"Müsbətə köklənin, bu halda immun sistemi də güclənir"-Psixoloq Əfsanə Rüstəmova

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan ya məcbur, ya da özləri istəyərək başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Yeni reallıqlar insanların həyat tərzini və vərdişlərini dəyişdirir. Psixoloq.az xəbər verir ki İnsanların müvəqqəti təcrid olunmasının sosial-psixoloji aspektləri barədə psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər kəsin vəziyyəti eyni deyil. Gündəlik qazanc (hər hansı bir məcburiyyət) üçün evdən çıxanları da nəzərə alıb ictimaiyyətə eyni şəkildə təsir edəcək çağırışlar etmək lazımdır:"Məsələn, panikanı azaltmaq üçün "yaşlılar, şəkəri və sairə xroniki xəstəliyi olanlar" risk qrupuna daha çox daxildir deyilir. Bunu deyəndə ekrandan bu göstəriciləri olan neçə adamın səni eşitdiyini düşünsən.. Və o adamların da hər birinin məlumatı dərk etmə şəkli fərqlidir. Sırf bu səbəbdən qorxan insanları təşvişə salmamaq üçün daha mülayim davranmaq əsas şərtdir. Anlamaq lazımdır ki, ölüm üçün zaman, məkan, yaş vəs. fərq etmir. Vaxtı çatıbsa, olacaq. Yeni statistika çıxdı ki, acından ölənlərin sayı koronavirusdan ölənlərin sayından 10 dəfə çoxdur. Bu mövzuda biz panika yaşayırıqmı?!Demək ki, "evdə qalmaq" çarə deyil. Əlbəttə ki, lazımı önləmləri alaraq məhdud həyat fəaliyyətini davam etdirməliyik. Bəlkə koronovirusdan 10 adam ölər, amma hərəkətsizlikdən, qorxudan, ifrat stresdən 10 minlərlə adam ölə bilər. Psixoloji olaraq özünüzə yaxın buraxmadığınız heç nəyi yaşamırsınız. Müsbətə köklənin. Çünki, bu halda immun sistemi də güclənir, şüuraltı da müqavimət qabiliyyətli olur. Müsbət tərəfdən baxsaq müxtəlif periodlarda yaşanan bu cür keçici panikalar insanları ayıldır. Əvvəllər də bu cür risk payı olan böyük xəstəliklər olub. Tv-də senzuralı verilən məhdud məlumatlar dönəmindən, sosial media vastəsilə bütün məlumatların tirajlanması dönəminə keçdiyimiz üçün məsələ bizim üçün bu qədər "qorxuludur".Fəridə Ağazadə sonxeber.az

Tanınmış həkim ÖPÜŞMƏNİN tibbi tərəflərindən danışdı

Psixoloq.az  xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə küçədə öpüşən gənclərin fotosunun paylaşılması bir qrup insanın tənqidinə, bir qrup isə onların müdafiə etməsinə səbəb olur.Bu  barədə son zamanlar korono virusla mübarizə ilə bağlı  maraqlı yazıları və paylaşımları ilə medianın diqqətində olan, tibb sahəsində peşəkar anestiozoloq, təcrübəli reanimatoloq kimi tanınmış həkim Şahin Məmmədov özünün sosial hesabında paylaşım etmişdir.Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik. Tibbi 18+Küçədə öpüşməyi gündəmə gətirir bəzi dostlar.)Düşünürəm düz edirlər, biraz karonavirus mövzusundan uzaqlaşmaq pis olmaz.Baxiram maraqli kommentler var.Komment yazanlarin ümumi  fikrini deyim sonra bu barədə  TIBB NƏ DEYIR yazacam.Bir qrup insan deyir öpüşməyə adi baxmaq lazımdir. Çünki bu seks sayılmır. Həm də cinayət işləmirlər ki pis baxasız? Adam öldürürlər ya rüşvət alırlar ? Bacarırsız  siz də edin. Sizi hec kim öpmür  deye qısqanırsız deyə olmaz  deyirsiz . Ikinci qrup insanların fikri belədir ki: Öpüşmək mini seksdir. Onlar instinktiv olaraq əmmək istəyirlər. Küçədə yalniz dodaqdan öpməyə yol verilir deye məcburən yarımçıq seks edirlər. Əlbəttə oğlana tam icazə verilsə çox şey edər.Tibbi tərəfini isə mən izah edim.Dodaqlar və dil sinir reseptorları ilə həddən artıq zəngin yerdir. Bu nahiyələr bədəndə çoxdur, erogen zonalar sayılır. Portnyorun üzəri açıq qalan sinir reseptorları ilə toxundurulduqda hər ikisinin beynində ildirımlar çaxır) Bu elektrik hadisəsi nəticəsində milyardlarla kimyəvi reaksiya surətlənir. Və beyində 3 biokimyəvi aktiv maddə ifraz edilir. Oksitosin, dofamin ve serotonin.Bu maddələr ne iş görür sizə deyim.1. Oksitosin. Bu həmçinin sevgi hormonu da adlanır. 2013 cu ildə aparılmış tədqiqata görə oksitosin partnyorları bir birinə bağlayır.  Yəni öpüşənlər hər ikisi monoqam olmağa meyilli olur. Öpüşməyən portnyorların gözləri başqa istiqamətlərə daha çox kayır) Oksitosinə sevgi hormonu adı niyə verilib? Çünki bu maddəyə görə,ana uşağı ilk dəfə əmizdirəndə körpəyə qarşı sevgi yaranır. Qeyd edim ki oksitosin süd vəzilərin giləsi qıcıqlananda daha çox artır. Oksitosin həmçinin uşaqlığı yığaraq qanaxmanı saxlayır deyə uşaq anadan olan kimi döşlə əmizdirilməsi tələb edilir. Nə isə qayidaq söhbətimizə. Oksitosinden basqa beyində çaxan ildirımların nəticəsində2. Dofamin ifrazı artır. Bu maddə hər iki portnyorda həddən artıq xoş hiss- eyforiya yaratmaq işinə baxir. Öpüşənlər bu maddənin təsirinə görə  gözlərini bağlayırlar, gözləri açanda isə başları qısa müddətli gicəllənir. Dofamin ürek döyüntüsünü, arterial təzyiqi artırmaqla əzələlərin qanla təchizatını yüksəldir. Hər iki portnyoru ağır fiziki işə - seksə hazırlayır. Və nəhayət3. Serotonin. Bu maddə isə portyorların hər ikisinə relaxing, dincəlmək, rahatlaşmaq, əhval ruhiyənin yuksəlməsi hissini verir. Serotonin stress hormonu olan kortizolu basqılayır. Stressin bədənə olan mənfi tesirlərini götürür. Öpüşmə vaxtı bu maddə çıxmasa idi beyində yaranan ildırımları bədənimiz stress kimi qəbul edərdi və orqanizm zərər görərdi. Serotonin mediatoru depressiya əleyhinə çox güclü vasitədir. Bildiyiniz kimi ən müasir antidepressantlar məhz serotoninin bədəndə parçalanmasının qarşısını alan maddələrdir. Bu antidepressantlara misal kimi Citalopram (Celexa)Escitalopram (Lexapro)Fluoxetine (Prozac)Paroxetine (Paxil, Pexeva)Sertraline (Zoloft) göstərmək olar. Tez -tez öpüşənlərin bu dermanları atmağa ehtiyacları yoxdur.Tez -tez öpüşənlər depressiyadan uzaq, optimist düşüncəli olurlar. Psixoloq.az

Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMA-Reanimatoloq Şahin Məmmədov xəbərdarlıq etdi

Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik. Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq. 1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun. 2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun. Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.

Psixoloq Rəna İmanova

Sinir elmləri uzmanı, 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin psixologiya ixtisası üzrə bakalavr , 2016-2018-ci illərdə isə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində Neyroelm ixtisası üzrə uzmanlıq təhsilini  almışdır. 2017-2018-ci illərdə Türkiyə Respublikasının Samsun şəhərində təşkil olunan 5-ci və 6-cı Dağınıq Skleroz düşərgəsində psixoloq olaraq fəaliyyət göstərmişdir. 2017-2019-cu illərdəTürkiyə Republikası Ondokuz Mayıs Xəstəxanasında  psixoloq olaraq fəalliyyət göstərmişdir. Türkiyədə keçirilən 17-ci Beynəlxalq Sinir Elmləri Konfransında "Dağınıq Sklerozda klinik göstəricilərin xəstə yaxını baxım yükü üzərində təsiri" mövzusunda uğurlu şəkildə təqdimat aparmışdır. Bir çox beynəlxalq təlimlərdə iştirak etmişdir . 2019-cu ildə Türkiyə Respublikası Istanbul şəhərində Tomatis metodunun tətbiqi barədə uzmanlıq təhsili almışdır. 2019-cu ildə Türkiyə Respublikası Samsun şəhərində Türk Psixoloqlar Birliyi tərəfindən Wisc-IV testinin tədbiqi səlahiyyəti qazanmışdır. 27-29 Fevral 2020 tarixlərində Florida şəhərində Actrims Forum 2020 Kongresinde "Caregiver Burden In MS" mövzusunda təqdimatı olmuşdur və müfakata layiq görülmüşdür. Ölkəmizdə bir neçə psixoloji mərkəzdə fəaliyyət göstərmişdir. Hal-hazırda Oratio Psixoloji və Nitq İnkişaf Mərkəzində psixoloq olaraq fəaliyyət göstərir.

Ringelman effekti -Belə duşünməniz bu effektə səbəb ola bilər və siz ...

Ringelman effekti ( Sosial tənbəllik) Psixoloq.az bildirir ki ,ümumiyyətlə, insanlar çox insandan ibarət olan böyük qrupların daha çox iş bacardığını düşünürlər. Bu əksər məsələlərdə belə olsa da, ancaq Ringelman effekti bunun əksinə, daha çox insan olduqda insanların daha çox tənbəllik etdiyini söyləyir. Buna səbəb olacaq məsələlərdən biri də daha çox insanın içərisində onun işinin qiymətləndirilməsinin çətin olmasıdır. Ən sadə səbəblərindən biri isə insanların "Başqaları işi görür, mənim işləməyimə nə ehtiyac var? " deyə düşünməsidir.Bu haqda ilk dəfə 1913-cü ildə Max Rigelman araşdırmışdır. O,insanlarda belə qəribə hal müşahidə etmişdir ki, qrupda insanların sayı artdıqca onlar öz güclərindən daha az istifadə edirlər.Bu fikri müxtəlif eksperimentlər keçirərək təsdiq etmişdir. Bu eksperimentlərdən biri də belə olmuşdur: Ən adi insanları götürür, onlara müəyyən bir çəkidə ağırlıq qaldırmalarını tapşırırdılar.Məsələn, bir adama qaldıra biləcəyi maksimal çəkini tapşırırdılar. Sonra bu insanları qrup halında toplayırdılar: əvvəl iki nəfər, sonra üç, dörd və s.İlkin gözlənti belə idi ki, əgər bir adam 100 kq. çəkini qaldıra bilərdisə, iki nəfər 200 kq. və ya daha artıq qaldırmalı idi. Ancaq iki insan öz individual göstəricilərinin yalnız 93 faizini qaldırdı. Səkkiz nəfər isə 49 faizini.Sosial tənbəlliyin daha bir maraqlı tərəfi isə hər cəmiyyətdə fərqli dərəcədə görülməyidir. 1985 ci ildə Tayvanlı və Amerikalı tələbələrim tək başına və qrup halında işdəki performanslarını ölçdükdə, qrup halında işləyərkən Amerikalı təlbələrin tənbəllik etdiklərini görmüşlər, Tayvanlı tələbələrin isə qrup halında işləyərkən daha yüksək performans göstərdikləri məlum olmuşdur. Aybəniz Rəsullu 

8 martda qadınlara kitab hədiyyə olunacaq-Gənclər aksiya başlatdı #kitabimkitabinolsun

Psixoloq.az xəbər verir ki,gənclərin birləşdiyi Üçbucaq oxucu birliyi kitabimkitabinolsun heşteqi ile 8 mart beynəlxalq qadınlar günü münasibəti ilı sosial şəbəkələrdə maraqlı aksiya başladıblar.Siz oxucularımızda özəl gün münasibəti ilə bu layihəyə qoşula biləsiz deyə gənclərin sosial şəbəkədə marağa səbəb olan həmin paylaşımını sizlərə təqdim edirik 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜDÜR. Bu münasibətlə öncədən bütün xanımları təbrik edir və onlara xoşbəxt, uğurlu, bol mütailəli həyat arzu edirik. Qadın anadır, qadın bacıdır, qadın həyat yoldaşıdır, qadın bizə həyat bəxş edən – hədiyyə edəndir. Bu münasibətlə Üçbucaq Oxucu Birliyi olaraq yeni bir sosial dalğa, haştəq yaratmağı , qadınları öz bayramlarında kiçik də olsa öz hədiyyəmiz və sözlərimiz ilə təbrik etmək istəyirik. Bəylər ( həmçinin istəsələr xanımlar da) hədiyyə etmək istədiyi kitabın şəklini #kitabimkitabinolsun haştəqi ilə hədiyyə etmək istədyiniz xanımı tag edin və həmçinin estafeti növbəti olaraq kimə ötürmək istəyirsizsə ( bəy və ya xanım ) “Mən hədiyyə etdim, sıra səndədir” yazın. Biz təşəbbüsü yaratdıq, sıra sizdədir, gəlin bu bayramda qadınları kitab ilə sevindirək. İdeya müəllifi: Türkanə Əsədovaİdeya tərəfdaşları: Üçbucaq Kitab Evi / Üçbucaq Oxucu Birliyi #oxuöyrənpaylaş #kitabimkitabinolsun psixoloq.az

Axır zamanın Filosof uşaqları-"İndiqo Kristal" İnsan proekti-Video

Psixoloq.az xəbər verir ki,Türkiyənin bir anda gündəmini bir birinə vuran filosof uşaq Atakan Kayalar bu indiqo uşaq mövzusunu  gündəmdə daha da canlandıraraq,insanları və bilim adamlarını bu barədə yenidən düşünməyə vadar etdi.Bu barədə Türkiyənin yotuberi Tuncer özünün  -Gizem avcısı youtube kanalında maraqlı araşdırma təqdim etmişdir.Həmin videonu sizlərə təqdim edirik. 

Yalan, fırıldaq, məkr güclənir- 6 mart 2020 Qoroskop

Qoç- yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Buğa- maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin. Əkizlər- özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır.Vaxt darlığı problemlər vəd edir. Xərçəng- dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.Gəzintiyə yollanmaq olar. Şir- yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir. Qız- günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır.Axşam saatlarında alış-verişə yollanmaq olar. Tərəzi- fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əqrəb- situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin.Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin. Oxatan- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar. Oğlaq- yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır. Dolça- yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz. Balıqlar- tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.Dostları unutmayın.Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.

"Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və  adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib. Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu. Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.Mənbə:Psixoloq.az Xəbərə istinad etməniz xahiş olunur 

İnsanlar niyə pis bir münasibəti davam etdirir?

Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq: 1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur. 2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir. 3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir. 4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür. 5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur. 6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür. 7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur. 8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır. Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir.  Uzman Psixoloq Cəmilə Rəhimli

Zeyqarnik effekti nədir?

Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.Aybəniz Rəsullu

Antidepressantlar narkotik tərkibli deyil-Neyropsixoloq Günel Əhmədova

Psixoloq.az xəbər verir ki,bir çox insanlar antidepresantları narkotik tərkibli hesab etdiyindən çox hallarda müalicədən imtina edir və ya həkimdən bitkilərlə müalicə tələb edirlər. Bununla bağlı tanınmış Neyropsixoloq Günel Əhmədova özünün sosial hesabında antidepresantların narkotik tərkibli dərmanlar olmaması barədə paylaşım etmişdir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik.Doktor, o narkotik tərkibli dərmanlardan yazma, təbii şeylərdən yazCavab 1. Doktorun bir möhürü ilə heç bir narkotik tərkibli dərman verilmir.Cavab 2. Ali təhsilli diplomu olan doktor dövlət tərəfindən təsdiqlənmiş protokollarda yer alan və tövsiyə edilən dərmanları yaza bilər. Təbii şeyləri loğmanlar yazır. Ona görə də doktora çek açmamışdan əvvəl düşünmək lazımdır: həkiməmi gedəcəm, loğmanamı? Əgər cavab həkimə gedəcəmdirsə, artıq ilk cümlədəki müraciəti etmək nə qədər məntiqlidi, siz deyinCavab 3. Adətən bu sözləri "əsəb" şikayətləri ilə müraciət edən xəstələr deyir. Çünki ağrı səbəbilə gələn xəstə deyir, nə istəyirsən elə, bircə bu ağrıdan canım qurtarsın. Xroniki sinir ağrıları həqiqətən insanı çox üzür. Allah hamıya kömək olsun.Amma yazımı "əsəb" şikayəti edən pasientlərlə davam etmək istəyirəm. Narkotik tərkibli deyilən dərman olaraq əsasən antidepressantlar və neyroleptiklər nəzərdə tutulur. Biz nevroloqlar antidepressant daha çox yazdığımız üçün, onlara yer ayırmaq istəyirəm.Antidepressantlar - narkotik tərkibli deyil. Sadəcə insan beynində bəzi maddələr var ki, onlar əhvala, gümrahlığa, motivasiyaya və digər insanı həyata bağlayan hiss və emosiyalara təsir edir. İnsanın uzunmüddətli stress, depressiya halında isə bu maddələr azalır. Antidepressantlar beyində bu maddənin miqdarına təsir göstərir və normal səviyyəsini təmin edir. Müasir preparatlar öyrəşmə yaratmır, yan təsirləri yetrincə azdır. Ən vacibi odur ki, özbaşına təyinat olmasın, mütləq həkim nəzarəti altında qəbul edilsin.

Mükəmməlliyətçilik və yuxusuzluq

Mükəmməlliyətçilər gecə yatarkən yuxu rahatlığının mükəmməl olmadığını fərq edə bilərlər. Tədqiqatlar mükəmməllik və yuxusuzluq arasındakı əlaqəni, habelə bu əlaqənin niyə mövcudluğunu vurğulayır. Keçən il bir yuxu laboratoriyasında gecələyən 334 insanın bir araşdırması, daha yüksək mükəmməlliyətçiliyi olanların gecə saatlarında daha tez oyandıqlarını və yuxu keyfiyyətinin azaldığını müəyyən etdi. Bu tapıntılar araşdırma müəlliflərini "mükəmməlliyin yüksək səviyyədə olması kəskin stres amilləri fonunda yuxu pozğunluğuna məruz qalan insanları həssas edə bilər" qənaətinə gəldi, lakin mükəmməlliyin və yuxusuzluğun niyə əlaqəli ola biləcəyi sualına qapını açıq buraxdı. Bunun mümkün səbəblərindən biri mükəmməl olan insanların daha çox stres altında olmasıdır. Emosiyaların tənzimlənməsindəki stres və çətinliklər, mükəmməllik səviyyəsinin daha yüksək olduğu insanlar arasında yuxu pozğunluğunu nəzərə ala bilər. Digər tədqiqatlar narahatlığın mükəmməllik meylləri ilə yuxusuz gecələr arasında itirilmiş bir əlaqə olduğunu irəli sürdü. Psixologiyada Frontiers-də yayımlanan bir araşdırma, perfeksionizmin yuxuya təsir göstərə biləcəyi ilə bağlı daha konkret ipuçlarını təqdim etdi. İsveçrədəki tədqiqatçılar, "Düşməyin çox Qüsursuz" adlı bir məqaləsində, mükəmməllik mütəxəssislərinin xüsusilə "nə olursa olsun" düşüncəsinə sahib olduqlarını və buna görə yuxuya getdiklərini söylədi. Başqa sözlə; Mükəmməl mütəxəssislər əvvəl etdikləri hər hansı bir davranışdan peşman olduqlarını, günah etdiyini və ya utandığını dinc bir gecənin qapılarını bağlayırlar. Bu fərziyyəni sınayan tədqiqatçılar, mükəmməlliyin iki tərəfi, xüsusən yuxusuzluqla sıx əlaqəli olduqlarını müəyyən etdilər. Keçmiş səhvlərlə məşğul olmaq və kiminsə hərəkətlərindən şübhələnmək. Bu işdə həqiqətən maraqlı olan odur ki, perfeksionizm stres səbəbiylə yuxusuzluqla əlaqəli olmaqdansa, perfeksionizmi yuxusuzluqla əlaqələndirən mümkün bir mexanizmə daha aydın bir işıq salır. Başqa bir aydın başa düşülən vəziyyət, mükəmməl olmağa çalışmağın nəticələri, xüsusən yuxuda, qüsursuz olmağın nəticələrindən daha pis ola bilər.

Ağ yalan söyləmək olarmı ?

Psixoloq.az bildirir ki,çoxumuz yalan danışmağın uşaqlıqdan bəri pis bir davranış olduğunu öyrəndik. Böyüdükcə kiçik "ağ" yalanlara məruz qaldıq və ya özümüz ağ yalanlar danışdıq.  Yetkinliyə keçdiyimiz zaman, insanı tənqiddən qoruduqlarını və ya problemlərini azaltdıqlarını nəzərə alaraq, qanuni yalanları qanuni hesab etdik. Bütün bu proseslərə baxmayaraq, yalanın (kiçik və ya böyük) düzgün sayılacağına əmin ola bilərikmi? NƏ ÜÇÜN "Ağ YALANLAR" söyləyirik Valideynlər üçün uşağın üzülməsinin qarşısını almaq üçün ağ yalanlardan istifadə etmək çox yayqın bir haldır və araşdırmalara görə bir çox mədəniyyətdə bu normal sayılır. Məsələn, bir valideyn uşağın zədələnmiş heyvan haqqında narahat olmaması üçün kiçik yalan danışa bilər və ya həkim otağında incidilmək qorxusunu bununla  dayandıra bilər. Çox vaxt bu hərəkət şəfqətli olaraq qəbul edilir və başqa bir insana zərər verməmək üçün deyilən "sosial yalan" hesab olunur. Yetkinliyə girəndə belə "kiçik" yalanlar çox vaxt davam edir. Bir çox böyüklər yalanın yeganə etik variantın olduğu vəziyyətlərdə olduğunu hiss edə bilərlər. Bu hisslərə görə; Kimsə sizin toyunuza necə baxdığını soruşsa, dürüst rəyinizə baxmayaraq, yalnız bir məqbul cavab var. İş mühitində, müdirinizlə  qarşılıqlı ünsiyyətə gəldikdə vəziyyət eynidir. Birinin tənqiddən utanmasına və ya narahat olmasına mane olmağınız lazım olduqda eyni durum keçərlidir Belə hallarda insanlar tez-tez özlərinə aşağıdakı sualı verirlər; Həmin an yalan danışmaq dürüstdən daha az zərərlidir.Deyil mi? Peşəkar və şəxsi həyatınızda daha böyük dürüstlüyü təbliğ etməyə çalışın və yalan danışmaqdan çəkinin. Həqiqəti söyləyərkən özünüzü rahat hiss etdiyiniz mühit yaratmağınızdan əmin olun və başqalarının bu şəkildə edə bildiklərini hiss etməyə kömək edin. Mümkün qədər dürüst olsanız, ətrafdakıların inandığınızı hiss edə biləcəyiniz şərait yarada bilərsiniz. Başqa bir məsələ həqiqəti gözəl bir dildə və üslubda söyləməkdir. Bu, müsbət niyyətlə yalan danışma ehtiyacını dayandırmağa kömək edəcəkdir.  Ağ yalan danışmaq olmaz! Ən yaxşı və yeganə ünsiyyətin dürüstlük olduğunu düşünənlər də var, ağ yalanı dayandırmaq istəməyənlər və ya bir şəkildə həqiqəti təhrif etmək. Bu davranış növündə aşağıdakı iki amili nəzərdən keçirin: Həqiqətin nə qədər təhrif olunduğunu və yalan ortaya çıxdıqda necə rezonans doğurduğunu. Qısa bir müddət (ölüm və ya xəstəlik hadisəsi kimi) yalan danışmaq və sonra həqiqəti insana bildirmək məqsədəuyğun ola bilər. Ancaq bu kiçik ağ yalanlar da vərdiş halına gələ bilər, addım-addım onlardan uzaqlaşmalısan. Yalan öncə zərərsiz görünsə də, daha yaxşı deyildiyinə və ya deyilməməsinə  qərar vermədən əvvəl bu nöqtələri diqqətlə düşünmək lazımdır. Nəticədə gizlənən hər həqiqətin yalan deyilən şəxsə ziyanı var. Unutma ki, dürüst olsanız, insanlarla əsl ünsiyyət quracaqsınız və yalanın zehni sağlamlığınıza hər hansı bir mənfi təsir göstərməsi mümkün olmayacaqdır.

Uşaqlara tualet vərdişlərinin öyrədilməsi

Körpəmiz bir uşaqdır. Bəlkə də ən çətin analar üçün tualet vərdişlərinin öyrədilməsi  prosesidir, amma səbirli analar bunun öhdəsindən gələcəklər. Tualet vərdişlərinin öyrədilməsi uşaqlar üçün həyəcanverici və vacib bir inkişaf addımdır. Bu bəzən çətin dövrdə ailələri müvəffəqiyyətə aparacaq ən vacib davranış həmişə diqqətli və diqqətli bir müşahidəçi olmaqdır! Tualet  vərdişlərinin öyrədilməsi üçün ən uyğun dövr 24-36 ay arasındadır. Daha əvvəl başlamaq və həddindən artıq təzyiq göstərməklə uşağı ən qısa müddətdə təmiz saxlamağa çalışmaq həm fizioloji cəhətdən edə bilmədiyi bir şey etməsini istəmək və gələcəkdə bəzi zehni problemlərin yaranmasına səbəb olmaq deməkdir. Eynilə, heç bir təhsil verməməyə çalışmaq, vaxtının gəldiyini özünə bildirmək, uşağın tualet tərbiyəsinin gecikməsinə və zehni problemlərə səbəb olacaqdır. Bu dövrün həm uşaqlar, həm də valideynlər üçün asanlıqla aradan qaldırılmasına imkan verəcək təklifləri sadalaya bilərik. Psixoloq.az olaraq uşaqların bu prosesi emosional və ya fizioloji olaraq heç bir zərər vermədən keçməsinə imkan verən addımları sizə təqdim edirik 1- Ehtiyaclarını biruzə verən işarələrini axtarın 2- Düzgün vaxtı müəyyənləşdirin 3- Tualetlə tanış olmaq 4- Uşağın tualet tezliyini izləyin və tualetə aparın. 5- Təşəkkür ilə mükafatlandır 6- Qərarlı  olun 7 - səbirli olun Psixoloq Firdevs KAYA

Azərbaycanda övladlığa götürmənin qaydaları AÇIQLANDI

“Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”.  Psixoloq.az Oxu.Az-ın məlumatına istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib.  O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb: “Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”.  A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir: “Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub.  Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”.  Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq: “Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”.  İlhamə Əbülfət

Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür

Azərbaycanda gender-əsaslı cins seçimi ilə mübarizə sahəsində tədbirlər planı qüvvəyə minib. Ölkədə doğulanların gender-əsaslı cins seçiminin qarşısının alınması sahəsində əlamətdar hadisə baş verib. Nazirlər Kabineti tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Baş Nazirin müvafiq sərəncamı ilə qüvvəyə minən tədbirlər planı növbəti 5 ildə aidiyyəti hökumət qurumları tərəfindən əlaqəli şəkildə həyata keçiriləcək bir sıra mühüm tədbir və fəaliyyətləri ehtiva edir.   Sözügedən tədbirlər planının əhəmiyyəti əhalinin cins strukturunda müşahidə olunan müəyyən meyillərin gedişatı ilə şərtlənir. Belə ki, son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. Bioloji normaya uyğun olaraq, yeni doğulmuşların cins nisbətinin hər 100 qıza 105-107 oğlan təşkil etdiyi halda, hazırda Azərbaycanda hər 100 doğulan qıza 114 oğlan düşür.  Eyni zamanda müşahidələr göstərir ki, ananın yaşı artdıqca doğulanların strukturunda oğlan uşaqlarının payı daha da artır. Belə vəziyyət ilk növbədə, doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur. Qeyd etmək lazımdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur.   Qeyd olunan tədbirlər planı əhalinin cins strukturundakı bu uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Sənəd doğulan uşaqların cins nisbəti üzrə etibarlı və əlçatan məlumatların və göstəricilərin əldə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, gender ayrı-seçkiliyini və bərabərsizliyini aradan qaldırmaq məqsədilə qızlara və qadınlara dəstək tədbirlərinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması istiqamətində təbliğatın və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də qurumlararası əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.  Tədbirlər planının hazırlanmasında BMT-nin Əhali Fondu Azərbaycan hökumətinə əsaslı dəstək verib. Fond tərəfindən yaradılmış beynəlxalq və yerli ekspertlərdən ibarət heyət hökumətlə sıx əməkdaşlıq çərçivəsində sözügedən sənədin hazırlanmasında iştirak edib. Qarşıdakı 5 il ərzində planın icrası sayəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunması gözlənilir. Oxu az

Tanınmış həkim xəbərdarlıq etdi -Koronovirusun gətirdiyi stress,çaxnaşma immunitetinizi zəiflədir

Psixoloq.az xəbər verir ki,dünyada eləcədə də ölkəmizdə ətrafında böyük müzakirələr aparılan Koronovirus barədə yayılan xəbərlər, fikir mübadilələri,insanlarda təşviş pozuntularının artmasına səbəb olur.Bu barədə özünün sosial şəbəkə hesabında maraqlı paylaşım edən tanınmış cərrah transplatoloq Dr Bəhruz Səlimov virusun psixoloji təsirlərinin immuniteti zəyiflətdiyini vurğulayıb.Həmin paylaşımı oxuyucularımıza olduğu kimi təqdim edirik. Koronavirus epidemiyası ətrafında panika bütün dünyada ağlasığmaz dərəcəyə çatıb. Məndə bir sıra məsləkdaşlarım kimi bu məsələyə soyuq qanlı yanaşmaq istədim.1. Koronavirus infeksiyası min illərdir var və tarixdə heç bir kütləvi ölümlərə səbəb olması qeydə alınmayıb. Adi mövsüm xəstəliklərindən biridir. Bəzən heç əlamət vermir. Bir çox insanda isə özünü öskürək, burun axması və qızdırma ilə biruzə verir.2. Koronovirusa yoluxan və diaqnostika edilən (yoluxub və diaqnostika edilməyən insanlarda olur ki bu insanlarda xəstəliyin ən xırda əlaməti belə olmur) insanların 20-26 %-da sətəlcəm (ağ ciyər iltihabı) əmələ gəlir. Hal-hazırki hesablamalara görə xəstələrin 2% ölür. Lakin, statistik araşdırmalar ölümün real riskinin, xəstəliyin bütün zəyif və yumuşaq keçən formalarını da hesaba qataraq əslində 0.3%-0.8% kimi, yəni daha aşağı olduğunu göstərir.3. İndi isə ən qorxuducu məlumat! : Adi qripdən dünyada il ərzində 290 000-dən 650 000-dək insanın həlak olduğunu bilirsinizmi?!! Xəstələnənlərin illik sayısının 3 000 000-5 000 000 aralığında olduğunu götürdüğümüzdə bu 4.8-dan 20 -dən çox faiz təşkil edir!!! İndi isə düşünün koronavirusdan olan qat-qat daha aşağı olan ölüm riskini yuxarıdaki ilə nisbətdə şişirtməyə ehtiyac var mı?!4. Ölüm riski ən çox kişi cinsi (70%), 60 yaşından yuxarı (85%) və yanaşı ağır xəstəlikləri olanlarda görülür.5. Bundan başqa bədbəxt hadisə, aclıq, çirkli su, dərmanların yan təsirindən saysız-hesabsız ölümlər olur. Nədənsə bunları heç kim gündəmə gətirmir!6. Yaranmış vəziyyət kimin üçün əlverişli ola bilər? - Əvvəla bütün dərman sənayesinə; dərman vasitələri, qoruyucu vasitələr, dezinfeksiya məhlulları, xüsusi qeyimərin satışları kəskin şəkildə artır. İkincisi, müəyyən siyasi güclərdir; ləğv səyahətlər, pozulmuş sözləşmələr, tibbi izləməyə (karantin) görə dayanmış istehsalat və s. səbəblərdən yaranmış iqtisadi zərərləri düşünün.7. Nəzərə alın ki, virusdan savayı məhz stress və çaxnaşma (panika) müqavimətinizi (immunitetinizi) zəyiflədir. Gözəl xəbərlər oxuyun, gülün, sevinin, düzgün qidalanın, yoqa və müsbət düşüncə texnikası ilə məşğul olun!

Qrammatik Xırdaçılıq Sindromu

Qrammatik Xırdaçılıq Sindromu və ya Grammatical Pedantry Syndrome (GPS) “-da, -də” iştirak ədatı olaraq istifadə edildiyində birləşik yazılması sizi narahat edir? ” Məndə Bakı da yaşıyıram” cümləsini oxuduğunuzda ürəyiniz sıxılır, əlləriniz tərləyir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduğunuzu hiss edirsiz? Bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünüzü ala bilmirsizsə, dostlarınız, ətrafınız sizin bezdiricidi olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntu‘ya sahib olma ehtimalınız mümkündür. Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının Obsessiv Kompulsiv Pozuntu (OKP) növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində Obsessiv Kompulsiv Pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir. Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər. Qrammatik Xırdaçılıq Sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır: gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları vardır. Bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Buna görə, Qrammatik Xırdaçılıq Sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan Obsessiv Kompulsiv Pozuntunun əlaməti sayıla bilər. Əlbəttə, bu sindroma sahib olub olmamağınız səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.  Müəllif :Uzman Psixoloq Cəmilə Rəhimli  cemilerahimli .com 

Erotikləşdirilmiş transferans

Bəzən pasiyentlər terapiya seanslarını, uşaqsı eşqlərinin ifadəsi və aşiq olunan terapevtlə birlikdə olmanın gətirdiyi həzz üçün istifadə edirlər və terapevtlərini onların eşqlərinə cavab vermələri üçün zorlayırlar. Terapevtləri isə onların gözləntilərinə riayət etmədikdə isə qəzəblərini açıq şəkildə göstərirlər. Həddindən artıq bir doyum arzusuna çatan və terapiya prosesinə mənfi yöndə təsir edən bu çox xüsusi və “ehtiraslı” tranferans vəziyyətinə “erotikləşdirilmiş transferans” adı verilir. Bu hal, terapevtlə əlaqədar canlı, sıx, məntiqsiz , qeyri münasib, inadçı, qarmaqarışıq, coşğun, ehtiraslı, təcili doyum istəyən və egosintonik kimi görünən erotik obsessiyalarla özünü göstərir. Pasiyent terapevtinə seksuallıq yüklü bir eşq vermək və almaq istəyərkən, gerçəkdə təhtəlşüur səviyyəsində terapevtində bir ana-ata tapa biləcəyinə inanır və keçmişin təkrarlamağa arzusunda olduğunun da fərqində deyil. Hətta bəzən həddindən artıq sevgi və eşq duyğuları və obsessiyaları, bir müdafiə mexanizmi kimi, terapevti öz təhtəlşüur təcavüzkar duyğularından qoruma və ya depresiv duyğuların ortaya çıxışına manə olmaq məqsədi da daşıya bilər. Uzman Psixoloq Psixoterapevt Cəmilə Rəhimli cemilerahimli com 

Uzman Psixoloq Cəmilə Rəhimli

Türkiyənin səhiyyə sahəsində ən qabaqcıl üniversiteti sayılan Hacettepe Universitetində Psixoloji Konsultasiya ixtisası üzrə uzmanlıq, Bakı Dövlət Universitetində isə Psixologiya ixtisası üzrə ali ixtisas təhsili almıştır. Uzun müddət Türkiyə və bir sıra Avropa ölkələrində psixoloq və akademik araştırmacı kimi fəaliyyəti göstərmiş, halhazırda Xəzər Universitetində, Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin Psixologiya kafedrasında Psixologiya dərsini tədris etməkdədir. Vizyon:Seçiləcək terapevtik yanaşma metodu pasiyentin emosianal vəziyyət və diaqnozundan asılı olaraq dəyişə bilər. Bununla bir yerdə mən terapiyada Koqnitiv-Davranışçı, Psixoanaliz və Psixodinamik, Gestalt, və Ekzistensial terapiya metodlarından bir və ya bir neçəsindən istifadə edirəm. Psixoterapiyanın demək olar ki bütün növləri terapevtik münasibəti inkişaf etdirərək problemli düşüncələri və ya davranışları aradan qaldırmağı hədəfləyir. Əlaqə tel: +99455 453-99-21 Ünvan:Cefer Cabbarlı 44 www.cemilerahimli. com 

Daxili harmoniyanın sirri-Psixoloq Nigar Jəbrayıl

Daxili  harmoniyanın sirri     Bu gün mən sizinlə bizim üçün çox vacib və zəruri olan mövzu - daxili harmoniya haqqında danışmaq istəyirəm. Əslində bu hamıya şamil oluna  bilər. Lakin qadınlar kişilərə nisbətən  buna  daha çox ehtiyac duyur. Axı, qadınlar üçün bu çox vacibdir...........Bəzən gündəlik həyatımızın qayğıları bizi ondan uzaq sala bilər..... Bir qadın üçün daxili harmoniya  nə deməkdir?  Mənim fikrimcə, bir qadının daxili harmoniyası  onun  həyata sevgisidir, özünü necə varsa, qəbul etməsidir, təbiətlə, ətrafdakı məkanla birləşməsidir. Xarici amillərdən və şərtlərdən asılı olmayan bir daxili xoşbəxtlik duyğusudur ... Bu daxili harmoniyanı necə tapmaq, necə qoruyub saxlamaq və ya tamamlamaq mümkündür?           İlk öncə ətrafınıza baxın. Sizi məmnun edən nələr var? Əzizləriniz, valideynləriniz, iş yoldaşlarınız, sevimli peşəniz, maraqlı hobbiniz və s. Bunların hər biri  sizə rahatlıq verirmi? Əgər sadaladıqlarımda nələrsə sizi narahat edirsə-bunun üzərində mütləq işləmək lazımdır.Gəlin özümüzü təhlil etmək bacarığına yiyələnək. Əgər siz tez- tez qıcıqlanırısınızsa, qəzəblənirsiniz  və ya kiməsə həsəd aparırsinizsa bu məsləhətlər sizin üçündür. Daxili harmoniyaya necə nail olmaq olar Bu kifayət qədər sadədir, sadəcə bunu üçün   istək və səbr lazımdır. Təbiətdə daha çox olun - şəhərdən çıxın, parkda gəzin, təmiz havadan zövq alın. Təbiətin səslərinə qulaq asın, bu dünyanın bir hissəsini hiss etməyə, ağaclara, otlara və yerə toxunun. Bu sizi müsbət emosiyalar və daxili dincliklə dolduracaqdır. Evinizi lazımsız zibildən təmizləyin. Həyat üçün həqiqətən ehtiyac duyduğunuz və gündəlik görünüşü ilə sizi sevindirəcək bir şeyləri buraxın. TV, radio və zehninizi lazımsız məlumatlarla yükləməyə biləcək hər şeydən yaxa qurtarmaq tövsiyə olunur. Hər gün televizora baxmaq əvəzinə, yaradıcılıq ilə məşğul olmağınız tövsiyyə olunur. Şübhəsiz ki, uzun müddət hər hansı bir şey haqqında xəyal edirsiniz, lakin özünüzə etiraf etməkdən  çəkinirsiniz. Qorxularınızı kənara qoyun və arzularınıza gecikməyin. Arzularınızı və uşaqlıq xəyallarınızı xatırlayın və onları gerçəkləşdirməyə başlayın. İndi zamanıdır! İnsanlarla səbirli olun. Çox tələbkar olmayın, heç kim bizə borclu deyil. Əslində heç kim bizi sevməyə belə məcbur deyil, lakin buna baxmayaraq bizi sevirlər. Bunu mütləq dəyərləndirin.Əhv etməyi (bağışlamağı) öyrənməyiniz daha gözəl olardı. Əgər başınıza hər hansı xoşa gəlməyən iş gəlibsə-bu məsələdə  müsbət tərəfləri tapın . İndiki zamanda yaşamağa çalışın. İndi və Burada prinsipi ilə yaşayın,  çünki "sabah" nələrsə olmaya da bilər. Bütün həyatın bizə bəxş elədiyi  gözəllikləri hiss edin və hər gündən zövq alın. Hər bir məsələdə müsbət məqamları axtarın və özünüzü qurban hesab etməkdən çəkinin. Pioritetlərinizin  siyahısını  yaradın. Həyatda sizin üçün ən vacib olan nədir: sağlam həyat tərzi, sağlam qida, idman, sevgi, maliyyə sabitliyi, azadlıq, uğur, tanınma... Sizin üçün ən vacib olan 5 dəyərin siyahısını yaradın və əhəmiyyətini artırmaq üçün sıralayın. Hər gün siyahıya baxın, ona uyğun yaşadığınızı yoxlayın, bunları necə həyata keçirə biləcəyinizi düşünün. Prioritetlərinizə əməl edərək özünüzə və ehtiyaclarınıza uyğun yaşadığınızdan əmin ola bilərsiniz. Özünüzü sevin, siz hamının xoşuna gəlmək məcburiyyətində deyilsiniz. Hər gün sizi qane edən və zövq verən  şeyləri etməyə vaxt tapın. Fərqi yoxdur bu bulmaca işləmək, karaokedə  mahnı ifa etmək, sudoku həll etmək də ola bilər.....Yetərki bunu özünüzdə müşahidə edin və hərəkət edin! Optimist olun. Stereotiplər və kimlərinsə xoşa gəlməyən təcrübəsindən ruhunuzdakı harmoniyanı məhv etməyin. Həyatınızı idarə etmək və dinclik hiss etmək üçün həyatda baş verən yaxşı məqamlara  diqqətizi yönəldin. Bu sizin həyatınızdır. Hisslərinizi danışa biləcəyiniz bir mütəxəssislə əlaqə qurmağı düşünün, psixoloq, psixoterapevtə də müraciət etmək olar. Əgər bunu etməkdən çəkinirsinizsə, sizi narahat edənləri yaxın dostunuza danışın, lakin o sizin qəlbinizi qırmasın deyə məsləhətlərində  obyektiv olmaya da bilər. Özünüzdən başqa heç kimdən təşəkkür gözləməyin. Sizə neqativ emosiyalar  yaşadan  insanlarda uzaq durun. Özünüzə  dəyərli bir insan olduğunuzu xatırladın. Özünüzəməxsus şəkildə  cazibədar və gözəl olun. Hər hansı bir  vəziyyətə düşməyinizdən asılı olmayaraq əvvəlcə sakitləşin, sonra məntiqlə düşünüb qərar verin. Həyatızı necə varsa qəbul edin.Hər gün minnətdar olmağı, şükr etməyi ən vacib amillərdən həsab edin. Klinik psixoloq,psixoterapevt  Nigar Cəbrayıl psixoloq.az

Bu sizi sevindirəcək-2 mart qoroskop

Qoç Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitiklik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək. Buğa Xoş gündür. Yaxşı ideyalarınızı reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sozlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək. Əkizlər Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qarderobunuzu dəyişin. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız. Xərçəng Gün sürprizlərsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz. Şir Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək. Qız Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil. Tərəzi Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək. Əqrəb Düzgün təyin olunmuş məqsəd vacib şərtdir. Sizdən tələb olunan isə təhriflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Oxatan Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Oxatan”lar üçün məhsuldar gündür. Oğlaq Xüsusi əlaqələrinizdə sevdiyiniz adamla paylaşmalarınız arta bilər, birlikdə plan qura bilərsiniz. Son zamanlar hər növ mövzunu çoxlarıyla müzakirə edirsiniz. Şübhələrinizi kənara ataraq hərəkətə keçmək zamanıdır. Dolça Fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Birdən çox təklif qarşısında qərar verməkdə çətinlik çəkəcəksiniz. Balıqlar Bu gün evinizdə istirahət etmək və ya vaxt keçirmək ən böyük arzunuz olacaq. Işdən yığdığınız yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək.

İnsanlar günün hansı saatı daha xoşbəxt olur?

İnsanlar günün hansı saatında daha xoşbəxt olur? Aparılan maraqlı bir araşdırma maraqlı bir nəticə üzə çıxardı.  Saat 15:00-16:00 arasında xoşbəxtlik hormonu olan endorfin ən yüksək həddə çatır. Bu, idmanla məşğul olmaq üçün də ən yaxşı saatdır. Çünki bu saatda təyziq və qan dövranı yaxşı işləyir. 05:00 günə hazırlaşmaq saatıdır. Bədəndə kortizon səviyyəsi getdikcə artmağa başlayır. 06:00-07:00 saatlarındakı səhər yeməyindən sonra bədən oyanmağa başlayır. Orqanizm 60 faiz işə hazırdır. Həzm sistemi səhər saatlarında çox yaxşı çalışır. 08:00-09:00-da nəbz və təzyiq artmağa başlayır. Saat 10:00-11:00 arasında insanın dinamikliyi, fəallığı artır. 12:00-da orqanizm istirahətə ehtiyac duyur. Nahar vaxtı - saat 13:00-da insanın iş qabiliyyəti 20 faiz azalır. Saat 17:00-dən sonra adrenalin ən yüksək həddə çatır. Axşam yeməyi üçün ideal vaxt 18:00-dur. Bu saatda mədəaltı vəz, qaraciyər yaxşı işləyir. Saat 19:00-dan sonra isə orqanizm tənbəlləşməyə başlayır. Saat 20:00-dan sonra orqanizm qəbul etdiyi yağları toplamağa başlayır. Artıq 21:00-dan sonra istirahət zamanıdır. Bu saatdan sonra yemək yemək məsləhət deyil. Çünki qəbul edilən qidalar həzm edilmir və səhərə kimi mədədə qalır. Saat 23:00-dan sonra yuxu saatıdır. Professorun sözlərinə görə, gecə saatlarında işləyənlər daha çox xəta edirlər. diqqət son dərəcə azalır. Gecə saatlarında stress hormonu sürətlə artmağa başlayır.