ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin sakini səhvlik səbəbindən milyon dollar qazanıb və 10 dəqiqədən sonra ondan məhrum olub.
Psixoloq.az xəbər verir ki, bununla bağlı “Boston Globe” nəşri məlumat yayıb.
İyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından səsli mesaj əldə edib. Mesajda onun hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib. O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul aşkar edib.
Fleminq etiraf edib ki, o, pulları gizli saxlamağa çalışıb. Bu pullarla qadın işdən çıxa, universitetə olan təhsil borclarını ödəyə bilərdi.
“Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”, - o deyib.
Qadın məsələ ilə bağlı anası ilə danışdıqdan sonra həmin şirkətə zəng edib və səhvlik barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş.
On dəqiqədən sonra səhvlik düzəldilib və qadın hesabında 63 dollar qalıb. Fleminq bu hadisəni yumor kimi qəbul edib.