İntiharla mübarizə aparmağa bir nəfər kifayətdir, o da SİZ olun.

10 sentyabr - Ümumdünya İntiharın qarşısının alınması günü kimi neçə illərdi qeyd olunur. İntihar hər il minlərlə gəncin həyatını təhdid etdiyindən, bütün yeniyetmələr “intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar. Vaxtaşırı intiharla əlaqədar internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu hallar insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemi həll etməyə çalışırlar. İntihar edən və ya intihara cəhd edən uşaq - bir-birini istisna edən bu iki anlayış zamanın "əlamətlərindən" biridi. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri, kiçik hadisələ kəskin reaksiyaları onların nəzərlərində dözülməz olur. Çıxış yolunu hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən intihar etməklə valideynlərinə acı yaşadaraq diqqəti özlərinə cəlb etməkdə görürlər. İntihar yolu ilə uşaq, bir yetkin kimi, vəziyyəti dəyişdirməyə çalışdığına inanır. Əsas fikri özlərinı yönəltməklə hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, təkbaşına israr etmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc ümumiyyətlə çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib özünə dərd edirsə, həssaslığa tam meyllidirsə, özünü tez- tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa intihar ilk meyllikərdəndi. Həm də unutmaq olmaz ki, uşaq özünü bədbəxt hiss etdikdə intihara qərar verir. Gəncin fikrincə onun həyatının heç kimə maraqlı olmayan qiyməti, incidənlərindən intiqam almaq üçün bir dərs olar. Onların təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa bir dünyaya girmək üçün bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Zəruri olan əsas əlamətlərini vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq və ya hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünməyə dalmaq, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara cəhd etməkdə marağı olanların iıkin əlamətləridi. Bir yeniyetmədə problemlər, sevilən biri ilə ayrılması və ya xəyanəti səbəbindən yarana bilər. Bu dövrdə yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna və son dərəcə ciddiyə aldığına əmin olurlar. Ailədəki çətin bir psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ananın aralarındakı qalmaqalları, boşanmaları, təhsilindəki həddindən artıq yük və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası internet asılılığı problemləri və bir çox başqa səbəblər uşağı intihara cəhd etməyə sürükləyə bilər. Uşağı danlamayın, ona bağırmayın, laqeydlik maskası arxasında gizlənməyin, sadəcə sizi qorxutmağa qərar verdiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Əvvəlcə uşaqla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbin bir münasibət, inam aşılamaq, məqsədlərinə çatdığını göstərmək lazımdır. Uşağı "hər zaman narazı" və "kövrəklikdə" günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki gənclə müqayisə edə və sabahkı gəncin müsbət bir görüntüsünə köklənə bilərsiniz. Mütəxəssislərdən kömək istəməyinizə əmin olun. Unutmayın ki, hələ bir intihar cəhdi ola bilər. Statistikaya görə, intiharların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. İntihar etməyə qərar verən gənci diqqətlə dinləyən, uşağın emosional böhranının ciddiliyini, niyyətlərini və hisslərini, dərinliyini qiymətləndirən, ən kiçik şikayətlərə belə diqqətli olan, uşağın mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın, intihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək risqi demək olar ki, azdır. Çox vaxt gənclər İnternetdə intihar etmək barədə məlumat tapa bilərlər. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına diqqət etmək gərəkdir. Unutmaq olmaz ki, yeniyetmələr ətraflarında gördükləri davranış modellərini internet və televiziyadan onlara təklif etdikləri şəkildə kopyalayırlar. Dünyada hər 40 saniyədə bir kimsə intihara cəhd edir və hər il təxminən 800 min insan intihar nəticəsində ölür. Həyat o qədər tez keçir ki, çox vaxt ağlımız dünyanı görmə tərzimizi dəyişənə qədər ömrümüz onsuz da bitir. Sonu olmayan, nə vaxtsa bitəcək ömrün dirənəcəyi nöqtəyə qədər olan qavrayışımızın da artıq təsirli olmur. Ruh cökür, fəaliyyət mexanizmləri itir. Bütün bunlar o qədər tez olur ki, özümüzə sual vermək üçün vaxtımız da olmur. Bunu biz duymuruq, arxada qalan əzizlərimiz bilir. Nə çəkirlər onları da təsəvvür etmək belə qorxunc olur. Gəlin sevdiklərimizi qoruyaq. Onların qayğısına hələ kiçik yaşlarından qalaq. Təkcə maddi nemətlərlə yox, mənəviyyatlarının da qayğısına da qalaq, daxili dünyalarına nəzər yetirək, maraq dairələrini öyrənək, onlardan mərhəmətimizi, sevgimizi əskiltməyək. Həyata onların nəzərləri ilə baxaq. O zamab öz dünyamızı da aydınlatmış olarıq. Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər kifayətdir - o da SİZ olun. Yeganə İskəndərova

Psixikan qaydaslndamı?

Psixikan qaydasındadırmı? Sizə 10 test təqdim olunacaq.                 Test 1 Həyat həyəcan və streslə doludur və çox vaxt biz rahatlığımızı, dincliyimizin balansını saxlamağı arzulayırıq. Bərabərliyi qorumaq və duyğularımızı idarə etmək həmişə çətin olub. Sadə bir ekspress test Sizə özünüzü başa düşməyə və psixikanızın nə qədər sabit olduğunu yoxlamağa kömək edəcək. Bu test vasitəsilə psixikanızın qaydasında olub olmadığını öyrənə bilərsiniz. Şəkildəki fiquru diqqətlə nəzərdən keçirin. Hərəkət görürsüz? Fiqur hansı istiqamətə doğru hərəkət edir? Sağ, sol, yuxarı, aşağı istiqamətlənir və ya hərəkət etmir? Buyurun, şəklə nəzər yetirin. Sizə fiqur hərəkətsiz görünsə, deməli bu, həyatınızda yaranan durğunluq əlamətidir. İnkişaf etməyə səy göstərmirsiniz, bütün bacarığınız özünüzdə "qorunub saxlanılır" və həyata tamamilə laqeydsiniz. Sizə fiqurun sola tərəf hərəkət etdiyi, işığın qaranlığa yaxınlaşdığı görünsə, o zaman həyatınız planlar və ümidlərlə doludur, həyat enerjiniz sürətlidir və öz gücünüzə inanırsınız. Hərəkət sağa tərəf yönlənirsə, qaranlığın işığa yaxınlaşması kimi görünürsə, bu o deməkdir ki, indi həyatınızda ən yaxşı dövr deyil, şübhələrdən əziyyət çəkirsiniz, narahatlıq hissi keçirirsiniz və nədənsəqorxursunuz. Hərəkətin yuxarıya doğru istiqaməti, sizin həyatınızda nəyisə düzəltmək istəyinizi göstərir. Aşağı istiqamətdə hərəkət müşahidə edirsinizsə, onda döyüşmək üçün tam istəksiz və laqeydsiniz. Və bu xəbərdarlıq əlamətidir. Titrəyişli, yəni hər tərəfə yellənən hərəkət görünürsə, bu ahəngdar və inkişaf etmiş bir təbiətə işarədir. Cəsarət və nikbinliklə dolu olduğundan düşünməyi üstün tutursan. Yeganə İskəndərova

Travma və xüsusiyyətləri nələrdir

Travma anlayışı, bir insanın mənəvi və fiziki varlığına xələl gətirən, incidən və yaralayan hər cür hadisəni adlandırmaq üçün istifadə oluna bilər. Həyatda yaşanması ağır olan hadisələr insanda qorxu, köməksizlik, zəiflik hisslərinə səbəb olur və bu vəziyyət travma almış insanların duyğularını, düşüncələrini və zehni vəziyyətlərini uzun müddət təsir altında saxlayır. Belə hadisələrə "travmatik vəziyyət" və ya "travma" deyilir.  Orqanizmalar travmatik hadisəyə fərqli şəkillərdə reaksiya verir. Bir orqanizm travmaya oxşar reaksiya versə də başqa bir organizm fərqli reaksiya verə bilər.  Ümumiyyətlə, travma anında və sonrasında stress reaksiyalarının emosional, fiziki, zehni və davranış aspektləri müşahidə olunur. Duygusal: güclü qorxu, qəzəb, günah, çarəsizlik, xəcalət, darıxdırıcılıq, kədər, pessimizm və s. duyğuları hiss etmək. Fiziki: nəfəsdə daralma, boğazda darlıq, ürək bölgəsində çarpmalar, titrəmələr, başgicəllənmə, ürək bulanması, qusma, ağız boşluğu, iştahsızlıq, həddindən artıq yorğunluq, bəzi bölgələri hiss etməmək və s. Zehni: sıx-sıx narahat edici düşüncələr, dağınıq düşüncələr, insanın  özünə və xarici dünyaya qarşı mənfi düşünceleri, unutqanlıq, hadisələrin yüngülləşməsi, trans vəziyyət, tapıldığı yer və vaxtı xatırlaya bilməmək, xəyalları pozan və təkrarlayan və s. Davranış: qəfil və gözlənilməz intensiv partlayışlar qəzəb, yayındırma, həddindən artıq əsəbilik, özünə zərər verən davranış, intensiv alkoqol istifadəsi, çəkinmə davranışı və s. əlamətlər aiddir. Travma sonrasında yaranan pozuntunu müalicə etmək üçün farmakoloji terapiya və psixoterapiya metodları istifadə olunur. Semptomlar çox ağır olmadıqda, ilk növbədə psixoterapiya ağır hallarda dərman və psixoterapiya tətbiq etmək faydalıdır. Uzm.Psixolog Elnara Maharramova

Həyatda hansı yer sənə aiddi? Bilmək istəyirsən?

Şəxsiyyət testi. Stullardan birini seç.  1. Hər hansı bir atmosferi necə optimallaşdırmağı bilən bir insansan. Dəstək verməyə, xəbərdar etməyə, inandırmağa qadirsən. Sən insanın ruh aləmini anlayan bir şəfasan - psixoloqsan. Stul 2 Məsuliyyəti anlamağa, rəhbərlik etməyə qadir olan birisən. Bəzən sərt olur, bəzən də güzəştə gedirsən. Sonunda zəruri olan qərarı verirsən. Qətiyyət göstərə və ətrafdakılara qayğı ilə yanaşırsan. Sən rəhbərlik üçün yaranmısan. Stul 3 Necə edəcəyinizi bilirsiniz: hər bir insanın istedadını anlayan və dəyər verənsiniz. Əsas hadisələrə baxır, detallara diqqət yetirirsiniz, nəzərinizdən heç nə yayınmır. Hər bir işə böyük məhəbbətlə, əzmlə yanaşırsan. Sən tərəddüd etsən də əla təşkilatçısan. Stul 4 Gözəlliyi necə görməyi bilən bir yaradıcı insansan. Hər hansı bir iş və əlaqəni optimallaşdırmağın yollarını bilirsiniz. Sağlam düşüncəniz var. Səndən yaxşı ixtiraçı, dizayner ola bilər. Stul 5 Ənənələrə hörmət etməyi bilirsiniz. Keçmişlə maraqlanırsınız. Təcrübəyə hörmət edir və müdrikliyi dəyərləndirirsiniz. Zamanların bağlantısını anlamağı bacarırsan. Sən tarixçi, salnaməçisən. Stul 6 Asanlıqla uyğunlaşırsınız, tez öyrəşirsiniz. Çevik bir ağıl və mehriban təbiətə sahibsiniz. Sən şərtlərin tələb olunduğunu edə bilən israrlı bir insansan. Potensialınız yüksəkdir. Yeganə İskəndərova

Covid-19 sonrası yarana biləcək sosio-psixoloji problemlər və alınacaq tədbirlər

Dünyanın məruz qaldığı  ağır və travmatik müddətində virusun təsiri  ilə milyonlarca həyat ciddi şəkildə dəyişdi. Çətin və uzun müddətli streslə mübarizə hal hazırda davam etməktədir. Bu virusdan heç şübhəsiz daha çox təsir edən psixoloji faktorlar təsir göstərməkdədir. Bu müddətdə stres faktorları arasında: sağlığımızın təhdid altında olması, sevdiyimiz insanlardan, emosional anlardan və sosial  münasibətlərdən uzaq qalmaq səbəbi ilə tənhalıq, gərginlik hislərini ifadə edə bilərik. Aparılan araşdırmalar, sosial məsafə, karantina və ya izolyasiya müddətində bunları yaşaya biləcəyiniz müşahidə edilməkdədir:Qorxu və narahatlıq: özümüz və yaxın çevrəmizin Covid-19’a tutulma riski ilə özünüzü narahat hiss edə bilərsiniz. Bəzi insanlar bu müddəti daha gərgin şəkildə keçirdə bilər; yuxu və qida rejimində pozulmalar və s. Depresiya və gərginlik: günlük həyatımızda baş verən maneələr, planlarımızın təxirə salınması qəmginlik və ruh halımızın pozulmasına səbəb ola bilər. Evdə uzun müdətli zaman keçirmək, sosial münasibətlərdən uzaqlaşmaq gərginlik və yalnızlıq duyğusuna səbəb olmaqdadır.Qəzəb və xəyal qırıqlığı: izolyasiya və karatina səbəbilə azadlığın məhdudlaşması və s.Necə tədbir almalıyıq? Nələr etməliyik? Bu çətin müddətdə zamanın düzgün idarə olunması, psixososial dəstək, ailənizin və özünüzün istər fizioloji, istərsə də psixoloji müdafiə formaları ilə bağlı ətraflı və doğru məlumat əldə etməyə çalışın.Gün boyu pandemiya haqqında istər sosial şəbəkələr, televizyalardan aldığınız xəbərlər, bizi narahat edən və get-gedə artış göstərən rəqəmlər təşviş və qorxu duyğusunda artışa səbəb olmaqdadır. Gündəlik olaraq məlumat aldığınız xəbər saytlarının güvənilir olduğuna diqqət edin.Sağlıqlı həyat tərzi qurmağa çalışın. Yuxu saatlarınıza, qida rejiminizə diqqət etməyə çalışın. Lazım olduqda, psixoterapiya üçün onlayn dəstəkdən qaçınmayın. Sinir bilim uzmanı, Psixoloq Rəna İmanova 

Fərdi inkişaf planının tərtib olunması.

Hər bir sindrom və xəstəlikdə Fərdi İnkişaf Planının tərtib olunması əsas şərtlərdən hesab edilir.İnkişafdan geri qalan uşaqlar güclü və zəif tərəflərinə,habelə davranış pozuntularına görə bir-birindən fərqlənir.Məhz bu səbəbdən bütün bacarıqlar qiymətləndirildikdən sonra proqram qurulur.Proqrama sosial, özünəxidmət bacarıqları da daxil edilir .Məqsəd qısa və uzunmüddətli olur.FİP valideynlərin iştirakı ilə tərtib edilir  və ailənin digər üzvlərinin də məlumatı olması üçün onlara təqdim edilir .Düzgün qurulan proqram vasitəsilə uşağın fərdi inkişafında müsbət irəliləyişlər əldə edilir .Sonda onu qeyd edim ki,FİP qurulan zaman ilk növbədə yaş xüsusiyyətləri ,diaqnozun dərəcisi də nəzərə alınaraq tərtib olunmalıdır.Hər bir uşağa düzgün yanaşma düzgün inkişaf deməkdir.Psixoloq:Təhminə Islamqızı 

Meditasiya bütün xəstəlikləri sağaldır

Mütəmadi olaraq düşünən insan beyni qeyri-adi və stresli vəziyyətlərə daha asan uyğunlaşır, beyin toxumasının sıxllığı narahatlığa, gərginliyə səbəb olur. Meditasiya stress və narahatlığı aradan qaldırılır, yaradıcılığı aktivləşdirir, yeni fikirlər üçün saatlarla mübarizə aparanlara, problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etməyə, yeni məlumatların qavranılmasına yardımçı olur. Müxtəlif psixofizioloji təcrübəyə, konsentrasiyaya, iradə gücünə də əsaslan meditasiya zehni daha aydınlaşdırmağa, insanın özünüzü başa düşməyə və fikrini idarə etməyə imkan verir. Son aylar həyatımızda kökündən dəyişən ağlasığmaz dəyişikliklərə rəğmən nə qədər müvazinətimizi saxlamağa çalışsaq da bir çoxumuzda bu hal arzuolunmaz daxili gərginliyə, stressə səbəb olur. Aktiv həyat tərzindən monotonluqla mübarizədə hər kəs güclü ola bilmir. Vücudlarımız birdən-birə tənbəlləşir, şüurumuz mühitin, bolluca informasiyanın qəbulundan usanır və ya təhdidinə mübarizə reaksiyası ilə etiraz edir. Yuxu pozğunluğuna, depresiya və narahat görünüşə, qan təzyiqinin artmasına, sürətli yorğunluğa və düşüncələrin qarışıqlığına səbəb olan adrenalinin səviyyəsinin enməsinə də səbəb olur. Meditasiya geri addım atmaq, stresin yaranmasını tanımaq və ona necə cavab verəcəyinizi seçmək imkanı verir. Məsələn, adi bir istirahət təcrübəsi ola bilər ki, bu da stres vəziyyətində də ağıllı davranmağa imkan verir. Meditasiya növünü seçmənin başlanğıcı özünüzü nə qədər rahat hiss etməyinizdi. Onun köməyilə bütün bədən xəstəliklərinə müalicə etməklə güclü və möhkəm olmasına təkan verən daxili "mən" inizi də dəyişə bilərsiniz. Beləliklə... Kürəyinizi düz bir vəziyyətdə saxlamaqla əyləşin. Gözləriniz açıq və ya qapalı da ola bilər. Meditasiya etmək üçün evdə olmağınızın fərqi yoxdu, bunu hətta tıxacda durmağa məhkum olduğunuz maşınınızda da edə bilərsiniz. Beləliklə sakit bir guşədə əyləşib vicudun rahat görkəmində bir neçə dəqiqə heç nə haqqında düşünmədən, istirahət etməyə tam hazır görkəm almısınızsa yalnız ağızdan və ya burnundan nəfəs almaqla başlayın. Şüurunuzu nəfəsinizə ötürün, havanın ağciyərlərə və xaricə çəkildiyini hiss edin, rahatlaşın, fikrinizi yenidən nəfəs almağa yönəldin. Bunu 5-10 nəzən də 15 dəqiqə davam edin. Məşqinizi sakit vəziyyətdə istirahətlə tamamlayın. Düşüncələrinizdə qarmaqarışıqlıq, bir parakəndlilik varsa , nəfəs almaqda cəmləşə bilmirsinizsə, fikir axını sizi başqa cəmtə, ən çox da narahatlığınıza, həyatınızda davamlı olaraq yaranan problemlərə yönəldirsə o zaman meditasiyanızı daha maraqlı düşüncələrə yönəldin. Nəfəs alıb verməni davam etdirməklə təsəvvürünüzdə yaşadığınız iqlimi - qışdırsa yay aylarını və ya əksinə düşünərək sakitləşdirici, sizə xatirələrinizlə bir əsası , yəni çox da tanış olmayan musiqi sədaları altında təsəvvür edin. Musiqinin sakitləşdirici təsiri sürətli, bəzən hətta xaotik dünyamızda çox əhəmiyyətlidi. Onun köməyi ilə aydınlığa, daxili tarazlığa və sakitliyə nail ola bilərsiniz. Və bu iki dünya - musiqi və düşüncə bir araya gələndə, bütün həyatımız yaxşılığa doğru dəyişə bilər. "Düşüncə üçün musiqi" ifadəsi nə demək istədiyimi aydınlaşdırır. Sakitləşdirici musiqini dinləmək həm düşünməyə, həm də ümumilikdə həyatımıza müsbət təsir göstərir. Ritm və melodiyanın bu birləşməsi inanılmaz potensiala malikdir - insanların ağlına təsir edə bilər. Kəskin elementlər olmadan yavaş böyük bir melodiya dinlədikdə, sanki özümüz kimi rahatlaşırıq və sakitləşirik. Yaşdan asılı olmayaraq insan beyninə təsir edən bir melodiya dinlədikdə, rahatlaşır və sakitləşirik. Meditasiya üçün musiqi eyni sakitləşdirici üslubda yaradılmışdır, lakin bu, nəinki düşünməyə kömək edir, həm də insan həyatının sanki bütün sahələrinə müsbət təsir göstərir. Meditasiya düşüncələrinizi təmizləmək və yaşamağın yeni, müsbət yollarını tapmaq üçün bir yoldur. Mütəmadi olaraq meditasiya etsəniz və səbr etsəniz, mütləq meditasiyanın dəyişdirici gücünü yaşayacaqsınız və həyata yeni bir baxımdan baxa biləcəksiniz. Yaxşı olar ki, bu meditasiyanı psixoloq köməyi ilə də edəsiniz. Bir cismin hərəkətilə, yad səslə diqqətiniz yayınırsa əhəmiyyət verməyin, yenidən düşüncənizi həmin fikrə yönəldin. Yaradıcılığınızı aktivləşdirin , fikirlərinizi daha sonra "sevgi dolu mehribanlıq düşüncəsi", empatiya və digər insanların duyğularının emalı ilə əlaqəli sahələrə yönəldin. İnsanların həyatını meditasiya ilə dəyişməyin mütləq müsbət təsiri olacaqdı Meditasiya, zehni daha aydınlaşdırmağa, özünüzü başa düşməyə və fikrinizi idarə etməyə imkan verən müxtəlif psixofizioloji təcrübə olub, konsentrasiyaya iradə gücünə əsaslanır. Meditasiyanın köməyi ilə Sizin problemlərin yeni həll yollarını daha yaxşı tapmağa, qeyri-ənənəvi təfəkkürü inkişaf etdirməyə, yeni məlumatların qavranılması və həyata keçirməyinizə əminəm. Yeganə İskəndərova

Kokoloji test - Qapı

Qapı  Kokoloji test 1. Təsəvvür edin ki, şəhəri gəzirsiniz. Hava gözəldir və sən buludların içindəsən. Bir anda əvvəllər heç vaxt olmadığınız bir küçəyə dönürsən. Birbaşa yolda deyil, bir az məsafədə yerləşən gözəl fərdi bir evin yanından heyranlıqla keçərkən, evin qapısının azca açıq olduğunu görürsən. Sual yaranır: "Niyə? " 1.Evdə oğrular fəaliyyət göstərir. 2. Sahiblərdən biri qapını bağlamağı unudub. 3. Evin sahibəsi koridoru süpürür. Nəticə Əgər seçiminiz... 1.Evdə oğrular fəaliyyət göstərir. Qapılar iki məna daşıyır: keçid kimi keçilə bilən və maneə kimi xidmət göstərən. Xüsusilə ön qapı evin ilk müdafiə xəttidir. Sakinlərini hər cür sürprizlərlə dolu xarici dünyadan ayırır. Nə olursa olsun, bütün bunların yaxşı olduğunu yaxşı bilirsiniz. Xarakterinizin bu əlaməti, həqiqətən, pis bir dönüş aldıqda özünü daha aydın göstərir. Heç vaxt kritik bir vəziyyətdə əsəbləşmirsiniz, ancaq çaxnaşma sizi başdan ayağa iflic edəndə gərginliyinizi kəskin biruzə verirsiniz. Növbəti dəfə özünüzü kritik bir vəziyyətdə tapdığınız zaman başınızı itirməməyə çalışın. Bir neçə dəfə dərindən nəfəs alın və ona qədər sayın. Bundan sonra asanlıqla huşunuzu itirə də bilirsiniz. Seçiminiz. 2.Sahiblərdən biri qapını bağlamağı unudub. Şüursuz bir səviyyədə, açılmamış ön qapını özünüzə izah etdiyiniz səbəb sizin açıqlığınız və başqalarının zəif cəhətlərinizi görməyinizə imkan verdiyi anlamındadı. Bütün bunlara baxmayaraq fövqəladə vəziyyətlərdə ruhunu itirənlərdən deyilsiniz. Əksinə, o qədər rahatsınız ki, ətrafınızda dolaşan qasırğanı belə hiss edə bilməzsiniz. Səhvləriniz diqqətsizliyinizdən deyil, ətrafınızdakılara olan inam və etibarınızdan irəli gəlir. Şübhələriniz əsaslanırsa, nəticə əlverişli olur. Seçiminız 3. Evin sahiblərindən kimsə koridoru süpürür .. Adətən kilidlənmiş qapının birtəhər açıq olduğunu təsəvvür etmək həssaslıq və etibarsızlığa işarədir. Tamamilə təmiz görünüşünüzə baxmayaraq, daxilinizdə həmişə bir narahatlığınız toplanıb. Rahat bir sayıqlıq vəziyyətində qalmağınız, şübhəsiz ki, yetkin bir fərd olmağınıza imkan verərdi. Əlbəttə ki, hər hansı bir insan kimi, zəif tərəfləriniz var. Yalnız onlara xəyanət etmirsiniz. Yeganə İskəndərova

Test - İlk olaraq nə gördün?

Test  İlk olaraq nə gördün?   Psixoloji testdə sizə təqdim olunan şəkil vasitəsilə həyatda nəyi dəyişdirməli olduğunuzu tapın.   İlkin olaraq dodaqlar nəzərinizi cəlb etmişsə... Həyatınızda sabitlik və əmin-amanlıq yoxdur. Sabaha inamınız tükənmək üzrədir. Belə bir vəziyyətdə tam xoşbəxtlik və harmoniya əldə etmək mümkün deyil. Həyatınız dəyişiklik tələb edir, ancaq bu sizi qorxudur. Ola bilsin ki, gələcəkdən qorxmaqdan vaz keçərək qaçılmaz bir addım atasınız. Risk etməkdən çəkinən olmağınız monoton həyatınızı dəyişməyə qorxmağınıza işarədir. İndi olduğunuz yerdə qalmaqla zaman keçdikcə daha yaxşı nəticəyə dair bütün ümidinizi itirə bilərsiniz. Kiçik və sadə hərəkətlərdən başlayın: bir yenilik edin, özünüzə yeni geyimlər alın, tərzinizi yeniləyin, saç düzümünüzü dəyişdirin, kurslara yazılın, tədbirlərə qatılın, özünüzə xoş günlər bəxş edin. Tədricən, dəyişikliklərə uyğunlaşacaq və artıq həyat nəzərinizdə  qorxunc, kədərli, ümidsiz olmayacaqdı. Çimərlikdə cütlük gördünüzsə... Həyatınızda canlı ünsiyyət, səmimi istilik çatışmazlığı var. Bəlkə də nəticəsiz həyat yoldaşı axtarmaqdan tənhalaşmısan. Və ya ailədə heç nə yaxşı getmir, sizinlə həyat yoldaşınız arasında qara bir pişik keçib. Şübhələriniz sizin sakit həyatınızı pozur, ağırlaşdırır. Bir sözlə, qəlbdəki soyuqluq, ən çox sirrinin müzakirə edilə biləcəyi bir insanın olmaması səni gərginləşdirir. Təcili olaraq bu vəziyyətdən çıxmağın vaxtı gəldi. Lazım olan dəyişiklikləri həyatınıza özünüz cəlb edin, sizi dinləyən müsbət və maraqlı insanlarla ünsiyyət qurun. Problemlərinizi özünüzə yük etməyin, diqqəti cəlb etməyə çalışın, daha çox çalışqan olun, özünüzə dəyər verin, gördüyünüz hər hansı bir işi sevərək, məsuliyyətlə yerinə yetirin . Həyatınızın yaxşılığa doğru dəyişəcəyini görəcəksiniz. Əgər nəzərinizi cəlb edən dənizdirsə ... Test, daha yaxşı bir gələcəyə inamınızın olmadığını göstərir. Ümidlə, ehtiyatla gözləyir, tez-tez fikirlərinizi keçmişlə bağlayırsınız. Sonu olmayan taktikanızı dəyişin; keçmiş keçmişdi və heç bir məqamda sizə kömək etməyəcək. Gələcək isə həqiqətən də əlinizdədi və bu yalnız səlahiyyətli hərəkətlərinizdən asılıdır. Gələcəkdən qorxmamalı, bunun üçün səy göstərməlisiniz. Xəyallarınızın gerçəkləşməsi məqamı artıq gəldiyini anlayıb səy göstərməlısınız. Testin nəticəsi, hər şeyi sonraya saxlamağa meylliliyinizi və eyni süründürücü olduğunuzu göstərir. Vaxtınızı düzgün bölüşdürməyi, uzunmüddətli hədəflər qurmağın vaxtıdı. Beləliklə, özünüz müsbət dəyişikliklərin həyatınıza necə cəlb olunduğunu da hiss edəcəksiniz. Bunu taleyin sizə lütfü olduğunu düşünün. Yeganə İskəndərova

Özünü bəyənməmək xəstəliyi- Dismorfofobiya

İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının  pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir. İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs  bir pozuntusu olduğunu vəya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatçılıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu  düşünməyə başlayır. Dismorfofobiyanın  Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də  şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir. Şəxs sadəcə özü və bədəni haqqında danışmaq istəyərək ətrafındakı insanların düşüncələrini öyrənməyə çalışır və eşitdiyi heç bir müsbət rəylərə inanmaz. Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Ayrıca texnologiya sahələrindəki inkişaf da estetik əməliyyatların  daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Sosyal paylaşım platformalarında insanların bir biriylə olan ünsiyyət və əlaqələri ardıqca, insanların özlərinə yönəlik estetik təşvişlərində də ciddi mənada artmalar olmuşdur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha paraıltılı həyat yaşamaq kimi istəklərin artması Dismorfofobiya narahatçılığına birbaşa səbəb olmasa belə təsir edən faktorlar arasındadır.

Bəşər övladlarından narazı valideynlər

Aqresiya əxlaqi və etik normaları pozan və başqalarına mənəvi və ya fiziki zərər verə bilən bir insanların "birdəfəlik" hərəkətidir. Aqressivliyin zaman keçdikcə vərdiş halına gəlməsi təhlükə doğura bilir.  Aqressiv valideynlər demək olar ki, həmişə uşaqlarına qəzəblənirlər. Bir qayda olaraq, onların qəzəbi uşaq itaətsizliyinin nəticəsi deyil. Çox güman ki, onlar evliliklərindən, işlərindən, bütün bəşər övladlarından narazıdırlar.Bəzi uşaqlar bu münasibəti çox qeyri-adi qəbul edirlər. Düşünürlər ki, ana və ya ata öz sevgisini elə bu şəkildə də ifadə edə bilər. Belə valideynlər unudurlar ki, bu uşağı gələcəkdə nevrotik, üsyankar böyüməsinə ən kədərlisi aqressiyaları vərdiş halına keçməsinə şərait yaradırlar. Belə ailələrdə böyüyən aqressiv uşaqlar valideynlərlə yanaşı tərbiyəçilər, müəllimlər və ətraf mühit üçün də problemə çevrilmək ehtimalları böyük olur. Uşaqların aqressiv davranışı diqqəti cəlb etməyin özünəməxsus bir üsuludu. Belə bir uşaq sevgiyə və məhəbbətə, anlayışa və qəbula ehtiyacı olduğunu "işarələyir". Aqressiyasının köməyi ilə daxili narahatlıq hiss etdiyini, rədd edildiyini və unudulduğunu açıq şəkildə ortaya qoyur. Valideynlər tərəfindən laqeydlik və qəddarlıq valideyn-uşaq münasibətlərində problemləri kəskinləşdirir. Bunun nəticəsi olaraq uşaq onu sevmədiklərinə inanır. Mövcud vəziyyəti dəyişdirmək və valideynlərin sevgisini "qazanmaq" üçün uşaqlar aqressiv davranış da daxil olmaqla hər hansı bir şəkildə diqqəti cəlb etməyə çalışırlar. Digər uşaqlara elə gəlir ki, valideynləri bilərəkdən onları alçaltmaq, psixikalarını məhv etmək istəyirlər, buna görə də özlərinə qapılırlar və ya əqli qeyri-sabit olurlar. İtaətə gəlincə uşağın aqresiyasına cavab olaraq fiziki üsullardan istifadə edən valideynlərinə etiraz əlaməti olaraq uşaqlar üsyan etməyə başlayırlar. Övladlarını alçaltmağa vərdiş edən valideynlər döyülmüş və qorxmuş uşağın üsyankar etiraz hərəkətləri ilə qarşılaşanda sarsılır. Çox vaxt bu uşaqlar aqressivliyini qiymətləndirə bilmirlər, davranışın bu formasının bəzi mənfi nəticələrə səbəb olduğunu fərq etmirlər. Bəzən də İnamsız, utancaq, küskün, öz fikrini ifadə edə bilməkdə çətinlik çəkirlər, düşünürlər ki, deyəsən bütün dünya onların əleyhinədir. Uşağınıza mənfi duyğuları ifadə etməsini qadağan edə bilməzsiniz. Hər hansı bir duyğuların normal olduğunu vurğulayın. Uşaqla danışın, onu narahat edən şeyləri soruşun. Uşağın özünə hörmətini artırın, tərifləyin, ləyaqətini vurğulayın, tənqidi azaldın. Bərabər bir mövqedən ünsiyyət qurmağa çalışın. Sözlərinizin əməldən ayrılmadığından əmin olun. Cəzalar və mənfi emosiyaların ifadə olunmasına qoyulan qadağa uşağın aqressiv davranışını gücləndirə və problemlərini daha da artıra bilər. Bu davranışın səbəbini axtarın. Müxtəlif yaş mərhələlərində olan valideynlərin çoxu, gec-tez aqressiv uşaq davranışı ilə qarşılaşırlar. Və belə məqamlarda yadda saxlamaları lazım olan əsas şey - bu problemi həll etmək yalnız övladına sevgi, qayğı, hörmət sayəsində mümkündür və lazımdır. Yeganə İskəndərova

Düşüncə xətaları

Sıx-sıx emosional vəziyyətlərdə olan insanlar bunun nəticəsi olaraq sağlam düşünə bilmirlər. Məsələn ”O qədər əsəbi idim ki, gözüm heçnəyi görmədi, düşünə bilmədim” vs kimi. Bu cür vəziyyətlərdə insanlar düşüncə xətalarını  daha çox etməyə meyilli olurlar.  Düşüncə şəklimizlə duyğuları biz müaəyyən edirik. Vəziyyətlə bağlı düşünmə şəklimiz düşüncələrimizə də təsir edir.  Əgər doğru qərarsı ala bilmək üçün hər zaman bütün datallar əlimizdə olsa, hər zaman sakit, soyuqanlı, ağıllı, bütün bildiklərimizin fərqində olsaq, heç bir zaman peşman olmasaq, yolunda getməyən münasibətləri bitirsək, aşırı çalışmasaq,  yüklənməsək çox sıx bir şəkildə emosional reaksiyalarımız olmaz və düşüncələrimizi də incələməyə ehtiyac qalmaz.  Amma həyat bunlardan ibarət olduğu üçün emosional sıxıntılarımızı anlaya bilmək üçün düşüncələrimizə daha yaxından baxmaq lazımdır. Sıxlıqla insanlarda görülen ve çeşidli gruplara ayrılan düşüncə xətaları bulardır. 1.      Fəlakətləşdirmə: “ Qarışqanı fil etmək” deyimi tam da bu insanlar üçün nəzərdə tutulmuşdur. Mövcud digər nəticələri hesaba qatmadan daha neqativ nəticələrə yönəlmək, kiçik bir sübutdan yola çıxaraq o sübutu da kifayət qədər dəyərləndirmədən olması gərəkən ehtimal digər nəticələri hesaba qatmadan vəziyyəti və ya hadisələri  həmişə neqativ olaraq görməkdir. Məsən: “ İşi çatdıra bilmədim məni işdən qovacaqlar”, “Həyəcandan bir kəlmə danışa bilməyəcəyəm”. 2.      İkili düşüncə: həmişə ya da heç şəklində. İnsanlar bəzən hadisələri həmişə və ya heç vaxt alqoritminə uyğun olaraq ağ və qara biçimdə görürlər. Bir şey ya tam olmuşdur, ya da yox dərəcəsindədir. Bu iki uc arasında yer alan nöqtələr görünməz. “Əgər mükəmməl deyiləmsə, uğursuzam”,  “Məni tənqid edirsə, heç bəyənmir” vs kimi düçüncələr buna misal ola bilər. 3.      Həddindən artıq ümumiləşdirmə: Aşırı ümumiləşdirmə düşüncəsində ümumi bir qaydaya inanaraq bu düşüncəni izləməkdir. Məsələn, həyat yoldaşı tərəfindən tərk edilən birinin “ Artıq mənimlə heç kəs maraqlanmayacaq və sevməyəcək”  kimi bir düşüncəsi vəya  sevgilisi tərəfindən aldadılan bir gənc qızda “ Bütün kişilər aldadır, ” kimi ümumi bir düşüncə qəlibi formalaşdıracaqdır.  4.      Olmalı ifadələri –malı, məli düşüncə tərzi: Bu düşüncə biçimidə insanın özünün, digərlərinin necə davranması və dünyanın necə olması ilə bağlı qatı qanunları vardır. Və bu qanunları həyata keçirtdiyi zaman ola biləcək ancaq mənfi nəticələri şişirdir. Bir işi doğru etmənin tək bir doğru yolu olduğuna inanır. “ İnsanları məmnun etməliyəm”, “ İnsan öncə başqalarını düşünməlidir”, “ Uşaqlarımı düzgün tərbiyə etməliyəm” vs kimi düşüncə tərzləri misal ola bilər. Özümüzlə bağlı bu düşüncə tərzinin yaratdığı qaydalara əməl etmədikdə  günahkarlıq, başqaları əməl etmədikdə isə, qəzəb və aqresivlik hiss edə bilərik. 5.      Ağıl oxumaq: Digər insanların nə düşündüyünü bildiyinə və onların da bizim nə düşündüyümüzü bildikərinə inanmaqdır.  Məsələn, “Soruşmağa ehtiyac yoxdur nə düşündüyünü bilirəm” kimi. Və yaxud danışarkən birisi əsnəyirsə, “Mənim danışığımdan sıxıldı, çox sıxıcı danışıram”, salam verdiyi bir dostu onu görmədiyi zaman “ Məni adam yerinə qoymur” kimi düşünmək. 6.      Birbaşa nəticəyə fokuslanmaq: Əksinə sübutlar olmasına baxmayaraq bunları yox sayaraq  sadəcə o şəkildə hiss etdiyi üçün bir şeyin doğru olduğuna inanma vəziyyətidir. Məsələn. “ Əgər qorxuramsa deməli təhlükəli birşey olacaq”. 7.      Etiketləmək: Daha uyğun və reallığı əks etdirən dəyərləndirmə yerinə özünə vəya digərlərinə etiketlər yapışdırması. Məsələn bir işdə uğursuz olan birinin mən bu işi edə bilmədim deməsi yerinə  “Mən bacarıqsızam”, oğlu dərs oxumayan bir ananın “ oğlum dərs oxumur” deməsi yerinə, “ Oğlum təmbəldir”, deyə düşünməsidir. Düşüncə xətaları bunlarla bitmir bir insanda birden çox düşüncə xətaları ola bilər. Bu növ düşüncə xətaları və ovtomatik düşüncələr psixoterapiya vasitəsiylə dəyişdirilə bilir.

Dünyaya gülümsəyək

Karantin rejimi bitdikdən sonra, yaşından asılı olmayaraq hər bir şəxs həyatında cəmiyyətə,işə, dərsə uyğunlaşma problemi yaşayacaqdır. İnsanlar bir -iki aydan çox evdən çıxmaq, erkən oyanmaq, işə, universitetə, məktəbə getmək vərdişlərininə daha rahat şərtlərə adàptasliya olmağa çalışacaqlar.Bu müddətdə onlayn işləyənlər işə uyğunlaşmaqda ciddi problemlərlə qarşılaşmayacaqlar. Karantin dövründə işləməyən insanlar üçün çətin olacaq. İşə uyğunlaşmanı asanlaşdıran müəyyən cəhətlər var. Əsas odur ki, işinizi sevin. Rejimin dəyişməsindən asılı olmayaraq peşəsini sevən insanlar işə daha tez uyğunlaşcaqar. İşlərini sevməyənlər üçün adaptasiya prosesi çox vaxt tələb edəcək. İşləməyə meyli olmayanlar evdə uzun müddət qaldılar deyə bütün bunlar məsələləri çətinləşdirir.Sakit bir ümidsizliyə qapılan insanlar narahatlıq, kədər və imkansızlıq hissi ilə üzləşir, həyatlarını monotonluğa sövq edir, bu vəziyyətlərini bəyənməsələr də dəyişilməyə meyl etmir, haradan, nədən başlayacaqlarını bilmirlər.hər hansı bir hərəkət, hər hansı bir hiss kimi hərəkətsizlikdən daha yaxşıdır. Çətinliklərdən keçərək həyata nikbin baxan insanlar isə ona daha çox müsbət emosiyalar - sevinc, məmnunluq, qürur, həvəsini özlərinə cəlb edirlır. Bu sevincdən bir pay götürərək müsbət təcrübəni daha yaxşı dərk etmək və onu inkişaf etdirməyi öyrənmək üçün yaymağı üstün tutar, aydın məqsədlərin sadə qurulması nəinki özünü dərk etməyi, həm də işlərin həqiqi vəziyyətini düzələ biləcəyinə inanarlar. İnamın özünü sevməyin, özünü sevməməkdən daha yaxşı olduğunu bilən insan artıq uğurlarının başlanğıcında olduğunu dərk edir. Özünü, işini sevənlər, özlərinə dəyər verənlər daha sağlam, daha əyləncəli, xoşbəxt, daha uğurlu və başqalarını necə sevməyi bilən insanlardılar. Ümumiyyətlə, hələ bu bacarıq yoxdursa, onu ən qısa müddətdə əldə etmək sizin xeyrinizə olacaqdı. İnsanın mənəvi və psixoloji münasibətləri sistemində digər insanlara sevginin həyata keçirməyin ən yüksək yolu mehribanlıq, dözümlülükdür. Hər bir insanın öz dəyərlər sistemi var, bəzilərində bu daha əhəmiyyətlidi, digərlərində isə daha az təsir bağışlayır. Məhəbbətin xeyirxahlığın, dözümlülüyün və ən əsası empatiyanın yüksək səviyyədə təzahürü olduğuna inanan insanlar həmişə olub. Həyat bütün çətinliklərinə baxmayaraq gözəldir. İstəsək bu gözəllikdə pozitivlik tapmaq olar. Əgər istəsək. Gözəl dedikdə də aramızda yarı şüurlu bir narazılıq yaradan, ətrafdakı həyatı ilə ruhdan düşən, kədərdən həyəcan keçirən, ancaq şəfa axtarmağın yolunu bilməyənlər, amma tapmaq istəyənlər var. Onlara da demək istərdim dünya hərəkət edir, hər xırda sevinci xoşbəxtlik bilib sevinənlər də, heç nədən kədərlənənənlər də onunla birlikdə hərəkət edir. Gələcəyə ümid bəsləyən optimist, pozitiv ruhlu bir insan sevgi, işıq, sevinc gətirir, dünyaya gülümsəyir və dünya daha da yaxşılaşır ona təbəssüm edir. Dünyaya gülümsəyək. Yeganə İskəndərova

Evdə qal davam edərsə nələri etməliyik-Psixoloq Yeganə İskəndərovadan tövsiyyələr

Ailədə əlverişli, sakit mehriban atmosferi yaradın və qoruyun. Bir-birinizə diqqət, qayğı göstərin, tərifləyin, komplimentlər söyləyin, zarafat edin, ailənin rituallarını qorumaq üçün yenilikləri düşünün. Ailənin hər bir üzvünün tək qalması və istirahəti üçün şərait yaradın. Uşaqlarınızın və özünüzün sağlamlığınızın qayğısına qalın. Ailənizin qidasına, immunitetlərinə, kifayət qədər yuxu rejiminə diqqət yetirin və bədən tərbiyəsilə məşğul olmağa bir-birinizi ruhlandırın. Bunun üçün internetdə fitnesə aid videolar köməyinizə gələ bilər. Çətin psixoloji vəziyyətdə keyfiyyətli qidalarla düzgün maddələr mübadiləsini qorumaq lazımdı. Ailənin menyusuna daha çox meyvə və dənli bitki daxil edin. Mümkünsə, bişirməyə üstünlük verin, qida rasionunuzda yeniliklər edin, digər ailə üzvləri ilə yemək hazırlayın, uşaqları da cəlb edin. Xəbərləri izləmək üçün çox vaxt sərf edirsinizsə, bu həyəcan və narahatlığınızı artıracaq. Mövcud xəbərlərdən xəbərdar olmaq üçün, gündə 2 dəfə- səhər və axşam 1-2 etibarlı mənbəyə istinad edərək , yatmazdan 2 saat gec olmayaraq baxa bilərsiniz. Özünüzü ünsiyyətdən məhrum etməyin. Dostlar, həmkarlar ilə danışa bilərsiniz. Tanışlar qohumlarla müasir onlayn mənbələrində telefondan istifadə edərək konfrans zəngi ilə birlikdə şam yeməyi təşkil etmək mümkündür. Xoş hadisələri xatırlayıb zarafat edib mehriban şəraitdə ünsiyyət qura bilərsiniz. Yaxınlarınızla ünsiyyət güclü bir mənbə, çətin vəziyyətdə psixoloji dəstəkdir. Gününüzü həm sizin, həm də ailə üzvlərinizin rejiminə uyğun qurmağa çalışın. işinizi uzaqdan həyata keçirin, özünüzü bir iş yerini təchiz edin. Uzanmış vəziyyətdə yataqda və ya divanda deyil rahat bir geyimdə, stol arxasında arabir fasilə edərək məşgul olun. Ailə üzvlərinizə diqqət, qayğınızla yanaşı onlardan bir az təcrid olub özünüzə qulluq etməyə vaxt ayırın. Evdəqal "cəza" deyil, yeniliklər, bacarıq və istedadınızı bu yöndə göstərmək üçün bir qaynaq olduğunu düşünün. Yeganə İskəndərova

Təşviş pozuntusu və panik atak arasında fərq -Uzman Psixoloq Gülnarə Muxtarova-Video

Psixoloq.az xəbər verir ki,bu barədə Uzman Psixoloq Gülnarə Muxtarova özünün youtube kanalında video paylaşım etmişdir.Həmin videosüjeti sizinlə paylaşırıq

Beynimizi sakitləşdirəcək metodlar

Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq. İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun. Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi. İskəndərova Yeganə

Ringelmann effekti

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində çox sadə görünən bir təcrübə etdi.Təcrübə bundan ibarət idi: Ən sadə insanlar sınağa cəlb olunur və onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.Gözləntilər aydın idi: əgər 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Axı belə bir anlayış mövcuddur ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Bu fikir hələ də qüvvədədir və fəal olaraq dəstəklənir. Lakin nəticə barədə bir daha düşünməyə dəyər. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.Sözügedən bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirmişlər. Nəticələr isə yenə də eyni idi. Qrupdakı insanların sayı artırıldıqca faizlər enirdi.Səbəb isə aydındır: İnsan tək özünə arxalandıqda maksimum şəkildə güc tətbiq edir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq…Bu eksperiment çox uzun müddət əvvəlindən bilinirdisə də, test, elmi olaraq ilk dəfə Fransız agronom Maks Ringelmann tərəfindən sübut edilmiş və psixoloqlar bunu «Ringelmann effekti» adlandırmışlar.

Ev qurmaq bütöv bir elmdi

Hər bir ailə özlüyündə vahid qurumdur. Belə bir sual yaransa ailə nədir, o zaman hamı cəmiyyət haqqında düşünəcək, onun tərkib hissəsi, güzgüsü olduğunu deyəcək. Ailə, insanın yaşadığı, işlədiyi və plan qurduğu ən dəyərli hadisədi. Bunu başa düşmək, evliliyi sürdürmək, uşaqları düzgün böyütmək, tərbiyə etmək, sevdiklərinə sevinc və qayğı göstərmək deməkdir. Ev qurmaq bütöv bir elmdir. İnsanlar buna birlikdə yaşayaraq, öyrənərək tədricən nail olurlar. Bütün bu və digər vəzifələrin mövcud olmaq hüququ var. Ancaq ümumilikdə ailə vahid bir sistemdir. Ailə psixologiyası baxımından bu sistem tək deyil, bir çox problem, bir çox funksiyanın həllini özündə cəmləşdirir. Ailə psixologiyasında belə vəzifələrin siyahısı var. Bu siyahının birincisi, reproduktiv, sonra iqtisadi, məişət, ünsiyyət, təhsil, psixoloji və yaradıcılıqdı. Funksiyalardan birinin itirilməsi sistemdə balansın pozulmasına səbəb olur. Reproduktiv funksiya ailənin davamı, uşaqların doğulmasıdır. İqtisadi funksiya ailənin maddi ehtiyaclarının ödənilməsi - sığınacaq, yemək, geyim və s. İlə izah olunur. Məişət - bu ailədəki vəzifələrin bölüşdürülməsidir. Bu məsələdə nizam-intizam yoxdursa, ailə üçün bir çox problem yaranır, Tərbiyə, təhsil funksiyasının məsuliyyəti daha böyükdür.Ünsiyyət funksiyasının mahiyyəti isə insanların bir-biri ilə psixo-emosional əlaqə tapmağına bağlıdır. Bir-birlərini başa düşməkləri, ortaq maraqları, dünyaya baxışları, ünsiyyət zamanı dil tapmaları, hansı tonda, hansı temperamentlə, ünsiyyət mədəniyyətinə sahib olmaları, necə məlumat mübadiləsi aparırmalarından çox asılıdı. Psixoloji funksiya isə bir-birinə qayğı göstərmək, qorumaq, kömək etmək anlamında olsa da onları da fərqləndirən müəyyən nüanslar var. Daha sonra vacib bir yaradıcı, istirahət funksiyasıdır. Ailə üzvlərinin hər biri birgə istirahət tədbirlərinin təşkili üçün təşəbbüs göstərməli və bir- birinlə nəzakətlə davranmalıdılar. Bir çox ailədə bu əngəllərdən biridir. Bunun əvəzinə digər ailə üzvlərinin də iştirak edə biləcəyi bir istirahət növü ilə razılığa gəlmək vacibdir. Bu funksiyanın yaradıcı rolu, ailədəki enerji qaynaqlarını doldurması və ailəni möhkəmləndirmək üçün boş vaxtdan səmərəli istifadə etməsidi. Əgər ailə sistemi normal işləmirsə, ya simptomatik bir ailə üzvünün mövcudluğu fövqəladə hallara zəmin yaradır və uğursuzluqlar başlayır. Diqqət bir-birinə ilə sevgi deyil, bəzi situativ problemlərin həllinə yönəlir. Və ən əsası ailə həyatının vahid, həqiqi məqsədi birgə yaşayış dövründə məhəbbət, anlayış, diqqət, qayğı üzərində qurulub həyata keçirilərsə, bu bir ailə möhkəm, güclü ailə sistemidi. Həyat bizə hər cür sevinc, zövq verir. Ancaq həyatda ən vacib şey düzgün prioritet verməkdir. Onları səhv qavrasaq, düzgün yanaşmasaq, həqiqəti birtərəfli qəbul etməsək və nəhayət ailə prizmasından yanaşaraq anlayış göstərməsək onda özümüzə çox böyük zərər vurmuş olarıq. Uyğun ailə sistemi üçün məqsəd hissləri sona qədər aparmaq bacarığı olan həqiqı sevgi, dərin hörmət, anlayış, etibar, inamdı. Öz təsrübəmizə istinadən yeni qurulacaq ailələrə də bunu aşılayaq, cəmiyyət üçün vahid ailə sistemi yaradaraq. Yeganə İskəndərova

Boşanmadan əvvəl və sonra -Sağlam qərarlar necə alınmalıdır

Boşanma, evli insanların birgə həyatlarını məhkəmə qərarı ilə ayıraraq,  heç bir əlaqələri olmayacaq şəkildə  bitirmələridir. Boşanma bir hakimin qərarı ilə sona çatacaq qədər  qısa  proses olsa da,  heç bir emosional problemin yaşanmayacağı qədər asan  deyil. Boşanma dövründə cütlüklərin qarşılaşdıqları bəzi problemlər vardır. Boşanmanı, boşanmadan əvvəl və sonra olaraq iki dövrə bölmək mümkündür. Hər iki dövr cütlüklər üçün çətin dövr hesab edilə bilər. Boşanmadan əvvəlki dövrdə bir və ya hər iki tərəf kədər, narazılıq, evliliyin gözləntilərinə uyqun olmaması, kövrəklik və qətiyyətsizlik kimi hissləri yaşaya bilərlər. Bu dövrdə cütlüklər boşanmanın onlardan nələri alacağını və verəcəyini ölçərək qərar verməyə çalışırlar. Boşanmadan sonrakı dövrdə xaos, boşluq, kədər, özünə inamsızlıq kimi duygular yaşanıla bilər. Hər iki dövrə nəzər yetirdikdə boşanmanın ayrılan tərəflərin psixoloji sağlamlığına mənfi təsir göstərdiyi görülür. Ancaq aparılan araştırmalara nəzər yetirildiyində, boşanma prosesində qadınların kişilərə nisbətən daha çox emosional problem yaşadıqları görülür. Boşanmadan əvvəlki dövrdə işləməyən qadınların maddi problemlərini necə həll edəcəyi, uşaq sahibi olan qadınların isə uşaqlarını təkbaşına böyüdərkən qarşılaşacaqları problemləri düşünərək daha çox mənfi hisslər yaşadıqları müşahidə olunur. Digər tərəfdən, kişilərdə isə tək yaşamağın onlara verdiyi  problemlər, özlərinə qulluq bacarıqlarında azalma və zərərli vərdişlərə meyl etdikləri görülür. Boşanma hər iki tərəf üçün çətin bir prosesdir. Bu müddətdə ayrılan insanlar ətrafdan sosial dəstək almalı və lazım olduqda psixoloji xidmətdən yararlanmalıdırlar. Eyni zamanda, cütlüklərin boşandıqdan sonrakı dövrdə dərhal yeni bir evlilik qərarı verməmələri və sağlam bir qərar verməsi üçün bir az daha düşünmələri tövsiyə olunur.

Xəyanətlə qarşılaşmısınızsa bunlara diqqət edin

Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin. 1. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən utanmayın, lakin yaxşı olar ki, bunu təklikdə, yaxud psixoloqun iştirakı ilə edəsiniz. Balışı döyəcləyin, təsəvvür edin ki, o sizin vəfasız yoldaşınız və ya sevgilinizdir. Onu ən tünd təhqirlərə qərq edin. Bu zaman sakitləşərsiniz və hər ikiniz üçün çətin olan söhbətə başlamaq üçün hazır olarsınız. 2. Çalışın ki, imkan daxilində sakit, açıq danışıq zamanı, ümumiyyətlə xəyanətin olub-olmadığını aydınlaşdırasınız. Bəlkə bu sizin təxəyyülünüz, şübhənizin bəhrəsidir? Əgər həqiqətən xəyanət baş veribsə, ''daha məni sevmir'' kimi fikirdən uzaq olun. Bunu düşünmək çox təhlükəli və böyük şüursuzluqdur. Əvvəla, kişinin başqa qadınla bir dəfə yaxınlığı heç də tam xəyanət demək deyil. Ola bilsin ki, yoldaşınız yaxud sevgiliniz gənc və qəşəng qıza meyl göstərsin, amma qəlbini sizə bağlasın. Bəlkə də onu bu cür hərəkətə, intim ideyaları sövq edib. Bəlkə də şəxsi münasibətinizdə onu qane etməyən rəqibinizin ''intim bacarığı''dır. Axı bir çox xanım var ki, özünün sərt xasiyyəti ilə sevgidə çox soyuq olur. Belələri sevişməni arxa plana atıb, bunun ''ət tökən'' bir iş olduğunu deyirlər. Hələ bu təsəvvürün həyatınızı kasıblaşdırıb, ailə münasibətlərinin pisləşdiyini, həyat yoldaşınızın soyumasına necə təsir etdiyini qeyd etmirəm. 3. Xəyanət gördünüzsə dərhal əlaqələri kəsməyi tələb etməyin. Bunu heç bir kişi özünə sığışdırmaz. Əlbəttə, sizin mənəvi cəhətdən onu ittiham etmək hüququnuz var, amma dönüb bir özünüzə də baxın. Ola bilsin ki, burada siz günahkarsınız. Həyatınızın intim tərəfinə etinasız və soyuqqanlıqla yanaşmanız bu cür halın baş verməsinə gətirib çıxarıb. İndi sizin qarşınızda yoldaşınızın ürəyini fəth etmək kimi vəzifə durur. Çalışın ona əvvəlki sevgili, ehtiraslı günləri yaşadasınız. Axı yaşadıqlarınız izsiz-tozsuz bir anda yox olub gedə bilməz. Xoş hisslərinizi mənfi emosiyalara qarşı qoyun. Bu böyük zəhmət, təmkin və dözüm tələb edir. Amma inanın buna dəyər. Əgər həqiqətən itirmək istəmirsinizsə. 4. Ən təsiredici taktika-onun gözlədiyinin əksinə hərəkət etməkdir. O, dava-dalaş, nifrət dolu baxış gözlədiyi halda, siz qayğıkeş olun.

Gözələ baxmaq sağlamlığa ziyanmış

İspaniyada aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, gözəl qadınlar ilə kişilərin psixi sağlamlığı arasında maraqlı əlaqə vardır.Yaz aylarında aparılan araşdırma kişi psixologiyasının maraqlı nüanslarını ortaya çıxarmışdır. Gözəl, "baxmağa doymadığımız” qadınlar psixi səhhətimizə ziyanmış...Tətqiqat İspaniyada Valensiya Universitetində 84 kişi üzərində aparılıb. Eksperiment zamanı tətqiqatın məğzinin nə olduğunu bilməyən iştirakçı kişilər ayrı ayrı vaxtlarda tək-tək Sudoku həll etmək üçün bir otağa salınır. Hər bir iştirakçı otaqda ilk öncə bir kişi ilə, sonra isə gözəl bir xanımla bir müddət yalnız buraxılır. Hər müddətin sonunda iştirakçılardan ağız suyu nümunəsi götürülür.Öz həmcinsi ilə eyni otaqda olan zaman iştirakçının kortizol səviyyəsi dəyişmədiyi halda, bir xanımla otaqda olan zaman isə ifrat dərəcədə artdığı aşkar olundu.Şüuraltı olaraq "gözəl birinə sahib olmaq lazımdır” istəyini daşıyan kişilər, əldə edə bilməyəcəkləri bir qadınla eyni mühitdə olduqlarında həyəcana qapılırlar və təşviş keçirirlər. Bu da hormonal disbalansa gətirib çıxarır.Ən sonda isə yüksək kortizol səviyyəsinin ürək problemlərinə yol aça biləcəyi də xüsusilə qeyd olunmuşdur. Psixoloq Mikayıl Əli

Cinsi meylin pozuntuları

1. Cinsi meylin zəifləməsi – hiposeksuallıq depressiyalarda, şizofreniya xəstəliyinin bir sıra kliniki formalarında, mərkəzi sinir sisteminin orqanik pozuntularında, nevrasteniya zamanı və digər patoloji hallarda əlaqədar meydana cıxa bilər. Cinsi meylin zəifləməsinin xüsusi forması olan impotensiya (kişilərdə) və frikidlik (qadınlarda) “funksional xarakterli seksial pozuntular” mövzusunda təsvir edilmişdir. 2. Cinsi meylin güclənməsi - hiperseksuallıq. Beynin bir sıra orqanik pozuntularında (proqressiv iflic – qocalıq ağıl zəifliyi, olqofreniya və s.) və manikal oyanma zamanı rast gəinir. 3. Təhrif olunmuş (qeyri – normal) cinsi meyllər. Bu ad altında təsvir olunan meyl pozuntuları seksoloji xəstəliklərdən fərqəndirilməlidir. Belə ki, cinsi meylin qeyri- normal ödənilməsi formaları əsasən psixopatlarda (şəxsiyyətin pozuntuları ilə əlaqədar) rast gəlinir. Bir qayda olaraq belə şəxslər nəinki həkimə müraciət etmir, eyni zamanda özlərini xəstə hesab etmirlər və həyatları boyu patoloji cinsi meyllərlə yaşamağa həvas göstərirlər. Bu növ pozuntulara sodomiya və zoofiliya (müxtəlif heyvanlarla cinsi əlaqədə olmaq), pedofiliya (kicik yaşlı uşaqlara qarşı cinsi meyl), nekrofiliya (meyidə qarşı cins meyl), fetişizm (əks cinsin paltarına, istifadə etdiyi əşyalara qarşı cinsi meyl), sadizm (əks cinsdən olan şəxsə əzəb – əziyyət (işgəncə) verməkdən cinsi zövq almaq), mazaxizm (əks cinsdən olan şəxsin verdiyi əzab – əziyyətdən (işgəncədən) cinsi zövq almaq) və s. aiddir.

"Sevincimiz Ramazan"-Musson Musiqi qrupundan möhtəşəm layihə

Psixoloq.az xəbər verir ki, Musson musiqi qrupunun Rəhbəri tanınmış musiqiçi  bəstəkar -aranjimançı Samir Şirinov mübarək Ramazan günlərində "Sevincimiz Ramazan"adlı maralı və uğurlu bir layihəyə imza atıb. Musiqisi Samir Şirinova ,Sözləri İkram Əliyeva məxsus olan musiqini tanınmış sənətçi Pərviz Aabdullayev və Seyyid Taleh tərəfindən ifa olunmuşdur.Musiqinin xüsusi peşəkarlıq ilə hazırlanması Sevincimiz Ramazan mahnısının bundan sonra  Ramazan Marşı kimidə yaddaşlarda qalacağından xəbər verir.Müəllif tərəfindən paylaşılan musiqili video süjet sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Həmin musiqini sizlərə təqdim edir Musson qrupa isə Ramazan sevincini yaşayan hər kəs tərfindən təşəkkür və minnətdarlığımızı bildiririk. Psixoloq.az

Tənbəllik sindromu

Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir. Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?“İstəməsəniz belə qalxın və məşq edin”Təbii ki, tənbəlliyin müxtəlif səbəbləri var. Lakin psixoloqlar bu qənaətdədirlər ki, “tənbəlliyə qalib gəlmə resepti”nə əməl etməklə bundan qurtulmaq olar. Bəs həmin resept, məsləhət nədən ibarətdir?İlk növbədə, tənbəl adamlara kitab oxumaq tövsiyə edilir. Hətta canınız kitab oxumaq istəməsə belə, oxuyun. Məşq etmək istəməsəniz belə, qalxın və məşq edin. Qısası, hərəkət etmək ən yaxşı motivasiya sayıla bilər. Odur ki, hətta ürəyiniz istəməsə belə, məqamı gəlincə, hansısa işi görməyə ərinməyin.“Böyük işlərinizi kiçik parçalara bölün”İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompyuterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.Bir işi yubatmaq üçün bəhanələr uydurmayın...İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, “bir neçə saat sonra görəcəyəm” deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.Önəmli olan həyata bağlana bilməkdir...Psixoloqların qənaətinə görə, tənbəllik beynimizdəki “qısaqapanma”nın nəticəsində meydana gəlir. Məqsədimiz üçün davamlı çalışmaq sonda insana sevinc bəxş edir: ancaq tənbəl insanlarda bu hal təxminən belə yaşanır: onlar bir müddət çalışdıqdan sonra fasilə verməyə və rahatlığa meyil edirlər. Halbuki yalnız çalışmaqla, sosial fəaliyyətlərlə məşğul olmaqla həyatın dadını çıxarmaq olar, rahatlıq yalnız bununla mümkündür. Davamlı məşğuliyyəti olanlar həm darıxmırlar, həm də üzləşdikləri çətinlikləri unudurlar. Məşhurlardan birinin dediyi kimi, hansı rolda olduğumuz önəmli deyil, önəmli olan həyata hansısa bir yerdən bağlana bilməkdir.Tənbəllərin çox işləri yarımçıq olur...- Tənbəllər yataqlarını yığmır, paltar yumağa can çəkir, ev təmizləməyə maraq göstərmirlər. Evləri çirkab içində olsa belə, təmizləməyə ərinirlər, çünki özlərini çox yorğun hiss edirlər.- Tənbəllərin digər insanlara nisbətən daha az pulu olur, bunu bilirlər, fəqət yenə də işləməyə maraq göstərmirlər.- Tənbəl insanların əksər işləri tamamlanmamış olur. Çünki diqqətlərini toplaya, gördükləri işə uyğunlaşa bilmirlər.Uzun müddət yatmaq tənbəllik əlamətidir...Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz. Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın.