125 sürücü işdən azad edilib

Ötən il ərzində "Baku Bus"-da 124 nəfər sürücü işdən azad edilib.

Psixoloq.az xəbər verir ki bunu "Baku Bus"-ın direktor müavini Azər Qasımov deyib.

O bildirib ki, bu il 85 sürücü sərnişin şikayətlərinə görə işindən azad edilib:

"İl ərzində sürücülər üçün 4-5 dəfə 3 saata yaxın seminarlar təşkil olunur. Onlar nizam-intizam, sərnişinlərə davranış qaydalarına dair maarifləndirilir. Lakin buna əməl etməyən sürücülər olur. Biz xaricdən ən son standartlara uyğun avtobuslar gətirə bilərik, lakin sürücü gətirə bilmərik".

O qeyd edib ki, "Baku Bus"avtobusların çox ağır yol nəqliyyat hadisələrində adları hallanmır. Bunun səbəbi nəqliyyat sahəsində güclü ekspertlər vasitəsilə sürücülərə peşəkar təlimlərin keçirilməsidir.

Qurum rəsmisi onu da əlavə edib ki, il ərzində 200-300 sürücü sərnişinlərlə kobud rəftar və qaydalara əməl etmədikləri üçün inzibati qaydada cəzalandırılıb.(Publika.az)