Həddindən artıq ideallıq, xırdaçılıq - Anankast şəxsiyyət pozuntusu nədir?

Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf  biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür.  Pedantik və  inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir.  Bütün bunlar eqonun  artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri  F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu

Bunlara diqqət edin - Evliliyi sarsan böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki; —Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi — İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq, bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? — Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı — Uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s) — Onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik — Kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə. Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Sevda Xəlilova 

"Uşaqdan Eynşteyn gözləməyin, psixoloji diskomfort yaşayır" - Pediatrdan XƏBƏRDARLIQ

Pediatr Vaqif Qarayev, övladı birinci sinfə getməyə hazırlaşan valideynlərə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, pediatr hər bir uşağın qavrama qabiliyyətinin fərqli olduğunu, bu səbəbdən onlara əsəbləşməyin yersiz olduğunu qeyd edib. Mütəxəssisin sosial şəbəkədə paylaşdığı yazısını təqdim edirik: "Hörmətli valideynlər! Birinci sinfə gedən uşaqlarınızdan iki həftə ərzində Eynşteyn düzəltməyə çalışmayın! Hər uşağın diqqət konsentrasiyası, qavrama qabiliyyəti, dərsə(kitab-dəftərə) marağı fərdidi...ona görə qonşu partada oturan uşaqla müqayisə etməyin övladınızı...İmkan verin özündə maraq, həvəs yaransın...ola bilər bu, bir il vaxt aparsın... Evdə aqressiv münasibət görən uşaq məktəbdə də oxşar halla qarşılaşır...6 YAŞLI UŞAQ! Nəticədə psixoloji diskomfort yaşayır...diqqəti daha da yayınır, yaddaşı pozulur, pis yeyir, pis yatir...ya oyanıq olur, ya da özünə qapanır və s. Bütün bunlar uşağın immunitetinə təsir edir....stressə dözmür körpə balalar...payız fəslini də nəzərə alsaq xəstəliklər qaçılmaz olur". Şəhanə Quliyeva

Şiddətin qaynaqları nədir? - Erich Fromnun araşdırması

Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim

Kənarda qalmaq istəmirsinizsə... Özünüzü sınayacağınız peşələr

Yaxın keçmişdə tələb olunan ixtisaslar sabah gərəksiz ola bilər. Əgər siz kənarda qalmaq istəmirsizsə, gələcək üçün tələb olunan ixtisaslara yiyələnə bilərsiz. İnteraktiv dizayner - auditoriyanı baş verənləri təkcə passiv şəkildə müşahidə etməyə yox, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağıran layihələr yaradan mütəxəssis. Rəqəmsal transformasiya üzrə mütəxəssis - süni intellektdən, virtual reallıqdan, robototexnikadan, internet resurslarından başı çıxmalıdır. Həmin adam informasiya və rəqəmsal texnologiyalarından istifadə edərək, xüsusi rəqəmsal sfera yaratmaq və müştəridə istifadəçi təcrübəsi formalaşdırmaqla şirkətin gəlirini artırmağa çalışmalıdır. Şouranner - bu adam müxtəlif teleseriallar yaratmaq prosesini idarə edir. Onun öhdəiliyinə ssenari yazmaq, prodakşn öncəsi məsələlərin həlli, layihənin təqdimatı və gerçəkləşdirməsinə nəzarət durur. İşıq dizayneri - bir çox sahələrdə tələb olunur. Bu, həm kino, həm müxtəlif televiziya verlişləri, həm də təqdimatların təşkilatçılığıdır. İşıq üzrə mütəxəssis, özü də işıq dizayneri dizayn, elektrotexnika, memarlıq barədə də məlumata malik olmalıdır. Məhz bu zaman o, yaxşı qazana bilər və onun xidmətləri daim tələb olunacaq. Yeni media produseri - Reklam daha ticarəti hərəkətə gətirən yeganə vasitə sayılmır. İndi sosial şəbəkələrdə olan bir sıra faydalı kanallar məşhurluq əldə edir ki, burada müştərilər üçün bir sıra mətn və videolar hazırlanır. Redaktorların işi asan olsa da, keyfiyyətli videokontent hazırlamağı bacaran produser tapmaq olduqca çətindir. Yeni peşəyə malik olmaq üçün marketinqin qaydalarını bilmək lazımdır. Habelə kommunikasiyanın əsas xüsusiyyətlərini və prinsiplərini bilmək, rejissorluq, produserlik bacarığına malik olmaq, ssenari yazmağı bacarmaq da gərəkdir. Əgər siz rəsm çəkməyi bacarırsızsa, öz gücünüzü filmdə, animasiyada, oyunlarda və sair əyləncələrdəki bütün obrazların vizualizasiyasına cavab verən konsept-rəssamlıqda sınaya bilərsiz.

Tənhalıqdan çıxmağın yolları

Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz,dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir. Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb,öz həyatı, həyatını,duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır. Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə müraciət edə bilər. Tənha insanlar internet və ya komputer oyunlarından asılı olurlar. Davamlı izdihamlara qarışıb tənhalığını görməməzliyə vururlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu onları qane etmir. Davamlı olduğu mühitdən və ya cəmiyyətdən özünə qarşı maraq gözləməkdə tənha insanlara aid xüsusiyyətdir. Bu insanlar intensiv emosional-sosial əlaqələr yaşamaqdan-bağlanmaqdan qaçırlar. İctimai münasibətlərdə səthi olurlar. Yaşadıqları hadisələr nəticəsində cəmiyyətdən uzaq qalmağı seçirlər (təcavüzə məruz qalmaq, qəsb və s.)  Bütün insanlar cəmiyyətdə dəyər görmək, sevilmək qayğı görmək istəyirlər. Amma bəzən dəyər görmək istəyən fərd, özünü dəyər görmək istədiyi insana, qrupa, birliyə üstünlük davranışı nümayiş etdirər. Üstün olduğunu fərqli olduğun göstərərək dəyər və qayğı gözləyərlər. Məhz burada ideoloji və davranışsal xətanın ilk nəticəsi insanın tək qalmasıdır. Nəticədə insanlar özlərindən fərqli olana, uzaq olana, üstün olana deyil, özünə oxşayana, eyni səviyyədə olana dəyər verirlər.  Əgər, şəxsin həyat yoldaşıyla arasında məsafə məsələsi varsa bu bir evdə iki nəfərlik tənhalıq yaşamaq deməkdir. Daxili o tənhalığı həyat yoldaşı doldurmaz. Beləliklə, yoldaşlardan biri davamlı bir bədbəxtlik və axtarış içində olur. Evli insanların tənhalığı daha ağır olur. İnsan bunu qəbul etmir. Bu səbəblə bu hal birlikdə həll olunmalıdır.Yaşlılar, yaxınları ilə birlikdə yaşadıqları zaman daha xoşbəxt olurlar. Bu zaman yaşlılar özlərini təhlükəsizlikdə hiss edirlər. Yaşlıların ən böyük problemi tək qalmaqdır. Çünki ailələrin uşaq sahibi olmalarının əsas məqsədlərindən biri də tənha qalmamaqdır.  Tənha insanlar tənhalıqla başa çıxmaq üçün aşağıdakıları yerinə yetirməlidir: Özümüzü mühakimə etməliyik. Biz niyə dost tapa bilmirik?Münasibətlərimizdə gündəlik gözləntiləri deyil, uzunmüddətli hədəfləri qarşımıza məqsəd qoymalıyıq.İnsanlara güvənmək barədə fikirlərimizlə deyil, şərait və ünsiyyətin xarakterinə görə hərəkət etməliyik. İnsanlara güvənmədiyimiz müddətcə  dərin və etibarlı əlaqələr qura bilmərik.Yoldaşlıq və dostluq meyarlarını həqiqətlər üzərində qurmalıyıq.Qarşı cinslə olan münasibətlərdə qarşılıqlı gözləntilərə həssas olmalıyıq.Tənhalığa qalib gəlmək üçün real olmayan üsullar əvəzinə bizi inkişaf etdirəcək fəaliyyətlər tapmalıyıq.Əgər içimizdəki duyğusal tənhalığın səbəbini bilmiriksə bu zaman bir mütəxəssisdən kömək almalıyıq. Bu hal həyati bir qalıq və ya psixoloji bir problemin göstəricisi ola bilər.                                                                                                                                   Mustafayeva  Sünbül 

Yeniyetmə övladı olanlar...

Yeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir. Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır. "Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik. Tənqiddə simic, tərifdə comərd olun Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar. Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar. Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər. Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır. Təriflərinizi eşitmir, ya da heç vecinə deyilmiş kimi davransa da, əslində önəmsəyir. Fərqli olduqlarını qəbul edin Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq. Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər. Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir. Hər zaman yaxşı dostları olmayacağını bilin Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur. Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq. Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.

Agresif davranışları artırsa - Psixomola nədir?

Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb məsuliyyətlərdən qaçmadır. Bütün bunları nəzərə alsaq yeniyetmə olmaq asan deyil. Eyni şey ana, atalar üçün də etibarlıdır, yeniyetmə valideyni olmaq heç də asan deyil. Yeniyetmə artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar. Hansı hallarda psixomola ola bilər? — Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa, — Şəxsiyyət qarışıqlığı yaşanırsa, — Valideyn olaraq, yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,— Akademik müvəffəqiyyət düşürsə, — Spirtli içki və maddə istifadəsinə başlayırsa — Agresif davranışları artırsa— Sosial uzaqlaşma və bənzəri hallarda psixoloqa müraciət edilə bilər. Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu  Validə Abbasova

Evlilik üçün psixoloji yaş əsasdır - Səbəbi...

Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.Burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir.Həmçinin yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Bəzən eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər. Burada əsas psixoloji yaş amili olmalıdır. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər. Psixoloq, psixoterapevt Günel Vəliməmmədova

Bir çox valideynin problemi - Uşaqların məktəb fobiyasını necə həll etməli?

Məktəblərin açılmasına günlər azaldıqca bir çox valideynlər uşaqlarının məktəb fobiyası ilə rastlaşırlar. Ən çox birinci sinifə yeni qədəm qoyacaq 6-7 yaş arası uşaqlarda rast gəlinin bu fobiyanın başlıca səbəblərindən biri uşaqların həmişə valideyn nəzarətində olması və müstəqil olaraq heç nə etməmələridir. O yaşa kimi ana atasından hətta nənə babasından ayrı qalmayan uşaqlar üçün  məktəbdə 3-4 saat parta arxasında oturmaq ciddi sürətdə narahatedici və maraqsızdır. Bu hallarda bir müddət sonra uşağınız mədə ağrısı,ürək bulatısı kimi somotik simptoplarla şikayət etməyə başlayacaqdır. Məktəbə getdiyində ağlamaq, əlinizi sıxmaq, hətta müəllimlərin onunla maraqlanmadığını deyib məktəbi sevmədiyini sizin onu araya göndərməməniz üçün israr edəcəkdir. Belə hallarda valideynlər nə etməli? 1. Məktəb qorxusu yaxud valideynsiz qala bilməmək qorxusu varsa uşaqda əvvəlcə uşağa müstəqillik aşılanmalıdır. O yaşına kimi valideyndən ayrı qalmadığı üçün məktəb müəlliməsi və valideyn ortaq çalışmalı, onun özgüvənini yaratmalıdırlar. 2.Uşağınızın məktəbdə ağlaması yaxud sizdən ayrıla bilməməsi ilə onu lağa qoyub gülməyin. 3. Uşağınızın qorxularını başa düşün və onu anladığınızı ona sakit dil ilə başa salmağa çalışın . 4. Uşağınıza təkcə qala bilməsi ilə bağlı cəsarətləndirin, ona inandığınızı söyləyib siz olmasanız belə adi problemərin öhdəsindən gələcəyinə inandırın. Bunu bacardığı zaman mütləq ki qiymətləndirin və ona hədiyyələr alın. 5. Məktəbə gedən nağıl personajları uydurun, yaxud cizgi filimləri izlədin. Ona bol bol məktəbdə xoşbəxt olan uşaqların hekayəsini danışın. Onun da bacaracağına dair özgüvən yaradıb, inandırın. 6. Məktəb alış-verişinə gedin. Orda dəftər və qələmlərin uşağınızın seçməsinə diqqət edin. 7. Ona məktəbin gözəl tərəflərini danışın. (onun anlaya biləcəyi mövzular olması şərtdir) 8. Uşağınıza niyə məktəbə getməli olduğunu başa salın. 9. Uşağınızı səhərlər maraqlı oyadın, öpərək ya da mahnı oxuyaraq oyada bilərsiniz. Səhər yeməyində onunla söhbət edin, uşağınızı bol-bol dinləyin. Məktəbdə olduğu müddətcə onun üçün darıxacağınızı söyləyin. Evə gələndə mütləq məktəbdə olanları sizə danışmasını xahiş edin, əgər özündən balaca bacısı, qardaşı varsa onlara məktəbi başa salmasını istəyin . 10. Qərarlı olun. Onun bəhanələrinə uyub bu gün də dərsə getməsin kimi halları artırmayın. Siz onu nə qədər evdə saxlasanız o qədər məktəbdən uzaq qalacaq. 11. Əgər uşağın yanında ata anasından hansı daha ciddi və sözünü keçirə biləndirsə uşağı məktəbə o aparmalıdır. 12. Mütləq ki, məktəbin qapısında uşağınızı qucaqlayın və onu sevdiyinizi deyin. 13. Heç vaxt uşağınıza şərt qoymayın. Əgər bu gün məktəbə getsən sənə istədiyin oyuncağı alacam ya da istədiyin parka gedəcəyik kimi hallar olmasın. Yalnız doğru olanı etdiyi zaman mükafatlandırın. Əks halda sonra qarşısını ala bilməyəcəksiniz.  14. Ən əsası bu 13 maddədən sonra uşağınız hələ də məktəbə getməməkdə qərarlıdırsa mütləq məktəb psixoloquna müraciət edin. 

Sevgisizlik... - Bir çox çarəsizliyin səbəbi

Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"... Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.  Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar". Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət.  Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də.  Səbəb təkcə maddi durumun çətin olmasıdır? Xeyr.  Sevgilisinin onu tərk etməsidir? Xeyr.  Öz ruh halının pessimist olmasıdır? Xeyr.  Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil.  Bəs nədir səbəb? Sevgisizlik...  Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir.  Yaxud başqa misal: Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam" hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar.  Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur.  Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün "Ehtiyaclar piramidası" haqqındakı əsərində xüsusi bölməni "sevgiyə tələbat və mənsubiyyət"ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var.  XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da "Sevmək sənəti" əsərində yazıb: "sevgi haqqında danışmaq "mocüzə etmək" deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil". Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır?  Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək.  Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər.  Atılmalı birinci ad­­dım – sev­ginin yaşamaq kimi, sənət olduğunu dərk et­məkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xar­­rat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi et­mə­liyik (Erix From).  Sevgiyə dərin ehti­yaca baxmayaraq ondan başqa hər şey daha va­cib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. De­mək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olun­mur.  Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təc­rid­olunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kö­mək edir, özü olaraq qalmağa, bütöv­lü­yü­nü qorumağa kömək edir.  Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur.  Sevgisiz zəka, bizi lovğa edər. Sevgisiz ədalət bizi amansız edər.  Sevgisiz diplomatiya bizi ikiüzlü edər. Sevgisiz uğur bizi təkəbbürlü edər.  Sevgisiz zənginlik bizi həris edər.  Sevgisiz itaətkarlıq bizi xidmətçi edər.  Sevgisiz kasıblıq bizi deyingən edər. Sevgisiz gözəllik bizi gülünc edər.  Sevgisiz qüdrət bizi despot edər.  Sevgisiz işləmək bizi kölə edər.  Sevgisiz sadəlik bizi dəyərsiz edər. Sevgisiz qanun bizi dustaq edər.  Sevgisiz siyasət bizi eqoist edər.  Sevgisiz inanc bizi fanatik edər.  Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski "Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir" fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir. 

Karl Qustav Yunqu necə və nə üçün oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, "Tavistok mühazirələri"ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək.  Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun "Yunq psixologiyasına giriş" kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.   Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm:  1) İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları "İnsan və simvolları" məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası "ilkin modellər") kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib.  2) "Tavistok mühazirələri" – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək "Tavistoks mühazirələri"ni oxuduqdan sonra "İnsan və simvolları"na keçə bilər.  3) Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə "İndividuasiyanın altı arxetipi" kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip "Ana Uşaq və Mənlik"dir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır.  4) Bir qədər daha mürəkkəb sayılan "Dövrümüzün mənəvi problemləri" məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. "Müasir insanın mənəvi problemi", "Müasir psixiatriyanın problemləri", "Freyd və Yunq qarşıdurması", "Psixoloji tipologiya", "Ruh və torpaq", "Arxaik insan", "Həyat sərhədi", "Analitik psixologiya və dünyagörüşü", "Kompleks və mif", "Ruhun quruluşu", "Nikah psixoloji münasibət kimi" məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq.  5) Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını "Xatirələr, yuxular, düşüncələr"i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası "Ölülərə yeddi nəsihət" olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq.  6) Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri "Transformasiya simvolları" adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, "uşağın qurban edilməsi" – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur.  7) İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab "Eqo və şüursuzluq arasındakı əlaqə"dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir.  8) "Sinxronluq". Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi.  9) Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan "Aion" kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. "Aion" - əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin "Eqo və Arxetip" kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, "Aion"nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır.  Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz.  10) "Psixologiya və kimyagərlik". Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır.  Beləliklə, Yunqun "kimyaçılıq" kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın "Kimyagərlik" kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib.  10) Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: "Merkurinin ruhu" və "Parasels". Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır.  11) "Psixologiya və din". Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır.  12) "Üçlük haqqında mifin psixoloji izahı cəhdi". "Budur, üç nəfər, bəs dördüncü hardadır?", Platonun qədim sualını təkrarlayaraq Höte "Faust" da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi - Yunqun qoyduğu məsələlər bunlardır.  13) "Kütlədə transformasiya simvolları". Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir.  14)"Misteriya birləşməsi". Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı.  15) "İovaya cavab". Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: "Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə "İovaya cavab"ı dəyişməzdim". Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir.  "İovaya cavab" kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin "Şüurun yaranması" kitabından öyrənə bilərsiniz.  Yunqun digər köməkçi və xüsusi işləri: 1) Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı 2) "Yoqa və Qərb" bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, "qızılgül sirri"nə şərh...  3) "Psixoterapiya" toplusunda "Psixoterapiyanın məqsədləri", "Psixoterapiya haqqında bəzi prinsipial fikirlər", "Psixoterapiyanın əsas məsələləri" adlı məqalələr var.  4) "Psixologiya və incəsənət" kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir?  5) "Şüursuzluq məsələlərinə dair" məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. "Yuxuların mənası", "təhtəlşüurda keçmiş və gələcək", "yuxuların funskiyası", "yuxuların təhlili", "tiplərin problemi", "yuxu simvolizmində arxetiplər", "insanın ruhu", "simvolların mənası", "bölünmənin müalicəsi", "yuxu təhlillərinin praktikada istifadəsi", "psixoterapiya və dünyagörüşü", "əqli və psixi pozuqluq".  6) "Transsendent funksiya" məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. "Transsendent funksiya" ziddiyyətlərin birləşməsini, "Kəşf olunmamış mənlik" individuasiya fenomenini, "Votan" və "Kölgə ilə mübarizə" narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir.  Tərcümə: Ceylan MUMOĞLU

Kasıblığa səbəb olan vərdişlər

Vərdiş 1: Məsuliyyətdən qaçmaq Kasıb adam heç vaxt məsuliyyəti öz üzərinə götürmür. O, daha çox öz uğursuzluğunda iş yoldaşlarını, müdiri, yaxud sistemi günahlandıracaqdır. Ancaq öz məğlubiyyətini boynuna almayacaq. Kasıb adam belə düşünür: “Əgər onlar olmasaydı, mən çoxdan uğurlu adam olardım”. “Mənə hamı mane olur, mən heç nə edə bilmirəm”. Vərdiş 2: Vaxtı uzatmaq Uşaqlıqdan bizə qədim atalar sözünü misal çəkirlər: “Yeddi dəfə ölç, bir dəfə biç”. Vaxt gedir, ancaq siz ölçməyi düşünürsüz və nəticədə daha “zirək” biri ortaya çıxır və aylarla ölçdüyünüzü qabağınızdaca biçir. İlk addımı atmağa və risk etməyə qorxmayan adam qələbə çalır. O kəs ki, öz ideyalarını gerçəkləşdirməyə çalışır, nəinki onları beyninin bir küncündə saxlayır. Kasıb təfəkküründə olan insan həmişə vaxtı uzadır, öz hərəkətsizliyinə bəhanə axtarır və əlbəttə ki, bunu özgələrinin boynuna atır. Vərdiş 3: Yəqinliklə hərəkət etmək Kasıb adamlar riski sevmir, onlara stabillik bəs edir, qoy lap az maaşla olsa belə. Nəticədə maaşdan-maaşa yaşayırlar. Ancaq düşünürlər ki, buna dəyər. Çünki stabillik qanadının altındadırlar. Vərdiş 4: Pulsuz öyrənmək Adi kasıb insan çox sayda pulsuz treninq və seminarlara yazılır, demək olar ki, onların çox hissəsinə isə heç qulaq da asmır. Nəticədə insan təhsil illyuziyası altında yaşayır, ancaq əməldə heç bir inkişaf olmur. Pulsuz pendirin harada olması hamıya məlumdur. Uğurlu sahibkar olmaq üçün müəlliminlə canlı rabitədə olmalısan, dəqiq hərəkət planı lazımdır və irəliyə hədəf qoyulmalıdır. Treninqin qiyməti, təkcə gələcək uğurun göstəricisi deyil, həm də sizin motivasiyanızın göstəricisidir. Vərdiş 5: Başqalarının zəhmətini qiymətləndirməmək Kasıb təfəkküründə olan insan başqalarının hesabına yaşayır. Mahnı, treninq, film, yaxud kompyuter proqramlarını torrent saytlarından yükləyir. Onun fəlsəfəsi pullu xidmətləri və ya avadanlıqları pulsuz əldə etməkdir. Ona görə də kasıbların kasıblar üçün yaratdığı qara bazardan, yaxud quldurluq yolları ilə yaradılan vasitələrdən yararlanmağa çalışır. Pullu xidməti pulsuz əldə etmək oğurluqdur. Başqasının intellektual xüsusiyyətini oğurlamaq və aldatmaq insanı daim kasıblıqda yaşamağa vadar edir. Vərdiş 6: Özünə yazığı gəlmək Adətən insanlar öz problemlərinin kökünü şəxsi vəziyyətlərində görürlər. İstər bu vəziyyət xoşagəlməz coğrafi ərazi olsun, yaxud uyğunsuz bədən quruluşu, yaxud kasıb ailədə doğulmaq, ya da kifayət qədər təhsil almamaq və ya arzuladığı ölkədə yaşamaq olsun və sair. Kasıb adamın arsenalında özünə yazığı gəlməsi üçün kifayət qədər səbəb vardır. Ancaq bu yolla kapital qazanmaq mümkün deyil. Vərdiş 7: Ahu-zar və şikayət etmək Sirr deyil ki, pulsuzluq neqativ emosiyalara səbəb olur. Kasıbdan fərqli olaraq, zəngin təfəkkürü olan adam uğursuzluğu uğura doğru addım hesab edir. O, zırıldamır və taleyə şikayət etmir. Adətən adam istəyir ki, ona yazıqları gəlsin deyə, danışsın və sözünü desin. Ancaq bundan adamın halı yaxşı olmur, həm də cibindəki pulu da artmayacaqdır. Vərdiş 8: Başqalarının nə deyəcəyini düşünmək Uğurlu adam öz individuallığını qoruyub saxlayır, ətraf mühitin düşüncələrindən asılıb qalmır. Kasıb adam, əksinə öz əsas vaxtını və enerjisini başqa insanları qane etmək üçün çalışır. Bu isə onları özündən daha üstün tutmağa çalışmaq sayılır ki, müqayisədə ona heç bir fayda gətirmir və yenə də zırıldamağa başlayır. Vərdiş 9: Pulları boş-boşuna xərcləmək Kasıb adamın iqtisadi strategiyası olmur. Onun məqsədi yalnız qazanmaq və xərcləməkdir. Varlı insan isə, əksinə zəhmət çəkib pul əldə etməyə çalışır ki, bununla yatırım edib, kapital qazansın. Belə bir durumda ən çox yayılan düşüncə budur: “Əgər mənim pulum yoxdursa, yatırım edə bilmərəm”. Pul ona görə yoxdur ki, insan gələcək haqqında düşünmür. Varlı adam çox pul qazanan adam deyil, öz gəlirindən savadlı şəkildə istifadə edən kəsdir. Vərdiş 10: Dərhal mənfəət əldə etmək axtarışı Kasıb adamlar yeni bir şey öyrənmək istəmirlər, onlar prespektivə işləmirlər. Sadəcə indi, bu dəqiqə pul qazanmaq istəyirlər. Buna aydın misal onların davranışıdır. İnsan hər şeyi dərhal istəyir və bunun qarşılığında ən az zəhmət çəkməyə çalışır. Bunun  misalı əkinçiyə bənzəyir ki, yazda kartof əkməyi düşünmədən, əkin məhsulunu qışda yeyir. Vərdiş 11: Sevmədiyi işlə məşğul olmaq Kasıbın həmişə günahkar bildiyi adamı var, 100 bəhanəsi, 1000 səbəbi də vardır ki, bunlara əsaslanıb, sevmədiyi işə getsin. O, cümə gününün xəyalı ilə yaşayır, rəhbərliyi lənətləyir, ancaq hər bazar ertəsi yenə də eyni şeyi edir. Sadəcə sevdiyi işlə məşğul olmaq üçün cəsarəti çatmır. Beləcə, heç bir şeyi dəyişmədən, öz həyatını yaşaya bilmir və illər ötüb keçir. Vərdiş 12: Vaxtı səmərəsiz, bihudə keçirtmək Kasıb təfəkkürə malik olan adam sual verir ki, öz vaxtımı necə “öldürə” bilərəm? Bu isə olduqca neqativ haldır. Düzgün variant isə belə sual verməkdir: Mən öz vaxtımdan necə son dərəcə fayda əldə edə bilərəm? Beləcə, hər kəs nail olmağa çalışdığına yetişir. Kasıb öz vaxtını “öldürür” və öz həyatını yaşayır. Varlı isə öz vaxtından istifadə edir və daha da zənginləşir.

Oğlunuza gülməyin - Oğlu olan valideynlərə 7 məsləhət

1. Oğula gülmək onun zərərinə ola bilər.  Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq. 2. Suallarına hər zaman cavab verin. Hər yaşda “çünki elə lazımdı” və ya “böyüyündə anlayarsan” kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər. 3. “Sənə demişdim” qəlibini unudun. Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər unudun. Bu, ananın zəfərinin dadını çıxardığı bir rəqabətdir. Amma uşaq üçün bir faydası olduğunu deyə bilmərik. 4. Onu tərifləyin. "Gözəldir, amma bir az düzəlsə, yaxşı olar” yerinə yalnız "super“ deyin. Uşağınız hər şeyin öhdəsindən yaxşı gələr. Böyüdüyü zaman nəyin düz edilməsini daha yaxşı biləcək. 5. Xəyallarını dəstəkləyin. Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın, musiqiçi olmaq istəyirsə, ondan hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkmək istəyirsə, həvəsləndirin, kursa getmək istəyirsə, yollayın. Oğlanlar bəzən iyirmi yaşlarınadək nə etmək istədiyinə əsla qərar verə bilmir. 6. Əgər ağlayırsa... Bu, pis bir hadisədir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu, bir qaydadır. Üstəlik hər uşaq sakitləşməyə meyllidir. 7. Hər zaman onun tərəfində olun. Yalnız sözdə deyil, əməllərinizdə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlı olmalıdır. Əgər təklif və ya məsləhətiniz varsa, bunu yalnız ikilikdə olanda deyin.

Bir çoxlarının problemi... - İşdə diqqətsizlik sindromu nədir?

Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur. Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız. • Məsələ iş yerinin özündə ola bilərmi? • Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi? • Sizin işlərin son icra və təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?• İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı? • Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır? Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar. Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmısınız?Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir. Xroniki tələskənlik və diqqət defisitiXroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.Diqqətsizlik sindromu iradə və ya xarakter zəifliyi deyil, sadəcə bioloji xüsusiyyətdir. Güclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir. Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır:  Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz). Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin. Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz. Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın. Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.(banker.az)

Davranışın zövqə yönəlməsi, ağrıdan qaçmaq - Hedonizm prinsipi nədir?

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964) Hedonizm anlayışında insanların müəyyən nəticələri artırmağa (mükafatlar, təqdir olunma və s.) bəzi nəticələri isə (cəzalar, bəyənilməmə, qəbul edilməmə və s.) bacardıqları qədər azaltmağa meyilli davranış nümayiş etdirdikləri əks olunub. (Vroom, 1964) Hər hansı bir motivasiya nəzəriyyəsi şəxslərin sərgilədiyi davranışların səbəbləri ilə bu davranışa səbəb olan prosesləri açıqlamağa çalışmaqdadır. Bir çox nəzəriyyə əksərən hər ikisi ilə yanaşı, birinin üzərində daha güclü durmağa meyillidir. Motivasiya teoriyaları təlabat sferası və proses nəzəriyyəsi olmaq üzrə bu iki hissəni araşdırır. Təlabat sferası, insanların ehtiyaclarının yaranması və təbii olaraq da bu ehtiyacları təmin etmək üçün göstərdiyi səyi ifadə edir. Yəni təlabat sferası ehtiyacların təbiətinə və insanların nəyi istədiyinə önəm verməkdədir. Proses teoriyalarına görə təlabatlar şəxsi davranışa sövq edən faktorlardan sadəcə biridir. (digər faktor enerji ilə bağlıdır, hansıki onların üzərində çox da durulmadan var olaraq qəbul edilir.) Bundan başqa ehtiyaclar olduqca fərdiləşmişdir və hər bir şəxs üçün zamanla dəyişir. Proses teoriyaları davranışın daha çox necə başlandığı, idarə olunduğu və davam etdirilməsi ilə əlaqəlidir. Proses teoriyası real motivasiya müddətinə (prosesinə) önəm verməkdədir. Onu da qeyd edək ki, təlabat və proses teoriyaları bir – birindən fərqlənsələr də müəyyən bir yerə çatmaq üçün bir – birini tamamlamaqdadırlar. Ümumiyyətlə demək olar ki, bütün motivasiya nəzəriyyələri insanların davranışlarını zövqlü hesab etdiyi nəticələrə yönəltdiyini və xoş olmayanlardan uzaq tutduğunu əsas götürür. Motivasiyanın təməlində də məhz bu durur: insanları fəaliyyətə təhrik etmək üçün onların sevdiyi, həzz aldığı istiqamətə yönəldirlər. Həzz duyğusunu yaşamaq istəyi və buna uyğun olaraq ağrı duyğusundan qaçmaq insanları motivə edir.

Xərclərin azaldılması üçün 9 qayda

Pulları düzgün xərcləməyi bacaran şəxs üçün pul həmişə kifayət edir. Söhbət sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin planlaşdırılmasından gedir.  Xərclərin azaldılmasında əsas amillərdən biri xərclərin qabaqcadan planlaşdırılmasıdır. Əlbətdə ki, bütün xərcləri öncədən planlaşdırmaq mümkün deyil, heç bunu etməyə belə dəyməz. Biz axı insanlarıq, robot deyilik ki. Amma yenə də, planlaşdırmadan da mümkün deyil. Sual verəcəksiniz ki, niyə məhz 10 faiz? Çünki sizin ümumi gəlirinizin 10%-dən çoxunu təşkil edən xərclərin məbləğləri  sizin büdcəniz üçün mühümdürlər və belə məbləğlərin planlaşdırılmamış şəkildə xərclənməsi sizin maliyyə tarazlığınıza təsir edə bilər. Bu təcrübədə yoxlanılıb, bu səbəbdən də bu faktı olduğu kimi qəbul edin. Beləliklə, aşağıda yer almış qaydalar, əsasən öncədən planlaşdırmanın əsasında qurulmuşdur. Onları öyrənin və istədiyiniz kimi istifadə edin: 1. Hər ay üzrə xərclərin planını tərtib edin. Bu planda mütləq şəkildə bütün xərclərin məbləğləri olmalıdır. Bəzi məbləğləri əvvəlcədən qeyd etməkdə çətinlik çəkirsinizsə, planda maksimal dərəcədə yaxın olan bir məbləğ göstərin. Bu yanaşma sizə pul vəsaitlərinin hansı məbləğdə və nəyə xərcləyəcəyinizi görmək imkanı yaradacaqdır. Belə etdikdə, sizdə ay ərzində sürpriz kimi, gözlənilməyən xərclər peydə olmayacaq. Bu müəssisənin öz fəaliyyətini necə planlaşdırmasına bənzəyir. Sizdə eynilə belə etməlisiniz. Aşağıda sizin üçün xərclərin planlaşdırılmasının real nümünəsi göstərilib. 2. Bütün alış-veriş edəcəyiniz şeyləri qabaqcadan planlaşdırın. Siz məsələn, gələn ay özünüz üçün paltaryuyan maşın almağı planlaşdırırsınız. Onun qiymətini öyrənirsiniz və fikirinizdə onu gələn maaşadək alıb ala bilməyəcəyinizi hesablamağa çalışırsınız. Ala biləcəksinizsə, bu əladır, ala bilməyəcəyinizsə onun üçün pul toplamaq lazım gələcəkdir. Pulun düzgün şəkildə necə toplanması barədə burada oxuyun. Qəfil edilən alış-verişlərdən çəkinin, çünki ehtimal var ki, öz maddi gücünuzu düzgün hesablaya bilməyəcəksiniz. Müxtəlif alış-verişləri planlaşdırmaqla yanaşı, sizin üçün başqa xərcləri də planlaşdırmaq pis olmazdı, məsələn, ad günlərini, müxtəlif bayramları və s. Belə etdikdə, maliyyə sürprizləri sizdən yan keçəcəkdir. 3. Ərzaqları əvvəlcədən yazılmış siyahı üzrə alın Nə üçün ərzaqlar haqqında ayrıca bir söhbət açmışıq? Çünki qidalanmaya sərf olunan xərclər bizim büdcənin təxminən yarısını təşkil edir. Bu səbəbdən də, əvvəlcədən sizə lazım olacaq ərzaqların siyahısını tutun və yalnız bundan sonra supermarketə yollanın. Bundan əlavə, özünüz üçün bir qayda olaraq, siyahıda olmayan ərzaqları almamağı vərdiş halına gətirin. Hətta onları siyahıya yazmağı unutsanız belə və onlar sizə lazım olsa belə. Heç bir qorxusu yoxdur. Gələn dəfə alarsınız. Bu cür alış-veriş üsulu çox güclü effektə malikdir və sizin həddindən artıq ərzaq almağınızın qarşısını alacaqdır. Belə baxanda, əslində bizə elə də çox şey lazım deyil. Bu üsuldan istifadə etdikdə, siz təəccüblə aşkar edəcəksiniz ki, sizin ərzaqlar ilə bağlı xərcləriniz azalıbdır. 4. Ac olduğunuz vaxtda ərzaq almayın. Bu mümkündür və çox gülməli səslənir, lakin belə bir fakt var ki, siz mağaza və ya supermarketdə olduğunuz zaman və bu vaxtda sizi aclıq hissi bürüyürsə, 90 % hallarda, evə qayıtdıqdan sonra siz evdə çox sayda lazımsız ərzaq və ya həddindən artıq qida aşkar edəcəksiniz. Özünüzü müşahidə edin, istəsəniz, eksperiment də keçirin. Bu hamı ilə olur. Nəticə çox sadədir – əvvəlcədən qidalanın, sonra isə mağazaya yollanın. Belə, siz yalnız doğrudanda lazım olan şeyləri alacaqsınız və özünüzü lazımsız xərclərdən qoruyacaqsınız. 5. Hər hansı qarşılaşacağınız vəziyyətdə sizə lazım olacaq pul vəsaitindən artıq pul götürməyin Bu çox sadə, amma çox effektiv bir qaydadır. Siz sadəcə pul kisənizdə olan məbləğdən artıq xərcləyə bilməyəcəksiniz.Bu qayda xüsusilə müxtəlif emosiya və vəziyyətlərin təsiri altında pul xərcləməyə zəiflik göstərən şəxslərə aiddir. 6. Aydan aya pullarınızı necə xərcləməyinizi izləyin. Bu qayda ondan ibarətdir ki, biz aydan aya öz pullarımızı necə xərcləməyimizi izləməliyik. Bu, belə demək olarsa, statistikadır. Aydan aya xərclərinizin statistikasını aparın. Bu statistikanı siz sizə uyğun istənilən formada apara bilərsiniz.  7. Lazımsın xərclərdən azad olun Öncə müzakirə etdiyimiz qaydada deyildiyi kimi, sizdə, belə desək, bir neçə ay üzrə xərclərin statistikası olmalıdır. Bu cür siz bütün lazımsız xərclərin qarşısını ala biləcəksiniz. Lakin, fakt deyil ki, sizdə belələri tapılacaqdır. Elə bir vəziyyət ola bilər ki, sizin bütün xərcləriniz “lazımlıdır”. Dilxor olmayın. Siz xərclərinizin bəzi bəndlərini azaltmağa cəhd edə bilərsiniz. 8. Borclardan azad olun. Siz maksimal dərəcədə tez bir şəkildə bütün borclarınızdan qurtulmalısınız. Çünki hər hansı bir borc sizin üçün  əlavə xərclərdir. Onlardan tez bir şəkildə canınızı qurtarın. 9. İfratçılığa qapılmayın. Böyük bir həvəslə qənaət etməyə və bütün xərclərinizi minimuma endirmək lazım deyil. Bu düzgün deyil. Necə deyərlər – fanatizmsiz. Necə yaşayırdınızsa elədə yaşayın, sadəcə öz xərclərinizi nəzarət altında saxlayın, onları izləyin və üzərində düzəlişlər edin. Vəssalam. İfratçılığa isə qapılmaq lazım deyil. Çünki sərt qənaətlə qarşılaşaraq, siz yenədə nəzarətdən çıxmış xərclərə yol verəcəksiniz. 

“Qarşılarına çıxan ilk insanı sevirlər” – Psixoloq erkən nikahlardan danışdı

“Evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur”. Yetkinlik yaşına çatmayan azyaşlıların evləndirilməsi, ərə verilməsi daim qınaq mövzusu olub. Xüsusilə də Azərbaycanın rayon və kəndlərində bu hal daha geniş vüsət alıb. Belə ki, 14-17 yaşındakı qızların düşüncəsi formalaşmadan, fikri soruşulmadan və ya sadəcə birindən xoşu gəldiyi üçün ərə verilir ki bu da çox zaman erkən boşanma ilə nəticələnir. Mövzu ilə bağlı Psixoloq.az –a açıqlama verən EMDR terapevt, psixoloq Yeganə Özçelebi erkən nikahların müsbət tərəfindən çox mənfi cəhətlərinin olduğunu bildirib: “Müsbət tərəfi  budur ki, gənclərin psixikası daha bərkiməyib. Onlar br-birlərinə daha tez uyğunlaşa bilirlər. Çünki bir-birlərini qəbul etmək daha rahat olur. Yaş artdıqca insan başqa insana adaptasiya dövrü daha çətin keçir. Eyni zamanda da gənclərin psixikası emosional olur. Hanısısa anşılmazlıq olduqda qəlblərini tez qırırlar. Daha yetişkin insanlar isə öncə götür-qoy edir və daha sakit formada müzakirə edirlər”. Psixoloq gənclərdəki məhəbbət hissinin daha güclü olduğunu diqqətə çatdırıb: “Belə ki qarşılarına çıxan ilk insanı sevə bilərlər. Erkən yaşlarda adi xoşlanmaq sevgiyə çevrilə bilər. Sevirlər, evlənirlər və düşünürlər ki daima romantika olacaq. Ancaq real həyat isə elə olmur. Artıq problemlər başlayır, məsuliyyət artır. Bunu artıq azyaşlının valideyni düşünməlidir. Bəzən uşaq daha tez dünyaya gəlir və əslində valideynlər buna hazır olmurlar. İnsanların həyatı isə bu zamandan sonra vəzifələrdən ibarət olur”. Yeganə xanım gənc qız və oğlanların bəzi məqamları dərk etmədən evləndirildiklərini tənqid edib. “Xanım düşünür ki uşaqlığı bitir və çətin həyat sürməyə başlayır. Eyni cürə də oğlan bəzi məqamları başa düşmür. Məsələn, anası ilə qalanda oğlan çirkli corablarını çıxarıb yatağının altına atırdı. Anası isə səssiz formada götürüb  yuyurdu. Xanımı isə artıq deyinməyə başlayır corablarını niyə bura atmısan deyə. Çox zaman oğlan anlamır ki qadını tam olaraq nə istəyir. Psixoloji olaraq gənc olduqları üçün bu həyatı daşımağa hazır olmurlar”. İdeal evlənmək yaşından da bəhs edən psixoloq qızların 22 yaşdan tez ərə verilməsinin əleyhinə olduğunu vurğulayıb. “Xanım üçün ideal evlənmək yaşı 22-28, oğlanlarda isə 27-35 yaş dövrüdür. Çünki bu yaşlarda artıq xəyal qurmurlar, həyatı dərk edirlər. Amma gənclər özləri üçün xəyal qururlar və gerçəklərlə qarşılaşdıqda qırıqlıqlar yaşayırlar”,-deyə Özçelebi açıqlayıb. Şəhanə Quliyeva

Özünüzü necə motivə edə bilərsiniz? - Üsulları

Motivasiya insanı hərəkətə gətirən daxili emosional haldır. Özümüzü necə motivə edə bilərik? Bunun üçün nəyi etməli və nəyi etməməliyik? 1 – Hər nə olsa da, özünüzdən neqativ emosiyaları rədd edin! Düşünün ki, bütün düşüncələr maddidir və formalaşa bilir. Əgər mütəmadi və davamlı pis şeylər haqqında düşünsəniz, sizin başınıza gələcəkdir. “Uğur son, uğursuzluq ölümcül deyil, davam etmək cəsarəti – bax, bunun anlamı vardır”. (Uinston Çörçil). 2 – Özünüzə söz verin ki, bazar günü olsa belə, siz yuxudan erkən qalxacaqsız. Ən yaxşı motivasiya sübhdən başlayır. Yoxlayın, siz yuxudan tez dursanız, kifayət qədər vaxtınız olacaq. Hətta harasa tələsməsəniz belə, heç bir işiniz olmasa da, tez durun. Bu vaxtı özünüzə, öz inkişafınıza sərf edin, bir neçə səhifə faydalı kitab oxuyun.  3 – Qələbəyə motivasiya - Həmişə qələbəyə hərəkət et. Hər bir insanın müəyyən durumda qələbə çalıb, məğlub olmaq seçimi var. Yuxudan duran kimi, tələsməyin, yerinizdəcə düşünün, “Bu gün mən dünəndən daha yaxşı olacağam. Bu gün əla gün olacaq. Bu gün məni kiçik qələbələr gözləyir”. İnanın ki, gün boyunca pozitiv, enerjili və özünəinamlı olacaqsız. Bu durumunuzda isə heç kəs sizə mane ola bilməyəcək. “Bəxti gətirən adam o kəsdir ki, başqalarının etmək istədiklərini etmişdir”. (Jül Renar) 4 – Pozitivlik və xoş əhval-ruhiyyə motivasiyası - Çalışın ki, istənilən halda yaxşını və pozitiv anları görə biləsiz. Bilin ki, insanlar müsbət, pozitiv, optimis adamlara meyil edirlər. Kimsə deyə bilər ki, bəs əgər bir adamın başına pis hadisə gəlibsə, onda nə etməlidir? Sadəcə bunu anlamaq lazımdır ki, başınıza gələn hər bir şey sizin üçün təcrübədir. Əgər bu cür hadisələr olmasaydı, siz zəif, gücsüz və uğursuz olardız. Bunlar sizi daha güclü və məqsədyönlü edir. 5 – Yardım motivasiyası - Ehtiyacı olan digər insanlara yardım etməkdən imtina etməyin. Xeyirli iş görəndə siz yalnız yaxşı iş görmürsüz, həm də xoş hislər qazanırsız. Başqalarının həyatını yaxşılaşdırdıqda, öz həyatınız da yaxşılaşır. 6 – Motivasiyanız şübhələriniz səbəbindən dağılır. Çox adam həyatda irəliləyiş əldə etsə də, özünəinamsızlıqdan motivasiyasını saxlaya bilmir. Bəzən onlara elə gəlir ki, nəyisə düz etmirlər, yaxud düz yolda deyillər. Bilin ki, inam hər bir insanın ən zəruri göstəricisidir. O olmasa həyatınızda uğur olmaz. Özünəinamı artırmaq üçün yollardan biri verdiyin sözü tutmaqdır. Başqalarına verdiyiniz sözü tutduqda özünüzə vermiş olduğunuz sözü də tutacaqsız və bununla sizə özünəinam yaranacaqdır. 7 – Arzunuza doğru hərəkətdə özünüzə proqres hiss etmək şansı verin. “Alışıb-yanan ürək üçün mümkün olmayan heç bir şey yoxdur”. (Con Heivud) Bilin ki, bizim orqanizm ağıllı bir mexanizmdir ki, bizim enerji və gücümüzü qoruyub saxlayır. Əgər sizin fəaliyyətinizdə proqres yoxdursa, gələcəkdə də olmayacaqsa, bu sizdə zəifləyəcəkdir. Nəticədə motivasiya öləcək və tənbəlliyə gətirib çıxaracaqdır. Yaxşısı budur ki, təbiət qanunları ilə oynamayaq, bu bizə baha başa gələr. Onlarla əməkdaşlıq edək. 8 – Proqresinizi müqayisə edin. Biz həmişə öz motivasiyamıza sübut etməliyik ki, işlərimiz uğurlu gedir. Hər keçən gün bu artmaqdadır. Bilin ki, siz proqresi müqayisə etməlisiniz, prosesi deyil. Məsələn, siz faydalı kitabdan 30 səhifə oxumusunuz. Bu, prosesdir. Ancaq mən o kitabdan 30 sual versəm və siz cavablasanız, mənimsəmiş olduğunuza görə proqres olacaqdır. 9 – Özünüzlə yarışın. Özünüzü başqalarıyla müqayisə etmək sizi demotivə edə bilər. Hətta irəli getsəniz belə, bunu etməyin. Bilin ki, hər kəsin öz həyatı, işi və münasibəti var. Başqasıyla yarışdıqda bu, çox gülünc görünür. Sanki futbolçu velosipedçiylə yarışmaq istəyir. Hər gün bir miqdar çox üstün gəlməli olduğunuz yeganə kəs özünüzsüz. Hər gün cəsarətinizi toplayıb deyin: “Mən bacarıram, öhdəsindən gəlirəm, mən nail olacağam və bu, yalnız mənə lazımdır!” Həyatımız öz əlimizdədir, onun bədbəxt, yaxud xoşbəxt olması da bizdən asılıdır. Fərid Abdullah

Nevroz simptomu necə formalaşır?

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar. Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim. Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə, erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi. Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır. Əlbətki, onun uşaq "məni" daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır. Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir. İsterik simptom dərin simvolikaya malikdir. Nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm” İsterik korluq: “mən bunu görmək istəmirəm”. Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. "Mən"-in ən tutumlu  meyl ifadəsi – özünü qoruma instinktidir, libidonun meylləri isə seksual meyllərdir. Belədir dualizm! Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır. Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır… Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki Aydan Xasməmmədzadə

Bal ayı xoşbəxt evlilik üçün vacibdir - Səbəbi...

Nikah şəhadətnaməsinə imzanı atıb, çalğılı, əyləncəli toyu geridə qoydunuz. Siz ikiniz artıq yeni həyata başlayırsınız. Hər nə qədər də həyatınızı paylaşacağınız insanı tanısanız da yeni ev, yeni həyat ən çox da xanımlarda stress, depressiv halların yaranmasına səbəb olur. Bu hallardan uzaq olmaq üçün toydan sonra mütləq bal ayı dediyimiz kiçik tətilə çıxmağın faydaları var. Sual verə bilərsiniz ki, niyə bal ayına getməliyik? Nə gərək var əlavə xərcə? Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir. Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil əgər yeni evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır. Bunu bilin ki, təxirə salınmış bal ayı sonradan əhəmiyyətini itirir. Bal ayının 2 əsas xüsusiyyəti var: yeni evli cütlüyün başbaşa qala biləcəyi zaman kəsiyidir və toydan sonra mütləq tez bir zamanda gedilməlidir. Əgər evləndikdən bir neçə ay sonra bal ayına getsəniz o bal ayı yox, sadəcə tətil olacaq. Evləndikdən sonra bal ayının ciddiyətini anlayın. Toy xərclərinə qənaət edin, nə edirsiniz edin, bir yolla bal ayı üçün kənara az da olsa pul qoyun. Bunun üçün böyük məbləğ lazım deyil. İş çox, büdcə də azdırsa mütləq həftə sonu iki günlüyünə də olsa şəhərdən kənara çıxın və başbaşa qalın. Bu işinizə çox yarayacaq və bal ayı sizi depressiv, stressli vəziyyətdən azad edərək xoşbəxtliyinizə səbəb olacaq.

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur. Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq.Elvira KərimovaPsixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Ölümə Yaxın Təcrübə (ÖYT) - Bilinməyən gerçəklik

Mövzu illərdir mənimlə birgə yaşasa da, bu haqda yazmaq istəyim yox idi. Bəlkə də bu, mövzunun yazılma anının özüm üçün də yetişmiş olduğundandı.  Mövzu bildiyimiz mövzulardan olsa da, mənim üçün kifayət qədər yeniliklər gətirdi. Üstəlik, özümlə bağlı maraqlı bir tapıntıya da nail oldum. Belə ki, tez-tez mənə ünvanlanan "siz psixoloqsunuz?" sualı, yaxud "sizinlə danışdıqdan sonra özümüzü çox rahat hiss edirik", "sizinlə sanki uzun illərdir tanışıq" kimi fikirlər özümü də şübhəyə salmışdı: "Doğrudanmı mən beləyəm? Beləyəmsə niyə beləyəm?!" -Bu haqda dərindən düşünməyə başlamışdım. Bir çox suallarım yaranmışdı. "Hər şeydə bir səbəb vardır" prinsipindən yola çıxaraq bir xeyli araşdırmalar aparandan sonra heyrətə gəldim. İnsanın özü barədə tapıntısı, özünün kəşfi onda yüngül bir sevinc şoku da yaşadır, bəli, özünü tanımaqla bağlı cüzi bir məlumatın verdiyi həzz də bir başqadır. Sözü çox uzatmadan qeyd edim ki, bu "kəşf" "ölümə yaxın təcrübə" (Near Death Experience) hadisəmlə bağlıydı. Bir az səbirli olsanız, irəlidə məhz bu bağlılıq haqda bəhs edəcəyəm.Ölümə Yaxın Təcrübəni 9 yaşımda qanazlığı xəstəliyi (anemiya) səbəbindən bir ürəkgetmə, bayılma halı və ardından yaşadığım əsrarəngiz, maddi dünyamızda bənzəri olmayan bir "ruh səyahəti" ilə yaşadım. Klassik ÖYT (Ölümə Yaxın Təcrübə) əlamətlərində olduğu kimi bir sürət qatarındaymışam kimi parlaq bir işığa doğru uçdum. Sonra mükəmməl bir rahatlıq, sakitlik hissi, daha sonra sonsuz, ifadə edilməz sevgi duyğusu, ən sonda geri dönməmək istəyi, inad, hətta olduqca aydın xatırlayıram, üzümə sillə vurub məni ayıltmaq istəyənlərə qarşı daxilən çox əsəbiləşmişdim. Sonra da hamımızın bildiyi klinik ölüm sonrası bədənə geri dönmə, həyata qayıdış və yaşamağa davam. 9 yaşlı uşaq üçün belə bir təcrübə anlaşılmaz idi (həmin illərdə belə hadisələr dərindən araşdırılmağa yeni başlanmışdı). Hələ nələr baş verdiyindən xəbərsiz, məlumatsız olduğum üçün ayılandan sonra böyüklərin dediyi "ölümdən döndün, bala" fikrinə söykənərək, "yəqin belə hallar hər kəsdə olur", deyə hadisəni çox da ciddiyə almamışdım. Buna baxmayaraq, hadisə elə indi də o halı yaşayırammış kimi hər zaman yeni hisslərlə hafizəmdə həkk olunub.ÖYT haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Onsuz da bu haqda yetərincə araşdırmalar aparılıb, təcrübələr gerçəkləşdirilib, məlumatlar və kitablar yazılıb. Bəziləri ÖYT-ün sirrlərinin hələ də açılmamasını iddia edərkən, bir sıra elm mütəxəssisləri bunun əksini, tibbi açıqlamasını yayınlamışlar. Bir başqa elm adamları isə özləri kliniki ölüm keçirdikdən sonra yaşadıqlarına elmi izah tapa bilməyərək dinə dönmüş, (xristianlıq, islam və s. qəbul etmiş) Yaradanın var olmasına inandıqlarını dilə gətirmiş, üstəlik, bu haqda kitablar da yazmışlar. Həmin araşdırmaları, məlumatları mən də oxumuşam. Əslində bəzi keçirilən təcrübələr hadisəni öz təbii halı ilə, ön hazırlıqsız yaşayan biri üçün gülməli gəlir. Yəni belə bir təcrübəni təbii halında yaşayan biri olaraq mən, məsələn, neyrocərrah doktor Eben Aleksandrı (ÖYT yaşamış), təcrübələr yolu ilə ÖYT hadisəsini izah etməyə çalışmış doktor Karolina Uottdan (ÖYT yaşamamış) daha yaxşı anlayıram. Bəziləri ÖYT hadisəsini astral səyahətlə eyniləşdirirlər və bunu istənilən bir insanın bir sıra texniki metodları öyrənib tətbiq etməklə həyata keçirəcəyinə inanırlar. Fəqət, bu da tam təsdiqini tapmayıb. ÖYT-nin öyrənilməsi tarixiArtıq çoxlarına bəlli olan NDE (Near Death Experience/Ölümə yaxın təcrübə) terminini ilk dəfə amerikalı psixoloq və psixiatrı Raymond Moudi 1975-ci ildə özünün məşhur "Həyatdan sonrakı həyat" kitabı ilə gətirib. 1978-ci ildə Beynəlxalq Ölümə Yaxın Təcrübə Araşdırmaları Assosasiyası (IANDS) yaradılıb. 1998-ci ildə həkim Cefri Lonq Ölümə Yaxın Təcrübə Fondunun (NDERF) əsasını qoyub. ÖYT ilə psixologiya, psixiatriya, tibb, parapsixologiya kimi bir sıra elm sahələri məşğul olub, bu günə qədər milyonlarla insanın yaşadığı parapsixoloji halları araşdırıb nəticələrə gəlməyə çalışıblar.ÖYT anında keçirilən klassik hisslər: 1. Xoşagəlməz səs (uğultu);2. Xoş emosiyalar, hüzur və sakitlik hissetmə;3. Çəkilmə və çıxma tərzində yüksəlmə, özünü yüngül, xəfif hissetmə;4. Əvvəldən ölmüş olan yaxınları ilə görüşmə, xoş melodiya, işıq, rənglər, mifoloji varlıqlar və s;5. Həyatın bir film lenti kimi göz önündən keçməsi, yadlaşma;6. Dar uzun və ya işıqlı tunelə doğru uçuş;7. Fiziki bədənini kənardan müşahidə etmək;8. İşıqlı varlıqlarla danışmaq, qalıb-qalmamaq mövzusunda təkid;9. Geri dönməmək istəyi, fiziki bədəndən imtina;10. Fiziki bədənə döndükdə soyuqluq hissi.Qeyd edim ki, məndə bu halı yaşayarkən sadalanan əlamətlərdən 2, 3, 6 və 9 olmuşdu. ÖYT-nin tibbi açıqlamasıİddiaya görə, "o dünyadan qayıdanlar"-ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon, adətən, stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.Və yenə də iddiaya görə, uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina da dəstəkləyir.Əlbəttə, bu haqda əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Məsələn, Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beyində yaranan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır. ÖYT-dən sonrakı psixoloji vəziyyət, dəyişikliklərYadınızdadırsa, məqalənin əvvəlində özümlə bağlı "kəşf"-dən yazacağımı qeyd etmişdim. Bəli, ÖYT hadisəsi zamanı insanlarda baş verən ən bariz dəyişiklikləri mən də yaşamışam və yaşamaqda davam edirəm. Bu dəyişikliklərin bir çox ÖYT keçirmiş insanlarda olması barədə Kennet Rinqin araşdırmalarında rast gəldim. Düşünürəm ki, həqiqətən də, tədqiqatçı alim doğru nəticələrə gəlib. Çünki onun yazdıqlarını oxuduqca eyni dəyişikliklərin məndə də baş verməsinin fərqinə vararaq həyəcanlanmışdım. Hansıdır o dəyişikliklər?1. İnsan əvvəlki insan ola bilmir. Dünya xarici bir təcrübə yaşadığı üçün dünyaya da fərqli tərzdə baxmağa başlayır.2. Özündən çox başqalarının rifahı üçün narahat olmağa başlayır (Ən geniş yayılmış).3. Səbr, empatiya, mərhəmət, sevgi hissləri daha yüksək səviyyəyə çatır. Bütün kainata bəslənən sevgi həyati dəyər daşıyır. 4. İnsan problemlərinə qarşı həddən artıq həssas olur və başqalarını çox yaxşı anlayır. Kömək etmək üçün əlindən gələni əsirgəmir.5. Bəzilərində dünya nemətlərinə, maddiyyata qarşı həvəssizlik baş verir. 6. Dini və mənəvi dəyərlərə çox bağlanırlar. Əsasən özünü tanımaq, anlamaq istiqamətində çabalayırlar.7. Uzaqgörənlik, həssaslıq, dərin intuisiya hissləri güclənir. 8. Ümumi götürdükdə, ÖYT keçirmiş insanlarda dərin mənəvi dəyişiklik, güclənmə və sürətli inkişaf baş verir. İddia:Fərdi inkişaf üçün illərini, zamanını xərcləyən, xüsusi təlimlərdə dərslər alan, təcrübəli müəllimlərin köməyi ilə uğura yetişməyə çalışan, təhsillərini pillə-pillə yüksəldən insanlardan fərqli olaraq, ÖYT yaşamış insanlar daha sürətli fərdi inkişafa çatmaq imkanı əldə edirlər. Qeyd:Ölümə Yaxın Təcrübə yaşamış biri kimi Müqəddəs Qurani-Kərim kitabından oxuduğum fikirlər məni hər an düşündürməkdə davam edir."O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız." Yunus surəsi (56) "Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə (bu barədə) yalnız az bir bilik verilmişdir”. İsra surəsi (85)"İnsan yuxudadır, ölərkən oyanacaq." Hz. Məhəmməd (s.a.v.)