Ana südü körpədə qızdırmanı aşağı salır? – Pediatr bilinməyənləri açıqladı

Valideynləri təşvişə salan problemlərdən biri uşaqların xəstələnməsidir.

Xüsusilə də körpələrdə bu halın baş verməsi daha çox problem yarada bilər. Bu zaman isə analara azyaşlılara bol süd vermələri tövsiyə edilir.

Bəs həqiqətən ana südünün temperaturu aşağı salan təsiri mövcuddur?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə,ana südünün tərkibindəki antillər uşağı qorumağa kömək edir:

“Qızdırma zamanı ilk yardım bol mayenin verilməsidir. Körpə uşaqlara belə zamanlarda bol-bol ana südü verilməlidir”.

Ana südünün bir çox faydası olduğunu bildirən pediatr, aparılan son araşdırmalardan bəhs edib: “Tədqiqatlar göstərib ki, ana südü ilə qidalanan uşaqlar digərlərinə nisbətən daha az leykoz xəstəliyinə tutulurlar. Həmçinin ana südü ilə qidalanan körpələrdə astma, xərçəng, orta qulaq iltihabı, piylənmə, diabet riski daha az müşahidə edilib. Süni qida, dərman vasitəsidir desək yanılmarıq. Ana südünü hər hansısa hazır qida əvəz edə bilməz”.

Müəllif: Şəhanə Quliyeva