Amazon çayının ətrafındakı cəngəlliklərdə yerli tayfanın sağ qalmış son nümayəndəsinin görüntüləri əldə edilib.
Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, yerli fermerlərin sözünə görə, o, 22 il əvvəl Funay qəbiləsinin mühasirəyə alınaraq, gülləbaran edilən 6 nümayəndəsindən sağ qalanıdır. Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb.
O vaxtdan bəri meşədə tək yaşayır. Yay-oxla ov edir, dibində ucu itilənmiş taxta mıxlar basdırılmış tələ-xəndəklər qazır.
Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib.