Müasir diyetoloqlar arıqlamağın yeni üsulunu təqdim ediblər.
Psixoloq.az xəbər verir ki, bu növ pəhriz zamanı ac qarnına su içmək əsas qaydalardan hesab edilir. Gün ərzində 2 litr maye qəbul edilməlidir. Bu pəhriz zamanı ara qidalar zərərli sayıldığı üçün icazə verilmir. Əvəzində isə meyvə yemək tövsiyə edilir. Gün ərzində tez-tez və az-az yemək əsas şərtdir.
Son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Bu 1 stəkan kefir və ya qatıq ola bilər. Qatığa 1 çimdik darçın əlavə etmək olar. Darçın ən effektli "piy yandıran" ədviyyat sayılır və bir çox diyetoloqlar darçını öz pəhrizlərinə daxil edirlər.