Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim
Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, "Tavistok mühazirələri"ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun "Yunq psixologiyasına giriş" kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək. Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm: 1) İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları "İnsan və simvolları" məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası "ilkin modellər") kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib. 2) "Tavistok mühazirələri" – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək "Tavistoks mühazirələri"ni oxuduqdan sonra "İnsan və simvolları"na keçə bilər. 3) Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə "İndividuasiyanın altı arxetipi" kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip "Ana Uşaq və Mənlik"dir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır. 4) Bir qədər daha mürəkkəb sayılan "Dövrümüzün mənəvi problemləri" məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. "Müasir insanın mənəvi problemi", "Müasir psixiatriyanın problemləri", "Freyd və Yunq qarşıdurması", "Psixoloji tipologiya", "Ruh və torpaq", "Arxaik insan", "Həyat sərhədi", "Analitik psixologiya və dünyagörüşü", "Kompleks və mif", "Ruhun quruluşu", "Nikah psixoloji münasibət kimi" məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq. 5) Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını "Xatirələr, yuxular, düşüncələr"i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası "Ölülərə yeddi nəsihət" olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq. 6) Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri "Transformasiya simvolları" adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, "uşağın qurban edilməsi" – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur. 7) İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab "Eqo və şüursuzluq arasındakı əlaqə"dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir. 8) "Sinxronluq". Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi. 9) Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan "Aion" kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. "Aion" - əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin "Eqo və Arxetip" kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, "Aion"nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır. Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz. 10) "Psixologiya və kimyagərlik". Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır. Beləliklə, Yunqun "kimyaçılıq" kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın "Kimyagərlik" kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib. 10) Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: "Merkurinin ruhu" və "Parasels". Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır. 11) "Psixologiya və din". Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır. 12) "Üçlük haqqında mifin psixoloji izahı cəhdi". "Budur, üç nəfər, bəs dördüncü hardadır?", Platonun qədim sualını təkrarlayaraq Höte "Faust" da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi - Yunqun qoyduğu məsələlər bunlardır. 13) "Kütlədə transformasiya simvolları". Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir. 14)"Misteriya birləşməsi". Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı. 15) "İovaya cavab". Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: "Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə "İovaya cavab"ı dəyişməzdim". Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir. "İovaya cavab" kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin "Şüurun yaranması" kitabından öyrənə bilərsiniz. Yunqun digər köməkçi və xüsusi işləri: 1) Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı 2) "Yoqa və Qərb" bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, "qızılgül sirri"nə şərh... 3) "Psixoterapiya" toplusunda "Psixoterapiyanın məqsədləri", "Psixoterapiya haqqında bəzi prinsipial fikirlər", "Psixoterapiyanın əsas məsələləri" adlı məqalələr var. 4) "Psixologiya və incəsənət" kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir? 5) "Şüursuzluq məsələlərinə dair" məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. "Yuxuların mənası", "təhtəlşüurda keçmiş və gələcək", "yuxuların funskiyası", "yuxuların təhlili", "tiplərin problemi", "yuxu simvolizmində arxetiplər", "insanın ruhu", "simvolların mənası", "bölünmənin müalicəsi", "yuxu təhlillərinin praktikada istifadəsi", "psixoterapiya və dünyagörüşü", "əqli və psixi pozuqluq". 6) "Transsendent funksiya" məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. "Transsendent funksiya" ziddiyyətlərin birləşməsini, "Kəşf olunmamış mənlik" individuasiya fenomenini, "Votan" və "Kölgə ilə mübarizə" narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir. Tərcümə: Ceylan MUMOĞLU
Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizyoloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılar. Pavlov iti, Ryazan muzeyi. Leninqrad Fizioloji İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olara bir neçə dəfə zəng çalınar. Lakin it reaksiya verməz. Sonradan ət verilər, itin tüpürcəkləri axar. Sonra ət ilə birlikdə zəng çalınar. Daha sonra ət verilmədiyi halda zəng çalındığında itin ağızının sununun axdığı görülər. Şərtli ya da şərtləndirilmiş refleks deyilən hadisə də budur. Pavlov, bu davranışın, psixoloji fəaliyyətlə eyni olan yüksək səviyyədə sinir fəaliyyətinin əlamətlərindən biri olduğunu qarşıya qoyar və psixologiya sahəsində etibarlı tək yanaşmanın təcrübi üsul olduğunu vurğular. Pavlov, bu sahədəki işlərinə görə 1904-cü ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını qazandı
Alfred Adler Doğum tarixi- 7 fevral 1870 Doğum yeri- Avstriya İmperiyası, Vyana, Rudolfşeym Vəfatı-28 may 1937 Vəfat yeri-Aberdin, Şotlandiya Elm sahəsi-Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi-Psixoterapevt Təhsili-Oftolmoloq, psixoterapiya və nevrologiya Alfred Adler 1870-ci ildə fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dünyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Adler uşaqlıqdan tez-tez xəstələnirdi, ona görə də tərəddüdsüz həkim peşəsini seçib. 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra o, psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafında birləşərək dərnək yaradan 4 nəfərdən biri olub. 1935-ci ildə Adler ABŞ-a gəlir və həkim-psixiatr vəzifəsində çalışıb. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasında Adlerin ideyalarının böyük təsiri olub. Adler nəzəriyyəsinin strukturu Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərib: • Saxta finalizm • Üstünlük qazanmağa cəhd • Dəyərsizlik hiss və onun kompensasiyası • İctimai maraq • Həyat tərzi • Yaradıcı mən
Karl Qustav Yunq Doğum tarixi- 26 iyun 1875 Doğum yeri- Kesvil Vəfat tarixi- 6 iyun 1961 Vəfat yeri- Küsnaxt Karl Qustav Yunq- İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisidir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi “Psixoloji tiplər” adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirib. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edib. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırıb. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin var olduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət olub. Əsas fəaliyyəti Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, New meksiko, Keniyaya gedib. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfranslar verərək keçirdib. “Şərq təfəkkürü və Qərb təfəkkürünün fərqi” məqaləsi Karl Qustav Yunqun “Böyük qurtuluşun Tibet kitabına psixoloji şərhlər” əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilib.
Ziqmund Freud Doğum tarixi: 6 may 1856 Doğum yeri: Avstriya İmperiyası, Moraviya, Freyberq, Məhren Vəfatı: 23 sentyabr 1939 Vəfat yeri: Birləşmiş Krallıq, İngiltərə, London Elm sahələri: Nevrologiya, Psixoterapiya, Psixoanaliz Elmi dərəcəsi: Nevroloq Mükafatları: Qöte Mükafatı Ziqmund Freud dogma adı ilə Sigismund Şlomo Freyd 6may 1856- 23 sentyabr 1939-cu il tarixləri arasında yaşamış psixoanaliz elminin banisi avstriyalı nevroloqistdir. Milliyyətcə yəhudidir. Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır. Sonralar tez-tez psixoanaliz adlandırılan psixologiyadakı psixodinamik yanaşma Freyd tərəfindən işlənilib. “Psixodinamik” terminin özü şəxsiyyətin ayrı-ayrı aspektləri: instinkt, təfəkkür və şüur arasında arasıkəsilməyən mübarizəni nəzərdə tutur. Freydin başlıca nailiyyətləri arasında üç komponentli ( “O”, “Mən” və “Super mən” ) quruluşa malik psixi model, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri, edip kompleksi, psixikada mövcud olan müdafiə mexanizmlərinin aşkarlanması, “təhtəlşüur” anlayışının psixologiyalaşdırılması, sərbəst assosiasiyalar və yuxuyozmalar kimi terapevtik metodları qeyd etmək mümkündür. Peşəkar kimi yetişməsi 1873-cü ildə Freyd Vyana universitetinin tibb fakültəsinə daxil olur. Həmin illər ərzində onunla tələbə yoldaşları arasında milli zəmində konfliktlər baş verirdi. Belə ki, həmin dövrdə Avstriyada antisemitizm meylləri güclənməkdə idi. Ziqmund anatomiya və kimya ilə maraqlanır, həmçinin məşhur fizioloq və psixoloq Ernst fon Brükkenin mühazirələrinə qulaq asmağı sevirdi. Freyd həmçinin məşhur zooloq Karl Klausun dərslərinə gedirdi. Əsərləri Yuxuların yozumu Musa və təkallahlılıq Qeyd edək ki, Ziqmund Freyd tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.