Qoç- yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Buğa- maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin. Əkizlər- özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır.Vaxt darlığı problemlər vəd edir. Xərçəng- dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.Gəzintiyə yollanmaq olar. Şir- yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir. Qız- günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır.Axşam saatlarında alış-verişə yollanmaq olar. Tərəzi- fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əqrəb- situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin.Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin. Oxatan- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar. Oğlaq- yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır. Dolça- yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz. Balıqlar- tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.Dostları unutmayın.Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.
Qoç Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günorta həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitiklik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək. Buğa Xoş gündür. Yaxşı ideyalarınızı reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sozlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək. Əkizlər Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu günə təyin edin. Qarderobunuzu dəyişin. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız. Xərçəng Gün sürprizlərsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz. Şir Bu gün nə qədər az danışsanız bir o qədər faydasını görərsiniz. Düzdür, ulduzlar bütün gün boyu susmağı məsləhət görmür. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək. Qız Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil. Tərəzi Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək. Əqrəb Düzgün təyin olunmuş məqsəd vacib şərtdir. Sizdən tələb olunan isə təhriflərin qurbanı olmamaqdır. Ehtiyatlı olun. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Oxatan Gün sizdə maraq oyadan istənilən işlə məşğul olmaq üçün əlverişlidir. Yaradıcılıqda uğur qazanmaq ehtimalı da var. Həyata baxışlarınızla ətrafdakıların diqqətini cəlb edəcəksiniz. Ailəli “Oxatan”lar üçün məhsuldar gündür. Oğlaq Xüsusi əlaqələrinizdə sevdiyiniz adamla paylaşmalarınız arta bilər, birlikdə plan qura bilərsiniz. Son zamanlar hər növ mövzunu çoxlarıyla müzakirə edirsiniz. Şübhələrinizi kənara ataraq hərəkətə keçmək zamanıdır. Dolça Fəal bir gün keçirəcəksiniz. Əhəmiyyətli razılaşmalar və təkliflər gündəmdə olacaq. Birdən çox təklif qarşısında qərar verməkdə çətinlik çəkəcəksiniz. Balıqlar Bu gün evinizdə istirahət etmək və ya vaxt keçirmək ən böyük arzunuz olacaq. Işdən yığdığınız yorğunluğu çıxarmaq, sabit və sakit həyat yaşamaq hissi sizi xəyallara dalmağa vadar edəcək.
Qoç Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll edəcəksiniz. Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab tapacaqsınız. Zədə və travma riski olduğundan fiziki işdən imtina edin. Buğa Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Əsas məsələ hisslərinizi nəzarətdə saxlamaqdır. Yeni tanışlıqlar üçün əlverişli gündür. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər. Əkizlər Hansısa addımı atmazdan əvvəl dərindən düşünün. Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar pis nəticə verə bilər. Şərikli maliyyə məsələlərində münaqişə də istisna deyil. Günün ikinci yarısında səhhətinizə fikir verin. Xərçəng Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Sözünüzün üstündə durun. Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür. Əks cinsin nümayəndələri ilə münasibətlər yaxşı alınacaq. Şir Əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Yaxşı olar ki, münaqişəyə yol verməyəsiniz. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür. Qız Fiziki işdən həzz alacaqsınız. Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər. Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın. Tərəzi Problemləriniz ola bilər, amma buna görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq. Əqrəb Yaxın ətrafınızdakıların tənqidlərinə çox sərt reaksiya verməyin. Incikliyin real səbəbini bilmədən reaksiyanızı nümayiş etdirməyin. Sonradan peşman ola bilərsiniz. Uzaq səfərlərə yollanmaq məsləhət deyil. Axşam saatlarında ehtiyatlı olun. Oxatan Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür. Oğlaq Bu günə qəfil təkliflər istisna deyil. Yeni tanışlıqlar gözlənilir. Gəzinti üçün əlverişli gündür. Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Xroniki problemin fəsadlarının üzə çıxması istisna deyil. Dolça Buraxdığınız səhvlərin nəticələrini aradan qaldırmaq çətindir. Bu gün qərar qəbul etmək asan olmayacaq. Ulduzların fikrincə, günün ikinci yarısı daha uğurlu olacaq. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür. Balıqlar Yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, buna səy göstərəsiniz. Ağır fiziki iş istisna deyil. Təmir və ya tikintiyə başlamaq olar. Maraqlı tanışlıqlar istisna deyil. Amma yaxşı tanımadığınız insana etibar etməyin.
Qoç Alacağınız bəzi xəbərlər canınızın sıxılmasına səbəb olacaq. Bu baxımdan gərginlik istisna deyil. Ancaq əhvalınız yüksək olduğu üçün bunların üzərində çox dayanmayacaqsınız. Buğa Istəkləriniz artır. Lakin məntiqli davranmağı bacaracaqsınız. Bir az narahat və gərgin olmaqla yanaşı səfər edərək üzərinizdəki çətinliyi ata bilərsiniz. Əkizlər Bu gün eşidəcəyiniz bir xəbər narahatlıq yaradacaq. Lakin qərar vermək üçün hələ tezdir. Yoldaşlarınızla aranızdakı əlaqələri düzəltməyə çalışın. Başınız qarışıq olduğu üçün bir az təlaşlı və gərgin davranacaqsınız. Xərçəng Diqqətinizi yönəltdiyiniz mövzularla bağlı məsələlərdə nə zamandır qərar verə bilmirsiniz. Günün maliyyə mənzərəsi isə kefinizi yüksəldəcək. Heç nəyin narahatlığını keçirməyəcəksiniz. Şir Hadisələrə pessimist baxacaq, xırda anlaşılmazlıqları böyüdəcəksiniz. Eşidəcəyiniz xəbərlər sizi hərəkətə keçirəcək. Işlərinizi sürətləndirəcəksiniz. Qız Gün boyu məntiqli addımlar atacaqsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibəti düzgün istiqamətdə qurmaqla özünüzü daha rahat və şən hiss edəcəksiniz. Tərəzi Sevdiyiniz şəxlə aranızdakı əlaqələr istədiyiniz kimi olacaq. Daha əvvəl gərginlik yaradan problemləri təhlil etməyə başlayacaqsınız. Dostlarınızın dəstəyini alacaqsınız. Əqrəb Hərəkətə keçmək istədiyiniz mövzularda çox xoş inkişaflar meydana gələcək. Özünüzə olan inam artacaq və əvvəldən qurduğunuz planların tətbiqinə başlayacaqsınız. Duyğularınız və istəkləriniz getdikcə güclənir. Oxatan Bu gün gözləmədiyiniz situasiya ilə qarşılaşacaqsınız. Gərəksiz yerə pul xərcləməyin. Işlərinizlə bağlı gözlədiyiniz bəzi xəbərləri bu gün ala bilər və bundan həyəcanlana bilərsiniz. Oğlaq Hərəkətli bir gündür. Hadisələr böyük bir həyəcan yaşadacaq. Ürəyinizdən keçənləri sevgilinizlə paylaşın. Uzaqlarda olan yaxınlarınızla görüşə bilər və ya onun ziyarətinə gedə bilərsiniz. Dolça Duyğularınızın hərəkətə keçdiyi bir gündür. Yoldaşlarınızla çox xoş tədbirlər təşkil edə bilərsiniz. Sevgilinizlə birlikdə dost dəvətlərinə qatıla bilərsiniz. Spirtli içkilərdən uzaq durmağınız məsləhətdir. Balıqlar Səbirsiz olmaqla gözlənilməz qərarlar verə bilərsiniz. Istəklərinizi ortaya qoymadan əvvəl bir daha düşünün. Yanlışlıqlara yol verməyin. Yoldaşlarınıza qarşı bir az səbirli davranın.
Qoç - ifrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz. İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın. Buğa - yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan dəstək arayın. Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var. Əkizlər - cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər. Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz. Xərçəng - dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün. Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun. Şir - enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz. Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər. Qız - bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun. Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır. Tərəzi - işlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Axşam saatlarında yaxşı dincəlin. Əqrəb - Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Oxatan - həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın. Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər. Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın. Oğlaq - günün energetikası çox yüksək səviyyədədir. Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər. Dolça - işləri qaydaya salmaq üçü əlverişli gündür. Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin. İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin. Balıqlar - çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün. Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.
Qoç Işdə çətinliklər olacaq. Işdə son günlər ağırlıq sizin çiyinlərinizdədir. Səhhətinizə qarşı diqqətli olun ki, yorğunluq sizə baha başa gəlməsin. Təəssüf ki, zəhmətinizin bəhrəsini görmürsünüz. Buğa Qənaətcil olun. Hər bəyəndiyiniz əşyaya pul xərcləməyin. Evdə səliqəlik yaratmaq üçün münasib zamandır. Axşam saatlarında ailə üzvlərinizlə birlikdə gəzintiyə çıxın. Bunun həm sizə faydası var, həm də yaxınlarınız sevinəcək. Əkizlər Pozitiv enerjidən səmərəli istifadə edin. Gümrah olacaqsınız. Yeni təklifləri analiz edin. Münasib olanına “bəli” cavabı vermək olar. Yeniliklər həyatınızı dəyişəcək. Xərçəng Işlər qaydasında olacaq. Hamı ilə xoş ünsiyyət qurmaq imkanı yaranacaq. Hətta zəhlətökən adamlarla belə dil tapacaqsınız. Maraqlarınız üçün fürsətdən bəhrələnin. Şir Təhsil, yeni informasiya qəbulu baxımından əlverişli gündür. Qarşınızda yeni imkanlar açılacaq. Ilk fürsəti dəyərləndirməyi bacarın. Sonra gec olar. Perspektivli gündür. Qız Soyuq havalarda geyiminizə diqqət yetirin, xəstələnmək ehtimalı var. Bir sıraçətinlikləriniz ola bilər. Ancaq bunlar keçici olacaq. Tərəzi Yaxınlarınız sizdən küsəcəyi istisna deyil. Yaxşı olar ki, son günlər qayğıdan məhrum olan yaxın ətrafınıza qarşı diqqətli olasınız. Əqrəb Qonağınız olacaq. Bundan məmnun olmayacaqsınız. Başınızın şəxsi problemlərə qarışdığı bir zamanda kiminləsə rahat şəkildə ünsiyyət qurmaq sizə görə deyil. Yaxşı olar ki, səbirli olasınız. Çünki sizə təşrif buyuran adamdan zərər görməyəcəksiniz. Oxatan Son günlər qaçhaqaçdasınız. Bir işi tamamlayan kimi digər problem qapınızı döyür. Təmkinlə hərəkət etsəniz hamısının öhdəsindən gələ bilərsiniz. Oğlaq Bu gün sizdən inciyən ən yaxın adamla barışa bilərsiniz. Ulduzlar qarşı tərəfdən xoş sozü əsirgəməməyə səsləyir. Bu mövzuda qürura çox önəm verməklə ailədə artıq problemlər yaradırsınız. Dolça Bürcün ailəli nümayəndələri övladlarının təhsilinə diqqət yetirməlidirlər. Son günlər ailədə diqqətsizlik üzündən bir sıra xoşagəlməyən hallar yaşanır. Bunun qarşısını vaxtında almağa çalışın. Balıqlar Qarderobunuzda dəyişiklik etmək olar. Bundan xüsusi zövq alacaqsınız. Əks cinsin mənsublarını cəlb edəcəksiniz. Artıq problemlər yaşanmasın deyə, münasibətləri süzgəcdən keçirin.
Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz. Buğa - tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər. Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər. Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin. Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın - teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər. Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər. Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.Uzaqdan xəbər alınması istisna deyil.Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.Gözlənilməz, xoş alqılar ola bilər. Əqrəb - ilkin təəssürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək. Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır. Oxatan - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın. Oğlaq - müəyyən şərtlər və ya insanlar sizi seçim qarşısında qoya bilərlər. Həmin seçim, bəlkə də, sizə gərək deyil və ona ehtiyacınız da yoxdur.Amma tələsməyin, fikrinizi dəyişin, perspektivlərinizi bir daha dəyərləndirin. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. Planlaşdırımadığınız işə qatılmayın. Qəza və travma riskinin böyük olduğu gündür. Fəqət işə yaradıcı yanaşsanız və ya intellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.Şəxsi münasibətlər müstəvisində təmaslarınızın möhkəm olmadığı insanla görüşü təxirə salın. Dolça - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin. Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız. Balıqlar - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər. Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.Alış-veriş üçün əlverişli gündür.
Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.Sevdiyiniz insanın qayğısına qalın.Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.Axşam saatlarında əyləncəni təxirə salın.Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.Axşam saatlarında aktiv istirahəti seçməyin.Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.İradlar və tənqidlərə sərt reaksiya verməyin.Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.
Qoç – Təəssüf ki, ixtiyarınızda olan bu tarixdə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da günün birinci yarısında. Amma naşükürlük etməyin, yeni həftəyə böyük ümidlər bəsləyən.Buğa – Gözlədiyiniz xoş məqamların vaxtı yetişməkdədir. Bu səbəbdən evdə oturmaqdan vaz keçin. Sizə daha çox ünsiyyət lazımdır, hətta yaxın ünvanlara səfər də olar. Hamı bu gün sizi anlayacaq.Əkizlər – Uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirak etməkdən çəkinin. Bu iki amildən başqa bütün sahələrdə müvəffəqiyyət sizinlə olacaq. Gecəni öz evinizdə keçirin. Sevgisiz qalmayın.Xərçəng – Ətrafınızı dəyişməkdənsə, özünüzü dəyişməyiniz daha asan olar. Gün ərzində özünüzü gümrah aparın, hər kəslə dil tapmağa çalışın. Əmin olun ki, bunu bacarsanız, axşama fərqli bir insan olacaqsınız.Şir – Günün ilk yarısında səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olun. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. İmkan varsa, ailə üzvlərinizə sürprizlər edin.Qız – Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Yaxın on gündə görəcəyiniz sənəd işlərini dəqiqləşdirin. Saat 16-dan sonra sizə ehtiyac duyanlara baş çəkin.Tərəzi – Bu gün gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Belə görüşlərdə və qonşuluq münasibətlərində gərginliyə yol verməyin. Özünüzü soyuqdəymədən qoruyun.Əqrəb – Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız.Oxatan – Saat 15-17 arası sizin üçün təhlükəli vaxtdır. Bu səbəbdən də həmin vaxt daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Günün qalan hissəsində isə iş və maliyyə məsələlərində uğurlar olacaq.Oğlaq - Qurulan yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız. Bu gün səfərə çıxmayın.Dolça – Ümumi mənzərəyə görə yaxşı gün demək olar. Əqidə və ideyalarınızdakı doğruluğu, saflığı qorusanız, belə də olacaq. Sevgidə təşəbbüskar və mərhəmətli olun. Keçmişinizdən hər zaman dərs götürün ki, uduzmayasınız.Balıqlar – Daha çox istirahət edin. İndi konfliktlərə girişməkdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər deyil.
Qoç - səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın. Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək. Buğa - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Əkizlər - günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin. Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır. Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin.Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız - bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.Fiziki işlə məşğul olmaq məsləhətdir. Tərəzi - günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun. Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan - səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın. Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin. Oğlaq - səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.Karyeranızı düşünün, planları təftiş edin.Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər. Dolça - təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın. Balıqlar - günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün. Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir. milli.az
Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin. Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən həyata keçirin.Yaxşı tanımadığınız insanlara bel bağlamayın.Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.Axşam saatlarında əhvalınız yaxşılaşacaq. Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın. Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin. Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri addımları atın.Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar. Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın. Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq. Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa, məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik yarana bilər.Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin. Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti, əyləncəni unudun.Axşam saatlarını ailə üzvlərinizə həsr edin. Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın. Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən faydalanmaq zamanıdır.Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər. Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın. Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan münasibətləri qoruyun. Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz. Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək. Milli.Az
Qoç - İntuisiyanız kəskindir. Məhz bu səbəbdən ətrafdakı insanları anlayır, əvvəllər sərin münasibətlərdə olduğunuz şəxslərlə dil tapırsınız. Unutmayın ki, bu gün insanlarla manipulyasiya etmək, onlardan öz maraqlarınızın təminatı üçün yararlanmağa çalışmaq olmaz. Bütün bunlar yaxşı heç nə vəd etmir. Danışıqlar və müzakirələrdə ümumi dil tapmaq asan deyil. Müttəfiqlərlə söhbətlərdə həssas olun. Çətin durumda etibar etdiyiniz insana yardım üçün müraciət edin. Günün ikinci yarısında hövsələsiz olmayın. Bir qədər gözləyin, fasilə verin. Sinirlənməyin, qıcıqlanmayın. Mühüm görüş üçün yaxşı vaxt deyil. Qarşı tərəfdə xoş təəssürat yarada bilməyəcəksiniz. Alış-veriş məsləhət deyil. Buğa - Planları reallaşdırmaq çətinləşir. Şərtlər dəyişdiyindən yeni situasiyaya uyğunlaşmaq gərəkdir. Yeni tapşırıqlar peyda olur. Onlar yorucu, maraqsız, usandırıcıdır. Hər işi tam başa vurmağa, bitirməyə çalışın. Mümkün olmayan yerdə parlaq nəticələrə nail olmağa can atmayın. Alış-veriş, sövdələşmə, anlaşmalar üçün əlverişli gün deyil. Yeni işdə fəaliyyətə başlamaq asan deyil. Çox yəqin ki, ümidləriniz doğrulmayacaq. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Əkizlər - Stabil olmayan gündür. Günün ilk yarısında hadisələrin inkişaf tempi sizi sevindirəcək. Lakin saatlar keçdikcə işin intensivliyi sizi yormağa başlayacaq. Bir qədər durun, nəfəs dərin. Bütün işləri yerinə yetirməyə imkan yoxdur. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan fantaziya, təxəyyül, duruma qeyri-standart baxış tələb edən işlərlə məşğul ola bilərsiniz. Günün ikinci yarısı fiziki iş üçün əlverişlidir. Yaxınlarınızla münasibətləri gərməyin, münaqişə etməyin. Kiçik məsələyə görə yaranmış mübahisəyə son qoyun. Xərçəng - Tələsik yanaşma və qısa müddət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli zamandır. Bütün diqqəti mühüm işə yönəldərək önəmsiz və xırda təfərrüatlara baş qoşmayın. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Sizə birbaşa dəxli olmayan mövzudakı diskussiyada iştirak usandırıcıdır. Konkret məsələnin həllində maraqlı ideya yarana bilər. Dəqiq müşahidələrinizi bölüşün. İşdə nüfuzunuz arta bilər. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil. Emosional fon stabil deyil, kiçik və əhəmiyyətsiz olaylara görə sinirlənirsiniz. Əsassız şübhələrlə sevdiyiniz insanın qəlbini qırmayın. Şir - Ən çətin problemlərin həlli, yorucu və usandırıcı işi görmək üçün əlverişli zamandır. Fəaliyyət potensialınızın səviyyəsi yüksəkdir. Məqsədlərin bəlirlənməsi və onlara çatmaqla bağlı müşküllər yoxdur. Yeni işlərə, birgə layihələrin gerçəkləşdirilməsinə başlamaq olar. İşgüzar xislətinizi nümayiş etdirin. Günün ikinci yarısında xırdalıqlara ifrat önəm verməyin. Məişət zəminində fikir ayrılıqları ciddi münaqişəyə çevrilə bilər. Axşam saatlarında qayğılardan qurtulun, gəzinti və istirahətə vaxt tapın. Dostlarla görüşün, əylənin. Qız - Müsbət təmayüllərin təsiri güclüdür. Kəskin zərurət olmadığı hallarda risk etməyin. Amma uğura şübhə etmirsinizsə, sürətli və qətiyyətli addımlar atın. Yeni iş yerində çalışmağa başlamaq üçün əlverişli zamandır. Müttəfiq və həmfikirlərlə yanaşı, dostlar da tapacaqsınız. Təcrübəli insanların məsləhətlərinə qulaq assanız, səhvlərə yol verməyəcək, başqalarının sürəkli təkrarladığı yanlışlıqlardan qurtulacaqsınız. Günün ikinci yarısı yeni münasibətlər üçün əlverişlidir. İnsanları dürüst qiymətləndirin və onlar ən yaxşı məziyyətlərinizi görəcəklər. İmicdə yeniliklər etmək olar. Başqalarının fikirləri əvəzinə, öz mövqeyinizi üstün tutun. Tərəzi - Fəndgir və aktiv olun, təxəyyülünüzü işə salın. Məhz bu məziyyətlərinizin sayəsində uğur əldə etmək, mürəkkəb məsələləri çözmək, rəqibləri geridə qoymaq şanslarına yiyələnəcəksiniz. Müstəqil çalışın. Bu, heç pis deyil. Məqsədə çatmaq üçün gərəkli hərəkət azadlığına qovuşacaqsınız. Qeyri-standart metodlardan yararlanın, etiraf və izahatlara vaxt sərf etməyin. Şəraitin dəyişməsində xeyir var. Yaxınlarınıza qayğı və diqqətlə yanaşın. Lakin mərhəmət, şəfqət və səmimiyyət adı ilə təzyiq göstərməyin. Təmirə başlamaq, yaşam yerini yeniləmək, interyer əşyaları almaq üçün yaxşı vaxtdır. Əqrəb - Kiçik işlər çox vaxt alır. Onların sayı o qədərdir ki, ciddi, genişmiqyaslı və mühüm işlə məşğul olmağa vaxt qalmır. Üstəlik, işdə həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlər yaranır. Yaxınlarınızla təmaslarda aqressiv olmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Belədə, gələcəkdə pərişan olmazsınız. Günün ikinci yarısında maliyyə məsələlərini təkbaşına həll edin. Ətrafınızdakı insanların məsləhətləri faydalı deyil. Gəlir ola bilər. İş yeri və yaşam arealını qaydaya salın. Axşam saatlarında aktiv istirahəti seçin. Oxatan - Günün ilk yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərin öhdəsindən gəlmək asan deyil. İşdə problemlər var. Rəhbərlik iradlarını bildirəcək. Gündəlik işin icrası qıcıq yarada bilər. Rutin əməllər sizi bezdirir. Yeni iş aramağa tələsməyin. Az sonra hər şey qaydasına düşəcək, adi fəaliyyət rejimi bərpa olunacaq. Günün ikinci yarısında maliyyə durumu əlverişlidir. Planlaşdırılmamış alış-verişə varmaq olar. Yaxınlarınıza hədiyyələr verin. Seçimdə səhv etməyəcəksiniz. İntellektual mübarizədən qalib çıxa bilərsiniz. Oğlaq - Yeni müttəfiq və həmfikir tapmaq çətin deyil. Yanınızdakı insanlar mövqeyinizi bölüşməsələr də, maneçilik etmirlər. İndiyədək sizə rəğbət bəsləməyən insan fikrini dəyişə bilər. Yeni romantik münasibət sürətlə, dinamik şəkildə inkişaf edərək ciddi təmasa çevrilə bilər. Günün ikinci yarısında maliyyə fonu uğurludur. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün yaxşı gündür. Təhsil və iş üçün zəruri nəsnələri almaq olar. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Dolça - Müsbət təmayüllərin təsiri güclüdür. Xoş gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcək, kömək göstərəcəklər. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlar aramaq, yeni işə çıxmaq zamanıdır. Günün ikinci yarısında ətrafınızdakı insanlara yardım edin, xeyriyyə aksiyasına qatılın. Yeni bilik, təcrübə və informasiya əldə etmək olar. Dəvət olunduğunuz tədbirdə iştirak edin. Balıqlar - Hər şey rəvan olmasa da, sakit və soyuqqanlı olun, dürüst qərarlar verin. Belə olarsa, bədxahlar bütün səylərinə rəğmən, sizə mane ola bilməyəcəklər. Seçdiyiniz istiqamət üzrə hərəkəti davam etdirin. Xoş sürprizlər, qəfil hədiyyələr istisna deyil. Böyük gəlirlər olmasa da, günün maliyyə fonu stabildir. Əks cins mənsubları ilə ünsiyyət üçün əlverişli vaxtdır. Romantik münasibətlərin başlanğıcı üçün yaxşı gün deyil. Başqalarının emosiyalarının girovu və qurbanı ola bilərsiniz. Milli.Az