Ailə cəmiyyətin ən vacib sosial institutlarından biridir.İnsan dünyaya gəldiyi andan etibarən sosial münasibətləri ailə daxilində qurur.
Ailə insan xarakterinin formalaşmasında,emosional vəziyyətində,sosial bacarıqlarında və gələcək həyat tərzində mühüm rol oynayır.Uşağın dünyaya baxışı,insanlara güvəni,sevgi anlayışı ilk olaraq ailədə formalaşır.
Sağlam ailə münasibətləri insanın özünə inamlı,xoşbəxt və psixoloji cəhətdən sağlam böyüməsinə kömək edir.Əksinə ailədaxili problemlər,münaqişələr,emosional sayıqlıq insanın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.
Bu səbəbdən ailə münasibətlərinin psixoloji baxımdan öyrənilməsi həm fərdi ,həm də cəmiyyət baxımından çox vacibdir.Müasir dövrdə ailədaxili problemlərinin artması bu mövzunun daha da aktual olmasına kömək edir.
Ailədaxili ünsiyyətin rolu
Ailədə sağlam münasibətlərin əsasını düzgün və sağlam ünsiyyət təşkil edir.Ünsiyyət ailə üzvləri arasında emosional bağ yaradır.Ailə üzvləri bir-biri ilə açıq,səmimi və hörmət çərçivəsində danışmalıdır.Ünsiyyət zamanı emosiyaların düzgün ifadə olunması,qarşı tərəfi dinləmək bacarığı və anlayışlı olmaq çox önəmlidir.
Əgər ailədə ünsiyyət zəifdirsə,bu zaman anlaşılmazlıqlar,incikliklər və münaqişələr yarana bilər.Sağlam ünsiyyət isə problemlərin vaxtında həll olunmasına kömək edir.Uşaqlar ailədə gördükləri ünsiyyət modelini görərək həyatlarına tətbiq edirlər.Əgər uşaq hörmət və sevgi dolu ünsiyyət görürsə,o da gələcəkdə insanlarla sağlam münasibət qurur.
Sağlam ailə münasibətlərinin xüsusiyyətləri.
Sağlam ailə münasibətlərində əsas xüsusiyyət bunlardır:
Qarşılıqlı hörmət
Sevgi və qayğı
Emosional dəstək
Etibar və səmimiyyət
Birgə qərar vermə
Problemləri sakit şəkildə həll etmə
Ailə münaqişələrinin uşaqlara psixoloji təsiri
Uşağın şəxsiyyətinin formalaşmasında ailə mühiti əsas rol oynayır.Uşaq valideynlərinin davranışlarını müşahidə edərək öyrənir.Buna sosial öyrənmə deyilir.
Psixoloqlar qeyd edir ki,uşaqlar valideynlərin davranışlarını təkrarlamağa meyillidir.Buna görə valideynlər davranışlarına diqqət etməlidir.
Kommunikasiya problemləri(ünsiyyətin düzgün qurulmaması,duyğuların açıqlanmaması)
Maliyyə məsələləri(pulun idarə olunması,xərclərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları)
Gözləntilər və dəyərlər(hər bir ailə üzvünün fərqli gözləntiləri və dəyərləri ola bilər)
Vaxt və Diqqət bölgüsü(valideynlərin uşaqlara və ya bir-birinə kifayət qədər vaxt ayırmaması)
Xarici təsirlər(dost,qohumlar və sosial şəbəkələrdən gələn təsirlər)
Ailə münasibətlərinin cəmiyyətə təsiri.
Ailə cəmiyyətin dəyərlərini usaqlara ötürən sosial qurumdur.Hörmət,məsuliyyət,dürüstlük kimi keyfiyyətlər ailədə formalaşır və cəmiyyətdə etibarlı ,sabit bir sosial mühitin yaranmasına səbəb olur.Güclü,sağlam ailə yalnız ailə üzvlərinin rifahını təmin etmir,eyni zamanda cəmiyyətin mədəni və sosial inkişafina müsbət təsir göstərir.
Nəticə
Uşaqlar ailədə sevgi,hörmət və empati ilə böyüdükdə cəmiyyətə də sağlam fərdlər təqdim olunur.
