“Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya, mazoxizm”. Son zamanlarda nikah statistikası sosial qəzaya bənzəyir: boşanmaların sayı demək olar ki, nikahların sayına bərabərdir. Psixoloqların fikrincə, bu, insanların – ailə qurmaqdan başqa – ağıla gələn istənilən digər səbəblərdən nikaha girmələrinin nəticəsidir. Psixoloq.az Oxu.Az a istinadən xəbər verir ki, məşhur psixoterapevt və çoxsaylı kitabların müəllifi Mixail Litvak, kimin xoşbəxt ailə quracağı, kimin isə boşanmalar statistikasını artıracağı barədə danışıb. Arayış: Litvak Mixail Yefimoviç (1938-ci ildə Rostov-na-Donuda anadan olub) 40 illik təcrübəsi olan psixoloq və psixoterapevt praktiki və populyar psixologiya üzrə kitabların müəllifi. Məşhur əsərləri: “Aykido psixologiyası”, “Spermatozoid prinsipi”, “Xoşbəxt olmaq istəyirsənsə”, “Taleyini necə bilmək və dəyişmək olar?”. - Müsahibələrinizin birində xoşbəxt ailələrin olmadığını demisiz... - Var, amma azdır. Mən özüm ailələri tədqiq etmişəm. 11 min ailəyə 3 xoşbəxt ailə düşür. Amma əsası – yalnız xoşbəxt ailələr – normaldır. Qalanları patologiyadır, iki bədbəxt insanın bərabər yaşamıdır. - Bu, məhz rus xüsusiyyətidir? - Niyə ki? Patologiya bu və ya digər şəkildə hər yerdə mövcuddur. - Boşanmaların sayı niyə bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər? - Bu, insanların pis tərbiyə olunduqları üçün baş verir. Onlara düşünməyi, ər və ya arvadı seçməyi öyrətməyiblər. Biz sorğu keçirmişik – hansı şəkildə sevgi etirafını daha çox bəyənərdilər? - “Mən sənsiz yaşaya bilmirəm”, “Mən səni heç vaxt incitməyəcəm”, “Gəl, həyat yükünü birgə çəkək” variantları təklif edilmişdi. Beləliklə, qadınların 75%-i “Mən sənsiz yaşaya bilmirəm” ifadəsini seçmişdilər. Görmürsüz ki, bu əyyaş və ya uşaq-kişinin etirafıdır? Amma əsl sevgi etirafı olan “Gəl, həyat yükünü birgə çəkək” ifadəsi heç kimin xoşuna gəlmədi. - Ümumiyyətlə, məhəbbət nədir? - Bu, məhəbbət obyektinin həyat və inkişafında fəal maraqlanmadır. Bax, hamı deyir: seviləsi heç kim yoxdur. Bəs sevməyi bacarırsız? Bizdə nikahlar sanki zəli kimi “Mən sənsiz yaşaya bilmirəm”ə əsaslanır. - Bəs məhəbbətə nə olur, zamanla o hara qeyb olur? - Zamanla məhəbbət güclənir... Amma əvvəlcədən məhəbbət olmayıbsa, vəziyyət getdikcə pisləşir. - Qadın və kişilərin nikah anlayışının fərqi nədir? - Kişilər və qadınlar nikahı eyni görürlər. Amma kişini və ya qadını harda görmüsüz? Bizdə şalvar geyinən və ətək geyinənlər var. Belə ki, öncə kişi və ya qadın olmaq, sonra isə ailə qurmaq lazımdır. Ailə qurmağa fiziki sağlam, mənəviyyatı və maddi imkanı olanların haqqı var. Dilənçi, qeyri-peşəkarlara baş qoşmayın. - Əgər münasibətlər seksdən başlayıbsa, gələcəkdə nə olacaq? - Seks sonra baş verməlidir. Öncə ümumi dünyagörüşü olmalıdır. Məhəbbət bir-birinə deyil, eyni istiqamətə baxmaqdır. Kanada tədqiqatçıları ailəni möhkəmləndirən - dörd amil ayırıblar. Birinci – ümumi dünyagörüşü. İkinci – ümumi qastronomik zövq. Və yalnız üçüncü yerdə seksdir. Dördüncü yerdə bir-birini sığallamaqdır. Ailə seks üzərində qurularsa, bu yaxşı nəticələnməyəcək. - Kişilər çox zaman özlərini erkəklərlə müqayisə edərək, xəyanətin labüd olduğunu söyləyirlər... - Xəyanətlər insanların həyat yoldaşlarını səhv seçdikləri zaman baş verir. Əgər sən səhv etmisən və lazımi adamla evlənməmisənsə (ərə getməmisənsə), təbii ki, başqa birisi xoşuna gəlməyə başlayacaq. - Hansı qadınlara xəyanət edirlər? - Fiziki sağlam, mənəviyyatı olan və maddi azad olan qadınlara. Bizim qadınların üç seksual pozuntusu var: pedofiliya, zoofiliya və mazoxizm. Birincisi, onlar ərə getmirlər, kimi isə tərbiyələndirməyə gedirlər. İkincisi, əyyaşla yaşayırlar. Əyyaş nədir? Heyvandır. Üçüncüsü – mazoxizmdən əziyyət çəkirlər – onlara əzab verilməsini sevirlər. - Əgər qadın fiziki sağlamdırsa, maddi baxımdan müstəqildirsə, amma artıq cavan deyilsə? Onun perspektivi azdır? - O daha çox perspektivə malikdir! Bu, artıq yetişmiş bir insandır. Ona qarnir deyil, bifşteks lazımdır. 45-50 yaşlarında qadın seksdə cavanları kölgədə qoyar. - Görüşmələrin ilkin mərhələsində qarşındakı insanın sənə lazım olduğunu necə müəyyən etmək olar? - Ünsiyyətə, jestlərə və geyim üslubuna görə. Sokrat: “Mənə bir şey de, səni görmək istəyirəm” deyib. Bir neçə ifadədən sonra, qarşında kimin dayandığını, dünyagörüşlərinizin üst-üstə düşməyini müəyyən etmək mümkündür. - Tərəf müqabillərinin seksual konstitusiyaları da müvafiq olmalıdırmı? - Əlbəttə. Əgər kişi seks ilə gündə 3 dəfə 50 dəqiqə müddətində, qadın isə ayda 1 dəfə 3 dəqiqə məşğul olmaq istəyirsə, onlarda heç nə alınmayacaq. - Əgər uyğunsuzluq varsa, qadın kişiyə uyğunlaşa bilərmi və ya onu tərbiyələndirməyə cəhd edə bilərmi? - Xeyr. Hazır malı almaq lazımdır, yarımfabrikatı yox. Yetişkin insanlar evlənməlidirlər. Tərbiyələndirmək isə yalnız bir adamı olar – yalnız özünüzü. Səhv etmisən, deməli ayrılmaq lazımdır. Başqasını tapmaq lazımdır. - Harda axtarmaq lazımdır? - Yalnız işdə. İnsanı işdə müşahidə edərkən, onun necə olduğunu görürsən. Baxın, biz sizinlə bir yerdə işləyirik, siz mənim haqqımda fikirə maliksiniz... Görüşlərdə və ya gecə klublarında yalnız yalançılar yığışır. - Son zamanlarda qadınların tələbatları dəyişibmi? - Son yüz min ildə olduğu kimi qalıb və heç bir dəyişiklik yoxdur. - Bəs indiki qızların yalnız statuslu kişilərə ərə getmək istəmələri barədə nə deyərdiz? - Doğrudur. Deməli, yetişiblər. Amma özün də statuslu olmalısan. Bizdə isə təəssüf ki, qadınların çoxunda potensial fahişə psixologiyasıdır: varlı kişi tapmaq lazımdır ki, yedizdirsin. Bunun əvəzində isə təsərrüfatla məşğul olmağı və yataqda ona aid olmağı planlayırlar. Hər şeyi öz adı ilə çağırmaq lazımdı: Bu, fahişəlikdi. Amma indi potensial alfons adlandıra biləcəyimiz kişilər də çoxdur, onlar özləri inkişaf etməyə çalışmadan, hesabına yaşaya biləcəkləri qadın axtarırlar. - Amma qadının kişinin kölgəsində qalaraq, onu yalnız ilhamlandırmalı, onun üçün komfortlu şəraiti yaratmalı olduğu barədə nəzəriyyə mövcuddur... - Siz kişini şalvar geyinənlərlə səhv salırsınız. Kişini ilhamlandırmaq lazım deyil. O, öz işindən və aldığı nəticələrdən ilhamlanır. Kişi və ya qadın üçün yaşamaq olmaz. - Bəs uşaqlar üçün? - Heç olmaz... Uşaqlar nə qədər yaxşı və ya pis olsalar da onsuz da 18-20 yaşlarında səni tərk edəcəklər. Kişi və qadın bir-birinə daha yaxındırlar, uşaqlar isə müvəqqəti bir şeydirlər. Məhəbbətimizin meyvəsidir. - Boşanma nəticəsində qadınlar bu “məhəbbət meyvələri” ilə qalır, kişilər isə uşaqlı qadını almaq istəmədiklərini iddia edirlər... - Kişi üçün (şalvar geyinən üçün yox) birinci nikahdan olan uşaq problem deyil. Niyə? Çünki o, sevdiyi qadının yanında olsun deyə uşaq üçün hər şey edər. Amma qadın uşağın hər şeydən üstün olduğunu düşünürsə, o heç vaxt nikahda xoşbəxt olmayacaq. - Belə bir fikir var ki, nikah institutu məhv olur, gələcək nəsil alternativ birgə yaşama tərəfdarıdır. Belə qonaqsayağı formaya necə münasibət bəsləyirsiniz? - Qonaqsayağı nikah elə də pis hesab olunmaz. Olur axı, insanlar vətəndaş nikahında yaşayırlar – normaldır. Elə ki, qeydiyyatdan keçdilər, hər şey pisləşir. - Belə dəyişikliklərin səbəbi nədir? - İnsan azad olmaq istəyir. Rəsmi nikah onu sıxır. Pasportdakı möhür heç nəyi dəyişmir. Bu, yalnız axmaqlar üçün dəyişir. Mənbə: Oxu.az
Son günlərin əsas müzakirə mövzularından biri də erkən nikahlar və onun gələcəkdə yaradacağı faciələrdir. Əfsuslar olsun ki, hələ də bu faciələrə ciddi yanaşmayan ailələr var ki, illərdir davam edən bu dəhşətli “tendensiyanı” davam etdirməkdən çəkinmirlər. Bəs, erkən nikahlar və onun fəsadları haqqında mütəxəssislər nə düşünür? Psixoloq.az “İki sahil"ə istinadən bu mövzu ilə bağlı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə müsahibəni təqdim edir. -Təranə xanım, erkən nikahların hansı mənfi təsirləri var? -Mövzu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. Bizə verilən imkanlara uyğun olaraq fikrimi konkret suallar ətrafında cəmləşdirmək istəyirəm. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nikahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. -Erkən nikahların yaratdığı psixoloji problemləri necə təhlil edərdiniz? – Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında özünü biruzə verir. – Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır? -Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni, bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq “yağışdan çıxıb yağmura düşmək” faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Sonuc dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faicələr barədə saysız misallar çəkə bilərik. -Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə nikaha məcbur edirlər. Bu barədə fikirləriniz necədir? – Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda hansı yaşda olmağımızdan asılı olmayaraq stresslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni, psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan yaşlı kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir. Bəs, 25 yaşlı qız niyə özündən 20-25 yaş böyük insanla ailə qurur? Düşünürəm ki, hər iki halda maddiyyat öndə gəlir. Birinci halda valideyn öz qızı üçün rahat hesab etdiyi həyatı seçir. Bu rahatlıq isə təbii ki, maddi təminatla bağlıdır. Burada bir neçə məqam var. Övladı yaşında qızla evlənən kişinin düşüncəsi və kürəyini “yağlı qapı”ya söykəyəcək qız anasının düşüncəsi. Maddi çətinlik yaşayan valideyn el arasında “qız yükü, duz yükü” deyilən ağırlıqdan xilas olur. Həm də qızları yemək-içmək qayğısı çəkməyəcək. Valideyn bir növ övladı üzərində olan borcunu yerinə yetirmiş hesab edir, bundan sonra məsuliyyət daha ərin üzərindədir. Varlı kişini “gəlincik”lə evlənməyə vadar edən nədir? Burada onların özləri üçün haqlı bildikləri bir çox səbəb olur. Lakin gənc qız nə düşünür, onun həyatı necə olacaq, atası yaşında olan bir adamla necə bir yastığa baş qoyacaq, bunu fikirləşən yoxdur. Nəticə etibarilə sözügedən üçlüyün heç biri istədiyi mənəvi-psixoloji rahatlığı tapmayacaq. Valideyn də, övlad da, “yaşlı aşiq” də hər biri ayrı-ayrılıqda fərqli psixoloji travmalar alacaq. Ən çox zərər çəkən isə təbii ki, yeniyetmə olacaq. – Ailələrin övladlarının gələcək həyatında rolu nədir? -Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət, qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Mental dəyərləri unutmamaq şərtilə ailə içində yaşından, cinsiyyətindən asılı olmayaraq hər kəsin hüquq və bərabərlikləri nəzərə alınmalıdır. Bir çox ailələrdə qadınlara, qızlara söz haqqı verilmir, onlar hər zaman əzilən tərəf olurlar. Öz hüququnu bilməyən, haqqını müdafiə etməyən ana təbii ki, qız övladını da mütiliyə öyrədəcək. Unutmayaq ki, oğul və qızı böyüdən, tərbiyə edən ailədir. Yəni, ilkin mərhələdə bünövrə ailədə qoyulur. Sonrakı mərhələlərdə təbii ki, bağça, məktəb və cəmiyyətin rolu gəlir. Uşaqlar təhsildən uzaqlaşdırılmamalı, onların hüquq və azadlıqları əlindən alınmamalıdır. Erkən nikahları yaradan əsas amillərdən biri də savadsızlıqdan doğan nadanlıq və cəhalətdir.
Gözəllik Tanrının qadınlara verdiyi misilsiz hədiyyədir. Rəqs edən qadın obrazı insanı həmişə valeh edir. Xarakterik rəqslər mahnı ilə müşayiət olunanda sözlərin təsiri rəqsin elementləri ilə harmoniya yaradır, tamaşaçıya duyğulu anlar yaşadır. Hisslərin tərənnümü sözlərin təsirindən riqqətə gələn rəqsın incəliyini, zərifliyini canlandiran nisgilli, həssas, kövrək, xəfif qadın obrazı gözlərimiz önündə canlanır. Bu gözəl musiqi fonunda bəsəkarın notlara köçürdüyü həmin an hiss etdiyi həzin dünyası, şairin kədərinə bükülmüş duyğularının ifadəsi, ifaçının yanıqlı səs tempiri rəqs edən qadının öz aləminə qapılaraq yaşanmış hisslərinin təsirindən mütəəsirlənərək xarakterinin təzahüründən rəqsi qəlbən duyaraq yaşayaraq ifa edir, obraza girib sənət əsəri yaradır. Haqqında söhbət açdığım Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının “Xoreoqrafiya” şöbəsinin müəllimi Günel Eynullayevadır. Bu soyad rəqs aləminə çoxdan tanışdır. Günelin babası Ramiz Eynullayev, Nənəsi Səmayə Eynullayeva və əmisi Tahir Eynullayev rəqsın fədailəri hesab olunurlar. Nənə-babasının himayəsində böyüyən Güneldə rəqsə maraq hələ korpə yaşlarından başlayıb. Təsadüfi deyil ki, indi də 6 yaşlı uşaqlarla gimnaziyada Ritmika fənnindən dərs deyir. Günel Eynullayeva indi çalışdığı İncəsənət Gimnaziyasında bir zamanlar Əminə Dilbazinin sevimli şagirdlərindən olub. Əminə xanım Günelin yüksək potensialını həmişə öncədən görərək ona rəqqasə olmağı tövciyyə edib. Bu istedadlı qızın rəqslə yanaşı musiqiyə olan sonsuz sevgisidir ki onu Musiqi Akademiyasının bəstəkarlıq -tarix nəzəriyyə şöbəsinə -İsmayıl Hacıbəyovun sinfinə gətirib. Bir sıra uşaq mahnıları yanaşı müxtəlif alətlər üçün simfoniyakarın müəllifidi. “Rəqs uşaqlara nə öyrədir?” sualına Günel Eynullayevanın cavabı belə oldu: “Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur. Rəqs sadəcə əyləncə növü deyil. Həm bədənə, həm də beynə müsbət təsir göstərir”. – İncəsənət Gimnaziyasında Ritmika fənnindən dərs deyirsiniz. Söhbət əsnasında dediniz ki, ritmika uşaqlar üçün çox faydalıdır. Rəqsin başqa növləri də olduğu halda niyə məhz Ritmika fənnini uşaqlar üçün gərəkli hesab edirsiniz? – Görkəm, duruş, plastika, qüvvət və dözümlülük – bütün bunlar uşaqlıq dövründən inkişaf edir. Ritmdəki dərslərdə çalışıram uşaqları əzələlərin düzgün formalaşmasına, duruş yaratmağa və bədənin fiziki inkişafı üçün düzgün istiqamətləndirim. Rəqs təkcə fiziki sağlamlığının vəziyyətini deyil, həm də zehni dəqiqliyi artırmaq, diqqəti toplamaq, ritmə uyğun üz mimikaları ilə sərbəstliyə təkan vermək, utancaqlığı aradan qaldırmaq, ünsiyyətə meylliliyi yaratmaq üçün vasitə hesab olunur. İncəsənətin hər bir sahəsi insan psixikasına təsir edir. Musiqi, rəqslər, səs tiplərinə görə insan psixi halətinə və təxəyyülünə sözlər qədər təsir edir. Rəqslə nevroloji sağlamlıq arasında əlaqə var. Rəqs neyroplastikanızı artırır, fiziki fəallığın zehnə və ya idraka təsirini gücləndirir, uşaqlarda, yeniyetmələrdə beynin, intellektin inkişafına müsbət təsir göstərir, yaşlılarda əqli gerilik riskini azaldır, neyroplastikaya kömək edir, hətta qocalma prosesini ləngidir, yaddaşı möhkəmləndirir. Çevik hərəkətlər tələb edən rəqslər intellekti inkişaf etdirmək üçün ən ideal fəaliyyət hesab olunur. Rəqs edərkən musiqini dəyişən ritmləri ilə bərabər necə çevik hərəkət etməyi, necə sürətlə çevrilməyi və fırlanmağı düşününən insanın beyni fəal çalışır. Rəqslər sürəti artırır və bu proses insan intellektini yaxşılaşdırır, problemlərə həllinə qarşı beynin reaksiyasını da gücləndirir. – Hansı yaşda uşaq ritmika ilə məşgul ola bilər? – Uşağın inkişafı 2-3 yaşdan başlayır. Bu yaşda artıq oyun şəklində lazımlı məşqləri edə bilər. Bu yaşda uşaqları sadə hərəkətlər etməyə və onları musiqinin ritmi ilə əlaqələndirməyə hazırlamaq mümkündür. Rəqs terapiyasının əsas məqsədi insanın “mən” hissini və şüurunu qazanmaqdır. Şəxsiyyəti birləşdirmək, inkişaf etdirmək üçün hərəkət və yaradıcı ifadələrdən istifadə edir. Şüurlu bədən təcrübəsinin özünü dərk etməsini təşviq edən, dərinləşdirən fikrə əsaslanır. – Uşağa ritm verərkən nəyi bilmək lazımdır? – Erkən yaşlarından ritmlə məşğul olan uşaqlar hərəkətlərin dəqiqliyini yadda saxlamağa ehtiyac duymazlar. Əsas diqqət uşaqlara ritmi qavramağı, vücudlarını idarə etməyı, təxəyyül oyatmağı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi öyrətməkdir. Musiqi və ritmik təhsildə müntəzəm dərslərin uşağın fiziki sağlamlığına xeyirli olması ilə yanaşı, ritmik dərslər sayəsində uşaqlar daha zərif, cəsarətli olur, hərəkətləri daha rahatlaşır və ifadələr qazanır. – Bildiyim qədər gimnaziyanın ən kiçik yaşlı şagirdləri ilə işləyirsiniz. Bu sizə çətin olmur? Onlar ritmikanı necə mənimsəyirlər? – Ritmik proqramla təmin olunan rəqslər ifa etmək asandır, uşaqlara çox sevinc və zövq verir. Bu xalq oyunları da ola bilər. Kompozisiyalar rəqs hərəkətləri, plastik və məkan konstruksiyalarının köməyi ilə ifadə olunan müəyyən süjet daşıyır. Təlimləri oynaq şəkildə həyata keçirən uşaqlar, musiqi ilə hərəkətləri əlaqələndirməyi, məsələn, “qatar” ilə hərəkəti, rəqsi, cüt-cüt rəqs etməyi öyrənirlər. Rahat atmosferdə uşaqlar azad və açıqdırlar. Qrup işi, yeganə rəqs prosesi ilə tanışlıq ünsiyyət bacarıqlarını da inkişaf etdirir”. – Kiçik yaşlarından rəqsə başlayan uşaqlarda əzələlərin inkişafı necə gedir? – Məktəbəqədər uşaqların böyük əzələlərin inkişafı ilə dərslərə başlaması daha məqsədəuyğun olardı. Çünki bu yaşda uşaqlar gücləri necə ölçməyi bilirlər. Kiçik əzələlər, məsələn, əllər hələ də olduqca zəifdir, onlara ağır yük verilməməlidir. Ritmikanın ahəngini tutmaq musiqi duyumlarına da müsbət təsir edir. *** Bu istedadlı qız Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsini də bitirib. İçərişəhər mühitinə yaxın olan Günelin Vaqif Mustafazadə yaradəcəlığına böyük sevgisi olduğundan ailə dostları Vasif Adığözəlov, Cövdət Hacıyev onu bəstəkarlığa yönləndiriblər. Əminə Dilbazi təəssüflənsə də etiraz etmir. Beləliklə, Günel Musiqi Akademiyasının Bəstəkarlıq, tarix-nəzəriyyə fakültəsinə, İsmayıl Hacıbəyovun sinfinə qəbul olunur. O, bir sıra uşaq mahnıları ilə yanaşı, müxtəlif alətlər üçün kiçik əsərlərin müəllifidir. Günel müəllimi İsmayıl Hacıbəyova simfoniya da həsr edib. Bu simfoniya ilə Norveçə, Sankt-Peterburqda keçirilən müsabiqəyə dəvət də alıb. Bu istedadlı qızın arzuları müəlliminin vaxtsız ölümü yarımçıq qalır, həyatı dəyişir. Bbir vaxtlar təhsiı aldığısevimli gimnaziyaya dönür. Hədsiz yüksək musiqi duyumu, səbri, uşaqlara məhəbbəti onu yenidən rəqsə bağlayır. Günel müəllimin məşq prosesinin çətinlik səviyyəsini xatırlayıram. Nəfəsalmanı bərpa etmək üçün aktiv hərəkətlər, ritmə uyğun sakitləşdirici nüanslar və bu qədər fədakarlığın içində körpə fidanların qavraması üçün tələb olunan uzunmüddətli məşqlərdən başqa, bir qayğı ilə də əvəz olunur. Onu evdə gözləyən, bu il birincilərə qoşulacaq əkiz balaları Ayan və Fərhan da ulu babası Ramiz müəllim, Nənəsi Səmayə xanım, Əmisi İmcəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev və nəhayət, uşaqlıqdan bu gözəl musiqi, rəqs mühitində böyüyən anaları Günel Eynullayeva kimi, ailə ənənəsinin davamı olaraq Azərbaycan rəqsini yaşadacaqlarına əminəm. Yeganə İSKƏNDƏROVA
Türkiyənin məşhur psixoloqu, münasibətlər üzrə mütəxəssisi, kitab yazarı Aşkım Kapışmakın dünən -18 noyabr Pullman hoteldə seminarı baş tutub. Psixoloq.az xəbər verir ki, mütəxəssis tədbirdə, insan həyatı üçün vacib məqamlara toxunub. Həmçinin yeni “Alma desəm çıx” adlı kitabı barədə danışıb. Qeyd edək ki, seminardan sonra kitab imzalama mərasimi keçirilərək iştirakçılara Aşkım Kapışmak izmalı sertifikatlar verilib. Əməkdaşımız Şəhanə Quliyevanın psixoloq Aşkım Kapışmakla apardığı müsahibəni təqdim edirik: - “Aşkım” gerçək adınızdır? - Bəli, öz adımdır. - Məşhur olmaq üçün əlavə ada, ləqəbə ehtiyac duydunuz? - Aşkım adı hər zaman insanlara fərqli gəlib. Adım üçün xüsusi hazırlığa ehtiyac qalmadı. Adım və soyadım qəribə olduğu üçün hər zaman maraq çəkib. Əlavə nəisə etməyə ehtiyac duymadım. -Adınızı kim qoyub? - Rəhmətli olan nənəm qoymuşdu. - Bu qədər məşhur olmağı gözləyirdiniz? - Əslində bütün dünyaya açılmaq, onlar üçün nəisə etməyə çalışmaq istəyirdim. Bunun da yolu məşhurlaşmaqdan keçirdi. Bu qədər düşünmürdüm. Amma inşallah qoruya bilərəm. Əsas olan budur. - Bu yüksək məqamı əldə etmək üçün həyatınızdan nəisə qurban etdinizmi? - Təbii ki... Həyatımdan əl çəkdim. Yeri gəldi ailəmlə görüşə bilmədiyim zamanlar oldu, sevgilimlə görüşə bilmədim. Hətta özümlə belə görüşə bilmədiyim zamanlar oldu. Çünki çox çalışırdım. Bu dünyadakı yaşamaq üçün məqsədimi tapdım və inşallah davam edəcək. - Bir çox turnirlərdə iştirak etmisiniz. Bu səfərlər arasında fərqli gələn, marağınızı çəkən nə olub? - İnsanlar hər ölkənin psixologiyasına görə dəyişir. Məsələn almanlar daha ciddi, qayda-qanuna, ingilislər isə daha çox məntiqə görə davranırlar, fransızlar intellektualdırlar, azərilər çox istiqanlıdırlar, çox səmimidirlər. Hər ölkədə fərqli hadisələrlə qarşılaşıram. Evlənmə təklifləri çox alıram. Ana qızı ilə gəlir, qızını mənə tanıtdırır.(red: gülür). - Siz necə cavablandırırsınız? - Təşəkkür edirəm. Mənə buna layiq gördükləri üçün sevinirəm. Ancaq ola bilməz yəni. - Bir çox qadınların sizə vermək istədiyi sualı səsləndirmək istərdim. Köhnə sevgililəri, münasibətləri unutmaq mümkündür? - Bu mümkün deyil. Onsuzda beynimiz unutmağa meyilli deyil. Yaşadıqları ilə yaşamağa, onunla bacarmağı öyrənmək lazımdır. Bu istəklə, həsrətlə yaşamağı qəbul etməlidirlər. Bunu öyrənmək məcburundadır hər kəs. - Seminarda evliliyin monotonluğundan bəhs etmişdiniz. Evliliyi sonlandırmaq üçün bitiş nöqtəsi nədir? - Bu hər insana görə dəyişir. Bəziləri aldadıldığı halda evliliyə davam edə bilirlər. Maddiyyat, cinsi münasibətlər sıxıntı ola bilər. Hər evlilikdə həyəcan olmalı deyil. Ancaq bir çox evlilik kağız üzərində davam edir. Paylaşma yoxdursa, empati qurulmursa, anlaşma yoxdursa evlilik bitməlidir. Evlilik digər səbəblərdən –yəni cinsi problemlər, maddi sıxıntı, aldatmaqdan deyil, anlayışsızlıqdan,münasibət qopuqluğundan bitə bilər. - Sağ və sol beyin anlayışından həm seminarlarınızda, həm də kitablarınızda bəhs edirsiniz. Əgər evlilikdə cütlüklərdən biri sağ digəri sol beyin üzrə inkişaf edibsə belə evlilik necə davam etdirilə bilər? (Qeyd edək ki, sağ beyini daha çox inkişaf edən şəxslərdə gəzmək, danışmaq, həyəcan, aktivlik daha çoxdursa, digər tip insanlarda bunun tam əksi, ciddilik, panik ataklıq, şübhəçilik daha çox özünü göstərir). - Bir-birini anlamaqla davam etdirilməlidir. Düşün ki qarşındakı səndən fərqlidir. Məsələn, sağ beyin daha aktiv, həyəcanlıdırsa, sol beyindən sakitləşməyi, nə zaman durmağı öyrənməlidir. Sol beyin də sağdan daha rahat olmağı, əylənməyi öyrənməlidir. İki tərəf də öyrənməlidir. Bu fərqliliklər ayrı-ayrılıqda üstünlük deyil. - Hazırda sevgiliniz varmı? - Xeyr yoxdur. 2 ildir yoxdur. - Aşkım Kapışmaq bir çoxları üçün möhtəşəm insandır. Belə bir insanı hansı qadın özünə cəzb edə bilər? - Bunun uzunmüddətdən bəri bilirəm. Mən zəkaya aşiq olanlardanam. Mən bir qadının vücuduna aşiq olammıram. Hər kişi bəlkə də müəyyən qədər təsirlənir, amma mən hadisələrə baxış tərzi, mərhəmət duyğusu, yeri gələndə dura bilən, oxuyan insanlara daha çox aşiq ola bilərəm. - İdeal insan istəyirsiniz deyə bilərik? - Təbii ki zəif cəhətləri olacaq. Məsələn, aqressivliyi, dalaşa biləcək insanları sevərəm, amma həddində edəcək. Zəkasına aşiq ola bilərəm. - Mən belə oturan zaman belə sizdən qorxa bilərəm. Çünki yüksək səviyyədə bədən dili oxuya bilirsiniz. Bu qədər dərinliyi bilmək şəxsi həyatınızda sizin üçün çətin olmur? - İş zamanı asan olur. Şəxsi həyatımda əvvəllər çətin idi. Artıq diqqət etmirəm. Beynim öyrəndi artıq. Fİlm, veriliş izləyən zaman yenə də narahat oluram. Nə zaman yalan deyir və s. anlaya bilirəm özümdən asılı olmadan. - Sizi bu qədər məşhur edən, sevdirən nədir? Səmimiyyətiniz, biliyiniz ya sadəliyiniz? - Gözəl maddələr saydın. Mən öyrəndiyimi bildirirəm. Bu bitməyəcək. Məncə səbəbi daha çox səmimiyyətdir. Universitet zamanı səmimi, yuxarıdan aşağı baxmayan müəllimləri sevərdim. Həyat hər zaman bunu mənə öyrətdi. İnsanların da bu xoşuna gəlir. Həmçinin olanları teatr formasında anladıram. Bu da insanların xoşuna gəlir. Pis insan olmamağa çalışıram. Bəlkə də odur. Dəyərlər mənimçün əsasdır. Yoxsa mən cazibədar, yaraşıqlı deyiləm. Hiss etdiyim budur. - Yeni kitabınızdan bəhs edək. “Alma desəm çıx” adlı kitabınızla sizcə bir çox insanlar çıxa biləcəkmi? - Bu kitabı xaricdə Monteneqroda yazmışdım. İçərisi bir çox fəlsəfə, dini kitabların toplusu kimidir. Yaşamadığım nələrisə yazmıram. Qısa müddətdə Türkiyədə çox oxunulan kitablar sırasına daxil oldu. - Yazdıqlarınız sizi problemlərdən çıxartdımı? Özünüzə tətbiq edə bildinizmi? - İçərisində olanlar həqiqətən mənə faydalı oldu. İnşallah ümidim budur ki, oxuyanlara da təsir edər. Adətən 100-də 10luqda dəyişim olar. Bunda da elə olacaq deyə düşünürəm. - Bakı ilə bağlı təəssüratlarınız? - Bakıya ikinci gəlişimdir. Fərqli seminar üçün gəlmişdim. Buranın ətlərini çox sevirəm. Sizin xüsusi dolmanız çox gözəldir. Piti xörəyinizdən yedim. Çox ləzzətlidir həqiqətən. Çox gəzə bilmirəm iş səbəbilə. İnşallah sabah bir az gəzməyə zamanım olacaq. Mənim üçün getdiyim ölkələrdə divarlar vacib olmadı. İnsanlar əsasdır. Sevirəm azərbaycanlıları. Onlar bizə çox dəyər verirlər. Bəzən bizi bizdən daha yaxşı anlayırlar. Müəllif: Şəhanə Quliyeva
Rəna xanım, neçə ildir ki, bu işlə məşğulsunuz və işiniz nədən ibarətdir?- Mən artıq 22 ildir ki, fizeoterapevt olaraq fəaliyyət göstərirəm. Eyni zamanda bədənin istənilən yerinini korreksiyası ilə məşğulam. Yəni ki, istənilən bədən üzvünü müxtəlif aparatlar vasitəsilə həm arıqlada, həm də kökəldə bilirəm. - Sizə daha çox bəylər müraciət edir, yoxsa xanımlar?- Daha çox xanımlar müraciət edirlər, amma bəylərin də müraciəti ilə tez-tez rastlaşıram. - Bəzən insanlar arıqlamaq üçün mədə kiçiltmə əməliyyatına müraciət edirlər. Amma siz isə fərqli üsulla insanları arıqlada bilirsiniz. Cərrahların narazılığına səbəb olmursunuz ki?- Qətiyyən, onlar özləri mənimlə işləməkdə zövq alırlar. Çünki əməliyyatdan sonra müəyyən izlər qalır ki, mən müasir aparatlarla o izləri aradan qaldırıram və tikiş zamanı vurulan sapları yumşaldıram. Bərkiməyə qoymuram. Bir də ki, elə pasientlər olur ki, mən özüm onlara məsləhət görürəm ki, bu mənlik deyil, plastik cərrahiyəlikdir. - Sizin üsulunulza bir aya nə qədər kilo verə bilir pasientlər?- Hansısa bir üzvü kiçiltmək çəkiyə baxmır. Çəki onsuz da azalır. Amma mənim əsas məqsədqim ölçünü kiçiltəm, ya da böyütmək olur. Bir sözlə, mən uşaqlıdan yığılıb qalan piyləri əridirəm. Loru dildə desək, insanları “rəndələyirəm”. - Bəs etdiyiniz prosedur zamanı hansısa bir pəhrizi məsləhət görürsünüzmü?- Xüsusi pəhriz olmur. Lakin hər prosedurdan iki saat qabaq və iki saat sonra yeməmək əsas şərtdir. - Dediniz ki, müxtəlif aparatlarla işləyirsiniz. Bu aparatların funksiyaları nədən ibarətdir?- Aparatlarımın hamısı müasir aparatlardır. Kompleks şəkildə işləyirəm. Hər aparatın özünün funksiyası var və onlar biri-birini tamamlayır.- Sizin prosedurlarınızdan sonra narazı qalan pasientlər olurmu?- İndiyə qədər belə halla rastlaşmamışam. İnsanların güvənini qazanmışam. - Bəs bu prosedurların sonradan bir fəsadı ola bilərmi?- Qətiyyən. Əksinə, nəticələr getdikcə daha da ürəkaçan olur. - Ən uzun çəkən prosedur hansıdır?- Gün ərzində bir prosedura bir-iki saat vaxt gedir. Amma elə prosedurlar var ki, beş-altı saat vaxt tələb edir. - Son olaraq, nə demək istəyirsiniz?- Demək istəyirəm ki, insanlar öz sağlamlıqlarına fikir versinlər və həmişə gözəl görünsünlər.Əlaqə nömrəsi: 055 658 07 58Real Hospital
Mütəxəssislər hesab edir ki, Azərbaycanda valideynlər övladlarını birinci sinfə heç bir psixoloji hazırlıq olmadan aparırlar. Lakin bilmirlər ki, ilk dərs günündən uşaq psixologiyasında qazılan özüllər onun gələcək həyatına bu və ya digər şəkildə təsir edir. Məktəblərin açılması ilə əlaqədar uşaqların sosial və psixoloji problemlərini, valideyn, məktəb və müəllim münasibətləri barədə psixoloq Leyla Davud Abdullayevaya danışıb. Psixoloq.az medicina.az-a istinadən həmin müsahibəni təqdim edir: -Leyla xanım, fikrinizcə, hər 6-7 yaşlı uşaq məktəbə getməyə hazırdırmı? Niyə çox uşaqlar məktəbi sevmir? İlk dərs ili uşağı hansı istiqamətə daha çox dəyişir: mənfi, yoxsa müsbət? -İlk olaraq, 5-6 yaşlı uşaqların məktəbə yazdırılması məsələsinə toxunmaq istərdim. Əvvəllər bilirik ki, uşaq 7 yaşı tamam olanda məktəbə gedirdi. Hətta 7 yaşı oktyabra kimi tamam olmayanı növbəti ilə saxlayırdılar. İndi isə 6 yaşı tamam olmadan uşaqları məktəbə aparmağa tələsirlər. Valideynlər düşünür ki, uşağım rəqəmləri saya bilir, hərfləri tanıyır, zehni yaxşıdır, nə qədər tez məktəbə getsə, bir o qədər yaxşıdır, hər şeyə tez nail olar. Bu faktların heç biri uşağın məktəbə hazır olmasını göstərmir. Ən böyük yalnışı da elə burda edirlər. Uşaq fiziologiyası, psixologiyası, inkişafı elədir ki, hətta ayın, günün belə əhəmiyyəti var. Necə ki, uşaq hamiləlik dövründə 9 ay tamam olunca doğulmalıdır, vaxtından əvvəl doğulmuşlara yarımçıq doğulmuş deyilir və bu uşaqlarda tənəffüs, beyin orqanları tam inkişaf etmiş olmur. Eləcə də məktəb yaşı... İdeal variant 7 yaşdır. Heç olmasa 6 yaş tamam olsun, 7 yaşa keçsin. Ola bilər, uşaq bu yükə dözər, ayaqlaşar, amma bu nəyin bahasına baş verir: uşağın psixologiyasının gərginliyinin hesabına, rezervlərini tükətməyin hesabına. Bu ilk başda hiss olunmasa da, sonradan çox böyük mənfi nəticələrlə özünü biruzə verir. Məktəb uşağın ilk sosial kollektividir. Hər uşaq üçün ora təkcə oxumaq, elm qazanmaq yeri deyil ki. Evdən gələn, ailəsindən başqa bir adam görməyən uşaq üçün bu çox böyük dəyişiklikdir. Uşaqların zehni, fiziki bədəni üçün 45 dəqiqəlik dərsdə oturmaq belə çox çətindir. Çünki uşaqlarda zaman anlayışı da fərqlidir. Mən səhər 7-də oyanıb, məktəbə hazırlaşmaq, 8-də dərslərin başlanmasının da əleyhinəyəm. Uşaq beyni, orqanizmi üçün bu uyğun vaxt deyil. Yaxşı olar ki, saat 9:30-10 arası başlasın. Amma nə edək ki, bir çox şeyləri biz dəyişə bilmirik. O zaman valideynlər məktəb başlamasına az vaxt qalmış adaptasiya mərhələsinə keçməli, sanki məktəbə gedirmiş kimi rejim qurmağa başlamalıdırlar. Birdən-birə 10-da yuxuda qalxan uşağı 7-də oyatmaq uşağın beyni üçün zərbədir. Eyni zamanda bunu uşağa danışaraq, başa salaraq etməlidirlər. Maksimum izah, motivasiya olmalıdır. Bilgili ailələr uşağı psixoloji olaraq məktəbə hazırlayırlar. Burada maraqlı və çətin məqam nədir: bir sinifdə hazırlıqlı uşaqla hazırsızlıqlar gəlib qarışır. Artıq hansı tərəfin üstün gələcəyi sual altındadır. Uşaqlar bir-birinə təsir etməyə başlayır. Burda əsas yük pedaqoqun üzərinə düşür. Mənim fikrimcə ibtidai sinif müəllimləri yüksək psixoloji təlim keçmiş insanlar olmalıdır. Təkcə pedaqogika ilə iş bitmir. Uşaqdır, gec-tez əlifba öyrənəcək, yazacaq da. Əsas sinifdə uşaqların kollektivə düzgün adaptasiyasını təşkil etməkdir. Biz böyüklər belə kollektivə gec öyrəşirik, təsirlənirik, kollektiv yaxşı olmayanda məyus oluruq. Psixoloji niyələr artır. Bu niyələrə cavab tapmayanda bizdə stres, gərginlik yaradır. Uşaqların psixologiyası isə tamam fərqlidir. Uşaq zehnini anlamaq çətindir. "Uşaqla uşaq dilində danışacağam, hər şey düzələcək” fikrini özünüzdən uzaqlaşdırın. -Məktəbə gedən uşaqları əlavə musiqiyə, incəsənətə, kurslara qoymağın faydası varmı? Axı uşaqların çoxu gələcəkdə heç o sənəti seçmir. Bunlar əlavə yorucu yük deyilmi? -İncəsənət, yaradıcılıq, kurslar hər uşağın potensialına görə təyin edilməlidir. Bəzi valideynlər isə uşaqların bacarıqlarını nəzərə almadan,öz arzu və istəklərinə uyğun kurslara yönəldirlər. Biz bəzi psixoloji problemləri olan uşaqları idmana, pianoya, musiqiyə yönəldirik. Örnək olaraq piano dərsləri uşağın beyninin inkişafı üçün vacibdir. Çünki pianoda uşaq hər iki əlini çalışdırır, bu da beyin yarımkürələrini işlədir. Vacib deyil ki, musiqiçi olsun, konsertlərə çıxsın, gözəl ifalar etsin. Burda məqsəd psixoloji, zehni inkişafı gücləndirməkdir. Eləcə də rəsmə getməyin böyük psixoloji faydası var. Bəzən də qonşuya, qohuma baxıb, geri qalmamaq, dəbə qoşulmaq arzusu üstün gəlir. Valideyn istəyir deyə uşaq bu kursa, sənətə getməlidir hökmü üstünlük təşkil edir. Burda da valideynlər diqqətli olmalıdır. Uşağı hara yönəltməkdə çətinlik çəkirlərsə, o zaman psixoloq məsləhəti ilə uyğun kurs seçə bilərlər. -Məktəb başlayandan uşağın iştahı, yuxusu, dəngəsi pozuldu deyənlər də çoxdur. Buna görə uşağı nevroloqa, həkimə aparır, vitaminlər, hətta yuxu dərmanları verirlər. -Bəzi həssas uşaqlarda həyatında baş verən məktəb kimi yenilik gərginlik yaradır, evdə davranışında, danışığında, yuxusunda, yeməyində pozuntular başlayır. Bu, valideyni qorxudur. Bunu önəmsəməmək və ya özbaşına aradan qaldırmaq mümkün deyil. O zaman uşağı mütləq peşəkar psixoloqa yönləndirmək lazmdır. Psixoloq çox qısa müddətə, 3-4 seansa uşağı məktəb sindromundan çıxara bilər. Bəzən valideynin xəbəri olmur, amma uşaqda orqanik nevroloji problem var. Məktəbə gedən kimi bunlar artır. O zaman nevroloq və psixoloq birgə yanaşmalıdır. Bu halda valideyn tək başına bir şey edə bilməyəcək. Uşaqlar məktəbə adaptasiya dövrünü çətin keçirir. Amma elə uşaq var ki, psixologiyası güclüdür, hazırlıqlıdır, asan keçirir. Bu müddəti faciələşdirmək lazım deyil. Bəzən pasiyentlərim olur, 18-20 yaşlı övladları ilə gəlirlər, adi bir münasibəti belə faciəyə çevirirlər ki, mənim uşağım normal deyil. Yeniyetməliyin son dövrü deyilən dövr var, elə gənc var ki, onda 22 yaşa kimi davam edir. Ona görə 22 yaşlı gəncin özünü dəlisov yeniyetmə kimi aparması normaldır. Bəzən valideynlər özlərini misal gətirir ki, bizim dövrümüzdə belə şeylər yox idi, biz də uşaq olmuşuq, belə olmamışıq. Axı sizin dövrünüz bu qədər modern deyildi. İnsan üçün çox asanlıqlar və çox zorluqlar var... Bu dövrə adaptasiya olmaq çox çətindir. Biz də yaşlananda uşaqları görüb belə deyəcəyik: bizim vaxtımızda belə deyildi. Modern valideynlər internetdə gecə-gündüz oturur, sonra uşağında təcrübə aparır. İnternet kirli məlumatlarla doludur. Uşaqda xəstəlik tapırlar, özlərindən fobiyalar uydururlar. Mən validyenlərə deyirəm ki, siz araşdırmağı buraxın, problem varsa, onu mütəxəssisə həvalə edin. Orda bir kirli informasiyanı görəcəksiz, o informasiyanın sizin beyninizə etdiyi təsir, dəyişiklik sonra çətin düzələcək. Valideynlər uşaqlar üzərində eksperiment edirlər. Əslində övlada ən böyük zərəri istəmədən elə valideyni vurur. Etdiyiniz yanlışlar sonra ikiqat zərərlə geri qayıdır. O xətaları biz düzəldənə kimi vaxt gedir. Sıfırdan gəlsələr, heç çətinlik çəkmərik. Aptekdən özbaşına dərman almaq, özlərinin təyin etdiyi " diaqnoz”lar, filankəsin uşağı bunu içdi yaxşı oldu, bu dərman beyni gücləndirir, ya sakitləşdirir - kimi ağlagəlməz hərəkətlər əks- fəsad olaraq geri dönür. Kimyəvi tərkibli dərmanlarla uşaq psixologiyasını düzəldə bilməzlər. Sənin uşağın ayrıdır, sənin uşağın onun-bunun uşağı deyil. Sən övladına fərqli varlıq kimi baxmalısan. -Bəs dərslərdən mütləq 5 qiymətlə evə gəlmək vacibdirmi? Qiymətə görə uşağı danlamaq olarmı? Olmaz ki, uşaq özünə görə oxusun?-Bu da yaralı mövzudur. İnsanın o qədər özünə xas psixologiyası, idrakı var ki... Bir sinifə 20 uşağı yığıb, hamısından eyni nəticəni gözləmək, eyni tələbi etmək qeyri-peşəkarlıqdır. Bilmirəm, bu tendensiyanı kim icad edib. Çox düşünülməmiş bir ideyadır. Pedaqoqlar bu baxımdan təhlükəli vəziyyət yaradır. Pedaqoq bilməlidir ki, bir uşaq bir fəndən yüksək nəticə göstərib, digərindən zəif qiymət ala bilər. Uşaq robot deyil. Təbii ki, nəzarət olmalıdır. Amma uşağını yaxşı tanıyan valideyn bilməlidir ki, bu uşaqdan nə dərəcədə tələb edə bilər. Sən istə, müəllim tut, öyrət, tələb et, amma bir yerə qədər. Gördünsə olmur, nəticə yoxdur, o zaman ayrı yol tutacaqsan. Valideyn vaxtını, pulunu sərf edir, uşaq gözlədiyi nəticəni verməyəndə uşağı gətirirlər nevroloqa, psixoloqa ki, baxın görün buna nə olub? Valideyn uşaqlar üçün universitetdən o tərəfə özünü təsdiq yolu qoymur. Bunu valideynlər gözəl bilir. Sənin uşağın üçün yüzlərlə təsdiq yolu var, sənət növü var. Valideyn övladının arxasında durmalı, dəstəkləməlidir ki, o uşaq həyata tutuna bilsin.Uşağa qayğı, sevgi kurslar, müəllimlər, fənlərə pul xərcləməklə göstərilmir. Hansı valideyndən soruşsan, təbii ki, uşağını sevir. Onun üçün ölümə də gedər. Amma təəssüf ki, bu sevgini övladımıza çatdıra bilmirik. Uşaq böyük boşluğa düşür, ona təqdim olunan yolu məcburiyyət kimi görür, nə edirsə məcbur edir. Təki anam-atam razı olsun, təki evdə səs çıxmasın, məndən razı olsunlar. Uşağı sevgi ilə böyüdün, travmalarla yox. Bizim ən xatalı, bəlalı yerimizdir – sevgisizlik. Övladınız doğulan gündən sizin hədəfiniz nə dərs, nə kurs, nə sənət, nə məktəb olmalıdır. Sənin hədəfin övladına maksimum sevgi çatdırmaq olmalıdır. Valideyn övladını dərindən tanımalıdır. Tanıya bilmirsə, psixoloq köməyilə tanımalıdır. Bu sənin missiyandır. Uşağın fizioloji, psixoloji sağlamlığı üçün hava, su, qida, puldan da önəmli sevgi ilə qidalanmasıdır.Sevgisiz böyüyən, sevgi acı olan uşaq ömür boyu yadlarda, bəzən qorxulu bir adamda, təhlükəli ünvanlarda sevgi axtaracaq, başqalarının təsirinə düşəcək. Bunun üçün bizim toplumumuzun bilgili valideynlərə, uşaq psixalogiyasını dərindən bilən pedaqoqlara ehtiyacımız var.
Türkiyənin və dünyanın ən tanınmış psixiatrlarından biri, Üsküdar Universitetinin rektoru, NP (neyropsixiatriya) İstanbul Xəstəxanalar Qrupunun baş həkimi, professor Nevzat Tarhan psixoloji problemlərə aydınlıq gətirib.- Azərbaycanda psixi sağlamlıq vəziyyəti ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?- Müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin psixoloji sağlamlıq vəziyyəti ilə Türkiyə cəmiyyətinin psixoloji sağlamlıq durumu arasında o qədər də ciddi fərq yoxdur. Soyuq müharibə illərindən sonrakı dövrdə Azərbaycanda mədəni kimliyin təzyiq altına alındığı bir cəmiyyət modeli hakim idi. Lakin müstəqillik əldə edildikdən sonra çox sürətli yeniləşmə dövrü yaşanmaya başladı. Türkiyədə olduğu kimi, Azərbaycanda da qloballaşmanın müsbət və mənfi tərəflərinin olduğunu söyləyə bilərik. Bu prosesin müsbət cəhətləri insanlarda təşəbbüskarlıq ruhunun artması, rəqabət mühitinin formalaşması və bunlara paralel olaraq iqtisadi inkişafın baş verməsidir. Mənfi çalarları kimi isə, ailə münasibətlərinin zəifləməsi faktını göstərə bilərik. Türkiyədə olduğu kimi, qloballaşmanın ailə münasibətlərini zəiflədən mənfi xüsusiyyətləri Azərbaycandan da yan keçməyib.- Psixi xəstəliyə daha çox kişilər, yoxsa qadınlar düçar olurlar?- Psixi pozuntular, ələlxüsus depressiv mənşəli pozuntular qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu, 1:2 nisbətindədir. Lakin şizofren mənşəli problemlərin görünmə sıxlığı baxımından cinslər arasında çox böyük fərq yoxdur. Hiperaktiv olaraq adlandırdığımız pozuntular təqribən 1:3 nisbətində kişilərdə daha çox müşahidə olunur. Elmi ədəbiyyatda antisosial şəxsiyyət pozuntusu olaraq adlandırılan problemlər də kişilərdə daha çox özünü büruzə verir. Nitq pozuntusu kişilərdə daha yüksək, qadınlarda isə daha aşağı səviyyədədir. Yəni psixi pozuntunun növündən asılı olaraq, onun qadın və kişilər arasında özünü büruzə vermə sıxlığı fərqlidir.- Azərbaycandan sizin yanınıza xeyli sayda xəstələr gəlir. Onlar daha çox hansı xəstəlikdən şikayət edirlər?- Azərbaycandan olan pasientlərin son dövrlərdə xəstəxanalarımıza edilən müraciətlərinin sayında artım var. Bunların arasında hansısa bir psixi pozuntunun özünü daha çox bürüzə verdiyini söyləmək çətindir. Lakin bununla belə ümumiləşdirmə aparsaq, Azərbaycandan gələn pasientlər arasında manial depressiv psixoz hallarına (nevrozun növü) daha çox rast gəlinir. Bu vəziyyət Türkiyənin Qara dəniz, Ərzurum, Qars, Ərzincan vilayətlərindən olan xəstələrin şikayətləri ilə çox yaxındır.- Yeni yetişən nəsillərin tərbiyəsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir. Siz də uşaq tərbiyəsi üzrə çoxsaylı tədqiqatlar aparmısınız. Azərbaycanda bəzi valideynlər hələ də uşaqları döymək kimi tərbiyə üsullarından istifadə edirlər. Bu nə qədər düzgündür?- Biz türklərin zorakılığa haqq qazandıran bəzi səhv düşüncələrimiz var. Əslində isə bir insana edilən ən gözəl nəsihət qar kimidir. Qar yavaş yağdığı zaman yerdə qalar, şiddətli yağarsa, fırtınaya səbəb olur və qar yerdə qalmaz. Gözəl nəsihət insanın ruhunda iz qoyar. Bir insana qarşı zorakılıq tətbiq edərək onu tərbiyə etməyə çalışmaq fırtınalı qar kimidir. Bu, heç bir nəticə verməz. Onun tərbiyəedici gücü demək olar ki, yoxdur. Yalnız qarşımızda özünəinam hissi zəif fərdlər formalaşdırar. Halbuki məqsədimiz sakit, özünəinam hissi olmayan fərdlərdən daha çox, özünəinam hissi yüksək olan insanlar yetişdirmək olmaldır. Bu mənada Hz. Əlinin çox gözəl bir sözü var: "Uşaqlıqda çox sual verən sonrakı yaş dövrlərində çox suala cavab verən olar". Yəni burada sual verən uşağı nəinki alçaltmaq, əksinə onunla daimi ünsiyyətdə olmaq vacibdir. Hətta həmin uşaqlarla onunla eyni boya əyilərək ünsiyyət qurmaq lazımdır. Beləcə uşağa dəyər verdiyimizi göstəririk. Uşaq tərbiyəsində tətbiq etdiyimiz bir prinsipimiz var: "Sev, dəyər ver və bölüş". Uşaqlara dəyər verməyimiz lazımdır. Bu mövzuda yenə Hz. Əlinin bir sözünü misal çəkmək istəyirəm: "Yeddi yaşına qədər övladınızla oynayın, 15 yaşına qədər onunla dost olun, 15 yaşından sonra onunla məsləhətləşin". Bunlar uşaq tərbiyəsində bizim üçün istiqamətverici prinsiplərdir. Göründüyü kimi, burada aqressiyadan, hansısa bir zorakılık elementindən söhbət gedə bilməz. Zorakı üsullarla uşağı tərbiyə etməyə çalışmaq gələcəkdə həmin uşağı özünə düşmən etmək deməkdir. Belə ki, sonrakı yaş dövrlərində bu uşaqların həm valideynlərinə, həm də cəmiyyətin digər üzvlərinə qarşı gizli və yaxud açıq düşmən hissi bəsləyən fərdlərə çevrilmə ehtimalı var. Digər tərəfdən, uşaqlıqda fiziki zorakılığa məruz qalan insanların sonrakı yaş dövrlərində psixi pozuntuların yaranması və özünəinam hissi zəif fərdlərə çevrilməsi riski var.- Artan psixoloji problemlərlə paralel psixoloqlara və psixiatrlara olan ehtiyac da durmadan artır. Türkiyədə bu sahədə professional mütəxəssislərin hazırlanması istiqamətində hansı tədbirlər görülür?- Yeni qurulan universitetimiz psixologiya, psixiatriya, fəlsəfə, kompüter mühəndisliyi, sosial iş, molekulyar biologiya kimi sahələrdə ixtisaslaşmış bir universit kimi qısa zamanda həm tələbələrin, həm də ictimaiyyətin diqqətini özünə cəlb edə bilib. Universitetimiz Türkiyədə ilklərə imza atmağa müvəffəq olub. Beyin batareyası istehsalı üzrə neyrotexnologiya mərkəzimiz var. Yenə Türkiyədə ilk olan ailə mərkəzi açdıq. Burada da ailə konsultasiya mərkəzləri üçün mütəxəssilər yetişəcək, ayrıca universitetimizdə zorakılığı tədqiq edən mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə Türkiyənin aqressiya riski böyük olan yerlərinin xəritələri hazırlanır. Universitetimizin ən böyük üstünlüklərindən biri tələbələrimizin Türkiyənin ən tanınmış və bu sahədə ən qabaqcıl psixiatriya xəstəxanalarından biri olan NP İstanbul xəstəxana Qrupunda təcrübə keçmə imkanına malik olmalarıdır. Universitetimiz xarici ölkələrdən, ələlxüsus türk dövlətlərindən, Azərbaycandan olan tələbələrə öz qapılarını açmağa hazırlaşır. Təsis etdiyimiz xüsusi imkanlarla bu ölkələrdən olan tələbələr həm ingilis, həm də türk dillərində ən son texnologiyalarla təchiz olunmuş universitetimizdə təhsil alma imkanı əldə edəcəklər.(trend.az)
“Xosbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb sən ona baxıb gülərsən o da sənə” Həyat bir çox hadisələrlə doludur. Mənfi və ya müsbət... Yaşanılanlar zamanla insana hər şeyi öyrədir. Psixoloq.az portalının əməkdaşı həyatının bəlkə də ən çətin sınağını vermiş, amma buna baxmayaraq daha da ucalaraq olanları müsbət istiqamətə çevirmiş “Əsa” teatrının aktyoryu İmran Lalayevlə maraqlı müsahibə aparıb. Həmin söhbəti sizə təqdim edirik: - İlk olaraq profilinizi izlədik. Baş vermiş hadisəni bir də sizdən dinləmək istərdik. Necə baş verdi? - Hadisə 2013- cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim körpü var idi, körpünün altından qatar yolunu keçirdim və körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı. Xəstəxanaya apardılar. 8-gün komada olmusam. - Bir çox insan başına bir iş gəldiyi zaman dünyadan küsür. Sizdə belə bir hal yaşandımı? - Məndə belə bir hal baş verməyib. Çünki mən buna pozitiv bir düşüncəylə yanaşdım və bu indi də belədir. 21 yaşım vardı və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü buna elə həmin gün hazırladım və qəbullanmağım uzun zaman almadı. - Bu səbəblərə görə, psixoloqa müraciət etmisiniz? - Heç zaman psixoloqa müraciət etməmişəm, amma bununla maraqlı bir hal xəstəxanada başıma gəlmişdi. Bir xəstəxanada protezləri düzəltdirmək üçün yatırdım və eyni zamanda kollecə hazırlaşırdım. Demək olar ki otaqdan çıxmırdım. Həkim məni çağırdı ki psixoloqun yanına get, elə də etdim. Psixoloq məndən soruşdu ki, İmran niyə otaqdan çıxmırsan? Sənin kimi burda yatan xəstələr var, hər gün domino oynayır, oturub söhbət edirlər. Səni sıxan nədir? Həkim elə bildi ki, mən depressiyadayam. Cavab olaraq dedim ki, mən gələcəyimi düşünürəm. Kollecə hazırlaşıram. Bütün günü kitab oxuyub, test edirəm. Sizcə domino oynamaqla mən gələcəyimi qura bilərəm? Gülümsədim dedi ki düz edirsən. Bu da həyatımda ilk və son psixoloq yanına geyməyin oldu. - Başına belə hadisə gələnlərə nə demək istərdiniz? Depressiv hal yaşamamaq üçün nə etməlidirlər? - Mən demək istəyirəm ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu hər kəsin başına gələ bilər. Əsas odur ki, özünü güclü hiss edəsən, isyankar olmayasan. Fərq etmək çətinliyin nə olur olsun. Mübariz olmaq lazımdır. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanıb. Sən ona baxıb gülərsən, o da sənə. - Teatrda iş fəaliyyətiniz nə zaman və hansı şəkildə başladı? - Mən Memarlıq inşaat kollecini bitirmişəm və bir gün dostun mənə belə bir teatr var dedi, qoşul. Öncədən tərəddüd etdim, çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacaq, amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki, mən “Əsa” teatrında aktyor olaraq çalışıram və bir neçə tamaşalarda oynamışam: “Adamlar və siçanlar” və “Paris partladı tamaşası”. Mən inanıram ki, hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərqli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. - Sizin kimi hadisə yaşayıb sizin kimi olmayıb yəni həyatda uğur qazanmayan insan tanıyırsınızmı? - Xeyr elə bir insan tanımıram bəlkə də var az öncə də dediyim kimi hər insanın həyatında belə bir şans yaranır, təbii ki bu fərli ola bilər, əsas odur ki, sən onu görüb düzgün qiymətləndirə biləsən. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yəni bir həyat deməkdir, çünki mən hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm: "Mən içimdə o xoşbəxtliyi yaradan bir insanam və mən belə düşünürəm ki, həyatda pul, var- dövlət bunlar olsa da insan əgər xoşbəxt ola bilmirsə demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz özlüyündə xoşbəxt ola bilmirsə qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol".. Müəllif: Şəhanə Quliyeva
Dəyanət Rzayev hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. 3 avqust onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi. Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib. Psixoloq.az xəbər verir ki, modern.az saytı mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub. - Dilqəm bəy, artıq 1 ildən çoxdur ki, Dəyanət Rzayev aramızda yoxdu. Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür? - Düşünürəm ki, yaxşı atanı heç bir övlad unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür. Məsələn, saçlarıma lağlağı edərək, mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrdəndir. Dediyim kimi, övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək. - Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi? - O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim. - Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi. Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı ölümə aparan səbəb nə ola bilərdi? - Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox şəxslər belə onun yaxşılığını fürsətçiliyə çevirdilər. Onun sayəsində əli çörəyə çatan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa.. - Sizə hansısa arzularından danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu? - Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O, şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...
Psixoloq məsləhəti almaq...Əslində dərin və mənalı düşüncədir və çətinlik zamanı ilk ağla bu gəlməlidir. Ancaq təəssüf ki, cəmiyyətimizdə bu fikir bir az başqa istiqamətdə formalaşıb. Bəs psixoloq yanına getməyə həqiqətən ehtiyac varmı? “Psixoloqun psixoloqa ehtiyacı olmaz” fikri həqiqətdirmi? Bu və bununla bağlı bir çox məqamlardan psixoloq İlkin Kazımlı, Psixoloq.az-a verdiyi geniş müsahibəsində bəhs etdi. - İlkin bəy, probleminiz yaranan zaman özünüzə psixoloq kimi yanaşa bilirsiniz? -Əslində bu çox çətin sualdır. Onu qeyd edim ki, psixoloq insanlara ana resurs kimi yox, köməkçi resurs kimi yanaşmalıdır. Bildirim ki, hər hansı bir problem olan əksər insanlar əslində öz probleminin fərqindədir , lakin onu özləri həll edə bilmirlər. Çünki öz problemlərinə kənardan baxmağı bacarmırlar və problemin haradan qaynaqlandığını analiz etməyi bacarmmırlar. Bizim bir fərqimiz ondadır ki, biz öz problemimizin haradan qaynaqlandığını bilirik və bunu analiz etməyi bacarırıq. Bir də düşünürəm ki bu problemin dərəcəsindən asılıdır. - Psixoloq və psixiatr... Nə fərqləri var? - Fərqi ondadır ki, psixooq olan şəxs müvafiq universitetin “Ümumi psixologiya” ixtisasını 4 il ərzində bitirib, sonra istəsə 2 illik magistratura (şərt deyil) üzrə oxuyur.(TSPX xaric). Psixiatr isə Azərbaycan Tibb universitetinin psixiatriya sahəsi üzrə təhsil alır və psixoloqun dərman yazma hüququ yoxdur, lakin psixiatrın var. - Azərbaycanda psixoterapiya nə üçün az inkişaf edib? - Azərbaycanda psixologiyanın daha yaxşı inkişaf etməməyinin əsas səbəbi xalqımızın düşüncəsidir. Avropada belədir ki, əgər sən kimdənsə məsləhət almaq istəsən, sənə “İşim var get dərdini psixoloqa danış” deyəcəklər. Lakin bizim xalqımız çox emosional xalq olduğuna görə, əksər insanın dostu-tanışı var və çox insan dərdini yaxınlarına danışır. Təbii ki, bu danışmaq sağalmaq üsulu deyil. Psixoloq isə terapiya ilə məşğuldur. Bizim bəzi insanlarımız psixologiya anlayışını hələ də “falçılıq” kimi anlayırlar. Mən düşünürəm ki, maarifləndirmə düzgün olsa həmvətənlərimiz psixologiya elminin hansı gücə malik olduğunu dərk edərlər. - Psixoloq olaraq psixoloq yanına getmisiniz? - Hər bir psixoloq işinə başlamamışdan qabaq öz psixoloji terapiyasını keçməlidir. Çünki psixoloqun hansısa psixoloji problemi varsa, o digər insanlara kömək edə bilməyəcəkdir. O səbəbdən bəli getmişəm. - Deyirlər psixoloqun psixoloji problemləri olmaz. Sizcə bu belədir? - Bu çox yanlış düşüncədir. Psixoloq da bir insandır. Onun da düşüncələri, hissləri var o da bir vərəndaşdır. Hər bir psixoloqun problemi olması mümkündür. - İndiki psixoloqlardakı əsas problem nədir? - İlk olaraq diplomlarının olmaması,hansısa sertifikatla özlərini psixoloq zənn etmələridir. Sonra müvafiq TSPX (təhsildə sosial psixoloji xidmət) ixtisasını bitirib özlərini psixoloq saymaları və əsas da psixologiya elminin adından istifadə etməklə dolandırıcılıqla məşğul olmaları və s. - Bu sahədə əsas boşluq nədir? -Sağlam təhsilli kadrlara qiymətin kifayət qədər verilməməsidir. - Universiteti bitirən gənc psixoloqlar ilk olaraq haradan necə başlamalıdırlar? - İlk öncə müvafiq mərkəzlərdə volunteer kimi işləməyə başlamalıdır. Bu onlar üçün həm perspektiv, həm də praktika olar. Müəllif:Şəhanə Quliyeva
Müasir zamanda bir çox insan öd ağrılarından şikayətçidirlər. Əksər pasiyent isə düzgün məqamda həkimə müraciət etmir, nəticədə isə bir sıra problemlər yaranır. Ümumi və transplant cərrah Bəhruz Səlimovun öd daşı patalogiyası və əməliyyatı ilə bağlı Psixoloq.az-a verdiyi geniş müsahibəni təqdim edirik: - Öd daşlarının yaranma səbəbi nədir? -Öddə hər hansı bir səbəbdən meydana gələn qatılaşma bu daşları yarada bilər. Həmçinin az su içmək, öd yollarını sıxan hansısa bir şiş, çox az miqdarda düzgün qidalanmamaq, anadangəlmə olaraq öd boynunda yaranan əyrilik, iltihabi proseslərdə də qatılaşma ilə daşların yaranması mümkündür. - Öd yolundakı çöküntüləri təbii üsulla yox etmək mümkündür? - İlk olaraq bol su içmək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. Qum, az miqdarda çöküntü varsa su vasitəsilə bu problem aradan qaldırıla bilər. Daşlar böyüdükdən sonra onları əritmək mümkün olsa da məsləhət deyil. Çünki öd yollarına düşərək tıxanıqlığa səbəb ola bilər. Nəticədə ağır patalogiyaya səbəb ola bilər. Bu səbəbdən böyümüş daşları əritmək düzgün deyil. Bəzi dərmanlar vasitəsilə əritmək mümkündür, ancaq bu növ həbləri həkim göstərişi olmadan istifadə doğru deyil. - Öddə daşın olması hansı əlamətlərlə üzə çıxa bilər? - İlk növbədə həzm prosesində pozğunluq əmələ gəlir, qarında ağrılar yarana bilir. Ağrılar adətən sağ qabırğaaltı nahiyyədə yaranır. Həzmdə yaranan problemlər isə yeməkdən sonra yaranan köp, ağrı ilə müşahidə edilə bilər. Bəzən yağlı yeməklərdən sonra öd daşı öd yollarına düşür. Bu da kəskin öd tutmalarına səbəb ola bilər. Bu zaman təcili həkimə müraciət etmək lazımdır. - Hansı məqamda əməliyyata qərar verilir? - Öd daşı varsa və buna bağlı şikayətlər meydana çıxarsa bu, əməliyyata göstəriş deməkdir. Bəzən öd daşının olması təsadüfi müayinə əsnasında aşkara çıxır. Həmçinin pasiyentdə heç bir şikayət olmursa buna lal öd daşı deyilir ki, bu da əməliyyat üçün göstəriş deyil. - Qadınlarda ya kişilərdə daha çox rastlanır? - Daha çox qadınlarda rastlanır. Kişilərdə bu göstərici azdır. - Öd daşı əməliyyatı keçirdikdən sonra yenidən daşların yaranma ehtimalı varmı? - Öd daşlarının əməliyyatdan sonra yaranma riski demək olar ki yoxdur. Ancaq bəzi hallarda öd daşı yarana bilər. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz Tel:070 -579-88 -33 Müəllif: Şəhanə Quliyeva
Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən biri isə uşaqlıqda yaranan poliplər ola bilər. Mövzu ilə bağlı Psixoloq.az-ın suallarını ginekoloq Ləman Əliyeva cavablandırıb. Həmin geniş müsahibəni təqdim edirik: - Uşaqlıq yolunda(uşaqlıq boşluğunda) poliplərin yaranma səbəbi nədir? - Xəstəliyin əsas yaranma səbəbi hormonal pozuntudur – Estrogenlərin çoxluğu və progestron çatışmazlığıdır. - Hamiləlik üçün təhlükəlidirmi? - Endometriyada (Uşaqlığın içərisində) yaranan polip hamilə qalmağa mane olur. Qanaxmalara səbəb ola bilər. Dİgər yerləşmələrdə olması isə müxtəlif problemlər meydana çıxara bilər. - Diaqnozun USM ilə müəyyən olunması mümkündür? - USM vasitəsilə diaqnoz bəli qoyula bilər. Bəzən diaqnostik histeroskopiya lazım ola bilər. - Bəs xəstəliyin əlamətləri nədir? - Menstruasiya pozğunluğu, qanaxmalar, dəmir defisitli anemiyalar, Menstruasiya arası müddətdə uşaqlıq yolundan gələn axıntı, cinsi münasibətdən sonra yaranan ağrə və ya qanlı axıntı, qarnın aşağı hissəsində ağrı, sonsuzluq, düşüklər əsas əlamətlər sırasındadır. - Yaranan poliplərin müalicəsi hansı formada aparılır? - Müalicəsi hormonal terapiya (hormonal dərmanlar) və cərrahi üsulla aparılır. - Qadınların əksəriyyəti cərrahi əməliyyatdan qorxurlar. Genişlənməyən poliplərdən xilas olmağın yolu ancaq cərrahi müdaxilə ilə olur? - Seçim qadına görə təyin edilir. Qız uşaqlarında adətən dərman müalicəsi tətbiq olunur. Hamiləliyə mane olan və qanaxma verən poliplər histeroskopik üsulla götürülür. Müəllif: Şəhanə Quliyeva