Siz uşağınıza qarşı hansı tərbiyə növündən istifadə edirsiniz?

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Ailələr isə öz növbələrində tərbiyə növünə görə 4 əsas qrupa bölünürlər: avtoritar, liberal, xaotik və hiperqoruyucu ailələr. Hər bir insanın xarakterində də böyüyüb başa çatdığı ailənin hansı tərbiyə stilinə üstünlük verdiyi mühüm şərtdir. Odur ki, gəlin bu 4 tərbiyə stilinin əsas xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək. Avtotitar tərbiyə stilində adətən valideynlər iş adamları olurlar və uşaqlarla çox az zaman keçirirlər. Bütün qərarları özləri qəbul edir və hesab edirlər ki, uşaqlar yalnız onlara tabe olmalıdırlar. Səhvlər bağışlanmır, onlara görə cəza verilir və cəzanın səbəbi izah olunmur. Uğurlar isə “belə də olmalı idi “ prinsipi ilə qarşılanır. Böyüklər tərəfindən daha çox “otur”,”sus”,”mən dedimsə olacaq” tipli cümlələr istifadə olunur. Belə uşaqlar düzgün olduğu üçün yox, lazım olduğu və cəzadan qorxduqları üçün hər hansı bir işi görür və ya dərs oxuyurlar. Nəticədə məsuliyytdən qorxan, özünə güvənsiz, işdə və cəmiyyətdə belə yalnız cəza almamaq üçün iş görən və davamlı olaraq başqalarını məmnun etməyə çalışan fərdlər yetişir. Avtoritet tipli ailədə isə qarşılıqlı hörmət və ədalət hökm sürür. Uşaqlara qayğı və diqqət göstərilir, ailə üzvləri arasında mütəmadi ünsiyyət olur. Valideynlər uşaqlarına qaldıra biləcəyi tələblər qoyur, qəti və davamlı olmaqla bərabər, həm də ədalətli olurlar. Onlar tələblərinin səbəblərini övladlarına izah edir və bunları birgə müzakirə edirlər. Uşağın öz seçim imkanı olur və o öz seçimləri üçün cavabdehlik daşıyır. Beləliklə uşaq özünə və imkanlarına inanır, yalnız çətin anda da valideynlərinə arxalanır. Bir sözlə bu tərbiyə üsulunda nəzarət və azadlıq balans təşkil edir və uşaqlar özünə inamlı və məsuliyyətli olurlar. Liberal ailə tipini uğurlu adlandıra bilmərik, çunki bu cür tərbiyə sistemi insani keyfiyyətlərə mənfi təsir göstərir. Uşaq ya valideynin qoyduğu sərhədlərini bilmir, ya da cadəcə olaraq bu sərhədləri müəyyən etməyi bacarmayan böyüyünün göstərişlərini yerinə yetirmir. Böyüklər isə yalnız ciddi bir problem baş verərsə “tərbiyəyə müdaxilə edirlər” Kənardan bütün bunlar normal, qarşılıqlı anlaşma kimi görünə bilər, amma getdikcə problemli bir ailə mühiti ortaya çıxır. Belə ailələrdə heç bir qayda və intizam anlayışı olmadığı üçün uşaqlarda özünə nəzarət və daxili intizam hissi formalaşmır. Hansı ki, bu hisslər insana pozitiv özünü qiymətləndirmə və özünə hörmət hissi aşılayır. Valideynlərin biganəliyi uşaqlarda gərəksizlik və təcrid olunmuşluq hissi oyadır. Araşdırmalara görə məktəb davamiyyəti pis olan, içki və maddə asılılığından əziyyət çəkən gənclər əsasən bu tip ailələrin övladları olurlar. Xaotik tərbiyə tipində hansı anda nə olacağı bəlli deyil. Hansı ki, dəqiq sərhədlər yoxdur və böyüklər arasında fikir ayrılığı var. Valideynlərin öz qərarlarında qeyri stabil olmaları uşaqlarda qorxu, təşviş narahatlıq və həyəcanlılıq hissləri yaradır. Bu tərbiyə sistemində özünənəzarət və məsuliyyət hissi formalaşmır, bilavasitə özünüqiymətləndirmə aşağı olur və olğun qərarlar verilməsi çətinləşir. Qoruyucu tərbiyə tipində valideynlər uşaqlarını hədsiz qayğı ilə əhatə edir, hər zaman və hər yerdə onları qorumağa çalışır, bir sözlə hər şeyi onların əvəzinə edirlər. Hədsiz qayğı nəticəsində uıaqlarda əməksevərlik, əzmkarlıq, özünü qoruma, müstəqil qərar qəbul etmə bacarıqları inkişaf etmir. Məhz el arasında işlədilən “mama uşağı” kəlməsi bu tip ailələrdə böyüyən uıaqlara aid edilir. Bu insanlar çətin situasiyala düşəndə özlərini itirir, cünki belə zamanlarda nə etmək lazım olduğu kimi bir vərdişləri olmur. Belə uşaqlar kollektivdə həm lider olmaq istəyir, həm dəliderliyi necə bacaracaqlarını bilmirlər. Onu da qeyd edim ki, bir ailə tipi yalnız təklikdə deyil, bir və ya bir neçə tipin xüsusiyyətləri qarışıq şəkildə mövcud ola bilər. Və hansı tipin əlamətləri üstünlük təşkil etməsindən asılı olaraq uşaqlarda ona uyğun da xarakter xüsusiyyələri formalaşır. Ümumi nəticə olaraq deyə bilərik ki, tərbiyədə yol verilən əsas səhvlər, ya uşaqlara, onların daxili aləmlərinə lazımi diqqətin ayrılmaması, ya da əksinə hədsiz qoruma, demək olar ki, uşağa müstəqil olaraq nəfəs almağa belə imkan verilməməsi, evdəki böyüklərin fikir ayrılığı, eyni situasiyaya fərqli yanaşmalarının olmasıdır. 

Bu tarixədək diqqətli olun - Psixoloji dəyişkənliklər mümkündür

Bu gün Yer kürəsində növbəti maqnit qasırğası başlayıb. Mütəxəssislər maqnit qasırğasının güclü olmadığını bildirsələr də, müəyyən insanlar üçün təhlükəli sayılır. Çünki bu dəfə maqnit qasırğası əvvəlkilərdən fərqli olaraq bir neçə gün davam edəcək.  Sentyabrın 11-dən 14-dək bəzi insanlar özlərini pis hiss edə bilər. Bu zaman baş ağrısı, ürək bulanması, əhvalın dəyişməsi, psixoloji dəyişkənliklər mümkündür. Bu baxımdan insanların diqqətli olmağı tövsiyə edilir. Əgər problem davam edərsə, psixoterapevtə müraciət edərək vəziyyətinizi yaxşılaşdırmağınız mümkündür.

Valideynlərin nəzərinə... - Bu məqamlara diqqət edin

Valideyn övlad münasibətləri əlaqələrin inkişafı, uşağın valideynlərə hörmət və güvən yaranması baxımından əsasdır.  Bəs valideynlər nəyə diqqət etməlidir? Uşağın suallarına səbrlə və doğru cavab verin.Uşağın suallarını və dediklərini ciddi qəbul edin.Uşağa məxsusi onun işləri üçün otaq və ya bir künc ayırın. Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin işini bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.Uşağa gücü çatan işləri və qayğıları tapşırın.Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.Uşağınızı alçatmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.Uşağınızı sərbəst düşünməyə öyrəşdirin.Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.

Uğurlu məqam ola bilər - Günün ulduz falı,12 sentyabr

Qoç – vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər. Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin. Buğa – asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin. Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Əkizlər – tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır. Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın. İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil. Xərçəng – qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar. Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin. Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Şir – mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir. Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil. Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın. Qız – pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq. Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar. Tərəzi – hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın. İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır. Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Əqrəb – qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin. Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər. İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir. Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər. Oxatan – işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var. Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin. İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil. Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək. Oğlaq – ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz. İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız. Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil. Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil. Dolça – günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək. Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar. Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın. Balıqlar – əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil. Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil. İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir. Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq. Milli.Az

Harmoniya Psixologiya Mərkəzi

Ünvan: Harmoniya Psixologiya Mərkəzi Şamil Əzizbəyov küçəsi 179 . Jalə Plaza   Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, Azərbaycan  Tel.: +99412 555 33 73, +99455 371 33 03Email: info@harmoniya.azMəqsədimiz ayı-ayrı fərdlərin və ailələrin həyətlarında psixoloji balasın bərpa olunması və saxlanılmasınayönəlik fəaliyyət göstərməkdir.Bizim pofessional prinsiplərimiz bu şəkildədir.-Peşə etikasına həssaslıq-Kollektivçilik və komanda çalışması-Multidisiplinar yanaşma-Öyrənməyə və inkişafa daim açıq olmaq-Həmkarlarımıza qarşı hörmət və tolerantlıq-İnsanlara yardım prinsipini başlıca məqsəd kimi qəbul etmək-Gənc həmkərlarımıza öz professional inkişaflarında dəstək vermək-İnam prinsipinə əsəslanaraq konfidensiallığın daima qorunub saxlanılmasına riayət etmək-Əl çata bilən olmaqPsixoloq kimdir?Əvvəlcə psixoloq kim deyildir sualına cavab verək.Psixoloq ilk baxışda insanların şəxsi keyfiyyətləriniortaya çıxaran,zehinlərini oxuyan şəxslər deyildir.Əksinə,psixoloq, müraciət edən şəxsin gətirdiyiproblemi diqqətli şəkildə dinləyən,incələyən, şəxsin verdiyi informasialar əsasında problemin altındayatan səbəbləri araşdıran və bu səbəblər doğrultusunda müəyyən texnika və yanaşmalar ilə şəxsəproblemin öhdəsindən gəlmə bacarığı qazandıran şəxsdir.Psixoloqa hər bir kəs müraciət edə bilər.Psixoloqa getmək üçün depressiyada olmaq,panikatak,fobiya,travma,obsessiya və.s kimi problemlərinizin olması mütləq deyil.Aşağıda qeyd olunmuşbütün vəziyyətlərdə psixoloq sizə kömək edə bilər-Yaşadığınız problemin gündəlik həyatımıza, münasibətlərinizə ,iş həyatnıza mənfi təsir göstərdiyi vəgündəlik işlərin icrasına diqqətinizi yönəltməkdə çətinlik çəkdiyiniz hallarda-İstifadə etdiyiniz yolların problemlərinizin həllinə yetərli olmadığı vəziyyətlərdə-Emosional olaraq özünüzü yaxşı hiss etmədiyiniz və ya əvvəlkindən daha pis hiss etdiyiniz vəziyyətlər-Qısası ümumi həyatınızı əvvəlki kimi məhsuldar şəkildə davam etdirməyinizə əngəl ola biləcək istənilənvəziyyətdə psixoloqa müraciət etmək yetərli səbəbdir.

Psixoloq Aygün Ağabalayeva

Aygün Ağabalayeva – Harmoniya Psixologiya Mərkəzinin rəhbəri və baş psixoloqu. Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini bakalavr və “Hüquq psixologiyası” üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə 138 saylı orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərib. 2000-2001-ci illərdə “KIGT LTD” şirkətində administrator vəzifəsində çalışmışdır. 2009-cu ildən indiyədək “SAVVY” taekvondo klubunda idmançıların psixoloji hazırlıq prosesini müşayiət edir, taekvando və karate üzrə individual və qrup şəklində konsultasiyalar aparır.Bu sahədə Respublika üzrə yüksək referanslara malik mütəxəssisdir. 2014-cü ildə keçirilən Azerbaycan I Beynəlxalq Konfransında Amerikan Ailə və Evlilik Terapevtləri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Networkun klinik üzvü, Beynəlxalq Ailə Terapiyası Dərnəyinin İdarə Heyəti üzvü, CATED-in isə qurucu üzvü Uzm. Sibel Usluer Erenelin rəhbərliyi ilə keçirilən “Çocuk istismarı ve şiddet görmüş çocuk”, “Aile terapisi”; İDNA Çözüm Odaklı Danışmanlık və Eğitim Merkezinin baş performans məsləhətçsi Yrd.Doç.Dr. Ozanserin rəhbərliyi ilə keçirilən “Uygulamalı spor psikolojisi”; ODTÜ Psikoloji bölümünün klinik psixoloqu Mehmet Şakiroğlunun rəhbərliyi ilə keçirilən “İyi olma hali ve tükenmişlik sendromu” təlimlərini keçmişdir. Akdeniz üniversitesi tıp fakültesi psikiyatri anabilim dalı, uzman klinik psikolog Sibel Dinç Çalışkanın “Cinsellik, Cinsel Anatomi ve Cinsel İşlev Bozuklukları” təlimini başa vurmuşdur. 2016-cı ildə keçirilən Uşaq Sağlamlığı Təlim Konfransının 3-cü toplantısında iştirak etmişdir. Rusiyada Professional Psixoterapevtik Liqanın üzvüdür.2013-2014-cü illərdə Xəzər Universitetində “Psixoloji Konsultasiya” fənnini tədris etmişdir. Rusiyada bir çox psixoloji mərkəzlərdə təlimlər keçib. Uzun illər Psixologiya və Konsultasiya Mərkəzində fərdi konsultasiyalar aparıb və işində yüksək nailiyyətlər əldə edib, hal-hazırda da Harmoniya Psixologiya Mərkəzində çalışaraq, şəxsi, ailə və iş həyatında yaranan çətinlikləri çözməyə kömək edir.

Özünüzlə tez-tez danışırsınız ?

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”. Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur. Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır. Atdığımız addımları əlbəttə ki, təhlil etmək doğrunu yalnışdan ayırmamıza kömək olur. Əgər etdiyimiz hərəkətlərə görə biz məsuliyyət hiss etməsək, bu da cəmiyyətdə böyük bir xausa yol açar. Ancaq bəzi insanlar olan hadisələri beyinlərində çox böyüdür, beyinlərini yarana və əldən salana qədər bu hadisəni təhlil edirlər. Nəticədə də “takıntı” dediyimiz yəni bir düşüncədə ilişib qalma və o düşüncədən uzaqlaşmaqda ciddi şəkildə əziyyət çəkmək. Bu hallar bir müddət sonra o insanlarda ciddi xəstəliklərə qədər gedib çıxa bilir. Əgər bizim beynimizdən gün ərzində bu qədər çox fikir keçirsəvə biz hər düşüncəyə bu qədər ilişib qalsaq, onda beynimiz çox tez yorular və təslim olar ki, bu da ağır əsəb-sinir problemlərinə gətirib çıxarar. Əsasən fəaliyyət alanı, hobbiləri, işi və məşğuliyyəti daha az olan insanlarda daxili nitq hədsiz artır. Müqayisə etsək ki, beyni daha çox işlərlə məşğul olan insanın “boş-boş” fikirləri təhlil etməyə zamanı daha az olur. Bu tip insanlar daha səbrli və daha sakit həyat yaşayırlar. Əslində onların da özlərinə görə problemləri var, sadəcə olan hadisələri olduğu kimi qəbul edir, insanları olduğu kimi qəbul edib dəyişməməyə daha çox qəbullanmağa çalışırlar. Və əlbəttə ki o zaman problemi atlatmaq da asan olur. Orqanlarımızın içərisində beyin ən çox işləməyi sevən orqandır. Əgər beynimiz bekar qalırsa, özünə uğraşacaq alanlar axtarır və siz də beynə heç bir məşğuliyyət vermirsinizsə, beyin dəyirman daşı kimi özün üyütməyə çalışır. Nəticə etibarilə ağır nevroz və sarışan nevroz başlayır. Artıq beynə istənilmədən belə daxil olan və qovmaqda çətinlik çəkdiyiniz fikirlərin sayı gün-gündən artır və dözülməz hala gəlir. Ümumiyyətlə, terapevrik məsləhətlərdən biri stress və stressi yaradan səbəblərin azaldılması və fəaliyyət alanının genişləndirilməsidir. Gün ərzində aktivlik artan kimi daxili nitq və neqativ düşüncələrin sayı sürətlə enir. Əslində problemi başladan da bitirən də elə siz özünüz olacaqsınız. Beyninizi lazımsız fikir və yükləmələrdən azad edib, fəaliyyət dairənizi, məşğuliyyət və hobbilərinizi artırsanız, lazımsız və boş fikirlərin yerinə beyində daha canlı və pozitiv fikirlərin sayı artar.  Lalə Əhmədova Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Boşanmaq istəyən kişinin davranışları

Həyat yoldaşınızın sizdən soyuduğundan şübhələnirsiniz, lakin inanmaq istəmirsiniz? Elə isə həmsöhbətimiz olun. Bu yazımızda boşanmaq istəyən kişi davranışlarını hərəkətlərindən necə bilmək olar sualına cavab tapmağa çalışacağıq. Bir-birindən ayrı qala bilməyən bir cütlük olan siz, aranızdakı cazibəni zamanla itirdinizsə və həyat yoldaşınız artıq nəinki sizlə birlikdə olmaq, toxunmaq belə istəmirsə, əlaqənizdə təhlükə siqnalları çalınır deməkdir, yoldaşınızın ağlından boşanma düşüncələri keçir deməkdir. Bir zamanlar yaşadığı hər hadisəni, detalları ilə sizə izah edən kişi gedər, yerinə susqun, heç danışmaq istəməyən, soruşduğunuz sualları qısa və "net" cavablar verən bir kişi gəlir. Ayrılmaq istəyən kişinin bir əlaməti də, sizin hər halınızdan məmnun kişinin yerinə, demək olar ki, hər şeydən şikayət edən, görünüşünüzdən yeməklərinizə qədər hər şeyə tənqidlə yanaşan kişi modeli gələr.. Hörmətin, qarşılıqlı güzəştlərin bitib, səsin yüksəldiyi, qarşılıqlı təhqirlərin başladığı yerdə artıq səmimiyyət itir, dava-dalaşlar başlayar. Çünki sizin hər etdiyiniz, hətta varlığınız belə artıq kişini narahat edir. İnternetdə vaxt keçirər, küçədə, kafelərdə vaxt öldürər, idman salonundan çıxmaz, iş yerindən gec gələr, bir sözlə, sizi görməmək üçün hara varsa, orada olmağa çalışar. Fikirli, düşüncəli və unutqandır. Çünki tez-tez beynində ayrılmağın müzakirəsini edib, olub keçənləri götür-qoy edər, planlar qurar..Dərvişin fikri nədirsə, zikri də odur. Ayrılmaq sözünü əsla ağzına almayan kişi, hər problemdə, "istəyirsənsə boşanaq, bu həyat belə getməz, bizim ulduzumuz barışmadı, kaş ki tanımasaydıq bir-birimizi" kimi sözlər işlətməyə başlayar.(anaveusaq.az)

Özümüzü qoruyaq... - Eqoizm nədir?

Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir…  Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür.  Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir. Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik. Özünü təcrid еtmək yalnız özünə inamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir. Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz.  Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq! Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə)  dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»!  Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur… Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk!  Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər! Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq???(kayzen.az)

Səhiyyə İdarə rəisi işdən çıxarıldı - Yeni TƏYİNAT

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: “Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib”. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

"Qatar vuranda özümü atsam da iki ayağım qaldı" - Həyatının sınağını vermiş aktyorla müsahibə/FOTO

“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə” Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir. Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik:  - İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi?  - Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam.  - Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı? - Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı. -  Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz? - Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu.  - Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər? -   Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə. -   Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı? -  Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. - Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı?  - Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol".. Müəllif: Şəhanə Quliyeva

Duzlaşmanın bitkilərlə müalicəsi

“Oynaqlarda duzların çökməsi” adlı anlayış tibdə mövcud deyil. Bu anlayışa xalq təbabətində daha çox rast gəlinir. Əslində oynaqlarda çöküntü şəklində görünən sümük artımlarıdır ki, bu da osteoartroz prosesi nəticəsində yaranan osteofitlərdir. Sadəcə osteofit anlayışı sırf tibbi termin olduğuna görə bu daha çox işlək ifadə olan “oynaqda duzlaşma” ilə əvəz edilmişdir. Yeganə sümüklərə duzların (uratların – sidik turşusu duzlarının) çökdüyü xəstəlik podaqradır. 50 qr sofora meyvələrinin və ya çiçəklərinin üzərinə 0.5 l araq əlavə edilib 1 ay müddətinə saxlanılır. Alınmış cövhərdən hər gün 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.20 qr at pıtrağı kökünün üzərinə 1 stəkan qaynar su əlavə edilir. Alınmış dəmləmədən gündə 3 dəfə 1 xörək qaşığı 3-4 həftə müddətinə daxilə qəbul edilir.1 kq qıtığotu sürtgəcdən keçirilib üzərinə 4 l soyuq su əlavə edilir. Qarışıq 5 dəqiqə müddətinə qaynadıldıqdan sonra süzülür, üzərinə 0.5 kq bal əlavə edilib qarışdırılır. Alınmış qarışıqdan gündə 1 stəkan içilir. Müalicə kursu ildə 2 dəfə - yazda və payızda aparılır.1 çay qaşığı kərəviz toxumlarının üzərinə 2 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl gündə 2-3 dəfə daxilə qəbul edilir.Günəbaxan kökü uzununa kəsilib qurudulduqdan sonra xırdalanır və xırdalanmış xammaldan 1 xörək qaşığı götürülüb üzərinə 1 litr qaynar su əlavə edilir, termosda 30 dəqiqə müddətinə dəmlənir. Alınmış dəmləmədən 1 stəkan səhər acqarına (yeməkdən 30 dəqiqə əvvəl), yerdə qalanı isə bütün gün ərzində içilir. Qəbul müddəti ildə bir dəfə aparılır.5 stəkan çiyələyin üzərinə 1 stəkan şəkər tozu əlavə edib qarışdırılır. Qarışıqdan alınmış şirə süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan içilir.Xırdalanmış 1 kq tozağacı qabığı, 1 kq ağcaqovaq və 100 qr palıd qabığı qarışığı qaynadılır. Alınmış məhlul süzülüb gündə 3 dəfə 1/2 stəkan içilir.3-4 ədəd qırmızı milçəkqıran göbələyi xırdalanıb üzərinə 2-3 litr möhkəm qaynadılmış su əlavə edilir. Bir qədər soyuyan kimi ağrıyan oynaqlar buxara verilir. Alınmış dəmləmə ilə oynaqları kompres də eləmək olar.İri kötüklü 1 ədəd kərəviz götürülüb ət maşınından keçirilib şirəsi çıxarılır. Alınmış şirə gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı daxilə qəbul edilir. Bu şirə ilə kompres də etmək olar.Şüşə və ya emallı qabın 3/4-ü qədər qırmızı gəndalaşın giləmeyvələri əlavə edilib üzərinə araq tökülür. 1 həftədən sonra alınmış cövhər ilə axşamlar oynaqlar masaj və ya kompres edilir.Ağ öksə otu un halına salınır, alınmış xammaldan 1 çay qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, termosda dəmə qoyulur. Alınmış dəmləmə 2 xörək qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl kiçik qurtumlarla 3-4 ay ərzində içilir.100 qr tər yasəmən yarpaqlarının üzərinə 1 litr araq əlavə edilib qaranlıq yerdə 14 gün müddətinə saxlanılır. Alınmış cövhərdən 50 damcı gündə 3 dəfə qəbul edilir.Qara turp yaxşıca yuyulub qabığı təmizlənmədən 15-30 dəqiqə müddətinə dezinfeksiyaedici kalium-permanqanat məhlulunda saxlanılır. Bundan sonra turp çıxarılıb axar su altında yuyulur. Daha sonra isə turp qabıqlı şəkildə sürtgəcdən keçirilib şirəsi çıxarılır. Alınmış şirə sərin yerdə saxlanılır. Gündə 3 dəfə hər dəfə 30 qr olmaqla (bu dozadan artıq olmaz!) daxilə qəbul edilir. Bu müddətdə 10 kq turpdan alınmış şirədən istifadə edilir. Şirəni qəbul edərkən rasiondan yağlı qidaları, əti, yumurtanı çıxarmaq lazımdır.300 qr qaynar suyun üzərinə 200 qr dəfnə yarpağı əlavə edilib 30 dəqiqə müddətinə qaynadılır. Alınmış dəmləmə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan daxilə qəbul edilir.                                                                                    Fitoterapevt Elnur Rəhimov

Uğurun başlanğıcı - Yarım saat nəzəriyyəsi

Böyük uğur böyük zaman tələb edir.Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə etmirlər. Nəyə görə? Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir. Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin. Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür. Ümumi ideya isə belədir ki, hər gün yarım saat ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək istiqamətində çətinləşdirirsiniz. Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız. Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki, buda əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz?Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli yeni bacarıqlar qazana bilərsiniz. Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola biləcəksiniz.Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.Səbrli olun. Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.

36 dərəcə isti olacaq - HAVA PROQNOZU

Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(Publika.az)

Qadınlar hansı halda yalan danışa bilmir? - Uzanan vəziyyətdə...

Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.Psixoloq.az xəbər verir ki, professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparılan tədqiqat zamanı onların məhz oturarkən və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışdığı sübut olunub. Alimlər bunun səbəbini müəyyənləşdirə bilmədiyi üçün araşdırmanın davam etdirilməsini qərara alıblar.Araşdırmada o da məlum olub ki, qadınlar munasibətlərində ən çox muraciət etdikləri yalanları adətən özlərini qorumaq üçün istifadə edirlər. Sanki kişilərin etdiyi heç bir hərəkətə onların ürəyi sıxılmır və ya incimirlər. Bu yalan qarşıdakı insanın səhvinə çox da əhəmiyyət verilmədiyini göstərmək üçün işlədilə bilər. Məsələn, sevgilisi ad gününü yaddan çıxanda onlar adətən bunun mühüm olmadığını deyirlər. Amma kişilər bunun ağ yalan olduğunu hiss edə bilirlər. Çünki hər bir qadın özəl günlərində xatırlanmağı və həmin günün unudulmaz keçməsini istəyirlər.publika.az

Həyat yoldaşınızla eyni iş yerində çalışırsınızsa...

Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.İşlərinizi yatağa daşımayın...Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.Professional davranın...Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olmasıdır. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər. Evdə əhvalı böyüdən siz olun...Ofisdə pis bir gün keçirdiyinizdə evə gedib sifət asmaq və gərginlik yaratmanın kimsəyə bir faydası olmaz. Bu nöqtədə iş sizə düşür.İpləri əlinizə almalısınız. Unutmayın sizin gün içində yaşadığınız çətinlikləri o da yaşadı. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızı işlə əlaqədar narahatlıqlarını də artıracaq. Bu səbəblə müsbət davranışınızdan  güzəşt verməyin. Bir-birinizin meneceri olun...Dostların bir yeməyə çıxdığınızda yoldaşınızın iş həyatında nə qədər müvəffəqiyyətli olduğundan və doğru qərarlar verərək şirkətinizi böyüməyə apardığında danışa bilərsiniz. Bir-birinizlə daim qürur duyun! Yoldaşınızın qürurunu oxşamanız sizin daha yaxşı bir sıra olmanızı təmin edəcək. Alacağınız qərarlarda əvvəl ona müraciət, iş təcrübəsinə güvənin.Böyük düşünün!Həyatın hər anında bir-birinizin yoldaşı olduğunuza görə xəyallarınız də eyni istiqamətdə olacaq. Risk etməkdən və böyük xəyallar qurmaqdan qorxmayın.  Beləcə həm müvəffəqiyyətli bir ana-ata həm də iş ortağı ola bilərsiniz. Gücünüzü  birləşdirin.

Evliliyinizi bu üsulla xilas edin

Psixiatr və şəxslərarası münasibətlər sahəsində beynəlxalq ekspert, xoşbəxt yaşamağın sirləri haqda bir neçə bestsellerin müəllifi  Doktor Mark Goulston — cütlüklərə ömürlərinin sonunadək sevgini qoruyub saxlamağa imkan yaradan 10 vərdişi hazırlayıb. Bunlar münasibətlərindən razı olan insanların gündəlik davranışlarıdır: 1. Onlar eyni vaxtda yatmağa gedirlər Xoşbəxt cütlüklər yataq otağına müxtəlif vaxtlarda getməkdən özlərin saxlayırlar. Onlar hətta müxtəlif vaxtlarda oyanmalı olsalar da, eyni vaxtda yatırlar. 2. Onlar ortaq maraqları inkişaf etdirirlərİlkin ehtiras itəndə insanlar başa düşürlər ki, birlikdə özlərin yaxşı hiss etmək üçün ortaq maraqlar olmalıdır. Birlikdə keçirilən vaxtı göz ardı etmək lazım deyil. Əgər ortaq maraqlarınız yoxdursa, onlarə tapıb inkişaf etdirmək lazımdır. Məsələn, cümə günləri boulinqə getmək və ya şənbə günü üzgüçülüklə məşğul olmaq və s. 3. Onlar gəzərkən əl-ələ tuturlarÖzümüz özümüzə nə qədər ağıllı, proqressiv və yetkin görünsək də, toxunuşların əhəmiyyəti hələ itməyib. Əgər küçədə ələ-ələ tutaraq gəzməyin nə olduğunu unutmusunuzsa, tezliklə boşanmanın nə olduğunu bilmək ehtimalınız böyükdür. 4. Onlar «güvən və əfv» rejiminə əməl edirlərFikir ayrılığı və dava-dalaş hər kəsin başına gəlir. Xoşbəxt cütlüklər tez bir zamanda incikliyi unuda və barışa bilirlər. Paranoya, deyingənlik, inciklik — tez bir zamanda boşanacaq «luzerlər» üçündür. 5. Onlar öz partnyorlarının harda səhv etdiklərinə deyil, nəyi düzgün etdiklərinə fikir verirlərİşdə, məişətdə istənilən adama baxıb çoxlu səhv tapmaq mümkündür. Amma niyə axı? Psixoloqlara münasibətin qızıl qaydası məlumdur: 1 tənqidə 10 kompliment düşür. 6. Onlar işdən qayıtdıqdan sonra bir-birlərin qucaqlayırlarBizim bədənimiz çox güclü «fiziki yaddaşı» var. Bir-birimizi nə qədər çox qucaqlayırıqsa, bir o qədər də bunu etmək xoş gəlir. Bu, bir növ asılılıq yaradır,  amma xeyirli asılılıq. 7. Onlar «səni sevirəm», «günün xoş keçsin» sözlərini hər gün deyirlərBu sözlər səbr qazanmağın bir üsuludur. Sizə gün ərzində tıxaclarda, uzun növbələrdə dayanmaq və digər xoşagəlməz hallarla qarşılaşmaq lazım gələcək. «Səni sevirəm» sözü isə bunun acığını evdəkilərdən çıxarmağa maneə olacaq. 8. Onlar bir-birlərinə «gecən xeyrə qalsın» deyirlərBelə baxanda bu, xırdalıqdır, amma bu xırdalığı yaddan çıxarmaq lazım deyil. Dalaşıb-dalaşmamağınızdan asılı olmayaraq partnyorunuza gecən xeyrə qalsın deyin. Bu, qayğının bir formasıdır. 9. Onlar işdə olarkən gündə bir neçə dəfə zəngləşirlərPartnyorun ofisinə zəng etmək və şlərinin necə getdiyini soruşmaq — hər iki tərəfin də əhval — ruhiyyəsini qaldırmaq üçün yaxşı üsuldur.  10. Onlar bir-birlərinə toxunurlarİctimai yerlərdə bir-birinizin əlinə və digər yerlərinə (burda ayıb heç nə yoxdur) toxunmaqdan çəkinməyin. Bunlar partnyorları bir-birinə daha da yaxınlaşdırır.

Sevdiyiniz qadın hansı ayda doğulub? - Doğum ayına görə xarakterini öyrənin

Psixoloqlar insanın doğulduğu fəslin və ya ayın onun gələcək taleyində rol oynadığını iddia edirlər. Xüsusən də kişilərə nisbətən daha emosional olan qadınlarda doğulduqları aya görə xarakter analizi özünü çox göstərir.  Bəs sevdiyiniz qadın hansı ayda doğulub? Yanvar qadınları Yanvar ayında doğulan qadınlar dözümlü, inadkar, ambisiyalı, nizam intizam sevən olurlar. Həyata və qarşılıqlı münasibətlərə ciddi yanaşır, öz konservativ fikirləri ilə seçilirlər. Tənqidçidirlər, lakin bu sizin üçün ən yaxşısını arzulamalarından irəli ggəlir. Duyğularını dilə gətirməyi sevmirlər.Onlar özləri ilə eyni inttellektual səviyyədə olan insanları yaxına buraxırlar. Yanvar qadınları ilə yaxın olmaq istəyən kişilərin həyata baxışı da onlarınkına bənzər olmalıdır. Fevral qadınları Onlar çox romantikdirlər.Fevral qadınlarına səbirlə yanaşmaq lazımdır.Onların ruhunu hər kişi anlaya bilməz. Daima dəyişən ovqata malikdirlər. Onlara hər kəs yox özləri kimi “xüsusi” kişilər lazımdır. Abstrakt düşüncə tərzləri və fantaziyaları yüksəkdir. Onlara bir dəfə kiçicik bir yalan söyləsəniz bir daha üzülərini görə bilməyəcəklsizniz. Mart qadınları Bu qadınlar güclü cazibələri və xarizmaları ilə seçilirlər. Çox sadiqdirlər. Onlara hər kəs sirrini rahatlıqla etibar edir. Onlar çətin aşiq olurlar. Mart qadınlarını ən kiçik bir sözlə və ya yalnış mühakimə ilə incitmək olar. Onlar bir dəfə aşiq olurlar və bu ömürlük olur. Martda doğulan kişilər onlar üçün əla seçim olardı. Aprel qadınları Anadangəlmə diplomatdırlar. İstənilən insanla asan dil tapa bilirlər. Yeganə çatışmayan cəhətləri arada bir özlərinə yazıqları gəlmələridir. Çox qısqancdırlar. İstənilən zəmində münaqişə zamanı bomba kimi partlayan bir qadınla qarşı qarşıya qalacaqsan. Aprel qadını ilə aranız dəyibsə mübahisə etmədən başqa otağa keçib sakitləşməsini gözləyin. Bununla belə bu qadınlar əylənməyi bacarırlar. Ərlərinə keyifli bir həyat yaşadacaqlar. Ürəklərini yalnız layiq olana verirlər. May qadınları May qadınları öz fikirlərinə əmin və məqsədyönlü qadınlardırlar. Onların güclü daxili kompası var, heç bir zaman bu kompasın əmrlərindən kənara çıxmaq istəmirlər. Zahirən cazibədardırlar. Xarakterləri isə mürəkkəbdir. Onlara aşiq olan kişilər üçün təhlükəli hesab olunurlar. Əgər bu sevgiyə sevgi ilə cavab verməsələr kişinin həyatında qara sevdaya çevriləcəklər. May ayında doğulan qadını siz ömrünüz boyu unutmayacaqsınız. İyun qadınları Hər şeylə maraqlanan, yaradıcılığa həvəsli qadınlardır. Əsas nöqsanları ağıllarından nə keçirsə dillərinəı gətirmələridir. Sözləri seçmədən istifadə edirlər. Onların prinsipi budur- hər şeyi üzə de. Bununla onlar başqalarını nə dərəcədə incitdiklərini alamırlar. Sevgidə təhlükəli oyunçudurlar. Kişi onların əlində oyuncağa çevrilir. İyun qadınlarını yaxşı tanıyın ki, sevgi qurbanı olmayasınız. İyul qadınları Bu qadınlar öz yaxınları ilə münasibətdə çox dürüst və açıqdırlar. Qalanları üçün isə onlar gözəl, sirli, ağıllı və əlçatmaz hesab olunurlar. Münaqişələrdən uzaq durur, nəzakətli olmağa çalışırlar. Onlar yalanı bağışlamırlar. Bu səbəblə onları itirə bilərsiniz. Avqust qadınları Böyük ürəkləri olan qadınlardırlar.Münasibətlərdə hər zaman qadın qələbə çalır. Yalnız brilliant kişilər avqust qadını ilə yaşayaıb onun kabluku altında olmadığını düşnə bilərlər. Gözəl yumoR hissinə malikdirlər. Lakin kiminsə onları lağa qoymasına dözə bilmirlər. Diqqət mərkəzində olmağı sevirlər, kişilər onlara qarşı hər zaman diqqətlidirlər. Kişilər onların yanında başlarını itirirlər. Sentyabr qadınları Zahirən gözəl, mehriban, nizam intizamlıdırlar. Sentyabr qadınları onlara edilən pisliyi unutmurlar. Ehtiyatlıdırlar, təəssüf ki, intiqamçıdırlar. Ömürlük münasibətlərə üstünlük verirlər. Bir gecəlik sevgi axtaran kişilər bu qadınların diqqətini çəkmir. Bu qadınlar surətpərəstdirlər. Seçicidirlər. Onlara insan bəyəndirmək asan deyil. Oktyabr qadınları Güclü xarakterə malikdirlər.Çox emosionaldırlar. lakin başqalarının gözü önündə ağlamırlar. Ağıllıdırlar.Buna görə də ürəklərini hər kəsə açmırlar. Bu qadınları digər qadınlar çox qısqanırlar. Onlar ən yaxşı kişiləri seçir və gösəl həyat yaşayırlar. Bu təbiətin onlara töhfəsidir. Noyabr qadınları Hər zaman başqalrından bir addım qabaqdadırlar. Aktivdirlər, yalanı anında anlayırlar. Bu qadınların hissləri ilə oynamaq olmaz. Bunun axırı pis qurtara bilər.Atəşlidirlər. Ambisiyaları var. Onlarla darıxmazsınız. Onların rəyini almaq istəsəniz yalnız doğru cavab verəcəklər. Dekabr qadınları Dözümsüzdürlər, lakin ixtiraçıdırlar. Uğurlu taleləri olur. istənilən vəziyyətdən qələbə ilə çıxırlar. Ərlərinin ovatını yüksəltməyi bacarırlar. Açıq ürəklidirlər. Həyat onları yaralaya bilməz. İstədiklərini əvvəl axır əldə edirlər.

Emosiyaların əsiri olmayın - Günün ulduz falı,11sentyabr

Qoç - Çoxdan hazırladığınız planları reallaşdırmağa başlayın. İnsanların gur olduğu yerlərə yollanmayın. Diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Bəzi nüanslara fikir verin. Nə isə alınmasa, bir də cəhd edin. Unikal və ya ekssentrik olduğunuzu düşünməyin. Yaxınlarınızdan birinin maddi yardıma ehtiyacı var. Buğa - Daha rahat, komfortlu, əlverişli şəraitdə çalışmağa can atmayın. Mərhələləri tədricən qət edin. Tələsməyin, vurnuxmaya aldanmayın. Tənbəllik etməyin, passivliyə qapılmayın. İzafi diqqət, fərdi ambisiyaların təminatı zərər verəcək. Günün ikinci yarısında başladığınız işi sürətlə görün, yaxşı nəticəyə nail olmağa çalışın. Bütün işləri ən yüksək səviyyədə görmək mümkün deyil: bu reallığı qəbul edin. Axşam saatlarında normal istirahət etməyə can atın. Əkizlər - Pozitiv, yaxşı gündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. Kədər, şübhə, qısqanclıq, bezdirici xatirələr işgüzar fəaliyyətə maneələr yaradacaq. Yeni anlaşma və ya sifarişlə bağlı müzakirələri qeyri-formal şəraitdə aparmaq olar. Günün ikinci yarısında alış-verişdə izafi xərclərə yol verməyin. Qənaətcil olun və bədxərcliyin fəsadlarını unutmayın. Aktiv işləsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Yaxınlarınıza, dəyər verdiyiniz insanlara diqqətli yanaşın. Ailə üzvləri ilə birlikdə axşam saatlarında gəzintiyə çıxmaq olar. Xərçəng - Səxavətli olun. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaxınların və inandığınız insanların yardımlarından faydalana bilərsiniz. Münasibətlərdə səmimi olmağa çalışın. Saxtakar, yalançı, kütbeyin insanlardan uzaq durun. Günün ikinci yarısında seçimdə səhv etməyin. İstirahəti ləğv etməyin - sadəcə, bir qədər ertələyin. Alış-veriş zamanı mövcud maliyyə imkanlarınızı realistcəsinə qiymətləndirin. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Keyfiyyətli ərzağa üstünlük verin. Sağlam rasionu seçin. Şir - Günün fonu sizə hətta ən parlaq fonda itib-batmamağa imkan verəcək. Aldığınız təkliflərin şirnikləndirici effektinə aldanmayın. Yaşanan proseslərin zahiri görüntüləri əvəzinə məzmununu qiymətləndirin. Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirin. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil. Axşam saatlarında zəruri məlumatları araya bilərsiniz. Qız - Kütlədən seçilərək müstəqil fəaliyyət göstərə bilsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Bilik, bacarıq və təcrübənizdən yararlanın. Qətiyyətli olun. Kiçik maneələr və ya cüzi problemlər sizi ruhdan salmamalıdır. Günün ikinci yarısında birgə fəaliyyətə və kollektiv əməyə üstünlük verin. Daha xarizmatik insanların kölgəsində qalmayın. Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir. Heç nədə ifrata varmayın. Tərəzi - Oyun qaydalarına və fəaliyyətdə ənənəvi metodikaya riayət etsəniz, pis gün deyil. Kreativ olun, sərhədləri genişləndirin. Köhnəlmiş şablonlardan və mənasız rituallardan qurtulun. Başqalarının maraq dairəsində öz mənafelərinizi təmin etməyə çalışmayın. Günün ikinci yarısında tərəfdaş və dostlarla təmaslarda mövqelərinizi qoruyun. Praqmat olun, emosiyalara uymayın. Münasibətlərin normal olması üçün maddi problemləri qabartmayın. Bəzi yanlışlıq və nöqsanları görməzliyə vurun. Axşam saatlarında stressdən qurtulmaq üçün gəzintiyə çıxın. Əqrəb - Yeni təşəbbüslərdə tələskənliyə yol verməyin. Aramla çalışın, amma astagəl olmayın. Yaşamın diqktə etdiyi şərtləri qulaqardına vurmayın. Dəvətlərdən imtina etməyin. Təəssüratları artıraraq təcrübənizi zənginləşdirin. Günün ikinci yarısında karyeranıza müsbət təsir edə biləcək populyar insanla qarşılaşa bilərsinz. İş yerindəki axmaq insanlarla ünsiyyətdə mümkün qədər soyuqqanlı olun. İfrata varmayın. Özünüzü olduğunuzdan zəngin göstərməyə can atmayın. Axşam saatları ailəvi tədbirlər üçün münasibdir. Oxatan - Günün ilk yarısı uğurlu olacaq. Əhvalınızı korlamayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün nikbin olun. İmicinizin qeydinə qalın. Rəqiblərin mövqelərindəki zəif məqamları aşkarlayın. Günün ikinci yarısında səs-küy və vurnuxmadan uzaq olun. Hər şeyin qədərini bilsəniz, potensialınızı dürüst qiymətləndirsəniz, sürətlə irəliləyə bilərsiniz. Rasionunuza fikir verin. Axşam saatlarında normal istirahət edin. Oğlaq - Yaşamınızdakı harmoniyanı kobud şəkildə pozmayın. Proseslərin zahiri tərəfləri və atributları sizi aldatmasın. Uğur, sadəcə, istəklə olmur. Hadisələrə təsir imkanlarına malik insanlarla sıx ünsiyyət qurun. Günün ikinci yarısında insanların gur olduğu yerlərə yollanmayın. Aqressiv və tələskən olsanız, hadisələrin məcrasında ciddi fəsadlarla qarşılaşacaqsınız. Ənənəvi davranışınızı dəyişməyin. Yeni layihəyə başlamayın. Sırf ambisiyalarınızın təminatı üçün avantüralara başlamayın. Dolça - Süst və tənbəl olmayın. Tərəfdaşlarla birlikdə çalışın. Yaxın dostlara yardım edin, onlara dəstək olun. Çoxdankı rəqiblərin mövqelərini zəiflətmək üçün hücuma keçin. Çoxdankı rəqiblərdən biri tərəfdaşlıq təklif edirsə, dərhal "yox" deməyin. Günün ikinci yarısında sərt və aqressiv davranış münasibətlərdə sərinlik yarada bilər. Sonucu naməlum münaqişəyə başlamayın. Dəyər verdiyiniz insanlarla təmaslarda maliyyə və daşınmaz əmlakla bağlı məsələləri müzakirə etmək olar. Axşam saatlarında yaxınlarınızla istirahət edin. Balıqlar - Əlverişli, yaxşı gündür. Baş verəcək hadisələrdən faydalanaraq nəzərdə tutduğunuz istiqamətdə hərəkət edin. Ümumi plan çərçivəsindən kənara çıxmayın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın. Günün ikinci yarısında şəxsi maraqlarınızın təminatı üçün ümumi mənafeləri qurban verməyin. Bununla belə, kütlədəki fərd rolu ilə də razılaşmayın. Yaşananlara sadə yanaşın, maraqlarınızı düşünün. Dəyər verdiyiniz insana situasiyaya uyğunlaşmaqda yardım edin. Nikbin olun. Milli.Az

Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər. Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək. Sevgiliniz nəyi səhv edir?Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var. Psixoloqlar bunu belə izah edir:1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır. 2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq. 3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq. 4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək.Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın. milli.az

Göbələyin təbii yollarla müalicəsi

Mikozlar – dəri və dırnaqların göbələklər tərəfindən zədələnməsi nəzərdə tutulur. Mikozların törədiciləri yalnız insanda parazitlik edən antropofil göbələklər, heyvanlardan insana yoluxan zoofil göbələklər, həmçinin Candida cinsindən olan şərti-patogen maya göbələkləri ola bilər. Göbələklər neytral və ya zəif-qələvi mühitdə inkişaf edir, aşağı temperatirlara qarşı çox davamlı olur. Göbələklər adətən xəstə insandan sağlama kontakt yolu ilə yoluxur. İnfeknsiya mənbəyi rolunu həm zədəli dlrnaqlar, həm də xəstə dəri oynaya bilər. Mikozların yaranmasına şərait yaradan faktorlar: 1. Xarici faktorlara dərinin həmişə nəm olması, çatlar və qaşınma izləri, isti və rütubətli hava şəraiti aiddir. 2. Daxili faktorlar  arasında daha çox şəkərli diabet və piylənmə kimi mübadilə pozulmaları, QİÇS, immunosupressiv terapiya, antibiotiklərlə və oral kontraseptivlərlə uzunmüddətli müalicə, klimaks dırnaq mikozlarının inkişafına təkan verir. Göbələk infeksiyası ilə kontakt müxtəlif şəraitlərdə baş verə bilər. Məsələn, su hovuzlarında, ümumi hamamlarda, çimərlikdə, idman zalında, hətta qonqlıqda kiminsə tərliklərin geyindikdə. Buna görə də şəxsi gigiyena qaydalarına həmişə diqqət etmək lazımdır. Lakin göbələklə hər bir kontakt xəstəliyin yaranması ilə nəticələnmir. Yoluxma yolları: - manikür alətləri - araqqabı, corab və s. - şəxsi gigiyena vasitələri - hamam ləvazimatları  Mikozların xalq təbabəti üsulları ilə müalicəsi  Dəmrovotu ilə vanna Ayaq dərisinin və dırnaqların göbələyi zamanı dəmrovotu ilə vanna etmək məsləhətdir. Bunun üçün 4 xörək qaşığı xırdalanmış otun üzərinə 6 stəkan qaynar su əlavə olunur və 3-5 dəqiqə qaynadılır. Süzüldükdən sonra 30 dəqiqə ərzində ayaqlara vanna edilir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə xəstə dırnaqların üzərinə kompres edilə bilər. Belə vannalar üçün çay sodasından da istifadə etmək olar. Vanna 1 litr suya 1 xörək qaşığı soda hesabı ilə hazırlanır. Spirtli-qliserinli məhlul 2 çay qaşığı spirt, 2 çay qaşığı essensiya və 1 çay qaşığı qliserindən ibarət məhlul hazırlanır. Hər gecə xəstə dırnaqlar bu məhlulla silinir. Prosedur bir ay müddətində təkrarlanır. Əgər məhlul dırnaqətrafı dəriyə düşərsə, dərini yandıra bilər. Bunun qarşısını almaq üçün məhlulu tez silmək və yağlı krem çəkmək lazımdır. Propolis Pambıq tampon propolisin spirtdə 20 faizli məhlulu ilə isladılır və xəstə dırnaqların üzərinə qoyulur. Belə müalicə xəstə dırnaq düşənə qədər davam etdirilir. Propolis məhlulu ev şəraitində də hazırlana bilər. Bunun üçün 10 ml spirtə 10 qr propolis qatılır.  Yodla müalicə 20 gün müddətində səhər və axşam xəstə dırnaqlar yod məhlulu ilə silinir. Qonşu sağlam dırnaqlar isə iki gündən bir yodlanır. 5-7 gündən sonra dırnaqların ətrafında yüngül yandırıcı ağrı əmələ gəlir. Bu, müalicənin uğurlu olmasını göstərir. Əgər ağrı çox güclü olarsa, prosedur daha seyrək edilir (2 gündə 3 dəfə). Çaqa kompresi Çaqa göbələyindən nazik təbəqə kəsilir və xəstə dırnağın üzərinə qoyulur, üzəri sellofanla örtülür və binlənir. Gəcə saxlandıqdan sonra kompres açılır və ayaq ilıq su ilə yuyulur. Dırnağın ayrılmış hissələri kəsilir və bütün zədəli səth yodla silinir. Prosedur uzun müddət aparılır. İlk vaxtlarda ağrı ola bilər, lakin müalicə davam etdirilməlidir. Dəniz duzu ilə vanna Bir həftə müddətində hər gün ayaqlara dəniz duzu ilə vanna edilir. Vannanın qəbul müddəti 15 dəqiqədir. Bundan sonra zədəli dırnaqlar dəmrovotunun təzə şirəsi ilə silinir. Quşarmudu ilə müalicə Quşarmudunun (üvəz) təzə yarpaqları əzilir, xəstə dırnaqların üzərinə qoyulur və bintlə bağlanır. Belə prosedur bir neçə ay müddətində hər gün edilir. Çiy yumurta məlhəmi Bir ədəd çiy yumurta, bir çay qaşığı dimetilftalat, bir xörək qaşığı bitki yağı və bir xörək qaşığı sirkə qarışdırılaraq məlhəm hazırlanır və soyuducuda saxlanır. Hər gecə məlhəm xəstə nahiyələrə sürtülür, üzərindən polietilen paket və corab geyilir. Dırnaq mikozlarının ağır formalarında belə kompres 3-4 gün müddətində saxlanmalıdır. Müalicənin gedişində xəstə dırnaqlar düşür, yerinə yeni sağalm dırnaqlar əmələ gəlir. Fitoterapevt Elnur Rəhimov

Ana olan qadınlar seks istəmir...- Seksdən nə qədər uzaqlaşmısınız?

Nə qədər müddətdir seksdən uzaqlaşmısınız? Qadınlara ünvanlanan bu sualın cavabları sizi çox təəccübləndirəcək."Family Circle" adlı xarici jurnal qadınlar arasında sorğu təşkil edib.Spirtli içki istifadə etmələri, hamiləlikdən sonra çəkilərini necə atmaları və hətta hansı sıxlıqla sekslə məşğul olduqları ilə bağlı keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub. Araşdırmaya görə...Müxtəlif  yaşdakı anaların 32 faizi bir neçə il, 36 faizi bir neçə ay, 27 faizi bir neçə həftə və sadəcə 5 faizi bir neçə gün sekssiz yaşayır.Evdə uşaq varkən, yaşı neçə olur olsun, cinsi həyatı əvvəlki kimi, öz tempində davam etməyin nə qədər çətin olduğunu bilsək də, həyat yoldaşı ilə sağlam və xoşbəxt bir münasibətin davam etməsi üçün seksin lazım olduğunu da unutmamalıyıq.Cütlüklərin sadəcə 15-20 faizi evliliklərini sekssiz davam etdirirlər. Sekssiz evlilik isə ildə 10 dəfədən az cinsəllik yaşamaq deməkdir.Bir sözlə, kişilər evləndikləri insandan, münasibətlərindən getdikcə uzaqlaşır. Müasir cütlüklər həm iş həyatında, həm də ev işlərində aktiv olurlar və bu, onların cinsi həyatına mənfi təsir göstərir. Halbuki kişi nə qədər yorğun iş görsə də, həyat yoldaşını seks baxımından razı saldığı deyilir.Bəs boşanma riski hansı hallarda aşağı düşür? Aparılan araşdırmaya görə, kişi əgər ev işlərinin 40 faizini edirsə, ya da qadın evin maddi ehtiyacının 40 faizini ödəyirsə, onda boşanma riski aşağı olur.Araşdırmaya qatılan və 20 ildir evli olan cütlük hər səhər seks üçün zəngli saat qurduqlarını deyiblər: "Hər səhər iki dəfə zəngli saat qururuq. Birinci zəng zamanı oyanaraq bir-birimizi qucaqlayır, öpüşür, yaxınlaşırıq. İkinci zəngli saat isə yataqdan qalxmağımız üçün qurulur. Beləliklə, hər səhər bir-birimizə vaxt ayırmış oluruq".Xarici psixoloqlar isə seks üçün həyat yodaşı ilə gün təyin etməyin daha düzgün olduğunu qeyd ediblər. Həyat yoldaşınızla aranızda sözsüz razılaşma imzalayın və heç vaxt bir-birinizi rədd etməyin. Bəzi qadınlar sadəcə kişilərin seksdən zövq aldıqlarını düşünürlər. Halbuki ən azından bir dəfə həmin hissləri zövqlə yaşasanız, bəlkə sonra həyat yoldaşınızdan daha istəkli olacaqsınız.  Bununla belə vəziyyət düzəlmirsə psixoloqa müraciət etməyiniz tövsiyə edilir.

Çoxlarının problemi olan Fobiya... - Hansı növ daha çox yayılıb?

Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə  anasını  görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir. Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir. Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir. İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur. Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalinhormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur. Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır. Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır. Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq, izolofobi—təklikdən qorxu və.s. Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. Bu açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur. Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər...Tezliklə ordan uzaqlaşmağa çalışır. Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır. Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18 yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay  davam etməlidir.  Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır. Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir. Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır. Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır. Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər. Nərmin Qələndərova Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Panik atak nədir?

Panik atak nədir? Kriz anında sanki öləcəm, ruhum bədəndən ayrılır, həqiqətən ölürəm? bu kimi suallar onları daima narahat edir. Panik atak gözləmədiyimiz bir anda baş verir və 10-30 dəqiqə davam edir daha sonra isə öz-özünə keçir. Panik atakın göstəriciləri nələrdir ? * Tərləmə * Ürək döyüntüsünün artması, tez-tez vurması * Nəfəs darlığı və boğulma hissi * Baş fırlanması * Üşümə yaxud istilik basması * Titrəmə * Sinədə sıxışma və ağrılar * Ürək bulanma və qarın ağrısı * Uyuşma * Ölüm qorxusu Bu göstəricilərdən ən az 4 və daha çox elamet panik atak anında baş verir ! Ataklar davamlı olmağa başlayır və insan hər dəqiqəsini qorxu içərisində yaşayır. Insanlar yaşayış tərzini dəyişir. Insanların çoxluq təşkil etdiyi məkanlara getmirlər, metro, avtobus, təyyarə, qatar və s. nəqliyyat vasitələrindən istifadə etmirlər. Ataklara yol aça bilən qidaları qəbul etmirlər. Ataklara görə evdən çıxanda dərmanlar götürürlər, əllərində daima su gəzdirirlər, tək qala bilmirlər, çölə tək çıxa bilmirlər, vaxtlarını daha çox xəstəxana yaxud əczaxana yaxınlarında keçirməyə üstünlük verirlər və s. Bir sözlə, həyatını dəyişməyə başlayırlar. Bəs həyat belə davam edərmi ? Təbii ki, yox ! Panik atakın 2 müalicə üsulu var: 1. Dərman terapiyası 2. Psixoterapiya (koqnitiv-bihevioral terapiya) Bu müalicədə psixiatr və psixoloq vəhdət şəklində müalicəni davam etdirir. Aytən Əlizadə Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu