"Başım daşdan-daşa dəydi özümə gəldim" - Müğənni Elvin Mirzəzadə ilə müsahibə/FOTO+VİDEO

Qısa müddətdə böyük populyarlıq qazanan, “Düşün məni” adlı mahnısı ilə 10 gün ərzində youtube kanalında 1 milyona yaxın izləyici rekordu qıran məşhur müğənni Elvin Mirzazadə Psixoloq.az portalına müsahibə verib:

- “Sevmədinmi”, “Günahkaram”, “Onun ürəyində özgəsi vardı” və digər mahnıları ilə bir çoxların ürəyinə taxt quran müğənni Elvin Mirzəzadə sənətə necə başladı və bu qədər fanat qazanacağınızı düşünürdünüzmü?

 - Belə bir az şablon səslənəcək amma uşaqlıqdan oxumağa başlamışam. Amma heç kim ciddiyə almırdı məni. Deyirdilər sakit dur, baş beynimizi aparma (red: gülür.) Azərbaycan Memarlıq və İnşaat universitetini bitirmişəm. Uşaqlarla yığışırdıq, gitara ilə birgə oxuyurduq. Artıq əhatə genişlənməyə başlayırdı. Bir müddətdən sonra bir çox insan məni dəstəkləməyə başladı ki "Yeni ulduz" müsabiqəsinə qatılım. Qatıldım. Bir az fərqli mahnılar oxudum. “Can-cana”, “Amma anan bilməsin” mahnılarını dəyişdirib oxudum. Keçdim və 16-ğa  düşdüm. 8-ci yerə qədər gəldim. Ondan sonra fərqinə vardım ki, oxuduğum mahnılar insanların ürəyinə yatır. 2011-ci ildən musiqi fəaliyyətinə başlamışam.

- Böyük sevgi ilə yanaşı tənqidlərlə də qarşılaşmısınızmı?

 - Çox və hələ də davam edir. Normal hesab edirəm. Heç kim ideal deyil.

- Mahnılarınızın sözlərinin insanlara göstərəcəyi psixoloji təsiri ön planda tutaraq seçirsiniz ya uyğun bəstəkarın zövqünə inanıb oxumağa üstünlük verirsiniz?

- İndi elə dövrdü ki nə psixologiyaya görə mahnı seçmək düzgün deyil, nə də ruha görə. Mahnıdı çıxartdım tutdu. Çox dərin mahnılar yazmaq lazım da deyil. Facebook-la müzakirə edirəm. Var uzun, mənalı statuslar, var qısa. Uzun yazılar maraqlı, dərin olsa da oxunmur diqqət etsəniz. Bu da ona bənzəyir.

- Sənətdə kimləri sevib özünüz üçün örnək götürürsünüz?

 - Düzdür kimisə tam olaraq örnək almıram.Yəni onun kimi geyinim və s.. Kimisə örnək götürüb sırf ona bənzəmək mənlik deyil.

 - Hisslərə tez qapılırsınız ya daim ağılın dedikləri öndə olur?

-  Səhnədə hər şeyi unuduram. Məsələn, çox əsəbi halda çıxım səhnəyə maksimum 3-cü mahnıdan sonra özümə gəlirəm.

Amma belə əsəblərim çox üzdədi. Bilmirəm bu yuxu rejimi ilə əlaqəlidir ya necə. Həddindən artıq əsəbi olmuşam.

- Həssassınız?

- Çox həssasam. Əvvəllər daha çox həssas idim, amma son zamanlar başım bir az daşdan-daşa dəyib, özümə gəlmişəm.

- İnsanları psixoloji yöndən dəyərləndirib tanıya bilirsiniz ya tez aldanan tiplərdənsiniz?

-  Heç kim zəmanət verə bilməz ki ətrafındakı yaxın insan idealdır. Hətta evlənənlər belə bir müddətdən sonra yanıldıqlarını deyirlər. İllərin dostu belə adama zərbə vura bilir. İnsanları bir az tanıyıram. Çünki 12-13 yaşımdan işləyirəm. Hər sahədə işləmişəm.

 - Bizim ənənəvi sualımızı vermək istəyirəm: Heç psixoloq yanına getmisiniz? Psixoloqlara inanırsınız?

 - Təbii psixoloqlara inanıram çünki belə bir elm var. Dəyərli həkimlərimiz, psixoloqlarımız var. Psixoloq falçı deyil. İnsana huzur verən həkimlərdən birincisidir. 

Amma heç psixoloq yanına getməmişəm, amma çox istəmişəm. Gedərəm inşallah.

- Sizcə Azərbaycanda sözün əsl mənasında psixoloq varmı?

- Getmədiyim üçün dəqiq deyə bilmərəm. Adını eşitdiklərim olur.

Siz hansı mövzulara, məqamlara toxunmaq istərsiniz?

-  Əsas bu mövzuya toxunmaq istəyirəm. Xahiş edirəm insanlarımız qurunun oduna yaş yandırmasınlar. İstənilən sahəyə aiddir. Məşhurların həyatında baş verən neqativ hallar daha tez partlayır. Hansı ki bu həyat tərzini çoxları daşıya bilər və baş  verə bilər. Birinin əxlaqında problem varsa, bu o demək deyil ki digərləri də var. Məsələn hansısa həkim pisdirsə bu o demək deyil ki digər həkimlər də elədir. Hamını bir tutmasınlar. Bəziləri rəylərdə də tanımadan neqativ yazırlar. Biri yazmışdı ki qarşıma çıxsa qaldırıb çırpardım. Mən də özünə yazdım ki nömrə ver mən bu şəraiti sənə yaradım. O da heç nə yazmadı. Beləsinə nə deyəsən?

-  Sizə gələn ən gülməli mesaj?

-  Biri yazmışdı ki Salam Elvin bəy sizi çox istəyirəm olar sizdən bir xahiş edim. Dedim salam buyurun. Dedi konkursdayam şəklimi “like”(bəyənə) bilərsiniz?

Bundan başqa youtube kanalında yerləşən "Düşün məni" mahnısının rəy bölməsinə biri yazmışdı ki "Salam qaqa necəsən". İstədim yazam ki sağol qaqa sən necəsən?(gülür.) 

-  Saytımız barədə düşüncələriniz?

-  Xeyirli uğurlu olsun. Azərbaycanda belə bir yazılmamış qanun var ki ilki kim edirsə o udur. Bu istiqamətdə ilk sizin saytın fəaliyyəti göz önündədir. Bütün komandanıza uğurlar arzu edirəm. Uğurlarınız bol olsun inşallah. Ən çox danışılan, ən çox izlənilən və müraciət olunan sayt olasınız. 

Şəhanə Quliyeva

Aysun Karagobəkli

52535d495ca4b8612c946948384a61d7.jpg93f2e1959f2bc3401aee7bde9f3baf73.jpgb0660453a77be14bb02c66df370de145.jpg51e66134cabf4982d6a91c6f1524d240.jpg81d92e4051e5b11fec7bf503e6304166.jpgf7407e1f764eb491c8c7b942b9d22572.jpg7da7f1598875be41ce5f66162cd0506c.jpg908dacdb67eeaa3c6fea038ac787e854.jpg395410d089c9af84e335d070e3e35be2.jpg74441ed549cf9a126894d3891b1412ec.jpg667eb671750efa5c454b65c70a9c9bab.jpg9968ff73a71c4bc02016a2710e1ddf4b.jpg754fdf3edc6f73f8e5bc589a540d207e.jpg70a355e7fda0f5a6e26558ba56a01f81.jpg