Bəzən insanlar çox rahat bir-birlərini anlayaraq ayrılırlar. Bəzən isə çox ağrılı , hətta faciəvi şəkildə. Hər bir insanın sevmək sevilmək tələbatı var, çünki ruhumuzun sevgiyə ehtiyacı var. Ayrılıq! İnsan, bu həqiqəti çox çətin qəbul edir. Həyatımız ayrılıqla başlayır, ayrılıqlada bitir. İlk olaraq ana bətnindən ayrılırıq.Son olaraq isə bu həyatdan. Ayrılıqlar qaçılmazdı. Bəzən ayrılıqlar arzuolanan, bəzən isə məcburi olur. Arzuolunan ayrılıqlar baş verəndən sonra insan həvəslə yenidən həyata atılır. Məcburi ayrılıq isə mənfi təsir göstərir.Qorxular yaradır, hətta depressiyaya gətirib çıxarır.İnsan özünü tək, atılmış hiss edir. Ən ağır ayrılıq doğmasının , yaxınının itkisi olur. Baxmayaraq ki, hər birimiz bilirik həyatda əbədi heç nə yoxdu. Belə hallarda insan öz neqativ emosiyaları ilə bacarmır. Çox vaxt valideynlər boşananda övlad stress keçirir, çünki bilir ki, valideynlərinin biri ilə ayrı düşəcək. Ayrılıqlar, itkilər, hansısa bədbəxt hadisələr qaçılmazdı. Amma belə hadisələr həyatımızın müsbət tərəflərindən üstün olmamalıdır. Ayrılıqdan sonra yaranan depressiya bir çoxlarına tanışdı.
Ayrılıqdan sonra yaranan depressiya nə qədər davam edir?
Bu psixoloji asılılıqdan qurtulma hər bir insanda fərdidir.Bu insanın emosional vəziyyətindən,iradəsindən, sinir sisteminin tipindən asılıdı. Bəs bu depressiyaya necə qalib gələk? İlk öncə insan olan hadisəni qəbul etməlidir, nə istədiyini anlamalıdır. Ətrafdakı insanlardan qaçmamalıdır, dostları ilə əlaqəni kəsməməlidir. Əgər yenə də dəyişiklik olmursa mütəxəssisə – psixoloqa müraciət etmək məqsədəuyğun olar. Psixoloqun professional yanaşması və pasiyentin öz istəyi? ayrılıqdan sonra yaranan depressiyanı aradan qaldırmağa səbəb olur.
Aygün Ağabalayeva
Harmoniya psixologiya mərkəzinin baş psixoloqu
Harmoniya Psixologiya Mərkəzi
Şamil Əzizbəyov küçəsi 179 . Avenyu Veraj, 4cü mərtəbəAZ1001, Bakı, AzərbaycanTel.: +99412 555 33 73, +99455 371 33 03