Həyatsevərsinizmi?

Siz daima həyatdan narazısınız, yoxsa hətta xoşagəlməz vəziyyətlərdə də sevinməyə nə isə tapırsınız? Ən yaxşısı özünüzü test vasitəsilə tanıyın. Qeyd olunan cavablardan birini seçin.  Suallar:  1. Sizə görə insanlar harada daha çox xoşbəxtdir? a) Həmişə günəş parlayan şimal bölgələrdə. b) İnkişaf etmiş ölkələrin böyük şəhərlərində. c) Kanada və ya Skandinaviyada, çünki orada az əhali məskunlaşıb. 2. Bu məsəllərdən hansı sizin həyat deviziniz ola bilər?a) Dəmiri isti-isti döyərlərb) Hər işdə bir xeyir varc) Hər parlayan qızıl deyil3. Tərəfdaşınız sizə hansı hədiyyəni bağışlaya bilər? a) Bəzək əşyalarıb) Xaricə səyahət c) Hər hansı məişət əşyası 4. Peşənizi dəyişmək haqqında fikirləşirsiniz? a) Bəli, tez-tez. Mən başqa peşəni öyrənmək istəyirəmb) Bəzən, işdə problemlər olanda, ya da maaşlar gecikəndə c) Yox, heç vaxt 5. Ən çox nəyə gülürsünüz? a) Dostumun başına gələn talehsizliyə b) Yaxşı zarafat və lətifələrə c) Öz ağıllsız hərəkətlərimə 6. Şəhər ətrafında gəzinti zamanı sizi nə narahat edir? a) İzdiham b) Dilənçilər c) Çirkləndirilmiş hava 7. Hansı insanlar sizin diqqətinizi cəlb edir?a) Özünə inananb) İntellektualc) Gülməli və hazırcavabTəlimatlar: Topladığınız balların miqdarını hesablayın. 1) a-2, b-1, c-3, 2) a-2, b-1, c-3, 3) a-1, b-2, c-3, 4) a-3, b-2, c-1, 5) a-3, b-2, c-1, 6) a-1, b-3, c-2, 7) a-2, b-3, c-1 Testin nəticəsi: 7-11 bal : Sizi təbrik etmək olar — siz həyatınızdan razısız və həyatı olduğu kimi qəbul edirsiz. Kiçik şeylərdən zövq ala bilirsiz və problemlərə fikir vermirsiz. 12-16 bal : Bəzən həyatınızdan narazı olursunuz və belə dünyanı necə sevə biləcəyinizi anlamırsınız. Bu sizin başqalarından özünüzə qarşı daha çox diqqət tələb etmənizdən irəli gələ bilər. 17-21 bal : Siz pessimistsiniz. Yadda saxlayın: Hər nə olursa, yaxşılığa doğru olur. Həyatsevər insanlarla daha çox vaxt keçirtməyə çalışın.

Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.

Dərin psixologiyanın banisi - Karl Qustav Yunq kimdir?

Karl Qustav Yunq Doğum tarixi- 26 iyun 1875 Doğum yeri- Kesvil Vəfat tarixi- 6 iyun 1961 Vəfat yeri- Küsnaxt Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub. Əsas fəaliyyəti Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib. “Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.

Daun sindromu nədir?

Etiologiyası- 21-ci xromosomun patologiyası Daun xəstəliyinin simptomları - Kliniki əlamət özünü endokrondoji, somatik amillərlə göstərir. Özünəməxsus xarici görkəmlə seçilirlər. Göz yarıqları çəp buruna yaxın, göz bucağın daxilində epikant ( dəri bükümü ) olur. Gövdə qısa, qulaq seyvanı əyri, çənə kiçik, burun qısa yuxarıdan enli olur. Üst çənə zəif inkişaf edir. Dişlər böyük olduğundan ağız açıq qalır. Hipersolevasiya- ağız seliyinin axması yaranır. Əl barmaqları qısa və enli, çeçələ barmaq isə içəriyə doğru əyilmiş formada olur. Dilləri ətli, qalın olur. Beynin ümumi çəkisinin azalması müşahidə olunur. Mikrosefaliya yaranır. Daun sindromlu insanlarda yastılanmış ənsə beyin qabığında qanqliyoz hüceyrələri qeyri-bərabər inkişaf edir. Alın payı beyincikdə inkişafdan geri qalır. Belə uşaqlarda oliqofreniyanın 3 dərəcəsi də müşahidə olunur. Ən çox orta dərəcəsi imbesillik 75%-dir. Biz onları özümüzdən fərqləndirsək də, onlar bunu bilmirlər. Çox sevimli və istiqanlı olurlar. Ən əsası uşağı olduğu kimi qəbul etmək lazımdır. Sizin uşağınız hansısa bir uşaqdan nə pis, nə də ki, yaxşıdır. O, sadecə fərqlidir. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq — SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. (Ölkə.az)

Bu xəstəlikdən əziyyət çəkənlər balqabaq yeməlidir

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var. Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir. Psixoloq.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir. - Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır. - Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir. - Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur. - Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir. - Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır. - Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir. - Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir. - Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır. - Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır. - Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.(Sağlamolun.az)

Öd daşı əməliyyatı nə zaman gərəklidir? - Cərrahla müsahibə

Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır. Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik: - Öd daşlarının yaranma səbəbi nədir? -Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür. - Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür? - İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil. Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil. - Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər? - İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır. - Hansı məqamda əməliyyata qərar verilir? - Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil. - Qadınlarda ya kişilərdə daha çox rastlanır? - Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır. - Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı? - Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz Tel:070 -579-88 -33 Müəllif: Şəhanə Quliyeva

İnkişafda ləngimə... - "Anormal (qeyri -tipik) uşaq" anlayışı nədir?

Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır. Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir. "Anomal uşaqlar"ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür. "Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür. Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır. Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir. Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir. "Anomal uşaqlar"ın sosial adaptasiyası nədir? Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Bakının bu rayonunda su olmayacaq

Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq.Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq. "Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar bu gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.(publika.az)

Hadisələrlə gəngin, aktiv, parlaq gündür - Günün astrloji proqnozu

Qoç - günün ilk yarısı intensiv dialoq, son məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir. İşgüzar səfər, ezamiyyət istisna deyil.Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin, təcrübənizi artırın.Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin. Buğa - yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil. Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.Ailə büdcəsinin qayğısına qalın. Əkizlər - cari hadisələrin çərçivəsində darıxa bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb edir.Mahiyyət etibarilə sizə indi, sadəcə, "tətiyin çəkilməsi", qəfil etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin zəncirvari reaksiyası başlanacaq.Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail olmaq üçün səbrli və müdrik olun. Xərçəng - önəmli qərarlar qəbul etməzdən əvvəl nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın. Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən kənarlaşdırmayın.Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.Laqeyd insan təsiri bağışlamayın. Şir - konstruktiv dialoq sayəsində məqsədlərə çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün addımları atın.Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə fikir müxtəlifliyi ilə barışın.Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə qoymamalıdır. Açıq söhbətə hazır olun. Qız - tapşırıqları qulaqardına vurmayın, səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür. Passiv olmayın, yeniliklərə can atın.Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin. İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali olun.Axşam saatlarında dəvət aldığınız yerə yollanın. Tərəzi - aktiv, mütəhərrik, çevik olun. Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd edə bilər.Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri nəzərdən qaçırmayın. Əqrəb - özünüzü sərbəst hiss etsəniz, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar olacaq. Maraqlandığınız insanla təkbətək danışın.Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və yeniliyə meyllidir. Oxatan - gün ərzində yaşanacaq hadisələr sizdən aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək gərəkdir.Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin. Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.Bu, çətin, amma vacib məsələdir.Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana bilər. Oğlaq - pulunuzun qədrini bilin, bədxərclik etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan yanaşmayın.Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında ehtiyatlı olun.Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə bilər.Axşam saatlarında gəzintiyə çıxın. Dolça - uğurlu, yaxşı gündür. Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə qarşı tərəfi haqlı olduğunuza inandırın.Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə endirməyin.Axşam saatlarında normal istirahət edin. Balıqlar - dəyərlər və hisslərdə konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması mümkündür (Milli.Az).

Bakı-Sumqayıt yolu yenə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ölkə.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Diqqətli olun - Bu tarixdə özünüzü narahat hiss edə bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, iyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Gözəlləşmək üçün arıqladı - Ölümcül xəstəliyə tutuldu/VİDEO

22 yaşlı ingilis qız Emeli Lyuis sevgilisi olmadığı üçün özünü kök və eybəcər saymağa başladığı üçün anoreksiya xəstəliyinə düçar olmuşdu. Psixoloq.az xəbər verir ki, arıqlıqdan ölümlə üz-üzə qalan qız yenidən həyata dönüb. Emeli modellərə bənzəmək üçün həddən artıq arıqlamışdı və bu isə onu anoreksiya xəstəliyinə mübtəla etmişdi. Məktəbdə dostları ona həmişə lağ ediblər. Emeli deyir ki, fotolarını sosial şəbəkəyə yerləşdirirən qızların ondan arıq və gözəl olduğunu düşünürmüş. Özünü çox kök sayan qız ciddi pəhrizə başlayır və ölümlə burun-buruna gəlir. Bu səbəbdən qız bir müddət xəstəxanada müalicə alır. Xəstəxanadan çıxdıqdan sonra isə tamam fərqli həyat tərzi seçir. Emeli başına gələnləri belə xatırlayır: “Gündə 10 saat idmanla məşğul olurdum, yediyimi həmən qusurdum. Ətrafda hamı mənə qorxa-qorxa baxırdı. Amma mən özümü normal görürdüm. Bir gün səhər itimi gəzməyə apardım və titrəyə-titrəyə geri qayıtdım. Həddən artıq arıq olduğum üçün isinə bilmirdim. Özümü pis hiss etdim. Xəstəxanaya apardlar, uzun müddət müalicə aldım”. Xəstəxanada aylarla müalicə olunan qız yeni həyat qurmağa söz verib. Xəstəxanadan çıxdıqdan sonra isə müntəzəm olaraq həkimlərə baş çəkib. İdmanla məşğul olub və sağlamlığına qovuşub.(ölkə.az)

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,  havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. İyulun 31-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Psixoloq Taryel Faziloğlu

Vəliyev Taryel Fazil oğlu 1981 ci il 21 may tarixində Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində doğulub. Orta təhsilini  A.S.Makarenko adına Hümanitar Fənlər Ginnaziyasında bitirib. Tarix, psixologiya üzrə bakalavr, tarix, beynəlxalq münasibətlər.  Ankara Universitetində " Ailə psixologiyası ” üzrə magistr təhsili alıb. Bədən dili, Psixoloji savaş, Hipnoz, Biznes danışmanlığı üzrə beynəlxalq proqramlarda iştirak etmiş və uzman dərəcəsi  alan Azərbaycanda tək mütəxəsisidir.. 1997 ci ildən 2014 cü ilədək ictimai təşkilatlarda rəhbər vəzifələrdə çalışıb, onlarla yerli, bir neçə beynəlxalq layihədə rəhbər və ya icraçı olaraq iştirak edib. 120 - dən çox təlim və seminarlarda iştirak edib. Özünün psixologiya, fərdi inkişaf, biznes psixologiyası üzrə verdiyi seminarlarda 36 mindən çox dinləyicisi olub. 2015 ci ildə Humel Psixologiya Mərkəzini təsis edib.

Psixoloq Təranə Məmmədova

Psixologiya üzrə  fəlsəfə doktoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəridir  Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının üzvüdür.   1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. TƏHSİL   1998-2002 –ci illərdə Azərbaycan  Dövlət  İqtisad  Universitetinin maliyyə-kredit fakultəsində bakalavr təhsili alıb.   2002-2004-cü illərdə həmin universitetdə magister təhsilini tamamlamışdır.   2014-cü ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin Psixologiya fakultəsini bitirib.   Hal –hazırda  V.M. Bexterev adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya  İnstitutuda –Klinik psixologiya üzrə təhsil alır İŞTİRAK  ETDİYİ  TƏLİMLƏR VƏ LAYİHƏLƏR Türkiyə, Rusiya və digər ölkələrdə psixologiya üzrə kurslarda iştirak etmiş, sertifikatlar almışdır.  2014-cü ildə  “Azərbaycan  Bayrağı  Diplomuna” layiq görülüb  2015-ci ildə “Yeni şans” və “Azərbaycan əsgəri” qazetləri tərəfinən keçirilən rəy sorğusu əsasında “İlin vətənpərvər xanımı” adına layiq görülüb Fəxri Diplomla təltif olunub.  15.04.2015-ci ildə Azər KİVİHİ-ı tərəfindən “İlin ən yaxşısı” naminasiyasına  layiq görülərək “Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzi Fəxri Diplomla təltif olunub   06.05.2015-ci ildə Psixoterapiya və Psixologiya üzrə Elmi Tədqiqatlar İnstitutu tərəfindən keçirilən Qrup terapiyası üsulu ilə  psixoterapevtik seminarda iştirak edib sertifikatla teltif olunub  16.12.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsində uşaqlar arasında keçirilən tədbirlərə və  göstərdikləri psixoloji dəstəyə görə Mərkəz tərəfindən “Loqos” PNİM-nin əməkdaşlarına və xüsusilə rəhbərə təşəkkür məktubu ünvanlanmışdır.  18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKİV) “İntervyu” jurnalı və “İntervyu xəbər” qazeti tərəfindən keçirilən ictimai sorğu nəticəsində “Loqos” PNİM-i  “İlin Psixoloji və Nitq Mərkəzi” Fəxri Media Mükafatına  layiq görülüb  18.12.2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin  (AzərKİV),  “İntervyu” jurnalı və “İntervyu xəbər” qazetinin Rəyasət Heyəti tərəfindən Heydər Əliyev adına  Fəxri Media Mükafatı Diplomuna layiq görülüb   2016-cı ildə “Qaynarxett.biz” saytı tərəfindən keçirilən sorğu nəticəsində Səhiyyə sahəsində əvəziz xidmətlərinə və Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə Fəxri Diplomla təltif edilib 2016-cı il “İqdisad.org” xəbər portalı tərəfindən keçirilən sorğu əsasında Fəxri Diploma layiq görülüb   2016-2017-ci il Uluslararası Ankara Sanat Festivali-Türk kültürü, sanatı və eğitim çerçevesinde iştirakına görə  “Hizmet Şeref Ödülü”-nə layiq görülüb.   16.03.2017-ci ildə  Hökumətlərarası Ali Elmi Şura və  “Oxford”  təhsil şəbəkəsi tərəfindən "21-ci əsrin psixologiyası" beynəlxalq  müsabiqədə  "Psixologiya-İnsanlar üçün" nominasiyasında  psixi sağlamlıq sahəsində insanlara görsətdiyi xüsusi xidmətə görə 1-ci dərəcəli diplom alıb.   14.04.2017-ci ildə  Fundamental Təhsil Beynəlxalq Universiteti, Beynəlxalq Ali Akademik şurası və  Oksford təhsil şəbəkəsi tərəfindən  Psixologiya  üzrə  fəlsəfə doktoru  adına layiq görülüb. Psixologiya və pedaqogika fakültəsini bitirərək.  Evlilik və Ailə terapiyası,  üzrə konsultant  adını qazanıb    30 İyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin psixologiya ürzə bakalavr dərəcəsi diplomunu alıb   Ege Orman Fakvı-dan  “Doğa Dostu” Sertifikatı alıb ELMİ  NƏALİYYƏTLƏR    2017-ci il Fundamental Təhsil  Beynəlxalq Universiteti Sankt-Peterburq şəhəri-  “Loqos” psixoloji mərkəzin nümunəsində  Azərbaycan xalqının milli ailə ənənələri sahəsinə uyğun olaraq ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası mövzusunda dissertasiya işi  MÜKAFATLAR   2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib

Psixoloq Narınc Rüstəmova

N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya və Pedaqogika fakültəsinin məzunudur. Türkiyənin Üsküdar Universitetində klinik psixologiya ixtisası üzrə magistr dərəcəsi almışdır.  YAP Binəqədi rayon təşkilatı ərazi partiya təşkilatının sədridir. Profesional Psixoterapevtlər Liqasının Azərbaycan Təmsilçiliyinin  həqiqi üzvüdür. “Uşaq Psixologiyası” , “Kəkələməyə Son!” kitablarının müəllifi, A.R.Təsil Problemləri İnstitutun Elmi Şurasının 10 mart 2016-cı il tarixli iclasında çapına icazə verilmiş “İKT-dən istifadənin pedaqoji psixoloji əsasları” kitabının həmmüəllifidir. “NARINC” psixologiya qəzetinin baş redaktorudur.10 dan çox elmi məqalənin müəllifidir. Türkiyədə dünyaca məşhur MOON LİFE jurnalının təşkil etdiyi mükafatlandırma mərasimində "Yılın en başarılı psikolok uzmanı" adına layiq görülmüşdür! NARINC Psixologiya Qəzetinin baş redaktorudur! Hacettepe Universitesində keçirilmiş "Özel Gereksinimli Çocukların Gelişimi ve Destek Programları”- "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara inkişaf və dəstək” adlı proqramını, "Supervision Experience for Practitioners”- "Psixoloqlar üçün superviziya” uğurla başa vurmuşdur. Istanbul Bakırköy Doğu Rehberlik Eğitim Danışmanlık ve Rehabilitasyon Hizmetleri Merkezinde “Kadın Psikoloji Sertifika Programı”, “Temel Psikoloji” , Aile Psikoloji Sertifika Programı”, Psikoloji Sertifika Eğitimi”, Genel Psikoloji Sertifika Programı”, “Kişilik Psikoloji Sertifika Programı”, “Endüstri ve Örgüt Psikolojisi”, “Çocuk Psikolojisi”, “İş ve Çalışma Psikoloji Sertifika Programı”, “Zihinsel Engelli Çocukların Eğitimi Kursu”, “Özel Eğitimde Bireysel Eğitim Planı Hazırlanması Kursu”, “Otizmli Çocukların Eğitimi” təlimlərini uğurla keçmişdir. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “Azərbaycan Bayrağı” Mükafatı Lauretinin DİPLOMU ilə təltif olunmuşdur.  XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013World Congress of Psychological Counseling and Guidance “Supervision Experience For Prctitioners” , “Child Centered Play Therapy and Applications” , “School Consueling” mövzusunda təlimi başa vurmuşdur. Rota Kariyer Eğitim Danışmanlık ve İdari Hizmetler Merkezinde “Aile ve Çocuk Psikolojisi” seminarında iştirak etmişdir. Mind Training İnstitute – da NLP Diplom Kursunu müvəffəqiyyətlə bitirmişdir. Beynəlxalq dəyərlərdən bəhrələnərək ölkəmizdə demokratik cəmiyyət, hüquqi dövlət, insan azadlığı vətəndaş haqlarının aliliyi və siyasi plüralizm prinsiplərinin XALQ və PREZİDENT İLHAM ƏLİYEV tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə “ŞÖHRƏT DİPLOMU” ilə təltif olunub. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin Qərarı ilə “İLİN PSİXOLOQ ALİ DİPLOMU” ilə təltif olunmuşdur. Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “FƏAL TƏLƏBƏ”layihəsi çərçivəsində tələbənin özünəgüvənin artırılması mövzusundakeçirilən təlimdə təlimçi qismində iştirak etdiyinə görə DİPLOMla təltif olunmuşdur. Azərbaycan I Beynəlxalq Konfransında  keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”  “Koqnitif Davranış Terapisi”, “Cinsel bozukluklar ve Cinsel Terapi” , “Uygulamalı spor psikolojisi”, “Pozitiv Psixoterapi”, “Mindfulness and strenghts” təlimlərini keçmişdir. İstanbul Psikolojik Testler Derneğinin “CAT – Çocuk Algı Testi Eğitim”, “S.D. Porteus Labirintleri Testi Eğitim Sertifikası”, “Bender- Geştalt Psikomotor Algı Testi Eğitim Sertifikası”,  “Alexander Pratik Zeka Testi Eğitim Sertifikası”, “Benton Görsel Bellek Testi Eğitim Sertifikası”,  “TAT – Tematik Algı Testi Eğitim Sertifikası”,  “R.B Cattel 2A-3A Zeka Testi Eğitim Sertifikası”, “Louisa Duss Testi Eğitim Sertifikası”, “WİSC-R Zeka Testi Eğitim Sertifikası” təlimlərini uğurla keçmişdir. Sankt-Peterburqda keçirilən "Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya" konfransında iştirak etmişdir. Ulu Səs və Yeni Şans qəzetlərinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən respublikada uşaq təfəkkürünün inkişafında göstərdiyi əməyə görə“İLİN VƏTƏNPƏRVƏR XANIMI” Fəxri Diplomu ilə təltif olunmuşdur Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpoziumda iştirak etmişdir. İtaliyanın Milan şəhərində keçirilən “The 14 th European Congress of Psychology” konfransında  uğurla iştirak etmişdir. TC Qazi, Ankara və ATU Universitetlərinin akademik heyətlərinin iştirakı ilə "Nevrologiya, Pediatriya, Mikrobiologiya,Psixoterapiya" Türkiyə Azərbaycan birgə simpoziumunun aktiv iştirakçısı olmuşdur. Türkiyənin Sabancı universitetində təşkil olunan “1st İNTERNATİONAL  DEVELOPMENTAL  PEDİATRİCS CONGRESS” ində ölkəmizi layiqincə təmsil etmiş

Psixoloq Elnur Rüstəmov

Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda da həmin İnstitutun “Sosial psixologiya” şöbəsində kiçik elmi işçi kimi çalışır. 2003-2006 cı illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında psixologiya fənnini tədris etmişdir. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2009–cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İştirak etdiyi beynəlxalq konfrans və seminarlar: XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Mental Health Counseling”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Supervision Experience For Prctitioners”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “Child Centered Play Therapy and Applications”;XIX National of Psychological Counselling and Guidance - İstanbul 2013 World Congress of Psychological Counseling and Guidance “School Consueling” mövzusunda təlimi başa vurmuşdur.Mind Training İnstitute-da NLP Diplom proqramını bitirmişdir.2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Aile Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən "İyi olma hali ve tükenmişlik sendromu" təlimlərini keçmişdir.2015-ci ildə Sankt-Peterburqda keçirilən “Qlobal çağırışlar epoxasında psixologiya və psixoterapiya” beynəlxalq konfransında iştirak edib.2015-ci ildə İtaliyanın Milan şəhərində keçirilən "The 14th European Congress of Psychology" konfransında iştirak edib. Rusiya Professional Psixoterapevtik Liqanın Azərbaycan nümayəndəliyinin rəhbəridir. 2013-2014-cü illərdə Xəzər Universitetində "İnsan inkişafı" və "Psixoloji konsultasiya" fənnlərini tədris edib. 1 elmi monoqrafiya, 1 dərs vəsaiti, 1 bədii əsər, 10 elmi məqalənin müəllifidir. 2010-cu ildən E.N.M. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri kimi çalışır. X lady, Karl Yaspers fəlsəfəsində ünsiyyət problemi elmi monoqrafiyasının, Elnur Rüstəmov və Nərmin Quliyevanın birgə yazdığı Psixoloji məsləhətə giriş dərs vəsaitinin müəllifidir. Ailəlidir, 2 övladı var.

Psixoloq Təhminə Çələbi

Azərbaycan Müəllimlər İnstitutu İbtidai təhsilin pedaqogika və metodikasi, Azərbaycan Müəllimlər İnstitutu Psixologiya fakültəsini bitirmişdir. Ümumrusiya professional psixoloqlar liqasinin PPL həqiqi üzvüdür. Psixoterapiya Mərkəzində Psixoloq - psixoterapevt kimi çalışır.

Psixoloq Süleyman Məmmədzadə

EMDR PSİXOTERAPEVT  Təhsil: 2017-2018         EMDR psixoterapiya metodu Milli Dəstəkləmə və İnkişaf Assosiasiyasının üzvüdür 2017-2018         Bakı Slovyan Universiteti – «Təhsildə sosial-psixoloji yardım» 2014-2016         Peşəkar Psixoterapiya Ligası – Psixoterapiya Mərkəzi - Psixoterapiya 2013-2015         BDU – Şərqşunaslıq - Ərəb dili - Doktorantura 2001- 2006        “Ayn Şəms” Universiteti, Qahirə, Misir Ərəb Respublikası - Bakalavr 1992-1997         Bakı Qafqaz İslam Universiteti, Bakı,Azərbaijan - Magistr Ixtisas: 2017                   EMDR terapevt - 1-ci mərhələ – Piterburq  – Rusiya Federasiyası. 2016-2017          PPL Peşəkar Psixotetapevylər Liqasının üzvi 2015-2017          Consultant-Psixoterapevt 2013 - 2015        Doktor of Philosofi (PHD) 2001- 2006        Tərcümə və Ərəb Dili üzrə Filoloq 1992-1997         Şərqşunas və İslamşunas İş təcrübəsi: 2017-2018        “Center of Psychological Consulting” – EMDR psixoterapevt                       2017-2017        «Логос - ценр психологии и развития речи» - Konsultant-Psixoterapevt                       2015-2017        Psixoterapiya Mərkəzi - Consultant-Psixoterapevt 2016-2017        Bakıdaki BƏƏ səfirliyi – Kadrlar şöbəsi, Mühasib müavini, Təchizat 2013-2016        Bakıdaki BƏƏ səfirliyi - Mühasib müavini, Təchizat, Konsulluq şöbəsi, İctimai                           əlaqələr. 2012-2013        Bakıdaki BƏƏ səfirliyi - İctimai əlaqələr, Təchizat, Mühasib müavini, Sinxron                          tərcümə. 2011-2012        Bakıdaki BƏƏ səfirliyi - Tərcüməçi və İctimai əlaqələr.                          - Bakı – Azərbaycan Respublikası. 2010-2010         “ANC - Group” MMC, Baş Müdürün Müavini - Satışın Təşkili Departamentinin                          Direktoru 2007-2010       “ADA-Ticarət” QSC,  Satışın Təşkili Departamenti, Bölgə müdiri 2007-2007      “ADA-Ticarət” QSC,   Müdir 2006-2007      “ADA-Ticarət” QSC,  Müdir Müavini 2005-2006       “İTS” Alman Turizm Kampaniyası, Manenger, Kardinator, Nəzarətçi, Otel                         Rəhbərlərinin Müdiri. 2004-2005       “Aqua Park” – Menedjer 2002-2004       Rusiya Federasiyasının Mədəniyət və Elm Mərkəzi - Tərcüməçi (ərəb-rus), Ərəb və                          Rus dilləri üzrə İnstruktor. Psixoterapiyadan aldığı treninglər: Şəxsiyətin  psixoanalizi Psixoterapiyay giriş Yaş psixoterapiyası Uşağ psixoterapiyası Neyro Linqvistik Programlaşdırma (NLP) Ailə psixoterapiyası Psixosomatika Psixopatologiyanın əsasları Klinik psixologiya Psixogenez Psixoterapiyanın etapları EDMR psixoterapiya  Apardığı trening və seminarlar: Psixoterapiyay giriş Şəxsiyətin  psixoanalizi Psixolingvistika və xarici dilin surətli tədrisi  Riteyldə aldığı treninqlər: 14.08.2006      Mağaza işinin təşkili 24.08.2006      Mağaza müdirinin vəzifə borcları 31.08.2006      Mağaza İT sistemlə idarə edilməsi 15.08.2006      Merçendayzinq 30.10.2007      Aktiv Satışın texnikalrı 26.11.2007      Satışın təşkili və planı 25.10.2007      Əmək mühafizəsi 17.05.2008      Mobil telefonla danııq etiketləri 17.06.2008      Vaxtın idarə edilməsi 25.07.2008      Xəzinə kitabı (mühasibatlıq) 24.09.2009      Biznesin keyfiyyəti – seminar 29.08.2009      Komandada səmərəli iş  Riteyldə təlim keçdiyi treninqlər: 14.05.2008     Mağaza işinin təşkili  29.11.2008     Mağaza müdirinin vəzifə borcları 15.02.2008      Mağaza İT sistemlə idarə edilməsi 30.10.2008      Merçendayzinq 02.03.2008      Aktiv Satışın texnikalrı 05.03.2008      Satışın təşkili və planı 12.06.2009     “İdarəçi və idarəetmə” mağaza müdirləri üçün 17.04.2009     POST-terminal üzrə təlimat 17.04.2009     Baş kassirlər üçün təlim  Psixoloq Süleyman Məmmədzadə Azərbaycan ,Rus , Ərəb , Misir ləhcəsi , Türk , İngilis  dillərində sərbəst danışır          

Ağıl oyunları -Bədii film

Ağıl oyunları -  psixoloji bioqrafik dram filmi 2001-ci ildə rejissor Ron Hovard tərəfindən çəkilmişdir. Baş rolarını Rassel Krou, Ed Harris kimi məşhur aktyorları canlandırdığı film Nobel mükafatı laureatı Con Neşin həyatından bəhs edir. Film kritiklər və eyni zamanda film həvəskarları tərəfindən böyük maraqla qarşılanmış, eyni zamanda 4 əsas istiqamətdə Oskar mükafatı və Qızıl Qlobus, BAFTA, Qızıl Qartal kimi mükafatlar da qazanmışdır. Filmin ilk nümayışı 2001-ci il 21 dekabrda baş tutmuşdu.

Sosial fobiyalar

Sosial fobiyalar (F40.1) Sosial situasiyalardan qaçmaya səbəb olan, digər insanların yetirdiyi diqqətdən qorxma. Daha dərin sosial fobiyalaraşağı dərəcəli özünü qiymətləndirmə və tənqiddən qorxma ilə əlaqədardır. Onların olması üzün qızarmasında, əllərinəsməsində, ürək bulanmada, daima sidiyə çağırışlarda özünü göstərir. 

Aqorafobiya

Aqorafobiya (F40.0) Evdən  çıxmaqdan,  mağazaya  daxil  olmaqdan  qorxmanı,  kütlədən  və  içtimai  yerlərdən  qorxmanı,  tək  qatarla,avtobusla, təyyarə ilə səyahət etməkdən qorxmanı özündə birləşdirən kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur. Vahiməyə düşmə pozuntusu həm keçmiş, həm də hazırki epizodların adi cizgilərindən ibarətdir. Bundan əlavə xarakteristika kimi depressiv və sarışan simptomlar sosial fobiyalar tez–tez müşahidə olunur. Adətən fobiyalı situasiyalardan qaçma ifadə olunur və aqorafobiyadan əziyyət çəkən şəxslər elə bir böyük narahatçılıq keçirirlər, beləki, onlar belə «təhlükələrdən» qaça bilirlər.Anamnezdə vəlvələyə düşmə pozuntusu olmayan aqorafobiyaAqrofobiyalı vəlvələyə düşmə pozuntusu

Fobiyalı həyəcan pozuntuları

Əsas  və  üstünlük  təşkil  edən  simptomu,  heç  bir  təhlükə  ifadə  etməyən  müəyyən  situasiyalardan  qorxu  olan pozuntular qrupudur. Nəticədə xəstə adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Xəstənin narahatlığı ayrı– ayrı  simptomlarda,  belə  ki,  qorxudan  titrəmə  və  ya  bayılma  hissiyatında  toplanır  və  tez–tez  ölümdən  qorxma  ilə, özünü idarə etməni itirmə ilə və ya dəli olma ilə assosiasiya olunur. Fobik situasiyaya düşə bilməni gözləmək adətən vaxtından qabaq həyəcan törədir. Fobik həyəcan və depressiya tez-tez müştərək olur. İki diaqnozun (fobiyalı həyəcan pozuntusu  və depressiv  epizod)  və  ya  birinin qoyulması  haqqında  qərar,  bu  halların  davam  etmə  müddəti  ilə  və xəstənin konsultasiya zamanı terapiya barəsində həkimin düşüncələri ilə müəyyən olunur.