Damar genişlənməsi müasir zamanda ən çox yayılan problemlər sırasındadır. Buna baxmayaraq əksər insan bu xəstəliyə diqqət yetirmir və nəticədə isə xəstəlik daha da irəliləyir.
Buna əsas səbəb isə insanların, daha çox ayaq ağrıları, və dəri səthində damarların ifrat dərəcəsində görünməsindən sonra həkimə üz tutmalarıdır.
Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ürək-damar cərrahı Elşən Əliyev, hər damar xəstəliyinin ayaqlarda görünmədiyini bildirib. Onun sözlərinə görə, ayaqlarda şişkinliyin olması, baldır nahiyədə qıcolma, ağrıların olması damar genişlənməsi xəstəliyinin əlamətlərindəndir:
“Sözsüz ki pasiyentin xəstəliyin başlanğıc mərhələsində müraciət etməsi onu əməliyyatdan azad etmiş ola bilər. Ürəyə qan aparan damarlarda ən çox rast gəlinən xəstəlik varikoz genişlənmədir. Ürəkdən qan gətirən damarlarda ən çox rast gəlinən xəstəlik damar tutulmasıdır”.
Əliyev, varikoz müalicəsində istifadə edilən ən son metodlardan birinin endovenoz üsulla radifrekas ablasiya və krioskleroterapiya olduğunu diqətə çatdırıb.
“Bu üsulda xəstə anesteziya almır, kəsik olmur. Ən əsas məsələ isə xəstəxanada qalmır. İynə dəliyindən kateter yeridilir, damara düymə basılır və damar yandırılır”, -deyə Əliyev vurğulayıb.
Şəhanə Quliyeva