Alkoqolizmlə əlaqədar bütün müalicə proqramlarının müəyyən əsas prinsipləri vardır. Bir alkoqolizm müalicə proqramında aşağıdakı mərhələlər olur.
Müalicə spirtdən təmizləmə proqramıyla başlaya bilər. Xəstə spirtdən təmizləmə xidmətlərində müalicəyə alınır və məhrumluq əlamətləri baxımından diqqətlə izlənir. Bu adətən 4-7 günlük bir müddətdir və bu müddət içində sakitləşdiricilərin istifadə edilməsi də çox vaxt lazımlı olur. Əgər məhrumluq əlamətləri ortaya çıxarsa bir həkimin rəhbərliyinə ehtiyac duyula bilər. Ayrıca bəzi alkoqoliklər üçün bu dövrdə depressiya müalicəsi də lazım ola bilər, şiddətli məhrumluq əlamətləri olan alkoqoliklər gərgin,əsəbi ola bilər və hətta şüur itkiləri belə görülə bilər.
Delirium Tremens və məhrumluq əlamətlərinin qabağının alınması üçün həkim nəzarəti altında dərman istifadəsi lazımlıdır.
Tibbi müalicə
Əgər alkoqolizmlə qaynaqlanan tibbi problemləriniz varsa,bunlar müalicə edilməlidir.Ən çox rastlananlan yüksək qan təzyiqi, qan şəkəri artımı,qaraciyər və ürək xəstəlikləridir.Bunlarla yanaşı, xəstəliklə əlaqədar bəslənmə problemləri də diaqnoz edilərək uyğun bir pəhrizlə müalicə edilməlidir.
Sağaltma proqramları
Spirtdən təmizləməyi müşahidə etməklə,ən əhəmiyyətli yaxşılaşdırma proqramı keçirilməsi lazım olan bir reabilitasiya dövrüdür. 3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunacaq. Bu müddətdə ruhi dəstək və əgər lazım olsa tibbi müalicə də alına bilər,yaxşılaşdırma proqramları gündəlik danışıq və film izləmə, qrup müalicəsi, məsləhət xidmətləri və məşğul ol müalicəsindən meydana gəlməkdədir.
Alkoqolun tamamilə kəsilməsi
Bu unudulmamalıdır ki,əgər içməyə davam edilsə xəstəlik ya çox az və ya heç nəzarət edilməyəcəkdir. Bu səbəblə, alkoqoliklər üçün müalicə proqramları,spirtin tamamilə kəsilməsini ön şərt olaraq qəbul etdikdən sonra başlanır.
Xəstəliyin qəbul edilməsi
Xəstə olduğu həqiqəti qəbul etməlidir. Xüsusilə spirt vərdişinin olduğu və bunun nəzarət edilə bilinmədiyi qəbul edilməlidir.Bir çox alkoqolik utanc və günahkarlıq duyğusundan qurtulmaq üçün bundan imtina edir. Xəstələrin inkar etməyi davam etdirmələri müalicəyə zərər verə biləcəyi kimi tamamilə təsirsizləşdirə də bilər. Spirtə olan istəyini qəbul etməniz şəfa üçün ən əhəmiyyətli addımdır.Həmçinin bu müalicə proqramınız üçün də əsas şərtdir. Beləcə bəlkə də ilk dəfə xəstəliyin gücü spirtli tərəfindən qəbul edilmiş olacaq.
Psixiatrik müalicə və psixoloji dəstək
Alkoqoliklərdə duyğusal vəziyyətlə əlaqədar şikayətlər psixoatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir.Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa,xəstə sağalmaz. Bu bir neçə şəkildə (qrup müalicəsi və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə,alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq.
Dərman müalicəsi
Uzun müddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılığa yol açar; yalnız məhrumluq əlamətlərinin müalicə müddətində istifadə edilə bilər.
Müalicə, bu gün yaşanılanlar,keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur.Buna görə də xəstəyə yaxınlaşarkən təmkinli olmaq da içki içmənin aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün,spirt qəbulu güclülük və azadlıq kimi yanılsamalara səbəb olar. Spirtin təsiri altındaykən,özlərini bütün ictimai təzyiqlərdən xilas olmuş kimi hiss edirlər.Inciklik və hirs səbəbiylə də tükəndiklərini hiss edirlər.Alkoqolizm,ictimai əlaqələrin pozulmasına səbəb ola bilər. Ailə, əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir,digəri isə iş yeridir.Amerikan Milli Alkoqolizm Şurası,özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini təyin etmişdir.Müalicə yalan,inkar və səmimiyyətsizlikdən imtina edərək,özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini təməl alacaq sağlam və etibarlı əlaqələr meydana gətirməyi öyrənmə üzərində diqqətlə qurulmalıdır.
Dəstəyin davam etdirilməsi
Yaxşılaşdırma proqramının müvəffəqiyyəti müalicənin sonlanmasından sonra müəyyən olunur. Xəstəliyin xroniki olması alkoqolizmə dəstəyin davamlı olmasını tələb edir.Spirt və ya dərman asılılığından xilas olmağa çalışan kəslərə istiqamətli olaraq,həyatlarını davam etdirmələrinə və xəstəlik əgər yenidən baş qaldırarsa, zamanında görülməsinə köməkçi ola bilmək üçün,müalicə sonrası proqramlar nəzərdə tutulmuşdur.
Nərmin Quliyeva