1 ildə öldürən xəstəlik - Mədəaltı vəzi xərçənginin əlamətləri

Mədəaltı vəzinin xərçəngi çox aqressiv bədxassəli şişdir. Bəzən insanlar xəstəliyin əlamətlərinə əhəmiyyət verməyərək adi problem olduğunu zənn edirlər. Nəticədə isə istənilməyən sonluq olur.

Psixoloq.az xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəlikdən əziyyət çəkən insanların çoxu diaqnoz qoyulandan sonra 1 il ərzində dünyasını dəyişirlər.

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov, mədəaltı vəzi xərçənginin yalnız cərrahi yolla sağaldıla biləcəyini bildirib:

"Mədəaltı vəzinin baş hissəsinin xərçəngi zamanı radikal əməliyyat qəliz və travmatikdir. Şişin yaranmasına gətirib çıxaran amillərə siqaret çəkmək, çoxlu yağlı qida qəbulu, diabet, xroniki panrkeatit, xolesterin daşları və öd kisəsinin yoxluğu".

342a2214139c7be8a7a83a5cdfc1c900.jpg

Səlimov, xəstəliyin klinik simptomlarının ağrı, sarılıq və arıqlama olduğunu qeyd edib.

"Xərçəng baş hissədə olduqda xəstələrdə ağrı və artan sarılıq qeydə alınır.

Mədəaltı vəzinin cisminin şişlərində günəş kələfinin sıxılmasına görə ağrı və çəki itkisi qeydə alınır.

Şüa müalicəsi, kimyəvi dərman müalicəsi və öd çıxarıcı əməliyyatlar xəstələrin ömrünü 4-9 ay uzadır",-deyə cərrah vurğulayıb.

P.S Yaranan əlavə suallarla bağlı həkimlə birbaşa əlaqə saxlaya bilərsiniz: 070 5798833

Şəhanə Quliyeva