“Ağıl dişləri” adlandırılan dişlər ağızda çıxan ən son təbii dişlərdir.
Psixoloq.az xəbər verir ki, adətən 18-25 yaş arası dövrlərdə özünü göstərir.
İnsanın ağzında “dörd ağıl” dişi olur - ikisi alt çənədə, ikisi isə üst çənədə. Ağızda çıxan ən son diş olduğu üçün bəzən çıxmağa yer tapa bilmir və çənə sümüyündə örtülü olaraq qalır
Bəs ağı dişinin çıxmama səbəbləri nədir?
Çənə sümüyünün həcminin kiçikliyi, “ağıl dişinin” çıxmasına və inkişafına mane olur.
Elə vaxt olur ki, diş eninə və maili şəkildə inkişaf etdiyi üçün çənə onun çıxmasına imkan vermir.
Qeyd edək ki, “Ağıl dişi” ətraf azı dişlərinə maili şəkildə çıxmağa başlayarsa, təzyiq nəticəsində dəhşətli ağrılara səbəb ola bilər.
Şəhanə Quliyeva