Müasir taym-menecmentdən danışarkən, insanlar adətən qərbdən bizə gələn fərdi-işgüzar təşkilatçılıq metodikasını və sistemini nəzərdə tuturlar. Bu aydın məsələdir, belə ki, şəxsi vaxtın effektli idarə olmasına imkan yaradan nəzəri və praktiki bilik bazası məhz orada yaranmışdır.
Yalnız az sayda mütəxəssis bilir ki, şərqdə də kifayət qədər uğurlu taym-menecment texnikası var (bəzi anlamda hətta Qərb qaydasını da keçir). Şərq deyərkən, əlbəttə ki, Yaponiya nəzərdə tutulur. Belə ki, bu ölkə şəxsi biznes-texnologiyalarında öz unikallığı ilə şöhrət tapmışdır.
Məhz yaponların sayəsində biz 5S sistemindən xəbərdarıq.
5S sistemi nədir?
5S Yapon sistemi istehsalatda, yaxud ofisdə optimal iş şəraiti yaradan dəqiq strukturlu sistem təqdim edir. İdeal şəraitə yiyələnmək yolu iş yerində intizam yaratmaqdan keçir. Bu isə vaxt və enerjiyə qənaət etmək üçün təmizlik və səliqəliyə riayət etməkdir. Başqa sözlə desək, 5S sistemi bəzən şirkətin istehsalatında, bəzən də çoxlu insanın kollektiv şəkildə iş prosesini təmsil edən başqa sahədə baş verən xaosu nizama salmağa yönləndirilib.
5S sisteminin metodikasını nələr təşkil edir?
5S metodikası iş qurmağın beş əsas prinsipi, yaxud yaponlar demişkən, 5 addımı üzərində qurulub. Onları müxtəsər şəkildə gözdən keçirək.
Addım 1 – “Seiri”: Yapon dilində bu söz yerbəyer etmək, yaxud lazım olmayanı aradan qaldırmaq mənasındadır.
5S sisteminin praktik planında bu hissə iş şəraitində ətrafdakı şeylərin iki hissəyə ayrılmasıdır: lazım olanlar və lazım olmayanlar. İnsanlar əşyaları üç nominal kateqoriyaya ayırırlar:
Lazım olmayan əşyalar: yəni utilizə olunan şeylər.
Potensial lazımi əşyalar: yəni vaxtaşırı istifadə olunanlar. Bunları ayrıca saxlanılan yerdə saxlayırlar.
Lazım olan əşyalar: Gündəlik istifadə olunan əşyalar. Yəni onlarsız istehsalat mümkün deyil.
Hesab olunur ki, bu addım əməyin təhlükəsizliyini və mədəniyyət mərhələsini artırır.
Addım 2 – “Seyton”: Bu ifadəni “səliqəlik, gərəkən nizama riayət etmək” kimi tərcümə etmək olar.
Bu addım gündəlik işdə lazım olan əşyaların nizamlanmasına yönəlib. Əşyalar lazım olan zaman asanlıqla əldə edilə bilən yerlərə qoyulur. Daha tez axtarış üçün əşyaları markalaşdırmaq məsləhət görülür.
Addım 3 – “Seiso”: Bunu “nizamlama, təmiz şəkildə saxlama” kimi tərcümə etmək olar.
Bu addım istehsalatda təmizliyə riayət etməyə yönəlib. İş yerini vizual olaraq bir neçə funksional zonaya ayırmaq lazımdır ki, hədlərində müvafiq şeylər yerləşəcək. Habelə bütün avadanlıqlar təmiz saxlanılmalıdır. Onların dövri yoxlanılması işin səmərəli olmasına mane olan sınıq və nasazlıq kimi şeylərdən qaçmaq imkanı yaradır.
Addım 4 – “Seikeçu”: Bunu “standartlaşdırma” kimi tərcümə etmək olar.
Bu mərhələdə ilk üç addımın tətbiq edilməsinin nəticələri xüsusi bloknota yazılır (yaxud elektron şəkildə qeyd olunur). Daha effektli qərarlar standartlaşdırılmaya, yaxud iş prosesinin avtomatlaşdırılmasına bərkidilir.
Addım 5 – “Siçuke”: Bunu “mükəmməlləşdirmə, intizam yaratmaq” kimi tərcümə etmək olar.
Sonuncu addım 5S-in fəlsəfə kimi qavranılmasına yönəlib.
Öncəki addımların gedişatında yaranan qənaətcil istehsal sistemi bütün işin səmərəli olmasını əhəmiyyətli şəkildə artırır ki, nəticə etibarilə, taym-menecmentin əsas məqsədi də elə budur.
Əgər siz 5S yapon sistemindən istifadə etmişsinizsə, yaxud bu haqda eşitmişsinizsə, nəticələrini bizimlə bölüşə, yaxud bu sistemi öz dostlarınıza danışa bilərsiz.
Hazırladı: Fərid Abdullah