26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

Psixoloq.az xəbər verir ki, iclasda prezident İlham Əliyevin  2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsi müzakirə edilib. Məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 16 iyul 2018-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısını təqdim edirik:

Nəşrin adı

Ayrılmış məbləğ

(AZN)

1.

"Azərbaycan” qəzeti

40000.00

2.

"Bakinski raboçi” qəzeti

40000.00

3.

"Bakı Xəbər” qəzeti

40000.00

4.

"525-ci qəzet”

40000.00

5.

"Xalq qəzeti”

40000.00

6.

"İki sahil” qəzeti

40000.00

7.

"Kaspi” qəzeti

40000.00

8.

"Kaspiy” qəzeti

40000.00

9.

"Mövqe” qəzeti

40000.00

10.

"Palitra” qəzeti

40000.00

11.

"Respublika” qəzeti

40000.00

12.

"Səs” qəzeti

40000.00

13.

"Şərq qapısı” qəzeti

40000.00

14.

"Yeni Azərbaycan” qəzeti

40000.00

15.

"Yeni Müsavat” qəzeti

40000.00

16.

"Ekspress” qəzeti

40000.00

17.

"Ədalət” qəzeti

40000.00

18.

"Olaylar” qəzeti

40000.00

19.

"Şərq” qəzeti

40000.00

20.

"Bizim yol” qəzeti

40000.00

21.

"Xalq Cəbhəsi” qəzeti

33000.00

22.

"Həftə içi” qəzeti

33000.00

23.

"Azad Azərbaycan” qəzeti

33000.00

24.

"Novoye vremya” qəzeti

33000.00

25.

"Paralel” qəzeti

33000.00

26.

"Üç nöqtə” qəzeti

33000.00

Cəmi:

998000.00

Qeyd edək ki, Fondun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də açıqlanıb. Müsabiqənin nəticələrinə görə, ümumilikdə, 112 nəfər jurnalist mükafatlandırılacaq.Modern.az