Dilemma

Seçimlər. Hansı ki, uşaqlıqdan bizim beynimizi seçimlər vasitəsilə kodlaşdırıblar. Ən adi izahla :"Atanı çox sevirsən, ya ananı" "Şəhər yoxsa kənd" və s.kimi suallarla. Sanki ikisini də eyni anda sevmək mümkün deyilmiş kimi öyrədirlər. Və bütün bu seçim və suallar gələcəkdə qarşımıza çıxan hadisələrdə dilemmada qalmağımıza, yəni qərarsız olmağımıza zəmin yaradır.Qərarlarımız xarakterimizi, xarakterimiz isə taleyimizi müəyənləşdirir.

Özünüdərk və "Overthinking" Sindromu

İnsanın özünün fərqində olması ən böyük xoşbəxtlikdir.Sadəcə özünüdərketmə'nin bəzi fəsadlarına rast gəlinir.Özünüdərketmə'nin iki fərqli növü var, ictimai və şəxsi. İctimai özünüdərk: Başqalarına necə görünə biləcəyimizdən xəbərdar olmaqdır. Bu şüur ​​sayəsində biz sosial normalara daha çox riayət edirik və sosial cəhətdən məqbul olan tərzdə davranırıq.Bu cür şüurun faydaları olsa da, özünüdərketmə təhlükəsi də var. Bu xüsusiyyətdə xüsusilə yüksək olanlar başqalarının onlar haqqında nə düşündüyü barədə narahat olmaq üçün çox vaxt sərf edə bilirlər. Zənnimcə bu fəsadlar "Overthinking" (həddən artıq düşünmə) sendromu ilə bağlıdır. Həddindən artıq düşünmək həddindən artıq zərərli zehni fəaliyyətdir, istər bu fəaliyyət təhlil etmək, mühakimə etmək, izləmək, qiymətləndirmək, nəzarət etmək və ya narahat etmək hər biri ola bilər. Həddindən artıq düşünməyin sizin üçün problem olduğunu biləcəksiniz, əgər: • Çox vaxt öz düşüncələrinizin fərqindəsinizsə • Siz meta-düşüncə ilə məşğul olursunuz, yəni düşüncələriniz haqqında düşünürsünüzsə • Düşüncələrinizi idarə etmək və ya yönləndirmək üçün çox çalışırsınız, xoşunuza gəlmir və ya kortəbii olaraq narahat olursunuzsa. Şəxsi özünüdərk: İnsanın daxili vəziyyətini fərq edə və əks etdirə bilməkdir. Şəxsi özünüdərk edənlər introspektivdirlər, daxilindəki hisslərinə və reaksiyalarına maraqla yanaşırlar.Situasiyalara düzgün və ya yanlış olduğuna bağlı olmadan vicdanla baxmaq bacarığına malik olurlar.

Qadınların xarakterini ətirlərindən tanımaq

İstifadə etdiyi ətirə görə qadınları tanıya bilərsiniz.LOUİS PARFUM ün təsisçisi Günay Qurbanzadə bildirir ki, psixoloqların fikrincə, qadının hansı ətiri sevməsi birbaşa onun xarakteri ilə bağlıdır. Məsələn, şərq ətirlərinə üstünlük verən qadınların həyatda əsas məqsədi özünü sevdiyi kişinin ömründə bəzəyə çevirməkdir. Bu, eyni zamanda qadının maddi müstəqilliyinə də mane olmur. Şərq ətirlərinə üstünlük verən qadınlar riski dəyərləndirən, problemi bütün aspektlərdən qiymətləndirən, bəzən bir andaca tərsinə qərarlar verənlərdir. Belə qadınların intuisiyası güclü olur.  Çiçək ətirlərini sevən qadınlar başladıqları işi sona çatdıran, «dağı dağ üstə qoymağa» çalışan tipə aiddirlər. Şirin çiçək ətrini sevənlər hər şeyi əvvəlcədən planlaşdırmağı sevirlər, bir az da həyəcanlıdırlar.  Nəfis çiçək ətirlərinə üstünlük verənlər təbiətən optimistdirlər. Amma onların arasında həyatlarına çatışmayan pozitivi daxil etmək istəyənlərə də rast gəlinir.  Dəniz qoxulu ətirlərə işgüzarlar üstünlük verirlər. Onlar adətən səbirli, hiyləgərdirlər, hamı ilə dil tapmağa çalışırlar, həyata təbəssümlə baxırlar. Onların geniş çevrəsi mövcuddur.  Ağac ətirlərini bəyənənlər bir az eqoist, cəmiyyətdən seçilmək arzusunda olurlar. Belələri məntiq evliliyinə üstünlük verir. Yəni nikaha sevgiyə görə deyil, əksər hallarda pul kisəsinin qalınlığını göz önünə gətirərək girirlər.  Kirşan ətirlərinin həvəskarları incə, küsəyən və şıltaq xanımlardır. Onlar zərif, hiyələgər, öz istədiklərinə çatan qadınlar sırasındadırlar. Paradoksal cəhət budur ki, onlarla nə qədər ünsiyyətdə olursansa, onları bir o qədər tanımadığına əmin olursan. Bunlar əsl ətir pərəstişkarlarıdır. Bəzi qadınlar xəzlə özlərinə «sipər» çəkirlərsə, bu qadınların psixoloji silahı da onların ətirləridir.  Giləmeyvə ətirlərini xoşlayan qadınlar kişilərin hissləri ilə oynamağı, ərköyünlük etməyi sevirlər. Onlar impulsiv, öz bildikləri kimi hərəkət etməyi xoşlayan, başqalarının sözlərini qulaqardına vuran, məsuliyyəti digərlərinin çiyinlərinə qoymaq arzusunda olanlardır. Belələri caduya, bədnəzərə də inanırlar.  Tünd ətirləri sevən qadınlar üçün keyfiyyət əsas göstəricidir. Onlar həyatdan nə istədiklərini bilən, çətinliklərin öhdəsindən gəlməyi bacaran, keçmişlə yaşamadıqları üçün yaşlarından gənc görünən xanımlardır. Ürəklərinin dərinliyində uğura inanır, energetik və nikbin əvhal-ruhiyyəli, əksər hallarda da yükü öz çiyinlərinə götürürlər.  Mütəxəssislər əmin edirlər ki, ətirin qoxusu ilə özü kimi başqalarının da xarakterinin incəliklərini anlamaq mümkündür.  Sonda tanışlıq üçün oxuculara bəzi məşhur ətir brendlərinin hansı qoxu kateqoriyasına aid olmasını bildirən siyahını təqdim edirik:  Şərq ətirləri: Belle d'Opium, Yves Saint Laurent, Dior Addict, Dior, Vanille Ambre, Comptoir Sud Pacifique, Shalimar, Guerlain, Amarige, Givenchy. Çiçək ətirləri: J'Adore, Dior; Beautiful, Estee Lauder; Bulgari pour Femme, Bulgari; L'Air du Temps, Nina Ricci; Chanel №5, Chanel; Light Blue, Dolce & Gabbana. Nəfis ətirlər: Happy, Clinique; L'Eau d'Issey, Issey Miyake; L'Eau par Kenzo, Kenzo; Cool Water, Davidoff; Women, DKNY. Ağac qoxulu ətirlər: Wood Wood, Comme des Garcons; Dry Woods, Jo Malone; Feminite du Bois, Shiseido; Premier Figuier, L'Artisan Parfumeur; Vetiver, Etro. Kirşan qoxulu ətirlər: Love, Chloe; Noa, Cacharel; Iris Poudre, Frederic Malle; Hiris, Hermes; FlowerbyKenzo, Kenzo. Giləmeyvə ətirləri: v Be Delicious, DKNY; Hippy Fizz, Moschino; Sunset Heat, Escada; Mango Manga, Montale; Mure & Musc Extreme, L'Artisan Parfumeur. Tünd ətirlər: Gucci by Gucci; Miss Dior Cherie; Chypre Rouge, Serge Lutens; Eau du Soir, Sisley; Iris Nobile, Acqua di Parma. Əgər indi sizi «ona hansı ətiri hədiyyə edim?» sualı narahat edirsə, onda onun xasiyyətini düşünərək addım atın, onu tanıyın və birlikdə xoşbəxt olmağa çalışın.İstədiyiniz Parfümləri isə Louse parfümdən əldə edə bilərsiz  Louise Parfüm 050 709 36 13

Müharibə psixologiyası

   Ümumiyyətlə müharibə bəşəriyyətdə ən faciəli hadisələrdən biridir. Maraqlısı bundan ibarətdir ki, 1939-1945-ci illərdə ikinci dünya müharibəsi zamanı21 psixiatır da müharibə sonrası psixi problemlər aşkarlanmışdır. Kanadada yerləşən Toronto Universitetinin araşdırmalarına görə müharibə görən və müharibənin fəsadından əziyyət çəkən bir insandan törəyən 2 nəsil aqressivliyə və psixi problemlərə (Depressiya, intihar, panikatak və s) daha çox  meyilli olurlar.  Müharibə, insanlar və cəmiyyətlər üçün fəlakətlə eyni bir mənanı daşıyır, qorxu, narahatlıq, təşviş, xaos kimi bir çox mənfi hiss ilə assosiasiya təşkil edir. Bu səbəbdən də birbaşa olaraq insanların psixi sağlamlığına təsir göstərir. Müharibə və bu istiqamətdə davam edən proseslər ölüm, yaralanma, xəstəlik, aclıq, həyat rutinində dəyişiklik, evindən, işindən, məktəbindən, ya da yaşadığı ərazidən uzaqlaşma və iqtisadi çətinliklər, insanların gücsüz və təhlükəli vəziyyət yaşamasına səbəb olur. Travmatik təsirlər, insanlarda fiziki və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Əxlaqi dəyərlərinə də zərər verir. Yəni, insanların gələcək həyatında mənfi nəticələrə gətirib çıxarır. Adətən bu mənfi boşluqlar daha sonra psixoloji problemlərlə əvəzlənir. Ümumilikdə müharibə görən bir toplumda təcavüz, qətil hadisələri, mərhəmət hissin azalması, rüşvətxorluq və sair kimi hadisələr daha çox üstünlük təşkil etməyə başlayır.  Müharibə Qadınların psixikasına daha çox təsir göstərir. Qadınlar, müharibə, terror hadisələri və cəmiyyətdə narahatlıq yaradan bənzər bütün mənfi situasiyalardan kişilərlə müqayisədə daha çox təsirlənirlər. Kişilər, emosional reaksiyalarını daha yaxşı nəzarət altında saxlaya bilir, buna görə də müharibə zamanı mübarizəni daha adekvat şəkildə davam etdirə bilirlər. Aparılan tədqiqatlarda, müharibədə iştirak edən kişilərdə Müharibə Sindromu adı verilən və Posttravmatik Stress Pozuntusuna səbəb olan psixoloji narahatlıq müşahidə olunur. Kişilər struktur baxımdan daha dayanıqlı olurlar. Onlar dünyaya gəldikləri andan etibarən cəmiyyət daxilində evini, həyat yoldaşını və ailəsini qoruyan, lazım olanda vətəni üçün canını verəcək tərzdə böyüdülürlər. Buna görə də emosional reaksiyalarını daha yaxşı idarə edə bilir, lazım olduğu təqdirdə gizlədə bilirlər. Mütəxəssis dəstəyi vacibdir… Müharibə, insan və cəmiyyətin psixologiyasına birbaşa təsir göstərən və təşviş hissinə təsir göstərərək bir çox xəstəliyi stimullaşdıran faktordur. Müharibə coğrafiyasının daxilində və ətrafında olan insanlara mütləq psixoloji dəstək göstərilməlidir. Sağlam nəslin formalaşması üçün həm müharibə ilə üzləşən, həm də birbaşa və ya dolayı şəkildə təsirlənən bütün insanlara disiplinar tərzdə psixososial dəstək verilməlidir.

Qaçış

Keçmişdəki travmaların canınızda buraxdığı qorxuların fərqinə tam da həyatınızda sizi həyəcanlandıran gözəl şeylər girdiyi anda anlamış olursunuz. Həyəcanla qorxunu eyni anda yaşamağa başlayırsız. Artıq əvvəlki kimi " dandik kəpənəkləri" boş buraxmaq yox! Qanad çırpmağa çalışdığı anda beyninizin kontrol etdiyi " milçək öldürən" işə düşür, qanad açmadan o kəpənəkləri bir bir öldürməyə çalışır. Telefona baxarkən özünüzü "tupoy" təbəssümlə tutduğunuz an, özünüzə acığınız tutur və beyninizin hələ də qəlbinizdən güclü olduğunu özünüzə isbat etmək üçün telefonu kənara atır, umursamaz,  maskalar taxıb, ruhunuzda qabar tutmuş yaraların yenidən qanamaması üçün tək lakin, huzurlu həyatınıza geri dönməyə özünüzü məcbur edirsiz. Çünki artıq bilirsiz, gül suyu ilə hazırlanıb, qızıl fincanda sizə təqdim olunan o bihuş edici şərbətin əslində daha sonra həsrətdən, üzüntüdən nəfəsinizi kəsəcək zəhər olduğunu. Nə qədər ağıllanmış, dərsinizi almış olsanız belə o şərbətin cazibəsi, ətri yenə də bir şəkildə sizi çəkir. Yox, bu dəfə başıma çəkməyəcəm, sadəcə uzaqdan ətrin alacam deyirsiz, biraz sonra  sadəcə dodaqlarımı toxundurub çəkəcəm, içməyəcəm, biraz sonra  sadəcə bir çay qaşığı içim deyirsiz.  Və beləcə gün gəlir zalım şərbət yenə bir şəkildə içilir. Və keçmişdəki təcrübələrinizin acısı canınızı o qədər yandırmış ki, bu şərbətin bəlkə də bu dəfə sizi zəhərləməyəcəyi ehtimalını düşünmürsünüz. Hər şeyin fərqli ola biləcəyi şansını özünüzə vermirsiniz, özünüzü rahat buraxa bilmirsiniz. Andan zövq almağı deyil, gələcəyin bilinməz ehtimalları içində boğulmağı və hər şeyi daha da mürəkkəbləşdirməyi tərcih edirsiniz. Və sonda özünüzə sadəcə bir çıxış yolu tapırsınız. Qaçış!.. Çünki artıq həyatınız yaxşı pis öz kontrolunuz altındadır. Konfort zonanızda özünüz üçün yaratdığınız bəlli bir rejim var. Bəli ürək döyüntüləriniz mədənizdə eşidilmir, çıxıb düşmür. Lakin eyni tempdə saat kimi işləyir. Xəyallarda yox yerdə yaşayırsınız. Heç kimdən asılı deyilsiniz.

İnsan şəxsiyyətinin sərhəddə halı: Borderline Şəxsiyyət pozuntusunda Koqnitiv-bihevioral terapiyalar

Borderline həqiqətən öz yaşadıqlarını anlaya bilsə və bəzən nəyi, niyə yaşadığının həqiqətən fərqinə varmış olsaydı güman ki, sosial münasibətləri olan insanlara özünü belə bir şeir ilə ifadə edərdi: Sən elə bir vaxtda rast gəldin mənə, Ömrün eşq badəsi içilmiş idi. Sən elə bir vaxtda rast gəldin mənə, Mənzilimin çoxu keçilmiş idi. Nə deyə bildim ki, ürəksən mənə, Nə deyə bildim ki, ürək deyilsən. Nə deyə bildim ki, gərəksən mənə, Nə deyə bildim ki, gərək deyilsən. Başlanğıcdakı şeir korifey şairimiz Cabir Novruzun qələminin məhsuludur, psixoanalitik terapiyalar ilə bağlı kursa belə başlamışdıq: Bu gün yaşananlar tək bu günə aid deyil. Bu sözü çox sevdim, çünki bağlanma, obyekt münasibətləri, psixikanın strukturu filan deyilirdi, lakin mən fikrimdə qətiydim, bu gün yaşananlar dünən öyrənilənlərin hər yerdə və hər zamanda özünü doğrultmayan güzgüsüdür. Dolayısı ilə bu şeiri belə də başa düşə bilərsiniz “insanlar mənə rast gəldikdə mənim artıq tərk edilmə, dəyərsizlik, sevgisizlik, layiq görmə, gücsüzlük sxemlərim aktiv idi. İndi bəzən mənim üçün tanrı, bəzən heçliksiniz, düzdür ki, kimsə kiminsə hər şeyi ola bilməz, amma ağrılarım mənə heç kimin heç kimi olmadığımı pıçıldayır.” Klassik psixoanalizi heç vaxt sevə bilmədim. Halbuki mən universitetə daxil olanda hələ Koqnitiv-bihevioral terapiyalar haqqında ölkədə çox da söhbət açılmırdı və bu yanaşma sadəcə “avtomatik düşüncələri ləğv et, qorxuların üzərinə get” kimi təqdim edilirdi, o da koqnitiv və ya biheviorist psixologiya tədris edən müəllimlər tərəfindən. Koqnitiv psixoterapiya ilə tanışlığım təhsilə bərpa edildikdən sonraya, 2018-ci ilə təsadüf edir, bu yanaşma əslində öyrənmənin ən optimal halını ortaya qoyur – rekonstruksiyanı. Buna nail olmaq üçün dünən adətən davranış təcrübəsinə üz tuturduqsa bu gün artıq emosianal tolerantlıq, defuziya, dəyərlər faktorunun müşayiəti ilə “heç nə etməmək” sənəti istiqamətində fərqindəlik qazandırmağa çalışırıq və bu gün nəfəs məşqi belə bir müddət sonra pasiyentin “silahlanmasından” çıxarılır, insan həyatının daha coşqulu, daha şiddətli emosiyası olaraq ortaya çıxan təşviş halına qarşı şəxsin heç bir silaha ehtiyacı olmadığına dair “özündə olma halı” və davranış bərkiməsi həyata keçsin deyə. Psixoanalitik nəzəriyyələr aspektindən Borderline şəxsiyyət pozuntusunun dünəni: Bağlılıq formaları – Boulbi, Eynsvort və Kernberq Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur. Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır. Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik: • Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir. • Təşvişli bağlılıq hansı ki, burada bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir. • Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir. Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır: 1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir. 2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir. IV Bağlılıq forması, Kernberq və Qarışıq bağlanma Nizamsız və ya qarışıq bağlanma zamanı ana ilə qovuşan uşaq qeyri-ardıcıl bağlılıq reaksiyaları verir, məsələn anidən sevinir, dərhal sonra qəzəblənir, anidən anaya yapışma davranışı, ardınca isə qopma və uzaqlaşma davranışı nümayiş etdirir. Bu bağlılıq forması psixoanalitik nəzəriyyələrdə sərhəd sferasındakı problemlərin baza səbəblərindən biri kimi qeyd olunur. Psixoanalitik terapiyalarda bu problemə adətən irəlisi açıq olan və konkret çərçivələnməsi mövcud olmayan proses olaraq yanaşılır. Hər halda istər analiz etmək olsun, istərsə də bacarıq qazandırma, şəxsiyyət pozuntularına müdaxilə 2 il, adətən isə daha çox davam edəcək terapiya seansları tələb edir. DSM lV aspektdən 5 psixiatrik pozuntu kateqoriyası DSM-IV 5 kateqoriyalıdır. Mən bu yazıda iki kateqoriya kənaraçıxmaları sıralayacaq və II kateqoriyada qeyd edilən pozuntunun Koqnitiv-Davranış modeli haqqında danışacam. İrəlidə Kateqoriya 1 və Kateqoriya 2 narahatlıqlar ifadəsi tərəfimdən istifadə ediləcəyi üçün bunu aydınlaşdırmağı labüd hesab edirəm ki, oxucunun zehnində sual işarəsi qalmasın. Kateqoriya I KLİNİK pozuntular. Körpəlik, Uşaqlıq və ya Yeniyetməlik dövründə ilk dəfə diaqnoz qoyulur • Maddə İstifadəsi ilə Bağlı Xəstəliklər • Şizofreniya və digər psixotik pozuntular • Əhval-ruhiyyənin pozuntuları • Təşviş pozuntuları • Somotoform pozuntular • Cinsi pozuntular • Yemək pozuntuları • Yuxu pozuntuları Kateqoriya II ŞƏXSİYYƏT POZUNTULARI və İNTELEKTUAL POZUNTULAR • Paranoid şəxsiyyət pozuntusu • Şizoid şəxsiyyət pozuntusu • Antisosial Şəxsiyyət pozuntusu • Şizotipal şəxsiyyət pozuntusu • Borderline Şəxsiyyət pozuntusu • İsterik şəxsiyyət pozuntusu • Narsisistik Şəxsiyyət pozuntusu • Çəkingən Şəxsiyyət pozuntusu • Asılı şəxsiyyət pozuntusu • Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu Əvvəllər burada Passiv-aqressiv, Depresiv tipi də təsnif edirdik, lakin mənə məlum olmayan səbəblərə görə hazırda təsnifatlarda bu iki “tərk edilən tipin” heç biri və ya Depresiv tipə rast gəlinmir. Məsələn Ertuğrul Köroğlunun “Kişilik Bozuklukları” kitabında “Passiv-aqressiv tip” mövcuddur, amma Depresiv tip yoxdur. Koqnitiv-biheviorist terapiyanın təkamülü və onun Borderline Şəxsiyyət pozuntusunda tətbiqi Koqnitiv terapiya əvvəlcə depressiyanın müalicəsi üçün ortaya çıxdı və sonra digər Kateqoriya I pozuntuların əksəriyyətini müalicə etmək üçün sürətlə genişləndi (Gillian Toll və Xristofer Fayrbürn – Yemə pozuntularının koqnitiv terapiyası, Turkington, Kingdom – Şizofreniyanın koqnitiv terapiyası, Oya Sevin Mortan – Şizofreniya və Psixotik pozuntuların koqnitiv qrup terapiyası, Klarkın təşviş modeli, Ellisin Depressiya modeli, Purdonun OKP, Şerri Predrikin Bədən dismorfik pozuntu modeli və.s bu xüsusda tədqiq ediləcək sahələrdir, təbii ki, Datillonun Koqnitiv-bihevioral ailə terapiyası və Sungurun Koqnitiv-bihevioral cinsi terapiyası da gözardı edilə bilməz) . O vaxtdan bəri, Koqnitiv-bihevioral terapiya özünü digər problemlərdə Kateqoriya II pozuntuların müalicəsinə doğru genişləndirmək üçün kifayət qədər böyük qət etmişdir. (1983 – Marşa Linehanın Dialektik-Bihevioral terapiyası, Layden və Artur Fremanın Şəxsiyyət pozuntularında Beck yönümlü koqnitiv terapiya yanaşması, 2003 – Jeffrey Young ilə Koqnitiv Şema terapiyası yanaşması və.s) Kateqoriya II pozuntuların koqnitiv modelində üç əsas element var. • Koqnitsiyalar • Çox inkişaf etmiş davranışlar • Az etmiş davranışlar Koqnitsiyalara avtomatik düşüncələr, fərziyyələr və sxemlər daxil ola bilər. Yüksək inkişaf etmiş davranışlar kompensasiya strategiyalarıdır, inkişaf etməmiş davranışlar isə çatışmayan həyat bacarıqlarıdır. Avtomatik düşüncələr düşüncənin ən səthi səviyyəsindədir. Bunlara xüsusi hallarda baş verən anlıq düşüncələr və obrazlar daxildir. Buna misal olaraq masanın üstündə görülməli olan bütün işlərə baxaraq “Bu işləri görə bilmərəm” anlayışı avtomatik düşüncə ola bilər. Fərziyyələr yaşayışın şərti qaydalarıdır. Bunlar təcrübə, ailə həyatı və sosiallaşma yolu ilə öyrənilir. Buna misal olaraq “Hər şeyi mükəmməl etmirəmsə, deməli uğursuzam ” ehkamını, fərziyyəsini göstərmək olar. Sxemlər ll kateqoriya narahatlıqların terapiyasının əsas diqqət mərkəzində olan koqnitsiyaları əhatə edir. Tez-tez travmaya səbəb olan bu koqnitsiyalar şərtsizdir, ciddi şəkildə disfunksionaldır və dəyişikliklərə son dərəcə müqavimətlidir, bu sxemlər aktivləşdikdə kəskin affekt reaksiyalarına səbəb olur. Travma həm ayrıca danışılır, həm də sxemlərin başlanğıcı olaraq nəzərə alınır, travmaya misal bədən travması (və ya cinsi istismar), emosional travma (və ya son dərəcə maladaptif valideyn davranışı) ola bilər. Sxemə misal olaraq “Mən bir fərd olaraq tamamilə qüsurluyam” düşüncəsi ola bilər. II Kateqoriya pozuntularda terapiyanın çox inkişaf etmiş davranış elementlərinə kompensasiya strategiyaları daxildir ki, bu da uşaqların düşdüyü həyat vəziyyətlərinin öhdəsindən gəlmək üçün inkişaf etdirdikləri mübarizə bacarıqlarıdır. Uşaqlar alkoqollu içkilərin aludəçiliyindən əziyyət çəkən və təcavüzkar valideynlə yaşamaq, cinsi istismara məruz qalmaq və ya uşağın əsas psixoloji sağlamlıq ehtiyaclarına mənfi təsir göstərən mübahisəsiz qaydaların olduğu bir mühitdə yaşamaq kimi qarşısıalınmaz vəziyyətlərə cəlb edilə bilər. Bunların heç biri uşaqların “nəzarət edə bildiyi” vəziyyətlər deyil, lakin uşaqlar bununla mübarizə aparmaq istəyirlər. Müəyyən bir müddət funksional və işlək kimi görünən hər hansı bir strategiya çox vaxt sonralar yenidən və ya daimi istifadə olunur. Yetkinlik dövründə bu şəxslər nisbətən məhdud sayda kompensasiya strategiyalarına etibar etməyə davam edə bilərlər, bu kompensasiya davranışları çox inkişaf etmiş bacarıqlardır adətən və beləliklə, işlək və ya qeyri-funksional olmağına baxmayaq uşaqlıqda yaşanan situasiyalara bənzər hər hansı bir situasiya şəxsin təcrübəsini stimullaşdırdıqda bu mübarizə vasitələri aktivləşir. Çox vaxt pis nəticələrin qarşısını almaq üçün hazırlanmış bu strategiyalar özləri zamanla qarşısını almalı olduqları çox pis nəticələrə gətirib çıxaran davranış nümunəsi kimi qarşımıza çıxır. İstənilən nəticəni vermədikdə, xəstələr tez-tez fərqli bir strategiyanı sınamaq əvəzinə “kifayət qədər iş görmədiklərinə qərar verirlər”. Onlar edəcəklərini “daha çətin, daha sürətli, daha əhatəli, daha ciddi” etməli olduqlarını hiss edirlər. Məsələn daha çox alkoqol qəbul etmək, gücsüzlük sxemi aktiv olduğunda silahlanma davranışı və.s. Beləliklə, nəticə verməyən davranışlardan imtina etmək əvəzinə, uğursuz olsa belə, eyni strategiyadan daha tez-tez istifadə etməyə başlayırlar. Yetkinlərdə, uşaqlıq təcrübələrini psixoloji olaraq xatırladan vəziyyətlərdə sxem inancları və kompensasiya strategiyaları aktivləşməyə davam edir. II kateqoriyalı narahatlıqların Koqnitiv-bihevioral terapiyası geniş mənada xəstənin sxeminə və kompensasiya strategiyalarına bələd olma və onların daha dəqiq və funksional inanc və davranışlar ilə əvəz etmək üçün yenidən qurulmasını əhatə edir. Bu, həm də çatışmayan həyat bacarıqlarının öyrədilməsi deməkdir. Bütün bunlar bu yeni inanc və davranışların tətbiq oluna və öyrənilə biləcəyi bir mühitdə edilir. Borderline şəxsiyyət pozuntusu tez-tez həm mütəxəssisi, həm də xəstəni çaşdırır. Bu qarışıq narahatlığın simptomları arasında; Tərk edilmə, qeyri-sabit və şiddətli emosiyalar ilə təzahür edən münasibətlər, şəxsiyyət böhranı, reaktiv özünə zərər vermə, öldürücü və özünə zərər verən davranış, əhval-ruhiyyənin qeyri-sabitliyi, boşluq hissi, irrasional qıcıqlanma, paranoid və dissosiativ simptomlar var. Borderline Şəxsiyyət pozuntusu olan benefsiarların tipik sxemləri içərisində Tərk edilmək, Güvənsizlik, Yetərsizlik, Gücsüzlük, Layiq görmə vardır. Tipik Borderline kompensasiya strategiyalarına/çox inkişaf etmiş bacarıqlara: yayınma , aqressiya, asılılıq, özünə zərər vermə, “danışmamaq, hiss etməmək” qaydaları və həddindən artıq həyəcanlılıq daxildir. Bu davranışlar Borderline Şəxsiyyət pozuntusunun əsas sxem inanclarına reaksiya olaraq ortaya çıxan davranış nümunələridir. Məsələn, bu xəstələrin hissləri və düşüncələri çox vaxt uşaqlıqda qiymətləndirilmirdi. Onlara bildirilmişdir ki, onların hiss və düşüncələrinin özləri, eyni zamanda bu hiss və düşüncələri ifadə etmək yanlış və zərərlidir. Bu da özlüyündə “danışmıram, hiss etmirəm” kompensasiyasını inkişaf etdirmiş, bu kompensasiya və ya qayda uşağın sağlam özünü tanımasını və özünə inamını inkişaf etdirməsini qeyri-mümkün etmişdir. Qısaca bu benefsiarlara uzaqdan baxdıqda həyat hekayələri belə izah oluna bilər - Onlar kim olduqlarını bilmirdilər, ehtiyaclarının nə olduğunu dərk etmədilər və ehtiyaclarını necə ödəməyi öyrənmədilər. Travma çox vaxt heç kimə etibar edilə bilməyəcəyi və ya hər kəsin bir gün gedəcəyi inancına səbəb olur. Yetkinlik vəziyyətlərində uşaqlıq inancları və davranışları təkrarlanır. Bu, “o zamanın indiki ilə qarışmasına” və böyüklərin uşaqlıq travmalarını yenidən aktivləşdirməsinə səbəb olur. Bundan əlavə, Borderline xəstələri üçün travma yalnız məzmun kimi deyil, həm də orijinal fəaliyyət növü kimi kodlaşdırılır. Yetkin bir Borderline Şəxsiyyət pozuntusundan əziyyət çəkən şəxs yalnız uşaqlıq travmasının nəticələrinə inanmır, həm də uşağa uyğun idrak strategiyaları ilə birlikdə bu sahədə məlumatları emal edir. Bu daha primitiv işləmə bacarıqları tez-tez Borderline tip şəxsiyyət pozuntusu olan benefsiarı terapevt üçün anlaşılmaz edir. Çox vaxt benefsiarlar da özlərini anlaşılmaz hesab edirlər. Sui-istifadəyə məruz qalan və disfunksional, sərt mübarizə strategiyaları inkişaf etdirən uşaqlar sağlam həyat bacarıqlarını öyrənmirlər. Bu uşaqlarda sağlam ünsiyyət bacarıqları, uzaqgörənlik, problemləri həll etmə bacarıqları, kimin etibarlı olduğuna qərar vermək, valideynlik bacarıqları, müdafiə bacarıqları, özünü tanımaq, emosiyaların tənzimlənməsi bacarıqları, özünü sakitləşdirmə bacarıqları və s. kimi sosial bacarıqlar az inkişaf etmiş və ya ümumiyyətlə inkişaf etməmiş olur. Bu Bacarıqların olmaması onların gündəlik həyatda qeyri-münasib vəziyyətlərə düşməsinə və ya qeyri-münasib şəkildə reaksiya göstərməsinə səbəb olur. Onlar tez-tez sağlam həyat bacarıqlarının olmaması səbəbindən yaranan və ya daha da pisləşən real böhran vəziyyətlərində olurlar. Aşağıdakı siyahı Borderline Şəxsiyyət pozuntusu olan şəxslərdə Koqnitiv-bihevioral terapiyaya başlamaq adına müalicə məqsədlərini göstərir. Ancaq müəyyən bir neçə addım varki müalicə boyu dəfələrlə təkrarlanacaq və digər addımlarla birləşdiriləcəkdir. Beləliklə, Koqnitiv-bihevioral terapiya aspektindən Borderline şəxsiyyət pozuntusunun məqsədləri 1. Tam və geniş bir şəxsiyyət və inkişaf ananmnezi alın. • Necə bir ailədə doğuldu? • Valideynlərini necə xatırlayır? • Onların sənə qarşı münasibətləri necə idi? • Bir-birlərinə qarşı münasibətləri necə idi? • Bacı və qardaşlarına qarşı münasibətləri necə idi? • Valideynlərinin başqalarına qarşı münasibətləri necə idi? və.s 2. Özünə zərər verən davranışları və intihar meyllərini azaldın. • Sonuncu dəfə bu təcrübəni nə vaxt yaşamısan? • Nə baş vermişdi? • Bunun səndə məna qarşılığı nə idi? Necə mənalandırdın? • Nə hiss etdin? Fuziya və Defuziya anlayışı • Davranış məşqi kimi şəxsin düşüncə və emosiyalar ilə bütünləşmək və ayrılmasını sınamaq olar. Məsələn: A. Düşüncə nədir? B. Düşüncə nə deyil? C. Düşüncə necə təsir edir? D. Düşüncə necə təsir edə bilmir? E. Emosiya nədir? F. Emosiya nə deyil? G. Emosiya necə təsir edə bilər? H. Emosiya necə təsirsizdir? Maarifləndirmə: Psixiatrik xəstəliklər içərisində Obsessiv-kompulsiv pozuntu deyə bir kateqoriya var, bu şəxsin məcburi obraz və fikirlərin müşayiəti ilə özünü rahatlatmaq davranışıdır. İntim obsessiyası olan bir ata körpə qızına hər yaxınlaşdıqda xəyalında ona qarşı cinsi istək hiss etdiyinə dair obraz ortaya çıxır. Ata 2 yaşlı qızına heç toxuna bilmir. Çünki düşüncənin gerçək olacağını düşünür, dolayısı ilə heç bir davranış olmasa belə sadəcə olaraq var olan və yox olan düşüncənin qızına zərər verəcəyini düşünür. Bir tərəfdən şəxs təşviş hissindən qaçarkən, digər tərəfdən iztirab dünyasına qapılarını açır. Halbuki düşüncəni sadəcə buluda da bənzətmək, ona görə deyil, ona rəğmən də yaşamaq olardı. Gəl səninlə bir məşq edək, məndən yaxşılar buna Bulud metaforası deyir (ardı üçüncü bənddə) 3. Özünü sakitləşdirən, mübarizə aparan və xoşagələn davranışları artırın. Bulud metaforası Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir? 4 · Təmizləmə və.s kimi təşkilati bacarıqları inkişaf etdirəcək əsas həyat bacarıqlarını öyrədin. • Ev tapşırıqları müzakirə edilir və təyin edilir. Məsələn: Problem çözmə siyahısı Təxirə saldığınız işə nə vaxt başlamaq istədiyinizi müəyyənləşdirin. Səhifəni yarıya bölmək üçün xətt çəkin və iki sütunu “Problemlər” və “Həllər” adlandırın. Problemlər sütununda işə başlamanıza mane ola biləcək hər şeyi yazın. Sonra Həll sütununda bu problemlərin hər birini necə həll edəcəyinizi yazın.  Və ya Böyük işlər üçün kiçik addımlar Böyük bir uğura, ya da məqsədə gedən yolu olduğu kimi böyük görmək hər zaman sənə ümidverici nüanslar vəd etmir və bəzən də bu böyük məqsədlərin böyüklüyü səni qorxuda, hələ hərəkətə keçmədən yora, geri çəkilməyə vadar edə bilər. Lakin böyük bir məqsədi, kiçik hissələrə böləndə əlində yol xəritəsi tutmuş kimi olursan. Məsələn: İsinmək məqsədi olan insanın kiçik addımları bunlar ola bilər. • Əvvəlcə içində olduğu otağın qapı və pəncərələrini bağlamaq • Sonra odun yığmaq • Ardınca odunları sobaya toplamaq • Odunları odlamaq. Əlavə nümunə üçün, mən hüquqşünas olmaq istəyirəm deyən abituriyentin kiçik addımlarına diqqət edək. • III blok fənləri üzərində daha çox çalışmaq • Ədəbiyyat, Tarix, İngilis dili, Riyaziyyat, Azərbaycan dilinin həftəlik mütaliə saatlarını müəyyən etmək, istirahət vaxtları təyin etmək. Həftəlik mütaliə saatını təmin etdikdə həftə sonu özünü sevdiyi, amma hazırda məşğul olduğu üçün uzaq qaldığı hər hansı bir fəaliyyət ilə mükafatlandırmaq. • Vaxtaşırı imtahan təcrübəsini inkişaf etdirmək və nisbətən zəif olduğu nöqtələri təyin etmək üçün sınaqlarda iştirak etmək. 5. Problemlərin aradan qaldırılması, ünsiyyət, valideynlik, qərar qəbul etmə, sərhədlərin qoyulması, emosiyaların tənzimlənməsi və ünsiyyət bacarıqları kimi inkişaf etməmiş həyat bacarıqlarını öyrət. David Letterman dinləmə texnikası Burada siz David Letterman və ya Cey Leno , olsun elə Bəyazit Öztürk kimi tok-şou aparıcıları bənzəri, hər kəslə və hər yerdə təsadüfi və səmimi söhbətlər etməyi öyrənirsiniz. Siz Atəşkəs Texnikası istifadə edir, Düşüncə və Emosiya Empatiyası qurur, Maraq və kompliment istifadə edərək diqqətinizi digər şəxsə yönəltməyi öyrənirsiniz. Onu özünüzə cəlb etmək əvəzinə projektor işıqların onun üzərində olmağını təmin edirsiniz. Bunu heyranlığınızı ifadə edərək və dostcasına etsəniz, qarşıdakı insan sizin haqqınızda müsbət hiss etməyə başlayacaq. Paradoksal Qəbuletmə Çatışmazlıqlarını sakit və yumor hissi ilə qəbul edirsən. Qəbul Paradoksu Buddist təliminə əsaslanır ki, özünü müdafiə etdiyin zaman özünlə bir növ müharibə yaradırsan. Öz tənqidinə qarşı özünü müdafiə etsən, özünlə mübarizə aparmalı olacaqsan. Əksinə, tənqiddə həqiqət zərrəsi tapsan, içindəki tənqidçinin şövqünün aşağı düşməsinə imkan verəcəksən. Burada tənqid edən təbii ki, özünsən və buna görə də özünlə barışırsan. Rol oyunu ilə sözlü konflikt yaşanan situasiyaların təyin edilib müzakirəsindən sonra situasiyanı səhnələşdirmək mümkündür, Məsələn: Başqa bir insanla müsbət və mənfi düşüncələrinizin rolunu alın və qarşılıqlı dialoq qurun. Mənfi fikir rolunda olan insan “Sən”lə başlayan cümlələrlə hücum etsin, müsbət fikir rolunda olan şəxs isə “mən”lə başlayan cümlələrlə özünü müdafiə etsin. Burada bir xüsusa diqqət etmək lazımdır ki, texnika faydalı olsun, benefsiar ilə bu texnikada rol alan şəxs özünün benefsiara qarşı olan emosiya və düşüncələri ilə deyil, benefsiarın özünün özünə qarşı olan düşüncələri ilə hücum etməlidir və cümlələr “Mən düşünürəm ki” deyə yox, “səndə bu qüsurlar var, bunlara görə ümid edirəm ki, utanırsan” bənzəri olmalıdır. 6. Sxem və inancları müəyyən edin. • Burada təməl inancları kəşfə yönələn müxtəlif texnikalar sizə faydalı ola bilər. Məsələn: Aşkar etmə texnikaları 1. Aşağı ox Aşağı ox texnikası sizi təşviş və depressiyaya çəkən yıxıcı kök inancları təyin etmək üçündür. Neqativ düşüncənin aşağıda ox çəkib özünüzə “Deyək ki bu düşüncə doğrudur, bu düşüncə mənə hansı səbəbdən mənfi təsir edir? Bunun mənim üçün mənası nədir?” deyə soruşuruq. Cavabdan sonra hər dəfə cavabın aşağısına ox çəkib eyni sualı təkrar edib yeni cavab alın, beləliklə neqativ düşüncəmizin altında yatan inancları öyrənmiş olacağıq. 2. “Deyək ki, bu oldu” Bu texnika da qorxuların arxasındakı ssenarimizi tapmağa kömək olur. “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını verin, sonra isə bunu hər dəfə cavab alanda yenidən o cavaba “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını ünvanlayın. Bir neçə dəfə bunu cavablayın, sonra özümüzdən soruşaq, “Bütün bunların gerçək olma ehtimalı nə qədərdir?” 7. Bu inanclara səbəb olan uşaqlıq şəraitini müəyyənləşdirin. • Əsasən yönləndirici suallar ilə hekayəni dinləyin  Əli /Ayişə, bu sahib olduğun inancların nədən, hardan gəldiyi ilə bağlı bir xatirən varmı?  Səncə bu inanclar hər zaman və hər məkan üçün doğruldumu?  Bunların doğru inanc olduğunu hansı nümunələr ilə öyrəndin? 8. Sxem inancını insanın həqiqi səsi olmayan daxili səs kimi müəyyən edin. Mənaların fərqləndirilməsi texnikaları – Qəbul və könüllülük terapiyası Məsələn: A. Vərəqə - Mən günahkaram - yazdır. 1 dəqiqə ərzində “Mən günahkaram, mən günahkaram, mən günahkaram” - deyə təkrar etdir. B. Vərəqə - Mən günahkar olduğumu düşünürəm – yazdır. 1 dəqiqə ərzində - “Mən günahkar olduğumu düşünürəm” - deyə təkrar etdir. C. Vərəqə - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə yazdır. 1 dəqiqə ərzində - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə təkrar etdir. Və sonra bu mənalar arasında fərqliliyi sorğula Daha əlavə Günahkaram ifadəsini deyək ki, başqa bir dildə ifadə etməyi üçün bir vərəq təqdim edirik, Məsələn: İtalyanca – sono colpevole [sunu kalpeevoli] Albanca – Unë jam fajtor [un yam faytor] Almanca – Ich bin schuldig [iş bin şuldiq] – bunları şəxs ifadə etdikdən sonra: T. Bu sözlərin nə mənaya gəldiyini bilirsən? B. Xeyr. Nə deməkdir ki? T. Nəsə hiss etdirmədi sənə? B. Yox? T. Hamısı “günahkaram” deməkdir. Sizcə bu ifadələri demək sizə hansı səbəbdən pis hiss etdirmədi? B. Anlamadım deyə ola bilər? T. Deməli başqa cür anlasaq da fərqli hiss edə bilərik. 9. Bu fikrin kimə məxsus olduğunu müəyyənləşdirin.  Bu sözləri, bu fikirləri sənin haqqında daha çox kimlər ifadə edirdi? / bu fikirləri daha çox kimdən eşitmisən? İnsanların danışdığı ifadələr və onların doğru, yanlış, həqiqət, yalanları haqqında psixoloji maarifləndirmə aparılır, alternativ düşüncənin əlavə edildiyi 7 sütunlu düşüncə qeydi formu doldurulur. Nə vaxt idi Nə oldu? Nə düşündüm? Nə hiss etdim? Nə etdim? Başqa nə düşünə bilərdim? Alternativ düşüncəni düşünsən necə hiss edərdim? Cədvəl.1. 10. Benefsiarı öz həqiqi səsini müəyyən etməyə təşviq edin. Uşaqlıq mühitinin öhdəsindən gəlmək üçün uşaqlıqda öyrənilən davranışları və bu mühitlərin yaratdığı inancları müəyyənləşdirin. Burada koqnitiv rekonstruksiya üçün düşüncə üzərində iş ən az təsirə malik texnika olacaqdır. O səbəbdən Fayda və zərər analizi ilə situasiyaya yenidən baxırıq Fayda: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi faydalar nələr olmuşdur? Zərər: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi zərərlər nələr olmuşdur? Və dahası motivasiya yaratmaq üçün alternativ davranış nümunəsini yazırıq, sonrasında vərəqi iki hissəyə ayırır, mümkün variantları təxmin edirik və sonra bunlara dair inancımızı qeyd edirik, ardınca yeni davranışı həyata keçirir və vərəqin boş hissəsində yeni davranış sonrası təəssüratlarımızı qeyd edirik. Yəni inanc və düşüncələri, fərziyyələri, ümumiyyətlə koqnitiv rekonstruksiyanı davranış təcrübələri əsasında həyata keçiririk. 11. Mövcud mühitlə indiki mühiti fərqləndirin. Mövcud mühitin hansı aspekti stimullaşdıran amil kimi çıxış edən keçmişlə oxşardır? Fərqli, lakin nəzərə çarpmayan nədir?  Mövcud mühitdəki güclü tərəflərin nələrdir?  Zəif tərəflərin nələrdir?  Bu gün sənə nələr keçmiş mühiti xatırladır?  O stimmulaşdırıcı xatirələr ilə necə mübarizə aparırsan? Koqnitiv Ekspozisiya və ya Klassik ekspozisiya+5 duyum aktivləşdirməsi Koqnitiv Ekspozisiya Bəzən qorxduğun hər hansı bir nüansa özünü məruz buraxa bilmirsən. Məsələn, əgər səndə uçmaq qorxusu varsa, qorxunun öhdəsindən gəlmək üçün təyyarəni qəzaya uğratmaq fikrində olmamağın təbiidir! Ancaq Koqnitiv Ekspozisiyadan istifadə edərək xəyalən bu qorxu ilə qarşılaşa bilərsən. Burada əsas nüans “heç nə etməmək sənətidir”, qorxulan görüntü ilə mübarizə aparmaq əvəzinə ona təslim oluruq. Real narahatlıq yaradan situasiyada isə deyək ki, nəfəs məşqləri ilə başlanğıcda qorxulan situasiya ilə 30 dəqiqə üzləşmə aparılır 13. Digər davranış formalarını araşdırın  Başqa çox inkişaf etmiş/kompensasiya edici davranışları kəşf edir və dəyişdirir 14. Yeni davranış həyat bacarıqlarını tətbiq edin.  Az inkişaf etmiş / sosial və həyati bacarıqları inkişaf etdirmə və formalaşdırma. 15. Davranış təcrübələrindən əldə edilən yeni həyat qaydalarını və yeni sxemləri şifahi şəkildə ifadə edin.  Dərs danışır bənzəri bloknota qeyd etdiyi yeni fərziyyə və inancları danışır, bu situasiyaları yaradır və yeni bacarıqları eyni bizlər terapevtik bacarıqları tətbiq etdiyimiz bənzəri situasiyalara tətbiq edir. 16. Şəxsiyyət məsələlərini araşdırın.  Xarakter əlamətlərinə çevrilmiş və tətbiq edildikcə hipokampus iştirakı ilə bərkimiş olan vərdişləri, eyni zamanda introversiya və ya ekstroversiya əlamətləri və.s. 17. Təsvirlər, qoxular, əşyalar və s. istifadə edərək yeni Sxemi dəstəkləyən situasiyalar yaradın, assosiativ yaddaşı yenidən qurun. Məsələn  Həyatın nə mənaya gəldiyi sorğusu ətrafında müzakirə +  Əgər onun bir forması olsaydı necə olardı? – sualı əsasında otaqda “həyat mənası formasında” fiqur Dəyərlər  Onun vizual qarşılığı  Onun qoxu qarşılığı  Onun səth və ya əşyavi qarşılığı və.s Əsasında sxem və düşüncələrin bərkidilməsi həyata keçirilir. Ədəbiyyat siyahısı: 1. APA – DSM – IV, 1994 2. Arthur Freeman, Layden, M. A., Newman, C., Morse, S. (1993). Cognitive Therapy of Borderline Disorder, Needham, MA: Allyn & Bacon. 3. Bahattin Göktan – Psikanalitik terapiler temel eğitimi, Kuramcılar 4. David D. Burns – Panik atakda, Psikonet, 2018 5. Greenberger, Padesky – Evinizdeki terapist, Altın kitaplar 6. Jeffrey Wood - Diyalektik Davranışçı terapi, Dev Belgesel yayınları 7. Mary Layden – Sınırda kişilik bozukluğunda bilişsel terapi, Bilişsel terapi ve uygulamaları, Robert l. Leahy, litera yayın evi, 2004, səh.313-332, 8. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021 9. Robert l. Leahy – Duygusal Şema Terapi, Altın pusula, 2018 10. Sinem Durusal – Kabul ve kararlılık terapisi, Eğitim Sunumu Psixoloq: Nəsimi Qiyasov Tarix: 05.07.2022 Azərbaycan Respublikası, Bərdə şəhəri

Bəzi insanlar niyə hər zaman haqlı ?

Haqlıyam! Kim nə deyirsə desin mənim dediyim doğru Gündəlik həyatımızda, istər -istəməz hamımızın hər şeydə haqlı olduqlarını iddia edən insanlarla qarşılaşmamız mümkündür.Necə olur ki, başqaları tərəfindən haqsız olaraq görülən bu insanlar haqlı olduqlarını söyləyirlər, məsələni bağlayıb özlərinə təsəlli verirlər? Sosial mediada gizli olan əsaslandırma sxemindən bir az danışmaq istərdim. Bu sxemə sahib olan insanların fəlsəfələri haqqında bir az danışmaq faydalı olardı.Səhv edirəmsə "haqlısan" de.Yenə haqlıyam.Ən çox sevdiyim xüsusiyyət həmişə haqlı olduğumdur. "Sosial media şəkillərindən" kimi bir çox söhbətlərlə tanışıq. Bəzilərimiz bunu çox normal hesab etsək də, əslində bu sxem kimya anormal bir şəkildə yaxın münasibətlərimizi və romantik əlaqələrimizi təsir edir.Bəs əsaslandırma sxemi nədir? Daha doğrusu, sxem kimi istinad etdiyimiz şeylər nələrdir?Sxemlər əsasən həyatımızı asanlaşdırır; Bizi qeyri -müəyyənlikdən xilas etmək, hər halda hər şeyi yenidən öyrənmək çətinliyindən xilas etmək kimi funksiyalara malikdir və bu sxemlər valideyn münasibətlərindən təsirlənərək formalaşır və formalaşır. Sizin üçün real məhdudiyyətlər qoyulmayıbsa və özünü idarə etmək ehtiyacınız ödənilməyibsə, ehtimal ki, bir əsaslandırma sxeminiz var. Valideynləriniz müsbət və ya mənfi davranışlarınıza son dərəcə dözümlü idilərsə, digərinin hüquqlarından sui -istifadə etdilər və bunu öyrəndiyiniz təqdirdə sizə qarşı ərköyün və yaltaq münasibət nümayiş etdirdilər; Yaşınıza uyğun məsuliyyətlər təyin etməmisinizsə, üstünlük hissi yaradacaq münasibətlər qurmusunuzsa, uyğun rəhbərlik yanaşmasından məhrum ola bilərsiniz. Bu səbəbdən belə davranırsınız.Belə olduqda, həyatı necə başa düşürsən və münasibətlərdə necə davranmalısan?İnsanlar dünyaya gəldikləri andan etibarən ünsiyyətcilliyə ehtiyac duyduqlarını söyləyə bilərik və başqalarından öyrənilən hər davranış problemlərin öhdəsindən gəlmə qabiliyyətimizə təsir edir. Mümkündür ki, ətrafınızda sizə uyğun olmayan şeylər ola bilər, bunları ifadə etməkdə çətinlik çəkirsinizsə bir problemin əlamətidir, ancaq başqaları sizdən bir şey istədikdə "yox" deməyi çətinliklə qəbul edirsinizsə münasibətlərinizdə belə davranmağa davam edirsinizsə, salehlik sxeminizin yüksək olduğunu söyləyə bilərik.Mən xüsusi bir insanam və digər insanlar üçün qoyulan məhdudiyyətləri qəbul etmək məcburiyyətində deyiləm.İstədiyimi etməyə mane olmağımdan və ya məhdudlaşdırılmağımdan nifrət edirəm.Başqalarının əməl etdiyi normal qaydalara və adətlərə riayət etmək məcburiyyətində olmadığımı hiss edirəm.Etdiyim işin başqalarının töhfəsindən daha vacib olduğunu hiss edirəm.Münasibətlərdə bu sözləri tez -tez eşidirik və yaşayırıq. Başqa insanlardan üstün olduqlarını və xüsusi hüquqlara sahib olduğunuzu düşünən tərəfdaşlarla bu münasibətdə, insan özünü daim dəyərsiz və bədbəxt hiss edir, bunun səbəbini iki cür izah edə bilərik; 1- Haqlı olduğunu iddia edən şəxs bu davranışı ailəsindən öyrənmiş ola bilər. 2- Özünüzü qurban verməyi və belə bir ortağa təslim olmağı öyrənə bilərsiniz.Bu cür döyüşlərin, qadınlara qarşı şiddətin və cinayətlərin altında yatan ən böyük mexanizm, hakimiyyəti qurmaq səylərinin əsasını təşkil edən və öz mənafelərinə üstünlük verən haqlılıqdan qaynaqlanır. İstək yolunda hər şeyin icazəli olduğu məntiqi ilə, yalnız nəticəyə baxan və üstünlüyünü qurmağa çalışan fərdlərdən qaynaqlanır. Hər vəziyyətdə və qarşıdurmada, sonunda ölüm olsa belə, insan özünü haqlı görür, buna görə də digər insanı başa düşmək üçün empatiya hissləri inkişaf etməmişdir. Güc və səlahiyyət qazanmaq; Hakimiyyət qazanmağa həddindən artıq diqqət ola bilər. Öz maraqları uğrunda rəqabət apara bilər və buna görə də haqqı olmasa belə qarşı tərəfə təzyiq göstərə bilər. Klinik Psixoloq Dr.Kahraman Gülər

Həyatın özündən tükənmişlik hekayələri: Kitab kimi yaşa ki, təbəssümün və kədərin yaşatsın

Həyat bizim bildiklərimizin bilmədiklərimizin yanında dəryadan bir damla kimi görünməli olduğu və öyrənmə yolçuluğunun bitməli olmadığı bir yer olmalıykən bəzən bizə “hər şeyi bilirsən, dinləmək yox, danışmaq vaxtıdır” ifadəsini dedirdən bir yerdir. Təəssüf ki, ixtisas və təhsil səviyyəsindən asılı olmayaraq hər kəs bu tələyə düşə bilir, tələbəsinin yanaşmasını dinləmək istəməyən müəllimlər, gənc məzunun fikrini eşitməzdən gələn həkimlər və.s. Həyat bizi danışmağa sürükləyərkən bizlər bəzən qarşımızdakı insanlara bəlkə də heç vaxt qaldıra bilməyəcəkləri yüklər yükləyə bilirik. Bilgə olduğumuzun yaratdığı parlaq işıqlar içində bəzən insanları bizi anlamağa və ya bizim kimi olmağa borclu hesab edərik. İnsanlar bizim kimi ola bilmədikdə geri çəkilmək əvəzinə bunu bütün insanlarla ümumiləşdirər və bir müddət sonra artıq hər kəsi öz tərəzimiz ilə çəkməyə başlayarıq, halbuki həyat fərqliliklərlə gözəldir axı, dindarı ilə, dinsizi ilə, rəssamı, musiqiçisi, şairi, geoloqu, pedaqoqu, həkimi ilə gözəl və yaşana biləcək bir yerdir dünya. Tükənmişlik sindromu haqqında danışanda bu problemin səbəblərindən başlıcası olaraq insanın əməyinə qarşılıq heç bir yol qət etməməyini qeyd etmişdik, müasir dövrdə aldığı cüzi maaşa görə işləmək üçün həvəsi qalmayan bir çox psixoloq yoldaş tanıyıram mən. Bu ixtisasda və bütün digər sahələrdə tükənməyə qarşı profilaktik tədbir olaraq atacağımız iki əsas addım var, ya siz gördüyünüz işi vəzifə borcu olaraq qəbul edib, bu xidmətin daxilində olduğunuz zaman gördüyünüz işi sevəcəksiniz, ya da bir digər daxili amili ortaya qoyub, özünüzü bilən adam rolundan xilas edib, öyrənən adam rolunda çıxış edəcəksiniz. Həyatdan hekayələr deyəndə sizə bir eşq, bir də şair, nasir, sənətkar və.s tükənmişliyindən misallar çəkməyə çalışacam. 1.“Elə sev ki, sevilən də sevməyi səndən öyrənsin” bu sözü ilk dəfə professor Mehmet Sungurdan eşidəndə qəribə bir xoşbəxtlik bürümüşdü məni, sizcə də möhtəşəm səslənmirmi? Sən öz mənini sevməyə tərk edir və bu məqamda həm də müəllim rolunda oynayırsan, onu həyatın hər məqamı ilə tanış edir və bu yolda öz yoldaşlığını təklif edirsən, bu yolda əlindən tutacağı halda da, tutmaq istəmədiyi halda da bir qanunauyğunluq var əlbəttə. Birinci halda Markesin ifadəsi ilə (Danışdığın qarşındakının anladığı qədərdir) səni anlaya bilib deməkdir, deməli bir maneə yaranmayıb və o səni ifadə etmək istədiyin kimi qavrayıb. İkinci hal isə öyrənmə çətinliyidir, bu da anlaşılan bir haldır, necə ki, insanlar gözəlliyi bəzən xarici görünüş, bilgəliyi imtahanlarda yüksək bal ilə qiymətləndirir, o cümlədən də sevgini öyrətdiyiniz insanın sevgi ilə bağlı təsəvvürlərinin sağlam olub, olmamağı burda önəmli məqamdır. Yarımbaşlığın müəllifinə də adətən belə bir sual ünvanlanır “Cənab professor, sevgi öyrətdiyimiz şəxs sevgini öyrənmir” burada digər bir məqam ortaya çıxır, sevdiyiniz şəxsin sevgini öyrənə bilməməyi sizin metodunuzun uğurlu və ya uğursuz olmağı ilə deyil, onun sizin metodunuzu mənimsəmək istəmədiyini göstərir. Siz qarşınızdakı şəxsin sevgini öyrənə bilmədiyini öyrənmiş olursunuz, hadisələrə məna yükləmədən, saf dəyərləndirmə aparıldığı zaman ortaya çıxan nəticə göstərir ki, öyrətdiyimizi öyrənməyən insanla romantik münasibətdəki uğursuzluq bizi bilən insan rolundan öyrənən insan roluna keçirdir. Öyrənmək xoş həyəcanla müşahidə olunan bir proses və bu yolçuluq başdan-başa həyata illər deyil, illərə həyat qatan bir məqamdır. Odur ki, sevgini bizdən öyrənmək istəməyən insanlar haqqında “Mən onunla təhlükə arasında sərhəd oldum, o təhlükəyə şeir yazıb məni sadəcə tikanlı məftil hesab etdi” kimi ağrılı bir cümlə qurmaq əvəzinə yaşanan hekayədə iki məqama baxmaq olar, mərhum professor Doğan Cüceloğlu bunları şövq və mübarizə adlandırırdı. Özünüzə iki sual ünvanlayın : 1. Onunla tamamlanmaq uğrunda əlimdən gələni etdimmi? 2. Əlimdən gələni edərkən şövqlü idimmi? İnsanın öz şahidliyi özünə və başqalarına olan qəzəbinə su səpər, ürəyini sərinlədər. Öz şahidliyiniz sizin leyhinizə ifadə verirsə deməli siz bu hekayədə yenə sizi siz edənləri qorumusunuz, sizi siz edənləri sevə bilməyən biri ya sizi sizdən alacaqdı, ya da sadəcə uzaq qalacaqdı, o sizin üçün ən böyük addımı atıb bu məqamda deməli. Sizin həyatınızdan gedən insanların addımlarını dəyərləndirərkən onun siz tərəfdən qəddar qəbul etdiyiniz addımının içərisində bir də sizə qarşı olan sədaqət ruhunu axtarın, sizin şəxsinizə bəslədiyi hörmət üçün, sizi siz edənlərin sizə qalmağı və sizin özünüzə sadiq qalmağınız üçün getdiyini düşünün. İnanıram ki, bu məqamlar sizin özünüzü də, qarşınızdakını da bağışlamağınız üçün köməkçi vasitə olacaq. Bağışlamaq yolunda addım atan insanı mən Mary Ainsworth’un “Yad situasiya” adlı eksperimentindəki sağlam bağlılıq quran körpələrə bənzədirəm, necə ki, onlar “Bağlılıq fiqurları” qayıtdıqdan sonra həyatı yenidən kəşf etməyə davam edir, bağışlayan insan da özünə özünü qaytararaq yeni kəşflər adına yola davam edir.  2. Qaçdım məni sevən gözlərdən daha Hamının sevgisi gözündə qalsın Ev tikən deyiləm sözlərdən daha Qoy hamı o çölün düzündə qalsın Bağışlamaq heç də təkcə ikili münasibətlərdə yaşanan və yaşandığı halda rahatlıq gətirən bir davranış deyil. Əslində bağışlamaq heç tam olaraq davranış da deyil. Əsasən duyğular və düşüncələrlə əhatə edilmiş bir fenomendir. Küskünlük şəxsin əksini iddia etməyinə rəğmən bir gözləmə formasıdır, küsdüyü məqam və ya adamım ona doğru özünü bağışlatmaq üçün bir addım atacağının həsrətidir küskünlük. Ömrü gözlənti ilə keçən insanların hamısı bu dünyadan alacaqlı kimi getdi halbuki, rəvayətlərdə deyilir ki, sultan Süleyman Qanuninin əli cənazənin çölündə və boş idi məsələn. Odur ki, gözlənti və böyük dəyişikliklərə ümid edərkən biz əslində alacaqlı roluna girir, müxtəlif insanlardan, müxtəlif dəyişikliklər gözləyirik, Azərbaycan ədəbiyyatı, musiqisində belə məqamlar vardır əlbəttə, bəlkə yada salmaq istəsəniz sizlər də tapacaqsınız, amma hər hansı bir şəxsin adını çəkməyi məqsədəuyğun hesab etmirəm. Müxtəlif dövrlərdə maarifçi mübarizəsi aparmaq arzusu ilə insanların anlamadığı formada yazılan satiralar da oldu, yuxarıda yazılan şeirdə olduğu kimi tükənən və gözləməmək adı altında küskünlüklə bərabər bir gözləntiyə qapılanlar da, nəticə etibarilə hələ də məzhəb davası edənlər də var, başından var dövlət yağan diyarın bəxtəvər günündə dilənən qarılar da. Belə mübarizələrdə gözləntilər əlbəttə ki, inqilabi, köklü dəyişikliklərə səbəb olub insanlara dərin xoşbəxtlik nəsib edə bilməz, zira pedaqoji , sosial, psixoloji, bioloji amillər insanların həyat xəritəsini formalaşdırır və bu da fərqlilikləri ortaya çıxarır. Dolayısı ilə maarifçilərin həsrətinin arxasında eynilik ümidi yatır, bu isə özlüyündə mümkün deyil, zira dilin dediyini heç də hər zaman ağıl qəbul edib onu həyati doğru olaraq qavramaz, 10 nəfər yanaşı oturub kitab oxuya bilər, amma janrlar fərqlidirsə o an onlardan ibarət bir tarixçi klubu yarada, fəlsəfə klubu qura bilməzsiniz, bəlkə də onlardan yalnızca biri o an ən yaxşı halda eqzistensial cərəyandan Kamu və ya Sartr oxuyur ya yox. Dolayısı ilə eyni dildə danışanlardan eyni emosiyaları daşıyıb, eyni düşüncələrə sahib olmağı da gözləmək əslində sadəcə bir dairədə sonu tapmağa çalışmaqdır. Dairənin sonu sizin dayanmağınızla qəbul edilə bilər halbuki. Dayanmağı yalnız o vaxt-həsr olunmaqla gözləməyin fərqinə vardığınız zaman bacararsınız. Həsr olunmaq bir ideya uğrunda mübarizə aparmaq, o mübarizə şəraitində şövqə sahib olmaqdırsa, gözləmək dünyanın sizin ətrafınızda dönməyi arzusudur. Odur ki, insan dünyanın və şəraitin deyil, dünya və şəraitlə bağlı olan düşüncələrinin dəyişməyinə kökləndiyi zaman azad olur, azad olmamış biri dünyanı daim özünə borclu bilər. Düşüncə dəyişdikdə isə insanın depressiyada neqativizmlə müşahidə edilən üç istiqamətlə dəyərləndirmə etsək dünyaya, özünə və gələcəyə yanaşma forması dəyişəcəkdir. Həyatla müharibə aparmaq sürətə aludə olmaqdırsa, sülh içində olmaq yavaşlamaqdır, müharibə üsyandırsa, sülh seyr etməkdir, unutmayın ki, insanın həyatına gözəl olan heç nə hədəfə köklənib qaçarkən və ya üsyan edərkən gəlməz. Psixoloq Nəsimi Qiyasov – 25.04.2020 Azərbaycan Respublikası, Bərdə şəhəri.

Psixoloji ağrı və sosial koqnitivizm

Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab. İnsanı var olduğu müddət ərzində izləyən həyat gərçəkliklərindən biri də məhz ağrıdır. Ağrının illərdən bəri müxtəlif tərifi verilsə, ona həsr edilən kitablar yazılsa belə, hələ də tam olaraq ifadəsi sanki özünü sözlə yox, duyğularla daha yaxşı göstərir. Psixoloji aspektdən ağrı müxtəlif həyat hadisələri zamanı ortaya çıxan, ruh düşkünlüyü, inciklik, intihar meyilləri ilə müşayiət olunmuş bir fenomendir. Təbii ki, konkret mövzu olmadığı və yetərli ədəbiyyat, istinadlar tapılmadığı üçün çox da müraciət olunan bir problem deyil, daha açıq ifadə edəcək olsam elə bayaq da saydığım ayrı-ayrı hissələrə, utanc hissinə, küskünlüyə, günahkarlığa daha çox yer verilib, nəinki bu “Böyük portretə”. Böyük portret bizi necə izləyir? İnsan oğlu yaşadığı olum və ölümün arasındakı zaman yolçuluğu və ya səfərdə müxtəlif həyat hadisələri ilə rastlaşır, bunlar heç də hər zaman yaxşı hadisələr deyil və dolayısı ilə yaxşı hiss etmək də heç də hər zaman mümkün deyil. İnsan olmağın özü budur onsuz da, ağrısız, əzabsız, göz yaşından, kədərdən uzaq bir dünya düşünün, əvvəlki məqalələrdə istinad etdiyim “Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni” kitabında müəllifin də qeyd etdiyi kimi “Bədbəxtlik gələcək xoşbəxtliyin hərəkətverici qüvvəsi ola bilər”. Burada vacib olan məsələ əslində ağrı yox, onu necə qavradığımız və hansı şərhləri verməyimizlə onun şiddətini artırıb və ya azaltmağımızdır. Bu fizioloji əsaslı ağrıya da aiddir. İntihar məktublarının çoxunda “Bu ağrılara daha dözə bilmirəm” kimi və ya bənzəri məqamlar qeyd edilir. Buradan ağrının gücü ümid edirəm ki hər birinizə aşkar olmuşdur. Beyin üzərində araşdırma aparan mütəxəssislər beyni izləyərkən beyində ağrı reseptorlarına cavabdeh hissə olan prefrontal cortex’ə nəzər yetirdikdə müxtəlif insanların eyni problemdəki ağrını müxtəlif şiddətlə yaşadığını gördükdən sonra qərara gəlmişdilər ki, koqnitiv məsələlər, yəni duyğu, qavrayış, düşüncə(fikir, bunu siz təfəkkür deyə bəzəkli bir sözlə də ifadə edə bilərsiniz) kimi məqamlar insanların ağrı şiddətinə təsir edir. Bu barədə üçüncü hissədə bəhs edəcəm. Bir sözlə ağrıdan qaçış yoxdur, ağrı ilə yaşamağı öyrənmək var. Psixoloji narahatlıqların bir çoxu özlüyündə psixoloji ağrıdan elementlər daşıyır, təşvişdə bu çox da rast gəlinən mövzu olmasa da orada da özünü təşvişin artdığı vəziyyətlərdən sonra gələn ağır yorğunluq ilə göstərə bilər. Bundan başqa, artıq 2020-ci ildə demək olar ki, ənənəvi təşviş dərmanları olan benzodiazepinlərin öz yerini antidepresanlara verməsi ilə birlikdə həyatımıza Paxil, Prozac kimi dərmanlar girmişdir. İkinci adını çəkdiyim preparat öz sələflərindən fərqli olaraq çəki artımı, yuxu ilə bağlı problemlər(səhər 11ə qədər atıldığı halda), asılılıq yaratmasa da 24 yaşa qədər olan şəxslərdə qəribə bir ölüm düşüncəsi formalaşdıra bilir. Bu xüsusda təşvişli şəxs psixoloji ağrını günahkarlıq(belə düşünməməliyəm, bu düşüncələrin ağlıma gəlməyi doğru deyil) duyğusunun müşayiəti ilə hiss edilə bilər. Depressiyadan əziyyət çəkən şəxslərdə psixoloji ağrı bu problemin ayrılmaz hissəsidir, depressiya özünə, dünyaya və gələcəyə yönəlik neqativ düşüncələri birləşdirdiyi və koqnitiv təhriflərin bolluğu ilə müşahidə olunan bir narahatlıq olduğu üçün bunu daha şiddətlə yaşayır, gələcəklə bağlı “yanlış ümumiləşdirmə” (uğursuzluq bütün həyatım boyu məni izləyəcək, heç vaxt xoşbəxt biri ola bilməyəcəm) haqqında danışdıqda onsuz da ifadə edilən cümlələr içərisində biz çox rahat formada ağrıdıcı məqamları görürük. Travma sonrası stress pozuntularında keçmişdən kadrların canlanması(flash-back’ lar) ilə şəxs sonsuz bir hüznə, kədərə və ya şiddətli bir utanc hissinə bürünə bilər. Travmanın özü də elə bu deyilmi-yaşanmış olan travmatik təcrübənin hadisədən aylar, hətta bəzən illər sonra eyni təsirləri özündə cəmləməsi. Hər hansı bir dövrdə fiziki zorakılığa məruz qalan şəxs o situasiyanı xatırladan hər hansı bir məqamla rastlaşdıqda həyəcan, qəzəb, kədər və ya utanc kimi müxtəlif emosional reaksiyalar verir. Burda da psixoloji ağrını “duyğuların övladı” olaraq görürük. İtki və yas problemində. Ölüm geridə qalanlarda yaratdığı ruh düşkünlüyü və hüznlə gələn ən böyük itkidir. Yetkinlərin və uşaqların ölümü qəbul etmə və bu gerçəkliklə mübarizə üsulları arasında oxşarlıqlar var. Bununla belə uşaqlar ölümü və əbədi yoxluğu, bəlkə də ən radikal köçü tam olaraq qavramaqda çətinlik çəkirlər. “İtki” dar mənada sadəcə var olanın fiziki və ya mənəvi yoxluğu, geniş mənada isə onlarla bizim aramızda olan və həyatın onlardan sonra boz rəngə bürünmüş formasına bir vaxtlar rəngarəng çalarlar qatanların ya fiziki, ya da mənəvi uzaqlığı zamanı ağrılarla hiss edilən bir prosesdir. Bu mənada biz itkiyə yox, ona yüklənən mənaya baxırıq. Bir insanın vəfatı, bir qadından ayrılıq, bir məkandan köçmək əslində hərflərin sayından və hərfi mənalardan daha böyük mənalar daşıyır. “Daha heç nə əvvəlki kimi olmayacaq”, “Bir daha əvvəlkitək gülə bilməyəcəm”, “Bir daha xoşbəxtlik nədir bilməyəcəm” kimi ağ-qara düşüncələr “yoldaşlığı” ilə bu problemdə də psixoloji ağrı müşahidə olunur. Bəs bütün bunlar niyə baş verir? Sosial öyrənmə ilə psixoloji ağrının əlaqəsi varmı? Cavabım “Bəli” çünki əvvəlki məqalələrdən birini sosial Öyrənmə Nəzəriyyəsinə həsr edib, dünyanın ən böyük dörd psixoloqundan biri olan Albert Banduranı yad etmişdim. Banduranın nəzəriyyəsi ilk vaxtlar davranışçı cərəyana müvafiq bir araşdırmanın məhsulu hesab edilsə də, sonradan diqqət, hafizə, qavrayış kimi koqnitiv proseslərə nəzər yetirilmiş və bu nəzəriyyə Sosial Koqnitivizm adlandırılmışdır. Dolayısı ilə biz yası da öyrəndiklərimiz əsasında saxlayır, öyrənilənə müvafiq kədər, sevinc duyuruq. Xarakterimizə sosial amillər təsir edir, “xanım yüksəkdən gülməz”, “kişi güclü olmalıdır” və.s kimi fikirlər yəgin ki, sizlərin də qulaqlarınıza qonaq olub. Ağrını da sosial koqnitivizmə nəzərən gözdən keçirdikdə qəribə məsələlər ortaya çıxır, istər aparılan araşdırmalarda valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətindəki kənaraçıxmalar, istərsə də şiddətli bir ağrı hiss etsə belə sevdiyi insanların və ya insanın şəklini görəndə sakitləşən insanlar buna misal ola bilər. Sevdiyi insan haqqında “Onunla mən bütün dərdimi unuduram”, “Onun varlığı ilə hər şey məna qazanır” deyən insanlara siz də rast gəlmisiniz. Burda iki məqam var, birinci məqam odur ki, burada şəxsin varlığı yox, ona yüklənən məna bu bağları möhkəmlədir, ikinci məqam ondan ibarətdir ki, emosional bağlar özü özlüyündə sanki ağrıkəsici rolunu oynayır. Onların yoxluğunu yuxarıda qeyd etdiyim kimi, itki və ona verilən reaksiyalar müşayiət edir. Davamlı koqnitiv təhriflər və təbii ki, burada bir digər məqam yıxıcı kök inanclar-şemalardır. Öyrənilmişlik bizim həqiqətən həyat xəritəmizi formalaşdırır deyəndə qətiyyən bunu şişirtmə hesab etməmişəm. Pedaqogikada tərbiyənin geniş, yəni sosial mənasında da qeyd edildiyi kimi sosial mühitdə biliklər əvvəlki nəsillərdən sonrakılara ötürülür. Bu biliklərin içərisində təbii ki, davranışlar, emosiyaları qeyd etmək mümkündür. Biz də əvvəlki nəsillərdən təkcə yaxşı keyfiyyətləri deyil, eyni zamanda bizə mənfi təsir edən məqamları da mənimsəyirik, “Pendiri dəri, qadını əri saxlar” və.s kimi deyimlər uşaqlıqdan o qədər ətrafımızda təkrar olunur ki, biz bəzən qadınlarda aldıqları təhsilə rəğmən daimi bir “Münasibət bağlılığı”, “Sevgisizlik fobiyası” müşahidə edirik. Bu münasibətlər sona çatdıqda bəzən qadınlar özlüyündə özlərini gərəksiz hesab edirlər. Kişilərdə də münasibətlərdə öyrənilmiş məqamlar olur, evlənib və sonra yolları ayrılan qadınlara şiddətli bir məhəbbətlə bağlansalar belə çox vaxt onlar bu münasibətlərin rəsmiləşməyinə can atmırlar, çünki cəmiyyətdən öyrənilmiş bir məqam var “Bakirəlik” problemi. Burada iki halda ayrılan qadın da, sevgisində vüsala könüllü olaraq yetməyən kişi də psixoloji ağrıdan əziyyət çəkir. Səbəb, bəli hadisələrin cərəyan etmə formasıdır, amma unutmaq lazım deyil ki, hadisələrin bu istiqamətdə cərəyanına səbəb yenə sosial təsirlərdir. Dolayısı ilə, biz ətrafda barmağı əzilən insanlar necə reaksiya verirsə həmişə yox, amma adətən elə onlar kimi reaksiya veririk. Münasibətlər sferasından yanaşanda ailədə daimi ağrı ilə yaşayan biri varsa biz o rol modelini tanış modellər siyahısına əlavə edirik, bağlılıq ilə bağlı rollarımız dəyişibsə, yəni biz qayğı göstərən rolunu öhdəmizə götürmüşüksə burada da öyrəndiyimiz məqam bundan ibarətdir ki, biz gələcək həyat yolunda sevgili, dost, partnyor, həyat yoldaşı deyil, daha çox özümüzü ilkin tibbi yardım həkimi kimi aparırıq, o rolu ifa edirik. Fiziki və ya mənəvi iztirab içində olan emosional bağlılığa malik olduğumuz şəxslərin modelinə oxşayanlar bizə həyat səhnəsinin tanış aktyorları kimi görünürlər. Gələcəkdə partnyor seçərkən bu bizim artıq münasibət xəritəmizə çevrilir, bildiyimiz münasibət forması bu olduğu üçün qədər motivi(Dr.Gülseren Buğdaycıoğlu) bizi ağrılı insanlara aparır. Ağrı dəyərli və əvəzsiz ustaddır. Bunu deyərkən məni sufi, dərviş hesab etməyin, hər hansı fiziki və ya mənəvi iztirab bizə artıq orda olmayanı göstərir. Barmağımız kəsilir burada yaşanan bədən hissiyatı- ağrı dərinin bütöv olmadığını, sevdiyimiz insan olmadıqda onun yoxluğunun verdiyi psixoloji ağrı isə onun mövcudluğunun artıq bizə dəxli olmadığını göstərir. Bəs ağrısız bir dünya necə olardı? Bildiyimiz kimi, problemi təkcə çoxluq yox, eyni zamanda yoxluq da yaradır, itirdikdə gözümüzdən iki damla yaş düşəcək qədər bizə heç kim yaxın olmayıb, biz itirdikdə üzüləcək qədər heç kimi sevə bilməmişiksə bu özü psixoloji ağrı yaradacaq bir səbəbdir. Həyatın olum və ölüm arasında keçən müddəti ərzində heç kimi sevməyib, heç kimə dəyər vermədiyimizi düşünək? Bunu düşünmək belə sizə bir ağırlıq gətirirsə yaşamağın yaxşı olanı deyil, hər emosiyanı duymaq olduğunu anladığınıza ümid edirəm. Nəsimi Qiyasov—08.04.2021 Azərbaycan Respublikası, Bərdə şəhəri

Xroniki empatiya və düşüncə aludəçiləri.

Xroniki empatiya və düşüncə aludəçiləri. Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq. Overthinking deyilən düşüncə bağlılığı fəaliyyətdə kəskin azalma, ünsiyyət problemləri, yuxu və qida qəbulu kimi müxtəlif problemlərlə özünü göstərir. Problemin səbəbini araşdırmaq özü-özlüyündə çətin bir prosesdir, çünki bu cür insanlar hər hansı bir ağrı, hər hansı bir qida qəbulu pozuntuları ilə bağlı vəziyyətlərinin fərqinə varsalar belə düşünməyin nə kimi, problem olduğunun fərqində olmurlar. Bu konsepsiya xroniki hal alaraq bəzən insanların həyatı üçün təhlükə yaradır. Hamımız müəyyən vaxtlarda həddindən artıq düşünür və narahat hiss edirik, lakin bu hisslərin də bir həddi olur. Yenidən eyni məqamları düşünmək, eyni fikri davamlı şərh və təhlil etməyə aludəçilik bu problemin ayrılmaz hissəsidir. Düşünməyə meylli insanların tez-tez həyat keyfiyyətlərində enmələr görünür və dəfələrlə eyni hadisələri düşünmək, ssenarilər yaratmaq ilə bağlı tələbat nəzərə çarpır. Belə insanlarda təşviş , stres artır, qorxu, ümidsizlik, ruh düşkünlüyü baş qaldırır, yaşadıqları anın dadını çıxara bilmirlər. Beləliklə, gündəlik həyatda performansı və motivasiyası get-gedə azalır. Xroniki empatiyanın rolu: özgə oduna yanan pərvanələr. Empatiya nədir? Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır. “Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır. Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb. Empatlar çox həssas insanlardır. Hər şeyi hiss edirlər və duyğularını səmərələşdirməyə daha az meylli olurlar. Onlar üçün hissiyyat görmək, eşitmək qədər önəmlidir, olmazsa olmaz bir parçaları halına gətirdikləri bu xüsusiyyət onları zaman-zaman yaralayır. Yad ağrıları öz ağrıları kimi hiss edər və bəzən heç fərqində olmadan başqalarının problemləri üçün çıxış rolu axtardıqlarını görə bilərsiniz. Xroniki empatiya deyə adlandırdığım bu problemə Türkiyə türkçəsində olan mənbələrdə sadəcə “Empat” deyirlər ki, mən bunu qəbul edib yaza bilmirəm, çünki empat insan zatən empatiyanın keyfiyyət olaraq daşıyıcısıdır, bəs gəlin görək əsas fərq nədən ibarətdir? Burda özümüzü qarşımızdakının yerinə qoyub anlamaqda heç bir kənaraçıxma yoxdur, çünki bunu həssas və ya İnsan-İnsan peşə qruplarına aid şəxslər asanlıqla bacarır, lakin bunu edərkən onlarda davamlı baş ağrıları, günlər, həftələr ərzində davam edən ruh düşkünlüyü müşahidə edilmir, xroniki empatiyanın daşıyıcıları isə əksinə başqa dərdlərə köklənir, şəxsi problemlərini heç hesab edir, dərslərində, işlərində geriləyir, düzgün yuxu və qida rejimini itirirlər, bir sözlə öz həyatlarını səssizcə alır, başqa birinin ağrılarını həmin şəxsin özü və hətta bəzən ondan da çox hiss edirlər. Xroniki empatiyadan əziyyət çəkən insanların problemin fərqinə varmaqları bəzən zaman alır, bəzən isə ümumiyyətlə bunu şəxsiyyət keyfiyyəti olaraq qəbul edərlər və heç bir yardım almağa ehtiyaclarının olmadığını düşünürlər. Xroniki empatiyadan əziyyət çəkən şəxsin vəziyyətinin fərqinə varması psixoloqdan emosiya mərkəzli yanaşma tələb edir, burada hekayələr qurmağa ehtiyac ola və ya Rasional emotiv koqnitiv canlandırmalara ehtiyac duyula bilər: “Gözlərini yumub müharibədə olduğunu, hər tərəfdən üzərinizə mərmilər və güllələrin yağdığını xəyal et! Topların gurultulu səsi qulaq batırır, hava qaralmağa doğru gedir, izburaxan güllələr gecə vaxtı uçan May böcəyi kimi işıq saçır. Qırmızı, yaşıl güllərin havada uçduğunu görə bilirsən? Bu vaxt lap yaxında bir mərmi partlayır və tanış bir səsin kömək istədiyini görürsən. Bu səndən kömək istəyən kimdir? Hansı sənə yaxın olan insan gəldi ilk olaraq ağlına? Onun üzünü tam detalları ilə təsvir etməyə çalış, ayağından yaralanıb, qəlpə əzələyə tuş gəlib və onu xilas etmək mümkündür. Bu vaxt necə davranardın? Xilas etmək yolu olaraq nə gəlir ağlına? Ən yaxşı üsulu tapıb onun yanına gedib onu ordan çəkib çıxarmaq, yoxsa onun dərdi üçün ağlayıb onu da özünü də taleyin ümidinə buraxmaq? Hansını etsən daha faydalı ola bilərsən, ağıllı çıxış yolu ilə silahlanan sən, yoxsa emosiya ilə yüklənən sən bu zaman daha faydalı olarsan? Zaman gedir, bu gün üzərindən həll etmədən keçdiyimiz məsələlər test kitablarında üzərindən keçdiyimiz suallar kimi natamamlıq yarada bilər, hər kəsə kömək etmək mümkün deyil, amma başqa ağrıları özününkü kimi hiss etmək, yoxsa birlikdə problem həll etmək qarşımızdakı və bizim üçün daha faydalı ola bilər? Yaxşı bir plan qur və dostunu xilas et!” Bu tapşırıq özü-özlüyündə qorxulan görüntü texnikasına oxşayır, lakin xroniki empatiyada istifadə üçün onun üzərində biraz modifikasiya işi görmüşəm. Klassik modeldə də, mənim təklif etdiyim müharibə metaforası modelində də məqsəd yaşanan hadisəyə uzaqdan nəzər salmaqdır. Çünki xroniki empatiya odun mərkəzində dayanmaq və səslərə köklənməkdirsə bu texnika, “müharibə metaforası” hadisələri kənardan izləyib nəticə çıxarmaqdır. Düşüncə bağlılığı yaşayan şəxslər(bundan sonra overthinker) üçün seçdiyim bir neçə texnikanı problemin həllinə kömək məqsədi ilə sizinlə paylaşmaqdan məmnunluq duyuram. 1. Overthinker şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə düşüncələrin “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır. 2. Overthinking stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. Düşüncə aludəçiliyi çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “overthinker stansiyasında” “istirahət” üçün 10 – 30 dəqiqə vaxt ayırırıq, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir əsas məqsəd, çünki iradi səy ilə aralıq düşüncədən əsas düşüncə həddinə gətirilən düşüncələr bir müddət sonra adiləşir. 3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və onlarla üzləşdikcə onların əslində maket canavar olduğunun fərqinə varmaqdır. Psixoloq Nəsimi Qiyasov – 19.04.2021  Azərbaycan Respublikası, Bərdə şəhəri

Psixiatriya və"CIN" çıxarma

Həytanızın elə bir dönəmi olubmu ki, sizə dua cadu edildiyini, göz dəydiyini düşünəsiniz?Psixoloq.az Sinir.az a istinadən bildirir ki, əgər belə bir şey olduğunu düşünübsünüzsə siz tək deyilsiniz.Azərbaycan əhalisinin təxminən 18 % caduya, 15% cinlərə, 47% isə bəd nəzərə inanan insanlardan ibarətdir.Rəqəmlər dünyanın ən nüfuzlu və güvənilir araşdırma şirkətlərindən olan American Pew - ün uzun illər üzərində işlədikdən sonra yayımladıqı İslam araşdırmasındandır. Araşdırma 1 milyard 600 milyon müsəlmanın yaşadıqı 39 ölkədə 38 min nəfər insanla üzbəüz görüşülərək həyat keçirilmişdir.Anket nəticələrinə görə müsəlmanların 85-100 % Allaha və Hz.Məhəmmədə (s.ə.s) inanır.Buna baxmayaraq Quran və hədislərdə tez - tez adı hallanan cin, cadu, bədnəzərə inanma faizi müxtəlif ölkələrdə ciddi mənada dəyişkənlik göstərir.Cin nədir? Cəmiyyət olaraq cin və ya caduya inanmaqımızın, məntiqlə izah olunmayan hər bir hadisədə falçı , cindar qəbuluna getməyimizin səbəbi nədir?Yəqin çoxunuza dərədən keçərkən təsadüfən cin toyuna düşən və üzərində yaglı əl ləkəsi olan , eləcə də hər gün tərli çapılmış atın üzərində bir gün “hal” arvadının geri dönməsi nağılları danışılıb.Bəzi nağıl danışanlar hətta bunun nağıl yox həqiqətən də keçmişdə bir qohumumuzun başına gəldiyini israrla söyləyirdilər.Şüuraltı belə travmatik hadisələrə doldurulan uşaqın, birazca da aşağı təhsil alma ehtimalını da göz önünə gətirsək yəqin ki, “cin” rəqəmlərin yüksək olması səbəblərindən biri üzə çıxacaqdır.Bu məqalədə cin və cinçıxaranlar haqqında həm elmi həm də dini tərəflərinə toxunmaqa çalışacam.Cin sözünün kökü ərəbcə “cənnə” sözündəndir mənası örtmək, gizləmək anlamındadır. İslamdan öncəki dövrdə gözlə görünməyən, məntiqlə izah olunmayan hər şeyi cinlərlə izah edilir və ya cin deyirdilər.Bu mənada xəstəlik törədən bakteriyalar, insan orqanizmi üçün zərərli olan və gözlə görünməyən şüalar da cin adlandırılıb və xəstəliklərin məhz onlar tərəfindən törədildiyini inanılıb.Qurani- Kərimdə “Cin” surəsi olmasına baxmayaraq, Allah Bəqərə surəsi 102 ci ayəsində ( eləcə də Nahl 16/72, Rad 30/21) “Allahın izni olmadan kimsəyə zərər verməzlər” buyurur. Müqqəddəs kitabın falçı, cadugərlər haqqında belə buyurduqdan sonra onların xəstəlik yartadıqına, bədlik gətirdiyinə inanmaq nə dərəcədə doğru bir davranışdır?Məsələnin bir də psixiatrik tərəfi vardır. Bir insan içində “cin” olduqunu , onları gördüyünü və səslərini eşitdiyini, cinlərin onu kənardan idarə etdiyini söyləyirsə bunların psixotik əlamətlər olduqunu hallüsinasiya və ya sayaqlama fikirləri olma ehtimalını unutmamalı və söyləyən şəxsin olduqca ciddi psixiarik xəstəlikdən əziyyət çəkdiyini bilməliyik. Həkimlik fəaliyyətim boyunca onlarla belə xəstə görməyimə baxmayaraq müşahidə etdiyim bir şey var ki, xəstə yaxınları dərmanlarla bərabər özlərinin inandıqı molla və ya ekstraseansa yazdırdıqı caduları və qəribə aksesuarları xəstənin üzərinə taxmaqa, “oxunmuş” suları xəstələrinə içirməkdən çəkinmirlər. Ən qəribəsi isə xəstə sağaldıqdan sonra dərmanlardan dah çox həmin “şəfalı suyun” burda rolu olduqunu düşünürlər.Sonda isə sizə təqdim edəcəyim bu diaqnostik kriteriləri diqqələ oxuyun. Oxuduqda isə kimləri düşünəcəyinizi, kimləri gözünüzün önündə canlandıracaqınızı bilmək heç də çətin olmayacaq. Əksəriyyətimiz bu adamların yanında olub onların “xidmətlərindən” istifadə etmişdir.DSM - IV-R diaqnostik kriterilərinə görə "Şizotipal şəxsiyyət pozuntusu". Görün efirlərdə, ətrafınızda bunlardan nə qədərdir.1. Davranışlara təsir edən və mədəni dəyərlərə uyğun gəlməyən əcaib inanclar. Məsələn: batil inanc, "qeybdən xəbər vermə" yə “vergi verildiyinə” inanma, telepatiya ya da "altıncı hiss", cin çıxarma, xəstə sağaltmaq2. Əcaib düşünmə forması , geyim və danışıq tərzi.Məsələn: uzun saç, çoxlu üzüklər, qəribə boyunbağılar və akssesuarlardan isttifadə3. Ehtiyatlılıq ya da paranoid düşüncə4. Uyğunsuz ya da məhdud əhvah -ruhiyyə Müəllif: Psixiatr Orxan Fərəcli

Beynimizi sakitləşdirəcək metodlar

Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq. İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun. Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi. İskəndərova Yeganə