2030-cu ilə qədər dünyada ağciyər xərçəngindən ölən qadınların sayı 42 faiz artacaq.
Psixoloq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilat bu məlumatı hazırlayarkən 2008-2014-cü illər ərzində 52 ölkədə ölüm göstəricilərini dəyərləndirib. Araşdırmanı aparan qrupun üzvü Juan Karlos Martines-Sançez bu istiqamətdə səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin səhiyyə və iqtisadiyyat üzərindəki mənfi təsirlərini azaltmaq istiqamətində həyata keçirə biləcəyi strategiyalara diqqət çəkib.
Massaçuest Xəstəxanasının tibbi onkologiya üzrə mütəxəssisi Lecia Sequist bu araşdırmanın ağciyər xərçəngi ilə mübarizədə önəmli bir addım olduğunu bildirib.
Araşdırmada yüksək gəlirli ölkələrdə ağciyər xərçəngi ilə bağlı ölümlərin aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı ağciyər xərçəngi ilə əlaqədar 2015-ci ildə təxminən 1.7 milyon nəfərin öldüyünü açıqlayıb.(publika.az)