Uşaq serebral iflici

Serebral iflicli uşaqların çox  normal uşaqlara nisbətən həyat üçün vacib olan əsas qabiliyyət və bacarıqlara gec yiyələnirlər.Bunun səbəblərindən  biri uşağın hərəkət etməkdə və bədənin müqavimətini saxlamaqda çətinlik çəkməsidir.Həmçinin əqli cəhətdən qüsurlu görmə və eşitmə problemi olan uşaqlarda da qavrama qabiliyyəti zəif olur və onlarda əsas bacarıq və qabiliyyətlər gec inkişaf edir.Uşağın ləng inkişafının səbəbləri müxtəlif çatışmazlıqlarla izah olunur.Uşağın yeni bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün siz ilk növbədə onun bütün hərəkətlərini müşahidə etməlisiniz.Normal uşaqda olduğu kimi serebral iflicli uşaqlarda da eyni ilə bu qabiliyyət və bacarıqlar inkişaf etdirilməlidir.Uşağa bacarıqların inkişafına yavaş-yavaş kiçik addımlarla kömək edin.Əgər onu tələsdirsəniz o həvəsdən düşə bilər və irəli getməkdənsə daha da geriləyə bilər.Bu ən çox uşağa hələ gəzməyə hazır vəziyyətdə olmadığı zaman məcburən ayaq üstə durmağa və gəzməyə məcbur etdikdə baş verə bilər.USİ-li şəxsin bacarıq və qabiliyyətlərinin inkişafına nail olmaq uzun vaxt səbr,enerji,sevgi və qayğı tələb edir.Bunun üçün bütün ailənin və icmadakı insanların köməyinə ehtiyac duyulur.Yadda saxlayın USİ-li şəxsin bədəninin  rahat və düzgün vəziyyətdə saxlanması çox vacib şərtdir.Müxtəlif hərəkətlərin icrası zamanı uşağı düzgün vəziyyətdə otuzdurmalı,uzatmalı və ya ayaq üstə qoymağa çalışmalısınız.Çünki,bədəni rahat vəziyyətdə olduqda uşaq hərəkətləri daha düzgün icra edər və daha çox müvəffəqiyyətə nail olar.Yaxşı balans USİ-nin inkişafı üçün lazım olan əsas şərtlərdən biridir.Uşağın balansını kiçik yaşlardan başlayaraq düzgün inkişaf etdirmək çox vacibdir. Bu diaqnoz qoyulmuş uşaqlarda əqli geriliyin olması danılmaz faktorlardandır. Belə şəxslərin demək olar ki, yarısında əqli gerilik müşahidə olunur.Bu hallarda uşaqlara  kömək edərək onlara bacarıqlarını inkişaf etdirməyə  imkan vermək lazımdır.Bunun sayəsində əqli inkişafdan geri qalmış hesab edilən uşaq kömək və məşqlər nəticəsində lazımi qədər intellekti olduğunu nümayiş etdirə bilər.İntellektin daha da inkişafı üçün isə insan həyatında hər daim istifadə olunan oyun fəaliyyət növünü məsləhət bilirik.