidir.(meduna.az)

Hər il 800.000 insan intihar edir - Səbəbi isə...

Aparılan araşdırmalara görə, hər il dünyada 800 000 –dən çox insan intihar edir. Xüsusilə də 15-19 yaş arası insanlarda ölüm faktı çoxalıb.  İntiharın əsas səbəbi isə psixi pozuntular və zərərli alkoqol istifadəsi göstərilib. Qeyd edək ki, insanların vəziyyətini erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.

Dünyanı psixi pozuntu epidemiyası bürüyür - Psixoloqlardan xəbərdarlıq

Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb. Fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər. Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.(Azərtac)

"Daha çox qadınlarda psixi pozuntular baş verir" - Məşhur professor reallıqdan danışdı

Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan psixoloji problemlərə aydınlıq gətirib.- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?- Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.- Yeni yetişən nəsillərin tərbiyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründüyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.(trend.az)

Fantaziyalara qapılmayın - Günün ulduz falı,18sentyabr

Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın. Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil. Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin. Alış-verişdə bədxərclik etməyin. Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin. Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır. Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin. Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın. Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın. Ev işləri ilə məşğul olun. Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın. Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin. Axşam saatlarında normal istirahət edin. Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun. Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır. Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın. Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın. Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın. Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı? Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın. Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin. Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın. Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır. Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın. Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın. Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin. Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın. Rüşvət verməyin və rüşvət almayın. Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.  Milli.Az

Dəfələrlə yoxlayırlar, təmizlik xəstəsidirlər - Obssesiv – kompulsiv pozuntu nədir?

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. Obssesiv fikirlər bir çox mövzuları əhatə etməklə yanaşı, ayrı-ayrı xəstəliklərin əlaməti də ola bilər. Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu adlandırdığımız xəstəlikdir. Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir? OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir. Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır: -Təmizlik - Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər. -Simmetriya - Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.-Dini - Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər. -Cinsi - Doğmalarına qarşı cinsi obssesiyalar. -Ehtiyat - Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır: -Təmizlik - saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə. -Təkrar etmə - yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə. -Sayma - binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma. -Yoxlama - dəfələrlə qapını, suyu, qazı bağladığını yoxlama. OKP-nin konkret bir yaranma səbəbi yoxdur. Müasir nəzəriyyələrə görə serotonin ifrazının orqanizmdə pozulması nəticəsində yaranır. Müalicəsi müasir tipli antidepressant dərmanlarla psixoterapiya üsulu ilə aparılır. Psixiatr Orxan Fərəcli

Qarşı cins bu hərəkətləri edirsə...

Kişilər xoşlandıqları qadına bunu bildirmək üçün hərəkətləri ilə bəzi ipucları verməyə çalışar. Əgər ağlınızda "Görəsən, məndən xoşu gəlirmi?" kimi sual yaranıbsa, bir neçə hərəkəti ilə sizdən xoşlanıb xoşlanmadığını dəqiqləşdirə biləcəksiniz. Kişi baxışları Dəlisov, "çapkın" kişilər baxışlarını xoşlandığı qadının gözlərinə zilləyər, bir də üstəlik jest və mimikalarla romantik kişi təəssüratı yaratmağa çalışar. Ancaq gerçəkdən xoşlanan kişi utancaq baxışlı, sizə baxmağa utanan kişidir. Baxışlarınızı uzun müddət gözlərinə dikin və yoxlayın. Əgər qarşılıqlı olaraq bir şey danışmadığınız hallarda beş saniyədən daha çox gözlərinizin içinə baxmır, baxışlarını hara çevirəcəyinə tərəddüd edirsə, bilin ki, sizdən xoşu gəlir! Danışarkən tərif söyləyərlər Sizinlə söhbət edərkən, işinizlə, ailənizlə, dostlarınızla, getdiyiniz yerlərlə, sevdiyiniz filmlərlə bağlı suallar soruşursa, sizin haqqınızda bir şeylər öyrənmək istədiyinə işarədir. Xoşlanan kişi qarşısındakı qadını sözləri, anlatdıqları ilə təsirləndirməyə çalışır. Zarafat anlayışı olan kişilər bu məsələdə daha şanslıdırlar. Jest və mimikalar Xoşlanan kişilər sözləri ilə olduğu qədər jest və mimikaları ilə də kübar görünməyə, fiziki olaraq qadına daha yaxın durmağa çalışar. "Təsadüfən" tez-tez xoşlandığı qadının rastına çıxar. Üzündə sizi hər gördüyündə özündən asılı olmayan gülümsəmə olar, danışarkən yanlış etməməyə çalışar. Musiqi alətində çala bilirsə, sizi bir gün onu dinləmək üçün dəvət etməsi də xoşlandığının əlamətlərindən biridir. Ardı-arası kəsilməyən "sms"lər Əgər elə hey dostyana kimi də olsa, ardı-arası kəsilmədən mesaj yazırsa, əmin olun, yaxında sevgisini etiraf edəcək. Bir dəstə çiçək Qadınların çiçəkdən xoşlandığını kişilər yaxşı bilir. Əgər bir kişidən durduğunuz yerdə çiçək gəlibsə, sizdən xoşlandığı dəqiqdir. Milli.Az

Keçmişdə yaşanan travmatik hadisələr necə ortaya çıxır?

Keçmişdə yaşanan narahatlığın bu günə təsirləri hansı formada reallaşır? Gündəlik problemlərin keçmişdəki bir travma ilə əlaqəsi varmı? İnsanın bu gün yaşadığı problemlərə səbəb olaraq, yaxın ya da uzaq keçmişdə yaşadığı neqativlikləri göstərməsi, problemin mənbəyinə çatmaq üçün kifayət edər? Belə bir şüura sahib olmaq problemin çıxış yolu kimi ola bilər? Və ya bu vəziyyətdə əksinə fərdin hazırda qarşılaşdığı çətinliklərin mənbəyi keçmiş yaşadığı proseslərdə gizlənmiş ola bilər? Mövzu ilə əlaqədar bu və digər sualların cavablarını vermək, əhatəli klinik dəyərləndirmə tələb etsə də problem yaşayan insanın fərqində olduğu əsl reallıq keçirdiyi acı (ağrı) hissidir. Ən az fərqində olduğu və ya qətiyyən başa düşmədiyi isə bu acını niyə yaşadığı və ya niyə bunu sonlandıra bilməməyidir. Yaşanılan problemin davam etməsinin səbəbi travmatik təsirin davam etməsidir. Başqa sözlə, yaşanılan travmatik hadisə və ya hadisələrin yaratdığı mənfi duyğu beyində ehtiyat halında toplanan yer olan limbik sistemdən kənara çıxmır. Biz hazırki psixoloji problemimizə səbəb olan vəziyyəti ümumilikdə başa düşə bilmərik. Sadəcə yaşadığımız mənfi ruhi vəziyyətin fərqində olarıq. Keçirdiyimiz ruhi vəziyyət bizə hansı formada duyğu yaşatsa da (narahatlıq, qorxu, günahkarlıq, gərginlik, sıxıntı və s.) bu duyğunun gündəlik yaşadığımız hadisələrdə olduğu kimi konkret və bəlli səbəbi yoxdur və ya belə görünsə də yaşadığımız duyğunun şiddəti qeyd olunan səbəblərdən dolayı qarşılaşdırıldıqda şişirdilir. Problemlə əlaqədar "niyə belə hiss edirəm və niyə daimi olaraq bu hiss təkrarlanır?" sualı gündəmə gəlir. "Narahatlıq niyə keçmir?","nə etsəm də sıxıntımı özümdən uzaqlaşdıra bilmirəm","Həyatımda müsbət hadisələr çoxdur, amma mən çox depressiv hiss edirəm","həkimlər heç bir səbəb tapa bilmədi, amma kürəyimdə dəhşətli gərginlik var" kimi ifadələri psixoloji narahatlığı olan insanlarda tez-tez eşidə bilərik. Vəziyyəti belə ifadə edə bilərik; yaşadığımız mənfi duyğu və orqanizmimizin duruma müvafiq dəyişməsi həyat dövrlərində yaşadığımız travmatik hadisələrin nəticəsində yığılmış duyğuların oyanmasıdır. Bu vəziyyəti yığılmış duyğuların xatırlanması şəklində də ifadə edə bilərik. Keçmişdə yaşadığımız mənfi hadisələr sadəcə piktoqrafik və audial olaraq xatırlanmır, duyğular da xatırlanır. Piktoqrafik olaraq beynimizə gəlməyən və ya xatırlamadığımız mənfi bir hadisənin duyğusu xatırlana bilər. Buna görə də "niyə belə pis hiss etdiyimi (sıxıntılı, boş, narahat, depressiv, istəksiz, yorğun, tükənmiş, günahkar və s.) bilmirəm, amma belə hiss edirəm" ifadələri tez-tez eşidilə bilər. Psixoterapiyada müxtəlif formalarda mənfi ruhi vəziyyətləri yaşamağımıza səbəb olan mövzular müəyyən bir sistem daxilində korrektə olunur. Bu iş prosesində şikayət olunan simptomlar addım-addım aradan qalxmağa başlayır.  Travmanın təsirləri və travmanın aradan qaldırılması  Travma nədir? Fiziki və psixoloji bütünlülüyümüzə təsir göstərən hər bir hadisə travmadır. Həyatımıza, orqanizmin daxili bütünlüyünə, inanc sistemimizə, sevdiklərimizə yönəlik mənfi hallar vardır. Travma, heç gözləmədiyimiz anda və nə etsək də qətiyyən hazır olmayacağımız bir tərzdə, bütünlük və davamlılıq kimi, varlığımızı əmanət etdiyimiz əsas həyat referanslarımıza enən ani bir zərbədir. Bizi keçmişimiz və gələcəyimizdən (təsirindən asılı olaraq) müəyyən bir müddət üçün ayıran zamansızlıq vəziyyətidir. Ayrılma və boşanma, iş itkisi, ailədaxili şiddət, təcavüz, maşın qəzası, ani xəstəlik, fiziki qüsur və ani ölümlər şəxsi travma siyahısına aid edildiyi halda, müharibə, terror, təbii fəlakətlər, böyük miqyaslı ekonomik krizlər sosial travmalar başlığı altında toplanır. Sosial travmanın yaratdığı təsir barəsində, ən çox risk altında olanlar ardıcıl, zərər görənlər, şahid olanlar və təsadüfən xilas olanlardır. Müdaxilə edən mütəxəssislər, polis, əməliyyatçı qruplar, dostlar, ailə yaxınları daha az da olsa yenə də travmanın təsirini yaşayacaq risk qruplarıdır. Keçmişde başqa bir fəlakətin qurbanı olanlar, ailə problemləri olanlar, yaxın keçmişində itki yaşayanlar, sosial əlaqələri qüvvətli olmayanlar, psixosisoal narahatlıqlar yaşayanlar və ya xroniki bir xəstəliyi olanlar, travmanın təsirini ən ağır formada yaşama riski olan qruplardır. Travmadan sonrakı dövrdə yaşanan reaksiyalar Duyğusal reaksiyalar: şok, kədər, narahatlıq, günahkarlıq, sıxıntı, qorxu, neqativizm, donuqluq, həddindən artıq əsəbilik, çarəsizlik, özü kimi hiss etməmək və keçmiş travma, itkilərin yenidən xatırlanması ilə verilən davranış formalarıdır. Uşaqlarda qorxu və narahatlıq daimi olaraq müşahidə olunan reaksiyalardır. Qorxu insan həyatını təhdid edən hər hansı bir təhlükə qarşısında verilən normal reaksiyadır. Uşaqlar ümumilikdə hadisənin yenidən təkrarlanmasından, ölümdən, ailəsindən ayrılmaqdan və ya yalnız qalmaqdan qorxa bilərlər. Real hadisənin stimullaşdırdığı qorxularla yanaşı öz xəyal güclərinin istehsal etdiyi qorxular da yaşaya bilirlər. Koqnitiv reaksiyalar: inanmamaq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, çarpaz və ya ümumiləşdirməyə bağlı (hər şey və hamı pisdir kimi) düşüncələr tez-tez dəyişən imajlar, hadisəylə bağlı görüntülər və hadisəni yenidən yaşamaq bu cür reaksiyalar arasındadır. Fiziki reaksiyalar: baş və sinə ağrısı, mədə qıcqırmasə və ya bulanması, bradikardiya və taxikardiya, səsə qarşı həssaslıq, iştahın artması və ya əksinə azalması, davamlı yorğunluq, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənizimizin travma qarşısında bir növ özünü ifadə etmə vəziyyətidir. Bihevioral reaksiyalar: yuxu və yemə pozuntuları, sosial mühitdən uzaqlaşma, özü ilə maraqlanmamaq, daxilə qapanma, alkoqol və maddə istifadəsi, qaçma davranışları, danışmamaq, diqqətsizlik və dağınıqlıq, davamlı eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən bəlli davranış formalarıdır. Uşaqlarda ən çox müşahidə edilən problemlər yuxu saatları ilə bağlı olanlardır. Yatmamaq istəyə bilərlə, yuxuya keçiddə problem yaşayarlar, gecələr tez-tez ayıla bilərlə və ya kabuslar görə bilərlər. Belə vaxtlarda uşaqların valideynlərinə yaxın olmağı istəmələri və valideynlərin də uşaqlarını yanlarında istəmələri NORMALDIR. Uşaqlar stress altında daha kiçik yaşlarda etdikləri davranışlara (altını islatma, anasından yapışmaq, barmaq əmmək) geri qayıda bilər. Qısa müddət ərzində belə davranışların müəyyənləşməsi normaldır. Valideynlər bu davranışlar qarşısında həddindən artıq reaksiya göstərdiyi təqdirdə, daha da uzun müddət davam edə bilər. Hər növ sosial travma bizin yaxşı, təhlükəsiz və yaşamağa dəyən bir dünyaya olan inancımızı zədələyir və bizi qarışıq vəziyyətlə qarşı-qarşıya qoyur. "Nə baş verdiyini anlamıram","nə edəcəyimi bilmirəm","hamı hardadı?" kimi reaksiyalar terror, təbii fəlakət kimi sosial travmalarda ortaya çıxan reaksiyalardır. Travmaya birbaşa məruz qalanlar qədər, onlara kömək etmək üçün gedənlər də "kömək edə bilərəm, edəcəyim çox şey var" ilə başlayıb bir müddət sonra özlərini "hər şey çox pisdir, etdiyim heç nəyin mənası yoxdur" deyə hiss edərkən tapa bilərlər. Necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola bilmək üçün özünüzü qətiyyən unutmayın və yaxşı qidalanın. İStirahət etmək üçün özünüzə vaxt verin. İdmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Alkoqol və maddədən uzaq olun. Duyğusal baxımdan özünü ələ almaq üçün, Duyğusal baxımdan yaxın gələcəkdə sizi nələrin gözlədiyini bilin və məlumatlanın. Yaşınızı yaşamaq üçün özünüzə icazə verin, güclü görünmək üçün cəhd göstərməyin. Sizi anlayan və dəstəkləyən insanlarla əlaqənizi kəsməyin. Ətrafınızdan və ya lazım gələrsə mütəxəssisdən dəstək alın. Narahatlığınızı paylaşın. Düşüncələrinizi toparlamaq üçün, Göstərdiyiniz reaksiyaları normal qəbul edin. Başınıza gələnin sizin nəzarətiniz xaricində olduğunu və nə etsəniz də bu kimi vəziyyətlər qarşısında hazır olmayacağını unutmayın. Ümumiləşdirmə etməkdən qaçın (bu sadəcə sizin və ya yaxınlarınızın başına gəlmədi və gəlməyəcək). Davranışlarınızı nəzərdən keçirin: Həyatınızı nizamlamaq lazımdır. Prioritetlərinizi dəyişə bilərsiniz. Sizin üçün mənasız olan və etmək istəmədiyiniz şeyləri sıradan çıxara bilərsiniz. Sizin üçün əhəmiyyətli olan insanlarla daha çox görüşüb, daha dərin münasibətlər yarada bilərsiniz.Bu günü yaşamağa xüsusilə çalışın. Uşaqlara bu mövzu ilə əlaqədar kömək etmək üçün... Hər şeydən əvvəl, qorxu və narahatlıq daxilindəki uşağı başa düşmək çox əhəmiyyətlidir. Uşaqlar qorxuları mənasız və ya həddindən artıq gördüyü təqdirdə, başa düşülmədiyi hissiylə utanıb, imtina olunmuş və istənilmir kimi hiss edə bilər. Bu da nəticədə qorxularını daha da artırır. Buna görə də uşağınızı dinləyin və danışması üçün onu cəsarətləndirin. Bəzən yetkin şəxslər daha da pis təsirlənir deyə uşaqların danışmasından və ya onların yanında danışmaqdan çəkinə bilərlər. Ailənin digər fərdlərinin danışmalarını dinləmək, duyğu və düşüncələrinin qəbul olduğunu eşitmək belə uşaqları rahatladır. Travmatik hadisələr qarşısında bəzən valideynlər özləri də qorxduqları üçün uşaqlarını rahatladıb sakitləşdirəcək gücü özlərində tapmaya bilərlə. Bu kimi vəziyyətlərdə övladınızdan duyğularınızı gizlətmətə çalışmaq əvəzində anında paylaşmağınız, övladınızın da öz hisslərini rahatlıqla paylaşması üçün fürsət yaradır. Övladınızı rahatladacaq sözləri tapmadıqda "qorxduğunu bilirəm","bu qorxuducu bir duyğudur" kimi cümlələrlə duyğularınızı əks etdirməyiniz daha çox faydalı olacaq. Bu duyğuların "normal" olduğunu eşitmək belə olduqca rahatlıq vericidir. Stressli vaxtlarda ailənin biryerdə qalması son dərəcə vacibdir. Belə vaxtlarda uşaqların tərk edilmə və qoruna bilməmə qorxuları dərhal hərəkətə keçdiyi üçün hadisənin üstünə onların mümkün olduğu qədər yanında olmağınızda fayda var. Sadəcə sözlərlə deyil, etdiklərinizlə də uşağınıza güvən vermək vacibdir. "Hamımız birlikdəyik və bizə heç nə olmadı" mesajı, övladınıza duyğusal güvənlik hissi verəcək. Həmçinin gün ərzində övladınızla daha çox vaxt keçirib, onunla oynasanız, gecə daha təhlükəsiz hiss edəcək. Uşaqların yatma və yuxu problemləriylə bağlı olaraq, bir müddət üçün müəyyən qədər elastik davrana bilər. Məsələn, övladınız danışmaq istəyirsə, normaldan daha rahat davranıb çox uzun müddət sizinlə söhbət etməsinə icazə verə bilərsiniz. Lakin bu davranışlara da məhdudiyyət qoymaq vacibdir. Normal rutində edilən dəyişikliklərin (valideynlərin otağında yatmaq kimi) bir neçə gün ərzində normal vəziyyətə qyıtması lazımdır. Uşaqla birlikdə bu rutinə qayıdış günü (3-4 gündən uzun olmamaq şərtiylə) üçün anlaşılmalı və həmin gün gələndə razılığa sadiq qalınmalıdır. Mümkün olduğu qədər tezliklə gündəlik yaşantıya və evin ümumi nizamına qayıtmaqda fayda var. Xüsusilə, kiçik uşaqlarda (məktəbəqədər) rutinlərini pozmamaq üçün vacibdir. Daha böyük uşaqlardan gündəlik mümkün həyata qayıtmaqda (yemək hazırlamaq, süfrə hazırlamaq kimi) kömək istənilə bilət. Uşaqlar təqdir görməyi çox sevirlər. Əsasən də bu kimi kritik vaxtlarda mənfi, yaşlarına uyğun olmayan davranışlarına fokuslanmaqdansa, müsbət davranışlarını vurğulamaqda fayda var. Məktəbə getməyə çətinlik çəkən uşaqların mütləq şəkildə məktəbə göndərilməsi lazımdır. Bu mövzuda məktəb rəhbərlərinin dəstəyi istənilə bilər. Simptomları nə vaxt ciddiyə almaq lazımdır və professional kömək istəməlisiniz? Real bir təhlükəylə qarşılaşıb və ya fiziki zərər görmüş və ya buna birbaşa şahid olmusunuzsa, bu əsnada həddindən artıq qorxu, çarəsizlik və dəhşət hiss etdinizsə, Hadisəylə bağlı xatirələriniz tez-tez təkrarlanırsa,Tez-tez kabus görürsünüzsə,Bəzən hadisə yenidən olurmuş kimi hiss edir və davranırsınızsa,Hadisəni yaradan hər şeyə qarşı həddindən artıq hıssaslıq və reaksiya göstərirsinizsə,Hər şeyə qarşı marağınızda əhəmiyyətli azalma vardırsa,İnsanlardan uzaqlaşır və yadlaşma hiss edirsinizsə,Bu simptomlar hadisədən 1 ay keçdikdən sonra da davam edirsə,Bu simptomlar şəxsi, sosial və professional həyatınızda pozulmalara səbəb oldusa. Bir çox valideynlər uşaqlarının qorxuları və narahatlıqlarının öhdəsindən gəlmələrinə kömək ola bilər. Lakin kömək edə bilmədikləri vaxt bu onların uğursuzluğu deyil. Övladınızın həddindən artıq narahat olduğunu gördüyünüz təqdirdə vaxtında professional yardım alaraq problemin böyüməsinə mane olduğunuz kimi normala qayıtma müddətini də sürətləndirmiş olursunuz Yuxu problemləri bir neçə gecədən artıq davam edərsə,Sizə həddindən artıq asılı vəziyyətə gələrsə və bu davranışı davam edərsə,Qorxuları azalmaq əvəzinə gedərək artarsa, professional yardım almağınızda fayda var. Nərmin Quliyeva - Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Beşuşaqlı ailələrin sayı 3 dəfəyədək azalıb - Səbəb?

Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub. Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib. Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub. Psixoloqlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, onlar bunun səbəbini yaşayış çətinliyi ilə əlaqələndirirlər. Belə ki, mütəxəssislərə görə, qayğının çoxluğu, ailədə iki fərdin də işləməsi, sosial çətinlik kimi səbəblər ailənin dünyaya 2 uşaqdan çox övlad  gətirmək fikrini məhdudlaşdırır. Əksər valideyn az uşaq dünyaya gətirməklə onlara daha yaxşı həyat nəsib etməyi planlaşdırır. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.

Adi ağrı deyib yan keçməyin - Qarın ağrıları zamanı bunu etməyin

Ağrı, beyinə stress haqqında məlumat verən hissdir. Qarın ağrıları isə bir çox insanda müşahidə edilir. Bu növ ağrılar həm qarında yerləşən, həm də digər orqanlardan qaynaqlana bilər. Psixoloq.az xəbər verir ki, ümumi və transplant cərrah Bəhruz Səlimov, qarın ağrıları barədə geniş süjet təqdim edib. Həmin videoya baxaraq qarın ağrılarının baş vermə səbəbləri barədə məlumatlana bilərsiniz. Unutmayaq ki,  düzgün diaqnoz uğurlu müalicənin başlanğıcıdır.  

“Yemək bişirməyi öyrən ki, ərə gedəndə bizi söyməsinlər” – Ağsaqqalın tövsiyəsi...

Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam  var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş. Birdən kişi uşağa gülümsəyərək dedi: “Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”... Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi? Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır. Bəs bu zehniyyətin açıqlaması nədir? Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur? Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan? Qızın yaxşılığı onun işindənmi bəllidir? Müasir zaman desək də qalmışıq daş dövründə... Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib? Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi. Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz.  Şəhanə Quliyeva

Havalar soyuyur

Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Bu oturuşa diqqət edin - Psixoloji rahatlıq versə də...

Ayağı ayağın üzərinə qoyub əyləşmək bir çox insanların xüsusilə də qadınların sevdiyi oturuş formasıdır. Psixoloq.az xəbər verir ki, belə oturuş, qadınlarda özgüvəni formalaşdırır. Psixoloqların sözlərinə görə, bu forma qadınların daha eqoist olduğunun və ya özünə inanmın bir göstəricisi ola bilər. Ancaq xüsusilə də yaşlı nəsilin bu formanı düzgün qarşılamayıb, ayıb, hörmətsizlik hesab edə bilmə ehtimalı yüksəkdir. Həkimlər isə bu formanın insan orqanizmi üçün təhlükəli olduğunu bildiriblər. Mütəxəssislərə görə, belə oturuş forması ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərir. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür. İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir. Bu səbəbdən həkimlər, bu vəziyyətdə əyləşməyi sevən insanların 10-15 dəqiqədən çox belə əyləşməmələrini tövsiyə edirlər.

Sevdiyinizlə mübahisə etməyin - Günün ulduz falı,17 sentyabr

Qoç - Yetərincə mürəkkəb gündür. Ciddi və mürəkkəb iş planlaşdırmasanız da, çətinliklərlə qarşılaşacaqsınız. İstəmədiyiniz işi görmək zərurəti yaranacaq. Dəstəyinə və ya yardımına bel bağladığınız insanlar vədlərini yerinə yetirməyəcəklər. Buna görə də tək işləməlisiniz. Günün ikinci yarısında uzaq qohumlardan biri xoş olmayan xəbər gətirəcək. Özünüzü qoruyun. Travma riskinin artdığı zamandır. Xəstələnsəniz, sağalma prosesi uzun çəkəcək. Sevdiyiniz insanla mübahisə etməyin, təmasları sərinlətməyin. Məntiqli, ağıllı olun. Buğa - Məqsədə çatmaq üçün müəyyən qurbanlar vermək gərəkdir. Planları reallaşdırmaq üçün nəzərdə tutulduğundan daha çox vaxt və maliyyə vəsaitinin gərəkli olacağına hazırlaşın. Hər şey ilkin variantlara uyğun olmayacaq. Günün ikinci yarısında yaşam prioritetlərini bir daha dəqiqləşdirin. Qarşınızda duran vəzifələri, həllini gözləyən problemləri saf-çürük edin, görüləsi işlərin aktuallığını dəyərləndirin. Hədəfdən yayınmayın, yolunuzdan sapmayın. Qətiyyətli olun, qorxmayın. Əsla geri çəkilməyin.  Əkizlər - Darıxdırıcı və rutin gündür. Yaddaqalan təəssüratlar, qeyri-adi görüşlər istəyirsiniz. Onların heç biri olmayacaq. Ciddi dəyişikliklərə can atmayın. Cəhdlər uğursuzdur. Yaxınlarınızla fikir ayrılıqları yarana bilər. Mövqelərinizi müdafiə edin, yersiz güzəştə getməyin. Günün ikinci yarısında müzakirə və ya diskussiya zamanı soyuqqanlı olun. Əks təqdirdə danışıqlar qarşılıqlı iradlara və tənqidlərə çevriləcək. İmiclə eksperimentlər etməyin. Ənənəvi prosedurlara üstünlük verin.  Xərçəng - Yaşananlara daha nikbin nəzərlərlə baxın. Proseslər o qədər də pis deyil. Yeni imkanlar yaranır, sərfəli perspektivlər formalaşır. İntuisiyanıza, işgüzar duyumunuza güvənə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox qulaq asmayın. Onlar situasiya ilə bağlı müfəssəl məlumatlara, yerinə yetirilməli işlə bağlı təfərrüatlı informasiyalara malik deyillər. Günün ikinci yarısında yanlış xəbərlərə aldanmayın. İnnovasiyalardan yararlanın, zamanla ayaqlaşın. Hadisələrin nəbzini tutun. Şir - Uğurlar zəhmət və cəhdlərlə düz mütənasib olacaq. Nəyəsə nail olmaq istəyirsinizsə, tənbəllik etməyin. Kimsənin yardımına və ya köməyinə bel bağlamayın. Müstəqil olun, təkbaşına işləyin. Yaxınlarınız sizə yardım etməyə tələsməyəcəklər. Günün ikinci yarısında yaşlı qohumlardan biri ilə fikir ayrılıqları yaranacaq. Ciddi münaqişəyə yol verməyin. İdmanla məşğul olmaq üçün yaxşı zamandır. Sağlamlıq prosedurlarını unutmayın. Pəhriz saxlamağa başlasanız, qaydalara riayət etmək çətinlik yaratmayacaq. Qız - Astagəl və tənbəl olmayın. Süst insanın qalib gəlməsi, uğur qazanması mümkün deyil. Məqsədə çatmaq üçün var qüvvənizlə çalışmalısınız. Təcrübəli və bilikli olduğunuz sahədə fəaliyyətinizi aktivləşdirin. Günün ikinci yarısında bəzi məsələlərin çözümünü yaxın ətrafınızdakı, etibar etdiyiniz insanlara həvalə etmək olar. Həmkarlar və tərəfdaşlarla aktiv işbirliyində olun. Biliklərin artırılması, peşə məziyyətlərinin yüksəldilməsi üçün yaxşı gündür. Orqanizminizə fikir verin. İzafi çəkidən qurtulmağın zamanı deyilmi? Tərəzi - Yeniliklər və fərqli layihələrin həyata keçirilməsi üçün ən yaxşı günlərdən biri deyil. Rutin məsələlərin həllinə, cari işlərin görülməsinə xüsusi diqqət ayırın. Genişmiqyaslı işləri ertələmək də olar. Yaranmış şanslardan maksimum istifadə edin. Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Günün ikinci yarısında dostlardan və ya qohumlardan biri yardım üçün sizə müraciət edəcək. Mövcud çətin situasiyadan çıxış yollarını birgə arayın. Son qərarı verməyə tələsməyin. Eqoist insan təsiri bağışlamayın. Əqrəb - Parlaq, yaddaqalan gün olacaq. Günün ilk yarısı xoş xəbər və ya dəyər verdiyiniz insanla görüş sizi sevindirəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Amma əsla romantikaya dalmayın. Günün ikinci yarısında diqqət tələb edən mürəkkəb işə başlayın. Müsbət təmayüllərin təsiri güclənəcək. Sürpriz və etiraf istisna deyil. Axşam saatlarında normal istirahət edin. Oxatan - Günün ilk yarısında situasiyaya kəskin müdaxilələr edərək hadisələrin axarını köklü şəkildə dəyişməyə can atmayın. Hər şeyi nəzarətdə saxlamaq mümkün deyil. Daha təcrübəli həmkarınız və ya tərəfdaşınızın məsləhətinə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurmağa çalışın. Tələsməyin, düşünülməmiş addımlar atmayın. Səbrli davranın. Emosiyaların əsirinə çevrilməyin. Axşam saatlarını əyləncəyə həsr edin. Oğlaq - Vurnuxmadan və tələskənlikdən kənar durun. Təcili işlərdən yan qaçmayın, hadisələrin axarını diqqətlə izləyin. Başqalarının problemlərinin həllinə can ataraq öz çətinliklərinizi unutdurmayın. Əsas məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Təmasları aktivləşdirin. Şərtlərə əməl etsəniz, ödənişlər vaxtında ediləcək. Əməkdaşlığın təfərrüatlarını əvvəlcədən dəqiqləşdirin. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Dolça - Ətalətli, süst, astagəl olmayın. İndiyədək sizə maraqlı və cazibədar təsir bağışlayan işlərin bəzilərinin gerçək mahiyyətini anlayacaqsınız. Gündəlik qayğıları qulaqardına vurmayın. Yaşam məkanı, daşınmaz əmlak və ailə üzvlərinin problemləri ilə bağlı laqeyd davranmayın. Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Yaxın ətrafınızdakı insanlardan birinin ideyasını dəyərləndirsəniz, gəlir əldə edə bilərsiniz. Axşam saatlarını evdə keçirin. Hobbinizə vaxt ayırın. Balıqlar - Günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək. Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun. İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun. Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın. Milli.Az

Uşaq və yeniyetmələrdə psixoterapiyanın vacibliyi

Uşaqlıq və yetkinlik dövründə yaşanan psixiatrik və psixoloji problemlərdə lazımlı vəziyyətlərdə uşaq-yeniyetmə psixoloq yardımı çox əhəmiyyətlidir. Yeniyetməni anlamanın, yeniyetmə valideyn əlaqəsinin sağlıklı olması üçün önəmli faktordur. Amma yeniyetməlik dönəmində yaşananlar yeniyetmə üçün nə qədər çətindir. Təəssüf ki, valideyn üçün də çətindir. Ana-ata üçün də artıq bəzi şeylər dəyişdirmişdir. Kiçik uşaqları artıq böyümüş və öz ayaqları üzərində durabilmə, evdən ayrılma öz yuvasını və həyatını qurma yolunda böyük addımlar atmağa başlamışdır. Bundan sonra uşaqlarıyla əlaqələrində köhnə metodlar işə yaramayacaqdır və bir şeylərin dəyişmə zamanı gəlmişdir. Yeniyetmələrin bu formalaşma dönəmini sağlam bir şəkildə qarşılamalı və fərqində olmadan da olsa onların böyüməsi formalaşmasını əngəlləyəcək, onlara bağlı hala gətirəcək ya da uzaqlaşmasına səbəb olacaq davranışlar etməməlidir. Yeniyetmələrlə sağlam əlaqələr qurulmasına diqqət edilməlidir. Ana-ata münasibəti hansı yaşda olursa olsun uşaqlar üçün model təşkil etməlidir. Sevgi və hörmətə bağlı bir münasibət içərisində olan valideynlərin usaqlarında da sağlam münasibətlər qurmağı öyrənəcəklər. Yeniyetməni dinləmirsinizsə və hörmət göstərmirsinizsə, yeniyetmə də sizi dinləməyəcək. Ana-ataların sıxlıqla etdikləri, dinləməkdən və uşağın nə deməyə çalışdığını anlamaqdan çox, öz bildikləri doğruları onlara izah etməyə və istiqamətləndirməyə çalışmalarıdır. Bu şəkildə bir yanaşma yeniyetmədə anlaşılmadığı duyğusunu yaradacaq və qarşısındakı nə qədər doğru söyləsə də söyləsin dinləməməsinə qarşı çıxmasına və ya bundan sonra valideynlə bir şeyini paylaşmamasına səbəb olacaq. Tam tərsinə öncə onu anlamağa çalışmak, elədiyi bir xəta varsa bu nöqtəyə necə gəlindiyinə özünü ifadə etməsini təşkil edəcək bir mühit yaradılmalıdır. Dürüstlük çox əhəmiyyətlidir. Yeniyetmələr səmimiyyət və dürüstlük mövzusunda çox həssasdır. Heç bir yeniyetmə səmimi tapmadığı bir adama özünü çıxarmayacaq. Yeniyetmələr üçün gizlilik çox önəmlidir. Otaqlarının ayrı olması, qapıları döyülmədən içəri girilməməsi çox vacibdir. Bu qaydalar pozulduqda çox aqressiv olurlar. Bütün bunlara hörmət göstərilməsi (qaydalara) yeniyetməylə valideyn münasibətində hörmət və güvəni artırır. İçlərinə qapanmaq əvəzinə daha açıq, daha dürüst olurar. Valideynlərə düşən vəzifə gənckərin bu dövrünün yaşadıqlarının keçici bir dönəm olmasını görmək və soyuqqanlı yanaşmaqdır. Bu dövr keçicidir. Həm yeniyetmələr üçün həm də valideynlər üçün sancılı olması gözlənilən və təbii bir durumdur. Validə Abbasova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Məktəb bəzi uşaqlar üçün stress faktorudur - Bəs nə etməli?

Yeni tədris ili yaxınlaşır. Bu isə yeni hisslər, yeni həyəcan deməkdir. Ümidvarıq ki, bu mövzu valideynlərin diqqətini çəkəcək. Bəyənin, bölüşün və mövzunu ətraflı araşdıraq. Məktəb bir çox uşaqlar üçün stress faktorudur: Tədris yükü;Məktəb proqramının mənimsənilməsində yaranan çətinliklər;Pedaqoqlarla gərgin münasibətlər;Qiymətlər, imtahanlar;Kollektivə uyğunlaşmamaq. Həyəcanlı uşaqlar bir çox hallarda nailiyyətlər əldə edir, müəllimlərin və məktəb rəhbərliyinin xoşuna gəlirlər. Lakin bütün bunların arxasında həyəcana qarşı aparılan gündəlik mübarizə dayanır. Uşaqlar tapşırıqların yoxlanılmasına və yenidən yoxlanılmasına, yoxlama işlərinə hazırlığa çox vaxt itirirlər.  İmtahanlar yaxınlaşdıqda həyacanlı uşaqlarda bu cür simptomlar yarana bilər: həyəcanın vegetativ simtomları (tərləmə, taxikardiya və ya taxipnoe, epiqastral diskomfort, başgicəllənməsi, ağızda quruluq). İmtahanqabağı uşaqlar narahatlıq, gərginlik baş ağrıları, titrətmə kimi hisslər yaşayırlar. Gələcək uğursuzluqlardan daimi narahat olur, yaranan həyəcan isə diqqəti toplamağa maneə yaradır, bu isə özünü təhsildə göstərir.  Məktəb həyəcanını ayırd etmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır: Məktəbə getməzdən əvvəl vegetativ əlamətlərin yaranmasına;Qiymətlərin aşağı düşməsinə;Təhsilə və əlavə məktəb məşğələlərinə marağın itməsinə;İmtahanlardan qorxuya;Lövhə qarşısında dərs danışmaqdan imtinaya;Dərsdən qaçmalar, aqressiv davranışa. Bəs nə etməli? Həyəcanın somatik səbəblərini istisna etmək üçün pediatra müraciət edin.Bu tədbirləri həyata keçirməyə çalışın: Mühitin dəyişdirin. Əgər məlum olsa ki, uşağa təhdid olunur və ya onlara qarşı ədalətsizlik edilir, o zaman rəhbərliyə şikayər edin və ya başqa məktəb axtarın. Çünki məktəbə qarşı başlayacağınız “müharibə” uşağa daha çox neqativ təsir göstərəcək. Uşağın hobbi və ya digər maraqlarına dəstək olun.Digər dərs məşğələsi formalarından istifadə edin (məsələn, repetitorla hazırlaşma). Əgər simptomatika aradan qalxmazsa, medikamentoz müalicə göstsərişdir.(həkimtap.az)

Fiziki xəstəliklərin psixoloji səbəbləri nədir?

Louise L. Hay tərəfindən yazılan  “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir. Qeyd edilir ki, yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji  problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq: Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir. Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq ,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər. İştahsızlıq- Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır. Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar. Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır. Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur. Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər. Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır. Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir. Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar. Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər. Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır. Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər. Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər. Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir. Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur. Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır. Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir. Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar. Nuray Lətifzadə

Uşaqlarda təşviş pozuntuları

Təşviş pozuntuları uşaqlıq döründə demək olar ki, ən çox rast gəlinən ruhi pozuntular içəisində birinci sırada gəlir və statistik məlumatlara görə 8,6- 17,7 % arası rast gəlinmə ehtimalı var. Təşviş pozuntusu olan uşaq daim narahat, təşvişli, gərgin, tez hirslənən və heç cür eahat ola bilməyən uşaqlardır. Belə uşaqlar demək olar ki, hər şeyi fikirləşən, həddindən artıq küsəyən və naraht uşaqlardır. Gündəlik həyatın sıradan hadisələri və ya xəbərlərdə qarşılaşdığı bir qəza xəbəri belə onları qayğılandırıb narahat edə bilər. Təşviş pozuntusu olan uşaqlar özlərinin və ailələrinin və hətta dostlarının təhlükəsizliyi, sağlamlığı kimi mövzularda həddindən artıq həssas və özlərindən gözlənilənin üstündə məsuliyyət sahibi kimi davranırlar. Bu cür uşaqlar ətrafları tərəfindən yetkin, yaşından böyük davranan, mükəmməlliyyətçi uşaq olaraq tanınır və münasibət görürlər. Bu tip düşüncə və yanaşmalar sıxlıqla uşaqlarda narahat şəxsiyyət xüsusiyyətlərinin ailə və ətraf tərəfindən möhkəmləndirilməsinə gətirib çıxarır. Təşviş pozuntusu olan uşaqlarda yuxu və diqqət pozuntusu, baş ağrıları, qarın ağrısı kimi müxtəlif fiziki şikayətlər də tez-tez görünür. Təşviş pozuntusu olan uşaqlar həmçinin ailədaxili və ictimai əlaqələrdə, gündəlik həyatda əhəmiyyətli çətinliklər yaşayırlar. Təşviş pozuntuları olan uşaqların demək olar ki, hamısının valideynlərində və ya yaxın qohumlarında bənzər təşviş pozuntuları və şəxsiyyıt xüsusiyyətləri vardır. Valideynlərin təşviş pozuntuları uşaqlara müxtəlif cəhətdən təsir edir. Genetik cəhətdən narahat şəxsiyyət xüsusiyyətləri uşaqlara gen vasitəsilə ötürülməklə, bu cür psixiatrik problemlərə bioloji cəhətdən uyğun olaraq dünyaya gəlməsinə şərait yaradır. Digər tərəfdən narahat valideyn tərəfindən yetişdirilmək uşaqlarda təşviş pozuntularının ortaya çıxmasını asanlaşdırır. Məsələn, uşağının özündən ayrı uzaqlaşmasına və ya ayrı qalmasına icazə verməyən, bu cür vəziyyətlərdə davamlı olaraq həddindən artıq bir qayğı göstərən ananın uşağına verdiyi mesaj, ətraf mühitin etibarsız və təhlükəli olmasıdır. Belə bir uşaqda kökündə ayrılıq qorxusu dayanan təşviş pozuntularının inkişaf riski daha yüksəkdir.(psixotest.az)

Evlilərin diqqətinə - Bu cümlələlər evlilik həyatınıza son qoya bilər

Bu sözlər dildə adət halını aldığı üçün bəzən o mənada demək istəmirsiniz, ancaq qarşınızdakı o mənada anlayır. Sevdiyiniz insanları bu sözlər ilə yaralayırsınız və aradakı hörmətə xələl gətirirsiniz.  Psixoloq.az bildirir ki, çalışın bu sözlərdən istifadə etməyin ki, evliliyinizə xələl gəlməsin. Boşanmağa gətirib çıxardan 27 söz: 1) Sən həmişə beləsən, hər yerə gecikirsən. 2) Sən nə qədər çox danışırsan? Artıq sənə qulaq asmaq istəmirəm! 3) Sən necə insansan? 4) Ailən gəlməsin! 5)