Tütünü psixoloji reklam edərək zəngin olan Zigmund Freydin qardaşı oğlu Berneys

1920-ci illərdə qadınlar siqaret çəkə bilməzdi. Çəkən qadınlar isə sərt şəkildə tənqid olunurdu. Bu sarsılmaz bir tabu idi. İnsanlar, məktəbdən məzun olmaq və ya Parlamentə seçilmək kimi, qadınların siqaret çəkməsi məsələsini də kişilərə həvalə etmələrinin gərəkli olduğuna inanırdılar. Bu vəziyyət tütün sənayesi üçün problem idi. Əhalinin 50 faizinin siqaret çəkməməsinin səbəbi siqaretlərin dəbdən düşməsi və kobud görünməsindən başqa bir şey deyildi. Amerika Tütün Şirkətinin rəhbəri Corc Vaşinqton Hillin o vaxtlar da dediyi kimi “Bu ön bağçamızda bir qızıl mədəni” idi və vəziyyət belə davam edə bilməzdi. Sektor bir neçə dəfə siqareti qadınlar üçün satışa çıxarmağa çalışdı, amma heç bir üsul işə yaramadı. Kök salmış mədəni önyarğı çox dərin idi və bu satışa əngəl törədirdi. Çox keçmədən, 1928-ci ildə Amerika Tütün Şirkəti çılğın fikirləri və daha çılğın satış kampaniyaları olan gənc və bacarıqlı satış nümayəndəsi Edvard Berneysi işə götürdü. Berneysin satış taktikaları o günlərdə sektordakı heç kimin taktikalarına bənzəmirdi. XX əsrin əvvəllərində satış, bəsitcə məhsulun gözlə görünən, həqiqi faydalarının ən sadə halı ilə qısa və təməl ifadəsi olaraq başa düşülürdü. O dönəmdə insanların xüsusiyyətlərə və məlumatlandırmaya görə alış-veriş etdiklərinə inanılırdı. Bir nəfər pendir almaq istəyirsə, ona pendirin digərlərindən üstün olduğunu göstərən xüsusiyyətlərini danışmağınız kifayət edirdi ( “Ən təzə fransız keçi südündən hazırlanmış, 12 gün mayalanmış, soyuducuda daşınmışdır!”). İnsan, rasional alış-veriş qərarları verən rasional aktorlar olaraq görülürdülər. Amma Berneys bir az qeyri-adi idi. O, insanların çox zaman rasional qərarlar vermədiyinə inanırdı. Hətta insanların təməldə olduqca irrasional olduğunu və bu səbəbdən onlara emosional və şüurdan kənar səviyyədə təsir etmək məcburiyyətində olduqlarına inanırdı. Tütün sektoru, xüsusi olaraq qadınları siqaret almağa və çəkməyə inandırmaq mövzusuna fokuslanmışkən; Berneys bunu emosional və mədəni bir məsələ olaraq görürdü. Berneys qadınların siqaret çkməsini istəyirsə, öncəliklə siqaret çəkmənin mədəni qavrayışını yenidən formalaşdıraraq, qadınlar üçün siqaret çəkməyi duyğusal olaraq pozitiv təcrübə halına çevirmək məcburiyyətində idi.Bunun üçün Berneys bir qrup qadını Nyu Yorkdakı pasxa bayramı nümayişində iştirak etmək üçün kirayələdi. Bu gün divanda televizorun qarşısında deyinərək mürgüləmək kimi adi şeylər etdiyiniz böyük tətil günlərindən biridir. Lakin o gün həyata keçirilən nümayişlər, Amerika futbol çempionatının final müsabiqəsi kimi böyük bir hadisə idi. Berneysin planı belə idi: Uyğun bir zamanda hər şey dayanacaq və nümayişdəki qadınların hamısı eyni anda siqaretlərini yandıracaqdı. Sonra, Berneysin kirayələdiyi fotoqraflar bu gözqamaşdırıcı dəqiqəni çəkdilər və bu fotolar böyük milli qəzetlərə göndərildi. Bunu şərh edərkən Berneys müxbirlərə “bu qadınların təkcə siqaretlərini deyil, onların öz azadlıqlarını ortaya qoyma tutumlarını və qadınlığın özlərinə aid olduğunu göstərən “azadlıq məşəlləri” ni yandırdıqlarını” dedi. Təbii ki, bunların hamısı saxta idi. Amma Berneys bunu siyasi bir protest olaraq təşkil etdi, çünki ölkə səviyyəsində qadınların sahibolma duyğularını hərəkətə keçirdiyini bilirdi. Feministlər qadınlara səs vermə haqqını on il əvvəl qazandırmışdılar. Yarışan paltarları və qısa saçları ilə özlərini təsdiqləmişdilər. Bu dönəmin qadınları eyni zamanda özlərini kişilərdən asılı görməyən bir nəsil idi. Bir çoxu bunu çox güclü formada hiss edirdi. Berneys “siqaret çəkmək=azadlıq” eyniləşdirməsi ilə qadın azadlıq hərəkatına bir mesaj göndərdi, beləcə tütün satışlarını iki qatına çıxararaq zəngin adama çevrildi.Bu taktika işə yaramışdı. Qadınlar siqaret çəkməyə və həyat yoldaşları qədər onlar da ağciyər xərçəngindən "zövq almağa" başladılar. Bütün bunlarla bərabər, Berneys 1920, 1930 və 1940-cı illər bu növ mədəni zərbələr ortaya qoymağa davam etdi. O, satış sektorunda tam mənası ilə inqilab yaratdı və bu müddət ərzində toplumla əlaqələr sahəsini kəşf etdi. İstifadə etdiyiniz məhsul üçün məşhurlara pul ödəmək Berneysin fikri idi. Saxta xəbər mətnləri yaratmaq əslində məhsulların üstü bağlı reklamını etmək idi və bu da onun fikri idi. Müştərilərin biri üçün belə olsa mənfi şöhrət qazanmaq uğruna diqqət çəkmək məqsədi ilə mübahisəli ictimai olaylar səhnəyə qoymaq da onun fikri idi. Bu gün bizlərin qarşılaşdığı satış üslublarının və təqdimatın hardasa bütün növləri Berneysin adı ilə bağlıdr. Lakin Berneys ilə bağlı başqa bir sürpriz daha var: O, Ziqmund Freydin qardaşı oğlu idi. Freydin nəzəriyyələri, bir çox insanın qərar alma müddətlərini əsasən şüursuz və irrasional olduğunu ilk müzakirəyə qoyan nəzəriyyələrdir. Freyd insanların özünə inamsızlıq duyğusunun onları şişirtməyə və həddindən artıq reaksiyaya məruz qoyduğunu başa düşən tək insan idi. Berneys bu fikirləri məhsulların satılması üçün tətbiq etdi və beləcə zəngin oldu. Berneys və reklam: İnamsızlıq duyğumuz necə alınıb satılır?Berneys “Siggy Dayı”nın fikirlərindən istifadə edərək bir reklam imperatorluğu qurdu. Bundan başqa Freydin məşhur ABŞ dərgilərində yayımlanmış məqalələrindən də istifadə etdi. Freyd sayəsində Berneys sektorda daha əvvəl heç kəsin anlamadığı bir şeyi anladı: Əgər insanların emosional inamsızlığından faydalana bilsəniz - əgər onların ən dərin duyğularına və natamamlıq hissinə toxuna bilsəniz - dediyiniz hər lazımsız şeyi alacaqlar. Bu növ satış gələcəkdəki bütün reklamçıların təlimat kitabçası halına gəldi. Yük maşınları kişilər üçün güc və dayanıqlılığın sübutu olaraq satıldı. Makyaj, qadınlar üçün aşiq olmağın və daha çox diqqət çəkməyin yolu olaraq satıldı. Pivə əylənmənin və şənliklərin diqqət mərkəzi olmağın yolu olaraq satıldı. Demək istədiyim, ilahi, heç bir məntiqi olmasa da, Burger King bazar hamburgerləri üçün “necə istəyirsən elə olsun” ifadəsini istifadə etdi. Nəticə olaraq, bir qadın maqazin jurnalı, 150 səhifə boyunca gözəllikdən pul qazanan nisbət olaraq əhalinin 0.01 faizi olan saçı boyanmış qadın rəsmləri sərgiləyərək, bu qadınlardan başqalarına gözəllik məhsulu satışını başqa nəcə edilə bilərdi ki? Ya da pivə reklamları səs-küylü şənliklərlə dostlar, qızlar, sport maşınlar, Vegas, dostlar, daha çox qız, daha çox pivə, qızlar, qızlar, qızlar, yığıncaqlar, rəqs, maşınlar, dostlar, qızlar göstərərək! –Budweiser iç...Bunların hamısı bu gün satış 101. satış oxumağa ilk başladığımda, ilk işimə başladığı zaman mənə insanların “ağrılı nöqtələrini” tapmağımı və sonra daha pis hiss etmələrini təmin etməyimi istədilər. Mən münasibət tövsiyəsi satırdım, mənim vəziyyətimə görə fikir, insanlara sonsuza qədər tək qalacaqlarını, onları heç kəsin sevməyəcəyini və bir şeyin səhv olduğunu deməli idim. Təbii ki, elə etmədim, bu mənə bərbad hiss etdirdi. Səbəbini anlamağım illərimi aldı. Bu gün mədəniyyətimizdə, satış ümumi olaraq bir mesajdır. Bilgimizin böyük hissəsi məruz qaldığımız satış üslublarından qaynaqlıdır. Satış davamlı bizə özümüzü pis hiss etdirərək bir şeylər satın almağımız üçün səy göstərirsə, bunun səbəbi içində olduğumuz mədəniyyətin bizə özümüzü pis hiss etdirmək üzərə formalaşmış olması və bunu aşmaq üçün bir yol axtarmağımızdır. Uzun illər boyunca müşahidə etdiyim bir şey var; mənə tövsiyə və ya istənilən bir şey üçün elektron məktub göndərən minlərlə insanın böyük əksəriyyəti təyin olunması mümkün bir problemə sahib görünmür. Əksinə, özləri üçün yaratdıqları qəribə və qeyri-adi meyarlara sarılırlar. Hovuz şənlikləri və bikini geyən qadınlar olacağı düşüncəsi ilə kollecə gedən bir oğlan kimi xəyal qırıqlığına uğrayır və özlərini sosial olaraq kifayətsiz hiss edir, uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki məktəbə getmək, dərslərə daha çox çalışmaq, yeni dostluqlar qazanmaq məcburiyyətində idilər və davamlı özlərinə güvənsizdilər, çünki heç vaxt əvvəlki mənliklərini yaşamayacaqlar. İkinci təcrübə olduqca normal, amma elə ya da belə hər həftəsonu özlərini heyvan sığınacağına gedərmiş kimi universitetə atdılar. Bu cür şeylər hər kəsin başına gəlir. Özümdən bilirəm, mənim də gənckən romantizm və münasibət anlayışım təsadüfi bir “Friends” seriyası ilə Hugh Grant filmi arasında bir şey idi. Söyləməyə gərək yoxdur, uzun illərimi tükənmiş hiss edərək və məndə anadangəlmə bir qəribəlik var deyə düşünərək xərclədim. Berneys əslində bütün bunları başa düşürdü. Lakin Berneysin siyasi fikirləri bir növ zəiflədilmiş faşizm kimi idi - zəifliklərin, güclü media və təbliğat yolu ilə istismarının həm qaçınılmaz, həm də insanların xeyrinə olduğuna inanırdı. Buna “görünməz hökumət” adını vermişdi və ümumi olaraq kütlələrin axmaq olduğunu və ağıllı insanların onları inandırmağa haqqı olduğunu düşünürdü. Toplumumuz tarix boyunca təkmilləşib maraqlı bir nöqtəyə gəldi. Kapitalizm, nəzəri olaraq, hər kəsin ehtiyac və tələblərini ödəmək üçün mümkün olan ən təsirli yola qaynaqların bölüşdürülməsi üçün çalışır. Lakin bəlkə də kapitalizm təkcə toplumun fiziki ehtiyaclarını aradan qaldırmaq üçün ən təsirli yoldur - yemək, geyim, sığınacaq kimi ehtiyacları. Çünki kapitalist sistem, iqtisadiyyat yolu ilə insanların inamsızlıqlarını və uğursuzluqlarını dəstəkləyən bir forma aldı. Mənfəət yönümlü yeni və həqiqətdən kənar meyarlar əldə edərək, müqayisə etmə və alçaltma mədəniyyətini yaratdı. Çünki özünü aşağı hiss edən, özünəinamsız insanlar ən yaxşı müştərilərdir. Nəticə olaraq insanlar bir problemi həll etmək üçün bir şeylər satın almalarının vacib olduğuna inanırdılar. Bu səbəbdən, daha çox satış həyata keçirmək istəyirsinizsə, olmayan problemlər varmış kimi insanları inandırmaq məcburiyyətindəsiniz. Bu kapitalizmə hücum etmək deyil. Satışa hücum də deyil. Ortada “qoyun”ları əldə tutmaq üçün tərtib olunmuş böyük və əhatəedici bir sui-qəsd olduğunu düşünmürəm. Məncə sistem medianı yönləndirərək müəyyən təşviqlər yaradır; bunun üzərinə mediada davamlı olaraq bir şeylər əldə etmək cəhdinə əsaslanan, laqeyd və səthi bir mədəniyyət formalaşdırır. Ümumi mənada sistemimiz bunu bacardı, hələ də davam edir. Mən bunun, insan mədəniyyətini qaydaya salmaq üçün “ən az pis” həll yolu olduğunu düşünürəm. Ölçüsüz kapitalizm, özünü dərk və uyğunlaşmağı öyrədən bir “mədəni yük” gətirir. Ümumiyyətlə bizim iqtisadiyyatımızda satış, özümüzə inamsızlığımızı düzəltməkdə kömək etmir, əksinə daha çox qazanc əldə etmək üçün qəsdən kifayətsizlik hissimizin və asılılıqlarımızın aktiv qalmasına kömək edir.Bəziləri bunların dövlət tərəfindən hazırlanıb, idarə edilməsinin gərəkliliyini müdafiə edir. Bu bəlkə bir az kömək edə bilər amma mənə yaxşı və uzunmüddətli həll yolu kimi görünmür.Tək həqiqət uzunmüddətli həll; insanların, kütlə rabitə vasitələrinin zəiflikləri və həssaslıqları üsyankarlaşdırdığını anlamaq və bunlar qarşısında qorxuları ilə üzləşərək şüurlu qərarlar almaq istiqamətində daha diqqətli olmalıdırlar. Azad bazarın uğuru, bizə seçmə azadlığımızı tətbiqetmə məsuliyyəti verməsidir və bu məsuliyyət biz diqqətli olduğumuz zaman çox daha ağırdır. 

Günün qoroskopu Gərgin fəaliyyət günüdür 15 oktyabr

Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz. Buğa -  tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər. Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər. Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.  Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın - teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər. Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər. Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.Uzaqdan xəbər alınması istisna deyil.Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.Gözlənilməz, xoş alqılar ola bilər. Əqrəb - ilkin təəssürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək. Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır. Oxatan - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın. Oğlaq - müəyyən şərtlər və ya insanlar sizi seçim qarşısında qoya bilərlər. Həmin seçim, bəlkə də, sizə gərək deyil və ona ehtiyacınız da yoxdur.Amma tələsməyin, fikrinizi dəyişin, perspektivlərinizi bir daha dəyərləndirin. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. Planlaşdırımadığınız işə qatılmayın. Qəza və travma riskinin böyük olduğu gündür. Fəqət işə yaradıcı yanaşsanız və ya intellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.Şəxsi münasibətlər müstəvisində təmaslarınızın möhkəm olmadığı insanla görüşü təxirə salın. Dolça - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin. Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız. Balıqlar - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər. Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.Alış-veriş üçün əlverişli gündür.

Qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlər

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. www.harmoniya,az Harmoniya psixologiya  mərkəzinin Baş psixoloqu Aygün Ağabalayeva 

Yaranmış situasiyanı obyektiv dəyərləndirin-12 oktyabr

Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.Sevdiyiniz insanın qayğısına qalın.Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.Axşam saatlarında əyləncəni təxirə salın.Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.Axşam saatlarında aktiv istirahəti seçməyin.Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.İradlar və tənqidlərə sərt reaksiya verməyin.Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.

Sağlamlıq İmkanları Məhdud Uşaqlar və Hidroterapiya

Hidroterapiya adından da göründüyü kimi Su(Hidro) ilə terapiya növüdür.Buna bəzən “hovuz terapiyası” da deyirlər. Hidroterapiya fiziki,ruhi və əqli problemlər zamanı istifadə olunan reabilitasiya üsuludur.Bu üsul uzun illərdi ki,dünya təcrübəsində istifadə olunur.Son illər hidroterapiya “Halliwick” texnikası ilə birgə tədbiq olunur.Bu texnikanın əsas məqsədi ondan ibarətdir ki,terapiya zamanı əsas diqqət fərdin çatışmazlıqlarına və ya pozulmalara yönəlmir.Əsas diqqət fərdin suda göstərdiyi və göstərə bildiyi bacarıqlara yönəlir.Bu metodun tədbiqi zamanı heç bir  əlavə köməkçi vasitələrdən istifadə olunmur.Suda  terepevt və pasientdən başqa heç kim olmur. Hidroterapiya serebral iflic,daun sindromu spina bifida  zamanı effektiv üsul hesab olunur.Su əzələlər və sümüklər üzərində olan ağırlığı,ağrını qaldırmaq gücünə malikdir.Cazibə qüvvəsi ağırlığı azaltdığı üçün əlilliyi olan uşaq suda daha rahat hərəkət edir.Bu cür uşaqlarda hidroterapiya təkcə hərəkət funksiyalarının bərpası məqsədilə deyil,həm də immunitet sisteminin gücləndirilməsi,həzm və metobalizmin aktiv fəaliyyəti,tənəffüs sisteminin stimullaşdırılması məqsədilə də keçirilir.Suyun içində olan reziztans serebral iflicli uşaqlarda  hiperkeniz kimi qeyri-iradi,istənilməyən hərəkətlərin azalmasına səbəb olur.Suyun ilıqlığı əzələ tonusunun azalmasına,yumşaq əzələlərin elastikliyinin artmasına səbəb olur. Autizm,daun sindromlu uşaqlarda sensor hissiyat nisbətən zəif olur.Suyun birbaşa üzə,bədən üzvlərinə təmas etməsi onlarda sensor aktivliyi artıra bilər.Xüsusilə autizmli uşaqlarda oyun fəaliyyəti çox  zəifdir.Hidroterapiya zamanı hovuza atılan müxtəlif rəngli oyuncaqlar,toplar onların marağına səbəb olur,buda gələcəkdə onlarda oyunla bağlı bacarıqlarının daha da artmasına səbəb olur. Su içində qazanılan funksional bacarıqların sudan kənarda nə dərəcədə effektli olacağı isə uşaqdan və proqramdan asılıdır. Suda üzərkən bütün bədən əzələləri hərəkət də olduğu üçün uşaqlarda motor gerilik də azalmağa başlayır.Bundan başqa suda olarkən koordinasiya,bələdləşmə funksiyaları da inkişaf edir.Göz təması,diqqət kimi faktorlar da böyük irəliləyişlər nəzərə çarpır. Hidroterapiya mərhələli şəkildə tədbiq edilir. 1-ci mərhələdə suyun(hovuzun)kənarında oturmaq,hovuza necə girmək lazım olduğu öyrədilir.Həmçinin bu mərhələdə uşağı bir növ su ilə tanış edirlər.Yəni suya ilk toxunuşlar,1 neçə dəqiqə əlini yada ayağını suda saxlama və.s 2-ci mərhələdə nəfəs alıb vermək,tənəffüs vərdişləri,suyun üzərində sağa,sola,irəli geri çevrilmə öyrədilir.Suda olarkən bir formadan digərinə keçmək,yəni üzü üstə olarkən tərsinə çevrilmə,ayaqüstə olarkən çevrilmə və.s öyrədilir. 3-cü mərhələdə isə qüsurun ağırlık dərəcəsindən asılı olaraq uşağa müxtəlif bacarıqlar öyrədilir.Bu bacarıqlar hər uşaq üçün indivudualdır. Qeyd edək ki,hidroterapiyanın təkcə fizioloji faydaları yoxdur.O uşaqların psixoloji vəziyyətinə,emosional statusuna da təsir edir.Beləki sudan kənarda edə bilmədiyi hərəkətləri suda etdiyi üçün uşaqlarda özgüvən hissi yaranır.Bu uşaqlar üçün bir növ əyləncə formasıdır.Eyni zamanda suya atılan müxtəlif rəngli oyuncaqlar,toplar uşaqlara əlavə həvəs və motivasiya bəxş edir.Sağlamlıq imkanları məhdud olan uşaqlar qüsurları ilə əlaqadar daim stress altında olurlar.Bəzi uşaqlar uzun müddət ağır dərman müalicələrindən istifadə edirlər.Hidroterapiya isə heç bir ağrı,əlavə stress olmadan tədbiq edildiyi üçün uşaqlar özlərini daha rahat hiss edirlər,ağır proseslərin əvəzinə sadə və əyləncəli məşğələ keçmiş olurlar.Qüsurlu uşaqlar suda normal həmyaşıdları ilə birgə üzdükdə isə onlarda sosiallaşma prosesi baş verir.Elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki,su səsi Mərkəzi Sinir Sisteminə impulslar ötürür.Bu impulslar isə uşaqlarda rahatlayıcı effekt yaradır. Azərbaycanda Hidroterapiya tədbiq edən çox az mərkəz var.Bu mərkəzlərin bəziləri isə orta təbəqə bir ailənin büdcəsinə çox zaman uyğun gəlmir.Buna görə valideynlər ev şəraitində də  hovuz abu-havasını yarada bilərlər.Məsələn kiçik ölçülü şişirtmə hovuzlar ala,yaxud kiçik vannalara su dolduraraq hidroterapiya keçirə bilərlər.Ümumiyyətlə su insan bədəninə yaxşı təsir etdiyi üçün sağlamlıq imkanları məhdud uşaqları daha çox su ilə təmasda saxlamaq məsləhət görülür.

Şok, Şok, Şok! Hansı Azərbaycanlı müğənni türk pop starı Yıldız Tilbeyə cadu edib?

İstedadı, musiqi duyumu, səs tembri ilə bir çox Azərbaycanlı müğənnini qısqandıran milyonların sevimlisi Yıldız Tilbənin Azərbaycan şou-biznesi tərəfindən sevilmədiyi son günlər müzakirə mövzusudur. Hətta xüsusi səs və vizual effektlərlə tamaşaçı zövqü korlamaqla məşğul olan bir neçə müğənninin türk pop starı Yıldız Tilbəyə qarşı el şənliklərində əks- təbliğat apardığı haqda söhbətlər dolaşır. “Yenigundem” e Xüsusi mənbələrdən verilən məlumata görə, türk müğənninin Bakıda konsertinin baş tutmaması üçün hətta batil inanclara müraciət edən məşhurlarımız da var. Belə ki, yaxın günlərdə müğənninin Bakıda baş tutacaq konsertinə mane olmaq üçün yerli müğənnilərimizdən birinin cadu etdirdiyi deyilir.Bütün səylərə baxmayaraq, Yıldız Tilbə Azərbaycana gəlməkdə israrlı olduğunu, Azərbaycanı və Azərbaycandakı pərəstişkarlarını çox sevdiyini bildirir. Onun azərbaycanlı pərəstişkarları qarşısında konsert verməsinə mane olmağa çalışan həmkarının adını tədbirdə açıqlanacağı bildirilir. Qeyd edək ki, sevilən müğənninin gözlənilən konsertinə biletlər şəhərimizin kassalarında və iticket.azsaytından onlayn satılır. Türkiyənin Çizgim Event-Noya Yapım şirkətinin təşkilatçılığı ilə 13 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq konsertə Bakıda da böyük maraq var. İlk dəfə Azərbaycana gələn müğənni Bakı Kongres Mərkəzində təşkil olunacaq konsertdə ifası üçün xüsusən həyəcanlıdır. Təbriz Məhərrəmoğlu

Fizioterapevt Rəna Xudiyeva: “İnsanların güvənini qazanmışam”

Rəna xanım, neçə ildir ki, bu işlə məşğulsunuz və işiniz nədən ibarətdir?- Mən artıq 22 ildir ki, fizeoterapevt olaraq fəaliyyət göstərirəm. Eyni zamanda bədənin istənilən yerinini korreksiyası ilə məşğulam. Yəni ki, istənilən bədən üzvünü müxtəlif aparatlar vasitəsilə həm arıqlada, həm də kökəldə bilirəm. - Sizə daha çox bəylər müraciət edir, yoxsa xanımlar?- Daha çox xanımlar müraciət edirlər, amma bəylərin də müraciəti ilə tez-tez rastlaşıram. - Bəzən insanlar arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına müraciət edirlər. Amma siz isə fərqli üsulla insanları arıqlada bilirsiniz. Cərrahların narazılığına səbəb olmursunuz ki?- Qətiyyən, onlar özləri mənimlə işləməkdə zövq alırlar. Çünki əməliyyatdan sonra müəyyən izlər qalır ki, mən müasir aparatlarla o izləri aradan qaldırıram və tikiş zamanı vurulan sapları yumşaldıram. Bərkiməyə qoymuram. Bir də ki, elə pasientlər olur ki, mən özüm onlara məsləhət görürəm ki, bu mənlik deyil, plastik cərrahiyəlikdir. - Sizin üsulunulza bir aya nə qədər kilo verə bilir pasientlər?- Hansısa bir üzvü kiçiltmək çəkiyə baxmır. Çəki onsuz da azalır. Amma mənim əsas məqsədqim ölçünü kiçiltəm, ya da böyütmək olur. Bir sözlə, mən uşaqlıdan yığılıb qalan piyləri əridirəm. Loru dildə desək, insanları “rəndələyirəm”. - Bəs etdiyiniz prosedur zamanı hansısa bir pəhrizi məsləhət görürsünüzmü?- Xüsusi pəhriz olmur. Lakin hər prosedurdan iki saat qabaq və iki saat sonra yeməmək əsas şərtdir. - Dediniz ki, müxtəlif aparatlarla işləyirsiniz. Bu aparatların funksiyaları nədən ibarətdir?- Aparatlarımın hamısı müasir aparatlardır. Kompleks şəkildə işləyirəm. Hər aparatın özünün funksiyası var və onlar biri-birini tamamlayır.- Sizin prosedurlarınızdan sonra narazı qalan pasientlər olurmu?- İndiyə qədər belə halla rastlaşmamışam. İnsanların güvənini qazanmışam. - Bəs bu prosedurların sonradan bir fəsadı ola bilərmi?- Qətiyyən. Əksinə, nəticələr getdikcə daha da ürəkaçan olur. - Ən uzun çəkən prosedur hansıdır?- Gün ərzində bir prosedura bir-iki saat vaxt gedir. Amma elə prosedurlar var ki, beş-altı saat vaxt tələb edir. - Son olaraq, nə demək istəyirsiniz?- Demək istəyirəm ki, insanlar öz sağlamlıqlarına fikir versinlər və həmişə gözəl görünsünlər.Əlaqə nömrəsi: 055 658 07 58Real Hospital

Xüsusi Təhsil Nədir?

Günümüzün aktual problemlərindən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsil məsələsidir..Bəzən valideynlər “xüsusi təhsil”dən xəbərsiz olduqları üçün övladlarını təhsildən kənarlaşdırırlar.Xüsusu Təhsil nədir?,O əhaliyə necə xidmət göstərir?,Hansı formaları var? və digər bu tip suallara aydınlıq gətirməyə çalışacam. Xüsusi təhsil-sağlamlıq imkanları məhdud şəxslərə göstərilən təhsil formasıdır.Azərbaycanda əhaliyə defektoloji xidmətinin göstərilməsi 3 nazirlik tərəfindən həyata keçirilir: Azərbaycan Respublikası Təhsil Nazirliyi,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu. Əhaliyə göstərilən xüsusi pedaqoji xidmət isə Təhsil Nazirliyi tərəfindən idarə olunur. Şagirdlərin uyğun təhsil formasına seçilməsi üçün xüsusi tibbi-psixoloji-pedaqoji komissiya yaradılıb. Bəs xüsusi təhsilin hansı formaları var? -inkluziv təhsil -inteqrativ təhsil -evdə təhsil Bundan başqa Yardımçı məktəblər də fəaliyyət göstərir.Yardımçı məktəb ümumtəhsil uşaq müəssələrinə daxildir,yalnız öz vəzifələrinə görə kütləvi ümumtəhsil məktəblərindən fərqlənir. İndi isə xüsusi təhsilin növləri ilə daha yaxından tanış olaq. İnkluziv Təhsil-ümumiyyətlə dünya təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların ayrıca,xüsusi təhsil almaları vacib hesab olunmur.Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına,sosiallaşmasına mənfi təsir edir.Halbuki Xüsusi Təhsilin(Special Education) əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin yenidən cəmiyyətə bağışlanması,özü və cəmiyyət üçün lazımlı şəxs olmasıdır.Məhz bu cür problemlərə görə 1 çox yeni təhsil proqramları işlənib-hazırlanmışdır.Onlardan biri də “ İnkluziv Təhsil”dir.İnkluziv Təhsil haqqında qanun Azərbaycanda 2004-cu ildən etibarən qüvvəyə minib.2005-ci ildən etibarən isə tədbiqi davam edir.İnkluziv təhsil dedikdə sağlamlıq imkanları məhdud uşaqların ,öz sağlam həmyaşıdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur.İnkluziv sinif üçün uşaqların sayı sinifdəki uşaqların ümumi sayına əsasən qiymətləndirilir.Yəni bir sinifdə maksimum 4-5 sağlamlıq imkanları məhdud uşaq təhsil ala bilər.Bu zaman həmin uşaqlara “köməkçi müəllim” təyin olunur.Bu dərslərin daha səmərəli keçməsi üçündür. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. İnteqrativ təhsil dedikdə əlilliyi olan uşaqların ümumtəhsil məktəbə getmələrinə icazə verilməsi,lakin özlərinin tipik həmyaşıdları ilə eyni sinifdə dərs keçməmələri nəzərdə tutulur.Onlar ayrıca sinif otaqları və müəllimlər ilə təmin olunurlar.Hansısa bi növ əlilliyi olan uşaqlar ümumi məktəb kurikulumu əsasında təhsil alırlar.Sadəcə olaraq onların dərs proqramı bir qədər yüngülləşdirilmiş şəkildə olur.İnteqrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tədbiq olunur. Evdə təhsil-təhsil qanunu və ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinin müddəalarına uyğun olaraq uzunmüddətli xəstə olan,səhhətinə görə məşğələlərdə iştirak edə bilməyən uşaqların evdə fərdi təhsili təşkil olunur.Evdə fərdi qaydada təhsil alan şagirdlər həmin təhsil müəssəsinə xəstəxanaların,dispanserlərin,polikliniklərin göndərişi ilə rayon(şəhər) tibbi-pedaqoji-psixoloji komissiyaların qərarına əsasən qəbul olunur.Evdə fərdi məşğul olan şagirdlərin dərslərinə sinif rəhbəri,proqram materiallarının yerinə yetirilməsinə və həmin prosesdə tədbiq edilən metodik işə təlim-tərbiyə işi üzrə direktor müavini məsuliyyət daşıyır.Şagirdlərin biliyi sinif jurnalında qeyd olunur.Sinifdən-sinifə keçirilməsi,məktəbi bitirməsi də müvafiq qaydada  jurnallarda öz əksini tapır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi təhsil müəssələri aşağıdakılardır: 1.Dayaq-hərəkət aparatı pozulmaları olan uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 2.İntelektual çatışmazlığı olan uşaqlar üçün məktəbəqədər müəssələr 3.Görmə qüsurlu uşaqlar üçün məktəbəqədər müəssələr/məktəblər 4.Ağır nitq qüsurları olan uşaqlar üçün məktəblər 5.Yardımçı məktəblər 6.Ümumtəhsil məktəbləri nəzdində loqopedik məntəqə və ya kabinetlər. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,bu cür xüsusi təhsil növləri yalnız məktəbəqədər və orta təhsil pillələri üzrə nəzərdə tutulub.Əllilliyi olan gənclərin növbəti təhsil pillələrində(bakalavr,magistr və.s) hansı şərtlər və qaydalar əsasında təhsil almalarına dair heç bir xüsusi qanun qüvvədə deyil.  Bəzi məlumatlar “Xüsusi Pedaqogika-N.Hüseynona,L.Rüstəmova” kitabından götürülmüşdür.

Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür.9 oktyabr

Qoç – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.Buğa – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.Əkizlər – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.Xərçəng – Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.Şir – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.Qız – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.Tərəzi – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.Əqrəb – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.Oxatan – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.Oğlaq - Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.Dolça – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.Balıqlar – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.

Sabahın hava proqnozu

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcəyi proqnozlaşdırılır. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti, yüksək dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Rejim yaradıb ona əməl etməmək - Həll etməyin yolları

Dərs çalışmaq üçün  səy göstərən, diqqətini toplaya bilməyən hər kəsin əsas problemi özü üçün rejim yaradıb ona əməl etməməsidir. Bu problem həll etməyin bir neçə yolu var. Psixoloq.az 5 üsulu təqdim edir: Təmiz havada gəzin Əgər dərs və ya iş  prosesində çətinlik çəkirsinizsə, 10 dəqiqəlik gəzmək bir çox problemi həll edir. Bir az ara verib çöldə hava alsanız, beyniniz rahatlaşacaq.  Yenidən işinizə qayıdanda rahatlıqla işləyəcəksiniz. Qısa yemək fasiləsi verin Analar bir çox hallarda dərs çalışarkən uşaqların yanına   qəlyanaltı üçün qidalar qoyarkən əslində haqlıdırlar. Dərs arası belə qidalar beyni və bədəni rahatlaşdırır. Musiqi dinləyin Musiqi hər yaşda insanın zehninin açılmasına və yaxşılaşmasına kömək edir.  Bu da yaddaş və öyrənmə funksiyalarınızın güclənməsini təmin edir. Düzgün yuxu rejimi Nizamlı yatmaq beyinin inkişafına müsbət istiqamətdə təsir göstərir. Ertəsi gün yaxşı çalışmaq üçün yuxunuzu almağınız lazımdır. Rejim yaratmaq Hər gün eyni saatda işə başlayıb, eyni vaxtda dincəlmək beyninizi növbəti işlərə hazır edir. Rejimlə görülən hər bir iş uğuru artırır.(azedu.az)

Göz yaşı qadınların daha çox yaşamasına səbəb olur - Səbəb?

İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır. Çinli professor, psixoloq Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi göz yaşlarıdır. Psixoloq.az bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir. İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır. Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır. Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır.(saglamolun.az)

Valideynlər ən çox səhvi bu zaman edirlər - Körpə xəstələnərsə...

Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır. Bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir: “Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”. Psixoloq.az xəbər verir ki, psixoloqlar, xəstəlik zamanı valideynlərin çox narahat olduğunu, bu səbəbdən düzgün müalicə etmədiklərini bildirirlər. Belə ki, valideyn uşağının dərhal yaxşılaşmasını istədikləri üçün düşünmədən antibiotikə müraciət edirlər. Bununla  yaxşı nəticə əldə edəcəklərini zənn edirlər. Əslində isə antibiotik uşaq sağlamlığı üçün çox zərərlidir. Xəstəlik zamanı sakit olmalı və düzgün addım atılmalıdır.

İşlərdə zəhmətkeş olsanız... - Günün ulduz falı, 8 oktyabr

Qoç -  səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın. Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək. Buğa - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Əkizlər - günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin. Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır. Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin.Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız - bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.Fiziki işlə məşğul olmaq məsləhətdir. Tərəzi - günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun. Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan - səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın. Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin. Oğlaq - səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.Karyeranızı düşünün, planları təftiş edin.Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər. Dolça - təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın. Balıqlar - günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün. Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir. milli.az

"İntim xidmətçi axtarılır" - İnsanları elan verərək intim xidmətə cəlb edirlər/FOTO

Müxtəlif mobil saytlarda insanlar intim xidmətlərə cəlb olunur. Bizimyol.info redaksiyasına daxil olan məlumatda da söz açılan faktın şahidi olduq. Belə ki, mobil saytlardan birində vakansiya elanı verilib. Bakıda yerləşən masaj salonlarından birinə masajist xanım axtarıldığı qeyd edilir. Lakin qeydddə həmin masajist xanımın masaj ortası intim xidmət göstərməsi də qeyd edilir. Bu yolla xannımların əlaqə nömrələrini, onların fotoşəkillərini əldə edir və bu vasitə ilə onları intim xidmətlərə cəlb edirlər. Psixoloq.az xəbər verir ki, psixoloqlara görə, edilən bu hərəkət birbaşa insan tərbiyəsini pozmaq məqsədi daşıyır. Xüsusilə də azyaşlıların tərbiyəsinə zərərdir. Belə elan verən mərkəzlər təcili bağlanılmalıdır. Bu barədə müvafiq orqanlar ciddi nəzarət etməlidir. Redaksiyamıza göndərilən fotoşəkili oxucularımıza təqdim edirik.

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb. İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib. Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır. Qiymət ortalaması 70-84.9 olanlar,  85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər. Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır. Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi  də yüksəlir. Professor Mehmet Engin Dəniz kompüter asılılığı ilə bağlı şagirdlərə məlumatlandırma seminarları təşkil olunacağını bildirib. Onun sözlərinə görə, məktəb psixoloqları bu məsələdə müəllimləri məlumatlandırmalıdırlar: “İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında  çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər. Hədiyyə olaraq verilən kompüter asılılığa yol aça bilər".(AzEdu.az) Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Həmin fikirləri təqdim edirik: Bu asıllıq narkomaniya asıllığı kimi vərdişdir. İnsanın həm psixi, həm də sağlamlığı cəhətdən zərərlidir. Bu mövzuda xüsusilə valideynlər diqqətli olmalıdırlar.

Xoşbəxt münasibətlərin əsas əlaməti AÇIQLANDI

Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar. Psixoloq.az xəbər verir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında “biz” şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir. Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, “biz” şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar. Tədqiqatçılar bildirirlər ki, belə bir vəziyyət təkcə cavanlar üçün yox, yaşlı cütlüklər üçün də aktualdır. Bununla yanaşı, “biz” şəxs əvəzliyinin hansısa münaqişə və ya çətinliklər zamanı işlədilməsi çox vacibdir: “Bu sözlər insanların münasibətini dəyişə bilər və onları daha yaxın və etibarlı edə bilər”.(ölkə.az)

Həftəsonu üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb. Nazirliyin verilən məlumata görə, Böyük və Kiçik Qafqazda gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda 9-14 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 11-16 dərəcə isti təşkil edəcək. Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək. Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək. Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, okytabrın 6-sı gündüz, 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

"Qonaq gəlmişik olmaz, sakit ol" - Valideynlərin uşağa verdiyi zülm

-         “Mama.. -         Qonaq gəlmişik olmaz, sakit ol!.. “ Bəli, əksər uşaqlar ailəsi ilə qonaq getdikləri evlərdə bu kimi qadağalarla üz-üzə qalırlar. Belə reaksiyaların uşağa nə dərəcə təsir etdiyini həmin an onun üz ifadəsindən də anlamaq mümkündür. Getdiyi evdə oynaya biləcəyi yaşıdları belə olsa qızarmış, tutulmuş, utancaq üz ifadəsi olur….“quzu kimi”… Hələ bir də özünü əsl tərbiyə edici valideyn qismindən sayan ana-atası oldusa, uşağı digər otağa və ya hamama aparıb “anladığı dildən” izah edib geri gətirir. Əksər halda isə sadəcə uşaq olduğunun günahını yaşayan balacanın üzündə barmaq izləri belə bir çox suala cavab verir. Bəzən valideynlər qonaq getdikləri evlərdə uşaqları o dərəcədə sıxa bilərlər ki, hətta uşaq ayaqyolu istəyi olduqda belə bunu dilə gətirə bilmir. Çox gümanki ana da əvvəlcədən ayıbdı deyə uşağı yetərincə tənbehləmişdir. Halbuki qapıdan çıxan kimi həyətdə münasib bir yerə bunu etmək yetərincə düzgün olmayan hərəkətdi… Dəfələrlə qarşılaşdığım bu kimi durumlara zaman keçdikcə məna verməyə çalışmışam. Gedilən evdə hələ qapını döyməmiş uşağa bir-bir kimə nə demək lazım olduğunu əzbərlədən valideynlər… Çox gümanki uşağın bu cür böyük kimi, yaşına uyğun olmayan şəkildə salamlaşması, hal- əhval soruşması heç də təbii və isti münasibət olmur. Əslində uşaq dediklərinin çoxunun mənasını belə bilməyə bilər. Bunların bir neçəsiylə qarşılaşmış bir uşaqlığım olub, eləcə də çoxumuzun, və bunun nə dərəcədə düzgün olub-olmadığını anlaya biləcək qədər məlumatımız vardır. Məncə, belə yanlış rəftarların yerinə evdə uşaqla keçirilən vaxtı düzgün qiymətləndirmək olar, məsələn: “evcik-evcik” deyə bildiyimiz oyun, qız-oğlan fərq etməz, çoxumuzun uşaqlıqda ən sevimli oyunlarından biri olub, kimi ata, kimi ana, kimi isə körpə və s. rolunda olurdu. Valideyn bu oyunlar vasitəsilə uşaqlarına qonaqlıq, qonaq gələndə, qonaq gedərkən rəftar davranışlarını düzgün mənimsədə bilər. Eləcə də evə qonaq gələrkən uşaqla bərabər vaxt keçirtmək, süfrəni birgə hazırlamaq, yığışdırmaq, oyunda rollar yaradaraq öz oyuncaqlarını və otağını qonaq gələn uşaq ilə paylaşmaq və s. kimi məşğuliyyətlərlə daha yaxşı anlatmaq olar. Tam tərsi gedilən evə çatana kimi yolda uşağa qayda-qanun dərsi vermək yerinə, onun düzgün davranışları özü tərəfindən başa düşülməsini həyata keçirtmək lazımdı. Əlbətdə ki, maskalamaq uşağı tərbiyəli etmək mənasına gəlməz. Normal olaraq hər bir uşaq getdiyi yerdə acıya da bilər, susaya da bilər, yata da bilər, yaşıdı yoxdursa, evdən apardığı gəlinciyi və ya maşını ilə vaxtını keçirdə bilər. Bunun əvəzinə böyüklərin böyük söhbətlərinə qulaq asmaq məcburiyyətində olmamalıdır. Ancaq bəzən valideynlər qonaq getdikləri yerlərdə və ya evlərinə qonaq gəldikləri zaman onların yanında pis vəziyyətdə qalmamaq üçün uşağın hər istədiyini edirlər, bu da getdikcə uşağın daha çox istəklərinin yaranmasına gətirib çıxarır. Belə ki onlar artıq qonaqdan sui-istifadə edə bilərlər. Bu cür valideynlərin əksər hallarda şikayətlənərək işlətdiyi söz… ”uşağımız evdə bir cür, qonaq gələndə ya gedəndə başqa cür olur…” Təbii ki, cəmiyyətimiz tərəfindən kobud şəkildə “ipini qırmış” deyə adlandırılan hiperaktiv xarakterli və ya tamhiperaktiv uşaqlar var. Getdikləri yerlərdə və ya öz evlərində hərəkətləri ilə daim diqqət çəkə bilərlər. Yenə də bu onların günahı deyil. Valideyn yetərincə düzgün tərbiyə, nəzarət etmək bacarığına malik deyilsə, döymək-danlamaqla heçnə əldə edə bilmədikləri halda belə buna davam edirlər. Bunun yerinə uşaq rəftarı ilə bağlı düzgün biliklərə malik insanlara müraciət etmək lazımdır, onlar uzaqda deyil. Hal-hazırda cəmiyyətimizdə ən çox tələbatlardan biri olan uşaq psixoloqlarına müraciət etmək həm uşaq, həm də valideyn üçün daha düzgün bir addımdır. Tez-tez rast gəlinən hallardan biri də, yaşıdları olan evdən qayıdarkən uşaqda ona aid olmayan əşyalar ola bilməsidir. Bu zaman valideyn inanmadığını bildirib araşdırmalıdır, uşağa isə “bilirəm bunlar sənin deyil, ona görə məndə qalacaq” deyib, almaq lazımdır. Yetərli bir müddət edildiyində uşaq bu xasiyyətindən uzaqlaşacaq. Evə qonaq gələrkən, bəzən valideynlərdən əlavə uşaqları da narahat edən bir durum ortaya çıxır. Hazırlıqlar etməyə başı qarışmış ana-ata uşağa “indi işim var, otağına get oyuncağınla oyna!” deyərək ona mane olan bir şəxs kimi rəftar etməməlidir. Belə bir rəftar uşağı qonaqlara qarşı soyuda bilər. Qonağı, anasını ondan ayıran insan kimi görməyə başlayar. Halbuki daha əvvəl də qeyd etdiyim kimi, süfrənin hazırlanmasında, başqa yüngül işlərin icrasında uşağın da köməyindən istifadə edilərsə, həm valideyn, həm də uşaq üçün cansıxıcı bir durum meydana gəlməz. Eləcə də öyrənmənin bir hissəsi həyata keçirilər. Mən, Aytən Cavadzadə 4-cü kurs Psixologiya ixtisası tələbəsi olaraq və Uşaq Psixoloqu olmaq məqsədli araşdırmalarımda, müşahidə etdiyim durumlarda diqqətimi çəkən önəmli saydığım bir mövzuya toxunmaq istədim, bu məqaləmin uşaqlara münasibətlə bağlı daha az bilgilərə, hətta yanlış bilgilərə malik olan valideynləri qismən də olsa doğru istiqamətləndirəcəyinə ümid edirəm… J Aytən Cavadzadə

Hər iki qadından biri bu xəstəlikdən əziyyət çəkir

Daminarkanın Rotterdamlı Erezma universitetinin tərkibindəki Tibb Mərkəzinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az "ölkə.az"-a istinadən bildirir ki, nəticələrə əsasən, hər iki qadından biri demensiya, Parkinson xəstəliyi və ya insulta düçar ola bilər.  Bu barədə geniş məqalə "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilib.  Bu xəstəliklərə isə hər üç kişidən biri düçar ola bilər. 1990-cı ildən 2016-cı ilə qədər aparılan təcrübədə 12 mindən çox insan iştirak edib. İştirakçıların yaşı 45-dən yuxarı olub və onlaın 58%-ini qadınlar təşkil edib. Tədqiqat zamanı 5291 iştirakçı dünyasını dəyişib. Onlardan 3260 nəfəri nevroloji xəstəlikdən əziyyət çəkməyib. 1489 nəfərdə (80 faizində Alsheymer xəstəliyi) demensiya üzə çıxıb. 1285 nəfər insultdan əziyyət çəkib. 263 nəfərdə isə Parkinson xəstəliyi müşahidə edilib. Ümumi olaraq bu üç xəstəlikdən birinin yaranma riski qadınlarda 48%, kişilərdə isə 36% olub. Bu xəstəliyin tam müalicəsi olmasa da, psixiatrın köməyi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.

İlk görüşdə veriləcək suallar

İlk görüşmə zamanı cütlüklər qarşısındakıları daha yaxşı tanıya bilmək üçün qarşılıqlı suallar verirlər. Psixoloq.az xəbər verir ki, bu suallar əksər zaman eyni olduğundan həm görüş sıxıcı olur, həm də eyni suallar qarşısınızdakının xarakterini anlamaqda çətinlik yaradır. Psixoloqlar ilk görüş zamanı verilməsi vacib olan suallar siyahısını hazırlayıb. “Ölmədən öncə nələr etməyi düşünürsən?” Bu sual qarşınızdakının həyata dair xəyallarını ortaya qoyur. Həmçinin xəyalını birlikdə etməyinizə şərait yaradır. “Sənin üçün ideal tətil nədir?” Tətil deyən zaman dəniz, günəş, qumdan başqa bir şey düşünməyən biri ideal tətili evdə futbola baxmaq olaraq düşünən biri ilə anlaşa bilər? Təbii ki anlaşar ancaq bu vəziyyəti əvvəlcədən bilməkdə fayda var. Tətil hər şey demək deyil amma bunun da vacibliyi az deyil. Bu səbəbdən qarşısınızdakının fikrini öyrənin. “Bu günə qədər etdiyiniz ən böyük çılğınlıq nədir?” Hər kəs zamanında bir dəfə də olsa çılğınlıq edib. Ancaq bunu ilk görüşdə anlamaq çətin ola bilər. Buna baxmayaraq sizə həmin xatirəsini rahatlıqla sizə danışırsa və sizi güldürə bilirsə, bu özgüvənli olduğu deməkdir. “Pulun çox olarsa nələr etməyi düşünürsən?”, “Daima eyni mövsümdə qalsaq hansını seçərdiniz?” kimi suallar da ilk görüşdə verilə bilər. Şəhanə Quliyeva

Gərginlik hiss edəcəksiniz - Günün ulduz falı

Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin. Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən həyata keçirin.Yaxşı tanımadığınız insanlara bel bağlamayın.Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.Axşam saatlarında əhvalınız yaxşılaşacaq. Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın. Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin. Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri addımları atın.Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar. Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın. Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq. Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa, məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik yarana bilər.Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin.  Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti, əyləncəni unudun.Axşam saatlarını ailə üzvlərinizə həsr edin. Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın. Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən faydalanmaq zamanıdır.Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər. Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın. Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan münasibətləri qoruyun. Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz. Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək. Milli.Az

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir?

Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigenik normlarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” düşüncəsi ilə zorla yedirirlər. Sevgisini körpəsini çox yetizdirərək göstərən ana zaman keçdikcə rolları dəyişərək yeməkdən qaçan uşaq və əziyyət verən ana roluna çevrilir. Bu problem zamanı hər cür vasitələrdən istifadə edilir. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki cəzalandırır, mükafatlandırı heç biri təsir etməsə ən sonda yerə uzadaraq zorla ağzına qoymaya cəhd edir. Amma bu heç də uşaq kaprizi dediyimiz vəziyyət olmaya bilər. Bu əlamətlər anoreksiya dediyimiz klinik- psixoloji problemin başlanğıcı ola bilər.Əsasən anoreksiya uşağın 14-15 yaşlarında müşahidə olunsa da artıq son illər a bu xəstəlik hətta körpələrdə təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti, uşağın əmməkdən və ya əmzikdən imtina etməsidir. Bu zaman məcbur etməkdən yaranan spontan qusma izləri, aclıq əlamətləri müşahidə olunmur. Qaşıq ilə yeyərkən isə ağız passiv bir şəkildə açılır, ancaq bu dəfə udma aktı gerçəkləşmir. Körpə yemək yeməsə belə orqanik patalogiya- yuxusuzluq və halsızlıq müşahidə olunmur.Yemək zamanı ana başda olmaq ailənin bütün üzvləri uşağı yedizdirmə prosesində iştirak edir. Mahnılar səslənib hekayələr oxunur, oyuncaqlarla oynanılır, yeməyin dadı ata başda olmaqla digər ailə üzvlərinə- nənəyə, babaya, bibiyə dadızdırılır. Bunlar fayda vermirsə ən son halda yuxuda süd və ya yemək verilir. Təəssüf ki, bunların heç biri körpə tərəfindən qəbul edilmir. Beləcə yemə prosesi uzanır və zorla yedizdirilən yemək udulduqdan sonar körpə tərəfindən qaytarılır.Unudulmamalıdır ki, yedizdirən adam dəyişsə də, uşaqda yeməklərdən imtina davam edəcək. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də bu metod qısa müddət ərzində təsirini itirir. Xüsusən belə situasiyalarda valideynlərin əsasən anaların narahatlığı daha çox artır.Uşaqlarda bu əsasən 6.aydan sonra müşahidə olunmağa başlayır. Əsasən uşaqlara zorla yedizdirmə ikinci hallarda infeksiya, peyvənd, diş çıxarma və s. səbəb olur.Körpənin 2yaşından sonra anoreksiya daha da kəskinləşir. Əgər üzərinə düşülməzsə bu problem dərinləşərək yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi digər psixoloji problemlərə gətirib çıxarır.Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə parallel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir. Xüsusən bu problemli uşaqlarda səbəb valideynlərin zorla uşağı yedizdirməyə çalışmasıdır. Yedizdirmə zamanı nələrə diqqət edilməli: Verilən yemək uşaq tərəfindən imtina olunarsa məcbur edilmədən digər yeməyə keçilməlidir.Yemək az miqdarla başlanmalıdır.İmtina olunan yeməyə yenidən dönülməməli və verilən yeməyin miqdarı dəyişdirilməməlidir.Miqdarın artırılması ancaq uşağın istəyi ilə olmalıdır.Yemək saatlarında ana-uşaq rolları dəyişdirilməlidir. Uşağı tələb edən roluna yönləndirmək lazımdır.Heç bir halda zorla yedizdirlməməlidir.Yemək vaxtında oyun oynanmamalı, uşağın qabağında yemək haqqında danışılmamalıdır. Bunlar zamanla dəyişilməyə başlanmalıdır. Uşağınızı əlləri ilə yeyə, ətrafını və özünü çirkləndirə bilməlidir. Artıq uşaq özü yeməyə cəhd edirsə bu terapiyanın uğurla sonlandığının əlamətidir. Lakin hədsiz narahat və həssas analarla müalicəyə bəzən mənfi təsir göstərə bilirlər. Qayğılı ana tez panikaya qapıla bilir. Hər deyilənləri yerinə yetirsə də, hədsiz həssaslığı anoreksiyanı yenidən yaranması üçün şərait yaradır.Sonda isə , əziz valideynlər, araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən əksər problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana- atanın psixoloji durumudur. Övladlarınızın sağlamlığı üçün öz sağlamlığınız qoruyun. Əgər problem nə qədər uzun müddət davam edərsə bu bir o qədər ailə münasibətlərinizi zədələyəcək, problemin düzəlmə şansını azaldacaqdır. "NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova

Sabah yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında oktyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.