Dünya Səhiyyə Təşkilatı (DST) 52 ölkədə ölüm hallarına aid məlumatlar əsasında bir sıra tədqiqatlar aparıb.
Psixoloq.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə 2030-cu ilə qədər qadınlar arasında ağciyər xərçəngi səbəbindən baş vermiş ölüm hallarının 43 faiz artacağı ehtimal edilir. Tədqiqatın nəticələrinə əsasən, yüksək gəlir qrupuna aid olan ölkələrdə ağciyər xərçəngi ilə əlaqədar ölüm hallarının aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı gözlənilir.
DST 2015-ci ildə ağciyər xərçəngi səbəbindən təxminən 1,7 milyon nəfərin vəfat etdiyini açıqlayıb.
Tədqiqatçılar, səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin sağlamlığa və iqtisadiyyata mənfi təsirlərini azaltmaq məqsədilə bu sahəyə aid qlobal strategiyaları inkişaf etdirəcəklərini bildiriblər. Mütəxəssislər tədqiqatın getdikcə geniş vüsət alan ağciyər xərçəngi haqqında maariflənmənin artması baxımından da əhəmiyyətli olduğunu qeyd ediblər.(azərtac)