Siqaret çəkmək orqandakı hüceyrələri zəiflədir – Yırtığın yaranma səbəbləri/VİDEO

Yırtıqlar, cərrahi xəstəliklər arasında özünəməxsus bir yer tutur. Psixoloq.az xəbər verir ki,qarın yırtığı adi halda həyat üçün təhlükə ərz etməsədə, ağırlaşdığı zaman ölüm riskini artıran patologiyalardandır. Bəs yırtıq nədir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov bildirib ki, yırtıq qarın boşluğunda yerləşən orqanların dəri altına çıxmasıdır. Onun sözlərinə görə, rast gəlmə tezliyi ən yüksək olan qasıq yırtığı qadınlarla nisbətən kişilərdə daha çox rast gəlinir:  “Qarın yırtıqlarının əməliyyat qərarını ümumi cərrahlar verir. Həm uşaqlar, həm də böyüklərdə rast gəlinir. İlk rast gəlindiyi zaman  planlanmış əməliyyat məsləhətdir. Əgər hansısa ağırlaşması varsa  və ya yırtıq həddən artıq böyükdürsə, bu zaman təcili əməliyyata göstərişdir. Mütləq əməliyyata əsas göstəriş isə boğulmuş yırtıqlardır”. Doktor Bəhruz bəy hazırda istifadə edilən ən son üsullardan bəhs edib. “Dünyanın da qəbul etdiyi yırtıqların xüsusi materialdan olan torlarla plastikasıdır. Bu zaman yırtıqların meydana gəldiyi yırtıq qapıları adalanan nahiyə bərpa edilərək tor implantlar vasitəsi ilə möhkəmləndirilir. Bu həm açıq, həm də qapalı üsulla edilə bilər” , - deyə B.Səlimov qeyd edib. Jurnalistin “Yırtıq nə üçün əmələ gəlir?” sualını isə həkim bu cür cavablandırıb: “İlk növbədə qarın boşluğundan təzyiqin artması  ilə gedən proseslər səbəb olur. Bunlara qəbizlik, öskürmək, həddin artıq artıq çəki, ağır işlərlə məğul olmaq və s daxildir. Bəzi proseslər qarın divarlarının zəfləməsinə səbəb olur. Buna siqaet çəkməyi misal çəkmək olar. Siqaret çəkmək iki mexanizmlə yırtıq riskini artırır. Siqaret kollagen lifləri parçalayan kollagenaza fermentini aktivləşdirərək bütün bədəndə kollagendən əmələ gələn strukturları zəiflədir ki, bunların arasında qarın boşluğunun divarlarıda daxildir. Digər səbəblərdən biri də siqaretin xronik öskürək verməsidir ki, öskürəyin özü də qarın boşluğunda təzyiqin artmasına səbəb olur və bu da ikinci faktor rolunu oynayır”. Qeyd edək ki, ümumi cərrah yırtığın müalicəsinin sadəcə əməliyyat yolu ilə olduğunu açıqlayıb. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva

Azərbaycanda psixoloji yardımın meyarları müəyyən olunur - Yeni qanun

Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır. Psixoloq.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb, aidiyyəti üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar. Onun sözlərinə görə, qanun layihəsi hazırdır və yəqin ki, Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq. Qanun layihəsinin mahiyyətinə toxunan M.Quliyev qeyd edib ki, Azərbaycanda hələ sovet dövründən psixoloji yardım göstərilir: "Sovet dövründən böyük zavodlarda, fabriklərdə psixoloq ştatları olurdu, o cümlədən ali məktəblərdə, orta təhsil müəssisələrində psixoloji yardım göstərilirdi. Bu gün də istər dövlət, istərsə də özəl müəssisələrdə psixoloq xidmətləri var, kifayət qədər özəl psixoloji kabinetlər, psixoloq yardımı mərkəzləri fəaliyyət göstərir. Ancaq bunların hamısı pərakəndə şəkildə işləyir, psixoloqların peşə tələbləri standartı yoxdur. Bu baxımdan qanun layihəsində kimin psixoloq ola bilməsi, kimin hansı sahədə psixoloji yardım göstərə bilməsi, psixoloji yardımın kriteriyaları və s. məsələlər öz əksini tapıb".

Evlilər niyə cinsi münasibətdən qaçır? – Cinsi istək pozğunluğu nədir?

Cinsi istək pozuntuları iki qrupa ayrılır: Hipoaktiv cinsi istək pozğunluğu – Cinsi münasibət üçün istək və cinsi fantaziyaların yoxluğu və ya azlığı deməkdir. Cinsi istəksizlik – Bu zaman partner ilə cinsi təmasdan qaçınılır və ya münasibətə qarşı diksinti yaranır. Psixoloq.az xəbər verir ki, istək problemi yaşayan xəstələr, cinsi qorxular yaşayaraq cinsi arzularını öldürürlər.  Cinsi istək yoxluğu evli cütlüklərdə sıx rastlanılan problemlər sırasında yer alır. Aparılan araşdırmalara görə isə bu problemdən isə qadınlar, kişilərə nisbətən daha çox təsir altına düşürlər. Şəhanə Quliyeva

Erkən qırışlar ürək xəstəliklərinin əlaməti ola bilər

Alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərinin əlaməti ola bilər. Bununla yanaşı ölüm riskinin yüksəldir. Psixoloq.az xəbər verir ki, bu barədə Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər. Araşdırmalar zamanı yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar. Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub.

Abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Bizimyol.info-ya verilən məlumata görə, abituriyentlər bu gün saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 3-dək davam edəcək.

Toz hamilə qadınlar üçün təhlükəlidir - Dölün...

Tozun tərkibində mikroskopik canlılar, yəni toz gənələri yaşayır. Bu gənələr allergiya və hətta astmaya səbəb ola bilər. Psixoloq.az xəbər verir ki, yeni araşdırma tozun hamilə qadınlar üçün ciddi ziyanını aşkar edib. Araşdırmalar zamanı aşkar olunub ki, tozlu yerlərdə yaşamaq hamilə qadına və dölün inkişafına çox mənfi təsir edə bilər. Belə ki, toz uşağın beyinin və qalxanvari vəzinin inkişafına mənfi göstərir.

Geniş yayılmış kişi probleminin 5 dəqiqəlik müalicəsi tapılıb

Bütün dünyada 50 yaşdan sonra milyonlarla kişilər prostat vəzinin xoşxassəli hiperplaziyasından əziyyət çəkir. Bu pozulma zamanı prostat vəzi böyüyür, sidik kanalını sıxmağa başlayır ki, kişi sidik ifrazı zamanı əziyyət çəkir, ağrılar olur, gecə saatlarında tez-tez tualetə getməli olur, sidik kisəsi tam boşalmır və s. Adətən bu problem cərrahi yolu ilə həll olunur. Əməliyyat zamanı prostat vəzinin böyümüş toxumaları kəsilir və nəticədə sidik kanalın sıxılması problemi həll olunur. Təbii ki, istənilən cərrahi əməliyyat kimi bu əməliyyatın da müəyyən ağırlaşmalırı, riskləri və əks-göstərişləri mövcuddur. Psixoloq.az xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniya alimləri prostat vəzini kişiltmək üçün yeni cərrahiyyəsiz üsul təqdim ediblər. Bu üsulun köməyi ilə prostat vəzini 5 dəqiqə ərzində kiçiltmək mümkündür. Yeni üsulun əsasında buxarın təsiri durur. Kişinin sidik kanalına nazik elastik borucuq yeridilir və borucuq vasitəsilə buxar verilir. Buxarın təsirinindən prostatın böyümüş toxumaları ölür və prostat vəzi normal ölçü alır. Alimlər sübut edir ki, bu üsulun riskləri minimaldır və onu yaxın zamanlarda kütləvi şəkildə tətbiq etmək mümkün olacaq.(Saglamolun.az)

İrandan gələn toz fırtınası Azərbaycana təsir edəcək? — AÇIQLAMA

İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir. Bu barədə ölkə.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib. “Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək”, - deyə o bildirib. U.Tağıyeva qeyd edib ki, adətən, toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması, əsasən, sentyabrdan aprelə qədər müşahidə olunur: “Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzənlik ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.

Qab yuyan süngərlərə diqqət edin - Xəstəlik yaradırmış

Hər bir xanım ev təmizliyində süngərlərdən istifadə edir. Bəs süngərlərin mikrob yuvası olduğundan xəbəriniz varmı? Psixoloq.az  xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur. Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır. Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktları aşkara çıxarıblar. Bu səbəbdən mütəxəssislər süngərləri tez-tez dəyişdirməyi tövsiyə edirlər.

Özgüvənini yoxla - Test

Özgüvən insanda olmalı ən əsas xarakteristik xüsusiyyətlərdən biridir.  Bəs özgüvəniniz nə qədərdir? 1. İş, ya da universitet üçün etdiyiniz üç müraciətiniz rədd edilsə, öz qabiliyyətinizdən şübhə edərsinizmi?a) Bəli b) Xeyr2. Böyük kütlələr başınızı qarışdırır, ya da sizi qorxudurmu?a) Bəli b) Xeyr3. Hal-hazırda şkafın köhnə paltarlarla doludur?a) Bəli b) Xeyr4. Özünüzə davamlı aynada baxarsınızmı?a) Bəli b) Xeyr5. Gedərkən, ya da birini gözləyərkən vucudunuzun duruşu dikdir?a) Bəli b) Xeyr6. Çox vaxt insanların sizin haqqınızda dedi-qodu etdiyini düşünürsünüz?a) Bəli b) Xeyr7. Təhlükəsizlik qüvvətlərindən biri sizə yaxınlaşdığında ürəyiniz daha sürətli atmağa başlarmı?a) Bəli b) Xeyr8. Restoran, avtobus ya da prospektdəki tanımadığınız insanlar arasında sizə kiminsə diqqətlə baxdığını, ya da sizə qəhqəhə çəkdiyini hiss edirsinizmi?a) Bəli b) XeyrÖzünə inam ölçmə testi9. Tanımadığınız bir ölkəyə bilet qazansanız, ya da sizə belə bir bilet verilsə, tək getməkdən qorxarsınızmı?a) Bəli b) Xeyr10. Sevdiyiniz adama eşqinizi elan edə biləcəyinizi düşünürsünüz?a) Bəli b) Xeyr11. Çox vaxt pis yuxular görürsünüz?a) Bəli b) Xeyr12. Bir problem olduqda çox vaxt onu öz özünüzə həll edərsinizmi?a) Bəli b) Xeyr13. Təcili vəziyyətlər o "qara gün" üçün yığmış olduğunuz pulunuz varmı?a) Bəli b) Xeyr14. Valideynlərinizin sizi sevdiyini hiss edirsinizmi?a) Bəli b) Xeyr15. Hər gün yeni bir şey öyrənmənizin vacib olduğuna inanırsınızmı?a) Bəli b) Xeyr16. Aldığınız ucuz bir şeyi geri qaytarmaqdansa, zərərə dözərək istifadə etməyi seçərsiniz?a) Bəli b) Xeyr17. Səylərinizin çox vaxt müvəffəqiyyətsizliklə nəticələndiyini hiss edirsinizmi?a) Bəli b) Xeyr18. İnsanlar çox vaxt sizdən öyüd istəyirmi?a) Bəli b) XeyrÖzünə inam ölçmə testiÖzünə inam Ölçmə Test cavablar və ballar.Əgər verdiyiniz cavab aşağıdakı cavablarla eynidirsə hər bir cavab üçün 2 bal verin.1. Xeyr 10. Bəli2. Xeyr 11. Xeyr3. Xeyr 12. Bəli4. Xeyr 13. Bəli5. Bəli 14. Bəli6. Xeyr 15. Bəli7. Xeyr 16. Xeyr8. Xeyr 17. Xeyr9. Xeyr 18. BəliÖzünə inam Ölçmə Test balları.30-36: Bu ballarda özünəinam baximindan probleminiz yoxdur. İnsanlar liderlik və ilham üçün sizə güvənirlər. Ehtimal ki, yenə də, bəzi insanlar sizin özünü bəyənmiş və əzici olduğunuzu düşünür. Doğru söyləmək lazım olsa, eqonuz çoxdur. Siz də şəxsi olaraq sizi öldürməyən şeyin sizi gücləndirəcəyini düşünürsünüz. Ancaq məşhur mütəfəkkir Goethe'nin ifadələriylə "İstənilən hər şeyi etmək üçün insan özünü olduğundan daha yaxşı görməlidir."20- 28: Bu ortalama bir özünə inam baximindan güclü və zəif tərəfləri olan bir insanı işarə edir. Bu test yoluyla qorxularınızı təyin edə bilər, onların etibarlılığını qiymətləndirə bilər və istəsəniz onları düzəldə bilərsiniz. Xeyr cavablarınıza yenidən baxıb üzərində düşünün.6 - 18: Qorxaq və özünə güvənməyən, ətrafındakıların liderlik və rəhbərliyinə ehtiyac duyan birisiniz. Həyatı gözəl yaşamaq üçün bir az dəstəyə ehtiyacınız olduğu şübhəsizdir. Bilməmək sizi bezdirməsin. Öyrənmənin sehirli qapıları hər vaxt sonuna qədər açıqdır.0 - 4: Bu olduqca nadir rast gəlinən bir baldır ancaq bu aralığa düşsəniz, bu, məlumatlı bir adamdan bəlkə bir psixiatr, doktor ya da bir din adamından kömək almalisinız mənasına gəlir. Həyat sizin üçün qorxu və narahatlıq dolu olmalıdır.(feat.az)

Sabahın HAVA PROQNOZU açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

"Bu adı məhsula qoymaq düz deyil" - Gülməli adların insan zehninə təsiri

Məhsullara verilən müxtəlif adlar hər zaman maraq dairəsində olub. Psixoloq.az xəbər verir ki, son zamanlar broyler toyuq məhsuluna “xalaoğlu” adının verilməsi isə sosial şəbəkələrdə kifayət qədər tənqid mövzusu olub. Buna gülməli rəylər yazanlar da çox oldu, tənqid edənlər də... Bəs məhsulla aidiyyatı olmayan adlar insan psixologiyasına nə kimi təsir göstərir? Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən psixoterapevt Süleyman Məmməd-zadənin sözlərinə görə, məhsula ad vermək marketinq şöbəsinin işidir və oradakı mütəxəssislər də bir növ psixoloq olmalıdırlar: “Bildiyiniz kimi psixologiya şaxəli elmdir. Marketinq cəhətdən elə bir ad seçilməlidir ki, insanların şüuruna hansısa təsir göstərərək məhsula cəlb edə bilsin. Reklamda belə bir addan istifadə etmək mümkündür. Çünki reklam yadda qalandır. Ancaq bu adı məhsulun üzərinə qoymaq doğru deyil. Çünki birbaşa məhsulla arasında heç bir rabitə yoxdur. Bu, dolamağa gətirib çıxaran bir şeydir. Məhsulun üzərindəki bu ada baxarkən düşünmürəm ki insanları cəlb etsin. Daha da müştərini güldürərək özündən uzaqladıracaq. Düzü bunu neçə adam evinə alıb aparmaq istəyər maraqlıdır”. Şəhanə Quliyeva

Bu tərəvəzlə süd vəzi xərçənginə qalib gəlmək olar

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.

Ümidsiz və kefsiz olanlar...Bu problemə yoluxmaq ehtimalınız var

Depressiyanın əlaməti ilk olaraq yuxu və yemək pozuntusu ilə özünü biruzə verir. Psixoloq.az xəbər verir ki, şəxs özünü ümüdsüz və kefsiz hiss edir. Yorğunluq hissi hakim olur. İntihar və ölüm düşüncələri daha da çoxalır. Depressiya yas deyil, ancaq yas depressiyaya səbəb ola bilər. Hər 6 nəfərdən biri bu problemdən əziyyət çəkir. Qadınlarda kişilərə nisbətdə daha çox görülür. Bəs depressiyaya səbəb olan faktorlar hansılardır? Genetik səbəblər Vücuddakı bəzi hormonların pozğunluğu Ətraf faktorlar – kasıblıq, şiddət və s. Qeyd edək ki, müalicəsi isə psixoterapiya, elektroterapiya və s üsulu ilə aparılır. Şəhanə Quliyeva

Çoxuşaqlı qadınlarda bu xəstəlik riski 70 faiz yüksəkdir

Qadınların 5 və ya daha çox uşaq sahibi olması onlarda Alsheymer riskini 70 faiz artırır. Alimlər bu qənaətə Koreya Respublikasında və Yunanıstanda 60 yaşından yuxarı 3500-dən çox qadın üzərində apardıqları araşdırmadan sonra gəliblər. Tədqiqatda demensiya xəstəsi olmayan 5 və daha çox övlad dünyaya gətirən qadınların koqnitiv testlərdə 5-dən az uşaq dünyaya gətirənlərə nisbətən daha müvəffəqiyyətsiz olduqları müşahidə edilib. Bundan əlavə, orta yaş həddi 71 olan qadınlar arasında bir və ya iki dəfə yarımçıq hamiləlik yaşayanlarda belə Alsheymer riskinin ümumiyyətlə hamilə olmayanlara nisbətən daha aşağı olduğu müəyyənləşib. Tədqiqatçılar Alsheymer riskinin artmasına səbəb kimi qadın orqanizminin sürətlə yüksəlib anidən düşən estrogen və stress hormonlarının təsirinə məruz qalmasını göstərirlər. Belə ki, bu vəziyyət beyinə mənfi təsir edir. Bununla yanaşı, yarımçıq hamiləliklərlə bağlı nəticələr də tədqiqatçılarda təəccüb doğurub. 2016-cı il Dünya Alsheymer Hesabatına görə, dünyada 47 milyon Demans xəstəsi var (AZƏRTAC).

İş stressindən necə xilas olmalı? - Bunları yeyin

İş stressi demək olar ki, çalışan hər kəsi narahat edən problemdir. Müvəffəqiyyət qazanma hissi və iş şəraiti stressin artmasında önəmli rol oynayan faktorlardandır. Lakin sağlıqlı qidalanma ilə iş stressini azaltmaq mümkündür.  Psixoloq.az ailem.az-a istinadən iş stressini azaldacaq qidaların siyahısını verir. - Balıq stressi azaldan qidalardan birincisidir. - Avokado hormon səviyyəsini tənzimləyir.  - Portağal, qreypfrut kimi sitrus meyvələri stress səviyyəsini aşağı salır. - Çobanyastığı və anason çayları antidepressiya təsiri göstərir. - Tünd şokolad tərkibindəki "feniletilamin" maddəsi sayəsində xoşbəxtlik hissi verir. - Yulaflı və yağ səviyyəsi aşağı qidalar əsəbləri sakit saxlayır. - Qoz, ərik, üzüm qurusu, badam və fındıq kimi çərəzlər sinir sistemini rahatladır.(ailem.az)

Günün qoroskopu: verdiyiniz vədləri, öhdəlikləri unutmayın

Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər. Axşam saatlarını təklikdə keçirməyə çalışın. Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin məsləhətindən yararlanın. Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun. Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin. Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır. Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir. Axşam saatlarını ailənizə həsr edin. Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın. Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur. Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər. Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın. Tərəfdaşla təmasları gərginləşdirməyin. Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı perspektivləri var. Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar. Rasionununuzu daha faydalı etməyə çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var. Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir. Verdiyiniz vədləri, öhdəlikləri unutmayın. Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın. Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.(Milli.az)

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU

Azərbaycanda avqustun 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 28-33° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 32-37° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacağı proqnozlaşdırılır. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimalı var. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 20-22°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti təşkil edəcək.

Ayaq qoxusunun qarşısını belə alın - Üsullar

Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)

Gəzintiyə çıxmaq istəyənlərin nəzərinə - Bu gün 33 dərəcə isti olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında avqustun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 25-26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Günün ulduz falı: 25 avqust, 2018

Qoç – cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin. Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır. Günün ikinci yarısında mühüm görüş olacaq. Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil. Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz. Buğa – ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın. Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür. Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın. Axşam saatları aktiv istirahəti seçin. Əkizlər – aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın. Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın. Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin. İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız. Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın. Səhhətinizə fikir verin. Fiziki işdə xeyir var. Xərçəng – görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır. Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın. Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür. Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın. Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın. Vədlərinizə əməl edin. Şir – problemlər və qayğıları keçmişdə qoymağa çalışın. Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər. Sonuclar yeni planların düzəninə təsir edəcək. Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın. Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun. Qız – bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın. Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar. Səhhətiniz üçün faydalı əməllərdən birini edin. Tərəzi – fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın. Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər. Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq. Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil. Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın. Əqrəb – uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək. Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın. Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın. Oxatan – sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın. Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin. Günün ikinci yarısında işlər çoxdur. Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir. Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin. Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq. Oğlaq – işləri qaydaya salın, konkret nəticəyə nail olun. Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur. Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin. Dolça – gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun. Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil. Görüş, məktub və danışıqlara önəm verin. Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar. Axşam saatlarında normal istirahət edin. Balıqlar – istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar. Bir çox məsələləri qeyri-formal şəraitdə çözün. İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər. Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var. Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz. Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir. Milli.Az

Daim "Xəstəyəm" düşüncəsi - İpoxondriya xəstəliyi nədir?

Cəmiyyətimizdə bəzi insanlar vücudlarında olan ani dəyişiklikləri xəstəlik olaraq adlandırır və həkimə müraciət edirlər. “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir.  Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir. Belə ki, bundan əziyyət çəkən insanlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər. İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər. Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

Uşaqlar nə üçün yalan danışır?

Valideyin və müəllimləri yalandan başqa heçnə çox əsəbləşdirmir. Böyüklər ehtiyyat edirlərki kiçik yaşından yalan danışmağa başlayan uşaqda bu xarakterə çevriləcək və onlar ömür boyu bundan əziyyət çəkəcəklər. Bəs uşaqlar nə üçün yalan danışır? 3-7yaşlı uşaqlar xəyalla gerçəyi bir-birindən ayırmağda çətinlik çəkirlər. Buna görədə öz xəyallarının məhsulunu real kimi göstərə bilərlər.Məsələm: “Mənim böyük filim var.”, “Atam mənim üçün təyyarə alıb” və s. 7yaşdan sonra,  xüsusilə 11 yaşdan sonra uşaqların hansı mövzularda yalan danışdığına fikir vermək lazlmdır. Yalan - bəzən müdafiədir.Yaşı nisbətən böyük olan uşaqlar valideyinlərin qəzəb və aqressiyasından xilas olmaq üçün yalana əl atır.Yalanla müdafiə olunmaq təkcə ailədə deyil,eləcədə ondan kənardada özünü göstərir.Uşaq bilir ki,pis davranışına görə ona cəza verəcəklər.Bəs əgər yalan desə necə? Bəlkə o zaman cəzadan qaça bilər.Məktəbəqədər mərhələdə yalan danışmaq azalmalıdır.Yox əgər bu davam edirsə artlq davranış pozuntusudur. Bura alt islatma,dırnaq yemə,özünə qapanma,aqressiyada əlavə olunubsa vəziyyət çox ciddidir deməkki. Zəkası aşağı olan uşaqlar reallıqdan çox-çox fərqlənən yalanlar danışarlar,patalojı yalan danışan uşağın heç bir məqsədi yoxdur,olmayan şeylər haqqında danışıb çevrəni təəccübləndirmək onların çox xoşuna gəlir. Hələki uşaqlar balacadı doyunca yalan danışa bilərikmi onların yanında? Unutmayaq uşaqlar hər şeyi özlərinə çəkir.Əksər uşaqlar oyuncaqlarla deyil böyüklərin əşyaları ilə oynamağa üstünlük verirlər.Məsələn saatımızla oynamaq istəyən uşağın qoluna piramidanın halqasını keçirdib-Bax bu sənin saatındlr-deyirik. Yaxud” gəl yeməyini ye səni parka aparacam” halbuki bunu etmirik.Məgər yalanın təməlini özümüz qoymadıqmı? Ana və atasının yalan danışdığını görən uşaq zamanla bunun normal və qəbul edilən bir hal olduğunu düşünəcək. Belə bir eksperiment aparılmışdır:3yaşlı uşaqlara arxalarında maraqlı bir əşyanın olduğunu ancaq ona baxmamaq tapşırılmışdır.Eksperimentator otaqdan çıxan kimi bütün uşaqlar arxaya çevrilmişdir.Arxaya baxdınmı sualına hamısı -yox-cavabını veriblər.Bu eksperimentdə uşaqlar bizə göstərirlər ki,belə davranış bütün uşaqlar üçün normaldı.Axı onlara maraqlı idi. Bəs uşaqlar nə üçün yalan danışır? -Müəyyən yaşlarda yalan və gerçəyi ayıra bilmədikləri üçün -Diqqət çəkmək üçün -Uğursuzluqlarını gizlətmək üçün -Ətrafdakıların güvənini qazanmaq üçün -Valideyinlərindən,yaxud ətrafda kimdənsə nümunə götürdükləri üçün -Cəzadan xilas olmaq üçün -İntiqam almaq üçün -Kiçik problemlərindən xilas olmaq üçün -Heç kimdən asılı olmadıqlarını göstərmək üçün -Ətrafdakıların diqqətini öz üzərinə çəkmək üçün Gəlin öz uşaqlığımızı xatırlayaq. Axı bizdə yalanlar danışmışıq. Biz güclü, uşaq isə zəifdir,biz bir şeyi istədiyimiz halda uşaq başqasını istəyirsə yalan danışmaqdan başqa yol saxlamırıq onun üçün.Əksər vaxt çox valideyinlər belə düşünür ki,onlar hər şeyi bilir və her şeyin ən yaxşısını seçirlər.Bu an kiçik və olduqca vacib nüansı qaçırdırıq yerinə qərar verdiyimiz bizim uşağımız olsada, o da bir şəxsiyyətdir öz fikirləri və planları ola bilər.Artıq övladınız sərbəst qərar verməyə çalışırsa ona mane olmayın”sən hələ balacasan,sən nə bilirsən ki, mənə yolda göstərirsən” deyib onu alçaltmayın,özgüvənini qırmayınki sonradan harda səhf etdim ki,uşağım mənə yalan danışır deməyəsiniz. Əgər uşagın 7yaşı olmayıbsa o realda olanlarla xəyallarını qarışdıra bilər.Məsələn: uşaq böyük həvəslə uçan fil gördüyünü danışır.Belə fantaziyalarda pis heçnə yoxdur.Fantaziya yalandan onunla fərqlənir ki,uşaq bununla heç nə əldə etmək və sizi qıcıqlandırmaq istəmir.Əgər o fantaziyalarını real baş vermiş hadisəyə bağlayırsa,bizim buna uyğun cavabımız olmalıdır. Məs:Suyu filin dağıtdığını deyirsə-“Mənə elə gəlirki sən suyu dağıtdığın üçün təəssüflənirsən və bunu filin etməsini istərdin.-deyə cavab veririk. Yəni bunu filin əvəzinə səndə edmiş olsaydın biz onsuzda bərabər yığışdıracaqdıq.Belə hallarda qətiyyən uşağa əsəbləşməyin,tərs-tərs baxmayın ən əsası cəza verməyin.O bunu bilərəkdən etməyib,necəki bizdə tez-tez hətta ən vacib görüşlərimizdə belə təsadüfən stəkana toxuna, onu yerə sala və sındıra bilirik. Yalan mövzusunda bir çox psixoloqların araşdırmaları olsada Kaliforniya universitetinin professoru Pol Ekman bu istiqamətdə daha çox öyrənmiş və kitabıda nəşr olunmuşdur.O belə hesab edir ki,yalan-valideyinlərlə uşağın arasında inamsızlığın ilk göstəricisidir.Bu özünün gücünə və bacarığına inamsızlıqdır.Yalan onu deyir ki,ana və ata mənə lazım olan çətin anımda yanımda olmayacaqlar. Uşaqlar heç vaxd boşuna yalan danışmır.İstənilən yalanın səbəbi vardır.Uşaq üçün bu öz həyatında nəyisə dəyişmək vasitəsidir.Ona cəza vermək,qadağalar qoymaq yalanı azaltmayacaq,sadəcə övladınızın yanında olun,onu müşahidə edin və onu öyrənin. Kiçik məktəb yaşı dövründə isə uşaqlar şüurlu şəkildə yalan danışırlar.Pol Ekman bunun səbəblərini belə göstərir: -böyüklərin yanında özünü təsdiq etmək -onların təriflərini eşitmək -etdikləri səhfləri gizlətmək üçün İkinci bəndə xüsusilə diqqət etməliyik.Çox vaxt başımız işə o qədər qarışır ki ,ana yaxud ata olduğumuzu unuduruq.”sabahın xeyir”, “dərslərin necədi”,”səni çox istəyirəm”,”səninlə fəxr edirəm”,”unutma mənə hər şeyi, hə düz eşitdin hər şeyi danışa bilərsən”,”gecən xeyrə” kimi bizim üçün sadə onlar üçün sehrli olan birləşmələri deməyi belə unuduruq. Nisbətən böyük uşaqların yalan danışma səbəbləri bunlardı: -Diqqət cəlb etmək -Dostların əhatəsində müdafiə -Öz sirrini qorumaq -Pis vəziyyətlərdən qaçmaq -Özünütəsdiqetmək -Alçalmaq yaxud utanmaq hissindən azad olmaq -Öz gücünü yoxlamaq -Kollektivdəki problemlər -Valideyinlərlə sərhədlər qoymaq üçün Doqquz yaş və daha böyük uşaqların yalan danışmasını normal qəbul etməməliyik və bunun səbəbləri mütləq araşdırılmalıdır.Yeniyetmələrdə yalanın əsas səbəbi qısqanclıq,rəqabət hissi,geri çevrilmə qorxusu,qəbul edilməmə,daha çox diqqətə ehtiyac hissindən ola bilər. Əgər uşaq yalnız ana və ataya yalan danışırsa bunun səbəbi nə ola bilər? Ana və atanın reaksiyasından qorxa bilər.Bu vəziyyət mütləq ailədə işlənməlidir.Yəni ana və atadan gedən mesajlar,eləcədə valideyin kimi uşağa yanaşma işlənməlidir.Yalan ortaya çıxan kimi vurmaq,cəza vermək,döymək çıxış yolu deyil.Uşaqla söhbət etmək yalanın nə özümüzün,,nədə digər insanlar tərəfindən yaxşı qarşılanmadığını izzah etməliyik.Az nəsihət verib,çox qulaq asmalıyıq. UŞAĞIN ŞƏXSİYYƏTİ DEYİL DAVRANIŞI HƏDƏFƏ ALINMALIDIR. Hiperaktiv uşaqlarda uğursuzluqlarını gizlətmək və güvən hissi yaratmaq üçün yalan danışa bilərlər.Diqqət əksikliyi olan bir uşaq xüsusilə məktəbdə diqqətini uzun müddət cəmləyə bilməz,deyilənləri yadında saxlamaz,ev tapşırıqlarında çox çətinlik çəkər,müəllimləri və dostlarını narahat edən davranışlar nümayiş etdirə bilərlər.Bu zaman uşağı tənbəllik və uğursuzluqla günahlandırmamalıyıq.. Uşaq səhf hərəkət etdikdə hər şeyi olduğu kimi etiraf etdiyi zaman cəzalandırılsa o növbəti dəfə cəzadan xilas olmaq üçün yalana əl atacaq.Əgər dərsindən zəif qiymət aldıqda”yenə qiymətlərin pisdi nə vaxd yaxşı qiymət alacaqsan?”desək növbəti dəfə zəif qiymət alanda bizə deməyəcək ,yaxud bizdən gizlədəcək.Sosial vəziyyəti aşağı olan ailələrdə uşaq digərlərində olan əşyalara qısqanclıqla yanaşıb yalan danışa bilər.Məsələm:Velosipedi olmayan uşaq velosipedi olduğunu lakin sürmək istəmədiyini deyə bilər.Bacı-qardaş qısqanclığı varsa ana-atanı cəzalandırmaq üçün yalan danışa bilərlər.Yalan danışmaq real olmayan duyğu və düşüncələrin varmış kimi izzah edilməsidir.Hər səhfə görə verilən ağır cəzalar daha çox yalana gətirib çıxardır. Uşaqlara izzah edilməli məsələlərdən biridə nə vaxd yalan danışa bilərikdi. 1.Əgər tanımadığı adam evin ətrafında gəzirsə və artlq qapıya əl atıbsa bu zaman atam işdədi 4saatdan sonra gələcək demək təbii ki uyğun deyil.Bu zaman atam mağazaya düşüb indi qayıdacaq demək tam vəziyyətə uyğundur. 2.Əgər ad günündə ikinci adamda eyni hədiyyəni veribsə”a dünən eynən bundan əmim almışdı”demək əvəzinə neçə vaxtdır gözlədiyim hədiyyədir deməkdə olar. Öz övladlarınızla ən yaxşı dost olmağa çalışın.O sizə inanmağa və etibar etməyə başlayanda sizi özünə həmfikir,dayaq görəndə sizə yalan danışmaq üçün çox az səbəbi olacaq.Siz aranızdakı münasibətlərdə yaranan dəyişikliyi hiss edəcəksiniz.Əlbətdə bu anidən olmayacaq,zaman lazımdı amma bir gün mütləq bunu hiss edəcəksiniz.Əvvəllər sizdən gizlətdiyi,danışmağa qorxduğu yaxud utandığı mövzuları birdən-birə sizlə bölüşməsədə zamanla artıq bir çox sirlərini öyrənmiş olacaqsınız.Daim övladlarınızın yanında olun,onlara dəstək olun və bunu mütləq onlara bildirin.(düşüncə.az)

Rəqs terapiyası nədir? - Faydaları

Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq  və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən  hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur.  Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox  problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı  əlaqələrin  qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr  və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox  problemləri haqqında  birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva