Psixoloq.az Sinir.az a istinadən bildirir ki,bütün dünyanı öz mənfi təsiri altına salan yeni tip koronavirus (COVID-19) xəstəlik törətməklə bərabər, insanlarda qorxu, həyəcanı da artırmaqdadır. Əslində, artan sürətlə qısa müddət ərzində 1 milyondan çox insanın yoluxması faktının həyəcan yaratması başa düşüləndir. Həyəcan özü-özlüyündə ağrı hissi kimi qoruyucu mexanizmə malikdir və insanı təhlükədən qorunmaq haqqında xəbərdar edir. Amma bu qoruyucu mexanizm bir mərhələdən sonra bəzi insanlarda o qədər artmağa başlayır ki, özü əlavə problemə çevrilir. Artmış həyəcan gün ərzində insanı gərgin saxlamaqla yanaşı, müxtəlif pis düşüncələrlə, bədəndə ağrı, qızdırma, ürək döyüntüsü, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərməyə başlayır. Koronavirusdan niyə qorxuruq? Mövcud məlumatlara görə, insanların iki təməl ehtiyacı olan təhlükəsizlik və qida risk altındadır. Öləcəyi və qida tapılmayacağı ehtimalı müasir insanı “dəli” edir. Yəni insan ətrafdan aldığı yalançı informasiyalardan bu qənaətə gəlir ki, qida çatışmazlığı olacaq, ac qalacağıq və virusa yoluxmaq bizim sonumuzu gətirəcək.Hər iki düşüncə insanda həyəcan yaratmaq üçün kifayət qədər ciddidir.Özümüzdə koronavirus qorxusu olduğunu necə bilərik? - Daimi olaraq özünüzün və ya qohumlarınızın yoluxması qorxusu – “bəlkə mən də tutmuşam?!” düşüncəsi varsa;- Səbəbsiz yerə bədənin araşdırıması (tez-tez hərarəti ölçmək, udqunaraq boğazın ağrıyıb- ağrımadığını yoxlamaq, nəfəsin tam gedib-getmədiyini yoxlamaq və s);- Orqanizmdəki ən kiçik dəyişikliyin belə, COVİD-19-la əlaqəsini internetdə nəzarətsiz formada axtarılması;Əgər yuxarıda qeyd etdiyim bu düşüncələrin təsiri ilə ürək döyüntünüz artırsa, nəfəs darlığı yaranırsa, əl-ayaqda titrəmə, mədə-bağırsaq pozuntuları və sair kimi həyəcana xas bədən əlamətləri olursa, bu o deməkdir ki, sizdə koronafobiya var. Pandemiyanın yayıldığı ilk vaxtlarda sanki insanları rahatlatmaq üçün bu xəstəliyin ancaq yaşlıları oldürdüyü ilə baglı informasiyalar ön planda idi. Bu baxımdan ilk olaraq yaşı 60-dan yuxarı olan insanların daha çox psixoloji travma alması ehtimalıyaranır. Digər ən çox təsirə məruz qalan insanlar isə əvvəlcədən təyin olnmuş panik atak, həyəcan pozuntusu, obssesiv-kompulsiv pozuntu kimi xəstəliyi olanlardır.Bu insanlarda günlərlə davam edən xroniki stress öz mövcud xəstəliklərinin təkrar yaranmasına və ya pişləşməsinə gətirib çıxara bilər.Həyəcanımızı idarə etmək üçün nə etməliyik? Əgər sizin əvvəlcədən təyin olunmuş sakitləşdirici dərmanlarınız varsa, həkiminizlə əlaqə saxlayaraq müalicənizə davam edin. İfrat həyəcanlı ataklar zamanı dərindən nəfəs alıb, bir neçə saniyə saxlayıb burundan verərək, həyəcanı nəzarətdə saxlaya bilərsiniz. Həyəcanın daha da artmaması üçün mütləq kirli informasiyalardan uzaq durun. Belə ki, vatsapp qruplarındakı yönləndirilən səsləri açmayın, ancaq rəsmi informasiyaları oxuyun, özünüzün də əmin olmadığınız məlumatları yaymayın. Baxdığınız filmlərdə, oxuduğunuz kitablarda seçici olun. Daim film izləmək, kitab oxumaq bir mərhələdən sonra sizi yormasın deyə növbəli şəkildə fiziki aktivliyiniz olsun. Belə ki, ev şəraitində qısa müddətli gimnastika hərəkətlərinin həyəcan azaldıcı effekti sübut olunub. Qida və yuxu rejiminin qaydasında olması sizin xilaskarınız ola bilər. Evdə olmanızdan istifadə edib artıq qidalanmadan çəkinin, çünki aldığınız əlavə çəki karantin sonrası sizdə əlavə depressiv simptomlar yarada bilər. Həyəcan azaltma tədbirlərinin birincisi və ən vacibi gecə yuxusudur. Çox gec yatıb gec oyanmaq 8 saat olsa belə, sizə fayda verməyəcək. Mütləq tez yatıb tez oyanmaq lazımdır. Bu, həm immuniteti artırmaq, həm də stressi azaltmaq baxımından inanılmaz təsirə malik mexanizmdir. Unutmayın ki, istənilən virusla mübarizə aparmağın ən birinci yolu güclü immunitetdir. Stress isə immunitetin aşağı düşməsinə səbəb olur.Uşaqlara koronavirusu necə izah etməli? Uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır. Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin.Unutmaq lazım deyil ki, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklərin sadəcə qısa müddət üçün hesablandığını və hamımızın sağlamlığı üçün olduğunu bir an belə, yadımızdan çıxarmamalıyıq. Psixiatr Orxan Fərəcli
Diqqət dağınıqlığı, qavrama problemi, konsentrasiya, öyrənməkdə çətinlik və s. Xüsusilə işləyən insanların yaşadığı bu hislər, beyinlə bağlı problemin xəbərçisi ola bilər. Çox zaman bir çox yoxlanışdan keçilsə də səbəbi tam olaraq bilinməyən "beyin dumanı"haqqında maraqlı bilgilər var.Psixoloq.az medicina.az-a istinadən bildirir ki, türkiyəli uzman Buğra Buyrukçuk bu xəstəliyin altında yatan problemlərdən danışıb. Onun sözlərinə görə, ən başlıca səbəblərdən biri B6, B1, B12 kimi vitaminlərin və ya magnezium, fosfor və yod kimi mineralların əskikliyi gəlir. Qanın hücrə olaraq özünü tənzimləyə bilməməsi də beyin dumanlanmasına gətirib çıxarır.Əsas olan narahatlığı ortaya çıxarmaqdır. Bunun üçün qan dəyərləri və ümumi müayinə ilə tam diaqnoz qoymaq lazımdır.Xəstəliyi yaradan digər səbəb isə, beynimizdəki bilgilərin havadan asılı vəziyyətdə qalmasıdır. Beyinə davamlı olaraq yeni bilgilərin gəlməsi, bəzi mövzularda tam qərar verməmək kimi səbəblər bilgilərin havadan asılı qalması və beynin yavaşlatmasına yol açır.Bu eyni ilə kompüter yaddaşının lazımsız fayllarla dolması kimidir.Həkim bildirib ki, beynin sinxron işləməsi, hücrələrin özünü toplaması və gəncləşməsi üçün mütləq təbii yöntəmlərdən müalicəyə başvurulmalıdır. Təbi yollardan olan Akupunktur(iynə batırma) və hüceyrələri yeniləyən ozon terapiyası ən öndə gələn təbii yöntəmlərdəndir. İnanılmaz gələ bilər, lakin beyin hücrələrinin özünü toplaması üçün təbiətlə sıx əlaqədə olmaq,kamp qurmaq və insanın dayağı sayılan dua etməyin çox böyük effekt verir.
İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir ”kimi mövzular müzakirə olunurdu.Və o birdən: Bəs siz bilirsiniz mi qadınlarda da bu belədir, deyir. Lakin ona heç kim inanmır. O isə bunu dəqiq elmi araşdırmağa başlayır. İlk dəfə bu fakta Amerikalı ginekoloqlar diqqət yetiriblər. Onlar bərabər qapalı şəraitdə, əsasən də yataqxanalarda, evlərdə yaşayan qızlarda belə hallara, yəni menstrual sikldə sinxronlaşma getdiyinə diqqət etmişdilər. Buna səbəb olaraqsa orqanizmda olan müəyyən feromenlərin ifrazını əsas olaraq göstərirdilər. Bu feromenləri qızlar özləri də bilmədən hiss edirlər və beynin hissiyat reseptorlarına siqnal ötürülür. Menstrual sikldə müəyyən zaman aralığından sonra eyniləşmə başlayır. Yalnız çoxlu skeptiklər bunu ehtimal nəzəriyyəsi kimi dəyərləndirməyə başladılar. Bundan 30 il sonra Marta Makklinkton uzun müddətli araşdırmalardan sonra bu feromenlərin hardan gəldiyini öyrənməyə çalışdı.Bu qoltuq altı zonası imiş. Belə hallar təkcə bərabər yaşayan deyil, bir kollektivdə işləyən, ən yaxın rəfiqəniz, daimi görüşdüyünüz qadınlar arasında da baş verə bilər.Təbii ki, menstrual dövr iki üç aya deyil, daha uzun zamana sinxronlaşır. Sikl əsasən ən dominant, ən ünsiyyət qurmağı bacaran qadına uyğun dəyişilməyə başlayır. Sinxonlaşma hər kəsdə deyil,bir biri ilə sıx ünsiyyətdə olan qadınlar arasında gedir. Makklinkton araşdırmasını 1971-ci ildə yataqxanada yaşayan 135 tələbə üzərində aparmışdır. Analizlər əsasında 8 sikl tədqiqatdan sonra sinxronlaşmanın yüksəldiyi sübut olunmuşdur. Makklinkton düşündü ki, bu dövrdə iki tip feromen ixrac olunur.Hansılar ki, ya menstrual dövrü ya sürətləndirir yada ki ləngidir. İllər sonra psixoloq Cefri Şank apardığı araşdırmalar nəticəsində Makklinktonun tədqiqatını yetərsiz görərərək, feromenlər haqqında olan hipotezin özünü doğrultmadığını dedi. Dr. Xanım Şükürlü
Insan nə qədər az qaşqabaqlı olarsa, hadisələrə də bir o qədər pozitiv yanaşar. Bu qərara eksperiment nəticəsində Bazeliya universitetinin psixiatrları gəliblər. Onlar öz “kliniki depressiya” diaqnozlu pasientlərinə botoks inyeksiyası daxil edirdilər ki, onlara üzün iztirablı ifadəsini qurmaq daha çətin olsun. Journal of Psychiatric Research un verdiyi məlumata görə bunun nəticəsində pasientlərdə müsbətə doğru dəyişikliklər nəzərə çarpmışdır. Botilinium toksin: Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunan zəhərli zülal kompleksidir. Onun sinirdən əzələyə doğru gedən impulsları bloklamağı sayəsində, qırışları hamarlaşdırmaq effeki baş verir. Bunu ən yaxşı ”Onun üzündə heç bir əzələ belə tərpənmədi” ifadəsi təsvir edir. İsveçrə komandasının keçirdiyi eksperiment 6 həftə davam edirdi. Kastinqə 263 nəfər iştirakçı qatılmış və bunlardan yalnız 30 qadın və kişi iştirak edə bildi. Onların yaşı 26 dan 65 ə qədərdi və Hamiltonun depressiyaya aid kliniki testində 15 və daha yüksək balla qiymətləndirilmişdilər. Daha sonra onları iki grupa ayırdılar. İlk qrupa həqiqi botoks inyeksiyaları daxil edilirdi, hansı ki əsasən qlabellar qırışları(qaşlar arasındakı vertikal qırışlar) blok etmək üçün istifadə olunurdu. İkinci qrupa isə plasebo effektli fizioloji məhlul istifadə olunurdu. Hər iki qrup üzvləri alınlarında sarğı ilə gəzirdilər ki, effekti güzgüdə görə bilməsinlər. Altı həftə sonra hər iki grup yenidən Hamilton testindən keçdilər.Təbii ki,birinci qrupun üzvlərinin depressiyası şkala üzrə 10 bal aşağı düşmüş, depressiyaları azalmışdır.İkinci qrupda isə cəmi 1.7 bal. Alimlər standart antidepressant müalicəsi ilə yanaşı botoks inyeksilarını da təklif edir. Çünki bu əzələləri rahatlaşdırır və emosional fonu bərpa edir.Və bu əsasən də qlabellar qırışlarda daha effektlidi hansılar ki, bizim neqativ əhval ruhiyyəmizin göstəricisidir. Belə bir eksperiment gələcəkdə yeni araşdırmalara və daha böyük təcrübələrə əsas verir. Bəlkə də belə alternativ üsullar standart terapiya ilə yanaşı gələcəkdə depressiyadan əziyyət çəkən milyonlarla insanın həyat şərtlərinin yaxşılaşması üçün bir ümid olacaq. Unutmayın ki, üzümüz yalnız emosiyalarımızı ifadə edən passiv bir ekran deyildir. Bunun əks əlaqəsi də var: mimikalarımız beynimizə onun hansı hissləri hiss etməsinin vacib olduğunu əmr edə bilər! Buna görə “Gülümsəyin, cənablar” . Dr. Xanım Şükürlü
İngiltərə və Şotlandiyalı alimlər tərəfindən 26 qadın və 16 kişini əhatə edən bir araşdırma aparılıb. Eksperiment zamanı onlar tünd, südlü vəya ağ şokolad yeməli idilər. Bundan 2 və 6 saat sonra iştirakçıların qan və sidik testləri götürülür. Tünd şokolad istifadə edən kişilərdə trombositlərin aktivləşməsi və aqreqasiyası əhəmiyyətli dərəcədə azalıb. Və bunu 2 saat sonra da müşahidə etmək mümkün idi. Qadınlarda isə belə bir tutarlı nəticə görülməmişdir.Yeni bir təcrübə göstərir ki, şokolad qadınlar üçün deyil, məhz kişilər üçün daha faydalıdır. Şokolad haqqında Şokolad özünəməxsus bir ətrə malikdir və tərkibində bir çox vitaminlər, aminturşuları, antioksidantlar və neyromediatorlar vardır. Tropik qurşaq boyunca yetişən kakao ağacı paxlasının yağı və tozundan hazırlanır.Nə qədər tündürsə bir o qədər də şokolad faydalıdır.Təbii ki, tünd şokolad şokoladların ən faydalıdısıdır, çünki tərkibində kakao paxlası daha çoxdur. Kişilər üçün faydası nədir? Məhsulun faydasını başa düşmək üçün təbii şokoladın tərkibini bilmək lazımdır. Təbii qara şokoladda ən azı 55% kakao olmalıdır. Dəmir; Maqnezium; Selenium; Sink; Folik turşusu; Flavonoidlər; Üzvi turşular; Beta-karoten. PP, B2, B1, E. vitaminləri. Ürək damar xəstəliklərin profilaktikası. Amerikadan olan alimlər, müntəzəm olaraq qara şokoladın istifadəsi zamanı trombların əmələ gəlməsinin azalmasını sübut ediblər. Bədəndə olan toksinlər və zərərli maddələr ixrac olunur və orqanizmda cavanlaşma prossesi gedir. Çoxlu miqdarda flavonoidlər infarkt və insultun qarşısını alır. Sübut olunub ki, bu patologiyadan kişilər qadınlardan daha çox əziyyət çəkir .Ateroskleroza qarşı- təzyiqi tənzimləmək üçün yalnız bir parça qara şokolad yemək kifayətdir. Məhsulun tərkibi damaların divarlarını xolesterol çöküntüsündən qoruyur. Ümumiyyətlə, məhsulun müntəzəm istifadəsi qanda zərərli xolesterinin səviyyəsini azaldacaq. Acı şokoladda bronxitin müalicəsi zamanı kömək edə biləcək teobromin alkoloidi var. Cinsi güc Məhsul potensiya üçün də faydalıdır. Tünd qara şokolad, libidonun səviyyəsini artıran afrodizyak məhsulu sayılır. Kakao paxlasının tərkibində sink elementi daxildir. O, kişi cinsi hormonu olan testosteronunun aktiv ifrazına kömək edir. Sinkin fonunda spermanın keyfiyyəti və aktivliyi yaxşılaşır. Məhsulun digər fayadları Şokoladın güclü antidepressant adlandırıldığını xatırlatmaq lazımdır. Onun tərkibində serotonin (xoşbəxtlik hormonu) var. Əhvalın yüksəlməsi üçün bir neçə dilim yemək kifayətdir. Həmçinin, alimlər sübut ediblər ki, o ağızda əridiyi zaman insana bir öpüşdən daha çox xoşbəxtlik yaşadır. Qara şokolad beyin fəaliyyətini aktivləşdirir, yaddaşı gücləndirir. Ümumiyyətlə, qara şokolad həm kişilərin, həm də qadınların mərkəzi sinir sistemi üçün faydalıdır. Məhsulun tərkib hissəsi olan maqnezium isə həzm sistemini normallaşdırır. Nə qədər yemək lazımdır? Keyfiyyətli bir məhsul seçdiyiniz halda, kakao konsentrasiyası yüksək olacaq. Buna görə gündə yalnız 30-35 qram qara şokolad yemək kifayətdir, bundan daha çoxuna ehtiyyac yoxdur. Belə bir miqdar bütün lazımi element və vitamin çatışmazlığını qarşılayacaq. Zərərləri Həddindən artıq istehlak köklüyə səbəb ola bilər. Kakao paxlası yüksək allergen məhsullara aiddir. Buna görə də allergik insanlara bu şirniyyatı yemək qadağandır. Həm də diabet, artıq çəki xəstəliyindən əziyyət çəkən insanlar bu məhsulu yeyə bilməz. Bütün digər hallarda, məhsulun lazımi qaydada istifadəsi, yalnız faydalı ola bilər. Tərcümə və redaktə: Dr.Xanım Şükürlü
Spina bifida onurğa patalogiyası deməkdir. Bu zaman bel sütunundakı sümük qövsləri tam olaraq örtülmür.Başqa sözlə desək,onurğa açıq vəziyyətdə bədən səthində formalaşır.Anadangəlmə xəstəliklər arasında ən çox rast gəlinən növlərdəndir.Ən yüngül dərəcədən başlayaraq ən ağır dərəcələrinə qədər təsadüf edilir. Bu xəstəliyin yaranması ilə bağlı bir çox fikirlər irəli sürülür.Əsas səbəb kimi hamiləlik dövründə anada və uşaqda fol asit turşusunun əksikliyi göstərilir.Bundan başqa hamiləlik dövründən ananın yüksək tempraturlu istiliyə məruz qalması və şəkərli diabetdən əziyyət çəkməsi də qeyd olunur.Yüksək tempraturlu istilik dedikdə,ananın hər hansı xəstəliyi yüksək qızdırmanın müşayəti ilə keçirməsi və ya aşırı günəş şüaları altında qalması nəzərdə tutulur.Xüsusilə Şimali Avropa ölkələrində(Danimarka,Norveç,İsveç və.s) qadınların uzun müddət saunada vaxt keçirməsi spina bifidanın bu ölkələrdə rast gəlinmə riskini artırır.Həmçinin hamiləlik dövründə antidepresantların qəbulu,infeksion xəstəliklərə yoluxma da xəstəliyin yaranma səbəblərinə aiddir. Yuxarıda da qeyd etdiyim kimi xəstəliyin əsas yaranma səbəbi Fol asit əksikliyidir.Fol asit bədəndə depolanan bir maddə olub,əslində B9 vitamininin bir formasıdır.Bu isə öz növbəsində Mərkəzi Sinir Sisteminin İnkişafında mühim rol oynayır.Buna görə ananın hamilə qaldığı dövrdə depoların dolu olması lazımdır.Yəni hamiləlik planlayan qadınlar əvvəlcədən öz ginekoloqları ilə məsləhətləşərək lazimi testləri edib gərəkli olduğu halda fol asit əlavəsi qəbul etməlidirlər.Ancaq bir məqamı da qeyd edim ki,hamilə qaldıqdan sonra fol asit qəbul olunması heç nəyi dəyişmir.Çünki doğulacaq gələcək körpədə spina bifidanın olub olmaması mayalanma dövründə təsdiq olunur.Təxminən hamiləliyin 24-cü gününə qədər bu proses bitir.Hamiləliyin 24-cü günündə çox qadının hamilə olmasından xəbəri belə olmur. Bəzi araşdırmalara görə spina bifidaya müəyyən genlərdə baş verən mutasiyalar səbəb olur.Bu genlərin dəqiq olaraq hansı olduğu müəyyənləşməyib.Bir faktı da qeyd edək ki,epilepsiya xəstələrinin(qadın) istifadə etdiyi valproik asit adlı dərman preparatının da spina bifidaya səbəb olma ehtimalı var. Ailədə spina bifidalı uşaqların olması və ya ata və ananın spina bifidalı olması da səbəb kimi göstərilir. Körpə kürəyində açıq bir dəliklə dünyaya gəlir və öz əzələlərini hiss etməkdə,hərəkət etdirməkdə böyük çətinliklərlə üzləşir.Sinirlərlə beyin arasında əlaqə olmadığı üçün müxtəlif dərəcəli ifliclərin yaranması qaçılmazdır. Hansı sinirlərin daha çox zərər görəcəyi isə kürəkdə olan dəliyin olduğu yerə bağlıdır.Dəlik nə qədər çox yuxarıda yerləşərsə daha çox sinir zədələnmiş olacaq.Buna görə də bu xəstəlikdən əziyyət çəkən şəxslərin əksəriyyəti təkərli arabalarından istifadə etmək məcburiyyətində qalırlar.Həm də qeyd edim ki, zərər görən əzələlər təkcə hərəkəti təmin edən əzələlər deyil. Eyni zamanda sidik kisəsi və bağırsaqların fəaliyyətini tənzimləyən əzələlərdə ciddi zərbə alır. Spina Bifidalı xəstələrin 80-85%də hidrosefaliya da müşahidə edilir. Hidrosefaliya zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır. Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır. Hidrosefaliyaya nəzarəti həyata keçirmək üçün “şuntlama” adlanan cərrahiyyə prosedurundan istifadə olunur ki, nəticədə maye yığımını beyindən təmizləmək olur. Ancaq bu prosedurun əks təsirləri də ola bilər.Bu prosedur erkən dövrdə edilməzsə beyin əhəmiyyətli dərəcədə mənfi təsirə məruz qalar. Spina bifida ağırlıq dərəcəsinə görə yüngül,orta və ağır formada özünü göstərir.Aşağıdakı kimi təsnif edilmişdir: 1.Spina Bifida Okkulta 2.Spina Bifida Sistika( kisələ spina bifida) a) Meningosele b)Miyolomeninqosele Spina Bifida Okkulta-bu növ xəstəliyin həm ən yüngül,həm də ən çox rast gəlinən formasıdır.Bu zaman kürək nahiyəsində onurğa beyninin aşkar zədələnməsinə səbəb olmayan yırtıq olur.Və çox nadir halda xəstəlik şəxsdə hər hansı qüsur yaradır.Çox vaxt kürəkdə müəyyən bir nahiyədə tüklənmə formasında özünü göstərir.Bir çox insanda rast gəlinir və insan həyatına heç bir maneə törətmir. Bəzi hallarda onurğadakı bu problem müəyyən fəsatlar törədir.Buna tibb elmində onurğa sindromu (tethered cord) da deyilir. Spina Bifida Sistika-kürək nahiyəsində incə dəri təbəqəsi ilə örtülmüş bir kisə və ya kist formalaşır. 2 formasına rast gəlinir. A)Meningosele-Bu növdə kisənin içində onurğanı və onurğadakı mayenə örtən toxumalar vardır.Bu maye onurğanı və onurğa beynini təmizləyir və qoruyur.Belə olduğu halda sinirlər çox zərər görmədiyindən xəstədə çox az məhdudiyyət yaradır.Spina Bifidanın ən az rast gəlinən növü məhz budur. B) Miyolomeninqosele-Spina Bifidanın ən ağır formasıdır.Burada kisənin içərisində təkcə onurğa beyni mayesi deyil həm də,sinirlər də olur.Burada söhbət onurğa beyninin özünün bir hissəsinin kürəkdən qabarmasından gedir.Elə hallarda olur ki,toxumalar və sinirlər açıqda olur.Bu səbəblərə bağlı olaraq iflic və hiss etmə qabiliyyətinin itirilməsi halları ilə rastlaşılır.Qüsurun dərəcəsi zədələnən sinirlərin miqdarına və bifidanın yerləşdiyi yerə görə dəyişir. Spina bifidalı uşaq doğulduqdan sonra ailə üçün əsas mərhələ bundan sonra başlayır.Beləki ailəni həm maddi həm də mənəvi sıxıntılar gözləyir.Bu dövr ailələr üçün çox önəmli müddətdir.Spina bifidanın erkən dövrdə baxımı çox çətin bir dövrdür.Həmdə bu dövrü laiqincə başa vuran ailələr çox uğurlu nəticələr əldə edirlər. Körpənin ilk günlərdə düzgün pozisiyada qucaqda saxlamaq,uzandırmaq çox önəmli nöqtədir.Adətən bu mövzularda ana və uşaq xəstəxanadan evə buraxılarkən həkim tərəfindən məlumatlandırılır.Bir az yuxarıda da qeyd etdiyim kimi spina bifidalı uşaqlar çox vaxt hidrosefaliya ilə doğulurlar.Müəyyən cərrahi prosedurlardan sonra uşağın ilk yaşam aylarında mütəmadi olaraq baş ölçülərinin ölçülməsi mühim əhəmiyyət kəsb edir.Uşaq hər ayda 1-2 dəfə pediatr müəyinəsindən keçərək lazımı qeydlər vurğulanır. Uşağın iməkləməyə başladığı aylar bir çox ayaq deformasiyalarına rast gəlinir.Ümumiyyətlə spinalı uşaqlarda iməkləmə,yerimə üçün ilk addımlar çox çətin bir dövrdür.Spinalı uşaqlarda ayaq deformasiyaları əsasən 4 səbəbdən baş verir. 1.Anadangəlmə anomaliyalar 2.Əzələ gücünün zəifliyi 3.Hissetmənin itirilməsi 4.Uyğunsuz pozisiyaya məruz qalma Ona görə də bu dövrün əsas məqsədi potensial ayaq deformasiyalarının qarşısının alınmasıdır. 1-3 yaş və məktəbəqədərki dövrdə uşaq özü mobilizasiya prosesini yerinə yetirə bilmirsə uşağı mobilize edəcək əlavə texnika gündəmə gəlməlidir.Adətən bu dövr uşaqlar asosial olurlar.Oyun fəaliyyəti aşağı olur.2,2.5 yaşdan sonra uşağın özünəxidmət bacarıqlarını köməksiz yerinə yetirməsi üçün mütəmadı olaraq iş aparılır.Bura soyunub-geyinmə,əl-üzünü yuma,ortezlərindən istifadə etmək vəs. aid edilir.Bəzən valideynlər bunların uşaq üçün çox “tez” olduğunu düşünürlər.Ancaq nə qədər bunları gec öyrənməyə başlasa uşaq özündə məsuliyyət hissi dərk etməyəcək. Məktəb dövrü spina bifidalı uşaq üçün əslində ən ağır dövrdür.Bu dövrdə uşaqlar daha çox adaptasiya və psixoloji uyğunlaşma mərhələsini keçirirlər.Həmyaşıdları tərəfindən özlərinə qarşı olan münasibət bəzən onları stressə salır.Uşağın fizioloji inkişafı,dəstəkli həyat tərzi keçirməsi onda özgüvən əksikliyi və digər şəxsiyyət problemləri yarada bilər.Bu dövr valideynlərin uşaqlara dəstək olmasını,təlim mühitindəki pedaqoqların isə ona qarşı daha həssas davranmalarını tələb edir. Uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi zamanı əsas diqqət uşağın hal-hazırki vəziyyətinin qiymətləndirilməsinə və ona uyğun proqramın tərtib olunmasına verilir.Bu zaman ikincili qüsurların da artma potensiala və qarşını almaq üçün işlərin görülməsi də nəzərə alınır. Dəyərləndirmə meyarları yenidoğan, postoperatif yenidoğan, 6 ay,12 ay,18 ay,24 ay və daha sonrakı dövrlər üçün tərtib edilir.Uşağın sürətli böyüməyə başladığı dövrdə əzələ gücü,motor bacarıqları,xırda və kiçik motorika bacarıqları,koordinasiya və tarazlıq və.s kimi keyfiyyətlər xüsusi diqqət də saxlanılır.Çünki bu dövrlərdə deformasiyaların yaranması,ikincili qüsurların inkişaf etməsə daha çox özünü göstərə bilər. Motor funksiyaların dəyərləndirilməsi əsas istiqamətdir.Əvvəlcə uşaqda spontan hərəkətlər dəyərləndirilir.Daha sonra dəstəksiz yerimə səviyyəsinə,passiv hərəkətlərə,tonusa və.nəzər yetirilir.Motor funksiyaların dəyərləndirilməsi zamanı əzələ gücünün test edilməsi də vacibdir.Bununla biz spina bifidalı uşaqlarda təsir altında olan əzələlərin hansı vəziyyətdə olduğunu öyrənə bilərik.Ancaq bu test 5 yaşından sonra uşaqlara tədbiq edilə bilər.Test 3 mərhələli şkala formasında(aktivlik var,aktivlik zəifdir,aktivlik yoxdur) aparılır. Xırda və böyük motorikanın hansı vəziyyətdə olması diqqət mərkəzindədir.Spinalı uşaqlarda normalda xırda motorika böyük motorikaya nisbətən daha yaxşı inkişaf edir.Bunun səbəbi uşaqlarda aşağı ətrafların daha çox ziyan görməsidir.Böyük motorikanın inkişafa mane olan amillərdən biri uşaqlarda tarazlıq problemidir.Bu xüsusilə ortezlərdən istifadə edən uşaqlarda daha çox rast gəlinir. Ümumiyyətlə motor inkişafın dəyərləndirilməsi üçün bir çox test mövcuddur(Alberta Infant Motor Scale,Peabody Developmental Motor Scale ve Gross Motor Function Measure). Uşaq inkişafının izlənilməsi təkcə fiziki istiqamətdə aparılmır.Bu uşaqlar normal zəkaya sahib olurlar.Yalnız ikincili qüsurların təsirili ilə onlarda bəzi əqli problemlər də ola bilər.Məsələn,hidrosefaliya ilə doğulan körpədə “hidrosefaliya müşayəti ilə əqli gerilik” müşahidə olunur.Bu zaman ilk öncə tibbi müdaxilə şərtdir.Növbəti mərhələlərdə isə korreksiya işi aparıla bilər. Spina bifida zamanı ifliclər qaçılmaz olduğu üçün uşaqlarda ifliclərə bağlı müəyyən nitq qüsurları da rastlanır.Məsələn spinalı uşaqlarda ən çox rast gəlinən nitq qüsuru dizarteriyadır. Bu uşaqlarla korreksiyaedici proqram əsasən ikincili qüsurların yaratdığı fəsadları aradan qaldırmaq üçün aparılır.Bundan başqa motor inkişaf ləngliyi ilə əlaqadar olaraq xırda və böyük motorikanın,əl-göz koordinasiyanın,məkan-zaman qavramlarının inkişafı üçün də korreksiyaedici proqram tədbiq olunur. Korreksiyaedici proqram tədbiq olunarkən uşağın məşğul olacağı məşğələ otağı onun üçün komfort zonası olmalıdır.Çünki yalnız bu halda uşaqda təlimə maraq oyatmaq olar.Otağın geniş və işıqlı olması,təkərli arabanın və ya ortezlərin rahatlıqla istifadə olunacağı bir otaq olmalıdır. Xırda motorika bacarıqlarının inkişafı üçün ilk öncə sadə tapşırıqlar verilir.Məsələn xırda muncuqları bir qabdan digərinə yığmaq,səpələnmiş kağızları bir yerə yığmaq vəs.Daha sonra tapşırıqlar nisbətən çətinləşir.Buna misal olaraq hər hansı parça və ya plastik oyuncaqlar üstündə olan dəliklərə iplərin salınması,muncuqların ipə düzülməsi,müəllim verdiyi rəng ardıcıllığı ilə muncuqları yığmaq vəs.. Bu zaman istifadə edilən muncuqları gündəliş məişətdə istifadə edilən digər materiallarla(düymə,mərci,düyü,saç rezinləri və.s)əvəz etmək olar.Belə olduqda uşaq məşğələni həmdə evdə asanlıqla yerinə yetirə bilir.Ümumiyyətlə korreksion məşğələr yalnız təlim saatları ilə məhdudlaşdırılmamalıdır.Prosesin evdə davam etdirilməsi nəticəni daha uğurlu edir. Reabilitasi tədbirləri əsasəsən idman hərəkətlərinin(egzersizler) keçirilməsi ilə aparılır.Bu cür hərəkətlər uşaqlardakı qüsurların quruluşuna,ağırlıq formasına görə aparılır.Bəzən isə potensial yarana biləcək qüsurların qarşısını almaq üçün idman hərəkətləri edilir. Bəzi hərəkətlərlə tanış olaq Oynaq hərəkətləri Bu hərəkətlər gündə iki dəfə olmaqla hər dəfə ən azı 10 dəfə edilməlidir.Bu hərəkətlər oynaqlarda kontrakturalarının yaranmasının və oynaqlarının sərtləşməsinin qarşısı alır.İflic olan ayaq və qolların bütün bütün hissələrinə tədbiq edilir.Həyat boyu davam etdirilir. Oynaqların hərəkətliliyi üçün edilən məşqlər 3 formada tədbiq olunur. 1.Passiv-əgər uşaq qolunu və ayağını heç hərəkət etdirə bilmirsə idman hərəkətini başqası etdirir. 2.Köməkli-uşaq əllərini və ayaqlarını bir az hərəkət etdirə bilirsə lazimi qədərini edir,qalan hissəni isə başqa adam etdirir. 3.Aktiv-uşaq bütün məşqləri özü edə biləcək gücə sahibdirsə hərəkətləri özü edir. Ancaq məşqləri edərkən bəzi nüanslara diqqət etmək lazımdır.Oynaqları qorumaq lazımdır.Zəif oynaqlarda düzgün gərilmə edilməzsə konstraksiyalar yarana bilər.Hərəkəti edərkən oynağın həm yuxarısından,həm də aşağısından tutmaq lazımdır.Xüsusilə uşaqda spastiklik varsa hərəkətlər son dərəcə ehtiyatla edilməlidir.Gərilmə hərəkətləri bəzən ağrılı olur.Ancaq uşaqda şiddətli ağrı halları olarsa hərəkəti dayandırmaq lazımdır. Ölkəmizdə Spina Bifida xəstələrinin statistikası ilə bağlı rəsmi məlumata demək olar ki,rast gəlmədim.Türkiyə,Amerika,Almanı və digər ölkələrdə Spina Bifida xəstələrə üçün müəyyən İctimai Birliklər,Təşkilatlar fəaliyyət göstərir.Bu birliklərin əsas məqsədi spina bifidalı xəstələrə tibbi,təhsil xidmətlərinin göstərilməsi eyni zamanda onlar üçün sosial layihələrin keçirilməsi,cəmiyyətə inteqrasiyasıdır. Hər il 25 Oktyabr dünyada “Spina Bifida Fərqindəlik Günü” kimi qeyd olunur.
Dərs çalışmaq üçün səy göstərən, diqqətini toplaya bilməyən hər kəsin əsas problemi özü üçün rejim yaradıb ona əməl etməməsidir. Bu problem həll etməyin bir neçə yolu var. Psixoloq.az 5 üsulu təqdim edir: Təmiz havada gəzin Əgər dərs və ya iş prosesində çətinlik çəkirsinizsə, 10 dəqiqəlik gəzmək bir çox problemi həll edir. Bir az ara verib çöldə hava alsanız, beyniniz rahatlaşacaq. Yenidən işinizə qayıdanda rahatlıqla işləyəcəksiniz. Qısa yemək fasiləsi verin Analar bir çox hallarda dərs çalışarkən uşaqların yanına qəlyanaltı üçün qidalar qoyarkən əslində haqlıdırlar. Dərs arası belə qidalar beyni və bədəni rahatlaşdırır. Musiqi dinləyin Musiqi hər yaşda insanın zehninin açılmasına və yaxşılaşmasına kömək edir. Bu da yaddaş və öyrənmə funksiyalarınızın güclənməsini təmin edir. Düzgün yuxu rejimi Nizamlı yatmaq beyinin inkişafına müsbət istiqamətdə təsir göstərir. Ertəsi gün yaxşı çalışmaq üçün yuxunuzu almağınız lazımdır. Rejim yaratmaq Hər gün eyni saatda işə başlayıb, eyni vaxtda dincəlmək beyninizi növbəti işlərə hazır edir. Rejimlə görülən hər bir iş uğuru artırır.(azedu.az)
İstənilən ölkədə qadınlar kişilərdən orta hesabla 5-7 il daha çox yaşayır. Çinli professor, psixoloq Van Çenkuy bunun səbəblərini araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, bunun səbəbi göz yaşlarıdır. Psixoloq.az bildirir ki, alimin fikrinə görə göz yaşları ilə mənfi emosiyalarını ifadə edən qadınlar stressə daha az məruz qalır və bu da onlara daha sağlam qalmağa və çox yaşamağa kömək edir. İnsan ağlayanda gərginlik və stress azalır, stress-hormonu olan kortizolun səviyyəsi aşağı düşür, insan rahatlaşır. Kişilər daha az ağlayır və bunun nəticəsində stress orqanizmdən çıxmır. Bu isə insan sağlamlığı və ilk növbədə ürək-damar sisteminin sağlamlığı üçün çox ziyanlıdır. Lakin alim onu da qeyd edib ki, tez-tez və uzun müddət ərzində ağlamaq ziyanlıdır.(saglamolun.az)
Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır. Bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir: “Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”. Psixoloq.az xəbər verir ki, psixoloqlar, xəstəlik zamanı valideynlərin çox narahat olduğunu, bu səbəbdən düzgün müalicə etmədiklərini bildirirlər. Belə ki, valideyn uşağının dərhal yaxşılaşmasını istədikləri üçün düşünmədən antibiotikə müraciət edirlər. Bununla yaxşı nəticə əldə edəcəklərini zənn edirlər. Əslində isə antibiotik uşaq sağlamlığı üçün çox zərərlidir. Xəstəlik zamanı sakit olmalı və düzgün addım atılmalıdır.
Daminarkanın Rotterdamlı Erezma universitetinin tərkibindəki Tibb Mərkəzinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Psixoloq.az "ölkə.az"-a istinadən bildirir ki, nəticələrə əsasən, hər iki qadından biri demensiya, Parkinson xəstəliyi və ya insulta düçar ola bilər. Bu barədə geniş məqalə "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilib. Bu xəstəliklərə isə hər üç kişidən biri düçar ola bilər. 1990-cı ildən 2016-cı ilə qədər aparılan təcrübədə 12 mindən çox insan iştirak edib. İştirakçıların yaşı 45-dən yuxarı olub və onlaın 58%-ini qadınlar təşkil edib. Tədqiqat zamanı 5291 iştirakçı dünyasını dəyişib. Onlardan 3260 nəfəri nevroloji xəstəlikdən əziyyət çəkməyib. 1489 nəfərdə (80 faizində Alsheymer xəstəliyi) demensiya üzə çıxıb. 1285 nəfər insultdan əziyyət çəkib. 263 nəfərdə isə Parkinson xəstəliyi müşahidə edilib. Ümumi olaraq bu üç xəstəlikdən birinin yaranma riski qadınlarda 48%, kişilərdə isə 36% olub. Bu xəstəliyin tam müalicəsi olmasa da, psixiatrın köməyi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatı videooyunlardan asılılığı xəstəliklər və pozğunluqlar siyahısına daxil edib. Psixoloq.az xəbər verir ki, videooyunlardan asılılığın zərərli olduğu, uzun müddət kompyuter oyunları oynayan insanlarda bunun vərdişə çevrildiyi barədə dəfələrlə yazılsa da, videooyunlara aludə olan insanların sayı günü-gündən artır. Videooyunların mobil versiyalarının tətbiq olunması, internetin əlçatanlığı isə bu sayı daha da artırır. Məlumata görə, videooyunlardan asılılıq 2022-ci ildə qüvvəyə minəcək Xəstəliklərin Beynəlxalq Təsnifatının (International Classification of Diseases, ICD) 11-ci variantına daxil edilib. Qeyd olunur ki, müvafiq diaqnoz oyunlara görə insanın həyatında, işində və ya təhsilində problemlər yaranan zaman qoyulacaq. Təşkilat nümayəndələrinin sözlərinə görə, oyun asılılığı oyun sessiyalarının tezliyinə və davametmə müddətinə, oyunlara sərf edilən vaxtın davamlılığına nəzarət qabiliyyətinin mütəmadi və ya dövri pozulması, eləcə də mənfi nəticələr yaranan zaman oyunu dayandırmaq bacarığının olmaması ilə xarakterizə olunur. Psixoloqların sözlərinə görə, uzun müddət videooyunun oynanılması fiziki aktivliyi azaldır, uşaqlarda aqressivliyə, davranış pozğunluğuna belə gətirib çıxardır.
Neyropsixoloq Oleq Molçanov stresli vəziyyətlərdə qısa müddətdə özünü ələ almağın ən effektiv üsullarını açıqlayıb. Daha çox ətrafdakıların təsirindən yolda, küçədə, iş yerində əsəbləşən insanda kin, qəzəb, həyəcan hisslərindən qana yüksək miqdarda adrenalin sıçrayır. Stres hormonu insanda ürək döyünməni sürətləndirir, göz bəbəkləri genişlənir, psixi panika artır, stres daha da güclənir. Çox zaman ürək dayanmasından ölüm faktları iş yerində əsəb partlayışından sonra baş verir. İnsana həmin anda özündən başqa heç kim kömək edə bilmir. Ətrafdakıların " özünü ələ al, sakitləş” sözləri daha da qıcıqlandırır. Belə halda qanda adrenalinin səviyyəsini tez endirmək lazımdır. Bunun üçünsə bir neçə üsul var.Medicina.az məşhur neyropsixoloqun həmin üsullarını təqdim edir.1.Dərindən diafraqmal və qarından nəfəs alDərindən nəfəs alıb vermək orqanizmə və qana oksigenin axınını sürətləndirir, nəbzi qaydaya salır, qanda adrenalini azaldır.Əgər təkliyə çəkilə bilsəz, burundan çox dərindən nəfəs alıb, ağızdan buraxın. 5-7 dəfə belə tənəffüsdən sonra halınız yaxşılaşacaq.Əgər adam arasındasızsa, fikrinizi tənəffüsünüzə cəmləyib, heç nədən narahat olmadan, dərindən nəfəs alıb verin 2.Əzələlərinizi oynadınStres zamanı aktif əzələ hərəkətləri adrenalini qovacaq. Əgər küçədəsizsə, qaçın, yerə oturub qalxın, bir neçə idman hərəkətləri edin. Qapalı yerdəsizsə, əllərinizi yumruq kimi sıxın və yumruq atın. 10-15 belə hərəkət kifayət edəcək. 3.Dilini dişləEl arasında tez-tez işlədilən " dilimi dişlədim” ifadəsi elə özümə gəldim mənasını verir. Gərgin əsəb zamanı öz dilinizi dişinizin arasında sıxın. Ağrı sizin fikrinizi yayındıracaq və orqanizmi özünə gətirəcək.4.Vurma cədvəlini və ya telefon nömrələrini xatırlamaqSizi əsəbləşdirən nöqtədən fikri yayındırmaq üçün emosiyalara azadlıq verməmək üçün ideal variant fikrinizdə vurma cədvəlini xatırlayıb, rəqəmləri bir-birinə vurmaq və ya tanışların telefon nömrələrini yada salmaqdır. 3-4 dəqiqədən sonra siz nəyə hisrləndiyinizi unudacaqsız. Həm də kiminsə üstünə qışqırmaqdan xilas olacaqsız. Rəhbərliyin də gözündə ən ağıllı və dözümlü əməkdaş olaraq yüksələcəksiz.Həmçinin stresə davamlılığı səhərlər soyuq-isti su ilə növbəli bədəni möhkəmlətmək də artırır. Həmçinin xoşbəxtlik hormonu olan serotonini artıran qidalardan çox yemək lazımdır: kakao, lobya, ispanaq, şokolad, meyvələr.(medicina.az)