Aspirator təmizliyi əksər zaman qadınlara çətin gələn işlər sırasında yer alır.
Aspiratorda toplanmış yağ ləkələri isə həm sağlamlıq həm keyfiyyət cəhətdən təhlükəlidir.
Psixoloq.az saytı isə bundan asan üsulla xilas olmağın yolunu təqdim edir:
Bunun üçün lazım olan qədər suyu qaynadın. İçərisinə 1 stəkan soda əlavə edin. Aspiratorun pərdəsini isə qaynanmış suyun içinə qoyun. Bu vəziyyətdə 3-5 dəqiqə ərzində saxlayın. Sonra isə soyuq suyun altına tutaraq yuyun. Təmizləndiyini görəcəksiniz.