Hər iki qadından biri bu xəstəlikdən əziyyət çəkir

Daminarkanın Rotterdamlı Erezma universitetinin tərkibindəki Tibb Mərkəzinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Psixoloq.az "ölkə.az"-a istinadən bildirir ki, nəticələrə əsasən, hər iki qadından biri demensiya, Parkinson xəstəliyi və ya insulta düçar ola bilər.  Bu barədə geniş məqalə "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilib. 

Bu xəstəliklərə isə hər üç kişidən biri düçar ola bilər. 1990-cı ildən 2016-cı ilə qədər aparılan təcrübədə 12 mindən çox insan iştirak edib. İştirakçıların yaşı 45-dən yuxarı olub və onlaın 58%-ini qadınlar təşkil edib.

Tədqiqat zamanı 5291 iştirakçı dünyasını dəyişib. Onlardan 3260 nəfəri nevroloji xəstəlikdən əziyyət çəkməyib. 1489 nəfərdə (80 faizində Alsheymer xəstəliyi) demensiya üzə çıxıb. 1285 nəfər insultdan əziyyət çəkib. 263 nəfərdə isə Parkinson xəstəliyi müşahidə edilib.

Ümumi olaraq bu üç xəstəlikdən birinin yaranma riski qadınlarda 48%, kişilərdə isə 36% olub.

Bu xəstəliyin tam müalicəsi olmasa da, psixiatrın köməyi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür.