Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın spritli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.
Psixoloq.az Aznyus.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar.
Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.
Psixoloq.az xəbər verir ki, mütəxəssislər azyaşlı uşaqların indidən bu vərdişi adət etməsi mənfi haldır. Psixoloqlar, bu vəziyyətin həm onlar üçün, həm baxan digər azyaşlılar üçün təhlükəli olduğunu qeyd ediblər. Belə ki, spirtli içki asıllığının bu andan etibarən yaranma ehtimalı yüksəkdir. Buna səbəb isə uşaqların valideynlərdən bu hərəkəti görməsidir. Həmçinin psixoloqların sözlərinə görə, uşaqların əlindəki spirtli içki olmasa belə bu onlarda həmin ortama hazırlıq yaradır. Atanın isə buna qarşı çıxmaması, uşaqların zehnində onların, bu vəziyyəti normal hal kimi qəbul etməsinə səbəb olur.