Körpü selfi həvəskarı ucbatından uçdu

Çində piyada körpüsü uçub.

Psixoloq.az xəbər verir ki, hadisə Xunan əyalətində baş verib.

Belə ki, piyadalardan biri Duntsyanxu su anbarının üzərindən keçən körpüdə selfi etmək istəyib.

Bu zaman izdiham yaranıb və ağırlığa tab gətirməyən körpü uçub. Uçqun nəticəsində dörd nəfər xəsarət alıb.