Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana cəmi 380, BƏƏ-dən 551, İraqdan 917 nəfər gəlib.
İndi isə həmin dövlətlər üzrə 2017-ci ilin göstəricilərinə baxaq.
Beləliklə, ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 33 min 312 nəfər, BƏƏ-dən 102 min 498 nəfər, İraqdan 62 min 547 nəfər gəlib.
Ümumilikdə, Səudiyyə Ərəbistanından, BƏƏ-dən və İraqdan 2012-ci ildə Azərbaycana gələnlərin cəmi sayı 1 min 848 nəfər, 2017-ci ildə isə 198 min 357 nəfər olub. Bu isə 107 dəfə artım deməkdir.(oxu.az)