Uşağınızda bu əlamətlər varsa... Autizm xəstəliyi nədir?

Autizm- erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir.

Autizmin əlamətləri əsasən 2 yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma kimi tanınır. Hazırda autizmin yaranma səbəbləri dəqiq məlum deyil. Autizmin yaranmasına həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı inkişafa təsiredici  faktorlar, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlər səbəb ola bilər. Ən əsası isə əsəb sisteminin patalogiyası ilə əlaqələndirilir.

Autizm ümumi xarakter daşıyır:

1. Sosial münasibətlərdə pozğunluq

2. Nitq və ünsiyyətdə pozğunluq

3. Təxəyyüldə pozğunluq

Autizmli uşaqlar başqalarına qarşı maraqsızdırlar. Söz təmasından qaçır, ünsiyyət qurmurlar. Digər uşaqlarla oynamır, səbəbsiz olaraq ağlayır, gülür, mənasız sözləri ardıcıl təkrarlayırlar. Tək qalmağı xoşlayırlar. 

Belə uşaqların göstərdiyi digər davranış tərzləri də mövcuddur.

Məsələn, bəzi uşaqlar rəngləri çox dəqiqliklə seçib, mürəkkəb naxışları qura bilmədikəri halda özünə xidmət vərdişlərinin öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi qabiliyyətlərə sahib ola bilər. Belə uşaqlar ilə hər gün məşğul olmaq lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur. Onlar təhlükəni görmürlər - maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq kimi.

Autist uşaqlar televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Onlar yelləncəyi də xoşlayırlar, onlarda bu marağı həvəsləndirmək lazımdır.

Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz.

Autizm psixoloji problem olduğundan dərmanlarla müalicəsi yoxdur. Nevroloji müalicə olunmalı, məşğələlər aparılmalıdır. Psixoloq və loqopedlər bu işə cəlb olunmalıdır. Əgər 1-2 yaşında aşkarlanarsa və bu müalicə işi düzgün olarsa, 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Valideyn normal uşağa başa saldığından 6 dəfə çox autizmli uşağa başa salmalıdır. Məsuliyyətin böyük bir hissəsi isə valideynlərin üzərinə düşür.

Müəllif: Defektoloq Gülnarə Səfərəliyeva

Psixoloq.az