Alimlərdən dəhşətli xəbərdarlıq: “2080-ci ildə istidən ölüm halları 5 dəfə artacaq”

Avstraliyalı alimlər qlobal istilərlə bağlı yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Psixoloq.az  xəbər verir ki, hesabata əsasən, 2080-ci ildə tropik və subtropik regionlarda istidən ölənlərin sayı 5 dəfə artacaq. Ən yaşıl qitədə isti hava şəraitindən ölənlərin sayı 471% artacaq. Bundan başqa Hindistan, Yunanıstan, Yaponiya və Kanada kimi ölkələrdə ölüm hallarında kifayət qədər artım müşahidə ediləcək.

Alimlərin proqnozuna görə, anomal istilərin davam etməsi, iqlimin dəyişməsi daha sərt olacaq. Vəziyyət quraqlıq və yanğınlarla daha da çətinləşəcək.(ölkə.az)