6-12 yaşlı şagirdlərdə uğursuzluq hissinin ortaya çıxmasina şərait yaradan müəllim davranışları

Müəllim şəxsiyyəti uşağın hiss və iradəsinin inkişafına,onun həyatına əsaslı təsir göstərir. Müəllimin şəxsiyyəti təkcə dərs dediyi müddətdə də bəzən həmin şagirdlərin şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir. Müəllim təvazökar və özünə qarşı tələbkar olmalıdır. Müəllim şagirdlərini həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış olmalıdır. Təhsil müəssisəsində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir. Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır. Uşaq məktəb dönəmində ailəsindən daha çox müəllimini görür.

Müəllimini sevməyən bir uşağın məktəbi sevməsi qeyri-mümkündür. Burada müəllimlərin üzərinə böyük bir məsuliyyət düşür. Hər bir uşaqla fərdi şəkildə məşğul olmalı, hər birinin probleminə fərqli yanaşmağı bacarmalı və həll yolları taparaq heç bir şagirdi özündən uzaqlaşdırmamalıdır. Bu səbəbdən şagirdlə müəllim arasındakı münasibətlər uşaqlarda hərtərəfli inkişafa və dəyişikliklərə gətirib çıxarır.O müəllimlər ki,uşaqları valideynlərininə görə qiymətləndirir və uşağın özünü şəxsiyyət olaraq qəbul etmir,ayrıca bir fərd kimi yanaşmır,valideynlərinin sasial statusuna və yaxud valideynlərinin təhsilinə görə qiymətləndirir bu uşaqlarda uğursuzluq hissi yarada bilir.Müəllimin etdiyi haqsızlıqlarda uşaqlarda uğursuzluq hissini yarada bilər, yəni özünün daha yaxşı cavab verdiyi halda onu qiymətləndirmədən və ya dərs soruşmadan başqası daha zəif cavab verdiyi halda onu tərifləməsi,o qədərdə mükəmməl öyrənməyə gərək yoxdu duyğusu yarada bilər buda uğursuzluğa gətirib çıxara bilər.

Məktəb emosional və sosial inkişafa və xarakterin formalaşmasına nail olmaq üçün unikal bir mühitdir. Öz müəllimlərinin rəhbərliyi altında olan uşaqlar ədalətli olmağı, fərdi fərqlərə hörmət etməyi, dostları ilə münasibətlər zamanı dürüst olmağı öyrənirlər. Qeyd edə bilərik ki, effektiv bir müəllim uşaqlarda vicdan hissini inkişaf etdirərək, bununla da cəmiyyətə xeyirxah insanlar bəxş etmiş olur. Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz ixtisasının artırması üçün də zəruridir. Təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir. Məsələn: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbuletməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq və s.

Müəllimin şagirdə qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq şagirdin səhhətində funksional dəyişikliklərə və məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, müəllimlərin zorakılıq hərəkətlərinə məruz qalan ibtidai sinif şagirdləri bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s. Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın "Sənin yaxşılığını istədiyim üçün bunu edirəm", "Səni sevirəm ona görə" əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir. Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü "güclü" hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir "obyekt"dir. Psixoloji zorakılıq insanın "mənlik şüuru"nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur. Psixoloji zorakılıq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Bu vəziyyət isə zehni qabiliyyət və məktəb uğurunun azalmasına səbəb olur. Müəllim tərəfindən psixoloji zorakılığa məruz qalan şagirdin bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır. Psixoloji zorakılıq edən müəllim çox vaxt problemə məhəl qoymur və belə hesab edir ki, uşağa fiziki zorakılıq psixoloji zorakılıqdan daha çox zərər vurur. Faktlar onu göstərir ki, tez-tez təkrarlanan psixoloji zorakılıq formaları yetkinlik yaşına çatmayan şəxsin psixikasını tədricən zəiflədir. Müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Məktəb psixoloqu "psixoloji zorakılıq" mövzusunda müəllim və şagirdləri məlumatlandırmalıdır. Əgər uşaq müəllimin ona qarşı qərəzli münasibətinin olduğunu bildirirsə, ona dəstək olmaq və situasiyadan çıxmaq üçün ona kömək etmək lazımdır. "Müəllim həmişə haqlıdır" fikri yersizdir. Müəllim dərs müddətində şagirdlərə fiziki fəallıq üçün şərait yaratmalıdır. Bu, zehni yorğunluğu aradan qaldırır, diqqətin yenidən dərsə mərkəzləşməsinə kömək edir və nəticədə müəllimin şagirdi intizama dəvət etməsinə ehtiyac qalmır. 6-12 yaş zamanı şagird kənar şeylərdən uzaqlaşaraq lazımı məsələlərə yönəlməyi öyrənir. Öz diqqət və qavrayışını idarə etməyi bacarır.

6-12 yaş aralığında olan uşaqlar ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayır. Uşaq çevrəsi tərəfindən dəstəklənirsə, özünə güvən artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlar üçün böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlıdır. Rəqabət və iş birliyi qurmaqdan xoşları gəlir.Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.

Müəllimin şagirddə müsbət tərəflərini göstərəndə,mənfi cəhətlərinidə göstərməlidir.O uşaq uğursuz olur ki,müəllim onun sehv etdiyini ona daha asan dildə anlatmır.Səhvin normal olduğunu ona anlatmalıdır.Onun səhvlərini anormal qarşılamamalı,heçkimlə də müqayisəyə çekməməlidir.Əslində səhv eləyə bilməkdə bir hüquqdur bir haqqdır.Səhvi normal qəbul edə bilməsi üçün,normal olduğunu qəbul etməsini aşılamalıdır.(Uşaq isə:Bəli mən düz yazmağı çalışmalıyam ama səhv elədim nə olsun gələn dəfə düz yazacam) deməyi bacarmalıdır.Şagirdə səhv edə bilər,gec yaza bilər,ama öyrənməyə gəlib,öyrənməlidir.Bunu müəllim aşılamalıdı uşaqlara.Hərkəsi öz ampulasında öyrədə bilməlidir,uşağdan bacarmadığının artığını tələb edən də uğursuzluğa yol aça bilir.Müəllim ilk növbədə şagirdin potensialını görə bilməlidir və onun potensialındakıları ona etdirməli, etdikdən sonra ona “afərin” deyib addımlamalıdır.Bir şagird bir tapşırığı edibsə digər şagirddə etməlidir deməməlidir.

Elə bir sistem yaratmalıdır ki,uşaqlar arasında fərq yaratmamalıdır.Bir şagirdin yaxşı etdiyi tapşırığı digər şagird zəif esibsə,yaxşı olanın qiymətini yazıb,digərini motivasiya etməyi bacarmalı,nəzarətdə saxlamalıdır.O andaca qiymətini yazıb ötürməməlidir.Ona hərkəsin potensialının fərqli olduğunu,lakin uğur qazanmaq üçün cəhd etməli olduğnu ,lakin hansı sürətdə cəhd etməli olduğnu deyil,arası kəsilmədən cəht etməyin lazım gəldiyinu anlatmalıdır.Əyər belə olmasa fərq qoysa bu uşaqları uğursuzluğa apara bilər.Şagirdin diqqətini müəllim həyata, işə pozitiv münasibəti, peşəkarlığı ilə cəlb edə bilməzsə bu, şagirddə müəllimə, fənnə qarşı laqeydlik yarada bilər və şagird müəllimi, onun fənnini sevməz. Belə halların olmaması üçün həmin şagirdlə müəllim arasında saziş bağlanması kimi iş üsulundan istifadə edir və bu, təcrübədə yaxşı nəticə verir. Bu sazişdə şagirdin dərslə, davranışla bağlı öhdəlikləri öz əksin tapır. Burada habelə hər hansı bir davranış pozuntusu ilə bağlı şagirdə veriləcək "cəza" da müəyyənləşdirilir. Sazişi şagird və müəllim imzalayırlar. "Saziş də şagird söz verir ki, dərslərə gecikməyəcək, dərsdə yoldaşlarının fikrini yayındırmağa cəhd etməyəcək, kobudluğa yol verməyəcək və s.Müəllim hərkəsdə mənfi cəhət ola bilməsi anlayışını qəbul etdirməli,hər kəsə ayrı-ayrılıqda bir fərd kimi anlamalı,bir- birilərinidə fərd kimi yanaşmağı öyrətməlidir.Əslində uğur ozaman yaranır.

 Uşağın uğura və ya uğursuzluğa getməsi müəllimdən asılı olduğu qədər valideyndən də asılıdır. Uğur anlayışı uşaqda yetişdirilən möhkəm və özgüvənli şəxsiyyət sayəsindədir. Yetişməkdə olan şəxsiyyətin kəşf olunması, onu uğura aparan,kəşf olunaraq ona onu göstərməsi, onun fərqinə varılması həmin şəxsiyyəti uğura aparan ən önəmli yoldur. Ailə tərəfindən dəstəyi olan və özgüvənli yetişən fərdi heç bir müəllim uğursuzluğa sövq edə bilməz, lakin ailə tərəfindən dəstəyi olmayan, özgüvənsiz uşaqları uğurlu edə bilmək müəllimlərin əlindədir