Ailə psixoterapiyası nədir?

Ailədə və ailə münasibətlərinin optimallaşdırmasında ailənin köməyi ilə pasiyentin müalicəsinə yönəlmiş psixoterapevtik konsultasiyaların və metodların kompleksidir. Bu təyinata əsaslanaraq ailə psixoterapiyası haqqında 3 aspekti təyin etmək olar:

1.Ailə mühitinin optimallaşdırılması

2.Qrup terapiyasının tətbiqi ilə psixi və davranış pozuntusundan əziyət çəkən pasiyentə psixoloji təsir.

3.Psixi sağlam şəxslərin ailə münasibətlərinin normallaşdırılması

Üçüncü aspekt tibbi problem çərçivəsindən kənara çıxır və ailə konsultasiyası kimi dəyərləndirilir.

Ailə psixoterapiyasının mərhələləri:

  • Psixodiaqnostika ("ailə diaqnozu"nun qurulması)
  • Ailə uyğunsuzluğunun psixoterapevtik mexanizmlərinin qavranılması
  • Şəxslərarası münasibətlərin yenidən qurulması
  • Ailənin fəaliyyətində yenidən formalaşdırılmış ailədaxili münasibətlərin reallaşdırılması.(pcc.az)