27 nəfəri ilan sancıb, 102-ni gün vurub

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində 13763 ümumi müraciət daxil olub. Onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib.

Psixoloq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub. Miokard infarktı ilə 12 nəfər müraciət edib, onların hamısı hospitalizasiya olunub. İnsultla bağlı 52, cərrahi xəstəliklərlə bağlı 112, doğuşla bağlı 57 müraciət olub, onların hamısı hospitalizasiya edilib. Zədə ilə bağlı 326 müraciət olub onların 307-si hospitalizasiya edilib. Bu müddət ərzində 23 avtoqəza hadisəsi nəticəsində 30 nəfər xəsarət alıb, 25 nəfər hospitalizasiya edilib.

Yay mövsümü başlayandan indiyədək Bakı Şəhər Təcili və Təxriəsalınmaz Tibbi Yardım Stansiyasına sancması ilə bağlı 27 müraciət daxil olub və bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya edilib.102 nəfər günvurma ilə bağlı müraciət edib, onların 65-i hospitalizasiya olunub. 59 nəfərin suda boğulması ilə bağlı məlumat daxil olub, onların 18-i hospitalizasiya olunub.

Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanalarına məlumat verilir.(publika.az)