Ancaq dövlət sifarişli yer seçən abituriyentlər arasında ali məktəbə qəbul ola bilməyənlər var.
Psixoloq.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, buna səbəb abituriyentlərin yalnız bir neçə və keçid balı yüksək olan ixtisas seçmələridir:
“Birinci ixtisas qrupunda 540 baldan yüksək bal toplayan heç bir abituriyent kənarda qalamayıb. 530-539 bal arasında nəticə göstərən bir abituriyent, 520-530 bal arasında nəticə göstərən bir abituriyent, birinci qrupda 500-dən yuxarı nəticə göstərib, ixtisas seçimi edən yalnız iki abituriyent ali məktəbə qəbul olmayıb.
İkinci ixtisas qrupunda 490 baldan yuxarı bal toplayan və ixtsas seçimi edən hər bir abituriyent ali məktəbə qəbul olub. 28 nəfər 400 baldan çox toplasa da, ali məktəbə qəbul olmayıb. Onların da ikinci mərhələdə iştirak etmək imkanı var.
Üçüncü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb. Dördüncü ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olub. Ona görə də 610 baldan yüksək nəticə göstərən hər kəs ali məktəbə qəbul olub.
600-610 bal toplayan altı nəfər ali məktəbə qəbul olmayıb, çünki onlar cəmi iki ixtisas seçiblər. 500-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olmayan cəmi 44 nəfər olub”.(oxu.az)