Alfred Adler
Doğum tarixi- 7 fevral 1870
Doğum yeri- Avstriya İmperiyası, Vyana, Rudolfşeym
Vəfatı-28 may 1937
Vəfat yeri-Aberdin, Şotlandiya
Elm sahəsi-Nevrologiya, Psixoterapiya, Psixoanaliz
Elmi dərəcəsi-Psixoterapevt
Təhsili-Oftolmoloq, psixoterapiya və nevrologiya
Alfred Adler 1870-ci ildə fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olub. Yəhudi ailəsində dünyaya gələn Alfred 6 uşaqdan ikincisi olub. Adler uşaqlıqdan tez-tez xəstələnirdi, ona görə də tərəddüdsüz həkim peşəsini seçib. 1895-ci ildə tibb fakültəsini bitirib, 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərib. Daha sonra o, psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşıb. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafında birləşərək dərnək yaradan 4 nəfərdən biri olub.
1935-ci ildə Adler ABŞ-a gəlir və həkim-psixiatr vəzifəsində çalışıb. 1937-ci ildə Adlerin ölümündən sonra fərdi psixologiyaya maraq azalır və yalnız 50-ci illərdən yenidən diqqəti çəkir. Humanist psixologiyasının yaradılmasında Adlerin ideyalarının böyük təsiri olub.
Adler nəzəriyyəsinin strukturu
Şəxsiyyət psixologiyası nəzəriyyəsinin strukturunu Adler belə göstərib:
• Saxta finalizm
• Üstünlük qazanmağa cəhd
• Dəyərsizlik hiss və onun kompensasiyası
• İctimai maraq
• Həyat tərzi
• Yaradıcı mən